973 dəfə oxunub

İspaniya - Granada bələdçisi

İspaniyaya yolunuz düşübsə, Madridlə, Barselona ilə kifayətlənməyin deyərdim. İspan mədəniyyətini, ruhunu duymaq üçün Əndəlüs bölgəsinin şəhərlərindən ən az birinə mütləq gedin. Mənim Əndəlüsdə ilk seçimim Granada oldu. Cəmi 23 dollara və 4,5 saata Madriddən Granadaya çatdım. Granada elə ilk andan bizi isti qarşıladı. Axşam saat 11 radələri, yol kənarında dayanıb taksi gözləyən 3 qız. Bu vaxt avtobus gəlib düz qaşımızda saxladı və sürücü çamadanlarımıza baxıb hara getdiyimizi soruşdu. Sürücü ingilis dilində bilmir, biz ispan, amma birtəhər əl qol hərəkəti ilə dil tapdıq. Otelin onun marşurutu üzərində olduğunu dedi. Avtobusdakı digər sərnişinlər də özlərinə borc bilib otelimizin adını soruşub, onlar da əl-qol dili ilə söhbət etməyə çalışdılar. Sanki bütün avtobus əhli bizi ünvana çatdırmaq üçün səfərbər olmuşdu. Xülasə, gəlib çatdıq mənzil başına. Avtobusun istiqaməti fərqli olduğuna görə 100-200 metr piyada getməli idik. Həngamə də burda başladı. Yaşlı avtobus sürücüsü az qala özünü yerdən-yerə vurub təkrar-təkrar hansı tərəfə getməli olduğumuzu göstərməyə çalışdı. Üstəlik avtobusu sürməyib gözlədi ki, bizim düz gedib-getmədiyimizdən arxayın olsun. Elə ki gördü bir-birimizi düz başa düşmüşük, düz gedirik, sevinə sevinə bir xeyli arxamızca əl elədi. İnsanlarının qonaqpərvərliyini, səmimiliyini çox sevdim Granadanın.
Hər addımbaşı qaşımıza çıxan portağal ağaclarını, bu portağal qoxulu şəhəri çox sevdim.

66172064_901680990193622_6098104513728610304_n

Bəs Granadada gəzməli haralar var? Əlbəttə ki, ilk növbədə Alhambra Sarayı. Ərəbcə adı “qırmızı” deməkmiş bu sarayın. Gün batanda günəşin şəfəqləri ilə qırmızıya-narıncıya bürünən, mistik bir havası olan saray təsəvvür edin. İspaniyada ərəblərin izini daşıyan, inşası 1232-ci ildə başlayıb düz 200 il davam edən bir saray... Burada özünüzü “1001 gecə” nağıllarındakı kimi hiss edəcəksiniz. Hələ sarayın bağçalarını demirəm. Şəhər içində şəhərdir sanki bu saray. İl boyu turistlər məhz bu sarayı görmək üçün Granadaya axışırlar. Ərəblərin yadigarı olan bu saray nəinki Granadanın, bütün Əndəlüs bölgəsinin yaraşığıdır.

66043468_901680436860344_4367439758108917760_n.jpg

 

cvr ph

Təbii ki, Granada yalnız Alhambradan ibarət deyil. Granadaya bir şəhər demək də günah olar. Matruşka kimi şəhər içindən şəhərlər çıxır. O matruşkadan çıxan şəhərciklərdən biri təpədə böyük ərazidə qurulan Alhambra sarayıdırsa, o biri təpəsində yerləşən, bəmbəyaz evləri olan Albaicin də matruşkadan çıxan bir başqa şəhərciyidir. Vaxtilə ərəb məhləsi olan Albaicində hazırda yəhudilər məskunlaşıb. Albaicin matruşkasından isə bir başqa aləm olan Sacromonte çıxır... Sacromonte məşhur qaraçı məhəlləsidir.
Bütün İspaniyada ən çox diqqətimi çəkən cəhətlərdən biri eyvanların gözəlliyi olmuşdu, Granada eyvanları da gözəllikdə digər ispan şəhərlərindən geri qalmır.

