1574 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))
Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.

72060782_10220121747025107_7270287769836978176_n

Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.

- Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı - məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.

71737479_10220121747505119_2771453370026688512_n

Amma dəniz sevənləri bir az üzəcəm - Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.
Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.

Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.

- Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.

71592973_10220121753265263_8602940886843654144_n

- Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.

- Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.

Başqa sualınız olsa, yazın :)

71905445_10220121757545370_5080795836988784640_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.????????(avtobusla uyğun olmadığım üçün) ????2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro???????? idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.????Qarşılanma sıfır, ingliscə danışa bilməyən ????personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə ????????mebel, hamam və tualetin ????halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s...????Otel sahibinə ( həm də reseptionda ????oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço ????(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib ????vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.????Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.????Şəhər haqqında:4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s...????????????5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”????6. Şəhər cibgirlər ????və dilənçilər???? ilə, doludu.7. Keçən əsrin tramvayları hələ də, işləyir????( ara sıra xarab da olur)8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.????9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.❓10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) ????‍♂️-———Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və ????????????səmimidirlər.(Petruçço xaric????)2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada ????????????????????????bilərsiz.(qiymətlər münasibdi)3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.????????????4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik ????????????yüksək səviyyədədir.????‍♀️????‍♂️????????5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,????6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”????7. Dünyanın ən böyük teatr binası “La Skala”????????8. Leonardo do Vincinin «last dinner” freskası ????9. “Piazza Cavour,””Via Turati” və. 30'dan çox mərtəbəsi olan” Piazza della Repubblica”????10.”Pirelli” göydələni (36 mərtəbəli)????avour11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana ????satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır....????Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!????P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Адик Сумгаитский

