1202 dəfə oxunub

Cənubi Amerika - Boliviya bələdçisi

Boliviyadakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Təəssüf ki, səyahət edən insanların əksəriyyətində Latın və Cənubi Amerika haqqında çox pis stereotiplər formalaşıb. Bu stereotiplər əslində səyahət sferasına aid olmayan ölkələrə gedən insanlar sayəsində formalaşır. Əlbəttə bu ölkələrin kriminal keçmişi olub və hal-hazırda da var, amma əslində bu bizim eşitdiyimiz və oxuduğumuz qədər deyil. Kimsə razılaşmaya bilər amma Cənubi Amerikada olduğum müddətdə heç bir kriminal və qorxulu vəziyyətlə rastlaşmadım. Nəzərə alsaq ki, səyahətin əksər hissəsini gecələr avtobusla bir şəhərdən o biri şəhərə gedməklə keçirirdik. Hətta Boliviyaya şimalda Perudan avtobusla girib, ölkənin yarısını gəzib, Cənubdan Argentinaya girdik. Bu ölkə mənə görə C.Amerikanın ən kasıb ölkəsidi. Düzdü Venesuelada bizdəki peraşki(ət) puluna 2 gün 3 ulduzlu oteldə qalmaq olur, amma bunun səbəbi ölkədəki böhrandı.

56749191_10218917932440894_545795828271284224_o

Boliviya vizasının sərhəddə 100 usd tərləyib almaq olur. Ölkədəki böyük şəhərlərdə gəziləsi və görüləsi elə də çox yer yoxdu. Amma bu ölkələrin ruhunu, mədəniyyətini, mətbəxini məhz böyük şəhərlərdə hiss eləmək, dadmaq olur. Boliviyada dünyanın ən hündür kanat yolu (cable car), dünyanın ən böyük duz gölü və dünyanın ən hündür gölü yeləşir. Ölkə çox ucuzluqdu. Səyahəti bütünlüklə avtobusla etdik. Kiməsə lazım olsa "RedBus" app yükləyə bilər avtobus bronu üçün. Küçə alveri və küçədə şou göstərənlərlə La Pazın küçələri dolu olur. Bir neçə dəfə göstərdikləri şoulara baxıb nəsə anlamağa çalışırdım və anladığım tək şey o oldu ki, millətin gülməyə ehtiyacı var.

Ölkəyə girər girməz dünyanın ən hündür gölü olan Titikakanın (3812 m) buzlu sularında çimdik (must do siyahıda idi), La Paza gedib ən hündür cable cara mindik, əsrarəngiz, yerlə göyün birləşdiyi Uyunidə duz vannası qəbul elədik (rematizmam keçdi) və ən sonda Argentina ilə sərhəddə dünyanın ən ucuz otelində gecələdik.

56990359_10218917855198963_6499875515740979200_oVillazonda cəmi 3 otel var, ən bahalısı səhər yeməyi daxil 7 usd idi. Səhər yeməyi barədə ayrica post yazacam????. Argentina, Peru, Boliviyanı gəzdikdən sonra o qədər çox bu ölkələrə vuruldum ki, bu stereotiplərin, forumlarda olan "gedmiyin" tipli rəylərin niyə dəyişmədiyini anlamağa çalışıram. İnkişaf etmiş ölkələrdə bəli sivilizasiya var, bəli mədəniyyət var, tarix yalnız bina fasadlarında qalıb, ölkələrin ruhunu hiss etdirən heçnə qalmayıb, amma bu ölkələrin ruhunu təyyarədən enəndə artıq hiss eləyirsən, tarixi tək bina fasadlarında yox, insanların üzlərində hiss eləyirsən. Bunu da göznən görmək və hiss etmək üçün forumları oxuyaraq getməkdən imtina etmək yox, əksinə pis stereotipləri qırıb bu ölkələrin içinə dalmaq lazımdır.

