2983 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.
Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.

56344558_10214152517829316_7402074082490974208_o
Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.
Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.
Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.
Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.
Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...

Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.
Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.
Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.

55849420_10214159081833412_8020155924045889536_o
Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.
Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.
Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.
Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.
İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.

Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.
Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?
Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?

55807373_10214152517429306_2827370051764486144_o
Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.

56409997_10214165676278269_5634432570440548352_o
Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.

Real-Fabrica-de-Tabacos-Partagas
Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.
Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.
Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.
Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vento Favoravel

DİGƏR BLOQLAR

Qütb İşıqlarına Doğru - Kiruna ve Abisko Bələdçisi

Salamlar. Bu dəfə yenə Şimal qütbü və onun gözəli Aurora haqqında yazacağam. Öncəsində Laplandiya bölgəsinin sadəcə Finlandiyaya aid olmadığını, Norveç-İsveç-Finlandiya-Rusiyanın şimal qütb dairesi içində qalan bölgələri olduğunu söyləmək istərim. Deməli belə, daha öncə Qütb işıqlarını Murmansk, İslandiya, Norveç Lofoten adalarından izləmə şansımız olmuşdu. Bu dəfə yeni il qabağı isə rotanı İsveçə doğru çevirdik. İsveçin Kiruna ve Abisko bölgəsi bunun üçün ideal bir yer, blue hole deyilən bir bölgə olduğundan çoxda buludlu olmur. Öncədən bildirim Aurora görmək tamamən şans işi, KP dəyərləri çoxda önəmli deyil siz BZ dəyərini baz alın , əgər “-“lərə düşübsə kp “0” olsa belə göy üzü möhtəşəm göstəriyə hazırlaşır deməkdir. İşıqların görülmə ehtimalı yüksək olan bölgələrdə qalarsanız əlavə tur paketi almağa ehtiyac olmur. Çox öncədən edilən planlama ilə çox uyğuna gətirmək mümkün bu tətili. Mənim məsləhətim hər hansi bir tur şirkətilə getməməyiniz, məlum qiymətlər dodaq uçuqladır.Nəysə, öz planimi anlatmağa başlayıram.Uçuş İst-Stockholm-Kiruna şəklində idi, Türkiyədə yaşayanlar kampanyalar zamanı çox ucuza biletləri ala bilər, mən bu şəkildə alıram il boyunca biletlərimi çox cüzi bir qiymətə.Kirunadan 4günlük maşın kiralamışdıq , bunuda 3ay öncəsindən həll etmişdik, son dəqiqəyə qalırsa maşın tapa bilməzsiniz , tapsanızda qiymətləri katastrofik olacaq. Qonağlama yerləri Camp alanı idi ama içində özəl banyo, tualet, mətbəxi var idi. Bundan əlavə bu saydiqlarim ortaq alandada mövcud idi. 3 gün Camp Alta Kiruna, 1 gün isə Camp Ripan da qaldıq. Konum olaraq Camp alta mükəmməl bir yerdəydi, önü donmuş göl idi və Aurora gənəldə ən gözəl donmuş və ya donmamış göllər olan bölgələrdən görünür. Camp Ripan isə biraz şəhər mərkəzində qalirdi çevrə işıqlari Aurora üçün görüntü kirliliyi yaradir, bunu öncədən düşünsəydim 4günüdə Camp Altada qalırdıq.Elə gəldiyimiz ilk gün Aurora bizi qarşıladı, dəfələrlə görsəmdə yenədə doyamadığım bir gözəllikdir. Şəkil və video çəkmək üçün sağlam bir tripod şərt. Video çəkmək istəyənlərə bir məsləhət , telefonu hızlı çəkim moduna alıb çəkin o zaman çox təmiz bir şəkildə telefon auroranı çəkə bilir. Orada olduğumuz müddətcə qatıdığımız turlar snowmobile və husky ilə kızak turu idi. Büdcə əl verirsə önərirəm. Amma bu qədər yolu oraya qədər gediriksə məncə bir çox şey üçün öncədən para ayirmaq mümkün. Ortalama 1 nəfər üçün 130 euro kimi düşünə bilərsiniz.Bunlardan əlavə dünyanın ilk buz otelidə Jukkasjarvi kəndindədir , oda Kirunadadır. Hər il yenisi sıfırdan düzəldilir. Bu il 35ci İcehotel qurulmuşdu. Bunların içində gecə qalmaqda mümkün amma qiymətləridə bir o qədər ecazkar yəni fərqli bir dənəyim yaşamaq üçün 1 gecə qalınabilir. Bundan əlavə İcebar bölümüdə var, ordada buzdan bardaqlarda içkilər içə bilərsiniz. İcehotel girişi 35 euro.Buranin yaxinlarinda Sami kəndi var, Nutti Sami Siida. Reindeerleri görmək və bəsləmək üçün buraya gələ bilərsiniz. Giriş və bəsləmə qiyməti daxil 27 euro ya başa gəlir.Bunlardan əlavə Arctic gün doğumu və gün batımını izləmək isə baha biçiləməz. Özəlliklə bu dönəmlərdə günəş doğa bilmədiyindən üfüqdə qalır və göy üzündə mavi çəhrayi çalarlar şou göstərir Gedəcək olanların termal içliklər, içi polarlı papaq, termal əlçək, su keçirməz qar botu götüməsi lazım. Son olaraq öz xərcimizi verə bilməyəcəm amma 2 nəfər üçün gözlədiyimin çox altında bir rəqəm çıxdı. Öncədən planlama hər zaman qazandırır. Təxminən bakıdan çıxan turlarin bir nəfərə verdiyi qiymətin yarisina mən 2 nəfərlik tətilimi ayarladım, onun üçün belə bir düşüncəsi olan varsa özü biraz araşdırsa işin içindən çıxa biləcək.Aurora üçün bir çox app var, hər birini yükləyib izləyin deyirəm. Bundan əlavə ay döngüsünədə mütləq baxın, dolunaya dənk gəlib hüsrana uğramayın sonra. Şanslıysanız göy üzündə Pileus buludlarinida görəcəksiniz, bu coğrafiyaya özəl bir durumdur buYeni iliniz mübarək, arzusunda olan hər kəsin bu gözəllikləri görməsini diləyirəm. Daha da bol uçuşlu, sağlıqlı huzurlu illərəPaylaşan Beyim Ahmedli Çeçe

