1047 dəfə oxunub

Balissimo????

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Balissimo????

Vacation, bal ayı və ya sadəcə eqzotik yer kəşfi üçün Bali ən rahat və ilkin seçimlərdən olmalıdır. Çox möhtəşəm gözləntilərlə getməyin ki, ya gözləntiləriniz artıqlaması ilə doğrulsun, ya da sadəcə məyus olmayasanız.

Xüsusən Bakının qışa sərt keçidindən qaçmaq üçün ən yaxşı mövsüm noyabrdır, Visa tələb olunmur, turla getmək rahatdır, amma düşünürəm ki, əlinizdə nağd pulunuz varsa, biletləri, oteli və transportu (aeroport-otel&otel-aeroport) özünüz həll edə bilərsiniz.

78691758_1498978963585430_3667617434711359488_o

Balinin çimərliyi, cəngəlliyi, meşəliyi və ibadətgahları möhtəşəmdir, adanın qalan hissəsini instagrama çəkib yerləşdirmək istəməzsiz)

Gedərkən sizə mütləq bu tipsdən yararlanmağı məsləhət görürəm:

- özünüzlə böyük pul qabı götürün, çünki pulları çoxdur)
- authorized yazılan yerlərdə qətiyyən pul dəyişməyin, sizi aldada bilərlər, necəsə olur ki, onların yanında pul sayanda düz olur, qıraqda yenidən sayanda az çıxır. Pul dəyişmə məntəqələrində ad&soyad, otel ünvanı kimi detallı informasiya istəyirlərsə, yaxşıdır.
- mütləq qalacağınız gün sayına görə tur planları edin, turlar üçün isə tripadvisor turları məsləhət görürəm, biz Alex adlı bələdçi ilə günə 40$-lardan turlar planlayırdıq, adam həm rus, həm eng dilini bilir. Kimsə istəsə kontaktını verə bilərəm (təbii ki qrup qaydalarına zidd deyilsə)

79547091_1498978843585442_3540799608944852992_o- kuta çimərliyi surfing və ya ümumiyyətlə çimmək üçün mükəmməldi, tərtəmizdir, amma orada hər şey pulludur, hətta dəsmalları da ayrıca satırlar ona görə özünüzlə dəsmal aparın)
- Bakıdan gedəndə böcək dişləməsi əleyhinə sprey aparın, Bali böcəklərinin ayaq fetişi var elə bil ???? ayaq şişir və göyərir, gecələr isə qaşınmalar güclənir, ona görə tədbirli olun.
- bike sürə bilirsinizsə, əlaçı. Balidə bike kirayəsi çox ucuzdur, tək və ya cütlük şəklində getmisinizsə, lap sərf edəcək. əks halda yalnız tur rəhbərinin avtomobili və ya tura getmədiyiniz günlər taksi işlədəsi olacaqsız. Taksi xidmətindən söz düşmüşkən beynəlxalq standartlı taksometr Bluebird taxi xidmətində var, xeyli komfortlu və kondisionerli maşınlardır, amma onların bəzi ərazilərə girişi qadağandır, şəhər mərkəzinə gedəcəksizsə, hər yerdə var və rahatlıqla işlədin. Nəzərə alın ki, yerli taksi xidməti Bali taxi loqolarını və maşın rənglərini Bluebirdə bənzədib, axşam səhv sala bilərsiniz, diqqətli olun)
- meşələrdə, cəngəlliklərdə, çimərliklərdə istifadə edəcəyiniz adrenalin əyləncələr zamanı ucuz qiymətə qaçmayın. Mütləq sığorta olub-olmadığını yoxlayın, bəzi yerlərdə var, qoy olsun 2 dəfə baha amma ürəyiniz də rahat olsun)
- İbadətgahlara gedərkən çiyin və dizlərinizi örtəcək geyimlər geyinməyə çalışın, necə deyərlər, yerli adətlərə hörmət etməyə çalışaq ????