56835698_10218917939921081_587725390663909376_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Agazade Rasim 

DİGƏR BLOQLAR

2022-ci il Roma Səyahəti

Roma səyahətimizRoma şəhəri tarixi şəhərdir, addım atdığınız və ya başınızı çevirdiyiniz hər yerdə tarixi binaları görmək mümkündür.Biz bu şəhəri cox sevdikRoma seyahətindən sonra ən cox gələn sullar arasinda uşaqla gəzmək çətindimi oldu?sualin cvbin postun sonunda qeyd edəcəm.Roma seyahetini uşaqla asanlaşdırmagın yollari.•Ilk etdiyim havaya baxib ona uygun geyimlər götürmək oldu və açıq rengli geyimlər götürməyə çalışdım uşaqlar gözdən tez itir•Uçuş saatını günorta saatlarinda götürmək hayat kurtarir uçuş zamanı oglum günorta yuxusunu yatdi elə qucagimda.Teyyarə yerə enəndə yuxusunu alib şəhəri kəşf etməyə hazir olaraq oyandi •Yol üçün yanimiza snack götürdüm(balaca kekslər və s.) elavə olaraq balaca termos ve yeməyi isti saxlayan termos qabda götürdüm.Bu sayədə teyyarədə restoranda uşaq üçün su daima yanimda oldu və restoranda yemək yemədiyi zaman yeməyi içinə qoyaraq ac oldugunda yenidən isti halda teklif edə bildim.•Sevdiyi oyuncaglarin yanimda götürdüm rəngli karandaş dəftər və lego.Bu sayədə teyyarəni gözləyən vaxti və axsamlar oteldə darixmadi•Roma şəhərində görməli yerlərin çoxu mərkəzə yaxin olduqu üçün otelimizidə burda götürdük, və heç bir nəqliyyatdan istifadə etmədən Colosseuma Vatikana və bir cox yerə eyaqla getdik oglumda yol boyu etrafi keşf elədi.•Yüngül seyahət kinderwagen( kaleska) mütləqdi .Teyyarəyə minmədən rahat qatdalayıb verib cixandada rahat təslim aldiq,yüngül olduq üçündə Romanin daşlı yollarinda belə rahat sürdük.•Romada hər küncdə pizza pasta və doldurma var.Mənim oglumun tək yediyi dondurmanin vaflisi olsada usaqların sevdiyi yeməklərlə zəngin mətbəxi olduqu üçün usaqla seyahət etmək üçün uygun şəhərdi Roma•Müzeylərə bilətləri əvvəlcədən alaraq və səhər saatlarda gedərək növbədə çox gözləmədik•••Bəli uşaqla seyahət çətindi uşaqla daha az və daha yavaş səyahət edəcəksiniz.Amma geriə baxanda yigilmiş bol bol gözəl xatirələr şəkillər və ona danişmaqa hekayələriniz olacaq.En vacib qayda isə məncə səyahət müddətində səbirli olub evdəki bütün qaydalari unutmaq idi .Istədiyi vaxti oyandi yedi və yatdi . və sonda xoşbəxt oldugumuz anlari sevdiklərimizlə bölüşmürüksə ,nə mənası varki:)helə bu övladimizdisa.Bəs siz uşaqla seyahət etməyi seçirsiz yoxsa uşaqsız ? https://instagram.com/gunay_krgr?r=nametagPaylaşan: Günesch Kroeger

