2610 dəfə oxunub

Gürcüstan - Bakuriani bələdçisi

#bakuriani #visitbakuriani
????Yeni Ili qarşılamaq üçün dostrarla qərara gəldik ki, Bakurianiya gedəcəyik. 14 nəfər idik, 8 böyük + 6 uşaq????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍???? (2 yaşdan 13 yaşa kimi).
????Maşınlarla getmək istəmirdik, birincisi qar olan yerlərdə sürüşmək ehtimalı var, gömrükdə gözləmək var, benzin, parkovka fılan. Bir də hamımız bir yerdə olmaq istəyirdik. Nəticədə Tiflis ???? qatarına bilet aldıq, özü də platskarta  https://ticket.ady.az/ saytında dəqiq 30 gün əvvəl biletlər satışa çıxır, kartla ödəyib, yerlərinizi seçib (cüt rəqəmlər yuxarıda, təklər aşağıda), rahat ala bilərsiniz.Biz dekabrın 30-u axşam çıxmalıydıq deyə, noyabrın 30-u yaxşı yerləri aldıq, çox ucuz başa gəldi (2 böyük + 2 uşaq cəmi 75 AZN-ə).
Geri qayıtmağımızı isə yanvarın 4-nə planlaşdırdıq, bilirdik ki, Tiflisdə olanda artıq yer qalmayacaq, ona görə vağzala girməmiş soldaki rus-gürcü qatarlar üçün nəzərdə tutulmuş kassasından aldıq, dəqiq dekabrın 4-ündə. O artıq baha başa gəlib çünki komissiya + exchange +məncə leviy məsələsi var idi. 75 manatlı biletlər 100 AZN oldu, ammma eybi yox da, əsas aldıq.
???? Facebook-da Tiflis üzrə rusdilli qrupuna qoşuldum və orada həm qatardan Bakurianiyə özəl transferini (Jeep + Minivan 350 lari =120$), həm də təzə təmirdən çıxmış və başlayanlar üçün yaradılmış "25-metrovka" xizək trassasının yanında yerləşən ????️kottecində mənzillərini (https://www.facebook.com/Fortuna-cottage-Bakuriani-2186156925037971/ - 6 nəfərlik 120$, 4 nəfərlik isə 80 $ idi Yeni İl vaxtı) tapdım. Kotteclər məsləhətlidir, çox rahat, ideal təmir, mətbəxdə hər şey, hətta şampanla???? konfet qoydular bizə.


Yeni İli qarşılamaq üçün də restoranları axtardım, ən aşağı bir nəfərlik qiyməti 100$ idi, axırda bizim kottecimizə yaxın bir "Mimino" adlı bir ???? restoranı tapdım və onlarla böyüklər üçün 70$-a, 5+ uşaqlar üçün 35$, 5 yaşa kimi pulsuz şam yeməyini danışdıq. Biz onlara Western Unionla 100$, onlar isə bizə masamızın şəkilini və menyunu göndərdilər (bol yemək, adambaşı 1 l. çaxır, şampan daxil idi). Çox gözəl Yeni İl dekoru idi, müğənnilər, yemək, feyerverk, atmosfer, hər şey xoşumuza gəldi. Hələ biz gedəndə (saat 2 idi) əlavə kabablar gəlirdi.
Elə bildik ki, vsyo, artıq hər şey super olacaq. Amma növbəti günü duranda gördük ki, bütün restoranlar bağlıdır, gücnən birini tapdıq axırda, yedik, trassaya getdik.
????Balaca uşaqlara sankini götürdük (25-metrovkada hər şey ucuzdur: sanki saatı 5 lari, xizək 10 lari, instruktor 35-40 lari, podyomnik cəmi 1 lari).
Amma millət dolu idi, oturacaq podyomnika 11-dən sonra 40 dəqiqəlik oçered, hətta???? xizəklə qalxanlar üçün 15-20 dəqiqə gözləmək lazım idi. Biz ancaq 3-cü gün normal xizək instruktorunu tapdıq, qalanlar heç nə orgətməyiblər.


