626 dəfə oxunub

Cənnətdən bir parça - Hallstatt

Qabaqdan yay gəlir və düşünürəm ki, Hallstatta getməyi planlaşdıran çox adam var aranızda, ona görə bir-iki xırda detala toxunum.Hallstatt barədə əvvəlki postlarda ora getmək barədə ətraflı hər şey yazılıb. Mən sadəcə bir-iki xırda məsələyə toxunacam və şəkilləri paylaşdım ki, gözəllikdən zövq alasız.

56603156_1797725136995568_6878692709284970496_n

1) Salzburgdan avtobusla Bad Ischl-a gəlib çatanda ordan Hallstattdan keçən qatara aparatla bilet alırsız. Aldığınız biletin üstündə qatarın gəlmə vaxtı yazılır.
Məndə belə bir hadisə baş verdi.
Bileti aldım. Biletin üstündə 11:50 yazılmışdı. Hələ qatarın gəlməyinə 25 dəqiqə var idi. Orada məndən basqa Hallstatta gedən hardasa 10-12 turist həmən qatarı gözləyirdi.
Saat 11:47 də bir qatar gəldi. Bütün turistlər cumdular qatarın üstünə. Hamı mindi qatara. Burda artıq "kütlə psixologiyası" işə düşdü. (Yəqin oxumusuz, svetofor məsələsi) Mən də hamının qatara minməyini gözləyib sonuncu qatara minəndə gözüm dayanacaqdakı Hallstatt sözünə ilişdi. İstiqamət sağa idi, qatar isə sola gedirdi. Tez qatara minib, qışqırdım ki, bu qatar Hallstatta getmir, düşün qatardan. Düşün nədi rəhməttinin nəvəsi? Elə dərhal qaplar bağlandı, özüm də qaldım içəridə. İçəridə nə qədər turist var idi yığışdı başıma. Qatarın içində manitorda qatarın gedəcəyi direction və stansiyalar göstərilirdi, orada Hallstatt yox idi. Hamını lomkaçılıq basdı. Gedib Ebensee stansiyasında düşüb, təzədən orada 25 dəq gözləyib, Hallstatta gedən qatara mindik.
Yadınızda saxlayın Bad İschldan Hallsttata getmək üçün Stainach-İrdning istiqamətinə tərəf gedən qatara minməlisiz.

56611703_1797724850328930_3754006492802449408_n

2) Hallsttata tək getmək elə də məsləhətli deyil. Niyə? İki şeyə görə.
a) Şəkildə görəcəksiz, qatardan düşəndən sonra orada balaca bir "butka" olur. Hansı ki, oradan səni gəlib qayıq götürüb, gölün o biri tərəfinə Hallstatta aparır. Ora yaxınlaşanda görürsən ki, ancaq "para"lar düzülüb, hamısı qız-oğlan əl-ələ tutub, sən isə qulyabani kimi ora-bura baxırsan. Guya öz aləmində təbiətin gözəlliyindən ekstaz vəziyyətə düşmüsən????
Hələ bu heçnədi. Qayığın arxa tərəfi açıqdı, hamı orada ayaq üstə dayanır. Əgər orada durdunsa oldun bədbəxt. Hamı qızla durub, sən tək, elə Hallsttata kimi bunların şəkilini çəkirsən. O anda yeganə müsbət olan şey özünü məşhur fotoqraf hiss etməyindi. Başqa heçnə.
b) Gəzdikcə maraqlı yerlərdə şəkil çəkdirmək istəyirsən və elə alınır ki, heç kimi tapmırsan. Yeganə çıxış yolu telefondakı taymerdən istifadə etməkdi. Kameranı qoyursan 10 saniyəyə, telefonun özünü də harasa qoyursan, qaçıb istədiyin yerdə dayanana kimi şəkil çəkilir. Gəlib baxırsan ki, elə bil hansısa ruh Hallstatta gəzməyə gəlib. (təbii ki bu mənim kimi selfie çubuğu ilə şəkil çəkdirməyi sevmiyənlərə aiddi)

56524184_1797724963662252_6377088237608894464_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti

yazılara qədər…

Paylaşdı: Rajab Zade

DİGƏR BLOQLAR

Avropanın Qüdsü - Sarayevo

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim) Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz? Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )"Old Town"-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız  Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Natiqqizi‎

1500 dəfə oxunub

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-Keyptaun və Bakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim :)) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnu və İynə burnu da bu şəhərdə yerləşir.Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eldar Əzimov

