1728 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.

lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????

vyana1

Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.

Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.

Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.

vyana2

Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.

Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edirSarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.

Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınız

vyana3

Parlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.

Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.

Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

 

 

DİGƏR BLOQLAR

Sehirli aləm - Norveç bələdçisi

Norveç barəsində qeydlərim:Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi. Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir 2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur. 4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur. 5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.6) Gudvangen-də Vikinglər kəndinə gəlib oranı gəzib eyni gündə axşam Odda-a yola düşmək orda gecəni qalıb səhər Trolltungaya yürüşə başlamaq qayıdın gecəni yenə Odda-da qalıb yorğunluğu çıxarmaq7) Səyahət dövrü Sentyabr-Aprel arasıdırsa, daha da şimala, Tromso-ya gedərək qütb işıqlarını görmək (Bunun üçün yenidən Bergen-ə qayıdıb təyyarı ilə getmək daha ucuz və asadır)Daha ətraflı:Oslo: Əsas tövsiyə edəcəyim yerlər: Norveç Mədəniyyət Tarixi Muzeyi (mütləq gediləsi yerdir), Oslo Kitabxanası (ödənişsiz), Frognerpark (ödənişsiz), Viking gəmi muzeyi (Viking tarixi ilə maraqlanan şəxslər üçün maraqlıdır, mənə maraqlı gəldi), Nobel muzeyi (tapmaca şəklində qurulub, maraqlıdır) Digər görüləsi yerlər şəhərin mərkəzindədir, Opera binası, Kral sarayı və s. şərkəzi gəzdikcə görünür. Oslo Pass almaqla muzey və nəqliyyatdan ödənişsiz istifadə etmək olar, amma çox muzey gəzmək planı yoxdursa tövsiyə etmirəm, ondansa günlük nəqliyyat gedişi almaq daha sərfəlidir. Həm də Oslo Pass ilə bütün zonaların nəqliyyatı pulsuz deyil, məsələn hava limanı daxil deyil o zonaya. Yuxarda sadaladıqlarımı gəzmək mənə 3 gecəyə kifayət etdi. Bergen: Rəngarəng evlər, böyük balıq marketi, çoxlu yürüş nəqtləri və s. var. Funikulyordan istifadə edərək Fløyen-ə qalxıb ordan şəhəri görmək mütləq lazımdır, əla görüntü var. Funikulyor ilə çatdıqdan sonra müxtəlif hündürlüklərə yollar var və işarələr ilə getmək mümkündür. Tövsiyə olunan Ulriken-ə getməkdir. Qalmağa yer Bergen Budget Hostel-i tövsiyə edirəm. Münasib, təmiz və rahatdır. 2 gecə kifayət edir.Bergendən çəkdiyim video : https://youtu.be/ytRVrLejFvAMyrdal–Flåm qatarı: Hər iki tərəfdə gözəl mənəzərələr olsa da Myrdal- Flåm qatarında solda oturmağı daha çox tövsiyə edirəm. Qatar turistik olduğundan qədimi üslubda interyeri var. Bəzi yerlərdən yavaş kecir, şəlalə hissəsində fasilə üçün saxlayır və şəlalənin yanından meşəlikdən xalq musiqisi ilə rəqs edən qadın peyda olur. Onların mifologiyasına görə bu cazibədar meşə ruhudur və insanları yoldan çıxartmağa çalışır. Ehtiyatlı olun! Video: https://youtu.be/21s3y4VLj_AFlam: Dağların ətəyində olan kiçik və sakit bir şəhərdir, hətta şəhərə gün işığı düşsün deyə dağın başına güzgü də qoyulub. Burda bir gecə qalmaqla həm Şəlaləyə doğru qalxmağ və dincəlməy üçün tövsiyə edirəm. Qalmağa isə Brekke Gard Hostel Flåm-i məsləhət görürəm, təbiət qoynunda kiçik domiklərdə olan bir hosteldir. Video: https://youtu.be/XvkT1XLhVoUFlam-Gudvangen ferry marşurutu: Səyahət vaxtı güclü küləkli olduğunu nəzərə alaraq ona uyğun geyim gətirmək lazımdır. Vikinglər kəndinə baş çəkmək çox maraqlıdır. Xüsusən də, Vikings serialına baxıb bəyənmisizsə. İçəridə zaman çox maraqlı keçir, onların yaşam tərzini, nə ilə məşğul olduqlarını, döyüş alətlərini, toxuculuğda istifadə etdikləri metodları, qayıqları və s. görmək olar. Vikinglər kəndində çəkdiyim videoya burdan baxa bilərsiz: https://youtu.be/eZ_UmJswRssTrolltunga : Bura məşhur yürüyüş nöqtələrindən biridir. Bura ən yaxın qala biləcəyiniz yer Odda-dir. Daha münasib qalabiləcəyiniz ev: https://www.airbnb.com/rooms/33370470?guests=1&adults=1...Səhər tezdən (6-7) yürüşə başlamaq tövsiyə olunur. P2 parking dayanacağına qədər öz maşınınız yaxud avtobusla gəlib ordan P3 dayanacağına xüsusi mini-avtobusla gedə bilərsiz.Qəbzi özünüzdə saxlasaz qayıdışda endirim olacaq. Maşın kirayələmisizsə öncədən bron etməklə P3-də də park edə bilərsiz amma tövsiyə etmirəm yol çox meylli olduğundan hər maşın qalxmır, öz mini-avtobusları ilə daha təhlükəsiz və rahatdır (marşurut cədvəli ilə trolltunga.com-da tanış olmaq olar). Yol uzun olduğundan rahat yürüş ayaqqabısı, çərəzlər, və əgər varsa varsa yürüş çubuqları götürmək işinizi rahatladacaq. Yol boyu təbii bulaqlar olduğundan su qabınızı yolda doldura bilərsiz (qış ayı deyilsə). Ümumiyyətlə qış ayında getmək tövsiyə olunmur və İyunun əvvəlindən Sentyabrın sonuna qədər bələdçisiz gedə bilərsiz)Trolltungadan çəkdiyim video: https://youtu.be/VVVts67wk_YTromso: Şimalda yerləşən bu şəhər digərləri kimi gözəldir, lakin tək səbəb olaraq qütb işıqları üçün ora getməyi tövsiyə edirəm (Əgər Sentyabr-Aprel arası tarixdədirsə). Qütb işığını görmək üçün buludluluq və geomaqnit aktivlik əsas rol oynadığından bir qədər çox qalmağı tövsiəy edirəm ki, qaldığınız günlərdən birinə təsadüf etsin. Mən getdiyimin ilk günü qaldığım evin yuxarısından gördüm. Amma camping ləvazimatlarınız varsa kanat ilə hündürə çıxıb gecəni orda keçirib şansınızı artıra bilərsiz. Bu evdə qaldım və qütb işığıbı bu evdən gördüm: https://www.airbnb.com/rooms/44228799?guests=1&adults=1...Sahibi də çox yaxşı cütlükdür . Xəstəliklə bağlı qərarlar/qadağalar tez-tez dəyişdiyindən getməmişdən öncə mövcud qaydaları ətraflı araşdırmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alakbar Valiyev

