682 dəfə oxunub

İtaliya bələdçisi - İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)
Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)

Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan "wow", "wow", "wow" etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, "baxin, bu qız azərbaycandandır" deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur????Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım???? Da ağartmadım üstünü????

20953500_1189494481155302_75616449216684269_n
Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)

Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır???? Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)
Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)

Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun "Another brick in the wall"nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi???? Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi "no panik", heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, "yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar" deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq????

20953127_1189494447821972_4776607256624519790_n

Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! 

P.S. Şəkillər yenə də Google'dandı:)

19 Avqust 2017

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Narmin Kamilsoy

 

 

DİGƏR BLOQLAR

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram.  “London – Kutaisi”Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:Xala: Bala, sən də azərbaycanlısan?Mən: BəliXala: Bala, sən də Bakıya gedirsən?Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. Mən: Xala, üzr istəyirəm eşitmədim.Xala: Bala, deyirəm Bakıya gedirsən?Mən: Bəli, xala. Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. Mən: Xala (sözüm kəsildi)Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. Mən: Yaxşı, xala. Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:- Salam qardaş.- Mən: Ələykümə Salam. Buyurun.- Siz o sizi gətirən taksini tanıyırsınız?- Mən: Yox, necə ki?- Siz bilmirsiniz o ermənidir?- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.- Mən: Çox sağ olun. Unutmaram. Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D Hekayədən özüm üçün çıxartdığım nəticələr:1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”Sizlərə sayğılarlaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Javid Abbaszada

1036 dəfə oxunub

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq Başlıq isə belədir - Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq  Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq  Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm  Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı 3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini  Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb " bilet almadıq " deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük  Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git :) Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq  Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq  Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlana Ibrahimli      

