1199 dəfə oxunub

TARİXİ SARAYLARI VƏ SEHİRLİ MÜHİTİ İLƏ İRAN

 

İran səfəri haqqında çox uzun bir yazı.

Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.

Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” - Yox, “Məşədə gedirsən?” - Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi - uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.

Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.

67340271_10157167203797900_2038120646633848832_o

Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.

Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).
Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.

67293313_10157167203392900_4011518734572191744_o

Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi - əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!

Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi - bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.

Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim - elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi - şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.

67248261_10157167197157900_600891625794699264_o

Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!

Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab - kim birinci girdi :)

Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).

67638302_10157167203862900_9064879415690788864_oO biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!

Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər :(
Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!

Görməli yerlər:

Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.

Tehran

-Gülüstan sarayı - İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10
-Tehran Bazarı - çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10
-Azadi Tower - şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10
-Miladi Tower - dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10

Təbriz

-Təbriz Böyük Bazarı - dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10
- Azərbaycan Muzeyi - sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10
-Göy Məscid - çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10
-Kəndovan - Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10
-Eynəli - Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10
-Saat Meydanı - tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş - 10/10

Təbriz ya Tehran - şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.

Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.

Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında "xarakiri" edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!

Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi - “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.

İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.

67299721_10157167203352900_1403086350118289408_oTürklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə" , "Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.
Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.

Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim - cənub ləhcəsində). Gedin, siz də söyün :)

P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Toghrul Alakbar

 

DİGƏR BLOQLAR

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.İzmir səyahəti…Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.Nömrə əldə etmək.Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.OtelOteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.MağazalarBöyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.Restoranlar və yeməklərRestoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.Alış-verişAlış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.İzmirİzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.AvtovağzalÇankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.Çeşme-Alaçatı-Ilıcaİzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.Efes – SelçukAvtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.Kuşadası – AydınKuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.Ümumiİzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asaf Salahow