79352562_1498978260252167_6890146777178046464_o- Günə 100$ xərcinizin çıxması qarantidir, qiymətlərin qeyri-sabitliyinə hazır olun, xüsusən yerli mətbəxə mədəniz alışmasa, italyan restoranlarında servis və tax vergisi gəlir çıxır 21faizə, ona görə qalacağınız günə görə ortalama 100$ (gün üçün) məbləğ götürməyə çalışın.
- Heyvanları çoox şirin görsənə bilər, onları qıcıqlandıracaq hərəkət və ya göz zilləmələrinə qədər belə görsənərlər. Xüsusən sacred monkey forest-də meymunlara gözünüzü zilləyib baxmayın, onlar yoxmuş kimi davranın, uzaqdan sevin :d
- plastik istifadəsinə çox yol verməyin, şopinq üçün özünüzlə böyük kağız çanta və ya parça çantalar aparın.

78537878_1498978760252117_2176908314326073344_o- əslində yerli əhali noyabr ayını low season olaraq dəyərləndirir, amma bizim bəxtimizdən 10 günlük səfərimizdə cəmi 2 gün yağış yağdı, o da Bali yağışını da görməyə dəyərdi.)

Balidən həzz almaq insana görə dəyişir, meditasiya üçün möhtəşəm ab-havaya sahibdir, yaxşıca restart elətdirir düşüncələrinə, bir də çox romantik məkandır ????
Baliyə səyahət arzulayırsınızsa, indidən pul yığmağa başlayın????

78813436_1498978436918816_3589174521384402944_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gulsen Hesenzade

DİGƏR BLOQLAR

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2707 dəfə oxunub

Trabzon bələdçisi

Trabzondakı bütün otel və hostellər üçün bu linkə gedinSalam gəzəyən əhli, Trabzon haqqında paylaşdığım ilk post maraqlı olduğu üçün düşündüm 2-ci postuda paylaşım ki gələcək və ya gəlmək istəyən insanlar faydalansın. Gəzdiyim yerlərdən şəkillərin bir qismini yenə paylaşıram ki təsəvvür formalaşsın.Bu dəfə Sumela Monastrı, , Zigana dağı, Aya Sofya Muzeyi və Atatürk köşkü haqqında qısa məlumat verməyə çalışacam.1. Sumela Monastrı, Hamsi Köy və Zigana dağına ən rahat yol turla getməkdir və məndə elə etdim. Mənə yaxın dostum təşkil etdiyi üçün qiyməti əvvəlcədən bilmədim, daha sonra maraqlandım təxminən 50-60 lirə arasındadır. Yəni bir gününüzü bu yerləri görmək üçün sərf edə bilərsiniz. Axşam tərəfi 5-6 arası yekunlaşdırmış olacaqsınız. Məncə qiymətdə normaldır və əlaqə lazım olda kömək edə bilərəm.Sumela monastrı 2015-ci ildən bu tərəfə təmirə bağlandığı üçün giriş yoxdur ama ətrafdan görmək şansınız var, dağın ətəyində çox möhtəşəm bir yerdir, necə tikiblər, necə ediblər həqiqətən çox maraqlıdır. Yol üstü balaca şəlalə belə var.Hamsi Köyə heyran qalacaqsınız əminəm. Təbiətindən əlavə sütlaçı çox məşhurdur, ona görə mənzərədən zövq alarkən sütlaçın dadına mütləq baxın. Köyün adının hamsi ilə heç bir əlaqəsi yoxdur, hamsi beş deməkdir, hansi ki həmin köy beş köydən ibarət olduğu üçün adı elə qoyulub.Zigana dağı sadəcə dağlıq bir yerdir ama Hamsi köydən ora gedən yol çox möhtəşəmdir. Hansi ki yol boyu dağlıq, meşəlik, hər yer yaşıllıq olan bir yolun içərisindən keçəcəksiniz. Qış aylarında o yollar çox təhlükəli olduğu üçün dağın altından tunel yolu salınır və bu il yekunlaşacağı gözlənilir. Həmin yol sırf qışda daha təhlükəsiz olması üçün alternativ olaraq düşünülüb.2. Aya Sofya Muzeyi tarixi bir yerdir və dəniz sahilinin yanındadır. Giriş tərəfdə kafe var oturub çay içə və ya nəsə yeyə bilərsiniz. Məsələn mən ən sevdiyim səhər yeməyi menemeni yeyib çay içdim və internetdən faydalandım. Dolmuşlar vasitəsilə meydan tərəfdən çox rahat gedə bilərsiniz. Dolmuşlar hara getsəniz sadəcə 2 lirədir.3. Atatürk Köşkü çox gözəl yerdə yerləşir. Dolmuşlar ora 3.5 lirəyə aparır, köşkə giriş isə 7.5 lirə idi. Köşk ətrafında şəkil çəkdirib, içərisini gəzə bilərsiniz. Daha sonra arxa tərəfdə gözəl mənzərəli, güllü çiçəkli həyətində oturub nəsə içərək mühitdən və mənzərədən zövq ala bilərsiniz.Trabzon insanları həqiqətən çox mehriban və özlərinə məxsus mədəniyyətləri var. Fanatik yerlilərdir. Əksər wifi kodlarında belə 61 rəqəmi görə bilərsiniz. İstanbul və ya digər yerlər kimi deyil. Dolmuşlar vasitəsi ilə şəhər ətrafı hər yerə gedə bilərsiniz. Alış-veriş üçün şəhər mərkəzinə yaxın forum var və ya şəhər mərkəzində belə yerlər tapa bilərsiniz. Uyğun qiymətə kitab mağazası belə tövsiyyə edə bilərəm hansi ki əksər kitabları rahat əldə edə bilərsiniz. Və mütləq şəhər mərkəzində Dolunay Hamburgerə baş çəkib, dadına baxın. Və məndən salam söyləyin. Trabzon səfərimin hekayəsi əslində keçən il ora ilə tanışlığımla başlamışdı. Ümid edirəm paylaşdığım məlumatlar və şəkillər faydalı olar.(bahtijace - instagram)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bakhtiyar Ismayilov