939 dəfə oxunub

Yaponiya bələdçisi

Hamıya Salam.YAPONİYA sevər gəzəyənlər :) Uzun vaxtdır yazmaq istəyirdim amma səyahətlər, dərs, iş- güc heç vaxt olmadı. Havalar isinir Yaponiyaya səfər planı hazırlayanlar bəlkə də çoxdur mənim kimi ???? Ona görə sizlərə gəlsin bu yazı☺️1) Vizanı necə aldım?Travel şirkəti vasitəsiylə 100 euro pul ödəyərək, 1 aylıq viza aldım və 28 gün qaldım.2) Bileti hardan ucuza necə ala bilərik?                                                                              Skyscanner saytından bilet qiymətlərinə baxa bilərsiniz. Mən Moskva-İrkuts-Tokio (Narita) olaraq aldım 350$ aldım tək gediş. Səyahətə 10-15 gün qalmiş aldım bileti ama bileti aldığım ay başqa günlərə 235$ biletlər var idi. Gediş dönüş alsanız 400 dollara yaxın tapa bilərsiz bilet.3) Ən ucuz variant necə qala bilərik otel, hostel qiymətləri necədir ucuz ve normal şəraitli yer hardan və necə tapıla bilər?Otel və hostellər küçə və adreslərinə, bron edəcəyiniz günlərə görə dəyişir qiymətləri. Bunu booking.com, airbnb saytlarından gedəcəyiniz tarixə və otel, hostel, evlər seçimi edərək qiymətlərə baxıb öyrənə bilərsiniz. Ən ucuz variant isə hostel olacaq ki çox təmiz, təhlükəsiz və həqiqətən də konfortludur Yaponiya hostelləri.4) Pulsuz qalma yolları varmı?Bəli var. Pulsuz qala bilər, yeməyiniz içməyiniz pulsuz ola bilər. Hətta pul da qazana bilərsiniz. Bilməyənler üçün sadəcə Google-da bu saytlar haqqında axtarış etməyiniz bəs edər .Bunlardan 1)Helpx.net 2)Couchsurfing.com 3)Workaway.info5) Təhlükəsiz yerdimi? İnsanları necedir? Təbiəti necədir?Yaponiya və yaponlar demək olar ki mənim gözümdə bütünlüklə olaraq deyil də 95% qarşıma çıxanlar, gördüklərim, və təcrübəmə dayanaraq deyə bilərəm ki (ən təmiz, təhlükəsiz ölkə və çox mədəni, tərbiyəli, işini düzgün görən, çalışqan, utanğac millətdir.) Addım başı gözəl mənzərələri, yaşıllıqları, meşələri, parkları, üzü güllü - çiçəkli sarmaşıqlara bürünmüş binaları, təbiəti necə sevdiklərini və qoruduqlarının şahidi oldum. Şəhərdə yol qıraqlarında insanlarin sıxlıq olduğu yerlərdə zibil qabı demək olar ki yoxdur. Sadecə marketlər görə bilərsiniz ki onların yanında balaca zibil qabları olur. Yerləri asfaltları tər-təmiz. Ve oturduqlari vezifeten gordukleri isden asli olmayaraq, stresli is rejimlerinden asli olmayaraq cox guleruzduler ve yardimseverdiler. Bir cox olke gezdim ama bele yuksek derecesindekini sadece Yaponyada gordum. 