????‍????Restoranlarda isə servis 0. İsti yeməyini ortaq gözləmək vaxti 90 dəqiqədir, çox da ola bilər, ofisiantlar Sizə baxmırlar, danışmaq istəmirlər, hətta hazır yeməkləri (desertləri) ya 1 saata gətirirlər ya ümümiyyətlə gətirmirlər. Hər şeydə aldatmaq istəyirlər Sizi, məsələn çaxır sifariş eləyəndə mütləq soruşun ki, qiyməti nə qədər olacaq, onsuz sifariş eləməyin. İstəyənlər, gözləyənlər çoxdur deyə, bunlar normal xidmət göstərmək istəmirlər, bilirlər ki, çıxış yolunuz yoxdur.


Biz artıq 3-cü gün heç nə istəmirdik, nə servis, nə təbəssüm, yeməyimiz yarım saata gələndə xoşbəxt idik.
Ümid eləyirəm ki, yanvarda-fevralda vəziyyət normaldır orada, basabas deyil.
Uşaqlar üçün əslində rahat yerdir, onlara maraqlı idi. Mənim 9 yaşlı qızım 2 1-saatlıq dərsdən sonra elə rahat ⛷️⛷️⛷️ xizəklə düşürdü, elə bil professionaldır (trenerin nömrəsini götürmişəm, lazım olsa yazaram).


Overall, 7/10 qoyardım bu səyahətimizə, axırıncı gün Tiflisdə keçirtdik, orada rahat və tez yedik, gəzdik, ????şopping elədik.
Elə bu:)
Suallarınız olsa, yaza bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova

DİGƏR BLOQLAR

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

985 dəfə oxunub

Dağların qoynunda əsl kənd turizmi - Yangshuo

Çinin bu bölgəsini səyahət etməmiş adam özünə səyahətçi deyə bilməz. Bizim millət üçün o qədər də tanınmayan turizm məkanı olsa da, digər millətlərin Çində ən çox üz tutduğu bölgədi. Çin pul vahidinin (20 yuan) üzərində belə bu dağların şəkli ks olunub.Nə qədər möhtəşəm olmasını yazmağa söz tapa bilmirəm, şəkil və videolardan aydın olacaq. Amma bura səyahət etmək istəyənlər üçün bəzi məlumatlarım olacaq."Yangshuo" bölgəsi "Guilin" şəhərinə (Guangxi province) 1 saat yarımlıq məsafədə böyük bir ərazini əhatə edir. Guilindən hər saatdan bir aeroportdan avtobuslar çıxır, bir gedişi 50 yuan~12 azn. Otellər çox ucuzdu, hətta gecəsi 60 yuan~14 azn olan otellər də varki, şəraiti çox yaxşı səviyyədə (məsələn şəkildəki romantik otaq ????). Bölgə dağlıq ərazi olsa da infrastruktur yüksək səviyyədə inkişaf edib, yaxşı olardı ki, e-bike icarə edəsiniz (1 günü 30 yuan~7 azn) ve bununla hər yeri görmək daha əlverişlidi. Şəhər mərkəzində local restoranlarda verilən yeməklər çox dadlı və ucuzdu, hər gecə night market fəaliyyət göstərir və burda çoxlu küçə mətbəxini və xüsusi içkilərini barlarda dada bilərsiniz. Çinin bir çox provinsiyalarında olmuşam, ən çox ağız dadımıza uyğun mətbəx məhz burdadı. Dağlara tərəf getdikdə yol qırağında ailəvi kafelərdə əsl kənd mətbəxini dada bilərsiniz, hər şey təzə və gözünüzün qabağında hazırlanır. 1 gecəlik yemək 4 nəfər üçün təxmini 250 yuan~64 azn edəcək. E-bike ilə səyahət edərkən yol boyu müxtəlif attraksionlara rast gələcəksiniz, məsələn Kəpənək mağarası, rock climbing, bamboo qayıqlarla səyahət və s. Bir sözlə bu bölgə bir "rural tourism" nümunəsidir. Gəlib görməyə dəyər. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turaj Dadayev  

1373 dəfə oxunub

Uqandada həyat

UQANDADA GÖRDÜKLƏRİMDƏN, ÇƏKDİKLƏRİMDƏN...Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir.Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). "Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?" Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az.Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində.Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər.Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa - Uqandanı mütləq bəyənəcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

920 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!