1338 dəfə oxunub

Ölü şəhər - Pripyat və Çernobıl bələdçisi

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.

61760800_10212416703767244_7054485213904109568_o

Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.

Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.

Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an "oraya getmək olmaz" sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.

Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.

61711087_10212416712047451_7059212598507470848_o

İl ərzində 47 773 turist qəbul edir Çernobıl.
Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.

RADİASİYA SƏVİYYƏSİ:
Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.

26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.
Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.
Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.

Tur təxminən aşağıdakı kimi idi:

• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük
• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki - 30 km radiusda sərhədə çatdıq.
• Çernobıl adı yazılan abidədə dayandıq.

61754575_10212416705247281_4342497255228440576_o
• Çernobıl şəhərinin içindən keçdik.
• "Dünyanı xilas edənlər" Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.

61452053_10212416709167379_3182133800658272256_o
• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)
• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) - Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.
• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi - stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü
• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev - Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq
• 19 saylı yeməkxanada nahar - Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi
• Pripyat şəhərinin yaxınlığında dayandıq - Qırmızı meşənin qalıqları bizə göstərildi.
• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat - sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş
• Xalqların Dostluq Monumenti - Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik
• Pripyat Xəstəxanası (MSCh-126) - 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi
• Priyat çayının sahili və Pripyat kafesi
• Şəhər Partiya icra komitəsi
• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer
• Universam – sovet dövrünün özünə xidmət supermarketi
• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.
• Pripyat şəhərinin Əyləncə parkı - 1986-cı il mayın 1-də açılışı olmalı idi
• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.

61865193_10212416712367459_4015535430937083904_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramin Jafarov