1321 dəfə oxunub

Gəzməyə Vətən yaxşı!

Gəzməyə də Ölməyə də Vətən yaxşı...Əvvəlcə ondan başlayım ki, pandemiya bir çoxlarının əlin-ayağın bağlasa da mənim üçün fürsət oldu. Bu il heç vaxt gəzmədiyim qədər çox yer gəzdim, çox şey kəşf etdim. Bütün bu gəzintiləri detallı yazmayacam, çünki Aprel ayından Noyabra qədər dayanmamışam, buna görə yazı çox uzun ola bilər. Ən əsaslarını və kəşf etdiklərimi qeyd edəcəm. Sezona Qubanın gəzmədiyim dağ kəndləri ilə başlayıb, zirvələrlə bitirdim. Bu dağ kəndlərindən Afurca (Quba) yaxınlığında füsünkar bir mənzərəsi olan bir evdən ibarət Dərənci kəndini (məhəllə) kəşf etməyim oldu. İl ərzində müxtəlif istiqamətlərdən üç dəfə Qızılqaya (3721 m.), üç dəfə də Heydər (3751 m.) və Atatürk (3729 m.) zirvələrində olmuşam. Bu zirvələrin davamı olaraq 17 ədəd dörd minlik zirvələrimizin 16-sına qalxdım, bunlardan 5-inə tək çıxmışam. Zirvələrlə yanaşı bu zirvələrin yaxınlığında yerləşən Tufangöl, Turfangöllər (Qoşa göllər), ölkəmizin ən yüksəkdə yerləşən Nuh göllərini, Vaxçaq gölünü, Babadağın göllərini və möhtəşəm Xalaxel gölünü, bir neçə dağ aşırımını və çay mənbələrini da görmüş oldum. Bu yerlər arasında ən maraqlılarından biri də Bazardüzündən (Qusardan) Çarundağa (Oğuza) gedərkən Rusiya Federasiyasının ən cənub nöqtəsindən keçməyimiz olub. Ayağım qısamüddətli də olsa Rusiya torpağına dəyib. Ən maraqlı gəzintilərimdən biri karantinin sərt vaxtı, camaat Bakıda bişəndə, mən də Qubada mühasirədə idim, nə Bakıya gələ bilirdik, nə də başqa rayona gedə bilirdik, çünki başqa rayonlara yolumuz Bakıdan keçir. )) Amma fürsət bu fürsətdir deyib, tarixi bir yoldan piyada getməyə qərar verdim, sağolsun dostum Asim də məni tək qoymadı, birlikdə getdik. Bu yol Qubadan Qəbələyə, konkret olaraq Salavat aşırımından keçməklə Xınalıqdan Vəndam və Lazaya gedən dədə-baba at yoludur. Biz bu marşurutun Xınalıq-Vəndam olanını seçdik, çünki məqsədimiz tez bir zamanda Qəbələyə çatıb oradan Zaqatalaya getmək idi. Cünki orada bizi füsunkar Xalaxel gölü gözləyirdi. Biz səhər 5-də Xınalıqdan çıxdıq, hava qaralanda Vəndama çatdıq. Camaatın atla bir günə, piyada iki günə getdiyi 30 km-lik dağ yolunu biz səhərdən axşama qədər bitirdik (ilk dəfə idi bu yolla gedirdik), hələ arada 4-5 dənə də şəlalə, kanyon kəşf etdik, çünki bir ara yoldan çıxmışdıq. Vəndama çatdıq gecəni çadırımızda qaldıq, səhər mərkəzə getdik. Orada bizi qarşılayan dostlarımız Ülvi və Mehman qoymadılar gedək Zaqatalaya. Bir gün də bizi Laza və Qəmərvanda qonaq etdilər, gecəni Qəmərvanın qurtaracağında çadırda qaldıq. Səhər Şəkiyə gedən başqa bir dostumuz bizi Qəbələdən Şəkiyə apardı, oradan da yeni çıxmış taksi xidmətindən taksi