1077 dəfə oxunub

İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshagan

Bir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik.
İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.
Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. 

5_-_madrid

Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.

37585415_10212463675129304_4214579982258667520_n

Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.
İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.

37395309_10212463675489313_2558304425277915136_n

İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.
İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vento Favoravel

DİGƏR BLOQLAR

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-Keyptaun və Bakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim :)) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnu və İynə burnu da bu şəhərdə yerləşir.Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eldar Əzimov

2804 dəfə oxunub

Orta Asiya bələdçisi - Qırğızıstan

Qırğızıstan gördüyüm ən özünəməxsus ölkələrdəndir deyə bilərəm.Orta Asiya ölkələrini bəlkə də mən çox sevirəm, bilmirəm. Amma zövq alıram buralara səyahətdən.İlk olaraq deyim ki, artıq Bakı-Bişkek reysi açılıb. Amma mən Bakı-Daşkənd reysi ilə, Özbəkistan hava yolları ilə gəldim. Bilet Azaldan biraz daha ucuzdur, amma get-gəl 400$ etdi. Sonra Daşkənddən maşın götürüb kiçik qrup ilə səyahətə başladıq. (Özbəkistanı artıq 2 il qabaq çox gözəl gəzdiyim üçün bu dəfə az qaldım)Özbəkistanın cənubunda yerləşən Andican şəhərinə getdik, ordan da Qırğızıstanın Oş şəhərinə keçdik. Quru sərhədi keçmək hardasa 3,5 saat çəkdi. Amma rahat, incitmədən keçirtdilər (quru sərhəddə ən çox Özbəkistan saxlayır). Qırğızlar Azərbaycandan olduğumu görüb, elə pasport yoxlamasında çox xoş qarşıladılar məni, 10-15 dəq söhbət elədik, keçdim. Əsas məsələ isə Oş-Bişkek yolunda başladı. Yol möhtəşəmdir. 700km-dən biraz uzun olan yol, bütünlüklə perevaldır demək olar ki, ona görə də biz toplam 14 saata getdik bu yolu. Yolda Chickan kendində bir qonaq evində qaldıq, və səhər möhtəşəm dağ və çay mənzərəsinə oyandıq.Sonra yola düşdük və yolda çoxlu sayda quraşdırılmış yurtalar gördük. Birində dayandıq və yüklədiyim videodaki o şirin nənə və nəvələri ilə tanış olduq. Yurtalar yay ayları üçün nəzərdə tutulub, çünki dağlar yayda belə çox soyuq olur. Burada qoyun/quzu/inək otarırlar. Amma adət-ənənələrini qoyurub saxlayırlar. Çox gözəl hisslər ilə ayrıldım buradan.Ölkənin bir başından digər başına maşın ilə səyahətim bitdi. Qırğızıstanın buqədər gözəl olduğunu düşünməzdim heç. Bişkekdən başlasaq, şəhəri (mərkəzini) bir gün içində gəzib bitirə bilərsiz. Sovietləri xatırladan şəhərdə elə ən təzə olan tarix muzeyidir. Mərkəzdə gəzdiyiniz zaman çoxlu sayda divar rəsmləri ilə qarşılaşacaqsınız ki, sırf Qırğızıstanda olduğunuzu xarıtladır. Bundan əlavə mərkəzdə yerləşdirilən yurtada, at südü ala, milli geyimlərlə şəkil çəkdirə bilərsiz. Şəhərdə çoxlu sayda park salınıb, elə təzəlikcə (10ay əvvəl) Azərbaycan-Qırğızıstan dostluq parkı(Heydər Əliyev parkı)-da bunlara daxildir. Hə, şəhərdə bir gün gəzdikdən sonra gedə bilərsiz Ala-Archa Milli Parkına. Yəgin ki, buralarda ən görüləsi yerdir deyə bilərəm.Tər-təmiz dağ havası, yam-yaşıl meşələri adamı lap valeh edir. Hələ Ak-Say şəlaləsinə çatsaz, başqa bir gözəllik ilə qarşılaşırsız.Şəlaləyə 5-6 km piyada yol getməlisiz və 2665m hündürlüyə qalxmalısız. Yol biraz çətindir, ona görə də xüsusi ayaqqabınız olsa yaxşıdır, amma əziyyətinə dəyir.Bişkekdən çıxıb Qırğızıstanın mirvarisi olan Issık-Kula getdik. Ən turistik tərəfi də Borteri kəndi sayılır. Gölün suyu hər zaman soyuqdur sanki, amma gözəlliyinə söz yoxdur. Maraqlısı budur ki, burada hamı cibinə uyğun qalmağa yer tapa bilər. Yəni gölə sıfır məsafədə otaqların gecəsin 15-20 AZNdə tapa bilərsiz, və ya premium otellərdə gecəsini 250-300 AZNdə götürə bilərsiz. Ətraf şəhərlər/kəndlərdə demək olar ki görüləsi çox yer yoxdur, əsas əyləncə elə gölün özüdür, və təbii ki su üstü və altı müxtəlif atraksionlar.Ən turistik yerində belə fikrimcə nə yemək, nə də atraksionlar baha deyil. Ortalama 4 nəfərlik axşam yeməyi sizə 50-60 AZN başa gələ bilər. Ölkəni maşın ilə səyahət etməyin çox yaxşı fikir olduğunu düşünürəm, çünki əsas gözəlliyi bəzən yolları/dağları/çəmənləridir. Qırğızlar da özbəklər və taciklər kimi çox qonaqpərvərdilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1297 dəfə oxunub