270 dəfə oxunub

Budapeşt gəzintisi

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə yenidən. O Vyanada metroda 115 euro cərimələnən qızam???? dedim mən də öz səyahətimdən maraqlı rəngli momentləri sizinlə paylaşım????Deməli səyahəti 10 günlük planlaşdırdım sentyabr ayında, məlum məsələ kasıb malı #wizzairle uçdum. Wizzair də sağ olsun oturacaqları adamı səyahətə başlamamış yorur uje???? ucuzluğuna görə amma əla variantdı hər zaman. Ümumilikdə 3 gün #Budapeshtde, 4 gün Praqada, 3 gün Vyanada oldum.İlk Budapeştdən başlayım ki, şəhəri belə çox sevəcəyimi və qısa zamanda doğma gələcəyini düşünməmişdim. Səyahətə getməzdən öncə gəziləsi yerlərin hətta kafelərin belə listini tutmuşdum. Budapeştin Buda tərəfi əsasən tarixiliyi ilə Peşta tərəfi isə aktiv həyatı ilə seçilir. Tarixi yerləri özünüz də tapa bilərsiz onsuz, ən maraqlılardan danışım. Şəhərin içində yerləşən "Marqarita adası" məsələn, hansı ki mərkəz hissədən 2 nömrəli tramvayla asanlıqla gedə bilərsiz. Bura sanki cənnətdən bir parçadır, hər yer yaşıllıq, gül-çiçək, sakitlik, insanların istirahəti üçün nəzərdə tutulmuş bir ərazidir, içində bir neçə kafe və baseyn də var. Yaz -yay aylarında getsəz Budapeştə mütləq gedin bura.Daha sonra Budapeşt ruin barlaru ilə meşhurdur, ( yeni köhnə atılmış obyektlərdən kafe düzəldiblər ve maraqlı məkanlar ortaya çıxıb) Orel i Reshka"dan gördüyüm bu tip bir kafe "For sale pub"a getdim. Kafedə uzun növbə olur, güclə yer tapırsan. İçəridə hər stolun üstündə bir vedrə fıstıq olur, hansı ki pulsuzdu bu fıstıq və ən maraqlı məqam fıstıqları yeyib qabıqlarını yerə tökə bilərsən, ( imenno bu ləzzət elədi????) şəkildə gürünən əndrəbadi yemək həmin kafedəndir, qiymətlər baha lakin porsiya gigantdır, demək olar ki hər kəsin qabından yeməyin yarısı qayıdırdı).Budapeştin ən məşhur kafesi "new york" kafedir. Reserve etmədən getsəz çətin yer tapasız, amma biz tapdıq???? Kafe bütün klassik stildə dizayn olunub, saat 5-ə kimi klassik orkeste ifa edir, daha sonra isə fortepiano davam edir. Qiymətlər əl yandırır, bizim pulla 17 manata birtəhər bir multivitamin fresh sok tapıb içdik???????? bura bir növ simvolik bir yerdi, Budapeştə gəlmisənsə bura da girməlisən kimi) Amma içəridə oturmayıb sadəcə şəkil və video da çəkə bilərsiz, tamamilə icazə verirlər.Budapeştin insanları mehribandır, gecə 12-də otelə qayıdırsan dəyib-dolaşan yoxdur. Hə bir də insanlar əsasən qızları mənə görə kifayət qədər kökdülər və 0 kompekslə qat-qat sellulitle qısa şortiklər geyinirlər rahat ( heyf deyilik biz, o nə deyər bu nə deyər fikri ilə həyatımızın içinə eləyirik????) Belə görürəm 3 şəhəri də bir posta sığdıra bilməyəcəm. Ona görə o biri şəhərləri də ayrıca yazaram) Hələlik bu qədər????P.S. Səyahətimin əsas orqanizatoru, gözəl və diqqətcil insan Abas Sayilov -a da buradan təşəkkür edirəm. (bu qrupdan Əfsanə adlı xanım sağ olsun calaşdırdı bizi) Hələ belə xırdalıqlara qədər fikir verən, müştərinin hər istəyini nəzərə alan insan görməmişəm. İşində peşəkar insanlarla işləmək başqa şeydi həqiqətən. Reklam deyil bu inanın, sadəcə razı qaldığım bir şeyi sizinlə də bölüşmək istədim.????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Laman Faraczade‎

