1713 dəfə oxunub

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.

72288224_989073551438458_7144493413302272000_o

1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.

2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.

72806077_989074071438406_6164195637983182848_o

3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.

72465006_989074644771682_5038465914924695552_o

4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).

5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.

6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.

72454723_989075211438292_1131682182658523136_o

Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Garatel Huseyn

DİGƏR BLOQLAR

İndoneziya bələdçisi – Bali

Dostlar salam, bu mənim qrupdaki ilk paylaşımımdı və ümid edirəm ki, hərkəs üçün yararlı olacaq. Gəzintim yerin cənnəti sayılan Bali və Nusa Penida adasına oldu. Balini bütünlükdə kəşf etmək üçün gəzintimi 4 yerə böldüm (Qeyd edim ki, Balini tamamilə rahat və istədiyiniz formada gəzməyiniz üçün skuter idarə etməyiniz çox arzuolunandır)1. Munduk – Balinin Şimal hissəsində yerləşir və əsasən bol təbiəti, çayları, şəlalələri, gölləri, meşəlikləri ilə məşhurdur. Mundukda görülməli yerlər Sekumpul Waterfall (Balinin ən hündür şəlaləsi- 100 m), Banyumala Waterfall ( şəlalə fonunda üzmək üçün ideal məkan), Aling-Aling Waterfall (suya tullanmaq və təbii aquapark effekti), Twin Lake, Uluwatu Temple ( Məbəd), Handara Golf Resortun girişindəki qapılar. Qeyd olunanları rahatlıqla gəzmək üçün 3 gün kifayətdir.2. Ubud – Balinin mərkəzində yerləşir və çəltik sahələri, hüzurlu sakitçiliyi ilə turistlər arasında məşhurdur. Ubudda Monkey Forest, Cambuhan Ridge Walk, Tegallalang Rice Terrace, Pura Gunung Kawi, Tegenungan Waterfall ( uğursuzluqla bağlı gedə bilmədim), Ubud Palace. alış-veriş üçün Ubud Art Marketə (Jalan Monkey Forest küçəsində) gedə bilərsiniz, qiymətdə ciddi bazarlıq etmək şərti ilə ( 850 000 rupilik əşyanı 150 000 rupiyə qədər J ). 3-4 gün gəziləsi yerləri görmək üçün bəs edər.3. Nusa Penida – Bali adasına 30 dəqiqəlik məsafədə çimərlikləri, əsasən də Kelingking Beach ilə məşhur olan ada. Balinin Sanur limanından 18-20 manatlıq biletlərlə Nusa Penida adasına keçmək olur. Ada şərq və qərb olmaqla iki yerə bölünür. Şərq tərəfdə olan Atuh Beach, Diamond Beach günəşin çıxmasına baxmaq üçün, qərb tərəfində Angel’s Billabong, Broken Beach, Kelingking Beach günəşin batmasını görmək üçün ideal hesab olunur. Adada 2 gün sizə qeyd olunan yerləri görmək üçün kifayət edəcək.4. Kuta (Seminyak) – Balidə əsasən əyləncə yerləri, surfinq və shopping üçün bura turistlər üz tutur. İstirahətin son gününün bura salınmasında üstünlük hava limanında 20-25 dəqiqəlik məsafədə olmasıdır. Kutada əsasən iri shopping və Kuta Beach, Legian Beach, Double Six Beach çimərikləri surfinq həvəskarları üçün məşhurdur. Alış veriş üçün ideal qiymətlər baxımından Legian Street olduqca uyğundur. Axşam saatlarına qədər çalışan Kuta Art Marketlərdən də alış veriş etmək mümkündür.Diqqət olunmalı mövzular: pulunuzu dəyişdirən zaman ehtiyatlı və diqqətli olun, yalnız sterilizə olunmuş sulardan istifadə edin, yerli əhaliyə şəkil çəkdirmək üçün rica etməyin, qiymət bazarlığına tam hazır olun, daima yanınızda yağışa qarşı üstlük saxlayın. Paylaşılan şəkillərdə adları ilə qeyd edəcəm. Ümid edirəm paylaşım faydalı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

