1313 dəfə oxunub

Kutaisi bələdçisi: Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı

Kutayisidəki bütün otel və hostelləri sizin üçün bu linkə topladır

Salam. Bu yazımı Gürcüstanda Kutaisi şəhərinin ətrafında yerləşən çox maraqlı turistik yerlər (Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı və s.) barəsində yazacam. Və əsas məqsədim təcrübəsi az olan, həvəsi olub da səyahət etməyəmaddi baxımdan imkanı çatmayan, “Biləcəridən kənara çıxmamışam” deyənlər, turlarsız, sərbəst gəzmək istəyənlər üçün təcrübə yığmaq istəyənlərə az da olsa kömək etməkdir. Əgər qrup olacaqsınızsa çalışın heçolmasa bir nəfər rus dilini bilən, bir nəfər də xəritə ilə işləyə bilən biri olsun. Əlavə yemək hazırlayan biri də olsa əla olar) Dediklərimi nəzərə alsanız, 100-200 manat arası xərcə gedib gəzib gələ bilərsiniz.
İlk öncə bəzi tədbirləri görməyi unutmayın.
1) Mobil nömrə mütləqdir. Misalçün 5 lariyə Geocell nömrəsi alırsınız (balansda 100 mb və 100 sm olur), balansı ödəmə terminallarında artıb (plastik kartla ode.az saytı ilə də olar) *135# yığmaqla müvafiq olaraq 3 lari – 500mb, 5 lari-1.2gb, 7 lari-2gb, 10 lari-4gb və s. Götürə bilərsiniz.
2) Getmədən Maps.me və Google map proqramlarını yükləyib Gürcüstanın xəritəsini offline işlətmək üçün yükləyin və aşağıda verəcəyim koordinatlarla məkanları qeyd edin. Daha sonra internetiniz olmasa da GPS lə harda olduğunuzu müəyyən edə bilərsiniz (hələlik Bakının xəritəsini yükləyib məşq edə bilərsiz).
3) Mütləq özünüzlə powerbank götürün.
4) Booking.com saytında yer rezerv etməyi öyrənin. Bilmirsinizsə maps.me və booking haqqında da material hazırlayaram.
5) Yola çıxdıqda çantanıza biraz yemək və su qoyun, həddən artıq pal paltar yığmayın. Özünüzlə çəkələk (şəpit nə bilim, nə deyirsizsə artıq) götürüb qatara, avtobusa mindikdə geyinin.

