1414 dəfə oxunub

Səyahət əvalatları - Lokau

????????????????
Deməli səhər saat 6-da, siz şirin yuxunuzda, isti çarpayınızda yuxu görərkən, mən düşmüşəm Bregenz (Avstriya) çöllərinə. Payız sabahı, zülmət qaranlıq, Alpların soyuğu, bundan gözəl nə olar bilər?! Şəhərdaxili 18 km gəzərək, yol aldım 4-5km məsafədə yerləşən Lokau (Lochau) qəsəbəsinə. Ümumiyətlə, Avstriyanın bu regionunu ümumi gördüyüm təbiətlə vəhdət təşkil edən şəhərlər arasında (Norveç istisna) ən çox sevdiyim yer oldu. Uzun sözün qısası, Konstazns gölünü qırağı ilə gəzə-gəzə gəldim Lokauya. Deməli, Lokau müasir evlərdən ibarət dağətəyi (Erdenberg dağları) bir zonadır.



Məndə neçə saatdı nə normal bir kafe, nə də mağaza tapmamışdım deyə çox acmışdım. Onunla da hələ 25-ci kmi yeriyirdim, çantanın da ağırlığı ayrı bir dərd, təxminən minimum 12 kq olardı. Deməli, bir supermarketə rast gəldim və daxil oldum içəri. Norveç balığını (konserv) görübdə almasam ayıb olardı, bir ədəddə Isveçrə inəyinin südündən hazırlanan ayran ????





İndi deyəcəksiz ayran hara, balıq hara ???? olur arada, boş verin. Deməli, mən indi bu "ləziz təamları" yaşıllıqlar əhatəsində, mənzərədən feyziyab olaraq yeyib enerji yığmaq üçün otların üzərində oturmadım çünki yaş idi ???? Bir təhər enerjimin son damlasına qədər yeriyib bir skamya tapdım. Kabab qonaqlığındaymış kimi, elə oturub yeməyin qapağını açıb, ayrandan bir qurtum içirdim ki, bir də gördüm mənimlə üzbəüz evdən bir qadın çıxıb, qoyub üstünə:

- Sie zahlen zad, ich die "Polizei" rufen falan fılan ????

Məndə yaxşı eşitmədim aclıq başıma vurduğundan ????
Məndə öz növbəmdə: What happened? What is problem? I am sorry but I don't understand falan fılan. Gördüm bu keçmir, dedim yəqin ingilis dilindən zəhləsi gedir, başladım fransızca hücuma: madam eskuze mua, pağle le pax fonse falan fılan ağlıma gələn bütün fransızca sözləri reperler kimi dedim ????

Gördüm yoxe xanım elə dediyin deyir, mən isə konkret yoxam, o qədər yorğunam ki, xanımı eşitmirəm. Xanım evdı daxil oldu. Dedim əşi yəqin hərşeyə deyinən avropalılardan biridir yəqin şalvarımın rəngi onunçün uğursuzdur, deyinib ????. Birdə gördüm xanım yenidən qapını açıb şayze falan əlində kamera məni çəkir və anidən polize deyə deyinir, ilahi, bu nə sınaqdı mən çəkilirəm, polis deyəndə aclıq söhbəti qalar, bunların da polisinə belə yüngülvari söhbətlər lazımdı elə ????

Bir əlimdə ağır çanta, bir əlimdə də yemək, ayran da qaldı skamya da (yanıram yanıram, onu içə bilmədiyimə ????). Yeməkdən əsər əlamət qalmadı, necə qaçmışamsa???? Özüdə yolu enişə tərəf yox, yoxuşa doğru çıxıram, ilahi axı niyə belə?! Sən demə qadın elə bilib ki, mən əlimdəki telefonla bunun evini çəkirəm, yazıq mən ????



Deməli, artıq Lokaunun gözəlliyi həmin an gözümdən "itmişdi", 5 km qatar stansiyasına doğru gedib, Almaniyanın Avstriya ilə qonşu Lindau şəhərinə. Forsmajor elə gedirəm ???? Nəysə, aldım OBB Avstriya dəmir yollarından 2 avroluq bilet, Lokaudan Lindauya. Siz siz olun Lindauya nəğd pulsuz getməyin, şəhərdə hansı mağazaya, hansı restorana, hansı yerə getdimsə only cash, only cash, only cash.....Burda konkret çürüyürəm hər şey nəğd, məndə həmişə kartdan istifadə edən adam. Aldım bir DB Almanıya dəmir yollarından bilet, yollar Münxenə, heç sevmədim Münxeni dəlixana bir şəhər, dilənçi en qədər. Təsəvvür edin, vaqona daxil olanda bileti, pasportun yoxladılar dedim okey prosedura, amma yatmaq üçün başımı qoyurdum ki, bir də gördüm düz 3 polis gəldi, ağlıma o dəyqə həmin qadın gəldi, dedim yüz faiz şəklimi falan çəkib ötürüb polislərə. Nəsə polislər aldılar pasportu göndərdilər yoxlamaya heç nə başa düşmədim, deyirəm bu qədər yoxlama nə üçündür, axı mən 2saatdan çox olan yolda yatmaq istəyirəm yorğunam, özü də axşam saat 10:00.
Qatarda düz 40 dəfə polis gedib-gəlib yoxladı məni, yuxuma konkret haram qatdılar, 5 dəqiqədən bir gəldilər ki, hey man, hey Mr. qalx ayağa qadası



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Planck

 

?

