1502 dəfə oxunub

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.

8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN
????29.12.2019 Baku-Kutaisi airport - 25AZN
✈30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN
????31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN
????03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN
✈04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN
????04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN
????06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN
✈06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN
????06.01.2020 Kutaisi airport-Baku. - 25AZN
Transport =210AZN
Yerləşmə: Evlər
????30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN
????31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN
????03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN
????04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN
Evlər = 638AZN/3nəfər = 213AZN
Əlavə xərclər:
1) Bir illik MULTI viza
a) Rüsum 66 AZN +
b) Şəkil 3 AZN +
c) Hesab arayışı 10 AZN +
d) Sığorta. 10 AZN =89AZN
2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi
7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZN
Ümümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ???? ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib.

31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim ???? Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.


Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.

3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.


Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.

#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.


Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı:
Vusal Ekberov

DİGƏR BLOQLAR

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

756 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

2628 dəfə oxunub

Dünyanın 7 möcüzəsindən biri - Maçu Piçu

Machu Picchu. Səyahəti sevan hər bir insan bu möcüzəni görmək istəyir. Bəzən yanlış əldə olunmuş və ya yanlış verilmiş məlumat səyahət planlamasını alt-üst edə bilər və ya ümumiyyətlə səyahət istiqamətini dəyişə bilər. Postu açmaqda əsas məqsədim Machu Picchuya səyahət planlamaq istəyən insanlara həm kömək olmaq, həm də bu möcüzəyə olan səyahəti sizinlə paylaşmaqdır.Yəqin ki, qrupda hamının Machu Picchunun dünyanın 7 yeni möcüzəsindən biri olduğundan məlumatı var. Bu yeddilərdən biri Perunun Cusco şəhəri yaxınlığında yerləşir. Onu da qeyd edim ki, Cusco şəhəri bu günə qədər gördüyüm və gəzdiyim ən gözəl şəhərdir. Küçələri bəzən indi bizim qoruya bilmədiyimiz, aqalay daşlarla üzü fasadlanmağa başlayan İçəri şəhərimizə oxşayırdı. Hər daşında bir mədəniyyət, bir tarix yatan bu şəhər İnk imperiyasının paytaxtı və bir vaxtlar dünyanın mərkəzi sayılıb. Machu Picchuya səyahət məhz bu şəhərdən başlayır. Bu möcüzə haqqında bu qrupda çox miflər oxumuşam????.Bəzən kimisi getməyin çox ağır olduğunu, kimisi yolun çox uzun olduğunu, kimisidə piyada həddindən artıq çox yol getməyin labüd olduğundan yazıb. Bəli bu sadalananların bəziləri reallıqdı, amma bu reallıqlar insanlara və sizin seçiminizə görə dəyişir. Bura çox rahat və əziyyətsiz də getmək olur. Sizi səhər tezdən qaldığınız otel və ya hosteldən maşın götürür və axşam götürdüyü yerə qaytarır. Sizin payınıza düşən yalnız avtobusdan düşüb qatara, qatardan düşüb avtobusa minməkdir. Son avtobus sizi düz parkın girişinə gətirir. Problem yalnız hündürlük ilə bağlı ola bilər. Qiymətlərə gəldikdə isə bu yuxarı və aşağı (yağışlar sezonu) sezona görə dəyişir. Forumlarda bilet haqqında maraqlananda əldə etdiyim tək məlumat biletin mütləq əvvəlcədən rəsmi saytdan alınması ilə bağlı idi. Bu da mifdi. Siz rəsmi saytda göztərilən 300-330 usd əvəzinə yuxarı sezonda 260 və aşağı sezonda 230 usd verib qaldığınız otelden tur ala bilərziniz. Əgər kimsə bütün biletləri özü alıb özü getmək istəsə, göstərilən qiymətlərdən 20-30 usd az pul ödəyəcək amma nəyin harda olduğunu öyrənmək və qatara vaxtında çatmaq üçün kifayət qədər əziyyət çəkəcək.Həm mənim göztərdiyim qiymətə bələdçi də daxildir, hansı ki, çox maraqlı məlumatlar əldə etmək olur danışdıqlarından. Əlavə olaraq siz başqa versiyada 5 günlük program götürüb Salkantray trek adlı məhşur yolu piyada da gəzə bilərsiz. Bu yol piyada Machu Picchuya getmək üçün ən ideal trekdir. Sonda onu da qeyd edim ki, bir gün bu möcüzəyə səyahət planlasanız, digər möcüzə şəhər – Cuscoya (bu paylaşım sırf MP-yə aiddir və Cusco haqqında ayrı bir post olacaq) ən azı 3-4 gün ayırın. İnanın Machu Picchuya görə ora gedib, bir başqa möcüzə - Cusconu tapıb ona vurulacaqsınız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim

1366 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 2)

Part 2. General Expenses & Interesting facts #Seychelles #Africa #Seyseladalari Əzəmətli məxmər örtüyə büründüyü yam-yaşıl dağların firuzəyi-sapfir rəngli sulara qarışdığı eyni zamanda zümrüd rəngli meşələrin içinde yoxa çıxdığı, başı duman buludları ilə örtülmüş nəhəng qayalar və fotogenik qranit silsilələrin, nəhəng tısbağaların olduğu və özünəməxsus hind qozunun (kokos) bitdiyi yeganə coğrafiya -- Seyşellər şübhəsiz ki, Hind Okeanının yeganə və nadir ada ölkələrindən biridir. Bugün də Seyşellərdən danışacağıq.    Bugün sizə Seyşel adalarının mətbəxi, supermarket və gündəlik xərcləriniz, ekzotik meyvələri və palması Coco De Mer haqqında danışmaq istəyirəm:Seyşel adalarının ən yaşlı canlısı 'Esmeralda' adında nəhəng tısbağadır. Deyilənə görə 300 yaşı var. Onu görmək üçün xüsusi icazə alınmalıdır. Adalarda digər yaşlardakı tısbağaları hər yerdə görmək mümkündür, belə ki burda yaşayan canlılar ümumiyyətlə digər yerlərlə müqayisədə nəhəngdirlər. Ömrüm boyunca yarım metr uzunluqda soxulcan görməmişdim, Seyşellərdə gördüm. Seyşellərdə nə yeyilir? Mətbəxi necədir, mütləq önərdiyiniz nələri yeməliyik? Sizə tanış gəlməyən hər bir yeməyin/desertin/meyvənin dadına baxın.Seyşelin yerli mətbəxi olduqca zəngin olan bir ölkədir. Belə ki, Fransız, Ərəb, Afrika, Hind və İngilis yemək mədəniyyətlərinin cəmi Seyşel mətbəxini yaratmışdır. Bir ada ölkəsi olduğundan təbii ki yerli yeməklərinin böyük bir hissəsini dəniz məhsulları təşkil edir. Kari ve plov da Seyşel yemək mədəniyyətinin bir hissəsidir. Restoranlarda dəniz məhsulları yemək sizə kifayət qədər xərc deməkdir. (380 rupi adambaşı təxminən, takeaway-lərdə daha ekonomik qiymətə 100-300 rupiye almaq olur)    İstənilən dəniz məhsulunu ən yaxşı halda Viktoriya bazarından alıb evdə bişirib, laym və yerli Takamaka Romu və ya SeyBrew (yerli pivə) ilə çox normal qiymətə başa gətirib nuş edə bilərsiniz. Digər adalarda da kiçik bazarlardan alış-veriş etmək mümkündür. Əlavə olaraq onu deyim ki, balıq yeməyən adam kimi qaldığımız 14 gün müddətində hərgün dəniz məhsulları yedim, ömrüm boyu elə dadlı balıqları heçbir yerdə yeməmişdim. ???? Ağız dadları bizimkilərdən tamamilə fərqlidir. Məsələn, 3-cü böyük adada qalanda (La digue) bizi alman dostumuz qonaq çağırmışdı, bizə "apple pie və Bamkuxen" etmişlərdi, un əvəzinə kartof püresi vurulmuşdu, təsəvvür edin puredən hazırlanmış tort yeyirsiniz. Dadı heç də pis deyildi. Axşama doğru, bütün evlərdən .am yeməyi saatlarında baharat və sarımsaq qoxuları küçələrə axır və sizi rəsmən acmağa məcbur edir. ????Curry (kari) və hindistan qozu yeməklərdə çox istifadə edilir. Adaya xas ekzotik meyvələrdən almanın 5-6 ekzotik növü var, eləcə də bananın. Asiya ölkələrində rast gəlinən tropik meyvələr burda da bitir. Bir çox yerlərdə rast gəlinməyən "natural viaqra" adını almış, üfunət iyli noni adında bir meyvə də var. Bu meyvəni bazarda tapmayacaqsınız, ağaclardan özünüz dərə bilərsiniz.    