2355 dəfə oxunub

İstanbula gedən yol əhvalatı

Istanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü-həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu. ????

Fevralın 1-i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı-Naxçıvan-Igdır-İstanbul idi. Naxçıvana uçmaq "okey" tamam rahat oldu. Ondan sonra başladı macəra. ???? Naxçıvandan demişdilər ki, avtovağzala taksi ilə ya da şəhər daxili marşrut, ordan da Igdır hava limanına avtobuslar gedir. Mən də təbii ki, rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə? Avtobus yoxdur və heç bir gedəcək başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüyə qədər aparmasını xahiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, "vse" da rahat gedirəm. ???? Beh nə getmək, ???? bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb (nə olduğunu bilmirəm) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Şərurdan alverçidirlər hər gün Igdıra siqaret, çay filan aparırlar satmağa. Gömrükdəkilər də bunları tanıyır deyə növbə gözləmədim tez keçdim.əsmər

İndi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik (pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 dəqiqə ərzində məni çatdırdı Igdıra ordan da "servic"-lə hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım. Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6-ya qalmış "uje" İstanbuldaydım amma qarşılamağa gələn düşüb "probka"ya gəlib çıxmır. ???? 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad ???? vaxt keçdi gəldilər və evə gedə bildim.

"Money"ə gəldik də, qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xərcləmədim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. (Amma doymadım - yayda mütləq təkrar gedəcəm)istanbul

Sonra Izmite getdim 2 gün də orda qaldım - elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. ???? Orda da yetərincə gəzdim, hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.

Və geri dönüş ???????? Azalmi deyim, ya bilet alanmı məndən 1 həftə boyunca xərcləmədiyim pulu cığırda-cığırda aldı.

P.S: Uzun və səhvlər oldusa "I'm çox sorry"
P.P.S: Ölkə daxili həttda, Bakı daxili hər yerə adaptr və "powerbank"la gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmüşəm ona görə də şəkillər az və belə "keyfiyyətlidir".

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Əsmər Mammadova

DİGƏR BLOQLAR

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:- Salam- Salam- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)- Bakı-Franfurt-Montreal ilə gəlmişəm- Amerika vizanız var?- Yoxdur.- Kanada ərazisini niyə tərk etdiniz bəs?Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihat Valizada

1188 dəfə oxunub

Bir çayın hekayəsi - Səyahət əhvalatları

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim.Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Murad Akifsoy