DİGƏR BLOQLAR

Səyahət əhvalatı - Vilnüs

Vilnüsdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Gəlin sizə təxminən 2 il əvvəl getdiyim Vilnius səfərimdən danışım. Bir az uzun çəkə bilər, üzrlü hesab edin.Avropada oxuyanlar bilər universitetləri olan hər şəhərdə Erasmus Student Network (ESN) adlı təşkilat olur ki,xarici tələbələr üçün tədbirlər, səfərlər təşkil edirlər. Rigada oxuduğum vaxtlar idi, dostlarım xəbər verdilər ki, bəs noyabrda iki günlük Litva səfəri təşkil edirlər, yolpulu hostel, səhər yeməyi daxil 60 euro. Sevinə-sevinə razılaşdıq Rigada tanıdığımız, tanımadığımız Erasmuslu tələbələr hardasa 50 nəfər birlikdə gedəcəyik, əyləncəli olacaq, razılaşmaz olaydıq Səfərin ilk hissəsi pis keçmədi, avtobusda uşaqlarla deyə-gülə 4 saat filan yol getdik, Trakai adası deyilən yer var, Vilniusa çatmamış, gölün ortasında xudmani adadır ortasında da orta əsrlərə aid qala. Getdik qalanı gəzdik, şəkil zad çəkdirdik, yola düşdük Vilniusa. Şimal ölkələrində hava tez qaralır deyə saat hardasa 5 idi artıq qaranlıq idi biz Vilniusa çatanda, hava da buz kimi, buna baxmayaraq başladıq şəhərin qədim hissəsini gəzməyə, Uzupis adlı maraqlı bir yer var (şəkildəki yer) bizim içəri şəhər kimi yerdir, şəhərin içində süni balaca respublika qurublar guya, divarda 40 maddədən ibarət konstitusiya. Hər kəsin isti suyla çimmək haqqı var zad Müsibət bundan sonra başladı. Məlum oldu ki, ESN xərcləri ucuz gəlsin deyə şəhərdəki ən ucuz hostellərdən birini tutub, "5 Euro" hostel-adı üstündə  hostel də dəmir yol vağzalının yanındadı, hansı ki, alkaş ruslar zad doludur oralarda, ən pisi də odur ki, biz şəhərin mərkəzindən ora kimi ayaqla getməliyik, avtobus yoxdur. 50 nəfərin 50-si də yorğun, soyuq adamı kəsir, təxminən 1 saat yolu piyada getdik. Bütün yolu da xəyal edirik ki, hostelə çatanda rahatlayacağıq. Hostelə çatdıq...hostel nə hostel... it iyi verir, içi də dolu hər cürə əndrəbadi adamlar, alkaşlar zad, hamısı da bizim 50 nəfərlik qrupa mənalı-mənalı baxır. Hosteli işlədən özü də elə bil Pablo Eskobarın əmisi oğludur Qalacağımız otağa gətirdilər, ilahi, elə bil Somali qaçqınlarının müvəqqəti saxlanım məntəqəsi, böyük bir zalda matrasları atıblar yerə, kim harda yatdı-yatdı, nə qapı var nə locker zad. Mən, türk, fransız, alman qızlar da daxil olmaqla 5-6 qız özümüzü öldürdük ki, belə yerdə yatammarıq, dedilər yaxşı sizi aşağı mərtəbədə 6 nəfərlik otağa göndərərik. Razılaşdıq, daha bilmirdik ki, bizi orda nə gözləyir, səssiz bir koridor, 4-5 otaq, biz koridora girən kimi üzündən əyyaşlıq yağan, bomjdan bir az fərqli rus kişilər çıxıb bizə "Ooo devoçki krasivıe" zad deməyə başlamadılarmı, qorxudan ölürük, gecəylə burda təcavüzə uğrasaq yuxarıdakıların ruhu da duymaz  Gecəni necə yatmışıqsa,qorxudan qapının dalına şkafı zadı çəkib qoymuşuq, çünki gecə ara-sıra "Devoçki,otkroyte" deyib qapımızı tıqqıldadırdılar. Getsin o gecə gəlməsin. Natəmizlik bir yandan, pis bir mühit bir yandan...çətinlik insanları yaxınlaşdırır deyirlər, alman, fransız qlzlarla əziz bacı olmuşuq uje, ağlayıb qucaqlaşmaq zad Yuxarıdakı zalda yatan uşaqlar da deyirdi ki, səhərə kimi telefonumuzu, kaşloyukumuzu əlimizdə tutub yatmışıq ki, soyulmayaq Nəysə, səhəri gün it sifəti ilə yola düşdük ordan Kaunasa. Elə bir az gəzmişdik ki, bir leysan yağış başladı, kəsmək də bilmir, bizi geriyə aparacaq avtobus da şəhərin o biri ucunda, məcburən piyada getməliyik, təpədən-dırnağa su içində, buz kimi havada 3-4 kilometr yol getdik avtobusa qədər.Rigaya çatanda artıq ikinci dünya müharibəsindən sağ çıxan yəhudi əsirlərə oxşayırdıq... Məşəqqətli iki gündən sonra bir həftə xəstə yatdım... Bu da mənim Litva səfərim.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Ayten Aliyeva