2 qrup bir birine girdikde polis dubinkayla yox iceri aparmaqla yox qucaqlayib sakitlesdirib ayirmaqlarini gordum:) ve gece yarisi cox yuruyusler eledim yaxinli uzaqli mesafelere ve cox tehlukesiz olkedi(elbette dunyanin her yaninda qelbi emeli niyyeti pis insanlar var mekanlari yerleri var) ama gorduyum o olduki is geyiminde kolistuk cantali yol kenarinda gece yari icib keflenib yatan beyler ve isden cixib dostlariyla icib ama eve getmeye taqeti qalmayib divara yaslanib yatan bir cox xanimlar ve yerden ogurlanmayan telefon ve cantalari, ve onlara donub baxmadan yolarina geden yaponlar tebi halmis kimi:)Ingilizce cox az Yapon bilir ama Buna baxmayaraq yolda adres sorusduqda qabaqa dusub hecne demeden gule gule goz gozede geldikde hele usdelik sorry sorry deyen ve unvana chatana qeder menle gelen gozel millet dir Yaponlar☺️6) Yeyib icme, alisverisMene gore Yapon larin maasina nezer yetirersek qiymetler eladir. Isder pal paltar olsun Isder elektronikasi olsun Isder masin qiymetleri isdersede yeyib icmeleri Mene gore cox ucuzdu(yaponlarin maasina nezeren) elbet bahali mekanlarida varki bir cox Yaponlar bele bu mekanlara getmir. Orta tebeqe insan ucun cox gozel qiymetlere cox sey El catandir. 4-5mertebeli 100yen (1$)shoplarda bizde tapa bileceyiniz 15-20 manatliq seyler bele orda 1 dollara tapa bilersiniz. 99%mehsulari 100 yendir. (hediye almaq isteyenlere meslehet gorurem seherden basqa mekanlardan alacaqinz 5-15$suvinirleri, 10$satilan adaptirlari, 100 yen dukanlarindan 1 dollara Ala bilersiniz. Google de axdaris etseniz qabaqiniza bir cox shop adresi ve adlari cixacaq. 2 El magazalarinada baxa bilersiniz(book of) teze mallardan secilmirler cox temiz mallardi ne isdesez tapmaq olar ucuz ve uygun qiymete esasende telefon, fotoparatlar, musiqi ve oyun oynamaqi sevenler ucun ela mekandir oyun diskleri aparatlari ne axdarsaz var???? Eger gordunuz yoruldunuz gedirsiz addim basi qarsiniza cixacaq Marketlerine(Lawson, Family mart, 7Eleven) free wifi,yemek aldiqda isidib yemeyinizi ele markete ciyaz oturub rahat yeye bileceyiniz stol stulari, ve tualetleri vardir oturub yeyib icib dincelib tel zaryatkanizida fulladiqdan sonra Rahat gezinize qaldiqinz yerden baslaya bilersiz????.Men Yaponyani qaris qaris gezmek isdeyirem:) heleki Tokyo, Yokohama, Kyoto ve Osakada oldum. Ve gezginlere Tam meslehet gorurem bu mekanlari gezib gormeyi. Tokyo Yokohama bir birine Cox yaxindi. Kyotoylada Osaka bir birine yaxindir. Tokyodaki hostel qiymetine Osaka ve Kyotoda tek neferlik otel otaqinda qala bilersiniz yani En bahali seherleri Tokyo dur. Ama her tebeqe gezginlerin imkanina gore Tokyoda uygundur. Cox sey yadan cixib boyuk sefim o olduki getiyim gorduyum yerlerin qeydini tutmamaq uzerinden vaxt kecdiyi ucun bircox sey yadan cixib demek olar ama kimlerse nese elave etmek isdeyirse fikirlerini boluse bilerler????Kimlerin ne suali olsa buyurun yaza bilersiz. Herkeze bol sans ve ugurlar☺️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bayram Verdiyev

