1098 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)

Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam :)
Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?

Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm - Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.

Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm - ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək :) 60335733_10218934801832219_280775567056306176_n

Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:
- Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi - sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.
- Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət - sabah və axşam yeməyi daxil 300 lirə.
- Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.
- Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var - bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə - sabah və axşam yeməyi daxil.
- Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.60415463_10218934814312531_523406460109979648_n

Qalmağa da yer tapdız, indi gəzməyə keçək :)

- Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş :)

- Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.

- Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.

- Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.

- Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə :)

- Bir sabah Dovor məhəlləsini gəz

- Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.

- Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.

Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim :)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Dağ turizminin mərkəzi - Durmitor Milli Parkı

Montenegronun çimərliklərindən və sıx şəhər həyatından yorulanlar üçün Balkan səfərinin ən möhtəşəm hissəsini təqdim edirəm.Durmitor Milli Parkına Budva və Kotordan xüsusi turla gedə bilərsiniz amma bu turlar müəyyən marşurut və vaxt çərçivəsində olacaq. Daha rahat gəzmək üçün kirayə avtomobil götürmək şərtdir.Yol. Budvadan Durmitora iki cür getmək olar. Məsləhət gördüyüm yol nisbətdə biraz uzaq ancaq çox maraqlıdır. Budvadan başlayan yol Skadar gölünün üzərindən keçir. İki saat vaxt ayırıb göldə qayıqla gəzə bilərsiniz. Gəzinti müxtəlif qiymətə təklif olunur, bazarlıq edib qiyməti rahat endirmək mümkündür. Eləcə də yaxınlıqdakı şərab mağazasından müxtəlif növ şərablardan seçib ala bilərsiniz. Qiymət normaldır. Daha sonra paytaxt Podgorica şəhərindən keçib Moraca və Tara kanyonları ilə möhtəşəm mənzəni seyr edə edə Djurdjevica körpüsünə tərəf hərəkət edirsiniz.Zipline. Djurdjevica körpüsündə uzunluğundan asılı olaraq 3 növ zipline mövcuddur. Ən uzunu 1050 metrdir və qiymətlər 20-30 avro arası dəyişir.Rafting. Rafting üçün iki seçiminiz var, Djurdjevica körpüsünün yanında və Bosniya ilə sərhəddə Tara və Piva çaylarının birləşdiyi yerdə. Birinci seçim nisbətən asan və 55 avrodan təklif olunur. Qiymətə rafting və səhər yeməyi daxildir. Daha həyəcanlı rafting yaşamaq üçün ikincini məsləhət görərdim. 45 avroya gözəl mənzərəli yerdə raftinglə yanaşı dadlı səhər və günorta yeməyi təklif edirlər. Hətta sizi rakie adlanan yerli içkiyə qonaq edirlər. Sükan arxasında olanlara da bir rumka (və ya kiçik pivə bakalı) ilə birşey olmaz  Müəyyən promilə qədər icazə var. Ümumiyyətlə Montenegro yollarında polis görsəniz maşını saxlayıb şəkil çəkdirin. Bir də görüb görməyəcəyiniz məlum deyil)Gecələmək. Qalmaq üçün Zabljak qəsəbəsini məsləhət görürəm. Günlük 20-30 avroya kirayə evlər tapa bilərsiniz. Dadlı və normal qiymətə restoran kimi Podgora restoranını məsləhət görürəm.Crno Jezero. Zabljakda ev tutdunuzsa buradan 1-3 km məsafədə Durmitorun mirvarisi Crno Jezero'ya (Qara göl) gedə bilərsiniz. Göl ərazisinə giriş 3 avrodur. Ancaq gölə gedən yolda sola ayrılan nisbətən kiçik, bir maşınlıq digər yol görəssiniz. Həmən yol ilə axıra qədər gedib daha sonra çığırla meşəliyə daxil olub çay üzərindəki taxta köpüdən keçməklə göl ərazisinə havayı daxil ola bilərsiniz. Gölün kənarındakı restoran və canlı musiqi var.Əgər kirayə avtomobil götürmüsünüzsə və rafting üçün ikinci varinatı seçmisinizsə onda sizi möhtəşəm dağlıq yol gözləyir Ancaq nəzərə alın ki, əgər mühərrik ölçüsü kiçik olan avtomobil kirayə götürmək fikrindəsinizsə çalışın mexaniki sürətlər qutusu ilə olsun. Çünki yolda sizi çoxlu eniş və yoxuşlar, eləcə də sərt serpantinlər gözləyir. Zabljakdan Piva su anbarına iki yolla getmək olar. Yaxşı olar ki, videoda göstərdiyim yolu gedəsiniz və yolüstü Sedlo zirvəsini və Montenegronun ən hündür zirvəsi Bobotov Kuk'u görəsiniz. Qayıdarkən isə digər yolla qayıdıb Susicko gölünə də dəyə bilərsiniz. Bundan başqa sizi yol boyu üzü mənzərəyə oturub dərindən nəfəs alıb ruhunuzu dincəldəcəyiniz çoxlu sayda taxta oturacaqlar gözləyir. Bu yolların ensiz sərt döngələrdən və dolaylardan ibarət olduğunu unutmayın. Təcrübəniz azdırsa yaddan çıxarın. Çünki yolda birşey olsa köməyin nə vaxta gələcəyi məlum deyil.Meandri Cehotine Viewpoint. Əgər siz də "bura kimi gəlmişkən Çexotina çayına da dəyim" deyirsinizdə nəzərə alın ki, Tara körpüsündən 52 km enişli yoxuşlu yol gedir. Xəritə sizə qısa yol kimi aşağı yolu göstərə bilər ancaq o yol təmirdədir və belə görünür ki, hələ bir müddət bağlı olacaq. Əgər hər halda getmək fikrinə düşdünüzsə Otilovici su anbarına çatandan sonra 3-4 km də gedib meandrı göstərən "plakat"dan sağa dönub torpaq yolla 500-800 metr getmək lazımdır. Özünüzlə yemək və içməyə birşeylər götürsəniz əla olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azer Hasanov

