3360 dəfə oxunub

İtaliya - Florensiya bələdçisi

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Florensiya haqda postlar olsa da, birini də mən yazım Toskaniyanın mərkəzindən, Renesansın vətənindən. Florensiyanın əsası Y. Sezar tərəfindən qoyulub, veteran əsgərlər yerləşdirmək üçün yaradılıbmış. Florensiyanı “orta əsrlərin Afinası” adlandırırlar. Deyilənlərə görə hətta ilk dondurmanın, italyan gelatosunun vətənidir. Mediçilər öz saraylarında XVI əsrdə dondurulmuş desertlərdən istifadə edirmişlər və sonradan bu desertlər satışa çıxarılır. Florensiya həm də operanın və pianonu vətənidir. Florensiya ilə bağlı Stendal sindromu və ya Florensiya sindromu deyilən xəstəlik var. XIX əsrdə Stendal bu şəhərə gəlir, gəzdiyi yerlər onda güclü ürəkdöyüntüsü, həyəcan yaradır və psixoloqlar bu halları digər turistlərdə də müşahidə etdiklərindən xəstəliyi təsdiq edirlər. Florensiyaya gəlmə səbəbim həm də Dan Brownun Inferno (Cəhənnəm) əsəri idi. Bir neçə il əvvəl oxumuşdum kitabı, Florensiyaya gəlməmişdən əvvəl yenidən oxudum adı çəkilən yerləri qeyd etdim. Əsərdə hadisələr Florensiya, Venesiya və İstanbulda baş verir.

70244279_2042387949196641_2472877242292633600_n.jpg

69834090_2042388429196593_4809774565863456768_n.jpg

Keçək şəhərin gəziləsi yerlərinə:

1. Santa Maria de Fiori və ya Duomo. Florensiyanın şah əsəridir. 1293-cü ildən tikilməyə başlayıb. 140 il çəkib tikinti. Böyüklüyünə görə dünyanın üçüncü kilsəsidir. Kilsə uzun müddət kupolsuz-gümbəzsiz qalıb. 1436-cı ildə Bruneleschi tamamlayır. Qarşısında Brunellescinin heykəli var. Diqqətlə baxsaz görərsiniz ki, üzü yuxarı yəni, gümbəzə baxır. Kilsəyə giriş pulsuzdur. Amma uzun növbələr var. Amma gümbəzə qalxmaq üçün bilet almalısınız. 463 pillədir. Lift yoxdu, nəzərə alın.

69675471_2042383449197091_713474035861684224_n

2. Cənnət qapıları. Santa Maria de Fiorenin qarşısında yerləşən qapıdır. Qapını maraqlı edən odur ki, qızıldandandır və müxtəlif səhnələr təsvir olunub. Qarşısında turist növbələri olur. İkinci dünya müharibəsi vaxtı qapını zədələnməsin deyə çıxarıb gizlədiblər. 1948-ci ildə yenidən öz yerinə gətirilib.

70450903_2042386075863495_5100776316907552768_n.jpg

3. Piazza della Signoria (Sinyoriya meydanı). Roma imperiyası zamanı teatr olub yerində. Vechio sarayı burda yerləşir. Meydanda Neptun fontanı, Meduzanın, Herkulesin heykəlləri var. Vekko sarayının qarşısında həm də Davidin heykəli var. Originalı Uffuzi qaleriyasındadır.

70692065_2042389749196461_8888973738683400192_n.jpg
4. Vekko sarayı. Florensiyanın dövlət binası kimi tikilsə də sonradan bir müddətlik Mediçilərin sarayına çevrilib XVI əsrdə. Sarayda maraqlı eksponatlar var. Əsasən də xəritələr zalı. Təəssüf ki, həmin zalda XVI əsrə aid Armenia adlı xəritə də var. Dantenin ölüm maskası da bu saraydadır. Növbədə dayanmamaq üçün saraya bileti online almışdım 13.50 avro. Əgər zəng qülləsinə qalxsanız bilet 19.50.

70946859_2042384842530285_3747252244412628992_n.jpg

5. Ponte Vekko yəni Vekko körpüsü. 1345-ci ilə aiddir tarixi. Orta əsrlərdə ət bazarları olub, indi isə zərgər mağazaları.

6. Uffizi qalereyası. Renesans dövrünün kolleksiyalarını özündə cəmləyib. Buranı Mediçi ailəsi dövlət adamları üçün ofis kimi açıblarmış. Mikelancelonun Davidi burda nümayiş olunur. 20 avro giriş.

7. Boboli bağları və Pitti sarayi. Bağ 16 - 18-ci əsr heykəllərilə zəngindir. Açıq muzey demək olar. Bu bağda ən çox ziyarət edilən yer Grotta Grande adlı mağaradı. Hər zaman açıq olmur, Hər saatın tamamında buraxırlar qrup şəklində. Tək bağa giriş 10 avro, əgər Pitti sarayına və o ərazidə olan muzeylərə girsəniz 38.

Hamıya xoş gəzintilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunay Heyderli

DİGƏR BLOQLAR

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.Nələr etdim?Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdirParis - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdımMadrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi  İtalyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.[gallery ids="1311,1309" type="slideshow"]Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Nadir

1692 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz - üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s. Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.  İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.???? Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova 

2779 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

2139 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1101 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!