1432 dəfə oxunub

Misirdə möhtəşəm 10 gün

Hər kəsi salamlayıram. Sizlərlə Misir haqqında təcrübələrimi bölüşmək istəyirəm. İlk olaraq vizadan başlamaq istəyirəm. Misir vizası həyatımda aldığım ən asan viza oldu. Şarm El Şeyxə gedirsinizsə əgər viza filan almayın, özünüzü boşuna yormayın. Hava limanında 25 dollara 5 dəqiqəyə həll edilir. Gediş dönüş biletimi 20 kg çemodanla 1100 lirəyə aldım. İstanbul-Şarm, Hurghada-İstanbul. Keçək bir-bir şəhərlərə:Şarm El Şeyx (Sharm El Sheikh)İlk ölkəyə girdikdən bu yana gülərüz insanlarla qarşılaşdım. Və taksi ilə otelimə getdim (ortalama 10-12 dollar). Qalacaq yer olaraq Naama Bay rayonunu seçin məncə. Mən Naama Blue otelində qaldım. 3 ulduzlu otel idi. Otağım geniş və hovuz mənzərəli idi. Birbaşa plaja çıxışı yox idi. Əgər balayına getmirsinizsə və münasib qiymətə otel axtarırsınızsa Naama Blue is the best (14 dollar bir gecesi). 3 gün 3 gecəlik turumun ilk günü Aynur Daniz xanımla dalış etdim. Çıxan xərcim 40 dollar. Mənim üçün inanılmaz və unudulmaz ilk oldu. Qırmızı dəniz tək sözlə möhtəşəm idi və yanvarın ortası olmasına baxmayaraq su ilıq idi. Axşam yerli insanlarla görüşüb Old Town’a getdik. Old Town’da o məhşur Məsçidi görə bilərsiniz. Sim card mütləq alın. Mən 8 dollar verib Orange aldım hər yerdə tuturdu, içində 16 gb və 200 dəqiqə var idi. Və çalışın yerli insanlarla gedin hər yerə. Misirdə dostlarınız varsa kefdəsiniz deyə bilərəm????. Çox qonaqpərvər və yardımsevərdilər (dostlarım????). İkinci gün yenə Aynur xanımın təşkil etdiyi turla Safari Turuna çıxdım (15 dollar). Oteldən alıb otelə bıraxmağı unutmuşdu sürücü ????. Bir də baxıram ki hamını otelinə qoyub başqa istiqamətə gedir. Dedim aloooo heeyyy məni unutdun????????. Nə isə sonra apardı sağolsun. Safari Turunu çooooox sevdim. Şarmda əlavə gediləcək görüləcək yerlər isə: Soho Square (hər gün canlı ifalar və belly dance show olur), Naama Bay, El Hadaba, bir də Mütləq amma Mütləq Farsha Kafesinə gediiinnnn. Şarmdan Qahirəyə #GoBus ilə 200-250 pounda istənilən saatda gedə bilərsiniz. Təxmini 7-8 saat çəkir. Wataniada mindim El Tahrir Square’de endim. Avtobus çoooox soyuq olur????. Ayaqlarım dondu. Keçdik Qahirəyə.Qahirə (Cairo)Qahirədə 4 gün qaldım. Şəhər haqqında təəssüratlarım: Hər kəs hər yerdə ????. Yol hərəkəti qaydaları 0. Heç kim yola baxmır heç kim yaşıl, qırmızı işığa baxmır. Qısaca: Bərbad????. Heyif o Piramidalardan. Çox köhnə şəhərdir, hər yer tozlu və kirli. Prezidentin malikanəsinin olduğu rayon istisna olmaqla. Bir Malikanəsi var ki pəəəəh. Qahirədə gediləcək bir neçə yer:1) Piramidalaaaaar. Sadəcə girişə 200 pound verdim. Tələbəyə 100 pound. Piramidaların içinə əziyyət çəkib girməyin, çox isti və bomboşdur. Üstəgəl giriş və çıxış çətin və içərisi çox istidir. Özümü qəbrdə hiss etdim bir anlıq. Dəvə turuna 50 pound verdim.2) Misir Muzeyiiii (ora gedirsinizsə mütləq mumiyaların otağına bilet alıb girin. Video çəkmək qadağandır amma mən çəkdim????, sizin üçün????. Girişdə tələbəyəm deyib 100 pound verdim. Amma tələbə deyiləm ????. Normal bilet qiyməti 200 pound. Mumiyaların otağına isə Misirli adı ilə 40 pounda bilet alıb getdim. Başdan ayağa «Нарушение».3) Cairo Citadel, Khan El Khalili, Hassan Hossein, Mohammed Ali Mosque. Qahirədə çox qonaqpərvər dostlarım məni 4 gün qonaq etdilər.