DİGƏR BLOQLAR

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

1843 dəfə oxunub

İlahə Afinanın gözəl şəhəri

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Afinaya, ümumiyyətlə Yunanıstana marağın artdığını nəzərə alaraq 2016-cı ilin avqust ayında həyata keçirdiyim tur barədə yazmaq qərarına gəldim.11-08-2016Gabala - İstanbul (Pegasus)Qiymət: 72 EUR (8 kq əl çantası və 20 kq baqaj daxil)11-08-2016 – 15-08-2016İstanbul – Athens - İstanbul (Pegasus)Qiymət: 90 EUR (round trip) (8 kq əl çantası və 15 kq baqaj daxil)11-08-2016 – 15-08-2016Eclectic Luxurious Apartments in Athens (Neo Heraklion metrosunun yaxınlığında) – 356 EURLink: Exlectic otelEv sadəcə möhtəşəm idi: bütün şəraiti, təmizliyi yerində, gözəl balkonu var idi (axşamlar içki içmək, söhbətləşmək üçün). Evin yaxınlığında marketlər, metro, Freddochino və digər içkilər içmək üçün kafelər/barlar və sairə istədiyinizi tapa bilərsiniz.Athens-də mütləq Acropolisə gedin (düzdü, bilet bahadır, səhv yadımda qalmayıbsa 24 EUR idi adult ticket), amma ordakı qədimi yerləri görmək və o möhtəşəm təəssüratlara görə dəyər bu pulu vermək.Həmçinin mütləq hansısa bir adaya gedin gəmi ilə. Biz Aegina adasına getmişdik. Təəssüratlar möhtəşəmdir, çünki mən dəniz (ümumiyyətlə, su) və adalar həvaskarı olaraq şəkillərdə gördüyümüz möhtəşəmliyi görməsəmdə, adadan razı şəkildə ayrıldım. Gəmilər Afina portundan (Piraeus Athens) ayrılır adalara, qiymətlər məsafədən asılı olaraq dəyişir. Aegina portundan isə dənizə getmək üçün ictimai nəqliyyatdan istifadə etməlisiniz. Yolüstü tarixi abidələri də görəcəksiniz. Aeginanın dənizkənarı 95% ödənişli klublardan ibarətdir (14 eur – bir zontik və iki lejanka üçün).Athens-dəki restoranlar kifayət qədər Avropa ölkələri ilə müqayisədə ucuzdular. Çox gözəl adətləri var: əgər siz yemək yeməyə və ya içki içməyə oturmusunuzsa, sizə mütləq soyuq su pulsuz təqdim ediləcək (hesabınızdan asılı olmayaraq). Pivə və sairə alkoqol içkiləri isə yüngül snacklar-la (bizim sevdiyimiz “dobrı” şəkildə) təqdim edirlər və bu snacklar pulsuzdur.15-08-2016 – 17-08-2016İstanbul İkram Apart (Osmanbey Şişli)Yenə də sadə və gəşəng təmirli ev, şəhərin mərkəzinə və getməyi planladığımız yerlərə çox yaxın. Əslində bron elədiyimiz ev başqa idi (Malliott Apartments), lakin texniki səbəblərdən dolayı bir gecə qabaq mənə email yazaraq həmin evin ümumiyyətlə artıq kirayə verilmədiyi bildirildi və həmin dəqiqə bunu (İkram Apart) tapdım booking-də.İstanbul – Antalya (Pegasus)Qiymət: 70 TRY (8 kq əl çantası və 15 kq baqaj daxil)Moonlight Residence (Antalya) (17-20 avqust 2016)Link: https://booki.ng/2tY1EbHRezidensiya dağın ətəyində yerləşirdi və sadəcə möhtəşəm idi. Sakit şəkildə dincəlməyi sevənlər üçün əla məkandır. Səhərlər hovuzda üzə bilərsiniz və ya idman zalında idman edə bilərsiniz, sonra yüngülvari səhər yeməyi yedikdən sonra çıxıb gəzə bilərsiniz şəhəri. Qayıdıb yenə hovuza kəllə vurub və ya dənizə gedərək (Rezidensiyadan dənizə pulsuz mikroavtobuslar işləyirdi) istirahətinizdən zövq ala bilərsiniz. Və beləliklə, hovuza və ya dənizə getməklə, balkondan dağa baxmaqla dincələ bilərsiniz.Yeri gəlmişkən, bu sakit istirahətinizdən mütləq bir gün ayırıb Duden Şəlaləsinə baş çəkin, uduzmazsınız Antalya – Ankara (Metro Bus) – 60 TRY20-22 avqust 2016Bu şəhərdən heç nə yazmayacam, çünki çox pis xatirələrim var... Yerə səpələnən “elanları” görəndə gözlərim kəlləmə çıxmışdı... Bir sözlə, Ankara özünü paytaxt kimi sadəcə qələmə verir, amma həmin statusdan şəhərdə heç nə yoxdu...Ankara – Naxçıvan (İğdırlı Turizm) – 110 TRY22 avqust 2016Heç vaxt bu turizm şirkətinin xidmətlərindən istifadə etməyin, çox “borzu” xidmətçiləri və sürücüləri var. Məni elə hirsləndirmişdilər ki, İğdırda düşəndə avtobusu dəyişib Naxçıvan avtobusuna minmək üçün gəldiyimizi avtobusun nömrəsini götürmək üçün qaraja getmişdim ki, şikayət yazacam. Amma hələ də vaxt edib o şikayəti düz əməlli yazıb bitirə bilməmişəm.Naxçıvan – Bakı (AZAL) – 50 AZN23 avqust 2016Bu reysə biletləri öncədən alın, minimum 7 gün öncə. Daima biletlər olmur reyslərə, bilmirəm nə məsələdir, amma Naxçıvana uçanlar və Naxçıvandan qayıdanlar çoxdur...Beləliklə, Ankaraya kimi hər şey əla olan, Ankaradan sonra zülm ilə keçən Athens – Türkiyə turunu bitirdik Faydalı olmaq diləyi ilə QEYD: Hal-hazırda Afinanı fəth etmək üçün daha ucuz və optimal marşrutlar var. #WizzAir köməyiniz olsun QEYD2: şəkillərə instagram səhifəmdə baxa bilərsiniz: @ilgarafandi#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr#gezeyenlerƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi 

