652 dəfə oxunub

Şəhər bələdçisi - Kopenhagen və Malmö

Salam əziz gəzəyənlər. İlk dəfə 6 ay bundan əvvəl, özümü sizə təqdim edib, Hamburg və Lübeck (Almaniya) səfərimi və həyəcanımı sizinlə bölüşmüşdüm. İndi isə, 5 günlük Copenhagen və Malmö (Danimarka və İsveç) səfərinə çıxdım.
Artıq ikinci dəfə olacağı üçün nisbətən həyəcan və o ən sevdiyim, bilmədiyin yerlərə oyanan qorxu hissini daha az hiss etdim . Amma təbii ki bu dəfə "ilk"lərim olacaqdı və keçən dəfəki kimi layihə hesabına getmirdim ????. Bu ilklərdən biri Wizzair təcrübəsi oldu (köməyi üçün Vusal Ekberova xüsusi təşəkkürlər).

80387596_1397619107079067_5531697747289178112_n

Kutaisinin kiçik aeroportuna, Omnibus'larla səfərə start verdik.
Həmişə yolçuluğa başladığımı və yad yerə gedəcəyimi, təyyarənin kəmərini bağladıqda hiss edirəm. Bu dəfə də, eyni o hisslə yola qoyulduq.

Copenhagen aeroportuda digər təcrübəm kimi, eyni "avropa dəbində" idi, metro dayanacaqları isə çox modern və təmiz. Burda tanış olduğumuz Filippinli qadının dediyinə görə, yollarda avtomobillərdən çox velosipedlərə üstünlük verilirdi. Cash pul artıq yoxdur deyilə biləcək qədər az istifadə olunurdu.

79234275_1397619247079053_8880786019188736000_n

Kiçik danimarkalı evdə, şamlarımızı yandırıb HYGGE'ni (Danimarka da xoşbəxtlik simvolu) hiss etdik. Bununla birlikdə Chinese Dumplings bişirib yedik.
Copenhagen sahillərindən, Şimal dənizinin dalğalarını dinləyə, rəngli və nostaljik binalarla gözlərinizi rənglərə doydura bilərsiniz.

Bura həmdə velosiped ilə çox məhşurdur (xüsusi üsulları və qaydaları bilmədən velosiplə gəzməyə çıxmağınız məsləhət deyil ????).

Bununla birlikdə, Copenhagendə, Christiania adlı bir yer mövcuddur. Bura "Freetown" adlanan 7.7 hektarlıq bir ərazidir. Açıq narkotik satışı ???? və azad həyatları ilə seçilirlər. Bu əraziyə nə polis nədə hökümət daxil olub təsir göstərə bilmir. Öz müstəqilliklərini elan ediblər və vurğulamaq istəyirəmki qurduqları çox fərqli bir formatdır.
Malmö şəhəri isə, Copenhagendən 40 dəqiqə uzaqlıqdadır və (heç səs çıxarmayan) qatarlarla gedə bilərsiniz. Bu bir neçə saata gəzə biləcəyiniz kiçik şəhər, məni həqiqətən heyran etdi.

Sahib olduğu böyük muzeyi (Təbiət, Elm və Tarixi) bitib tükənməyəcək qədər çox bilgi ilə doludur.

79000986_1397619457079032_6987442569709879296_n

Bununla birlikdə şəhərdə çox qeyri-adi tikilişi olan, 700 illik St. Peter kilsəsi yerləşir. İç dizaynı həm dəb-dəbəli həmdə çox sadədir (bilmirəm necə olur ????). Bu qeyriadilik həm kilsədə həmdə bütün şəhərdə əks olunub.

Wizzair'lə sadəcə 1 bel çantası ilə çıxdığım bu 5 günlük yolçuluq mənə ölkəmdə keçirdiyim illərdən belə daha çox fayda və motivasiya bəxş etdi. 2 ölkə və 2 şəhəri 130 euroya gəzmiş oldum. İndi isə aeroportta oturub, evə qayıdış təyyarəmi gözləyirəm.

79473111_1397619060412405_189918020695490560_n

İtməkdən, yolda qalmaqdan və s. çox şeylərdən qorxa bilərsiz. Eyni həyat qorxuları kimi. Ama yenə də yaşayırıq. Yenə də yol alırıq. Durmayın, gedib adını belə bilmədiyiniz yerlərdə gəzin və bu günlərin hər saniyəsinin zövqünü yaşayın. Həyat dayanmaq üçün çox qısadır! Hələlik. ????