2845 dəfə oxunub

İspaniya - Malyorka adası

Tərtəmiz ağ və sarı qumlu sahillər, yandırıcı günəş və mavi dəniz. Bu möhtəşəm üçlük yayın bu istilərində çoxunun ağlından çıxmır ki, çıxmır. Bunun üstünə limitsiz içki, dünyaca məşhur djlərin konserti, köpük party-lər daxil olub.Qiyməti də cibimizə uyğun olsa lap əntiqə olar elə deyilmi? İşdə oturmaqdan dərinizin rəngi bulud kimi ağarıbsa, Afrikalılara həsrətlə baxırsızsa və sürətlə zaqar almaq istəyirsinizsə yaxın oturun))  -Bütün bunları eyni anda yaşaya biləcəyiniz yerlərdən biri Mallorca adasının Magaluf sahilləridir.Mallorca adasına necə getmək olar bunu səhər paylaşdığım postda yazmışdım.* Deməli aeroportdan çıxdıqdan sonra tam qarşıda A11 nömrəli avtobuslara yaxınlaşırsız və cəmi 5 avro ödəyib avtobusla 40 dəqiqəyə Magalufa gedə bilərsiz. (Palmada qalmaq məsləhət deyil, arada gəlib, gəzib, qayıtsaz yetərlidir). Mən Magalufa gedəndə elə ilk sürprizi aeroportda yaşadım. Avtobusu gözləyərkən birdən bizim dilimizdə sözləri eşidib döndükdə 3 ailənin yaxınladığını gördüm. Beləliklə avtobusda olanların 60-70 faizini özümüz təşkil etdik və getdik Magaluf şəhərinə))). İlk dəfə avtobusdan düşdükdə Magalufun deyib gülən ingilis və alman gəncliyi sizi qarşılayacaq. Xüsusən ingilislər elə bil bütün günü içib qışqırmaq üçün adaya gəliblər. Otellər may ayının sonlarında çox sərfəli qiymətə idi. İyun-avqust arası bahalaşırlar, amma airbnb ilə idarə etmək olar və ya Magalufla qonşuluqda yerləşən Palmanova otellərində qalıb piyada Magalufa gəlmək olar.  -Mən tam mərkəzdə 4 ulduz otelə 2 nəfərlik otaq günlük 45 avro ödədim amma indi pik sezon olduğu üçün bahadır, ucuza airbnb və 2 ulduzlu otellərdə pik sezonda qalmaq olar.- Magalufda yerləşən “BCM planet dance”-da məhşurlarla tez-tez qarşılaşa bilərsiz. Yay boyunca Martin Garrix, Skrillex, Calvin Harris, Afrojack (24 iyunda konserti var), The Chainsmokers, Alex Gaudino, DJ Sammy-nin konsertləri olur. Məsələnn Afrojacin 24 iyundakı konsertinə giriş 48 avrodur. Bu pula gecə boyunca limitsiz spirtli və spirtsiz içki və hədiyyə t-shirt daxildir. Məhşur dj olmayanda 35 avro.- Magalufda “BH hotel adults only” otelinin ərazisində dünyada ilk olan 18+ (səhv başa düşməyin, aşağı yaşlılar istifadə edə bilməz yəni) su parkı, gözəl sahilləri vardır. Həmçinin BH hotel sahillərində həftədə iki dəfə sahil kənarında məhşur djlərin iştirakı ilə konsertləri keçirilir və köpük partylər olur. Dj Tiesto tez-tez buraya gəlir. Bu partylərə ayrıca bilet alıb qatılmaq olar. Otelin özündə 3 nəfərlik böyük suite otaqın günü 300 manatdır təxmini. Qrup halında gedənlər üçün otel+su parkı+partylər qiymətə daxil olduğu üçün sərfəli ola bilər. (Nəzərə alın ki, həftəsonu 3 nəfər cəmi 2-3 saatlıq Bakıda Dalğa beachə tək girişi 150 manatdır) Bir də otellərdə taxılan qolbaqlardan hər yerdə satılır. Otaq böyük olduğu üçün 3 nəfər yerinə 5 nəfərdə qalmaq olar))-Şəhərdə həyat hava qaralmağa başladıqdan sonra başlayır və səhər işıqlarına kimi hamı küçələrdə olur, buna görə bahalı otel axtarmayın-Aeroportda 10-15 avroya maşın kirayə götürmək olur amma nəzərə alın tıxacları çox olur.-Restoranlarda yemək və içki qiymətləri Bakıdan ucuzdur.-Ümumiyyətlə Mallorca adası, Palma, Magaluf və bir çox digər şəhərlər ilə çox fərqli və ekzotikdir. Mallorca adasının gəzməli yerləri haqqında gələcəkdə ətraflı post paylaşaram.  *Mallorca-7 gün, Barselona-2 gün.-17.07.2019-Kutaisi-Barselona –vızzzair(16:20-19:20)-53 avro-104 manat-17.07.2019-Barcelona-Palma De Mallorca-Ryanair (22:10-23:05)-23 avro-44 manat-24.07.2019-Palma De Mallorca-Barcelona-Ryanair (14:25-15:20)-11 avro-20 manat-26.07.2019-Barcelona-Kutaisi-Wizzair-(19:55-02:45)-144 euro-278 manat-Toplam-231 avro-446 manat Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1792 dəfə oxunub