1550 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

799 dəfə oxunub

Səyahət əhvalatları

Əsl #hollandpendiri nin narıncı* olduğunu düşündüyümüz vaxtlar idi. Yəni hələ Hollandiyada olmamışdıq, amma futbola çox baxan vaxtlarımız idi. İl 2012. Elə bilirdik orda hər şeyi narıncı olur. Elə easyJet kimi. Amma easyJet sayəsində çox diyarlara uçmuşduq, sağ olsunlar müsəlmançılıqla qoyurdular qiymətləri.Günlərin bir gecəsi uçuş Parisdən Londona idi. Daha doğrusu Luton'a. Hələ də bilmirəm o aereportu niyə London hesab edirlər. Ordan evə gəlib çıxmaq üçün qatar, sonra subway, sonra avtobus lazım olurdu, xərci isə easyJetle uçuşdan ikiqat baha.Dosta tanışa təriflədiyim lowcoster bu dəfə əməlli başlı pozmuşdu planları, daha doğrusu əhvalı. Maceralarla dolu Avropa turunun dönüşündə artıq sadəcə evə çatıb uzanıb yatmaq istəyirdim. Amma easyJetin planları başqa imiş.. Düz 2 saat 50 deq gecikmə ilə baş tutan uçuşu gözləyən sərnişinlər artıq deyinməkdən bir-biri ilə söhbət eləməyə, dostlaşmağa başlamışdılar ki, mən də xəbərim olmadan bir neçə dost tapmışdım, elə onlarla maraqlarda ortaq nöqtələr axtarırdıq ki, birdən bir qadın yaxınlaşdı mənə, bilmədim niyə məhz mənə, amma o vaxtlar heç orasını düşünməzdik, cool vaxtlar idi. Nə isə, dedi bəs telefonu yanmır, məndən onu Londonda gözləyənlərə yazsın ki, nigaran qalmasınlar. Heç ordan da ağlıma heç nə gəlmədi ki nigarançılıq hara London hara.. Nəsə telefonumu verdim mesajlasdi qaytardı, qoşulduq digər sərnişinlərlə söhbətə və minik başlayanda hamı döndü əvvəlki ciddiyyətinə. Heçnə olmamış kimi.Gecikmə nəticəsində qatarı da buraxmışdım, başqa qatar tapmağa qarışan baş heç fikirləşmədi ki bəs görüm o nə sms yazdı, aldı. Nə də olmasa Avropa mentaliteti həqiqətən adamın üstünə oturmuşdu. Başqalarının nəyinəsə olan ac göz azəri marağı yox idi (düzü heç Avropadan əvvəl də yox idi elə də). Telefonuma sms gələndə gördüm ki Azərbaycanca. Sən demə bu xanım Azərbaycanlı imiş. Yazılarında olan səhvlərdən, yadıma saldığım söhbətlərimizdən başa düşdüm ki çoxdandı tərk edib bu doğma diyarı, amma hələ də öz dilimizi işlətməsi xoş idi, isti idi.Beləcə artıq üzdə təbəssüm vardı :) yeni qatar axtarmaq, sonradan metro stansiyada gecələmək və s. qanqaraçılığı getmişdi :) amma günün, daha doğrusu gecənin marağı bitməyibmiş.. Ardı var.* bir pendir manyakı kimi deyə bilərəm ki ən dadlı pendir, elə narıncı olandı. Amma o Holland pendiri deyil. İngilis pendiridi. Leicester (Lester) pendirini yesəniz digər pendirlerə xəyanətiniz davamlı hal alacaq) Bakıda uzun illər yox idi o pendir (hətta məşhur restoranlar pendir assortidə cheddar ilə yola verirdilər. Qiymətlər də yola verməsələr də). Ta ki, Port Bazaar açılana qədər. Amma ondan sonra da elə yox kimi oldu)) çünki kg.ını 138-165 manat arası satırdılar. Sonradan Bravoda da satılmağa başladı, daha münasib qiymətə, təqribən 30 manata. Amma orda satılan waitrose malıdır ki hansı ki heç ingiltərədə onun yaxınına durmurduq. Yaxşı vaxtlar idi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ziya Bey 