35695486_2027006737329603_3490896779069620224_o
6) Hostel, Otel, Qonaq evi bron edərkən qiymətə aldanıb reytinqsiz və ya reytinqi aşağı olan yerlər bron etməyin.
7) Bron etdiyiniz yerin nömrəsinə mütləq əvvəldən zəng edib ünvanı dəqiqləşdirin hətta ora hansı marşurut getdiyini də soruşa bilərsiniz.
Gələk yola. Bildiyiniz kimi Bakı-Tiflis avtobusları 12 manata avtovağzaldan axşam 9 dan sonra yola düşürlər və səhər saatlarında Tiflisin Ortaçala adlanan mərkəzi avtovağzalına çatırlar. Amma mən məslət görərdim siz avtovağzaldan Qırmızı Körpüyə qədər bilet alasınız (təxminən 10 manata). Əgər boş avtobus tapmasanız avtovağzalın 3 cü mərtəbəsindən Mercedes Sprinterlər yola düşür. Ən rahat yol isə qatarla getməkdir (PL – 23 manat). Qatar axşam saat 10 da yola düşür, təxminən səhər 11 in yarsına Tiflisə çatır). Online almaq üçün https://goo.gl/Bvixsu
Qırmızı Körpü sərhəd məntəqəsində biraz pul dəyişin (şəhərlə elə 100 manatda 1-2 lari fərq edir). Gürcüstan tərəfdə Tiflis dəmiryolu vağzalına gedən qazelə minə bilərsiniz (4 lari).
Əgər Tiflisdə qalmağı planlaşdırmırsınızsa yolumuza davam edək.
Tiflisdən Kutaisiyə və birdəfəlik Martviliyə avtobuslar gedir (Birdəfəlik Martviliyə getməyi məsləhət görmürəm çünki uzun yoldan sonra yol yorğunu olassınız). Dəmiryolu vağzalının arxasında Kutaisiyə mikoavtobuslar yola düşür ( 10 lariyə - təxminən 4 saat). Orda tapa biməsəniz və ya hələ gec çıxdığını düşünürsəniz qarşıdakı avtobus dayanacağından 117 və ya 150 nömrəli marşuruta 0.80 lari verib Didube avtobağzalına (Locationhttps://goo.gl/MGjS2P ) gedə bilərsiniz. Ordan Kutaisiyə bir saatdan bir mikroavtobuslar gedir. Batumiyə gedən mikroavtobusa da minə bilərsiz. Gediş haqqı yenə 10 lari. Orda sim nömrə də ala bilərsiz . Mikroavtobuslar sizi Kutaisi Avtovağzalına aparacaq (Location https://goo.gl/pQ5Wos ) . Məslətim isə qatarla getməyinizdir. Qatar sizi 5 saata aparacaq amma çox rahat gedəcəksiniz və yorğunluğunuz çıxacaq. Qatara bilet 9 laridir. Səhər 9 da dəmiryolu vağzalından yola düşür, 14:30 da Kutaisi I dəmiryolu vağzalına çatır (Location https://goo.gl/ydjs4B ). Online almaq üçün sayt - https://goo.gl/MSwL3A , application - https://goo.gl/LRyHFx . Bilet nömrəsini desəniz bəs edəcək.
Kutaisiyə çatdığınız gün Martviliyə və ya Okatseyə getməyi məsləhət görmürəm. Yaxşı olar ki, qalmaq üçün yer bron edib duş alıb, yemək yeyib dincələsiniz. Daha sonra isə şəhəri gəzmək olar. Kutaisi balaca şəhər olsa da çalışın mərkəzə yaxın yerdən yer bron edin. Və mətbəxindən istifadə mümkün olsun. Misalçün biz günü 20 lariyə ayrıca otaqda qaldığımız qonaq evi https://goo.gl/kvCe3Z . Qatar stansiyasından 23 nömrəli marşurutla gələ bilərsiniz. Yaxınlıqda yarmarka və mağaza var. İlk gün Kutaisidə Bagrati Cathedralına gedə bilərsiniz (Logatinon https://goo.gl/dQHfa6 ). Gəncə qapılarının saxlandığı Gelati monastrına (Location https://goo.gl/94L98L ) getmək üçün Meskhishvili teatrının arxasından (Logation https://goo.gl/behspV ) 2 lariyə səhər saat 8 dən axşam 18-00 a qədər mikroavtobus yola düşür. Mütləq gedin. Qapı IV Davidin məzarının yanındadır. Yadda saxlayın ki, Kutaisdə 1 nömrəli mikroavtobus qatar stansiyası və avtovağzala gedir (gediş haqqı 0.50 lari).