Survivor adası - Dominikan Respublikası

Sizə danışım yer üzündəki Cənnət Dominikan Respublikasından! Yoxdu belə təbiət, yoxdu belə dəniz, yoxdu belə ekzotik həzz, #yoxdubelesohbet ❤Qardaşım ötən ilin qışını bu ölkədə işlədiyi üçün dostumla yeni ili onun yaninda gedib məhz Dominikanda keçirmək qərarını verdik. Öncədən deyim ki, mütləq turla getmək lazımdır, uçuş biletini və oteli ayrı almaq istəsəzəniz həm dəfələrlə baha qiymətə həm də uzun saatlarla bir neçə uçuşa başa gələcək. Ancaq turla Moskvadan birbaşa charter reyslə uçursuz Dominikə, uçuş maks 11 saat çəkir, 5 saat yatsaz 2 dənə filmə baxsaz biraz da kitab oxusaz, vuala, ordasız artıq) Qiymətləri paylaşımın sonunda qeyd edəcəm. Ölkə doğurdan da möhtəşəmdir, boş yerə Acun Survivoru burda çəkmirmiş. İl boyu yay, mükəmməl hava və esrarengiz təbiət . Yağış demək olar ki, çox az oldu və olduqca narın və xoş yağış idi. Hətta yağışda hovuza girib üzdük, başqa ləzzəti var) Hava dekabr ayı olmasına baxmayaraq 30 dərəcəyə çatırdı. Günəş səhər 7 radələrində çıxır axşam 6 da batırdı. Zakat xüsusilə çox gözəl olur.Dominikan əsl turistik yer olduğu üçün otel seçimi kifayət qədər genişdir. Əsas La romana ve Punta Cana bölgələrindədir ən gözəl təbiəti olan 5 ulduz otellər. Otel daxilində hər cür şərait olur və əraziləri adətən çox geniş olur yəni otelden çıxmaq üçün heçbir səbəbiniz olmur. Restoranlar, voleybol futbol golf meydançaları, club, karaoke, hovuz, dəniz və s. hamısı otelin içində. Ancaq mütləq getməli olduğunuz turlar var.1. La Hacienda Adventure Park: Burada sizi palciqli yollarla adrenalin dolu buggee riding, cengelliyin icinde 5 merheleli kilometrlerle uzanan zipline, horse riding, 10 nefer sakini olan kende gedi ve s. kimi activityler gozleyir.2. Saona Island: One word to describe it- Paradise! Yaxtayla adaya gedirsiniz, denizin ortasinda dayaz bir yer var, orda dusub mohtesem sekiller cekdirirsiz, tebii ki sampan ve difer teamlardan dadaraq) 4 bir yaniniz mavi deniz. Daha sonra sozu geden adaya aparirlar sizi. Tebiet cox.gozel.qorunub. Denizin ( Karib denizi) dibi gorunur, ag yumsaq ozunemexsus qum, palma agaclari, mohtesem krevetka ve lasoslar, pina kolada ve s. Sekil cekdirmek ucun evezolunmaz yerdir ( see profil pic ????). Qayidisda yaxtada denizin ortasinda. diskotekaya ne deyirsiz?) Ela tecrubedir.3. Coco Bongo Disco: This club and show blows them all away (CNN). Temamile raziyam bu feedbackle. Sizi texminen 3-4 saatliq mohtesem sou gozleyir. Pink Floyd, Queen, Guns n Roses, Michael Jackson ve diger efsane solist ve qruplarin, MadMax, GOT, Mask ve s filmlerin cover performanslari, clubun ozune mexsus sou proqram, reqsler ve s. It will definetely blow your mind ????4. Diving and doplhin show: Hevesi olanlar ucun okeanda diving, delfinlerle uzmek sekil.cekdirmek ve s. teklif olunan turlar da var.Santa Domingo: Paytaxtdir, sadece orda da oldum deye getmek olar, shopping mallda duzemelli hecne yoxdur, ve paytaxta gedis gelis yolu