1411 dəfə oxunub

Kapadokya Bələdçisi

Kapadokya Əziz Gəzəyənlər, sizə 4 ildir yaşadığım, insanı nağıllar aləmində hiss etdirən bu gözəl bölgə üçün qısa məlumatlar verəcəm. Kapadokya, Türkiyənin 6 şəhərini əhatə edən bölgənin adıdır, mərkəzi və görülməli yerlər isə Nevşehir şəhərinə bağlı Göreme, Ürgüp, Avanos, Ortahisar, Uçhisar ilçeleridir. Necə gələ bilərsiniz? : Bakı - Ankara təyyarə ilə, Ankaradan Nevşehir’ə avtobusla və ya Bakı - İstanbul - Kayseri təyyarə ilə, Kayseridən avtobusla 1 saata bura gələbilərsiniz. Türkiyənin digər şəhərlərinə nisbətdə, burda hər şey çox bahalıdır bunu öncədən planlamağınızda fayda var. Türkiyədə artıq hər şey bahalıdır, o ayrı məsələ. Görülməli əsas yerlər:Göreme Açıq Hava Muzeyi: Qayaların içində oyulmuş qədim kilsələr və ibadət yerləri var. Uçhisar Qalası: Bölgənin ən yüksək nöqtəsidir. Qaladan bütün peribacalarını izləyə bilirsiniz.Ürgüp ilçesi: Çox aktiv və gözəl bir ilçedir. Kuruyemişçilər, maraqlı kafe və restoranlar var. Otellər burda Göreme və Uçhisara nisbətən daha münasibdir. Yerli şərablar da burda olduqca keyfiyyətlidir.Ihlara vadisi: Aksaray şəhərinə bağlı, yaşıllıqlar içərsində çox gözəl kanyondur, eyni zamanda tarixi kilsələr də çox maraqlıdır. Görülməsi gereken daha çox yer var, yazsam bitməz. Əsas məkanlar bunlardır. Gələk maraqlı aktivitelərə: Balon turu, ATV ( QUAD ) turları, At vəya dəvə turları, eyni zamanda bölgəni gəzmək üçün Green tour və Red tour deyə aktivitelər mövcuddur. Green vəya Red tour adam başı 50 avrodur, ATV turu 2 saatlıq günbatımı turları var, adam başı 1000 tl. ( 1 ATV 2 nəfər minə bilər ) Balona gəldikdə isə, qiymət hər gün hətta hər saat dəyişə bilir. Nə qədər çox tələbat varsa, bir o qədər bahalı olur. Hal hazırda təxmini adambaşı 200 avrodur. Qışda isə, 40 avroya minmək mümkündür. Turlar və ya balon üçün əvvəldən rezervasiya etmək yaxşı olar. Yayda çox isti olur, amma yaz və payız səyahət üçün daha idealdır. Kapadokya çox sakit, fərqli və vizual olaraq bənzərsiz bir bölgədir. Həm gəzib görmək, həm də bir az sakitləşmək üçün ideal seçimdir, mənə görə. #Kapadokya #TurkeyPaylaşan - Cəlil Alyaslı