Marviliyə getmək üçün sizə Kutaisi avtovağzalına getmək lazımdır. Avtovağzalın arxasından 1 saatlıq interval ilə işləyən marşurut sizi 1 saat 20 dəqiqəyə Martviliyə kimi aparacaq (4 lari səhv etmirəmsə).
Evdən çıxmazdan qabaq çantanıza su, buterbrod hazırlayıb qoymağı unutmayın. Powebank öz yerində. Əgər kanyona qədər getməsə ordan piyada, avtostop və ya taxi ilə gedə bilərsiniz. Adətən kanyona yaxın gedirlər ( Location https://goo.gl/krWEC6 ). Kanyonda gəzindi 15 lari, lotqa ilə üzmək isə 13 lari təşkil edir. Biraz bahadı amma mənzərəyə görə pul verməyə dəyər. Həvəsiniz olsa kanyondan sonra 8 km şimalda Salkinoda Dadiani knyazlarının sarayını görməyə gedə bilərsiniz (Location https://goo.gl/f2VfCN). Ancaq ya avtostop ya da taxi yə pul verməli olassınız. Bəxtiniz gətirsə marşurut vaxtına düşə bilərsiniz. Eyni qayda ilə geri qayıda bilərsiniz. Və ya Martvilidə yer bron edib gecələyə bilərsiniz. Martvilidən dərhal sonra Okatse kanyonunu görmək istəsəniz Martvilidən Khoni avtovağzalına gəlib ordan ordan Okatse marşurutunu gözləyə bilərsiniz. Ancaq alternativ olaraq vaxta qənaət etmək üçün Khoniyə getmədən Martvili ilə Okatse yolunun kəsişdiyi yerdə (Location https://goo.gl/QDweS8 ) düşüb, uzu Okatseyə tərəf marşurut, avtostop, və ya çoxsunuzsa birləşib 10-15 lariyə taxi danışa bilərsiniz. İlk deyilən qiymətlə razılaşmayın, biraz alışveriş edin.
Okatsedə (Location https://goo.gl/1o1tTD) giriş 15 laridir. Girişdən kanyonun özünə qədər 2.5 km məsafə var. Orda Offroad taxilər sizi aparmaq üçün 40 laridən 20 lariyə kimi təkliflər edəcəklər. Biz taxi ilə yox, piyadalar üçün olan çığır ilə gedib gəldik. Kanyonun özü çox gözəldir, mütləq gedib baş çəkin. Çantanızı 2 lariyə Girişdə saxlama kamerasına verə bilərsiniz, amma mütləq içərisində su olan kiçik çanta götürün özünüzlə. Kanyonun girişindən 6 km şimalda Kinchkha şəlaləsi (Location https://goo.gl/2EPnZH ) var. Hazırda orda körpü təmiri gedir deyə yaxına buraxmırlar. Mən yazını 20.06.2018 də yazıram ola bilsin bir neçə ay sonra təmir bitdi. Əvvəlcədən orda maraqlanın. Əgər getsəniz şəkildəki donuz balasına məndən salam deyərsiz :-) əgər həmin vaxda sağ qalsa. İmkanlı şəxslər biraz şimala gedib paraqildinq uçuşu da edə bilərlər. Geri qayıtmaq üçün tapsanız marşurut, tapmasanız avtostop və ya taxi ilə gələ bilərsiniz. Biz avtostopla Khoniyə, ordan 2 lariyə marşurutla Kutaisiyə gəldik.
Vaxt məhdudiyyətinə və mənim yol yoldaşımın təmbəlliyinə görə :-D biz Prometheus mağarasına (https://goo.gl/edfu3o ) gedə bilmədik. Amma sizə kömək edəcək məlumatları deyim. Giriş 20 laridir. Kutaisi avtovağzalından 1-2 lariyə Çxaltubaya (Location https://goo.gl/bzmJyu) ordan isə 1.5 lariyə mağara gedə bilərsiniz. Mağaraya avtobus gün ərzində yalnız 3-4 dəfə getməlidir səhv etmirəmsə. Mütləq əvvəldən vaxdı dəqiqləşdirin. Yeri gəlmişkən Çxaltubada “bütün xəstəlikləri sağaldan su” adlanan radon suyu var. əsasən onurğa, sinir, qan-damar xəstəliklərinə xeyir edir. Hətta Iosif Stalinin tez tez gəlib burada müalicə olunduğu, özünün ayrıca otağı olduğu deyilir. İsdəsəniz maraqlanarsınız.