çağırıb yollandıq saxurların kəndi Yeni Suvagilə, dostumuz Murad gilə. Bu kənddə gün yarım dincəldikdən sonra üz tutduq Xalaxel gölünə tərəf. Biz gölə Cimcimax və ya Sabunçu kəndlərindən qalxmaq istəyirdik, amma maşın çayı keçə bilmədi, məcbur qalıb Yuxarı Çardaxlar kəndindən gölə getməli olduq. Bu yol uzun yol olsa da (təx. 30 km) gölə gedən ən mənzərəli yoldur. Yuxarı Çardaxlar kəndi qayalıqda yerləşən məşhur Pəri qalasının olduğu kənddir. Kənddən çaylaqla gedib meşə yoluna girdik, meşə yolunu bitirib alp çəmənliklərinə çıxanda mənzərəli bir təpənin üstündə "Əlibəy" metrologiya stansiyası qarşımıza çıxdı. Stansiyanın işçiləri üçün olan ev köhnədən qalsa da, şəraitsiz olsa da nağılvari görünürdü. Ətrafında ağ atların otlaması və bütün Zaqatala ərazisinə mənzərə açılması buranı daha da cazibədar edirdi. Burada biraz istirahət etdikdən sonra yolumuza davam etdik. Yolda qarşımıza üç çoban binəsi çıxdı, hər kəs də bizi çaya, yeməyə dəvət edirdi. Yemək yeməsək də çaydan imtina etmirdik. İlk dəfə getdiyiniz üçün biz yolumuzu xəritə ilə müəyyənləşdirib gedirdik, amma çoban binələrində bizə qısa yolları da izah edirdilər, bəzilərində önümüzə düşüb 2 km-e yaxın yolu bizi kəsdirmədən aparıb digər yola çalışdırırdılar. Bəzi yolda gördüyümüz adamlar bizim gölə çatacağımıza inanmasa da, orada qala bilməyəcəyimizi desə də biz axşama yaxın gölə az qalmış dayandıq. Tanımadığınız ərazidə qaranlıqda yol getmək məsləhət deyildi. Ona görə də yaxınlıqdakı quzuluğa getdik. Bura aşağıdakı sürünün quzularının ayrıca saxlandığı yerdir. İki cavan oğlan bizi qarşıladı, qəşəng çay içdik, yemək yeyib yatdıq. Səhərisi durub gölə doğru qalxdıq, iki saatdan az müddətə gölə çatdıq. Göl də nə göl, dağların başında Böyük (3458 m.) və Kiçik (3216 m.) Samalit zirvələrinin arasında yerləşən masmavi bir inci. Təxminən 3060 (/70) metr yüksəklikdə yerləşən Xalaxel gölü Azərbaycanın üç min metrdən yüksəkdə yerləşən ən böyük dağ gölüdür. Gölün çevrəsinin uzunluğu 1,3 km-dir. Gəldik gölün kənarına, çadırımızı qurduq, çayımızı içib, yeməyimiz yeyib qalxdıq Böyük Samalit zirvəsinə. Bu zirvə Baş Suayrıcı silsilədə, Azərbaycan və Dağıstan sərhədində yerləşir. Zirvədən Xalaxel gölünə çox gözəl mənzərə açılır. Buradan Dağıstan tərəfə baxanda daha 4 ədəd nisbətən kiçik göllərin olduğunu gördük. Bir gün göl kənarında qaldıqdan sonra səhərisi endik Zaqatalaya, oradan da Bakıya, sonra Qubaya gəldik. İkinci əlamətdar kəşfim videoqraf Tural Mahmudovla Lerikə getməyim oldu. İki günlük Lerikə gedən adamlar 4 gün orada qaldıq. Sağolsun, Qadir də bu müddətdə bizi evlərində qonaq etdi. Yağışdan sonra , hətta yağış yağa-yağa Lerikin əksər şəlalələrini