ag shrr

 

white

 

eyvan

Granadada müşahidə etdiyim bir maraqlı məqam isə Albaicin bölgəsindən şəhər mərkəzinə gəlişim oldu. Ensiz, dar, enişli-yoxuşlu yollarda tikilən, bəmbəyaz evləri olan Albaicində sanki labirintdəymişik kimi hiss edərək gəzdikdən sonra şəhər mərkəzinə getmək üçün avtobus və ya taksi dayanacağı axtaranda birdən-birə özümü şəhərin düz göbəyində tapdıq. Bir andaca bəmbəyaz dünyadan, ensiz və adamsız küçələrdən geniş, haylı-küylü, turist qaynayan meydana çıxdıq…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

DİGƏR BLOQLAR

Misirə qaynar turla

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Novruz bayramını sevgilimlə Misirdə keçirdik. Trend olan Şarm Əl Şeyx turundan və bütün Misirdən təəssüratları və bütün faydalı məlumatları paylaşıram, əminəm lazımınız olacaq ????????NECƏ YERDI? GETMƏYƏ DƏYƏRMİ?Hazırda Şarm ən ucuz kurort zonalarından biri kimi dəbdədir. Azərbaycandan birbaşa uçuş olmasa da Tbilisi aeroportundan çox ucuz getmək olar. Biz bayram sezonunda getdiyimizdən biraz baha çıxdı amma qaynar turları 220-250 USD yə, Aİ(hər şey daxil) 4-5* otellə əldə etmək mümkündür. Büdcəsi aşağı turistlər üçün çox sərfəli variantdır, çünki ölkə də ucuzluqdu. Benzin litri 0.25USD dir. Pulu manatdan düz 10dəfə kiçikdir (1AZN-10egypt Pounds)İNSANLARI NECƏDİ?Misirin əhalisi əsasən ərəblər olduğundan almaq istədiyin hər şeyə, bütün ödənişlərə bazarlıq etməlisən. Milli mənsubiyyətimiz bizə çox komfortlu və su qiymətinə hər şeyi almağa köməkçi oldu. Taksi 30 dollardan 3 dollara kimi düşürdü, istənilən yerə maksimum 3 dollar ödəyib gedə bilərsiz. Avtobuslar 5 pound-50 qəpikdi. Amma pulun "zdaca"sını vermirlər nəzərə alın.İlk addımdan sizi fırlatmağa, pul qoparmağa çalışacaqlar. Aeroporta qələm götürün, immiqrasiya talonu doldurmalısız, onlar 5 dollara doldururlar amma özünüz rahat edə bilərsiz. Biraz yapışqan və bicdilər, ona görə "uyanık" olun. HAMI, dilənçiyə kimi rus dilində bilir və özünü elə Bakıdakı kimi hiss edirsən.NECƏ İSTİRAHƏT ETMƏK OLAR?Şarm Misirin Asiya tərəfidir və onun daxil olduğu Sinay adasına viza lazım deyil. Amma Afrika tərəfinə, Qahirəyə filan planlayırsızsa elə aeroportda 25 dollar verib ki "nakleyka" alırsız və pasporta özünüz yapışdırırsız. 7 gün rahat hər yeri gəzə bilərsiz. Turunuz 7 gündən çoxdursa gidə pasportu verin polisdə qeydiyyata alsın, pulsuzdu. Sizə otelə gələndən sonra tur gid gəlib turlar təklif edəcək, amma onlar bir qayda olaraq çox bahadı. Şəhərdən 2 qat ucuz tapıb bazarlıq edib daha yarı qiymətinə ala bilərsiz.Əsas gözəllik Qırmızı dənizdə, suyun altındadı. Tiran adası və Ras Muhammad, Mavi Deşik (dünyanın ikinci ən gözəl diving mərkəzi) diving üçün əla yerlərdi. Diving turu maksimum 20 dollardı. Yolda sizə mütləq paltarın, jiletin, eynəklərin və s. lazım olduğunu deyəcəklər, aldanmayın, boş şeydi fırladırlar ????.Dəvədə gəzə, kanyonlara səfər edə, kvadrasiklda səhranı fırlana, bədəvilərlə çay içə bilərsiz. Amma heç kimə heç bir kömək eləmələrini istəməyin. Sizə şəklinizi çəkməyi, dəvəyə mindirməyi, çantanızı maşına qoymağı və s. təklif edəcəklər, bu diqqət və mədəniyyət yox, pul tələsidir və sonra pul istəyəcəklər sizdən, fırladırlar ????QAHİRƏMisirdə benzin çox ucuz olduğundan cəmi 10-15 manata avtobusla Misirin paytaxtına gedə