35870777_2027004923996451_1693852990357635072_o

Kutaisiyə qayıtdıqdan sonra isə avtovağzaldan Tiflisə mikroavtobusla qayıda bilərsiniz. Amma mən yenə də sizə qatara bilet alıb qatarla qayıtmağıı məsləhət görürəm. Həm arada o qədər vaxt fərqi yoxdur, Həm qatarda adam az olur və özünüzə ayrıca kabinet götürə bilərsiz. Əvvəldən deyim ki, sonra qulaqlarım cingildəməsin :-D hava isti olsa kabinet də isti olacaq. Amma o tərəflər biraz dağlıqdı. Bizim halda sərin keçdi. Kutaisdən qatar 12:15 də Kutaisi I dəmiryolu vağzalından yola düşür. Və saat 17:15 də Tiflis dəmiryolu vağzalna çatır. Vağzaldan çıxan kimi təxmini 50 metr sol tərəfdə qırmızı körpüyə yola düşən qazel olur. Sadəcə o vaxda qalmağı biraz şans məsələsi. Ona görə qatardan düşdükdən sonra başınız vağzaldakı LC Waikiki və Terranova mağazasına qarışmasın :-). Əgər orda marşurut tapa bilməsəz ya taxi ilə Qırmızı Körpüyə gəlin, ya da pulunuz az çıxsın istiyirsizsə Rustaviyə kimi marşurutla gəlib, Rustavidən taxi ilə sərhəddə gəlin. Sərhəddən keçdikdən sonra heç narahat olmayın istəməsəniz belə bizim sürücülər sizi minimum 10-12 manata Bakıya gətirib çıxaracaq)) Əgər əlavə pulunuz varsa qatarla da gələ bilərsinizş Qatar tiflisdən elə həmin dəmiryolu vağzalından axşam 20:30 da yola düşür, səhər 9 da Bakıdadır. Amma bileti gərək mimimum 2-3 gün əvvəldən alasız. Qiymət isə PL 23- 25 manat arası olacaq. Kutaisi - Tiflis qatarından fərqli olaraq bu bileti kassadan almaq lazımdır. Elə Kutaisi vağzalından da Tiflis-Bakı qatarına bilet ala bilərsiniz. Getməzdən əvvəl 1331 nömrəsinə zəng edib yerin olub olmadığını soruşun.
Bu qədər... Burda az büdcə ilə səyahət etmək istəyən üçün məlumatlar vermişəm. Kimsə daha çox avtostop və ya daha çox taxi istifadə etmək istəyərsə bu artıq individual birşeydi. Hərf səhvi filan etmişəmsə çox da şey eləmiyin ))) İş vaxtı 2 saatdır bitib, ancaq mən bunu bitirmədən getmək istəmədim. Qarşıda Bakıdan-Sumqayıta 1 saatlıq tıxaclı yol məni gözləyir :-)Ümid edirəm səbri çatıb bura qədər oxuyan oldu və yazdıqlarım azda olsa sizə kömək olacaq. Çalışın bacardıqca səyahət edin. Çünki insan yaş artdıqca yox yeni kəşvlər etdilcə, yeni bilgilər topladıqca inkişaf edir, böyüyür. Əgər səyahətin hansısa hissəsində planınız pozulsa kefinizi pozub təəssüflənməyin, pozitiv düşününün, mütləq bir çıxış yolu, alternativ axtarıb tapassınız, həta belə səyahətiniz daha maraqlı və yaddaqalan olacaq :-)Yenə də nə sualınız olsa çalışacam bacardıqca cavablayım. UĞURLAR

Edit. Həftənin birinci günləri Martvili, Okatse kanyonları və Prometheus mağarası fəaliyyət göstərmir. İş vaxtı isə səhər 9 dan axşam 18:00 a qədər (mağara 10:00 da açılır səhv etmirəmsə).

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Azer Hasanov

DİGƏR BLOQLAR

Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.  1) Ucuz necə getməli - Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.2) İctimai nəqliyyat qiymətləri - Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır. 3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz. 4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.-Nələri görməli və nə etməli-1) Sagrada Familia - Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.)) 6) Barceloneta sahilləri - La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var. 7)Park Guell - Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.8)Espanyol meydanı - Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.9)Montjuic və Tibidabo təpələri - Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.10) Port aventura atraksion parkı - Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

2343 dəfə oxunub

Hüzurlu və xoşbəxt insanlar şəhəri - San Diego

San Diegodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri ????Bu gün sizin diqqətinizi Amerikanın???????? ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz ????Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim.....✈️✈️✈️Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil ????San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır.... Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur... Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika ???????? və Mexico ???????? mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır...San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi....Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq....????????????San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur.... Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz ;) Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə....Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu...Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz... Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar ???????????? Balinaların çox güclü quyruqları var imiş))))Gecə heyatından biraz məlumat verim ????Həftənin 5-ci və 6-cı günü San Diegonun ????downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik... Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi..... Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? LolQızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı...Və mən həqiqətən vuruldum San Diego gecə həyatına????????????San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz.... San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür....Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz - rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1908 dəfə oxunub