189 dəfə oxunub

Laplandiya bələdçisi

Finlandiyanın şimalında yerləşən və ərazisi 100 min kvadrat kilometrə yaxın olan gözəl Laplandiya Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır paytaxt deyəndə ərazisi böyük olsa da cəmi 60 min ətrafı əhalisi var, ikinci dünya müharibəsində şəhərin 90%- dağıdılıb ona görə də nə qədim mərkəzi var, nə də tarixi binaları, əvəzində isə şəhərin mərkəzində skandinav stilində tikilmiş praktik evlər çoxluq təşkil edir. Bölgənin ən görməli yerlərindən biri isə sözsüzki “Santa Claus Village” və “Santa Park” tematik parklarıdır, rəvayətə görə Santanın əsas məskəni Korvatunturi dağlıq ərazisi olsa da real görüşə biləcəyiniz və şəkil çəkdirə biləcəyiniz Santa məhz “Santa Claus Village” tematik parkında yaşayır , Santanın rəsmi Poçt ofisi də bu parkda yerləşir bundan əlavə parkda şimal maralları ilə gəzinti, husky-lərlə tur, buz mağarası, restoranlar, mağazalar və s. kimi əyləncələr də tapmaq olar hətta otel və kotteclər də var. Qış mövsümündə , dekabr və yanvar aylarında cəmi 2-3 saat gün olur və günün qalan hissəsi qaranlıq olur. Restoranlarda şişirdilmiş qiymətlərdir. İndi isə qaldığımız yer və səyahət xərcləri barədə bəzi detallar:Bakı-İstanbul-Rovaniemi və geriyə Riga-İstanbul-Bakı / Turkish Airlines / adam başına 445 avro.Rovaniemidə 3 günlük ev cəmi 330 avro booking.com saytı vasitəsilə. Rovaniemi hava limanından mərkəzə 4 nəfərlik transfer (Mercedes Vito) 25 avro / gettransfer.com saytı vasitəsilə. Rovaniemi-Santa Village-Rovaniemi / 8 nömrəli avtobus / adam başı 7 avro (35 dəq.). Husky parka giriş – böyüklərə adama 10 avro uşağa 5 evro.husky ride – qiymətlər böyüklər üçün adama 30 avrodan başlayır uşaqlara isə 15 avrodan. Reindeer ride – adam başı 18 avrodan başlayır. Santa ilə şəkil / 1 şəkil 25 avro / download linki ilə birlikdə 40 avro.Santa Post Office-dən məktub göndərmək, postalcard və marka ilə birgə 3 avro. SantaPark tematik parkına giriş böyüklərə adama 35 avro uşağa 29 avro.Santa Village – SantaPark / taksi 15 avro (ayaqla 30 dəqiqə).Rovaniemi – Helsinki gecə qatarı / 2 yataqlı SV cəmi 278 avro. Qatar biletini vr.fi saytindan aldiq.Santa Village – da çantalar üçün saxlanc yerləri də var / bir çanta 5 avro axşam 6-ya kimi. P.S. Husky və maral gəzinti qiymətləri seçdiyiniz məsafədən asılı olaraq dəyişir. Uşaqsız gedən və daha aktiv istrahət edənlər üçün isə çoxlu sayta digər əyləncələr var avrora ovundan tutmuş buz qıran gəmi ilə səyahətə kimi, saytları aşağıda qeyd edirəm: Nordictravels.eu / santasadventures.fi / rovaniemisafaricenter.comP.p.s. minimum 15 dərəcə şaxta olmasa və hava tam açıq olmasa heç avrora görməyə cəhd də etməyin, yalandan pulunuz gedər.Alakbar Valiyev -in bu postunu da oxumaq məsləhətdir əlavə faydalı məlumtalar çoxdur Laplandiya haqqında. https://m.facebook.com/groups/238282336566990?view=permalink&id=933549367040280Həmişə gəzməkdə dostlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

4906 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!