2622 dəfə oxunub

Günəşin doğulduğu diyar - Cənubi Koreya

Hər kəsə Salam ????????‍♂️
Fikir verdim qrupda Cənubi Koreya ilə bağlı paylaşım azdır.Qərara gəldim ki, bugün sizə 2 il öncə həyata keçirdiyimiz uzaq Koreya səfəri barəsində bir qədər yazam ????????. Başlayaq!????

64226511_2441202416108225_3599678692835459072_n

İlk öncə onu qeyd edim ki, Bakıdan Seula birbaşa reyslər təəssüf ki yoxdu, ona görə hər hansısa bir tranzit şəhər seçməlisiz. Biz Pekini seçdik, amma siz seçməyin. İndiyədək gördüyüm ən problemli staff orda oldu????????‍♂️. Alternativ olaraq Moskva, Tokyo və ya 2 saat uzun olsa belə İstanbulu seçməyi məsləhət görərdim, amma Pekin yox. Yol biraz uzundur, amma o əziyyətə dəyər????

10 günlük səfərimizdə Koreyanın Seul da daxil olmaqla 5 fərqli şəhərində olduq. Ölkəyə ilk addım atdığınız andan etibarən tam fərqli bir dünyaya düşdüyünüzün fərqinə varacaqsız. İnsanlar çox gülərüz,turistlərə qarşı mehribandır, şərq qonaqpərvərliyinin ilk dəfə burda canlı şahidi oldum. Təhlükəsizlik cəhətdən Seul dünyada criminal rate'in ən aşağı olduğu paytaxt şəhərlərindən biridir. Gecə saat 2-də belə tək, tam rahat şəhərdə gəzə bilərsiniz. Məqsədiniz əylənmək, cavanlıq eləməkdirsə Gangam Station (aha PSY'nin "Gangam style" hitinin çıxdığı yer ????) buna ən uyğun, gənclərin çox getdiyi yerdir. Yox əgər fikriniz görməli yerləri dolaşmaqdırsa, İmperator sarayı ????, Namsan tower, Samsung'un innovasiya muzeyi maraqlı məkanlardır. Paytaxtda 1 tək bəyənmədiyim havasının bir qədər ağır olması oldu. Yerli əhali bunu yalnız şəhərdəki əhali sıxlığıyla yox Çinin əksər zavodlarının ölkənin şimal-şərqində tikməsi ilə əlaqələndirirlər.

Ən önəmli məqamlardan biri- yemək məsələsi. Bunu mütləq nəzərə alın ki, Koreyalılar çox acı sevirlər. Yeni bir təam sınayacaqsızsa, su yanınızda mütləq olsun. Ən məşhur yeməkləri kim-çi, bibimbap və balıq məhsullarıdı????. Amma gördüyünüz hər çiy balığa bizim kimi suşi deməyin, yaponları çox da sevmirlər burda  Bir də getmişkən okean balığının da dadına mütləq baxarsız, tam fərqli olur????????. Əgər Koreya mətbəxi ağız dadınıza uyğun gəlməsə, şəhərdə bizə daha yaxın olan Özbəklərin və Türklərin restoranları da var, onları yoxlaya bilərsiniz.

64327335_2441202092774924_4190748827935834112_n

Səfərimizin ən maraqlı hissəsi dostumla 1 günlük sadə Koreya ailəsində qalmağımız oldu. Axşamüstü söhbət edəndə ailə üzvlərimizi falan soruşdu, səhər oyananda gördük ki, hər ikimizin ailə üzvləri üçün ayrıca hədiyyələr hazırlayıb ???? Digər maraqlı bir məqam Şimali Koreya ilə sərhədə yaxın ərazidən keçəndə oldu. Uzaqdan görünürdü ki, sərhəd boyunca şimallılar gözəl görünüşlü, əzəmətli binalar tikiblər. İşin ən maraqlı tərəfi odur ki, o binalarda realda yaşayış yoxdu, sadəcə olaraq sərhədboyu görüntü xarakteri daşıyır, bircə gecələr işıqları yandırılır???????????? Məndən məsləhət söhbət düşmədikcə Koreya problemindən danışmayın, həssas məsələdir onlar üçün.