bilərsiz. Şəhərin əhalisi 20 milyondu. Biraz çirklidi, qaradı, amma ucuzluqdu. Mütləq tarix muzeyinə gedin, Faraon tarixinin incilərini, hətta 4 min yaşı olan mumiyanı və qızıl heykəlləri görə biləcəksiz. Muzeyə giriş zamanı fotokameraya pul istəyirlər amma telefonla çəkmək pulsuzdu. GİZAGİZA qədim şəhərdir, məhşur dünyanın 7 möcüzəsindən salamat qalan yeganə Piramidalar bu şəhərdədi. Amma şəhərin arxitekturası əksinə çox pisdi. Tam tikilmiş binalara ölkədə vergi var, ona görə binaların hamısı yarı yarımçıq tikilib.  Piramidaları görmək üçün getmək lazımdı açıq hava muzeyinə, həm Xeops piramidası, həm, digər piramidalar, həm də Sfinks elə eyni ərazidədi. Ərazi çox böyükdü. Məsləhətdi ki, orda icarəyə dəvə ya da at götürəsiz. Nə qiymət desələr yarı qiymətə razılaşırlar. Təqribən 5-10 dollar arası tez gəzib ən yaxşı yerdə şəkillər çəkə bilərsiz. Amma sürən adam şəklinizi çəksə axırda pul istəyəcək, verməyin, çünki fırladırlar ???? Orda qalası olsaz, mütləq otel gəmiləri götürün, çox romantik və rahatdı, çox maraqlıdı.  Əsl papirusu və xüsusi yağlar və ətirləri də bu şəhərdə alın, ucuz və orijinal olacaq. Dedikləri qiymətləri mütləq müzakirə edin, fırladırlar ???? daha ucuz almaq mümkün olacaq.ALEKSANDRİYAAralıq dənizi sahilində yerləşən, Misirin ən gözəl şəhəridir. Misirlilər özləri burada istirahət edir. İndi 6 milyon idi əhalisi, yayda 18 milyon olur. Daha bir 7 möcüzədən biri, Aleksandriya mayakının qalıqlarından tikilən fortla tanış ola bilərsiz. Ora Avropaya daha yaxındır və çox müasir əhalisi var. Əsl dondurma dada bilərsiz. Amma korallar və ya balıqqulaqları almaq lazım deyil, sərhəddən onları buraxmırlar.BÜDCƏ2 nəfər Tbilisidən uçuş və 1 həftəlik 4* otel - 800USD2 nəfərlik Şarm-Qahirə-Aleksandriya turu(1 gecə Qahirədə qalmaqla) - 230 USDDiving - 45USDHədiyyələr, suvenirlər, shopping - 250USDBakı - Tbilisi - Bakı - 105AZNTbilisi yemək və shopping - 200USDSuallarınız olarsa cavablamağa və məsləhət verməyə şad olaram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Gadirov

1327 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.- Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı - məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.Amma dəniz sevənləri bir az üzəcəm - Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.- Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.- Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.- Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.Başqa sualınız olsa, yazın :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1066 dəfə oxunub

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1743 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..Həvəsiniz olsa oxuyarsız????Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.Ümumi təəssüratlar:Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:Can Təbrizimizdə taksidə dialoq:Taksi şoferi: -Siz ordan rədd olduz da indi..Biz: Nə???Taksi şoferi: -Yəni ordan keçdiz dəə..Biz: -Həə..Taksi şoferi: -Biz sizi söyürük..Biz: Nə???Taksi şoferi: -Yəni sevirik dəə..Biz: -Həə, biz də, biz də...????Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..Vəfadar Babayevİyul 2019Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vafadar Babayev

2194 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!