DİGƏR BLOQLAR

Sicilya bələdçisi - I hissə

Sicilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.Sicilyadakı otellərəAralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan. [gallery ids="186,187,188,189,190" type="rectangular"]Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.Qeyd edim ki, Sant’Alessio Siculo 6 km2 ərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.CASTELMOLAAvtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.TAORMINACASA CUSENI MAISON DE CHARMEƏsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var. [gallery ids="191,192,193,194,195,196" type="rectangular"]20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…TURIST PAYTAXTI- TAORMINAGirişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nata Hasanova

718 dəfə oxunub

Keçmişini unutmayan şəhər - Lissabon

… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda, qədim üzünü də qoruyur: tarixinə hörmət edir, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.Tarixlə müasirliyin kəsişdiyi şəhərBir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.“Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”Bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.Bənzəri olmayan gözəllikŞəhərin müasir tərəfini modern binalar, restoranlar, mağazalar, tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.Lissabonun görülməli üzləri…“Alfama” – Lissabonun “Sao Jorge” qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı “Belem” adlanan yerə gedə bilərsiniz. Buradakı “Belem” qalasını da ziyarət etmək olar. Muzey sevənlər, tarix və dənizçilik muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” - deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.Alış-veriş etmək istəyirsinizsə, “Rua Agusta” küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.Lissabonla İstanbulun bənzərliyi nədədir?“Rua Agusta”nın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik Okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudu. Burada sizi “Praça do Comercio” meydanı salamlayır. Çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda “Ribeira” sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə gözəldir.Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.5 avroya yüksəklik keyfiLissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur turistik lift isə “Santa Justa”dır.Liftə mindiyimiz hissə “Baixa”, yuxarı çıxdığımız bölgəsi isə “Bairro Alto/Chiado” adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, icazə var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə “Bairro Alto”dan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də “Rossio” meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.Dadı damaqda qalan dəniz məhsulları və sangriyaMətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir, q iymətləri də çox baha deyil. Lissabonda yediyim “cheesecake”-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.Lissabona getsəniz, harada qala bilərsiniz?Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də kənarda qalmaq vaxt itkisidir.Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.Yaz-payız – Lissabonla görüşün ən yaxşı vaxtıAvropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız fəsilləri. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.Necə gedək?Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Getməyə gəlincə, Bakıdan Lissabona “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər tez almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.Portuqaliya bununla bitmədiPortuqaliya yaddaşımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Güler Mehdizade