608 dəfə oxunub

Xalaxel gölünə gəzəyən turu

Bugün sizə karantin günlərində Zaqatalada yerləşən Xalaxel (Zaqatalada daha çox Xalaxi deyirlər) gölünə etdiyim səyahətdən danışacam. Buzlaq mənşəli olan bu göl dəniz səviyyəsindən təxminən 3060 metr hündürlükdə, yüksək dağlıq ərazidə yerləşir. Əslində gölə getməyi keçən ilə planlasam da yol yoldaşı tapmadığıma görə səyahətim ləngiməli oldu. İyulun 5-dən Şəkinin də karantinə alınacağını eşidəndə 3-ü axşamı qərara gəldik ki, yollar bağlanmamış tez-bazar özümüzü Zaqatalaya yetirək. Dostum Vüsal ilə Qəbələdən yola çıxdıq və artıq axşam Zaqatalada idik .Yolüstü Qaxda yerləşən Kürmük Alban məbədinə də baş çəkdik. Planımızda Xalaxel gölünə Qanslar şəlaləsinin yerləşdiyi dərə ilə getmək vardı. Lakin kənddə yaşayan və ərazini yaxşı tanıyan çobanların məsləhətinə əsasən, Yuxarı Çardaqlar kəndindən başlayaraq yaylaqlar boyu uzanan marşrutla getmək qərarına gəldik.1-ci gün, 22km İyulun 5-də səhər saat 6-da 3 nəfər taksi ilə Yuxarı Çardaqlar kəndinə yollandıq. Qeyd edim ki, hər üçümüz gölə ilk dəfə gedirdik və şəxsən mənim içimdə çox böyük sevinc vardı. Kəndin bitəcəyindəki çay dərəsindən cığırla yola başladıq, bir neçə kilometr yol qət etdikdən sonra artıq kolluğun başladığını və dərə ilə davam etməyin rahat olmadığını gördük. Üzü meşəliyə tərəf biraz dırmaşandan sonra gəlib köhnə at cığırına çıxdıq ( bu yerdə bəxtimiz gətirmişdi). Cığır bizi meşə massivinin bitdiyi göz oxşayan, yamyaşıl alp, subalp çəmənliklərinin başladığı yerə gətirib çıxardı. Bu yerdə Metrologiya stansiyası yerləşirdi.Metrologiya stansiyasında işləyən nur üzlü insanlar bizi çaya dəvət etdilər. Biz də dəvətə icabət etdik, düzü, dağda çaya yox deyə bilmirəm)). Stansiya olduqca gözəl bir yerdə yerləşdiyindən, burdan üzü Zaqatalaya açılan mənzərəni seyr eləmək nəyə desəniz dəyərdi. Hər tərəf al-əlvan çiçəklərlə dolu idi .. Artıq günorta idi və biz yüngül günorta yeməyindən sonra yola davam elədik. Yol boyu gözəl mənzərələrə baxa-baxa ruhumuz dincəlirdi. Təbiət qoynunda insan fiziki olaraq yorulsa belə özünü ruhən çox xoşbəxt hiss edir. Bunu təbiətə bol-bol səyahət edənlər daha yaxşı bilər)))4-5 saatlıq yoldan sonra növbəti çoban alaçığında dincimizi aldıq. Burda da bizi çobanlar, Murad və Piri olduqca qonaqpərvər qarşıladı, çatan kimi çay süzdülər və bizi axşama da qonaq saxlamaq istədilər. Ancaq biz burada çox ləngiməyib, gölə ən yaxın çoban alaçığı olan Daşkəsən yaylağına üz tutduq. Onlara söz verdik ki, qayıdanda sizə yenə baş çəkəcik)))) Alaçığa çatanda artıq hava qaralmağa başlayırdı, burda da bizi olduqca qonaqpərvər qarşıladılar. Biz axşam üçün öz çadırımızı qurub yatmaq istəsək də çobanlar təkidlə öz alaçıqlarında yatmağımızı istədilər.(alaçıq həm təhlükəsiz, həm də böyükdür)Bu bölgədəki çoban alaçıqları ətrafı daşlarla hörülmüş, dam hissəsi isə əsasən dəmirdən düzəldilir. Alaçığın içinə yay boyu pendirlər yığılır. Olduqca dadlı olan bu pendirlərin dadına baxmaq fürsətimiz də oldu. Bəzi çobanlar göl yolunun çətin olduğunu, ərazidə havanın tez-tez dəyişdiyini, dumana düşə biləcəyimizi desələr də onlara ilk dəfə dağa çıxmadığımızı, müəyyən bir təcrübə sahibi olduğumuzu deyəndən sonra bizə inamları yarandı və göl yolu haqqındakı məlumatlarını bizimlə bölüşdülər. Axşam isə bizi öz süfrələrinə dəvət edib yaylaqda dadına doymadığım quzu soyutmasına qonaq etdilər.(yaylaqlara yolunuz düşsə mütləq dadına baxın). Beləcə, ilk günümüzü belə tamamladıq və səhər yürüşün davamı üçün hazırlıq görəndən sonra yatıb dincimizi aldıq. Yuxuya getməzdən əvvəl özümü hədsiz dərəcə də xoşbəxt hiss edirdim. Bu həm sabahkı yürüşün, həm də insanların qonaqpərvərliyinin bəxş etdiyi xoşbəxtlik idi. 2-ci gün, 26 kmSəhər mümkün qədər tez durub yola çıxdıq.