1118 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.

41976533_2336414313053003_3823404771939713024_n

Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.

OCAFE1983

İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğa

41788451_2336414466386321_4000291685765480448_n
Dəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????

41868337_2336414143053020_8883611235791142912_n
Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????
Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.
Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Asmera Gashamli

DİGƏR BLOQLAR

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.İzmir səyahəti…Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.Nömrə əldə etmək.Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.OtelOteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.MağazalarBöyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.Restoranlar və yeməklərRestoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.Alış-verişAlış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.İzmirİzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.AvtovağzalÇankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.Çeşme-Alaçatı-Ilıcaİzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.Efes – SelçukAvtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.Kuşadası – AydınKuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.Ümumiİzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asaf Salahow

2857 dəfə oxunub

Xəyallar adası - Mavriki

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.  Ölkə haqqında qısa məlumat:Beynəlxalq aləmdə ölkənin adı "Mauritius" kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau'nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə "Mauritius" adını almışdır.Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar. Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.Viza:AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər. Harda qalmalı ?Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var. Bunları etmədən geri dönməyin tövsiyyələri:????‍♀️Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.????‍♀️Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.????Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)????????Gecələr çimərlikdə yandırılan atəşin ətrafında "Sega" rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)????Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).☕️Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda ⬇️)Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki'dən kopya çəkilib” Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir. Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – FrankfurtTarix : 27 Nov – 16 Dec, HY : Condor2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

4595 dəfə oxunub

2 yaşlı oğlumuz ilə İspaniya səyahəti

Salamlar hər kəsə Sizə 2 yaşlı oğlumuz ilə birlikdə getdiyimiz İspaniya səyahətindən danışmaq istəyirəm. Bu dəfə əlavə ölkə qatmaq istəmədik çünki sadəcə İspaniyanın şəhərlərini gəzmək istədik. Gəzdiyimiz şəhərlər1. Barcelona2.Madrid3.Sevilya4. MarbellaBirbaşa reys ilə Barselona şəhərinə enəndən sonra avtobus ilə mərkəzə yəni otelə getdik. Uşaq ilə səyahət etdiyimiz üçün otelləri adətən mərkəzdə seçirik. Hava limanından qalxan avtobuslar var biz 1 nəfərə 7,55 eur ödədik.İlk gün Passeig de Gracia küçəsini gəzdik və Gaudinin əsərləri olan Casa Mila və Cassa Battlo a getdik. El Nacional restoranında paella yedik. Amma İtaliyan yeməklərinə çatan olmaz deyərdim Gəzdiyimiz digər yerlər- Sagrada Familia- daxil olmaq üçün bileti 1 ay əvvəldən almışdıq. Təxmini 35 eur ağlımda qalıb- Cituadella Park- bura çox gözəı parkdı. Göldə 7 eura qayıq ilə üzmək də olur. Oğlumun təkidi ilə o qayığa mindik-Gothic Quarter- Barcelona Cathedral- Park Guell ( bura da bileti 1 ay əvvəldən almışdıq) bəzən pik mövsümlərdə bilet olmaya bilər. 18 eur 1 nəfər- Barcelonetta Beach - mən bu çimərliyi çox bəyəndim. İspaniyada çimərliklərdə harda istəsəniz dəsmal atıb uzana bilərsiz Barcelonadan Madridə qatarla getdik. 1 nəfər 54 eur. Və mən Madridi çox bəyəndim, arxitektura, binalar və xüsusilə də Retiro parkı. Gəzdiyimiz yerlər1. Plaza Mayor2. Mercado de san Migel - fərqli məhsulların satıldığı bazar. Fərqli ət məhsulları və dadlı meyvələr var idi3.Puerta del sol4. Retiro Park - Madiridin istisində çox gözəl və ağaclar ilə örtülü sərin parkdır. Burada da göl var və qayıq kirayələmək olur.5. Royal PaLace of MadridVə San gines-də dadlı churros yeyə bilərsizMadriddən Sevilyaya yenə də qatar ilə getdik. 56 eur .Sevilya ən çox istilik dərəcəsi yüksək olan yer idi deyərdim Amma küçələrini çox bəyəndim. Barcelona nisbətdə qiymətlər ucuz idi. Şəhər narıncı qırmızı rənglər ilə bəzənib. Hər yerdə portağal ağacları var. Və Ərəblərin memarlıq tərzi də çox yerdə hiss olunur. Mərkəzi küçələrdə günün qarşısını almaq üçün örtüklər asılıb.Gəzdiyimiz yerlər1. Plaza de espana2. Real Alcazar - bilet qiyməti 15 eur. 3. Guadalquivr çayı ətrafında gün batımı çox hözəl görünür.4. Plaza de espana-da maraqli flamenco şoular olur. Və çalışın xırda qəpikləriniz olsun. Çünki hər yerdə aktivite və şoular olur. Pul vermədikdə pis baxırlarSevılyadan 1 avtobusla Malagaya 2-ci avtobusla Marbellaya və 1 taksi ilə də Marbelladakı otelə çatdıq. Təxmini 4-5 saatlıq yolla Marbellaya çatdıq ilk dəfə idi bu qədər nəqliyyat istifadə etdik. Marbellada otelimiz Puerto Banus-da ıdı. Marbellada qiymətlər digər şəhərlərdən baha idi. Marbellanı biz daha çox dincəlmək və dəniz üçün seçmişdik. Sadəcə Old town hissəni və marinanı gəzdik. Fərqli çimərliklərə getdik. Çimərliklər barədə ümumi deyim, özəl anlayışı yoxdur sizə heç kim mütləq şezlong çətir almalısan deyə məhdudiyyət qoymur. Amma şezlong və çətir qiymətləri də dəyişir. Puerto Banus çımərliyində 50 eur idi. Ümumi bu qədər Əlavə suallar olsa cavablandıraram.https://www.instagram.com/mini.toorist...Paylaşan: Aydan Hamidova