1730 dəfə oxunub

Yaşamağa İsveçrə, gəzməyə Fransa

Bir az uzun olacaq amma mütləq oxuyun????France & Swedenİlk öncə ????Paris???? Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower" ???? idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şouda ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gediləsi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????. Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilərsiz????. Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki “Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz (1saat 40 dəq)  "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənədə olsun tualetin olmaması. Səbəb isə Kral və ziyalı ailəsi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər ve bunu xadimələr təmizləməli idilər .Buna görədə illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki. Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir. Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu bağ bir sözlə "Möhtəşəmdir" ????. Gecə əyləncələri və diskoteka clubları da öz yerində.  Qeyd edim ki, mən layihə ilə getmişdim amma reklam xarakterli olmasın deyə adını yazmıram. Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız, 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ???? İngilis dilində anlayışım olsa da, danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu :) və o dostlarımı heç bir zaman unutmayacağam.2)Keçək Sweden-Stockholm???? Bu ölkədə isə təmtək gəzmişəm ???? Gəzintiyə başlamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm. ????İsveç ???? ümumilikdə məndə xoş təsurat yaradan ölkə. Ölkənin 70%-i ağaclardandır və 11 adanı birləşdirir. Milləti havası kimi soyuq olsa da, lazımi anda insana kömək eləməyi bacaran bir xalqdır. İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura avropanın ən az siqaret çəkilən ölkəsidi. Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirlər. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur. Qeyd edim ki, 1 həftəlik “Sel Kart” turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbətdə daha çoxdur amma rəng xətdi olaraq 10 rəngdi. Hamısında “information” işləyən işçilər var, turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu. Avtobusları gecə də işləyir. Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olarki.Gəziləsi yerlərdən ən başda gələn, təbii ki, Wasa gəmi muzeyidir???? 1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 ton ağırlığında və 70 metr uzunluğunda gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən dahada çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən tarixi muzeyidir.????Daha sonra Gamla Stan. 13-cü əsrdə qurulan bu yer ən köhnə şəhəridir. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizmin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan ????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki, millətə xeyri toxunan hər bir icada görə həmən adama onun adına mukafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya,Fizika və s) verilir. Çox uzun-uzadı danışmayım artıq ????Ölkədə təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusəndə Konya Kulu-ları. Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ????. Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2163 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

4649 dəfə oxunub

Ölü şəhər - Pripyat və Çernobıl bələdçisi

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an "oraya getmək olmaz" sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.İl ərzində 47 773 turist qəbul edir Çernobıl.Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.RADİASİYA SƏVİYYƏSİ:Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.Tur təxminən aşağıdakı kimi idi:• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki - 30 km radiusda sərhədə çatdıq.• Çernobıl adı yazılan abidədə dayandıq.• Çernobıl şəhərinin içindən keçdik.• "Dünyanı xilas edənlər" Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) - Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi - stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev - Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq• 19 saylı yeməkxanada nahar - Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi• Pripyat şəhərinin yaxınlığında dayandıq - Qırmızı meşənin qalıqları bizə göstərildi.• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat - sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş• Xalqların Dostluq Monumenti - Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik• Pripyat Xəstəxanası (MSCh-126) - 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi• Priyat çayının sahili və Pripyat kafesi• Şəhər Partiya icra komitəsi• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer• Universam – sovet dövrünün özünə xidmət supermarketi• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.• Pripyat şəhərinin Əyləncə parkı - 1986-cı il mayın 1-də açılışı olmalı idi• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Jafarov

2162 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!