1094 dəfə oxunub

Hurghada bələdçisi

Hurgadadkı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Piramidalar... Nil çayı... Qırmızı Dəniz... Aralıq Dənizi... Çəkici gəlir, həm də çox çəkici. Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurghada şəhərinə getməyə qərar verdim. Bakıdan birbaşa uçuş olmadığı üçün bileti Tbilisi-Hurghada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurghada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Receptionda isə mənə dedilər ki, bəs otel ağzına qədər doludur, sizin üçün planladığımız otaq saat 11:00-da boşalacaq. Heç nə demədən, razılaşdım və lobbidə oturub interneti açdım, wifi kodunu istəyəndə isə həmin ərəb qardaş mənə dedi ki, burda qalacağın müddətdə wifi istəyirsənsə pul ödəməlisən, tariflər çox idi, nə isə 15 dollar ödəyib bir həftəlik tarif aldım. Oteldə nömrəmə yerləşəndən sonra, bir azca dincəlib, düşdüm Qırmızı Dənizə. Şəkillərdən də göründüyü kimi, dəniz o qədər təmiz, o qədər şəffaf idi ki, dərin yerlərdə də dənizin dibini görmək mümkün olurdu. Dənizin sahilində addımladıqca, ayağımın altından sağa-sola qaçan rəngli balıqlar və xırda dəniz həşəratlarına baxmaqdan doymurdum. Hurghada sakit, həm də yeni salınmış şəhərdir. Belə eşitmişdim ki, bu şəhər sırf turistlər üçün qurulmuş şəhərdir və buranın əhalisi bütünlükdə turist axınından dolanır. Ona görə də sözün həqiqi mənasında ora gələn turistə yerli ərəblər, “nə qoparda bilsəm qənimətdir” kimi baxırlar. ))) İnanın ki, gedəcəyim bir yer üçün yaxınlaşıb, yol soruşduğum hər 4 ərəbdən 3-ü yolu göstərdiyi üçün də məndən pul istədi) Nə isə keçək şəhər təbiətinə. Hurghada əsl istirahət şəhəridir. Bura nə alış veriş üçün nə də səyahət üçün münasib seçim deyil. Bu şəhərə yalnız dəniz üçün, dincəlmək üçün gəlmək lazımdır. Onu da deyim ki, misirlilər rusları çox sevir. Rus dilində mağaza adları, restoran menyuları, xidmət sferalarındakı rusdilli işçi sayı çoxdur. Rus dilini bilirsinizsə burda rahat-rahat gəzə bilərsiniz. Oteldə ölkədaxili tur xidməti var idi. Yaxınlaşdım və Qahirə turu üçün rezerv etdim. Toplam tur üçün 70 dollar ödədim. Tura daxil idi –Hurghada – Qahirə - Hurghada istiqamətində komfortlu avtobus, gün ərzində yemək (yeməyə su daxil deyildi, yəni restoranda oturub, istədiyin hər şeyi pulsuz sifariş edə bilərsən, amma su istəsən onun pulunu ödəməlisən), Qahirədəki bir neçə muzeyə giriş biletləri, Piramidalara və Sfinks məbədinə səyahət və s. İnsaf naminə onu da demək lazımdır ki, Qahirə və ümumiyyətlə Misir – səyahət üçün gözəl yerdir. Misir