İndiyədək olduğum 11 ölkə arasında Koreya Respublikası həqiqətən də ən fərqlisi və əsrarəngizidir. Əgər nə vaxtsa "monoton" Avropa şəhərlərindən bezsəz, istiqaməti şərqə-Asiyaya yönləndirməyi məsləhət görərdim ????

#yoladami #Koreya

64255214_2441202172774916_4468400875731156992_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mayıl Mammadli

DİGƏR BLOQLAR

Əbədi şəhər - Roma

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Uşaq yaşlarımdan tarix kitablarının xəstəsi olduğumdan Romanı görmək ən böyük arzularımdan biri olubdur. Nəhayət ki, 2017-ci ilin sonunda Avropa səyahətinə başlamağı elə heyran olduğum Romadan başlamaq qərarına gəldim. İtalyan səfirliyi sağolsun, heç bir çətinlik yaratmadan 3 iş gününə 1 aylıq viza verdi və bununla 20 gün davam edən unudulmaz səyahətim başladı. Romaya ilk dəfə gedənlər üçün məsləhətim oteli və ya hosteli şəhər mərkəzində yerləşən Termini stansiyasının ətrafında tutmalarıdır. Burada 3-4 ulduzlu otellərin qiymətləri kifayət qədər ucuzdur. Fiumicino aeroportundan Termini stansiyasına gəlməyin ən rahat yolu qatarladır. Aeroportda pasport yoxlamasından keçdikdən sonra sarı rəngli “Train” yazılarının arxasınca düşüb qatar stansiyasına gəlin. Gəlmədən mütləq telefonunuza “Goeuro” proqramını yükləyin. Beləliklə qatarların hərəkət saatları barədə istənilən vaxt məlumat ala bilərsiniz. (Proqramı yüklədim interneti haradan tapacam deyənlər üçün bildirim ki, Bakcellin avropa ölkələri üçün 1GB-10 manat olan çox gözəl tarifi vardır.) Aeroportdan şəhər mərkəzinə Trenİtalia qatarları ilə təxminən 50 dəqiqəyə 5-8 euroya (yolda 1 staniya dəyişəcəksiniz) və ya 30 dəqiqəyə “Leonardo exspress” vasitəsilə 12 euroya gedə bilərsiniz. Terminiyə çatdıqdan sonra “google map”la rahat şəkildə oteli tapa bilərsiniz. Romada mütləq ən az 3 tam gün keçirməyə çalışın. Beləcə şəhərin bütün gözəlliklərini demək olar ki, gəzib-görə bilərsiniz. Ən az 3 gün Romada olacaqsınızsa mütləq “Roma card” alın. Roma kart 2 günlük-28 euro, 3 günlük isə 38 euro qiymətə satılır. 2 günlük kartla 48 saat ərzində şəhər daxili qatar, avtobus və digər ictimai nəqliyyatlar pulsuz olacaqdır. Həmçinin sizin 1 muzeye pulsuz girmək haqqınız vardır. 