8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahəti

Deməli dostlar, sizə 8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahətimdən bəhs edəcəyəm.1ci gün. 14 kmOrxan ilə qərara gəldik ki, yürüşə Zaqatalada yerləşən Şamilovka yaylağından başlayaq və bunun üçün yollandıq Zaqatalanın Car kəndinə. Yaylağa gedən piyada cığır çimərlik kafe adlanan istirahət mərkəzinin yanından başlayır .Kafedə işləyənlər bizə 2-3 saatlıq yol olduğunu dedilər, lakin biz 5 saatdan çox vaxt sərf elədik yola və artıq hava qaralanda gəlib Şamilovka yaylağına çatdıq. Yaylaq taxta evlərdən ibarətdir və əhali əsasən yay aylarında burda istirahət və mal qara saxlamaq üçün qalır. Əgər siz gedəsi olsanız mütləq özünüzlə su ehtiyatı götürün, çünki biz adama 0,5l su götürmüşdük və yolun yarısına çatmamış suyumuz artıq bitmişdi. 12 km-ə yaxın yolu qalxmaq elə də asan deyildi. Yaylağa çatan kimi yaylaqda yaşayanlar bizi çaya qonaq elədilər. Bizə çadır qurub gecələməyə münasib yer göstərdilər. Yaylaqda gecə ulduzlar və ay olduqca gözəl görünür. Gecəni ocaq başında kəklikotu çayı içərək, söhbət edərək keçirməkdən aldığım zövqü tərif etməyə söz tapmıram))).2ci gün 17 kmOrxan səhər tezdən durub günəşin doğuşunu kameraya çəkməyə getdi. Və daha sonra başladıq yaylaqdan Car kəndinə doğru qayıtmağa. Yol boyunca böyürtkən yeyərək özümüzə əlavə güc toplayırdıq))). Yol həqiqətən gözəl mənzərələr ilə doludur. Zaqatala rayonunu və kəndlərini görmək mümkündür.Zaqatalada isə artıq Orxanın vacib işi çıxdığı üçün Bakıya qayıtmalı oldu. Mən isə yola davam elədim və özümü gecə olmamış Qaxın İlisu kəndinə çatdırdım, çadırımı quraraq orda gecələdim))).3cü gün 19 kmArtıq tək idim və İlisuda əsas iki yerə getmək istəyirdim. Biri Sarıbaş kəndi, digəri isə İlisu dağ hamamları idi və başladım piyada yola və nəhayət İlisu dağ hamamlarına gedən yola gəlib çata bildim (yol boyunca kənd camaatı məni ingilis zənn edib mənimlə dəfələrlə ingiliscə danışmağa cəhd elədilər . Mən isə onlara Azərbaycan dilində cavab verəndə təəccüblə aaaaa bu bizimkidir ki dedilər)))) və belimdə 15 kq-lıq backpack ilə 6 km-lik daş yola başladım (əgər siz getməkistəsəniz İlisu kəndindən 50 AZN-ə UAZ maşınlar aparıb gətirir hamamlara).Az getdim çox getdim bir 7- 8 dəfə buz kimi çayı keçəndən sonra nəhayət gəlib dağ hamamlarına çatdım. Burda bir az istirahət etdikdən sonra İlisudan olan dostlarla tanış oldum və qərara gəldik ki, hamamdan yuxarıda kanyonda yerləşən Şahverdi şəlaləsinə yollanaq. Olduqca maraqlı bir kanyon yürüşümüz oldu. Bəzi yerləri iplərin köməyi ilə qalxmalı olduq. Dəfələrlə buz kimi suya girdik və yekunda möhtəşəm şəlaləyə çatdıq))). Şəlalədən qayıdarkən dağ hamamında girib çimdik (hamam suyu 40 °C -ə yaxındır və insan orda çimərkən bütün yorğunluğu çıxır). Nəhayət qayıtdım o gözəl ağac evə, ağac evin yerləşdiyi dərə ayı dərəsi adlanırdı. İki gecə orda qalmağıma baxmayaraq təəssüf ki ayını görə bilmədim ))).Tək gəzdiyimi biləndə ağac evdə qalan digər insanlar səyahətim haqqında maraqlanırdılar ))).Hətta bəzən insanlar soruşurdu ki, bu işdə qazancın nədir? Haradansa maliyyə dəstəyi alırsanmı?Tək gəzməyin bir digər üstünlüyü insanların sizə daha çox kömək etmək istəməkləridir))).4cü gün 8 km ( İstirahət günü  )Telefon şəbəkəsinin olmadığı (şəbəkə üçün təxminən hamamdan 2-3 km kəndə tərəf qayıtmaq lazımdır) sosial media mesajlarının insanı narahat eləmədiyi bir yerdə təbiətlə vəhdətdə olmaqdan zövq aldım. Hamamda çimib, ocaq başında kəklikotu çayı içərək səmadakı ulduzları seyr eləmək məni hədsiz dərəcədə xoşbəxt elədi (təbiətdə