765 dəfə oxunub

Türkiyənin cənnət güşələrindən - Trabzon

Salam✋ TRABZON haqqında geniş məlumat verəcəm sizə, səbriniz çatsa oxuyun.☺️İlk öncə qətiyyən məsləhət görməzdim avtobusla ve ya maşınla gedəsiniz. Yol yorucudur, benzin bahadır. Tanımayan adam isə yaylalara qalxmaqda problem yaşaya bilər..Biz Bakı-Batumi (Buta) aviareysi ilə səfər elədik. (114 azn 2 nefer gediş, budget). Batumi hava limanından 15 lariyə sərhədə gəldik, sərhəddi 3-5 dəqiqəyə keçdik. Sərhəddi keçəndən sonra taksilərə aldanmayın✋ 35 Lirəyə buslar var (kondisionerli) Trabzon otogara aparir. (3-4 saat arası ) biz otogarın düz yanında qaldıq həm rahat həm sakitlik həm də hər yerə rahat getmək olur. Trabzon meydan çox çox qarışıqdır sıxlıqdır.Biz Uzungölə (tursuz) getdik adambaşı 18 tl aparırlar (Çömlekçi dayanacağından). Çatan kimi geri dönüş bileti almağı qətiyyən unutmayın.. Uzungöl bir növ ticarət mərkəzinə bənzəyir, sanki gölətrafı ticarət mərkəzidir. Ərəblər hədsiz çoxdur. Qiymətlər normaldır yemək falan. Məsləhətlisi Uzungölə elə ən təpə mənzərədən baxmaqdır. (Kar otel-restoran) super mənzərəsi var. Otel olaraq 500 tldi gecəsi məlum məsələdi ki, çox bahadi. Restoran olaraq isə münasibdir. Çay künəfə ve ya muhlama yeyə bilərsiniz.Biz səhəri gün tur götürdük. Macka turu 65tl adambaşı. Ən uyğun qiymətə almışdıq desəm yalan olmaz. Eyni turu 80-90 tlye alanlarda var idi. Bu tura getməyə həqiqətən dəyər. Alış-veriş üçün isə Forum Trabzon yalnız bura məsləhətlidir.Trabzon meydandan gözləntiniz böyük olmasın deyərdim mənə görə elə önəmli yer deyil.. Bakırcılar Çarşısından gözəl ev əşyaları ala bilərsiniz eyni zamanda tekstil... Son gün meydanda qaldıq adi dükanlar falan var idi, qeyri-adi heç bir şey yoxdur. Qayıdanda yenə otogara gedib, 35 tl bilet alıb Batumiyə gəldik bu dəfə sıxlıq idi amma elə dəhşət gözləmədik 10-15 dəqiqə olar və ya olmaz.Batumiyə gəldikdə isə Batumi mənasız yerdi (mənə görə). Kirli küçələr, gəziləcək yerlər çox az. Bakı Batumidən təmiz və səliqəlidir buna canlı şahid oldum.Şişirdiləsi gözəlliyi yoxdur. Botanik bağ isə sadəcə 1 mənzərədən ibarətdir???? ve 15 laridir girişi 4 km gəzim sahəsi var hamısı sadəcə yaşıllıq ağaclıq. Bir sözlə Batumiyə getməyə əsla pul sərf etmərəm, sadəcə uçuşa görə 1 gün öncədən gəldik həm də gəzdik həvəslə başlayıb, məyusluqla bitirdik Batumi gəzintisin.❎❎❎Bir iki nüans daha qeyd edimki əgər hamilə ikən uçuş edəcəksinizsə, təzyiqli hamilələrə QƏTİYYƏN məsləhət görmürəm.✋✋✋❌❌❌❎Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sumayya Xalilova    