Tarix Muzeyi çox möhtəşəmdir, muzey daxilində çəkiliş aparmağa icazə vermirlər. Lakin sizə əminliklə deyə bilərəm ki, bir gün başdan-başa, 24 saat bu muzeyi gəzsəniz belə, bütün eksponantların hamısına baxmağa vaxt çatmaz. Nələr yoxdur ki muzeydə ? – Fironların mumiyaları, Kleopatranın qızıldan taxtı, mumiyalanmış kahinlər və s. Və maraqlısı odur ki, mumiyalar xüsusi soyuq otaqlarda və şüşə altında saxlanılır, şüşələrin hər iki tərəfindən süni şəkildə soyuq hava sirkulyasiyası vurulur. Mumiyalardan gələn ətir o qədər xoşdur ki, indiki “bərkgedən” parfümlərin heç birindən belə gözəl qoxu gəlmir. Bu bir daha qədim Misirdə olan mədəniyyətin hansı səviyyədə inkişaf etməsindən xəbər verir. Bir sözlə yolunuz Misirə düşsə bu Muzeyə baxmadan geri gəlməyin. Çünki bu muzeydə görəcəklərinizi dünyanı 10 dəfə fırlansanız da başqa yerdə görə bilməyəcəksiniz.​İkinci məntəqəmiz ecazkar Misir ehramları – piramidalar idi. Piramidalar Qahirə mərkəzindən çox da uzaqda olmayan Gizada yerləşir. Bəzən filmlərdə, yaxud şəkillərdə piramidaları düz Nil çayının sahilində təsvir edirlər, əslində isə belə deyil. Piramidalar Qahirədən bir az yüksəklikdə, demək olar ki, səhralıqdadır. Ehramların ətrafında dağılmış məbədlər, sınmış sütunlar, məhv olmaqda olan tarix izləri saysız hesabsızdır. Ehramların yanında dəvə ilə gəzən ərəblər sizə fotoşəkil üçün dəvə təklif edəcəklər, qəti şəkildə qiymətini əvvəlcədən danışmadan dəvəyə minməyin. Və əgər bunu etmək istəsəniz əlinizdəki əşyaları kömək üçün “verin saxlayım” deyən balaca ərəb uşaqlarına verməyin, yoxsa bu qarabalalar sizdən 10-15 dollar almasalar sizin əşyalarınızı geri qaytarmayacaq. Zorla istəsəniz onsuz da ala bilməyəcəksiz ))). Piramidaların ən böyük olan Xeops ehramıdır. İçinə girməyə dəyməz, çünki maraqlı heç nə yoxdur. Dar bir koridora bənzəyən pilləkənli yerdən keçib, balaca bir otağa daxil olacaqsız və orda da heç bir şey yoxdur. Əvəzində isə 15 USD alacaqlar.Alış veriş üçün bazarlarda qiymət danışa bilərsiniz həm də əsl azərbaycansayağı formada. Almaq istədiyim bir qab üçün tələb olunan 55 USD əvəzinə 12 USD ödəyib aldım. Yəni sizə hər deyilən, hər üstündə yazılan qiymət mütləq şəkildə şişirdilmiş qiymətdir. Çəkinmədən bazarlıq edin. Mətbəxləri dadlıdır. Ədviyyatdan çox istifadə edirlər. Başqa ölkələrə nəzərən burda “nə yeyim” sualı verməyəcəksiniz özünüzə. Ət yeməkləri boldur. Bir sözlə, bu ölkədə çox diqqətli olun, hörmətli olun )))) Ümid edirəm yorucu yazı yazmamışam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