1854 dəfə oxunub

Səyahət əhvalatları -Turin

Turindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli, Gəzəyənlər Harda əndrəbadi iş var məni tapmalıdır axı Deməli getmişik Nitsaya, ordan Monako, Kann, Menton, Milan, Turin, Florensiya bir sözlə, boş vaxt nə qədər desən, avro da hələ qalxmıyıb, "birin birə"dir, kef boydan Gəldik Turinə, dedim acqarına Yuventusun maqazinindən suvenir almağa getsək, yaxamızdan tutub atacaqlar çölə ki, tfu sizə pis fakirlər  Bir şey atışdıraq, sonra gedək  Elə düz otelimiz yerləşən binanın birinci mərtəbəsində bir pizzeriya var ki, gəl görəsən, heç "avtoş dönər"in qabağında o qədər adam olmur Nəisəəə millət əlində pizza yarıoturaq, yarıayaqüstə, ona buna dəyə dəyə pizzasını yeyir, dedim ala yox eee, bomj zad deyilik ki, o boyda yol gəlmişik, Monako kazinosunun behindən də bir az qalığımız qalıb (nuuuu bu zarafatdı başa düşdüz), gəl keçək içəridə qəşəng oturmalı yerlər var, oturaq pizzamızı yeyək  Keçdik içəri ki, akazımıçka bidənə də zal var ki, konkret pizza yemək üçün nəzərdə tutulmuş "şaxmatnı pakrıval" kimi süfrələr, qədimovski adi taxta stollar, amma içəridəki İtalyan abu-havası çooox qəşəngdir, içəri doludu "qan iyinə gələn" turistlərnən Pizzamızı, kolamızı, pivəmizi zakaz elədik, yedik, içdik, yeriniz məlum, əlimi yuxarı qaldırıb bizə qulluq edən gözlərindən od yağan italyan ofisiant qızı çağırdım ki, bəs, ağalar yeyib doyub, rəqqasələr.... yox ee, çaşdım, şot gəlsin Şot gəlib, yediklərimiz də, içdiklərimiz də hər şey menyuda olduğu kimi yazılıb, ni tuda ni syuda, nikakoqo artığa əskiya, no 6 euro okupate yazıblar ki, ay tövbə biz onnan nəinki yeməmişik, heç üzünü də görməmişik  Qızı çağırdım, istədim deyim ki, "sən bilirsən kimə atış gəlirsən?", gördüm yox, bu nəinki Azərbaycan dilini, heç ingilis dilini də düz əməlli bilmir.. İndi mən deyirəm, o deyir, dostum da ki, ümumiyyətlə mənimlə "na urra" gəlib Avropaya, dil-fil qanıb qandırmır, prosto vizası var, vəssalam :)))) Qız deyir gözlə bizim bir administrator var, gəlsin sənə günüvü göstərəcək, dedim çağır gəlsin mən də ona kimi qollarımı çirmələyim  Qara-qura, saçlı-saqqallı, bığıburma bir qaqaş gəldi ki, abi naber?? Dedim ala bragəl  Yekə kişisən, abi biz Azeriyiz, sen Türk, bəs rəvadırmı ki bizə burda "atış geliyorlar" sen de gelmisen ki "okkupate yemisiz, men de gormuşem" :)))) Qardaş qayıdasan ki, abi, ruçnoyu ya da ki xudoy konec tormozu basarmısın lütfen?  Abi bak, millet ayaq üstə yemək yeyir ki, adambaşı 3 avro oturmaq pulu verməsin, amma oturanlar 3 avro verir, buna da italyan eli arasında okkupate deyirlər, tak çto, əlin cibində olsun :))))))Əziz Gəzəyənlər, Avropada xod getməyin, onsuz da pulunuzu alacaqlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Mammadov

996 dəfə oxunub

Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?"