olarkən səmadakı ulduzları seyr edib saatlarla xəyala dalmaq möhtəşəm bir şeydir).5ci gün 18 kmSəhər yol yoldaşım olan backpackımı yığıb yola düşdüm üzü İlisuya tərəf. Məqsədim İlisuda gəzmədiyim bir neçə yeri gəzib daha sonra Sarıbaş kəndinə yollanmaq idi. Dostum Fuadın Şəkidən İlisuya gəldiyini və Sarıbaşa getmək istədiyini öyrəndim))). İlisuya çatar-çatmaz Şamil qalaya getdim. Qalanın yolu dik və günorta saatları olduğundan yol heç də asan olmadı. Oradan Sarıbaşı və İlisu kəndinin möhtəşəm mənzərəsini seyr elədim. Məni üzən məqam qalanın içi və çölünün baxımsız halda olması idi (restavrasiya olunub turizm məqsədi ilə istifadə oluna bilinər əslində).Nəhayət dostum Fuad da gəlib İlisuya çatanda onunla birlikdə Ram-rama şəlaləsinə yollandıq. Yay ayları olduğu üçün şəlalədə su az idi. İlisuda yerləşən Ulu məsciddə tarixi tikili xoşuma gəldi. Axşam hava qaralanda Sarıbaşa doğru yola düşdük. Yolun gözəl mənzərəsini biz səhər tezdən qayıdanda görə bildik.Sarıbaşda qaranlıq olmasına baxmayaraq bizi kənd camaatı olduqca xoş qarşıladı, evlərinə qonaq çağırdı. Qaxlı dostlarımdan Sarıbaş camaatının qonaqpərvər olduğunu eşitmişdim (həqiqətən elə imiş). Sarıbaşlıların dili ilə desək “Qax bir üzükdür Sarıbaşda onun qaşı“. Sarıbaşda Məktəbin yanındakı böyük alma bağında ocağımızı qaladıq, çayımızı dəmlədik. Səmada Süd yolu çox möhtəşəm görünürdü. Bu cür açıq gözlə süd yolu çox az kənddə görünür. Kəndin havası o qədər xoş idi ki, insan özünü hədsiz dərəcədə xoşbəxt və gümrah hiss edirdi))) Sarıbaşlılar bizə öz əlləri ilə hazırladıqları pendirdən də hədiyyə elədilər (dadına mütləq baxmalısınız).6ci gün 16 kmSəhər mən yuxudan oyanmamış Fuad artıq çayı dəmləyib, qayğanağı hazır eləyirdi O təmiz havada insanın çox gözəl iştahası olur həqiqətən, insan yedikcə yemək istəyir)))Daha sonra isə yollandıq kəndi gəzməyə. Kənd SSRİ illərdə olduqca inkişaf etmiş bir kənd olub həmin vaxt kənddə böyük məktəb (2011-də fəaliyyətini dayandırıb) kitabxana, klub və s olub. Kəndin qədim məscidi restavrasiya olunub və olduqca gözəl görünür. Qədim minarəsi hələdə ayaq üstədir və minarədən kənd olduqca gözəl görünür.Kəndə asfalt yolun olmaması bir növ kəndin tarixiliyini qoruyub saxlayıb. Yoxsa Allah bilir kənd villalarla, kafelərlə, otellərlə dolub daşardı. Tarixi kəndlər mənə hər zaman maraqlı gəlib. Bu baxımdan Sarıbaşı da çox sevdim. Sarıbaşın küçələri, qədimi evləri çox xoşuma gəldi)).Sarıbaşdan İlisuya oradan da üzü Şəkiyə doğru yollandıq.Qax-Şəki yolunun yaxınlığında yerləşən Kürmük Alban məbədinə də baş çəkməyi yaddan çıxarmadıq. Məbəd I-III əsrlərdə tikilib daha sonralarda təmir olunub, lakin hal-hazırda içi baxımsız vəziyyətdədir.Şəkidə isə sadəcə Kiş Alban məbədini və Kiş kəndinin qədim küçələrini gəzə bildim. Gecəni isə Adventure Hosteldə Müşfiqə qonaq oldum)))  (məsləhətli yerdir).7ci gün 20 kmHəmin gün Müşfiq və 6 nəfər əcnəbi turist ilə yenidən yollandıq İlisuda yerləşən hamamlara və oradan da kanyon boyunca Şahverdi şəlaləsinə doğru. Turistlər şəlaləni görəndə “amazing” dedilər və yürüşdən olduqca razı qaldılar. Biz isə Müşfiqlə hamama girərək yol yorğunluğunu çıxardıq))).8ci gün 14 kmŞəkidən Oğuz rayonunun Calut kəndində yerləşən Alban monastırına yollandım. Monastır V-VI-cı əsrə aiddir, lakin baxımsız vəziyyətdədir. İçində inəklərin gecələdiyi məlum olurdu.Əslində Oğuzu bir neçə gün gəzməyi istəyirdim, lakin meşə yanğınları səbəbi ilə bir tək Calut ilə kifayətləndim.Yürüş boyunca təxminən 130 km piyada yol qət etmiş oldum.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulvi Aslan