(saat 6-da) Qarşımızda uzun yol bizi gözlədiyinə görə motivasiyamızı yüksək tuturduq. Yürüş vaxtı çoban alaçığının itləri bizi qovub yolumuzu uzatsa da hədəfimizə doğru yorulmadan böyük bir əzmlə davam edirdik. Saat 12-də artıq mənzərəsi ilə insanın ruhuna rahatlıq verən Xalaxel gölünə çatdıq. Gölün ətrafında şəkillər çəkdirib gölün suyundan da içdikdən sonra yavaş-yavaş geriyə, Daşkəsən yaylağına doğru yola düzəldik. Məqsədimizə çatdığımız üçün artıq rahat və xoş təsüratlarla geri qayıdırdıq.Təxminən saat 5-də gəlib yaylağa çatdıq. Yaylağa qoyduğumuz yükləri götürəndən sonra yolçu yolunda gərəkdir deyərək yola düşdük. Hava qaralana yaxın bir gün əvvəl çay içdiyimiz çoban alaçığına gəlib çatdıq. Gecəni onların alaçığında qalmağa və səhər Muradla birlikdə yola düşməyə qərar verdik. (bizi daha qısa yolla Sabunçu kəndinə düşürəcəyini dedi ) Artıq əsas hədəfimiz olan gölü görmüş və təbiətin bəxş etdiyi müsbət enerji ilə ruhumuz qidalanmışdı.3-cü gün, 12km Səhər 05:30-da yuxudan durub tez-bazar səhər yeməyini yedik və yola düşdük. Qayıdarkən yüklərimizin bir hissəsini kəndə düşən atlara yüklədik və bu sayədə rahat yol gəldik. Geri qayıtdığımız yol getdiyimiz yoldan fərqli olaraq Sabunçu kəndinə düşürdü. Səhər saat 9-da artıq biz kəndə çatmışdıq. Kənddən axan çayda çimmək üçün çay daşlarından çox gözəl bəndlər düzəldilmişdi. Biz də yol yorğunluğumuzun çıxması üçün özümüzü atdıq bu bəndlərdən birinə. Beləcə Xalaxel gölü səfərimizin sonuna gəldik. Görülməli yerlərdən biridir deyə düşünürəm. Əminəm ki, gölü gördüyünüz an bütün yorğunluğunuz çıxacaq.Ümumilikdə 60 km yol qət etdiyimiz bu səfərdə işinizə gələcək bir neçə qeyd.1) Dağ yolları Azərbaycanın digər ərazilərinə nisbətən (Qəbələ, Quba, Qusar və s) daha rahatdır.2) Kifayət qədər dağçılıq təcrübəniz yoxdursa bələdçisiz getməyi məsləhət görməzdim. 3) Hava şəraitini mütləq nəzərə alıb gedin.Çünki göl 3000+ ərazidə yerləşir. 4) Özünüzlə tez xarab olmayan yeməklər götürün.( mən daha çox ton balığı götürürəm) Ocaq götürməyi unutmayın, çünki meşə massivi təxminən 2000 metr hündürlükdə bitir.5) Çobanlardan eşitdiyim qədəri ilə ərazidə ayılar var və axşamlar qoyun sürülərinə hücum edirlər. Ehtiyatlı olmağınız məsləhətdir. Özümüzlə nə götürməliyik deyə soruşsanız.1) Çadır 2) Yuxu tulumu3) Mat4) Baş fənəri (ehtiyat batareyalar)5) 4 günlük ərzaq 6) Ocaq (Qaz balonu+ başlıq)7) Yürüş çubuqları ( yol uzun olduğundan tez yorulmamağınız üçün )8) Su qabı (Çoban alaçıqlarının yaxınlığında bulaqlar var, soruşsanız göstərəcəklər)9) Ehtiyat paltar ( yağmurluq, başınızı günəşin güclü şüalarından qorumaq üçün panama)10) İlk yardım çantası (Günəş kremi ) və s.Sonda göstərdikləri xoş münasibətə görə Murad,Tunar və digər Zaqatalalı dostlara dərin təşəkkürümü bildirirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulvi Aslan

3121 dəfə oxunub

Səyahət əhvalatları - İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )Tövbə-tövbə ... İlk və axırıncı kollektiv səyahətim .İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.[caption id="attachment_1072" align="aligncenter" width="551"] San Marino[/caption]Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır ???? Şam yeməyinə də - mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy ???? bişmiş MAKARON ???????? Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar ????Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.[caption id="attachment_1073" align="aligncenter" width="551"] Florensiya[/caption]Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )Nəysə, 6-cı günümüzdü - Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və...????????Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına ???? Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var ???? İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu ... Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim - yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib ????Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .[caption id="attachment_1074" align="aligncenter" width="549"] Neapol[/caption]5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi - üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq - sənə də yemək bişirəcəklər .”Bax beləəə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi‎  

555 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!