3 günlük kartla isə 72 saat ictimai nəqliyyatı pulsuz istifadə edə, 2(+1) muzeyə pulsuz və növbəsiz daxil ola, bir çox mağaza və restoranlarda endirim əldə edə bilərsiniz. Mən 3 günlük kart alıb pulsuz girişlərimi Kolizey(normalda giriş qiyməti təx. 20euro) və galleria Borgheseye (giriş qiyməti-17 euro) istifadə etdim. Kolizeyə mütləq səhər saatlarından gedin. Çünki “Roma kart”ı istifadə edib Kolizeydən çıxdıqdan sonra onun qarşısında yerləşən “Roma Forum” və “Palatin təpələrinə” giriş Kolizeyə daxil olduğunuz gün ərzində pulsuz olacaq. (bu səbəbdən yuxarıda +1 yazmışam). Roma Forum və Palatin təpələri çox böyük ərazidə yerləşir və möhtəşəm gözəllikdədirlər. Buranı tam gəzmək üçün ən az 3-4 saatınız gedəcəkdir. Axşam saatların isə mütləq Romanın məhşur bölgəsi olan “Trastevere”yə gedin. Yaşıllıqlarla örtülmüş dar küçələri olan bu bölgədə saysız-hesabsız restoranlar yerləşir. Küçənin sağ və solunda güllər, divarları örtmüş yaşıllıqlar, köhnə velosipedlərin üzərini bəzəyən çiçəklər bu küçəyə çox fəqli abu-hava verir. Restoranlarda qiymətlər normaldır. Trastevere küçələrinə girdikdə “google map” işlətməyin, ümumiyyətlə telefonları söndürüb o küçərələrdə itin, oradan heç çıxmaq istəməyəcəksiniz. Növbəti günü Romanın məhşur yerlərini gəzməkə keçirin. Məsələn gəzə-gəzə 1-2 saata cavanların yığışdığı “İspan Nərdivanları”, turistlərin atdığı qəpiklərdən illik 2 milyon avroya yaxın pul toplanan eşq çeşməsi “Trevi”, məhşur “Panteon”, “Navona” meydanı, “Vittoriano” memorialını görmək mümkündür. Bu yerləri mütləq 1 dəfə gündüz saatlarında, bir dəfə isə gecə saatlarında gəzin. Hər ikisi bir ayrı gözəldir. 3-cü gününüzdə isə mütləq Romaya gələn turistlərin bəzilərinin görmədən qayıtdığı “Villa Borghese”yə gedin. Bu günədək böyük şəhərlərdə gördüyüm parklardan ən gözəli “Villa Borghesedir”. Bu parkda nə istəsəniz vardır. Sakit, rahatlatıcı, qayıtmaq istəməyəcəyiniz gözəllikdə bu parkda qu quşları, martılar, böyük meşəliklər, göllər, çeşmələr, heykəllər, fərqli heyvanlar bir sözlə insanı sakitləşdirlən nə istəsəniz vardır. Park yüksəkdə yerləşdiyi üçün yuxarıdan Roma və Vatikan mənzərəsini seyr etmək insana bir başqa zövq verir. Terminidən Barberini stansiyasına metro ilə gəlib daha sonra parka piyada qalxa bilərsiniz. Parkın sonunda isə Berninin möhtəşən əsərlərinin sərgiləndiyi “Galeria Borghese” yerləşir. Muzeyə girmək üçün full paket 17 eurodur, lakin Roma kartla 2-ci pulsuz muzey haqqınızı buraya istifadə edə bilərsiniz:) Və sonda, təəsüf ki, Romada oteli tərk etdiyiniz gün sizdən hər gün üçün 6 avro vergi ödənişi etməyinizi istəyirlər. Yəni Romada 5 gün qalsaz çıxışda otelə 30 avro ödəməli olacaqsız, nəzərdə saxlayın. İndi isə daha çox yormamaq üçün yazını yekunlaşdırıb sizi şəkillərlə baş-başa qoyuram. Bir müddət sonra part2 paylaşaram. kiminsə əlavəsi varsa kommentdə yazsın 2-ci hissədə unutduqlarımı paylaşaram. Paylaşdı: Gəzgin həyat