5313 dəfə oxunub

Almaniya-Belçika-Hollandiya bələdçisi

Xanımlar və cənablar, 10 günlük Avropa səfərindən sonra, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Səfər ekonom olmadığı üçün, tips and tricks-lərə girmirəm. Marşrut; Bakı-İstanbul (Buta)-Frankfurt (PGS)-Loreley-Koblenz-Mainz-Gent-Roermond-Eindhoven-Rotterdam-Amsterdam-Lingen (Nordhorn)-Giethorn (Hollandiya)-Düsseldorf-Köln-İstanbul (PGS)-Bakı (Buta).Deməli, Frankfurtdan Düsseldorfa qədər maşınla gəzmişik. Məqsəd ürəyimiz istəyən yerdə qala bilmək və istədiyimiz yerləri görmək idi.Nəzərə çatdırılmalı olan məqamlar:!!! Frankfurtda təyyaradən düşən kimi, elə ayaqüstü pasportu alırlar və sorğu sual eləyirlər. Hara gedirsən, niyə gedirsən, harda qalajsan, hanı otel bornların, hanı dönüş biletin və s. Nəbadə yalan deyəsiz. Qətiyyən. İnandırmaq çətin olur. İkinci mərhələdə, miqrasiya işçiləri yenə sorğu sual eliyir və geri dönüş biletini istəyir. Bizdə biletlər var idi, telefonda açdım göstərdim. Amma otellər yox idi, çünki maşınla gəzməyi planlayırdıq, harada ürəyimiz istədi orada da qalacaqdıq. Olduğu kimi dedim hər şeyi, problem olmadı. 1. PGS üçün bilet alanda yeməkləri də online almışdım. Təyyarədə əlavə şeylər almaq üçün kartla ödəmə etmək istədik, yalandan yoxsa həqiqətən, bilmirəm, amma 3 fərqli bankın kartını götürmədi terminalları. Gah dedilər göydə terminal işləmir, ya dedilər sizdə debetdi (halbuki, kartlardan biri Albalı, biri də Birkat idi). Maaş kartların da götürmədi. Biabırçılıq. Yəni, cibinizdə nağd olmasa, susuz qalsaz, çatana kimi suyunuz quruyar. 2. PGS oturacaqları balacadı. Hətta elə təyyarələri var ki, belini geri vermək olmur, elə dümdüz oturmalısan )) Çox narahatdı. Şəxsən PGS-la uçmağı nəzərdən keçirmərəm bundan sonra. 3. Nəzərə alın ki, Almaniyada restoranların mətbəxi axşam saat 9 və ya 10-dan bağlanır. Yəni, oturub pivə içə bilərsiniz, amma yemək vermək istəmirlər o saatlardan sonra. Ofisiantları bir çox yerlərdə "borzu"du, ürəyi istəmirsə, deyir "kuxna" bağlıdı )) 4. Almaniyada maşın sürəcəksinizsə, çox ehtiyatlı olmalısız. Yol nişanları bizə görə həddindən artıq çoxdu və zolaqlar da bir-birinə qeyri-adi keçir ) 5. Həm Almaniya, həm Hollandiyada velosipedlər üstünlük təşkil edir. Siz maşınla olarkən, onlara arxadan 1-2 metrdən çox yaxınlaşmaq olmaz. Sürətlə ötüb keçməyə çalışmayın. 6. Kirayəyə maşın götürəcəksinizsə, ingilis dilində naviqatoru olsun. Çox köməyi dəyəcək. 7. Bir çox şəhərlərdə, hündür binaların son mərtəbəsində panoramlı restoranlar olur. Oradan bütün şəhəri görə bilərsiniz. Belə yerlərdə pivə 2-3 evro olur. 8. Frankfurtdan 90 km məsafədə, Reynin qırağında Lorelei deyilən yer var. Çox gözəl yerdi. Yolunuz düşərsə, yan keçməyin. 