gəzdik, həmin vaxt şəlalələrin suyu da bol idi. Sonra Büzeyr kəndinin yaxınlığındakı dəlikli daş və yanındakı mağaraya getdik. Bura unikal yerlərdən biridir, ölkəmizdə bu böyüklükdə ikinci bir yerə hələ ki rast gəlməmişəm. Daha sonra xəritədən tapdığım və maraqlı ola biləcəyini düşündüyüm yerlərə getməyə qərar verdik. Həm Bürsülüm kəndindəki yamyaşıl olan göl, həm də Mistan silsiləsi çox maraqlı idi. Mistan silsiləsi xüsusi yerdir. Belə ki, bu silsilədən Xəzər dənizi, Talış dağlarının ən yüksək iki zirvəsi, Kömürköy (Gömürgöy) (2492 m) və Qızyurdu (2433 m) zirvələri, eləcə də Savalan dağı (4821 m) aydın müşahidə olunur. Mistan silsiləsi həm də bir neçə quş növünə ev sahibliyi edir ki, bu növlər də dünyada ancaq bu ərazilərdə yaşayır. Lerik məni necə heyran etdisə daha sonra iki dəfə də buraya səyahət etdim, yarpaqları qızarmış dəmirağaclarının payız mənzərəsi üçün getməyə dəyərdi.Bu il bəzi heyvanları kəşf etməyim ilə də əlamətdar oldu. May ayında getdiyim cığırda 30-40 metr qarşıdan ayı ilə balasının qaçması və oturub sakitcə onlara baxmağım, Bazardüzünün düşərgəsində vaşaqmı, bəbirmi tam aydınlaşdıra bilməsəm də təxminən 200 metrliyimdən keçməsi, Əmbil gölündə yenotların konsertini izləməyimiz, Talış meşələrində tutduğum ilan balasının əslində nadir növlərdən olan fars təlxəsi olduğunu öyrənməyim, sayı hesabı olmayan dağ keçisi və Dağıstan turu görməyim çox əlamətdar idi.Sonda isə adını çəkdiyim və çəkmədiyim bütün dostlara, bizi qonaq edən ailələrə, çobanlara, ən əsası isə mənə güvənib mənimlə yola çıxanlara, təhlükəli ərazilər olduğunu bilərək məni tək qoymayıb yoldaşlıq edən bütün dostlarıma təşəkkür edirəm. Hamınız var olun. Səyahət gözəl şeydir, amma səyahət edərkən güvənə biləcəyin insanların yanında olması daha vacibdir. Ekstremal şəraitdə səyahət edirsizsə tək səyahət etməməyiniz məsləhətdir. Əlinizdə həmişə çomaq, yürüş çubuğu və ya buz baltası olsun. Hər zaman getdiyiniz ərazini yaxşıca, dərininə araşdırın, onu da bilin ki, nə qədər araşdırsaz da heç ummadığınız yerdə sürprizlə qarşılaşa bilərsiz. Belədə yol yoldaşınız, şəxsi təcrübəniz və səbriniz bu sürprizləri daha asan aşmağınıza səbəb olacaq. Tək gedəcək olsaz belə, gedəcəyiniz yer və marşurut haqqında bir yaxınınıza və bir işi bilənə bu haqda xəbər edin. Hər hansı xoşa gəlməz halda verdiyiniz məlumatlar sizi xilas edə bilər. 2021-ci ilin səyahətsevərlərin ili olmasını diləyirəm, arzusunda olduğunuz, hədəflədiyiniz yerlərə gedib görməyinizi diləyirəm. Unutmayın ki, ölkəmizdə də çox gözəl və unikal yerlər var, belə yerləri araşdırıb gedib görməyə çalışın. Uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Toğrul Naritalia Cəfərov