1944 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 1)

Viktoriyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.PART 1. General Info.Seyşellər , 115 adası olan, sadəcə 90.000 nəfərin yaşadığı, qışın ortasında qızmar yayı görəcəyiniz, geri dönərkən çox üzüləcəyiniz, evə çatarkən içinizdə boz bir boşluğun olduğunu hiss edəcəyiniz, granitdən olan daşların bəmbəyaz qumlarda poz verircəsinə yaratdığı mənzərələr, xalqının hər zaman güldüyü, gülümsədiyi, musiqiyə çox həssas olduğu əsrarəngiz, fövqəladə ölkə.  Seyşellər.... hər nə qədər müxtəlif və fərqli mədəniyyətlərin hökm sürdüyü yerlərdə olsanız da, sanki ilk dəfə xaricə gedirsinizmiş kimi həyəcanlanacağınız, insanların pozitivliyinə təəccüblənəcəyiniz, natural vanilla yağının elə təyyarədən enən kimi aeroportdan duymağa başlayacağınız əfsanəvi coğrafiya.Maraqlananlar üçün Seyşel adaları harada yerləşir, necə gedilə bilinir, Seyşel adalarına tur yoxsa özünüz getməlisiniz, viza prosedurları haqqında 3 postda suallarınıza cavab verəcəyəm. Keyfin, huzurun ve sakitliyin hökm sürdüyü bir coğrafyaya gedərkən, əslində çox plana ehtiyac yoxdur, amma adəti üzrə 6 ay öncədən yuxumu qaçırtdığı bu coğrafiyanın hər bir küncünə virtual olaraq bələd olmuşdum.(Allah xasiyyətimi kəssin  ) Böyük şəhərlərin izdihamından qaçıb, sükunəti dadmaq üçün çıxdığım bu səyahətdə də Google-da mövcüd olan bütün bloqları (hamısını olmasa da, çoxusunu oxuduğum) oxuyub yola çıxmışdım.  Amma bəri-başdan bildirim : "Backpacker kimi bel çantamı alıb Seyşellərə gedirəm, ekonomik gəzinti olacaq" düşüncəsindəsiniz, yanılırsınız. Çünki Seyşellər olduqca bahalı ölkədir. Amma mən əlimdən gəldiyincə sizlərə ekonomik önərilərimi izah edəcəm.Seyşellər, bizdən viza istəməyən ölkələr arasında yer alır. Hələ təyyarədə olarkən sizə sadece miqrasiya və sağlamlıqla bağlı 2 sənəd verəcəklər onları doldurub, harada qalacağınızı, özümüz haqqında məlumat və.s bildirirsiniz. Aeroportda miqrasiya işçilərinə qalacağınız evin/otelin bronunun və geri dönüş biletinizin surətlərini göstərmək yetərlidir. Seyşellər Pul Vahidi : Seyşel Rupisi. 1 Euro= 16 Rupi. 1 dollar= 14 RupiSeyşellər, Hind okeanın tam ürəyində, ekvator xəttinin cənubunda yerləşir. Ətrafında 1 dənə də olsun qonşusu yoxdur. Niyə? Çünki ada ölkəsidir.Seyşellərə təyyarə və kruz gəmi ilə gedilə bilinir. Beynəlxalq hava limanları hər iki böyük adalarda var (Mahe və Praslin), əsas uçuşlar ən böyük ada - Mahedə yerləşir. THY ile direkt olaraq 8,5 saata adaya varılır. Əminliklə 2 stopla ilə Qatar Airways’i önərirəm. THY’yə göre, ən az 40 % daha ekonomik olacaq.  Seyşellerdə gəzərkən isə, mütləq avtomabil kiralayıb gəzmənizi şiddətli tövsiyə edirəm. Günlük avtomobil kira qiymətləri 40-50 Euro arasında dəyişir. Ana adaları olan Mahedə avtomobil kiralarsanız, digər adalarda velosiped ilə idarə edə bilərsiniz. Hər iki böyük adalarda avtobuslar ilə 7 Rupiyə istənilən məsafəyə gedə bilərsiniz. Sadəcə dəqiq vaxt cədvəlini internetdən endirməlisiniz. Note : böyük çanta ilə avtobusa minə bilməzsiniz. Ada ölkəsində yaşayan xalqı gözünüzün önündə canlandırın..... Düşünün, çoxu işləmir, keyf içində yaşayırlar. Qətiyyən heç nəyə tələsmirlər. Heç nədən narahat deyirlər, istər sünami gəlsin. (mübaliğə????????) Xalqın çoxusu hibriddirlər. (Müxtəlif irqlərin, millətlərin qarışımı.)Bu xalqa isə Creole(kreol) deyirlər. Kreollar, bəzən avropalı, bəzən afrikalı kimidirlər. Xarici görünüşlərindən, Seyşel xalqının necə olduğunu anlamaq mümkün deyil. Adalarda lyüks otellər, qumarxanalar, barlar, publar, restoranlar nə axtarsanız var. Axşamüstü hərkəs, işi gücü buraxıb sahillərdə gün batımını izləyir. Xalqın böyük bir hissəsi katolikdir, lakin provoslavlar, müsəlmanlar və hindular da aralarında vardır. Şənbə və bazar günləri, hərkəs dincəlir, heç bir market, bazar, əyləncə mərkəzləri işləmir. Yalnız bəzi kiçik hind dükanları açıq olur. Getsəniz mütləq nəzərə alın. 1976-cı ilə qədər İngiltərənin müstəmləkəsində olan bu adalar ölkəsi, daha sonra Seyşeller Demokratik Respublikası kimi dünya xəritəsində yer almışdır.Seyşellər, hər il, ən azı yarım milyon turist qarşılayıb-yola salırlar.Seyşellərdə adam başına gəlir illik 36.000 dollar təşkil edir. (2015 statistikası)Seyşellərdə 2 mövsüm var : Yağışlı və quraq mövsüm.Seyşellər dünyanın ən kiçik ölkələrindən biridir.Bütün avtomobillərin nömrə plakası S ile başlayır.Ardı var.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