Gəlin sizə həyatımın ən unudulmaz yeni il gecəsindən danışım. Deməli 2014-cü ilin 31 dekabrıdır. Mən ilk dəfədir ki yeni ili ailəmdən, evimdən uzaqda qeyd edəcəm. Özü də Dubayda. Əvvəldən planımı elə qurmuşdum ki saatlar 00:00 göstərəndə mən Burj Khalifanın yanındakı otluqda rahat şəkildə dayanıb həmin il dünyanın ən yaxşısı seçiləcək salut şousunu izləyəcəkdim. O vaxta qədərki gözümə bir elan lövhəsi dəydi "Fireworks this way". İçimdəki şeytanla bir xeyli mübarizə apardımki, görəsən bu ox işarələri haranı göstərir? Axı mən fireworksun düz altındayam? Bəlkə burda olmayacaq? Nə isə başladım bu oxları təqib etməyə. İzləyə-izləyə əvvəlcə Fontan meydanından uzaqlaşdım, sonra Dubay Malldan uzaqlaşdım. Burj Khalifadan uzaqlaşdığım anda artıq başa düşmüşdüm ki nə isə düzgün getmir. Amma özümü sındırmayıb artıq işarələrin başın buraxaraq getməyə başladım. Düz iki saat Burj Khalifanın başına dövrə vurdum. Nəhayətində izlədəyim o oxlar məni bu kiçik səyahətimə başlamadan öncə dayandığım yerə gətirib çıxartdı. Amma təbiiki artıq orda iynə atmağa yer yox idi. Məcbur geri qayıtmalı oldum. Bütün restoranların terrasları zəbt olunmuşdu. Yolların kənarları zəbt olunmuşdu. Hirsimdən ağlamaq dərəcəsinə çatmışdım ki "Dayanmışdında gül kimi, o işarə oxu girsin gözüvə, sənə lazımdı, o ox hara aparır?". Bir təhər axır ki bir küçədə özümə bir balaca yer eləyib dayandım. Hələ saat 11 filan olardı. Həyatım boyu o cür insan izdihamı görməmişdim, hamı bir-birinin belinə çıxmaq istəyir, biri-birini əzib yerində dayanmaq istəyir. Qorxumdan nəfəs almıram ki birdən məni görüb, götürüb tullayarlar qırağa yerimi oğurlayarlar. Orda gözümün qabağında, bir oğlan sevgilisin itirdi, bir uşaq valideynlərin itirdi, arvad ərini itirdi, bir oğlan da başını itirdi. Bir sözlə dəhşət. Qan-qaraçılıq pik həddədir. Artıq fikirləşirəm gül kimi anamın paytaxt salatını yeyib, AzTV-nin möhtəşəm konsert proqramını seyr etmək varkən, mənim nə işim var bu meşədən qaçan insan toplusu arasında. Elə bu fikirlərlə bir də gördüm ki Burj Khalifa rəng alıb-rəng verir. Sən demə artıq saat 12-yə 10 saniyə qalıb və vizual effektlərlə binanın üstündə o saniyələr göstərilir. Bina orda saniyələri sayır, camaat yerdə. Saatlar 00:00 göstərən kimi həyatımda görmədəyim atəşfəşanlıq mənə paytaxt salatını unutdurdu. Cəmi 5 dəqiqə. Ondan sonra yenə qayıtdım o meşəyə. Bu səfər isə o insan izdihamı dağılışmağa başladı. Bir hissəsi sağa, bir hissəsi sola, yarısı dala, yarsı da qabağa. Hardasa 45 dəqiqə küçənin qırağına çəkilmiş hasara sıxılıb qaldım ki, ara sakitləşsin, nəfəs alıb, gedim evimə-eşiyimə. Nə isə bu camaatı da bir təhər yola verdik, başladım ən yaxın metro stansiyasına doğru addımlamağa. Amma gedə-gedə hiss edirəmki, deyəsən mən metroya minə bilməyəcəm. Uzaqdan stansiyanı görən kimi düşüncələrimin düz olduğuna əmin oldum. Girişin qabağında yox-yox hardasa beş min adam var, girişləri bağlayıblar ki bəs adam çoxdu metro çatdırmır, avtobusla gedin. Day bilmir ki saat 12-ni keçib, avtobuslar işləmir. "Heç nə olmaz, bir az piyada gəzim, o biri stansiyaya düşərəm" Gəzə-gəzə 5 stansiya buraxdım. Saat 2-di artıq. Yolun qırağı ilə o qədər adam gedirki, riyaziyyat o rəqəmi kəşf etməyib. Boş taksi yox, saxlayan yol maşınları da ağzını Allah yolunda açıb, 100$-dan aşağı qiymət demir. 6-cı stansiyaya çatanda gördüm ki nəzarətçi ordan "Only with family" qışqırır. Dedim fürsət bu fürsət, yolda mənimlə addımlayan tapdım bir Nataşa, başa saldım ki məni stansiyaya sal, sonra hara gedirsən get. Ər arvad adıynan stansiyaya girdik bir təhər. 3-ün yarısı öz stansiyama çatdım. Ordan da gəzə gəzə otelimə. Nömrəmə girəndə telefonum o gecə 32 km yol gəzdiyimi göstərirdi. Məndən bu qədər Sizə məsləhətim dayandığınız yerdə, ox görürsünüzsə, heç vaxt arxasına düşməyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  İlkin Babayev

2438 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!