1382 dəfə oxunub

Monteneqro və Balkan ölkələri bələdçisi

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.Artıq yay gəlib və gəzmək istəyən hər kəs tətil programını hazırlamağa başlayıb. Büdcənizə min bərəkət və xoş istirahətlər əziz @gezeyenler :) Mənə ünvanladığınız suallara əsasən sizlərə,hər səyahətçinin səyahət planına uyğun olacaq (səyahətçilərin büdcə, zaman, seçdiyi istirahət növünə görə) bir neçə hissədən ibarət olan Monteneqro və Balkan ölkələri haqqında ətraflı məlumat paylaşacam.1️⃣ci Hissə  (İqlim, Nəqliyyat)✅Səyahət planınızdan asılı olaraq:1. İqlimi - Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.2. Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda skiing üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral - mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay aylarında sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.3. Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından - fevralın ortasına kimidir.✅ Hava limanları1. Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir). Tivat hava limanına Azerbaycan, Rusiya, Türkiyə kimi bir çox ölkələrdən uçuşlar yalnız yay sezonunda olur və Pasha travel artıq 2 ildir yay sezonunda bu hava limanına, uyğun qiymətə, birbaşa uçuşlar təşkil edir.2. Həmçinin sezondan asılı olmayaraq Türkiyədən Montenegroya tur avtobusları da gəlir.✅ Nəqliyyat1. Şəxsi maşın və ya rentacar ilə gəzməyi düşünürsünüzsə zaman itirmədən ölkəni daha yaxından kəşf ede bilərsiz. Top views üçün şəxsi maşın əvəzolunmazdır, her yere avtobus getmir. Yanacaq qiymətləri təxmini olaraq belədir ardıcıllıq Mne, Bosna, Makdn*Super 95 (1.37€, 1.16€, 1.13€)*Premium 98 (1.41€, 1.21€, 1.17€)*Diesel (1.25€, 1.18€, 1.02€) Texmini rent a car qiymətiləri (bokasun firmasının) Opel Corsa Manual (<7 gün -50 €, >7 gün -45€), Ford Flesta Manual(45-40€), Audi A4 Automatik (65-60€)Taxi firmaları (mənim yaşadığım şəhərdə -Hercegnovi)-novitaxi (tel: 19767) 24 saat-taxi more (tel: 19730) 24 saatAvtobus qiymətləri haqqında isə aşağıdakı link’dən maraqlana bilərsiz. Link’də həm ölkə daxili, həm da qonşu ölkələrə gedəcək avtobuslar və qiymətləri göstərilir.https://busticket4.me/EN* Avtobus bilet qiymətlərində avtobus firmalarına göre 1-2 euros fərq olur.2️⃣ci Hissə-Dil-Çimerlikler✅Dil- Ölkənin dili serb dilidir, rus dilli turistler az-çox yerli insanları anlaya bilər. Xarici dil olaraq İngilis dili istifadə edilir. Ölkədə rus dilini bilən təbəqə çox yaşlı təbəqədir. İngilis dili daha çox turizm sahəsində istifadə olunur.✅Çimərliklər- Sahili narin qum olan çimərlikləri çox azdır. Əksər çimərliklər ya çınqıl, ya da iri daşlıdır. Bir çox çimərliklərdə dənizin suyu təmiz, dalğasızdır. Buna səbəb dağlarla əhatə olunmasıdır. Çimərliklərdə işlətmə sistemi olmadığı üçün kafe-restoranı olmayan çimərliklər də var, həmçinin ətrafın natəmizliyi də sizi narahat edə bilər. İstəyinizə uyğun çimərliklər ⭐️Budva şəhəri (məşhur çimərliklər bu şəhərdədir)1. Mogren Beach -Budva old city yanında (200m) yerləşir. Sahili qumdur.2. Jaz Beach (4km) -məşhur çimərliklərindən biri. Restoran, kafe