hedsiz tixac olur. Onun evezine etrafda olan diger turistik.bolgelere gedib ordaki restoranlarda yemek.yeye bilersiz, ve o bolgenin de gece heyatini tecrubeden kecire bilersiz.Biz La romanada Grand Bahia Principe otelinde qaldiq. Oteli rahatliqla recommend edirem. Stuff her yerde cox mehriban, guleruz ve helpfuldur. Sadece otelde istediyimiz herseyin olmasi, 5 cur ferqli.restoranin, 7/24 yemek ve icki available olmasi, axsamlari.muxtelif.sou proqram.ve tedbirlerin teskil.edilmesi, ping pong, beach voleyball and football, pool handball etc. duz denizin sahilinde yerlesmesi ve s. bu oteli.secmeyimize sebeb oldu.Qiymetler: Biz Anex turla (https://www.anextour.com/ ) getdik. Dunyanin en boyuk 2 turizm agentliyinden biridir. Saytlarina girib istediyiniz gunleri.secib qiymetlerle maraqlana bilersiz. Seyahetunizden bir nece ay evvel alsaz biletleri cox daha munasib olacaq. Ancaq biz biletleri ve oteli hem en pik vaxt ucun ( 26 Dekabr -3 Yanvar) hem de ucusdan teqriben 2ce hefte evvel bron edib aldiq. Yeni ile Dominikanda girmekden daha ekzotik ne ola biler axi?)Yuxarida qeyd etdiyim Dominkandaki meslehetli turlarin adambasi qiymeti 100-300 dollar arasi deyisir, her turda teqdim.olunan xidmetlerin kemiyyet ve keyfiyyet meyarlarina esasen muxtelif paketler teqdim.edilir (standart, vip, exclusive ve s.).Umumyetle cox bahali olkedir, her sey turistler ucun nezerde.tutuldugundan, ve minlerce kilometri saatlarca ucusdan sonra gelen adamlarin "day gelmisken bunu da gedek" deyerek pul.xercliyeceklerini bilerek qiymetleri kosmik qoyublar)) misal ucun 1 paket siqaret 8-10 dollaradir, gerisini ozunuz fikirlesin ???? Ancaq o boyda yolu getmisken, yuxarida qeyd etdiyim ilk 3 tura mutleq getmek ve tadini.cixarmaq lazimdir)Dominikan rom ve siqarlari ile meshurdur, gelende mutleq alin ve orda da her ikisinin dadina baxin ????Otelimizin kontingenti esasen Kanada, Abs, Fransa, Rusiya, Qazaxistan ve Ukraynadan gelen turistlerden ibaret idi.Tip: bu ve diger otellerin daha bahali 18+ versiyalari da movcuddur ancaq meslehet deyil, cunki oranin kontingenti esasen pensioner yaslilardan ibaret olur, usaqli.ailelerden ve ses kuyden uzaq olmaq ucun o otelleri secirler. Umumyetle daha cavan kontingent ucun esasen 3 ve 4 ulduzli otelleri secmek lazimdir. Ancaq umumi rahatciliq, yuksek xidmet, nisbeten sanballi kontingent ucun ele bizim secdiyimiz otel mohtesem idi ✌Sekil ve videolari da sizler ucun paylasiram.Bu arada dominikana girmek ucun :Amerika, Kanada ve hetta multiple Shengen vizalari (bizim shengenle girdik) qebul edilir. Cox qonaqerverdirler ❤ Hecbiri yoxdursa, Istanbul ve Moskvadan Dominikan ucun vizaya muraciwt ede bilersiniz. Viza demisken, usaqliq arzumdu Amerikaya (US)getmek, hele de arzu olaraq qalir, baxmayaraq ki bu defe cox yaxinlasmisdim, Miami cooox yaxin idi, denizle de getmek.olardi. heyif vizam yox idi, neyse US de qalsin basqa sefere Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Senan Kamilli‎ 