1273 dəfə oxunub

İtaliyanın Cənubuna Yay Səyahətimiz

İtaliyanın cənubuna yay səyahətimizBəlkə kiməsə faydalı olar deyə təcrübəmizi bölüşmək istədim Viza macərasıNoyabrda Capago (Fransa) üzərindən viza müraciəti etdik. 6 aylıq gözləyirdik, amma sadəcə 3 ay verdilər. Planlarımız pozuldu. Amma yay o qədər də “yay kimi” keçmədiyindən, birdən-birə qərar verdik və Romaya sərfəli Wizz Air bileti tapıb yola çıxdıq! Səyahət marşrutumuz Bakı – RomaGecə saat 02:30-da Romaya çatdıq. Otel seçərkən 24 saat açıq olmasına xüsusi diqqət etdik. Roma – Neapol – SorrentoSəhər sürətli qatarla Neapola. Burada neapilitan pizzasın dadmağı məsləhət görürəm. Biz Pizzeria Brandi-də olduq Neapolda bir neçə saat gəzib, oradan isə Sorrentoya keçdik. Və… Sorrento Möhtəşğm bir şəhərdi! Çox sevdim! Küçələri limon və mandarin ağacları ilə dolu, inanılmaz atmosfer! Qaldığımız otel: Coral White – qiymət/keyfiyyət mükəmməl! Pizza tövsiyəm: • Frankie’s Pizza Bar ( növbə olur, amma gözləməyə dəyər) • Pizzeria da Franco Sorrento – Capri adası 43€/adam bilet (gediş-dönüş) Skuter icarəsi: 60€/4 saat – əla seçim! Qayalıq pulsuz çimərlik: Faro Adanın ən yüksək nöqtəsinə qalxmağı unutmayın – möhtəşəm mənzərə! Positano SITA avtobusu (10€/ 2 nəfər gediş/dönüş) – sağ tərəfdə oturun, mənzərəni qaçırmayın! Və çalışın sağ tərəfdə ən 1ci yerdə oturun. Çünki arxalarda oturub pəncərədən baxanda ürəyiniz qalxa bilər. Skuter 70€ (amma lazım deyildi, şəhər balacadır) Çimərlik giriş: 50€, amma pulsuz hissə də var. Şəkil, video, gəzmək və sonra… 1 saatlıq gözləmədən sonra 8 nəfərlik taksi ilə geri qayıtdıq (15€/adam) Sorrento – Amalfi – Minori - Maiori Skuter yenə 70€, Minori və Maiori-yə keçdik. Limonlu dondurma – mütləq dadın, əfsanədir! Amalfi–Salerno arası gəmi: 12€/adam Salerno – RomaSalernoda gecələdik (otel təəssüf ki, çox pis idi – B&B Cherie: məsləhət görmürəm). Şəhəri gəxməyə elə vaxtımız olmadı. 2-3 saat səhər. Orada Bakının köhnə küçələrin gördüm balkonlardan paltar yuyub sərmişdilər eynən bizdə olduğu kimiOradan sürətli qatarla Romaya (120€) və bir günlük Romadan sonra evə qayıtdıq.Qısaca tövsiyələr: • Limonlu hər şey: dondurma, içki • Şəhərlər arası qatar və ya avtobus öncədən alın. • Gəmi və ya SİTA elə yerindəcə aldıq, rahat oldu. • Skuter sürməyi bacarırsınızsa – çox rahatdır • Frankie’s pizzası mütləq! • Capri və Positano fotogenik möcüzədir • Booking seçərkən otel və ya apartman olduğuna diqqət edin • Sorrento Əlavə suallarınız olsa buyurun , məmuniyyətlə cavablandıraram.Paylaşan: Севиндж Акбер

207 dəfə oxunub

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasul Musayev

1896 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!