9. Lorelei-dən çox da uzaq olmayan Koblenz şəhərciyi var. Bura tarixi yerdir. Koblenz qalası Birinci Dünya Müharibəsinin şahididir. Çoxlu eksponatlar və oraya ilk dəfə gələn Amerikan qoşunlarının ordu komandanı haqqında məlumatlar var. Kanatla mərkəzə enib, Mozel ve Reynin birləşdiyi yeri gəzə bilərsiniz. 10. Belçika. Brüssel haqqında xoşagələn şeylər eşitmədiyim üçün, oradan yan keçdik. Gent şəhərinə getdik. Maraqlı, tarixi yerləri bol olan yerdir. Məşhur belçika kartoşkasının dadına baxdıq. Pis deyil, bir dəfə yemək olar ) 11. Hollandiyada Roermond deyilən bir outlet var. Yalnız brendlərdir. Ucuz sayılmaz amma, həvəskarları üçün əla yerdir. 12. Eindhoven şirin şəhərdi ) Almanlardan fərqli olaraq, çox gülərüz və mehribandı hollandlar. The Student Hotel Eindhovendə qaldıq. Çox maraqlı yerdi, yolunuz düşərsə mütləq qalın ) Düz mərkəzdədi. Philips muzeyini və Van Qoq yolunu gəzə bilərsiniz. 13. Rotterdam da Frankfurt kimi iri və qaynayan şəhərdir. Hava pis olduğu üçün, çox qalmadıq. Ən xoşuma gələn isə Seoul Sista restoranı oldu. Mütləq gedin yolunuz düşərsə ) Səhər yeməyi üçün isə, türklərin Köşk restoranı var. Çay qırağında, mənzərəli yerdə. 4 nəfərlik "sərpmə kahvaaltı" 38 EUR tutdu. Bundan başqa Markthal deyilən bir yer var, spesifik Holland məhsulları satılır. Çox maraqlı yerdir, mütləq gedib Holland pendiri, kolbasası və s. almaq lazımdır. 14. Amsterdam. Nə yalan deyim, heç xoşum gəlmədi. Şəhərə girən kimi "kəklikotu" iyi adamı birtəhər eliyir. Çox pis iyi var. Çox qarışıq, səsli küylü şəhərdi. Küçədə turist əlindən gəzmək olmur. Çox baha şəhərdi. Hardasa 3-4 saat parkovkaya 25 EUR verdik ) Qalan məsələlərə toxunmuram, çünki qrupda böyük şəhərlər haqqında ətraflı məlumat çoxdur. 15. Lingen, Hollandiya sərhəddində şirin bir Alman şəhəridir. Çox səliqəli, sakit və yaşıl bir yerdir. Lingendə, Almaniyanın damar cərrahiyyəsi üzrə sayılan klinikalarından biri, Bonifatius yerləşir. Orada bizim azərbaycanlı həkimlər də işləyir. Elə biri bizim xalaoglu Islam Guliyev  16. Giethorn. Hollandiyaya gedib Giethornu görmədinsə, mayan batdı deməkdir ) Bu barədə çox yazmaq istəmirəm, google da eliyib baxa bilərsiniz. Şəkillər də var aşağıda (çəkəni deyiləm, amma işə yarayar) 17. Köln də təxminən Amsterdam kimidir, səsli küylü, qarışıq, hər tip adam var. Türklər lap çoxdur. Özlərinin də ayrıca məhləsi var. Restoranları da eyni İstanbulda olduğu kimi keyfiyyətlidir. Kölndə ən maraqlı yerlərdən biri də, başqa bir oxşarı Milanda yerləşən Duomodur. Yanında muzeyi də var. Girişi də pulsuz olmalıdır. 18. Ümumiyyətlə Avropa marketlərində həddən çox çeşidli və maraqlı məhsullar var. Müqayisədə bizdən də ucuzdur. Hə, bir də ki, benzin 1.5-1.6 EUR ətrafında. Magistrallarda isə daha da baha olur. Ona görə də çalışın magistraldan kənarda "full bak" eliyin, sonra uzaq yola çıxın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valid Memmedli

1871 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!