771 dəfə oxunub

Səyahətlə bağlı maraqlı fakt - Stendal sindromu

Səyahət etmək hər bir kəsin arzusudur. "Gəzəyənlər" bir çoxumuza bu səyahətlərdə dəyərli məsləhətləri ilə kömək edir.Səyahətlərlə bağlı bir sıra maraqlı sindromlar da var ki, bəlkə də hər birimiz onları yaşayırıq, amma məlumatımız olmadığından nəyə uğradığımızı anlaya bilmirik. Mən də bu barədə yazmaq qərarına gəldim.Dahi yazıçı Stendalın adını yəqin eşitməyən yoxdur. Amma bu dahi təkcə yazdığı əsrələri ilə yox, həm də “Stendal sindromu” ilə şöhrət qazanıb. Stendal sindromu sənət əsərlərini gördükdə cuşə gələn insanların yaşadığı psixosomatik vəziyyətdir.Bu sindroma məruz qalanlar gördükləri dəyərli sənət əsərlərindən, memarlıq abidələrindən vəcdə gələrək baş hərlənməsi, təşviş, həyəcan, ürək döyünməsi, hətta qalyusunasiyalar görmək kimi xüsusiyyətlərə məruz qalırlar. Adətən bu kimi hallar məşhur muzeylərdə, rəsm qalereyalarında, tarixi yerlərdə yaşanır.Fransız ədəbiyyatının klassiki Stendal Florensiyada səyahətdə olarkən bu şəhərin qeyri adi mədəni-tarixi irsinə heyran qalır. O, İntibah dövrünün Mikelancelo, Qaliley və s. kimi dahilərinin dəfn olunduğu, hətta Dantenin boş kenotafının (qəbrinin) olduğu Sante-Kroce bazilikasını (Müqəddəs Xaç kilsəsini) ziyarət edir. Sonradan öz hisslərini “Neapol və Florensiya: Milandan Redjioya səyahət” kitabında belə ifadə edir: “Mən kilsədən çıxdıqda ürəyim şiddətlə döyünür, addımlarımı atmağa belə qorxurdum, mənə elə gəlirdi ki, bu dəqiqə yerə yıxılacam...”Keçən əsrin ortalarında Florensiya xəstəxanalarının birinin həkimi müşahidə edir ki, bura gələn turistlərin əksəriyyəti bir neçə gün özlərinə gələ bilmir və qəribə bir həyacan içərisində olurlar. Həkim Stendalın yazdıqlarını xatırlayır və bu vəziyyəti “Stendal sindromu" adlandırır.İtalyanlarda bu sindrom hiss olunmur, çünki onlar bu tarixi əsərləri tez-tez gördükləri üçün adiləşib.Sindroma daha çox hissiyyatlı, sənət əsərlərinə qiymət verən şəxslər məruz qalır.Hətta sindromun təsirindən bəzi insanlarda bir sıra sənət əsərlərini məhv etmək kimi bir istək də yarana bilər (“pişik balasını istədiyindən yeyər” məsəlinə uyğun). Buna görə də muzeylərdə sənət əsərləri ya qalın şüşə arxasında nümayiş etdirilir, ya da onlara yaxınlaşmaq qadağan edilir.Florensiyada olarkən hər yerə sözün əsl mənasında böyük heyranlıqla baxırdım. Uffutci qalereyasının möhtəşəmliyi məni sözün əsl mənasında valeh etmisdi. Rafaelin, Rembrandtın və s. rəssamların əsərlərini canlı-canlı seyr etmək qeyri-adi hiss idi. Amma sindromun təsirinə Florensiyada yox, Venesiyada məruz qaldım.Veronadan elektrik qatari ilə Venesiyaya çatdığımız anda və ilk dəfə Venesiya öz möhtəşəmliyi ilə gözümün qarşısında canlandığında gözlərimdən qeyri-ixtiyari sel-su kimi yaş axmağa başladı. Özümü saxlaya bilmirdim və nə baş verdiyini də anlaya bilmirdim. Elə Stendalın dediyi kimi, addımı atmağa, tərpənməyə qorxurdum ki, bu dəqiqə həyəcandan yerə yixilacam. Bu hal təxminən bir saata yaxın davam etdi və yavaş-yavaş sakitləşdim.Bəs sizdə harada səyahətdə olarkən belə sindrom baş qaldırıb?Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Севиндж Гаракишиева

1434 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!