var. Sahili qum və çınqıl. Uşaqlı #gəzəyənlər üçün uyğundur. Həmçinin kürekli botlar, kayaklar ve jet ski kiralıya bilərsiz.3. Becici Beach (1.8km) -sahili qumdur. Xalq çimərliyi ilə birgə otel müştəriləri üçün də çimərlikləri var.4. Trsteno Beach -qum, çıngıl qarışımlı sahili var. Ən sevdiyim çimərlik deyə bilərəm. Ətrafında hal-hazırda təmir işləri gedir, kafe-restoran və başqa işlətmələr hələ ki, çalışmır (ehtiyyat yeyəcək, içəcək alın yanınıza). Sadəcə suyunun rənginə, şəffaflığına, təmizliyinə göre ora getməyə dəyər. Mütləq özünüzlə dənizin dibində üzən balıqları görmək üçün gözlük götürün.5. Budvada sahili günlük 100€-dan başlayan çimərliklər də var. Bunlar :-Dukley Beach (otel)-Queen's Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Milocer və ya King’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Aman Beach (Sveti Stefan) -adam başına 50€ ödəniş etmək lazımdır. Lakin həmən qarşısında xalq çimərliyi var ⭐️Digər çimərliklər1. Dobrec -sahili çıngıl, suyu şəffaf. Hersegnovi, Rose, Zanjice ve Miriste'dən qayıq ilə getmək mümkündür və turistlər arasında daha az tanınan bir çimərlikdir. 2. Lucice -balaca körfez, ətrafı yaşıllıqlarla əhatə olunub. 3. Plavi Horizonti 4. Mala Plaža (Ulcinj) 5. Petrovac (Budva) və s.3️⃣cü Hissə-Qidalanma-Alışveriş✅QidalanmaBalkanların mətbəxi demək olar ki, bir-birinə yaxındır və Osmanlı mətbəxindən də bəzi ləzzətlər bu ölkənin mətbəxinə keçmişdir. Porsyonları əksər məkanlarda böyük olur, sifariş edərkən diqqət edin ⭐️Fastfood1. Çevapi (bizim lülə kabab), və sifariş edərkən donuz əti yemirsinizsə, qiymənin tərkibində donuz ətinin olmamasını öncədən dəqiqləşdirin. (Min. 2.5 €, təxmini 5 tikə çevapi və digər əlavələr)2. Pizza -mənə görə ləzzətli pizzaları burada dada bilərsiniz. (Min. 5-6 €)3. Giros -yunan mətbəxindən, bir növ şaurmaya bənzəyən yeyəcəkdir. (Min. 3€)⭐️Digər yeyəcəklər-Ət yeməkləri həm dad, həm də qiymət baxımından çox sərfəlidir. -Dəniz məhsulları qiymət baxımından bir az yüksəkdir.⭐️İçəcəklər-Montenegro həm də şərabları ilə məşhurdur.-Çay sifariş edərkən, sizə limon, bal ilə servis edilir. Bu cür çay servisinin səbəbi var yerlilərə görə çay xəstə olarkən içilirmiş, və bu ənənə belə də davam edir. (Fincanda servis edilir, min. 1€)⭐️RESTORANLARMontenegroda, əsasən də sahilyanı bölgələrdə əksəriyyət məkanın mənzərəsi gözəldir.Amma elə restoranlar var ki, oraya məhz mənzərəsinə görə getmək lazımdır. Əlbəttə gündüz vaxtı 1. Gradska Kafana (Hercegnovi)2. Forte Rose (Hercegnovidən qayıq ilə gedə bilərsiniz)3. Çatoviça Mlini (Hercegnovi Kotor arasındakı, erazi Morinj) -dadlı balıqları ilə məşhurdur. Köhnə dəyirman ərazisini restorana çeviriblər, paylaşdığım şəkili həmin məkanda çəkmişəm.4. Verige 65 (Kostanjica, Kotor)5. Admiral Cafe & Restaurant (Hercegnovi)6. Restaurant Galion (Kotor)7. Fish restaurant Djardin (Perast)8. Big Ben (Tivat) və s.✅ Alışveriş4️⃣cü Hissə (Sual-cavab)Bu postumda mənə ünvanladığınız sualları cavablandıracam, ümid edirəm sizlərə faydalı olacaq1. Viza teleb olunur?