898 dəfə oxunub

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz. Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq. Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız. Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))). Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram. Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

4891 dəfə oxunub

Qeyzer, buzlaq və vulkanlar ölkəsi - İslandiya bələdçisi

Reykjavikdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Bir gün İslandiya haqqında yazacağımı söyləmişdim. Öz təcrübələrimi sizlərlə bölüşüm. Ən başından söyləyim, buras tamam başqa bir dünyadır, gəzib gördüyüm yerlərin heç birinə bənzəmir. İnsan əlinin dəymədiyi, pozmadığı şeylərin təbiət tərəfindən neçə gözəl qorunduğuna şahid olmamaq mümkün deyil.Ölkə standartların üstündə bahalı olduğundan yaxın zaman planımızda yox idi. İtaliya-İsveçrə-Almaniya şəklində bir plan düşünmüşdük. Son 10gün qala Wizz air’in Milandan Reykjavike uyğun biletlərini gördüm, kabin bagajlı 1nəfər üçün get-gəl 100 avroya gəlirdi təxminən. Fürsət bu fürsət deyib son anda rotamızı dəyişdik. İslandiya, Amerika ilə Avropa qitəsi arasında bir ada ölkəsidir, əhalisi 355.000 civarı. Havası çox dəyişkəndi. Oktyabr ayında getmişdik ona rəğmən termal geyimlər yanımızda götürmüşdük. Planımız xəritə boyunca çevrə çizmək idi, amma gəl, gör ki fələk öz işini görmüşdü. Getmədən bir neçə gün öncə ölkənin şimalına güclü qar yağdı, yollar bağlandı, 4x4lük maşın kiralamışdıq, qar təkərləri noyabrdan taxılmağa başlayırmış. Şimalda güclü fırtına alarmları vardı. Qar təkərimizdə olmadığından o riski almadıq, şərqinə doğru çıxıb eyni xətt üzrə dönüb şərq-cənub-qərb-şimalına çıxdıq. Gəzdiyimiz yerləri gün-gün olaraq qeyd edəcəm sonda. Ölkə görsəl şölən sunur turistlərə. Hər yerdən yol boyunca şəlalə axır, yolda qarşımıza qütb tülküsü də çıxdı. Hər yol boyunca at, qoyunları görürsünüz. Qaldığımız yerlər guesthouse’lar idi, market alış verişi edib yeməkləri özümüz hazırlayırdıq. Ölkə çox bahalı idi çünki. Sabahları sandwich hazırlayıb günü onla keçirirdik. Ölkəni gəzmək üçün bəlirli bir neçə rota var, ilki Golden Circle və 1gün yeterli. 1. Thingvellir milli parkı ( buraya getmədik) 2. Bruarfoss şəlaləsi ( foss-şəlalə demək onların dilində) - bu şəlaləni şəkillərdə çox görürdüm rənginin bu şəkildə mavi olacağını düşünmürdüm. İlk gördüyümdə gözlərimə inanamamışdım , həqiqətən valehedici bir rəngi və gözəlliyi vardı. 3. Geysir- hər 5dəqiqədə bir yerin altında fokur fokur 80-100 dərəcədə qaynayan su bir neçə metrə yüksəkliyə fışqırır. Oraya çatarkən gördüyüm 2 güçlü fışqırma anı oldu , telefonu yetişdirib çəkəmmədim amma beynimdə fotoğrafını çəkdim, hava çox küləkli olduğundan su sonradan çox yuxarılara qalxa bilmirdi. 4. Gulfoss şəlaləsi- Buraya elektrik santrali tikmək fikri var imiş dövlətin. Gulfoss isimli bir qadın qarşı çıxıb hərəkat başlatmış onun nəticəsində bugün orası əl dəyməmiş durumda göz oxşayır. Nə yaxşı ki izin verməyiblər məhv edilməsinə5. Kerid krater- bir vulkanik kraterdir. 6500 il öncə bir partlama nəticəsində yarandığı düşünülməkdədir.Sonrasında göl yaranmış . Rəngi möhtəşəm. Qalma işini Kraterə yaxın Selfoss deyilən bölgədə qaldıq, Reykjavikə dönmədik, çünki yolumuz cənuba doğru davam edəcəkdi. Sıradakı Sourth İceland deyilən 2 günlük rota. İlk gün 1. Seljalandsfoss şəlaləsi- bu şəlalənin özəlliyi arxasına keçilə bilməsidir. Mən keçəbilmədim yerlər sürüşkən idi amma keçənlər vardı. 