Nağıllar aləmi - Hallstatt

Hallştatdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hədəfimiz Avstriyanın Salzkammerqut adlı dağlıq bölgəsindəki, Hallştat (!) gölünün sahilində yerləşən eyniadlı qəsəbə idi (kənd deməyə adamın dili dönmür).Amma mən getdiyimiz marşrutu sizlərlə bölüşmək istəyirəm. Biz yola Praqadan çıxdıq və üz tutduq, praktiki olaraq Avstriya ilə sərhəddə yerləşən Ceşski Krumlyova. Yola hardasa 2,5 saat yaxın vaxt sərf etdik. Mənim kimi qotik memarlıq abidələrini sevirsinizsə, mütləq görmənizi tövsiyyə edərdim. Sizə kiçik ipucları verim:- Ordakı 1200-cü illərə aid qala qəsrə, 250 krona bilet alıb, zirvəsindən bütün şəhərin panoramasını seyr edə bilərsiniz. Kiçik olmasına baxmayaraq çox gözəl şəhərdir.- Restoran olaraq Eggenbergi məsləhət görürəm. Yeməkləri dadlı, porsiyalar böyük. Həmin restoranın özünün pivovarnisı var və ordakı pivə, Çexiyada dadına baxdığım ən dadlısı idi. Qiymətlər Avropa standartlarına görə çox uyğundur.- Şəhərdə gecələmək üçün hər cibə uyğun otel və hostellər var.- Biz yol üstü Xlll əsrə aid Qluboka qəsr qalasınada baş çəkdik.Orada giriş 260 kron idi. Düzü çox bəyənmədim, ümumiyyətlə muzey və s. içərisini gəzməyi sevmirəm,daha çox binaların xarici arxitektur görünüşündən zövq alıram.Krumlyovda gecələyib, səhəri Hallştata yola çıxdıq. 3 saata yaxın müddət yola sərf etdik. Gördüyümüz mənzərə möhtəşəm idi!Alp dağlarının əhatəsində, büllur kimi suyu olan gölün sahilində kiçicik bir kənd xəyal edin. Gölün suyu göz yaşı kimi dumdurudur. Burdakı evlər sanki qaranquş yuvaları kimi qayalara pərcimlənib. Təbiətlə evlərin arxitekturası o qədər mükəmməl vəhdət təşkil edir ki, heyran olmamaq mümkün deyil. Özünü nağıllar aləmində hiss edirsən.Qiymətlərə gəlincə hər şey bahadır, bütün Avstriyada olduğu kimi. Məsələn funikulyorla dağın zirvəsinə qalxmaq adam başına 30 evro idi.Ordan duz mədənlərinə şaxtayla enmək olurmuş. Amma biz ora getmədik, o cür gözəlliyi qoyub, qaranlıq soyuq şaxtaya enmək cəzbedici gəlmədi. Bəlkə bir dəfə də yay fəslində gəlmək qismət olursa, o zaman düşünərəm. Ora ayırdığımız pulu, Avstriyaya gəlib şnisel yemədən qayıdasan fikriylə, restoranda xərclədik. Emalatxana dükanlar var hardanki 5-20 evro arası kiçik, şirin suvenirlər ala bilərsiniz. Bir sözlə qrupdakı hər kəsə,bir gün oranı gedib görmək diləyirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mila Garayeva 

1885 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!