✅ Montenegro (90gün) və aşağıdakı sərhəd ölkələr Azerbaycan vətəndaşına viza tətbiq etmir. Bosniya və Herseqovina (90gün), Makedoniya (90gün), Albaniya (90gün), Serbiya (90gün)2. Turist vergisi ödəmək lazımdır?✅Bəli, Montenegroda qaldığınız hər gün üçün 1€ (1 günün qiyməti) ödəmək lazımdır. 30 gündən əlavə qalırsınızsa, ondan sonrakı günlər üçün ödəniş etmirsiz.3. Qonşu ölkələrə getmək üçün sərfəli nəqliyyat, transport nədir?✅Öncəliklə Montenegronun öz şəhərlərini gəzmək və qonşu ölkələrə getmək üçün aşağıdakı linkdən faydalana bilərsinizhttps://busticket4.me/EN4. Çimərliklərdə şezlong qiymətləri nə qədərdir? Şezlong kiralamadan çimərlikdən istəfadə etmək mümkündür? Çimərliyə giriş ödənişlidirmi?✅Şezlong qiymətləri 5-7€’dan başlayır. Saat 19:00-dan sonra dövlətin qanununa göre şezlonglar ödənişsiz olur.Demək olar ki, əksər çimərliklərdə xalq üçün yer ayrılır, və şezlong kiralamadan çimərlikdən istifadə etmək haqqınız var Ölkənin əksəriyyət çimərliyinə giriş sərbəstdir.5. Teknə turları haqqında*Teknə turu sezonu 01 May-31 Sentyabr✅ Teknə turları üçün özünüz teknə kiralaya da bilərsiniz, əsasən Budvadan (saatı 30-40€’dan başlayır, ) ya da bir nəfərlik biletinizi alıb tur təklif edən teknələrə üz tutursuz (15€’dan başlayır)⭐️Kiralıq teknə turu xidmətinə daxildir: -Dəniz gəzisi Budva Riviera, Becici, Kamenova, Milocer, Sveti Stefan, The Island of st. Nicholas-Bir neçə çimərliklər -Drobni pjesak, Petrovac, H3 (Nudist), Trsteno, Zanjice, Ploce, Nicholas adasındakı çimərlik.-Bigovo balıqçı kəndi, Blue cave, Kotor Körfəzi (Hercegnovi və Kotor)-Balıq tutma-Teknə ilə gecə gəzintisi⭐️Turist teknə turlarına daxildir-bəzi turlar səhər başlayır, bəziləri isə səhər və ya günortadan sonra olmaqla 2 hissədən ibarət olur.-hop on - hop off (2.5 saat, bilet 15€)-Kotor-Perast-Island lady of the rocks (hər teknə turu fərqli yerlərə gedir)5️⃣ci Hissə Ölkənin rəsmi bayramları ️☃️QIŞ fəslində olan bayramlar01.01- Yeni il02.01- Day of Saint Ignatius of the God-Bearer - chicken Christmas.05.01- Tucindanan.06.01- Milad (Badnji dan).07.01- Yanvar – Milad14.01- Köhnə yeni il YAZ fəslində olan bayramlar15.04- Uşaqlar bayramı01.05- Əməkçi bayramı12.05- Müqəddəs Basil Günü21.05- Monteneqronun Müstəqillik GünüDəyişən tarixlərlə Pasxa️YAY fəslində olan bayramlar03.06- Monteneqronun Müstəqillik Günü04.07- Partizan bayramı13.07- Monteneqronun dövlətçiliyi günü28.08- Monteneqronun Krallığının elan etdiyi günPAYIZ fəslində olan bayramlar01.11- Bütün müqəddəslərin günü29-30 noyabr Respublika GünüFəsillərə görə şəhərlər️QIŞ* Adriatik sahili boyunca yerləşən bölgələr il boyu şimal bölgələrə nisbətən daha mulayim olur, qış aylarında orta temperatur 11 ° C. Bu ərazilərdə qış sıxıcı keçir, turistlərin diqqətini çəkmək üçün festivallar təşkil olunur.*Qışın 3 ayı soyuq (orta temp. -10 ° C) keçən şimal bölgələrdə turistlər üçün Zabljak və Kolasin istirahət mərkəzlərində xizək mövsümüdür (yanvar, fevral)YAZ* Mart ayında sahil və mərkəzi bölgələrdə temperatur 16 ° C’dir, lakin yaz aylarında tez-tez gur, günlərlə yağış ️yağır, bu isə bəzi gəzəyənlər üçün əlverişli olmaya bilər. Dağlarda xizək mövsümü Mart ayının son günlərinə qədər davam edir.