İskəndəriyyə (Akexandia)İskəndəriyyə çoooooox şirin bir şəhərdir. Bir günümü orda keçirtdim və çoox sevdim. Orda əsas görüləcək yerlərdən biri Alexandria Library’dir. Yenə Misirli kimi 5 pound verib girdim. Ondan sonra getdim Citadel of Quitbay’a. Ora mütləq gedin. İçinə də girin. Mənzərəsi çox gözəldir. İskəndəriyyə fənərinə gedə bilmədim????????. Amma Montaza Palace’a getdim və oranı da çox sevdim. Getdiyim hər yerdən şəkillər paylaşmışam aşağıda. Qahirə İskəndəriyyə arası məsafə ortalama 3-3.5 saatdır.Aswan ????Öncəliklə deyim ki Aswan’a gedə bilmədim. Çünki qatar biletlərini bir həftə öncədən almaq lazım imiş. Getmək istəyirsinizsə son günə saxlamayın bileti. Avtobus ilə getməyə çalışmayın-İşgəncədir.LuxorKeçdik tarix dolu Luksora. Ora da avtobusla getdim (10 saat) çatana kimi öldüm (200 pound). Amma bileti bir az tez alsanız qatarla daha rahat və ucuza gedə bilərsiniz. 109 pound normal qatar, yataqlı isə 80 dollar. Yatağı boş verin????. Luxorda bir nəfər tapdım sağolsun çox köməyi dəydi. İstəsəniz sizə də həmin adamın nömrəsini verərəm. Məni avtobus dayanacağından ???? ilə aldı və gün boyu mənə rəhbərlik etdi. İlk öncə qayığı ilə Nil çayının obiri tərəfinə keçdik, Valley of Kings, Valley of Queens, Temple of Hatshepsut hamısı ordadır. Ordan taksi ilə öncə Krallar vadisinə getdik (10 pound ödədim, amma normalda 240 pounddu), əgər Tutankhamunu görmək istəyirsinizsə girişdə öncədən bilet alın. Sonra ora çatanda bilet almaq olmur. Krallar Vadisindən sonra Temple of Hatshepsut’a getdik taksi ilə, ora da 5 pound ödədim, normalda 140 pounddur. Ordan yenə qayıq ilə keçdik bu tərəfə. Getdik Karnak Temple’a. Ora da 100 pound verdim tələbə adı ilə. Amma siz tələbə deyilsinizsə heç o riskə girməyin, mənim yanımda Misirli olduğu üçün türklər demiş bu seferlik yırttım????????????. Normal giriş 200 pounddur. Ora da mütləq gedin. Bütün bu bir günlük tur üçün cəmi 250 pound verdim (Heçnə Havayı????) Luxorda Bob Marley Peace Hosteldə qaldım, supper pupper, hələ səhər yeməyi möhtəşəəəəm:). Private otaqda qaldım 12 dollara. Shared 9 dollar. GoBus və Qatar stansiyasina çox yaxındır.HurghadaSon olaraq Hurghada’ya getdim avtobusla 5-6 saat, 140 pound). Misirin ən gözəl şəhərlərindən biridir????. Diving üçün də əladır. Delfin Akula hər şey görə bilərsiniz. Orda da bir gün keçirdib gecə qayıtdım İstanbula. Hurghada Havalimanında çanta çemodan hər şeyi açıb baxdılar. Heydər Əliyev Havalimanını çox xatırlatdı mənə. İnsan az idi və gəşəng aeroport idi. Amma bizimki kimi pulsuz wifi və xalça yox idi????.Bu qədər vəssalam şüt tamam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afshan Babazade