Sizə yalnız Seyşellərdə bitən 2 qeyri-adi tropik ekzotik meyvələr haqqında danışmaq istəyirəm : Onlardan biri Coco De Mer'dir.(Butt nut)???? Şəkildən görəcəksiniz ki, bu meyvə qadın genital (woman's buttock) formasındadır, bunun erkək forması da kişi genital formasindadir (The world's longest male flower rəsmi adı belə gedir), onun da şəklini paylaşıram, uzunluğu 1 metrə qədər ola bilir. ???? Olduqca bahalıdır.???? Haqqında internetdə oxuya bilərsiniz. Qısa onu deyim ki dünyanın ən böyük kokosu/qozu sayılır. (World’s biggest nut), çəki 15 -30 kg-a qədər, hətta 42 kg rekord həddə çatmış olanı da olmuşdur. Almaq və dadına baxmaq istəsəniz Praslin (Pralin kimi oxunur) adasına getməlisiniz, qiymətlər 5000-7000 Seyşel rupisidir. (1 Usd - 14 rupidir, 1 Avro- 16 rupidir.)    Digər bəhs etmək istədiyim meyvə "çörək meyvəsi" (bread fruit) onun haqqında mistik bir inanc var, ənənəvi bir şəkildə odda bişirilir. Bişirildikdən sonra duz və kərə yağı ilə turistlərə təqdim edilir. Labrin bazarında təşkil olunan food festivallarında kartof fri kimi və ya çips kimi də görə bilərsiniz, inanca görə əgər bu meyvəni yeyirsinizsə, şübhəsiz yenidən oraya qayıdacaqsınız. Şəklini paylaşıram.    İndi isə xərclərə nəzər yetirin :Daha öncələr dediyim kimi : Seyşel adaları olduqca bahalıdır. Bunu öncədən bilərək Seyşellər turu planlamanızı edin. Nə qədər bahalı desəniz : Avtomobil kirayəsi : Günlük 40-50 EuroBenzin : 26 RupiƏtin kilosu : 20-25 EuroSu altı yürüyüşü vs aktivitələr : 60-80 EuroSeyşeldə 1 litr su 15 Rupi (Mahe, digər adalarda 18 - 20 Rupi)4 ulduz otel : 2 nəfərlik 150-250 Euro. Guesthouse’lar və 1 ulduz otellər 75 EuroBiznes lunch menyusu (içki daxil olmaqla) 280 RupiFast food restoranında Big Mac Yemək və ya uyğun sendvic) 147-200 Rupi500 qr toyuq filesi 58 Rupi1 litr tam yağlı süd 40-50 Rupi12 yumurta 50 Rupi1 kq pomidor 77 Rupi500 qr pendir 136 Rupi1 kq alma 54 Rupi1 kq kartof 45 RupiSupermarketdə 0,5 l yerli pivə 54 Rupi1 şüşə qırmızı süfrə şərabı şərab maqazinlərində (Fransız) 170 Rupi2 litr Coca-Cola 56 Rupi2 nəfərlik çörək 29 RupiKirayə mənzil 85 m2 TƏMİRLİ 27.813 RupiKommunal xidmətlər, 1 aylıq (istilik, elektrik, qaz ...) 85m2 mənzildə 1,127 ₨ 2 nəfər üçün1.5 GGBYT İnternet : 299 Rupi. Ayrıca 100 Rupi de xətt haqqı. (Airtel firmasını tövsiyyə edirəm.)Gördüyünüz kimi, Seyşellər heç də ucuz deyil. Günlük olaraq, adambaşı ən az 70-100 Euro xərclərin gündəlik gedəcəyini nəzərə alın.???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser  

1347 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!