Tel-Əvivdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Söz verdiyim kimi sizə İsrail səfərim haqqında yazacam. Bu səfəri mart ayından planlamağa başlamışdım və biletləri də elə martda vizaya sənəd verməmişdən qabaq risk edib almışdım. Biletlərə Wizz Air-dən ümumilikdə 400 Manat sərf etdim
Bakı – Abu Dabi – Bakı/ 129.97 Avro
Abu Dabi – Təl Əviv – Abu Dabi/ 85.35 Avro
Təl- Əviv hostel 312 AZN
Abu Dabidə hostel gedib qayıdanda iki günə 50 AZN
İstifadə etdiyim kartlar:
UCard(Restoran və Supermarketlərdə 5%)
Leokart(Bilet və Hostellərdə 7% lik kateqoriya seçmişdim)
Premium bank Visa Miles(Lounges-da)
BirKart USD( Digər bütün ödənişlər)
Note: Kartla ödəniş edəndə ekranda Dirhəm ya Dollar, Şekel və ya Dollar seçimi çıxanda həmişə yerli valyutanı seçin çünki belə olanda ödəniş Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə hesablanacaq, olduğunuz ölkədəki konvertasiya və digər komission haqlar tutulmayacaq.
Abu Dabidə 8 saatdan artıq qalacağım üçün Transit Visa for 48 hours apply edə bilərdim. Bu Vizanı səfərdən iki həftə qabaq Passport, Viza və Uçuş biletlərinin skanını yükləməklə bir saat ərzində asanlıqla almaq olur. Bu həmin vaxt Əmirliyə daxil olmaq üçün yeganə pulsuz viza idi. 8 iyuldan artıq Əmirlik üçün heç bir viza tələb olunmur
Abu-Dabi haqqında qısa təsüratım: Mənə görə sırf bu şəhəri görüb-gəzmək üçün getməyə deyməz şəhərdə Şeyx Zəyid böyük məscidindən başqa görməli yerlər çox məhduddur və May ayı olduğu üçün artıq temperatur 40 dərəcəni keçmişdi və ən azından bu ayda getmək heç məsləhət deyil.
Növbəti gün səhər artıq Təl-Əvivə endim. Nə az nə çox düz 5 saat sorğu-sualdan sonra border control məni ölkəyə buraxdı. Qaldığım yer booking-dən rəy və şərhlərə baxaraq reserv etmişdim. 180 Boutique Hostel düz şəhərin mərkəzində dəniz sahilində bir hosteldir. Hostel 8 nəfərlik Mix room idi və bəxtimdən orda qaldığım müddətdə otaqda 4 nəfərdən artıq adam olmadı. Hostel 6 gün 5 gecə 312 AZN ödədim
İsraildə yerli yəhudilərlə yanaşı dünyanın müxtəlif yerlərindən gələn Yəhudilər də yaşayır, mənə görə əksəriyyəti çox istiqanlı və yardım-sevərdir.
Təl-Əviv çox gözəl, təmiz, bahalı və inkişaf etmiş şəhərdir. Şəhər Miami Beach-i xatırladır. Şəhərdə ən çox sevdiyim cəhət bütün sahil boyu kəsintisiz gözəl pulsuz çimərliyin olmasıdır. Bundan başqa çimərliklərdə bisetkalar, kölgələmək üçün çətirlər və bəzi yerlərdə stullar tamamilə pulsuzdur.
Şəhərdə hərəkət etmək çox asandır və baha deyil. Şəhərin əksər yerində velosiped və skuter sürmək üçün zollaqlar var. İctimai nəqliyyatda çox yaxşı təşkil olunub. Şəhərdə hərkət etmək üçün iki APP-dən istdifadə etdim Əgər uzunmüddətli qalacaqsanızsa
İstifadəsi çox asandır: Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib bank kartınızı əlavə edirsiz və ictimai nəqliyyatda QR kodu skan etməklə gediş haqqınızı ödəyirsiz.
Həmiçin şəhərdə Intel-in yüzlərlə Self-Driving taksiləri var, qiyməti baha olsa da maraq üçün minməyə dəyər.
Təl-Əvivdə bizim İçərişəhərə bənzəyən Jaffa adlı qala divarları olan qədim şəhər də var. Siz burda dünyaca məşhur Suspended Orange Tree(Asılmış Portağal Ağacı) və Ginesin Rekordlar kitabına düşən dünyanın ən böyük polad qaşığını görə bilərsiz.
Bundan başqa şəhərdə saysız incəsənət və müasir texnalogiya muzeyləri varki bir an da olsun darıxmayacaqsız.
Qiymətlərə gəlincə bildiyiniz kimi artıq neçə illərdi Təl-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri içərisində Top 3-lükdə olur. Bu doğurdan da belədir. Restoranları və gündəlik istehlak oluna yeməli nə varsa bahadır. Adicə bir şaurmanın qiyməti40-60 Şekeldir(20-30 Manat). Məni təcübləndirən digər bir şeyin Böyük supermarketlər də gündəlik istehlak olunan amma yeyilməyən məhsulların qiymətinin Bakı ilə demək olar eyni olmasıdır. Bakıda həyat səviyyəsinin Təl-Əvivlə müqayisədə dəfələrlə aşağı olmasına baxmayaraq gündəlik məhsul və xidmətlərə görə eyni xərcin çıxması Bakının da yaşamaq üçün çox bahalı şəhər olmasının göstəricisidir.
Bir günümü isə tamamilə Yerusəlim/Qüdsə sərf etdim. Şəhərə qatarla 2.5 saata, avtobusla 1-1.5 saata çatmaq mümküdür. Səhər 10-da artıq şəhərdə idik və hosteldə tanış olduğum Belarusdan olan Yəhudi oğlanla tramvaya minərək şəhər mərkəzinə doğru getdik. Müqəddəs şəhəri yenicə kəşf etməyə başlamışdıq ki amerikanlar demiş “out of nowhere” 17 yaşında Ortodox Yəhudi bizə yaxınlaşdı və israr etdiki yoxe-yox mən sizə bütün şəhəri, görməli yerləri gəzdirəcəm. Çox sağolsun bizə bələdçilik etdi vaxt itirmədən bütün məşhur yerləri göstərdi. Ağlam Divarı, İsa peyğəmbərin çarmıxa asılmağa aparılarkan keçdiyi ərzailəri göstərdi. Şəhərin ərəblər yaşayan hissəsində yalnız müsəlmanların buraxıldığı əraziyə də keçdim. Girişdə duran avtomatlı əsgər məni buraxmırdı deyirdi: You’re too white, you can’t be a Muslim. Azərbaycandan olduğumu, xarici pasportumu göstərsəm də bir xeyri olmadı. Dedi: Kəlme şəadəti bilirsən? dedim hə, elə Əşədi ənna demişdim ki dedi you can pass. Həmin yerdə Məkkə və Mədinədən sonra İslamda müqəddəs sayılan üçüncü məscid və ziyarətgah The Dome of the Rock/Qaya Günbəzi(Qızıl günbəzli məscid) var. Doğurdan da vallehedici bir yerdir.