1862 dəfə oxunub

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

1673 dəfə oxunub

Şokolad qoxulu - Brüssel

Brusseldəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər,Bu dəfəki yazımda sizə Belçikanın paytaxtı olan Brüsseldən danışmaq istəyirəm. Bu qrupda da daha öncə soruşulmuş və məni də getmədən düşündürən bir neçə sualı cavablandırım ilk öncə.1. Brussels Charleroi aeroportundan şəhər mərkəzinə necə getmək olar?https://www.flibco.com/en#/booking - Flibco şirkətinə məxsus shuttle buslar hər yarım saatdan bir yola düşürlər. Aeroportda kassalardan da bilet əldə edə bilərsiniz və ya elə qeyd etdiyim öz rəsmi saytlarından da ala bilərsiniz. Return biletlərdə Qiymət fərqi sadəcə 3 eur olur.Onu da qeyd edim ki, Flibco ilə aeroportdan həmçinin Brugge-yə, Luxemburqa və başqa şəhərlərə də shuttle buslar mövcuddur, saytdan yoxlaya bilərsiniz. Brüsseldə isə Brussel-Zuid qatar stansiyasında dayanır, bu qatar stansiyası da şəhər mərkəzindən 3km uzaqlıqdadır.Şəhərin mərkəzi nöqtəsi “Grand Place” sayılır. Səyahətinizi planlayarkən, başlanğıc nöqtəsi olaraq buranı götürə bilərsiniz.2. Brüsseldə harda gecələməliyəm?Mən Brüsseldə 3 gecə qaldım. İlk 2 gecəni şəhərin mərkəzinə yaxın olan “Sleep Well” hostelində qaldım. Sonuncu gün isə uçuşum səhər olduğuna görə Brussel-Zuid qatar stansiyasına yaxın “Brxxl 5 City Centre Hostel” adlı hosteldə gecələdim. Hər ikisinin yerindən, otaqlarının rahatlığından və ən əsası təmizliyindən məmnun qaldım.3. Brüsseldə haraları gəzib görməliyəm?https://www.vivastour.com/en - Viva’s Tour Brüsseldə, Bruggedə və digər şəhərlərdə pulsuz turlar təşkil edən həvəskar gənclərdən ibarət bir qurumdur. Saytdan əlavə olaraq şəhərlərdə fəaliyyət göstərdiklərinə nəzər yetirə, orda olacağınız tarixlərdə keçiriləcək turların vaxtını öyrənə və qeydiyyatdan asanlıqla keçə bilərsiniz. Sonda “ürəyinizdən keçirsə” prinsipi ilə sadəcə onlara maddi dəstək olmağınızı xahiş edə bilərlər. Ancaq tur pulsuzdur, heç kim qeydiyyat üçün və ya başqa səbəblə sizdən pul tələb etməyəcək.Əsas da mənim kimi tək gəzirsinizsə, yeni insanlarla dostlaşmaq və maraqlı vaxt keçirmək üçün yaxşı vasitədir. Tur müddəti 2 saatdır.Yazımı qısa tutmaq üçün gəzməli görməli yerləri haqqında deyil də, bir neçə maraqlı məqamları bölüşmək istəyirəm.1. Şəhəri gəzərkən qətiyyən başı aşağı gəzməyin, binaların divarlarında çəkilmiş şəkilləri qaçırarsınız yoxsa. Onlardan biri haqqında məlumat vermək istəyərdim. Şəkillərə nəzər yetirərkən görəcəksiniz ki, birində iki gənc bir birini qucaqlayaraq addımlamaqdadırlar. Bu şəkildə birinci maraqlı məqam bu gənclərin kişi və ya qadın olduqlarını tam əminliklə vurğulamaq çətindir. Rəssam elə çəkib ki, hər kəs görmək istədiyi cinsdə görür hər ikisini. İkinci maraqlı məqam isə şəklin yuxarı küncünə fikir versəniz, görəcəksiniz ki, güzgü effekti ilə gənclər olmadan sadəcə mənzərənin əksi təkrar çəkilmişdir. Və bu şəkildə əks olunan küçə elə hal-hazırda şəklin yerləşdiyi küçədir. Şəkildə göstərilmiş Plattesteen restoranı hələ də orda fəaliyyət göstərməkdədir.2. Küçə adlarını göstərən iki tip yazıları görəcəksiniz. Arxa fonu göy olan isimlərdə həm Dutch dilində, həm də fransız dilində rəsmi küçə adları əks olunur. Google map bu adlarla işləyir. Ağ fonda qeyd olunan küçə adları isə daha çox yerli xalq tərəfindən istifadə olunur, belə desək, küçələrin ləqəbləridir.3. Manneken-Pis – Bu balaca oğlancığazın 900dən çox kostyumu var və hər gün o günün anlam və önəminə uyğun olaraq geyindirilir. Mənim səyahətim günü təmizlikçilərin günü idi və şəhərdə qeyd olunurdu.4. La Caverne aux Cadeaux – şəkildə də əks olunan mağaza gəzdiyim mağazalar arasında ən ucuz hədiyyəlik əşya satılan mağaza idi.5. Delirium – 2400dən çox pivə növlərinin satıldığı küçə boyunca yerləşən publar silsiləsidir. Əgər siz də bu pivələri dadmadan getmək və eyni zamanda çox da alkol qəbul etmək istəmirsinizsə, mənim də yoxlayıb bəyəndiyim “Floris Strawberry”ni məsləhət görərdim.6. Çox vaxt tək gəzdiyim və hər dəfəsindən insanları narahat etməmək üçün tripot istifadə edirəm. Çiynimdə tripotla məni görənlər blogger hesab edib öz şəkillərini çəkməyimi xahiş edirdilər. Onlar arasında 7 yaşında balaca qız uşağından tutmuş 60 yaşında yaşlı kişi də var idi  və getmədən soruşduğum suallardan biri də tripotla bağlı idi. Çox rahatlıqla çiynimdə keçirə bildim.7. Türkiyənin tanınmış üzü Nusretin Saltbea hərəkəti isə Belçikanın yerli camaatı tərəfindən də maraqlı şəkildə təqlid olunur. Bunu isə yerləşdirdiyim videoda görə bilərsiniz.(https://www.facebook.com/yasakhey/videos/pcb.524565087938712/1760369244056157/?type=3&theater&ifg=1 )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Yasa Khey

1081 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!