2295 dəfə oxunub

Səyahət əhvalatları - Parisdən qalan xatirə

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qalmaqallı Paris səfəri postumdan sonra, Parisdə başıma gələn hadisəni sizlərlə paylaşım. Təcrübə olsun sizlərə və sizin də başınıza gəlməsin. Deməli belə)Disnaylandda günün sonudur, axşam saat 9-a qalıb uje. Biz çıxdıq ki, Disnay World tərəfdə oturaq yemək yeyək və çıxaq) Birdən qarınqulu canım buloçnıda bulka gördü???????? yaxınlaşdım ki, alım. Kaşelyoku çıxartdım ki, ödəniş edim, podruqam arxadan yaxınlaşdı və məndən öncə ödənişi etdi. Vəəəəə mən kaşelyoku unudub qoydum orda) keçdik, getdik restorana çatdıq. Elə əyləşmək istəyəndə niyəsə yadıma düşdü ki, kaşelyoku yoxlayım. Baxdım ki, yox) Üstündən də cəmi 5 dəqiqə keçmişdi. Qaçdım qızın yanına. İngilisce soruwdum kaşelyoku, mənə bülbül kimi cavab verdi ki, burda görməyib. Hətta gördü isterikaya düşdüm kömək etmək də istəyini bildirdi. Mən isə çox sağ ol deyib, getdim polis və ya security axtarmağa. Və 20 dəqiqə axtarışdan sonra tapdım) dərdimi danışdım)) onlar da gedib soruşdular dedi ki, xanım qızcığaz ki, bəs burada heç bir kaşelyok görməyib) və bizim bu hərarətli söhbəti eşidən bir xanım yanımdan keçərkən mənə dedi ki, mən sizin kaşelyoku tapmışam???? Mənim halımı təsəvvür edin))) Xanımla qucaqlaşdıq , ağlaşdıq, halallıqdan falan dəm vurduq)) Və xanım məni apardı ki, kaşelyoku mənə versin. Məni hara aparsa yaxşıdır sizcə???? Həmin bulka satan qızxanımın yanına???????????? Xanımca bizi gördü şok oldu . Kaşelyoku tapan xanım ondan soruşdu ki, bəs ay xanımca sənə bayaq tapıb kaşelyok verdim, qaytar sahibi budur. O da cavabında dedi ki, bəs bir ərəb xanım gəldi dedi kaşelyok itirib, guya bu da kaşelyoku verib o qadına. Mənim halımı təsəvvür edirsiniz?????????????Aləm dəydi bir-birinə. Ağlıma gələn azəricə, rucsa, ingiliscə qatı açılmamış sözlər yağdırıram ünvanına, kefini pozmadam at kimi üzümə durub???????????? Kaşelyoku tapan, hətta securitylər belə dedi ki, kaşelyoku sən götürmüsən qaytar, dedi yox ki, yox????????????Deyirəm ay it qızı bəs 5 dəq sonra səndən gəlib soruşdum dedin görməmisən, elə onda deyərdin ki, tapıb kiməsə vermisən də) Mənə dedi I don't speak English???????????? bayaq mənimlə ceh ceh vururdueee. Hələ bir dedi ki, polkanın qabağını tutmayın alverimə mane olursunuz???? Dedim polis gəlsin, dedilər gözləmə, sən polisə getməlisən???????????? gecə saat 12 biz yaxınlıqdakı polis məntəqəsinə getdik əlqərəz))) konsert orda başladı))) deməli məntəqədə 2 polis var , Heç biri də İngilisce bilmir???????????? Biz bunları necə başa salmışıq onu bir Allah bilir))) Polisdə ki Əlimərdan qardaş (adını özümüz qoyduq) başa düşdüklərindən bir ərizə yazdı fransızca və mən də qol çəkdim. İndi onun təxəyyülünün güclü olmağına buraxırıq o ərizənin doğruluq payını???????????? Dedi bir ay ərzində baxılacaq gözləyərsiz???????? Hələ bir xəbər ətər yoxdur???? olmayacaq da bilirəm????Kaşelyokun içindəki məbləği soruşmayın, çox idi???? Niyə kart işlətmirsiz deyə də deməyin, kart sevmirəm))) Dedilər Allahına şükür elə ki, dokumentlərin itməyib???? buna da şükür) Necə deyərlər başımın gözümün sədəqəsi olsum, amma o boyda da sədəqə olmurdu???? Bax beləcə Parisə qarşı allergiya var içimdə????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gulka Ayashka

1124 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!