2. Skogafoss- mənim favori şəlaləmdi, hava açıq isə göyqurşağını görəbiləcəksiniz. Game of Thrones serialının bəzi səhnələri bu şəlalənin önündə çəkilib. Yolüstündə 2010 ilində partlayıb bütün Avropanın hava trafikinin tıxanmasına səbəb olan “Eyjafjallajöküll” yanardağını uzaqdan görə bilərsiniz.3. Drholaey - yaz aylarında Puffinləri görmək üçün ideal yerlərdən birisi və eyni zamanda Atlantik okeanına qarşı bütün mənzərə ayaqlarının altında4. Reynisfjara black sand beach- dediğimiz qara volkanik qumları , Atlantik okeandan gələn öldürücü dalğaları olan o məşhur plaj. Görməyi ən çox istədiyim yerlərdən biri idi. Dalğalara “snaker wawe” adlanır, heç gözləmədiyin anda sahilə vurub insanı götürəcək qədər güclü olabilir. Ona görə çox yaxına getməmək məsləhətdir. Zamanında bir neçə turisti götürüb, qurtarmaq üçündə kimsə o riski almır. Vulkanik bazalt qayalarıda burada. Burası Vik qəsəbəsinə yaxındır, orada ara verib bir şeylər yeyə və yaxudda qala bilərsiniz. Buraya qədər 1gün yeterli. İkinci gün davamı buzullarla davam edəcək1.Svinafellsjokull( jokul-buzul)- bu buzulların rəngi biraz boz idi . Bir çox filmə ev sahibliyi edib. İnterstellarda Matthew McConaughey’in başqa bir gəzəgəndəymiş kimi üzərində yürüdüyü o buzullar elə məhz bu buzullardır. GOT’un bəzi səhnələridə burada çəkilib, Yabanilərlə Jon’un səhnələri. 2. Fjallsarlon- buradakı buzullar daha rəngi açıq daha gözəl idi, bu buzulların hamısə Vatnajokull buzulunun parçalarıdır. Buzulları yaxından görmək üçün təknə turları var. 3. Jökülsarlon - ən gözəl buzul bu idi, oradaykən qopan böyük buz parçalarına şahid olduq, kürəsəl isinmənin nəticələri deyək. Buradan qopan parçalar qapılıb iləridə sahilə vurur orasıda 4.Diamond beach- olaraq adlanır. Günəşli bir havada sahildə buz parçaları parladığı üçün bu adı almış. Eyni zamanda burada suitiləridə görmək mümkün, biz gördük bir neçəsini. O gün qalma işini Höfn deyilən bölgədə ayarlaya bilərsiniz. Əsas rotalar bunlar, digər günləri səthi keçəcəm. Balina izləmək üçün Akureyri, Hüsavik bölgələri ideal, şimalda qalır buralar. İkonik dağ mənzərəsi olan Kirkjufell dağının olduğu yerdə bir gün qaldıq bəlkə Auroranı oradan izlərik deyə amma o gün bir fırtına çıxdı ki az qalsın maşını qaldırıb uçurda. Ona görə o bir arzu olaraq mənimlə, bir gün onuda yaşayacağımıza inanıramÖlkədə bir çox termal lagoonlar var, Blue lagoon, Sky lagoon, Myvatn( bu şimalda qalır). Ən bilindiyi Blue lagoondur. Bizimdə tərcihimiz orası oldu. Möhtəşəm idi , bəzi şeyləri anlatmaü çətindir yaşamaq lazım, buda onlardan birisi idi. Getdiyimizdə aktif vulkan yox idi , sönənlərədə turlar vardı amma cazib gəlmədi bizə.Qısa tutmağa çalışsamda ancaq bu qədər oldu. Əlavə sual olarsa cavablayaram. Maşın kiralamaq şərt. Turlar çox baha və öz programları var , ürəyinizcə gəzəməyə bilərsiniz bu şəkildə. Noyabr-Mart arası buz mağara turları olur bunlara qatıla bilərsiniz. Hava şərtləri hər an planlarınızı dəyişə bilər buna hazırlıqlı olun, ona görə B planınız olsun. Toplam 5gün yetərli gəzmək üçün.İndilik bu qədər Hər kəsin ürəyincə gəzib tozacağı bir il olması diləyilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Beyim Ahmedli Çeçe

439 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!