1025 dəfə oxunub

Budapeşt, Vyana, Bratislava, Praqa, Dresden bələdçisi

Salam dostlar. İstərdim ki, Budapeşt, Vyana, Bratislava, Praqa və az da olsa Dresden haqqında yazım. Səyahətim 2019 İyul ayının sonlarında olub. Çexiya üçün Şengen vizasına müraciət eləmişəm. Girişim Budapeştdən, çıxışım isə Praqadan olub. İndi isə gələk əsas məsələyə. Şəhərlər haqqında məlumata:Budapeşt. Dunay çayının iki hissəyə ayırdığı şəhərin bir tərəfi Buda digər tərəfi isə Peşt adlanır. Əsas gəzib görməli yerləri də elə dunay çayının sahilindədir. Buda qalası, Balıqçılar bürcü (qalası), dunay çayının üzərindəki körpülər, dunay çayı sahilindəki ayaqqabılar (mənim üçün o qədər də maraqlı deyildi????), Aziz Stephen Bazilikası, Parlament binası və çayın sahilindən 2-3 km uzaqlıqda olan Qəhrəmanlar meydanı və şəhərin mərkəzi küçələri gəzdiyim yerləridir. Bundan başqa Termal hamamları, Yahudi məhəlləsi və sənətə ilgisi olanlar üçün Terror Haza (Terror muzeyi), Opera Binası da görüləcək yerlərdəndir. 2 tam gün ayırmağınız əsas görüləcək yerləri görməyiniz üçün kifayətdir (ən azından mən belə düşünürəm????) Əgər şəhərdə rahat gəzmək istəyirsinizsə günlük bilet almağınız tövsiyyə olunandır. Günlük biletləri metrolardan, aeroportdan və şəhərin digər yerlərinə quraşdırılmış bankamatiklərdən ala bilərsiniz. https://bkk.hu/en/tickets-and-passes/prices/. Bu saytda bilet qiymətləri və sair ətraflı yazılıb. Günlük biletlər D 11 feribotlarında da istifadə oluna bilir.Vyana. Xüsusən son onillikdə 8 dəfə dünyanın ən yaşamalı şəhəri seçilib. Budapeştə nəzərən bahalı olsa da o qədər getmişkən gedib görməyə dəyər bir şəhərdir. Dunay çayı Vyanadan da keçir. Bratislavaya yaxın olduğu üçün orda sadəcə bir günümü keçirib Bratislavanı gəzdim. St Stephen Katedralını, Hundertwasseri, Hofburg sarayını, Belvedere sarayını, Museum quarteri və Graben küçəsini gəzə bildim. Əgər vaxtınız çox olarsa bir az uzaqda olan Schönbrunn sarayına mütləq baş çəkin. Musem quarter bölgəsində olan Naturahistoriches Muzeumun içinə girin. (Bunu çox istəsəm də vaxt darlığı səbəbi ilə gerçəkləşdirə bilmədim).Bratislava. Slovakiyanın paytaxtı olan və mərkəzindən başqa gəzməyə yeri olmayan bu balaca, amma bir o qədər də şirin olan bu şəhər Vyanadan 60 km uzaqlıqda yerləşir. Demək olar ki hər saatbaşı 1-5 avro arası avtobuslar var. Səhər gedib günorta qayıtmalı olan bir yerdir. Most SNP-(Dunay çayının üzrərindəki körpünün üstündə qüllə kimi tikilmiş restoran xidməti də verən bir yer) şəhərə gözəl mənzərə açılır. Yuxarıya qalxma qiyməti 7,4 avrodur.Praqa. Mən deyərdim ki, bu şəhər özündə ən gözəl tarixi-memarlıq əsərlərini cəm edib. (Bəlkə daha da gözəlləri var. Mən görməmişəm hələ????). Astronomik saat, tyn kilisəsi, Charles körpüsü, Praqa qalası, şəhərin Mala strana dedikləri hissəsi, rəqs edən bina və bir-birindən yaraşıqlı sayısız digər binaları görülməyə dəyər. Bundan əlavə myczechrepublic.com saytından şəhərdaxili nəqliyyat və sair haqqında ətraflı məlumat əldə etmək olar. Trdelnik yeməyi hər kəsə tövsiyyə edirəm.Dresden. Gedib getməmək haqqında tərəddüd etdiyim, sonra bir yoldaşın məsləhəti ilə getdiyim və heç də peşman olmadığım gözəl bir alman şəhəri. Praqadan 2.5 saat uzaqlıqda yerləşir. Yaxşı muzeyləri var (bu yaxınlarda birini soydular????). Oxuduğuma görə birinci dünya müharibəsi zamanı şəhərin 4 də 3 bombalanıb. 4 də 3 ü bombalandıqdan sonra bu qədər gözəldisə kim bilir əvvəlcədən nə qədər gözəl olub Dresden. Yazının uzun olduğunun fərqindəyəm. (Hər dəfə birini yazmağa hövsələm çatmır????)Kimin əlavə sualı olarsa soruşa bilər.P.S. Fotograf paylaşmağı sevmirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sarxan Suleymanov

756 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!