2328 dəfə oxunub

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

935 dəfə oxunub

Nağıl kimi bir dünya - İsveçrə bələdçisi

İsveçrədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər küçədə axan suyun içməli olduğunu soruşanda suala görə yerli əhali sizdən küsürsə, mənzərəni qaçırmamaq üçün qatarda hansı səmtdə oturacağınızla bağlı tərəddüd edirsinizsə deməli İsveçrədəsiz. İsveçrəyə səfərimi Lugano- Sürix- İnterlaken- Grindelvald- Lautherbrunen- Spiez- Bern- Basel ardıcıllığı ilə formalaşdırmışdım. Müvəqqəti Roma ətrafında yaşadığım üçün girişi İtaliya ilə sərhəd olan Luganodan etdim. İsveçrə üçün ümumi və səfər edənlər üçün bilməsini tövsiyə etdiyim məlumatlar: İsveçrədə valyuta frankdır(avronun da keçərli olması şərti ilə), demək olar ki, yeganə şəhərlərarası (məntəqələrarası) nəqliyyat vasitəsi qatardır və getdiyiniz yerlərə öncələrdən bilet almağınız şiddətlə tövsiyə olunur. Əks halda 200 km üçün 70 frank(avro), 50 km üçün 45 frank(avro) ödəməyi gözə alın. Aİ ölkələrdindən birinə məxsus nömrəniz varsa burada böyük ehtimalla keçərli olmayacaq və nömrənizi rouminq etməli olacaqsınız. Su xərcinə özünüzlə su qabı daşımaqla qənaət edə bilərsiniz. Belə ki, bütün şəhərlərində (qəsəbə, kənd) içməli su mövcuddur və su arxlarının yanında içilməməli olması ilə bağlı xüsusi qeyd yoxdursa rahatlıqla içə bilərsiniz. Ümumi qiymətlər digər Avropa ölkələri ilə müqayisədə 2-2.5 dəfə daha bahadır. Şəhərlərin görməli yerlərini az enerji və optimal vaxt sərfiyyəti üçün ən uyğun ardıcıllıqla paylaşmağa çalışacam.LuganoLugano eyni adlı gölün kənarında yerləşən sakit, hüzurlu kiçik şəhərdir. Şəhər İtaliya ilə sərhəd olduğu üçün italyan dillidir. İtalyadan keçid edən kimi İsveçrəyə xas səliqə-səhman, disiplin hətta havadan belə hiss olunur. Görməli yerlərini ardıcıllıqla paylaşıram: Parci Ciani, Piaza della Riforma, Chiesa Santa Maria degli Angioli, Villa Heleneum, Sentiero dell’olivo, Lido San Domenico, Gandria və Monte Bre. Şəhəri yüksəkdən seyr edə bilmək üçün Monte Breyə funikulyor ilə qalxa bilərsiniz. Səhv etmirəmsə 26 frank idi. Əgər pul vermək istəmirsinizsə birinci funikulyor ilə pulsuz qalxa bilərsiniz və yolunuzu evlərin arasından yuxarı doğru ayaqla davam etdirərək Luganonu daha yüksəkdən izləyə bilərsiniz. 1 gün mənə kifayət etdi.Sürixİsveçrənin ən böyük şəhəri olan Sürixi mütləq ki bəyənəcəksiniz. Şəhər eyni adlı gölün şimalında yer tutur və Limmat çayı boyunca uzanır. Şəhərdəki orta və yüksək qiymətli otellər sizə gündəlik nəqliyyatdan istifadə üçün kart verəcəklər və bu tendensiyanı digər şəhər, qəsəbələrdə də görə bilərsiniz. Aşağı büdcəli otel və hostellərdə isə bu imkan yoxdur. Görməli yerlər : Swiss National Museum, Lidenhof, Fraumunster Church, Grossmunster, Bahnhofstrasse, FiFA Museum və Museum Rietberg. Futbol həvəskarı olan 7-dən 77-ə hər kəsə FİFA Muzeyinə baş çəkməyi şiddətlə tövsiyə edirəm. Səhv etmirəmsə giriş 26 frank idi və tələbələr üçün giriş haqqı 18 frank təşkil edir. 1 gün mənə kifayət etdi.İnterlakenThunersee və Brienzersee göllərinin ortasında yer alan kiçik kənd (qəsəbə) qatarlarında dediyi kimi “communication of destinations” olmaqla xəyalınızda olan kəndlərə gedən yolların birləşmə nöqtəsidir. Məhz bu səbəbdən də Lautherbrunen, Grindelvald, Zimmer və digər məntəqələrə getmək üçün dayanma nöqtəsi hesab olunur. 2-3 saat ərzində qəsəbəni gəzməklə ( Harder Kulm, Hohematte, Unterseen, St. Beatus Caves) yolunuza davam edə bilərsiniz.Grindelvaldİnterlakendən qatarla təxminən 20 km məsafədə olan, kərə yağı üstündəki şəkillərin çəkildiyi və Alp dağlarının ecazkarlığını uzaqdan seyr etməklə hüzur tapa biləcəyiniz bir məntəqədir. İnterlakendən gedən zaman “Grindelvald bahnhof” stansiyasına getməyiniz və gəzinti üçün start nöqtənizi ordan başlamanızı tövsiyə edirəm. Grindelvald özünüzü təbiətə həvalə etdyiniz məntəqə olduğundan nə qədər vaxt sərf etmək lazım olması şəxsin ruhi və mənəvi qidalanma istəyindən asılı olaraq dəyişir).LautherbrunenAlp dağlarının ətəyində olan və özündə paralel şəlalələri birləşdirməklə mənzərəsinə heyran qalacağınız qəsəbə. Qəsəbədən Mürrün dağ kəndinə də qalxmaq üçün istifadə olunur ki, Mürrenə mən səyahət etdiyim vaxtda xüsusi hazırlıq geyimi olmadan getmək arzuolunan deyildi. Lautherbrunendə sadəcə olaraq gəzmək və ətrafı seyr etmək sizi kifayət qədər sakitləşdirəcək. Gəzinti zamanı çayı keçərək qarşı tərəfdə yerləşən qəsəbənin ətəyinə qalxmağınızı və Lautherbruneni bir də bu formada izləməyinizi şiddətlə tövsiyə edirəm.Spiezİnterlakendən 18 km məsafədə yerləşən kiçik qəsəbədir və Bernə gedən yolda yolüstü baş çəkə biləcəyinizi və heyifslənməyəcəyinizi düşünürəm. Qəsəbənin sakitliyi, özünəxas sakitliyi sizdə mütləq xoş təəssürat formalaşdıracaq.Bernİsveçrənin paytaxtı olmaqla Aar çayının boynuna doladığı şəhər.Siz köhnə küçələrlə gəzə və bir sıra görməli yerlərlə (Kafigturm, The Parlament Building, Zytglogge, The Cathedral of Bern, Nydeggbrcuke) tanış ola bilərsiniz. Bu şəhərdə düşünürəm ki, azmaq mümkün deyil. Açığı Alpa dağlarının ətəyindən mərkəzi şəhərlərə enmək bəzən şəhər nə qədər gözəl olsa da ondan istənilən zövqü almaq imkanını uzaqlaşdırır. 1 gün mənə kifayət etdi.BazelReyn çayının keçdiyi İsveçrənin strateji şəhərlərindən biri. Bu şəhərin Avroaeroportu iki ölkə (Fransa və İsveçrə) tərəfindən ortaq istifadə edilən dünyada analoqu olmayan yeganə aeroportdur. Görməli yerləri bol olmasa da ( Tinquely Brunen, Spalentor, Basel Minster, Pfalz, Mittlere Burcke) Tinquely Brunen-dən şəhərin gəzintisinə başlamaqla qala divarından üzü aşağı antik atmosfer bəxş edən küçələrlə enə bilərsiniz.Ümid edirəm məlumatlarla gəzəyənləri yormadım və faydalı ola bildim. Bura qədər oxuduğunuz üçün təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

481 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!