143 dəfə oxunub

Bavarian bounty - Eibsee gölü və Garmish Partenkirchen şəhəri

Bavarian bounty - Eibsee gölü və Garmish Partenkirchen şəhəriBavariyaya gələrkən qarşıma 4 məkandan (Eibsee və Königsee gölləri, Neuschwanstein qalası və Valhalla) heç olmasa birinə getmək məqsədi qoymuşdum. Əslində, məqsəd elə bu regionun təbiətini görüb yüngülcə haykinq etmək və alınsa, ölkənin ən hündür zirvəsi Zugspitze dağına çıxmaq idi.Xoşbəxtlikdən, bu məkanlardan ikisində oldum, xüsusilə Garmish Partinkirchendə yerləşən Eibsee gölündə (digəri Regensburqdakı Valhalla). Doğrudur, getmədən əvvəl bu ərazilər haqda xırda araşdırmalar etmişdim, lakin Garmish Partinkirchenin ən çox adına aşiq olmuşdum  (belə uzun və sentimental səslənən adları sevmə fetişim ola bilər :dd).Anyway, Alp dağlarının ətəyində yerləşən bu məstan şəhərə Münhendən qatarla gəldim. Qatardan enər-enməz telefonla sonradan cəmi 1-2 şəklini saxlayıb qalanlarını siləcəyim bir vaqon şəkil çəkdim.Şəhərə o qədər vuruldum ki, 1 saat ərzində bu möhtəşəm məkanı boschuna gəzərək eynəklərimi bu gözəlliyin sehrinə buraxdım, lakin çox sərxoşlaşmayıb Garmishə gəlməyimə səbəb olan Eibsee gölünə avtobusla necə gedəcəyimə dair düşünməyə başladım. Gölə 9840 nömrəli avtobus gedirdi, lakin dayanacaqda gözləyən Vasmoy bazarı izdihamını görəndən sonra beynimdə WTF-lar "cəh-cəh" vurmağa başladı, ancaq basabaslardan transportlara minmə təcrübələrimizdən faydalanıb özümü onsuz da dolu gələn busa birtəhər salıb, 40-45 dəqiqə ayaqüstə, özü də 30 illik backpackla təyinat nöqtəsinə çatdım.Düşən kimi də adama uzaqdan Zugspidze dağı "halo" dedi. Bu mənzərə qarşısında necə ekstaz yaşadığımı görərdiniz, red bullum çatmırdı qanadlanım zad. Hətta acından mədəmə siqnal göndərən içimdəki bull bürcü də gözəlliklər qarşısında doyub özünü əsrarəngiz görünən Eibsee gölünün mənzərəsinə verdi.Göl, həqiqətən, şəkillərdə olduğu kimi gözəl idi. Saatlarla gölün qarşısında vaxt keçirmək həyatın ən zövqlü anlarından biri idi, daha yaxşı mənzərələri kəşf edənədək Eibsee gölü və ona ev sahibliyi edən Garmish Partenkirchen şəhəri visitlədiyim məkanların zirvəsindən hər yerə yuxarıdan aşağı baxacaq.Zirvə demiş, göldən qayıdan kimi istədim ölkənin ən hündür dağı Zugspidzeyə kanatla qalxım, lakin Münhenə qayıtmalı idim deyə bura və onunla birgə yuxarıda qeyd etdiyim Neuschwanstein qalası ilə Königsee gölünü növbəti Bavariya səfərinədək təxirə saldımPaylaşan: Akber Aghazadeh

167 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!