4677 dəfə oxunub

Brazilya səfərim - Brazilya Bələdçisi

Salam hörmətli qrup üzvləri. Bu postu çoxdan yazmağı düşünürdüm nəhayət imkan edə bildim. Post Braziliya səfərimi əhatə edəcək. Bilirəm qrupda və ümumiyyətlə travel bloggerlərin də səhifəsində Braziliuşya haqqında yeni və əhatəli çox məlumat tapmaq olmur buna görə də faydalı olmaq istədim. İlk öncə viza prosesindən başlayım ki, mənə də bununla bağlı bir xeyli sual gəlmişdi. Sənədlər Bakıda Marine plazada yerləşən Braziliya konsolluğunda təqdim edilir. Onu deyim ki, azda olsa rast gəldiyim məlumatlarda prosesin çox sadə olduğu və imtina gəlmədiyi deyilirdi. Məndə isə fərqli oldu dekabrın 6-ı online applicationu doldurub sənədləri sistemə əlavə elədim və 8-i fiziki olaraq konsolluqda təqdim elədim. Sənədləri Konsolun köməkçisi qəbul edir və mənə bildirdi ki, özü məzuniyyətə gedir o vaxta qədər- 3 gün müddətində mənə viza veriləcək. Təəssüf ki, belə olmadı o vaxta qədər mənə viza verilmədi bundan sonra artıq olanlar oldu. Çox uzatmaq istəmirəm bu postu sadəcə onu deyə bilərəm ki, çoxsaylı emaillərim, danışıqlarım və nəhayətində Brazilliyanın rəsmi dairələrinə mail yazdıqdan sonra mənə 1 illik Braziliya vizası verildi. Artıq vizaya müraciət edərkən biletimi almışdım çünki sənədlərin arasında biletin alınmış versiyasını istəyirlər. THY ilə 22 yanvar tarixinə Baku-İst-Sao Paolo uçuşum oldu. Araşdırmalarımın nəticəsində bu reys qiymətcə və rahatlıq baxımından ən uyğun uçuş idi. Onu da deyim ki, səfərimin əsas məqsədi qısa müddətli təhsil və ikinci səbəsi artıq turizm idi. Grup yoldaşlarımda Braziliyanın Bahia ştatında yerləşən Salvador şəhərində görüşmək qərarı aldığımız üçün Sao Paolo dan daxili uçuşla bir başa getdim həmin şəhərə. Premium kart sahibi kimi düşündüm ki, 2 GB Roaming paketimi tam rahat istifadə edərəm və çətinlik olmaz. Lakin sifariş etdikdən sonra məlum oldu ki, Azercell in Braziliyada partnyoru yoxdur və Roaminq xidməti göstərmir. Bunun üçün də Airalo nu aktivləşdirdim. Bildirim ki, Braziliyada ən rahat nəqliyyat vasitəsi kimi Uberdən istifadə tövsiyyə olunur. Salvadora çatıb hava limanından otelə Uber ilə getdim. (Airportdan çıxanda yaxınlaşıb təklif edirlər Uber və taxi, lakin özünüzün sifariş eləməyiniz daha məqsədə uyğundur). Ümumi olaraq otellərin qiyməti Braziliyada çox da baha deyil və keyfiyyəti də çox yüksək deyil. Otel çox gözəl ərazidə- Barra bölgəsində çimərliyin kənarında yerləşirdi. Salvador Braziliyanın kurort bölgəsi hesab edilir və düşünürəm ki, Braziliyaya səfər planlayırsınızsa mütləq görüləcək yerdir. Bir də şiddətlə 1 günlük ada turlarını tövsiyyə edirəm. 2 ci olaraq getdiyim şəhər Belo Horizonte oldu. Braziliyanın sənaye mərkəzi sayılır bu şəhər tam olaraq yaşıllıqlar içərisində yerləşir. Bu şəhərə getmək məqsədimiz sırf Universitetin campusunun burda yerləşməsi idi. 3-cü şəhər Rio oldu. Allah bu şəhərdən heç bir gözəlliyi əksik eləməyib. Capocabana çimərliyinin sahilində hoteldə qalırdıq. Dünyanın ən məşhur çimərliyi olsa da mən Salvadorun çimərliyini daha çox bəyəndim. Su soyuq və çox dalğalı idi. İpanema daha sakit görsənirdi. Son olaraq isə Sao Paoloda 2 gün qalıb qayıtdıq. Burda da ən məşhur mərkəzi prospekt olan Avenida Paulista- da oteldə qalırdıq. Ümumi olaraq deyə bilərəm ki, Braziliya ucuzlu ölkə deyil. Əsasən də geyim və bu qəbildən olan məhsullar bahadır. Yemək üçün münasib yer də bahalı yer də tapa bilərsiniz. Gəzdiyim şəhərlər içərisində ən ucuz Salvador oldu yemək və qalmaq baxımından. Azərbaycan kartları keçərlidir ödəniş vasitəsi kimi. Kapital kredit kartım bir dəfə də olsun məni yanıltmadı ABB visa signature kartımdan fərqli olaraq. Abb bununla artıq ikinci dəfərdir çox yanıldır məni. Kartı deyəsən sadəcə daxildə istifadə üçün nəzərə alıblar. Ödəniş etmək mümkün olmurdu. İngilis dilində demək olar ki, danışmırlar. Daxili uçuşlar belə sadəcə Portuqal dilindədir. İnsanları çox pozitiv, relax ( tələsmək anlayışı yoxdur) və cana yaxındırlar. TƏHLÜKƏSİZLİK- gedərkən ən narahat olduğum məqam idi. Çox narahat idim düşünürdüm bəlkə ümumiyyətlə telefon aparmayım və yaxud necə eləyim heç çıxartmayım. Özləri belə bizə bununla bağlı xəbərdarlıq edirdilər ki, ehtiyatlı olun. Çox şükür qətiyyən belə bir problem yaşamadıq. Ehtiyyatı da əldən vermirdik. Bir dəfə Sao Paolo da metronu yoxlamaq istədik ödəniş edə bilmədik. 3 Avropa ölkəsinin kartını yoxladıq. O qədər gözəl insanlardı ki, bir nəfər özü alıb bizim gedişi ödədi, bunun üçün pul da götürmədi. Bu səfərim zamanı ən çətin və yorucu nüans sadəcə uzun yol idi, həm gedərkən həm qayıdarkən 5 saatlıq İstanbulda gözləməm var idi. İstanbuldan Sao Paolaya təqribən 13 saatlıq üçüş məsafəsidir. Yolu problem eləməsək hər kəsə bu gözəl ölkəni heç olmasa bir dəfə də olsa görməyi çox məsləhət bilirəm. Üzrlü sayın post uzun oldu. Hələ görüləcək yerlərlə bağlı nüansları qeyd etməmişəm.Paylaşan Aisel Aliyeva

323 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!