*Aprel bütün ölkə üçün isti havalara keçid ayıdır, lakin yağışlı havalar davam edir. Yağışlara baxmayaraq aprel ayında hava gəzmək üçün əlverişlidir.*May ayında, dənizkənarı istirahət mərkəzləri qonaqlara qapılarını açılır. Hava yaxşıdır, lakin hələ üzgüçülük üçün uyğun deyil.YAY* Adriatik sahilində yay çox quru və isti olur. İyun ən rahat aydır. Temperatur təxminən 30 °-28 ° C.*Dağlıq bölgələrdə təxminən 25 ° C.PAYIZ*Sentyabr və noyabrın ilk yarısı Adriatik sahillərində Velvet Mövsümüdür, yəni Adriatik dənizinin suyu hələ də üzgüçülük üçün kifayət qədər istidir.*Soyuq havalar noyabr ayından başlayır.6️⃣cı HissəMontenegro turu1. Öncəki postlarımdan birində qeyd etdiyim kimi ölkənin 2 hava limanı var: Tivat, PodgoricaMonteneqroda görüləcək yerlər-Hercegnovi, Tivat, Perast, Kotor, Budva, Çetinye, Bar(təmiz zeytun yağı), Ulcinj(Albaniya ilə sərhəd), şimalda -Nikşiç, Jabljak(Black lake, doğa yürüyüşü, üzgüçülük), Tara(zip line), Durmitor, Ostrog✅Tivat hava limanı ilə gələn turistlər üçün təxmini gəzi turu belədir 1. Tivat -ən məşhur yeri Porto Montenegro, bu şəhərə təxmini 1 saat zaman ayırın.2.Ferry ilə yolu qarşi tərəfə keçin (Ferry’də minik maşın üçün bilet 4.5€), keçdiyiniz yer Kamenari adlı ərazidir. Əgər zamanınız varsa Kamenaridən avtobus ilə Hercegnoviyə gedin, yoxdursa yolu əks istiqamətdə davam edərək, Perast, Kotor, Budva, Bar, Ulcinj kimi şəhərlərə üz tutun.7️⃣ci HİSSƏ(Montenegroda edile bilecek aktiviteler)Aktiviteler fesillere göre, bölgeye göre deyişir. Yay-yaz aylarında 1. Velo tours2. Boat Tours3. Rafting (şəffaf suyu olan Tara çayı)4. Paragliding (yamaç paraşütü) (Budva)5. Kitesurfing (Ulcinj şəhərindəki sahil, Long beach bu idman növünü sevənlər üçün ən uyğun sahildir)6. Windsurfing7. Kayaking8. Adventure Park Lovcen (uşaqlar üçün daha uyğun yerdir)9. Zip Line (Zabljak, Njequsi) 3 tip zip line var, qısa- Red Rock, orta- Tara, uzun- Extreme10. Diving ️Qış aylarındaSki (Zabljak, Kolasin) Qışda turist çoxluğundan, saat 11’dən sonra ski spor alətləri bitir.8️⃣ci HİSSƏ və son paylaşımım ✅Montenegro ilə qonşu olan ölkələr və ya digər Balkan ölkələri⭐️1. Mənim ən çox bəyəndiyim balkan ölkəsi Xorvatiyadan başlayaq . Viza tələb olunur. Ən məşhur şəhərlərindən biri Dubrovnik.“Game of thrones” serialından sonra turist sayısı 100% artdı və yay turist sıxlığı olan aydır. Şəhəri gəzmək bir və ya yarım gün bəs edər. Rentacar ilə gələnlər DİQQƏTLİ olun, ölkədə maşınlar üçün park pulu çox bahadır.Dubrovnikə yaxın digər gözəl bir şəhər isə Cavtat şəhəridir.Vaxtınız olursa, mütləq Xorvatiyanın bir çox şəhərlərini gəzin. Xorvatiya turum haqqında paylaşım etmişəm #seyahat_arzusuuuxorvatiya⭐️2. BİH (Bosniya) Mostar körpüsü (memarı türk olub)Trebinje (yarım gün bəs edər)Sarayevo (ölkənin paytaxtı və özünüzü Türkiyədə hiss edəcəksiniz )⭐️3. Makedoniya ????Üsküp (Skopje) ölkənin paytaxtı (bir və ya yarım gün bəs edər)Ohrid (milvarisi ilə məşhurdur)⭐️4. AlbaniyaAlbaniyanın paytaxı, Tirana - mənə görə sıxıcı şəhər, vaxt itkisi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Musazade      