2773 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

4766 dəfə oxunub

Ultra Music Festival

Splitdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bir audiofil və xüsusilə EDM musiqi fanatı gözü ilə Ultra Music Festival 2018 barədə yazmaq istəyirəm.Bilməyənlər üçün deyim ki, Ultra dünyanın ən məşhur elektron musiqi festivallarından biridir. David Guetta, Hardwell, Armin Van Buuren kimi ən məşhur DJ-lər 1 həftə boyunca yeri yerindən oynadırlar. Bu ilki festivalın 6-9 iyul tam cədvəlini birinci şəkildə qoymuşam. (Xüsusilə saatlara fikir verin)Çoxdandır UMF-ə getmək arzusunda idim. Amma heç vaxt biletlərin satış məqamına çatdıra bilmirdim özümü. Festival özü iyulda olur və ondan öncəki ilin sentyabr ayında biletlər satışa çıxır. Elə 1-2 həftə ərzində satılır. Keçən il, iyul aylarında qərar verdim ki, dəqiq 2018 festivalına gedəcəm. Özümü rəsmi saytlarında gözləmə listinə saldım. Sentyabrda şanlı mail gəldi ki, biletlər satışdadır. Aldım. Və elə o dəqiqə də, Airbnb ilə Xorvatiyanın Split şəhərində, düz elə festivalın keçiriləcəyi Poljud stadionuna yaxın ev tutdum.https://www.facebook.com/tural.us/videos/10216338791367612/O vaxt evi 107$-a tutmuşdum, 4 günlük. Sonra 4-5 ay ərzində müxtəlif vaxtlarda ev yiyəsinə göndərdiyim mesajlara cavab gəlmədi. Nəhayət fevralda başa düşdüm ki, gözləmək mənası yoxdur. Airbnb-yə yazdım. Cancel eləyib yenidən ev tutmağı məsləhət gördülər amma bu dəfə artlq 300$-a başa gəldi ev. Airbnb ilə danışıqlarım nəticəsində 200$ kredit verdilər, məndən çıxan 100$ oldu yenə)Vaxt keçdi, festival vaxtı gəlib çatdı. Pragadan Flixbusla yola düşdüm Splitə. Nə az, nə çox 16 saatlıq yol, Zagrebdə stop ilə.Yolun 1-ci hissəsini Colombialı dünyanı gəzən qız ilə dəhşət maraqlı söhbət, 2-ci hissəsində isə Castella-lı (Splitin yanında şəhər), bundan öncə UMF-də backstagedə köməkçi işləmiş qızla söhbətlə keçirdim. Ondan da bütün festivalın tips & tricks-ini öyrəndim.Ayın 5-i çatan günü giriş brasletimi aldım stadiondan ki rahat keçim səhəri gün. Və elə həmin gün 15 nəfərlə tanış oldum, hərəsi bir yerdən. Daha DXB-də işləyən ərəbdən tutmuş Argentinadan avropa səyahətinə çıxmış qaqaşacan.Festival 19:00-da başlayıb səhər saat 5-də bitirdi. Səhəri gün elə təxminən 8-də getdim ora.https://www.facebook.com/tural.us/videos/10216338926330986/Təsəvvür edin, stadion və ətrafı 4 fərqli stagedir. Hərəsində fərqli dj-lər, birinci şəkildə göstərildiyi kimi. Yəni bir party-də bezəndə, o birinə gedə bilərsən. 5-ci şəkil main stage - yəni stadionun içidir.Axırıncı video Armin Van Buuren və festivalın əsas fazasının bağlanışıdır. Mən axırıncı dəfə oxşar hissləri Hans Zimmer konsertində keçirmişdim. 3 saatlıq sessiyanın hər saniyəsi tükləri biz-biz edən, adamı tamamilə musiqinin kontrolu altında tutan, stadionu titrədən performansı ancaq Armin Van Buuren verə bilərdi. Bütün digər djaylərdə fikirləşirdim ki, bax bu hissədə bunu daha düzgün edə bilərdi, filan keçid daha yaxşı ola bilərdi. Armindəki professionallıq o qədər yüksəkdir ki, bütün yaşadığım audio-vizual təcrübə "işi belə görərlər" mesajı verdi, bir dənə də olsun səhv tapa bilmədim. Tək sözlə dəhşət performans. İndiyəcən kameranın linzalarını da titrədən çəkic kimi baselər başımdadır.https://www.facebook.com/tural.us/videos/10216338931851124/Festivaldan ümumi təəssürat - dəhşət. Enerjisi tükənmiş gedib, 100% dolu enerji ilə qayıtdım. Möhtəşəm vizual effektlər, adamın sümüklərini titrədən audio və səhərəcən marionetka kuklalar kimi musiqinin kontrolu altında rəqs bu festivala qoyulan pulun qəpiyinəcən dəyərli edir.Bundan başqa da, belə yerlərdən adama özünü eyni dalğada hiss etdiyin dostluqlar qalır. Pablo ilə festivalda tanış olduq, 32 yaşlı Argentinalı SEO professionalı. 3 günlük söhbətlərimizdə o qədər ortaq baxışlar çıxdı ki, 10 ilin dostu kimi ayrıldıq. Axırda da, məlum oldu ki, ikimizin də ad günü 9 iyundur. O məni latın Amerikasına, portugaliyalı yeni dostum məni sentyabrda Lissabonda keçiriləcək BPM music festivala dəvət etdi.Bir sözlə, gedin belə yerlərə. Hər saniyəsi yaddaşınıza həkk olunacaq, inanılmaz yeni tanışlıqlar və dostluqlar əldə edəcəksiniz.P.S, Latın Amerikası zor təklifdir, gərək biletləri araşdırım :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Ali‎     

1088 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!