1704 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 3)

Ngorongoro, Tanzaniya III Afrikada safari. Aruşada qaldığımız The Charity Hotel-dən səhər tezdən saat 05.00-da yola çıxdıq. Yol o qədər gözəl idi ki, Serengeti, Ngorongoro, gərgədan, fil, antilop, aslan yaddan çıxmışdı, ancaq təbiətin gözəlliyinə baxırdıq. Təxminən iki saat sonra Lake Manyara Milli Parkına açılan gözəl mənzərəsi ilə tanınan və Masai qəbilələrinin evləri şəklində tikilən Panorama Safari Camp-a gəldik. Kampın çox böyük ərazisi var və təbiətin tən ortasında yerləşir. Həm də əsas böyük Milli Parklara gedən qrupların başlanğıc yeridir. Sanki National Geographic TV-nin içində idik. Burada ayrı-ayrı qruplar birləşib səhər yeməyi yedikdən sonra Serengeti, Ngorongoro və Lake Manyara-ya döğru yola çıxırlar. Biz də sürücü-bələdçimiz, iki çex və iki fransızla birlikdə safari avtomobilimizlə Ngorongoro kalderasına doğru yola çıxdıq. Yola çıxmadan əvvəl kampın ərazisinə 30 nəfərlik babun ordusu hücum etdi, zibil qutularında və ətrafda yeməli olan hər şeyi apardılar. Artıq insanın heyvanlara hökm edə bilmədiyi yerdə olduğumuzu anladıq. Təxminən 1 saatlıq maraqlı yoldan sonra ərazisi bizim 10 rayonumuz qədər olan Milli Parka çatdıq. Ərazi sıx və nəhəng ağacları olan ekvatorial meşəliklərlə başlayır, təxminən 35 dəqiqə sonra kaldera görünür. Bu bəlkə də bir insanın həyatı boyunca görəbiləcəyi ən gözəl təbiət mənzərəsi idi. Əvvəlcədən bizə verilən durbinlərlə baxmağa başladıq. Aşağıda “Lake Magadi” gölü ətrafında otlayan minərlə antilop, zebra sürüləri, aslanlar, gərgədanlar, hippoptamlar və adlarını bilmədiyim digər heyvanlar görünürdü. Qısa fasilədən sonra bu dəfə üzüaşağı kraterə doğru 600 metr aşağı düşdük. Əvvəlcə meymunlar, meşənin ortasında tək otlayan böyük bir fil, sonra çöl donuzu ailəsi gördük. Gölə yaxınlaşdıqca minlərlə antilop, tompson, eland, zebra sürüləri ilə qarşılaşdıq. Sürülərin içindən keçirdik və heyvanlar qaçmırdı. İstədiyimiz qədər şəkillərini çəkdik. Bəziləri sığallaya biləcəyimiz qədər yaxınlaşırdı. Sonra qarşımıza ova hazırlaşan çita çıxdı. Əvvəlcə antiloplara, sora isə “tompson”lara yaxınlaşdı, lap yanımıza qədər gəldi, ancaq deyəsən tox idi, dramatik ov səhnəsini görə bilmədik. Aslanları isə yüksək yerdə ov yeməklərini yeyib dincələrkən gördük. Gölün ətrafında tək ov edən aslanı da müşahidə edə bildik. Kaftarlar, çaqqallar isə hər yerdə idi. Lake Magadi gölünün lap yanına çatanda birdən-birə hər yer ağ-qırmızı rəngə boyandı. On minlərlə flaminqo. Bu mənzərədən ayrılmaq çox çətin idi. Flaminqoların arasında isə böyük hippoptamlar (begemont) bataqlıqda dincəlirdilər. Daha sonra yaşlı fillərin bol olduğu əraziyə gəldik. Bələdçinin dediyinə görə fillər buraya son günlərini keçirmək üçün gəlirmiş. Bu haqda sənədli film də var. Həqiqətən də fillərdən biri lap yaxınımıza gəldi, çox qocalmışdı, dərisi, xortumu tamamilə qırışmışdı. Sonra iri Afrika kəllərinin (African buffalo) və gərgədanların otladığı ərzilərə gəldik. Bu heyvanların qorxusundan ətrafda aslan, çita görünmürdü. Xallı kaftarlar isə fürsət gözləyirdilər. Hər tərəf tanımadığımız tanımadığımız gözəl səslər çıxaran və rəngarəng quşlarla dolu idi. Katib quşu, boz taclı quş, ət yeyən müxtəlif böyük quşlar isə lap yanımıza qədər gəlirdilər. Günorta saatlarında bizim kimi digər qruplar da Ngoitokitok gölünün yanında piknik etmək üçün toplaşır. Biz yemək yeyərkən göldə begemontlar üzür, ətrafımızda antiloplar, zebralar otlayır, yuxarıda isə vəhşi quşlar yeməklərimizi əlimizdən almaq üçün uçuşurdular. Bir anlıq boşluqdan istifadə edən bir quzğun Parviz-in yeməyini əlindən alıb apardı. Böyük bir marabu quşu isə bizdən qorxmadan yanımıza gəlib yemək istəyirdi. Axşama doğru Milli Parkın çıxış qapısına yaxınlaşdıq. Bələdçi çıxış üçün aşağı düşməli idi və bizə bərk-bərk tapşırdı ki, pəncərələri açmayın, özü isə örtmədən aşağı düşmək istəyirdi ki, bir neçə saniyə ərzində ətrafımız onlarla babun mühasirəyə aldılar. Böyük bir babun içəri girdi, sürücünün çantasını əlindən aldı, yeməli şeyləri götürdü, çantanı da adamın təpəsinə çırparaq uzaqlaşdı. Biz isə əvvəl heç vaxt duymadığımız gözəl hisslərlə Afrikanın İsveçrəsi-Aruşa şəhərinə doğru yola çıxdıq. Məni Instagram-da və YouTube-da izləyə bilərsiniz: https://www.instagram.com/elshan_travelblogger/https://www.youtube.com/watch?v=t6Vm7GDdLzo&t=97s#uçmaqüçündoğulanlar #evisatanzania #safari #klimancaro #visittanzania #borntotravel #tanzania #arushatanzania #zanzibar #serengetinationalpark #ngorongoro #tarangire #lakemanyara #kilimanjaro #Africa #africasafari #rhinos #hippopotamus #Lions #elephant #cheetah #buffalo #antelope #hyena

390 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!