225 dəfə oxunub

Misir bələdçisi - Şarm əl-Şeyx

Şarm əl-Şeyxdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salamlar Gəzəyənlər və Gəzməyənlər.* Şarm Əl Şeyx 1Sizə səyahətimi bugün 17 avqust 2019 tarixində bitirdiyim çox qalmaqallı Misir səfərimdən qısaca **yazmaq istəyirəm. İlk dəfə belə bir post paylaşacağım üçün səhvlərim ola bilər, gəncliyimə verin ????Belə ki, 1 ay öncə Şarm əl Şeyx şəhərinə viza olmadığını öyrənər-öyrənməz həmən sevincək Pegasusdan bilet aldım. İstanbuldan gediş dönüş 1236 TL. Hazır Qurban bayramıdı, işdən də 2 gün illik iznimdən alıb 1 həftə qəşəycə istirahət edər, həmdə II Dünya möcüzəsi piramidaları görmüş olaram (Tac Mahaldan sonra) dedim özüm özümə!Almağına aldım da bileti , sonradan bütün olaylar başladı, belə ki mütləq viza lazımdı deməyə başladı hamı. Qaldım necə edim. Ən salamatı sənədlərimi yığım gec olmamış səfirliyə gedim dedim. Çətinliklə də olsa Türkiyədəki səfirliyin qəbuluna düşdüm. (Səfirlik Bebek’de yerləşir, Beşiktaşdan dolmuşlarla gedə bilərsiz). Amma mənim viza alma məsələm yatdı, TC oturumunun bitişinə ən az 6 ay qalmalıdı , zatən 4-5 ay viza gözləyənləri görüb bu iş olmaz dedim. (Türkiyə ilə biraz siyasi problemlərindən dolayıdı deyilənə görə).Azərbaycandakı Misir Səfirliyinə zəng elədim, ordan da dedilər ki , əgər uçduğun aviaşirkət sənin uçuşdan saxlamayacaqsa Şarm əl Şeyxə gedə bilərsən (yəni biz qaranti vermirik)Şok olmuşdum biraz haydaa , kimsə dəqiq məlumat vermirdi. Hətta bir neçəsi gedib aeroportdan geri deport olduqlarını deyirdilər. Çoxu da tur şirkətlərində işləyənlər -vizasız Şarma keçə bilməzsən, keçsən belə başqa şəhərlərinə milyon faiz keçə bilməyəcəyimi əminliklə bildirirdilər. Heç anlaya bilmirəm bu sırf tur şirkətlərinin qazancı üçün idi mi? Çünki turla gedərsən və ya mütləq Bakıdan və ya Gürcüstandan uçan turizm üçün nəzərdə tutulan təyyarə ilə uçsan problem olmaz, başqa ölkələrdən uçsan yenə geri qaytaracaqlarını iddia edirdi kimə soruşurdumsa.Nə də Misir səfirliyinin saytında dolğun məlumat tapa bilmirdim.Əl qərəz çarəsiz Babək’in 100/95 negatif rəylərnən uçuş günü gəldi çatdı.Amma görün deyilənlərin hər hansı biri gerçəkləştimi heç?!11 avgust Sabiha hava limanından heç bir problemsiz Şarm əl Şeyx şəhərinə uçuşumu elədim. Təyyarədə immiqrasiyon blankımı alıb hava limanında (forumlardan öyrəndiyim kimi ) doldurdum (özünüzlə qələm mütləq götürün).Viza üçün ödəmə kassasına yaxınlaşıb 25$ qarşılığında “nakleyka” tərzi vizamı aldım və pasportuma yapıştırdım. Sonra sıraya durub passport kontroldan heç bir sorğu sualsız çox rahat keçdim .(Şarm əl Şeyx üçün gedirsizsə, əgər Sinai yarımadasınnan çıxmayacaqsızsa immigrasiya blanka “Sinai only” yazın. Və hərhansı ödənişə, vizaya gərək yoxdu.) Kontroldan sonra məncə mütləq elə hava limanında sim kart almalısız. 3-4 operator var. Mən 10$ qarşılığında (Etisalat operatoru) 18 gb internet + 300 dəq danışma aldım. Misirin təyyarə biletləri satılan saytından 50$ qarşılığında Qahirəyə biletimi online aldım (kassadan 2-3 dəfə ucuz).Və sonrakı günlərdə Qahirə daxil heçbir problemsiz Misirin 5 böyük şəhərlərində oldum...Davamını da yazacam inşallah əgər istəsəz . Muzeylərin qiymətləri, turlar, taxi, ulaşım, market və s barəsində. Bu yazımı da səbirsizlikdən təyyarədə yazıram :)).. Deməyim odur ki, hər deyilənə inanmayın , səyahət edin bol-bol .Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babək

3058 dəfə oxunub

Fironlar diyarı - Misir bələdçisi (I hissə)

Yeni ildə hər kəs soyuq havası və qarı olan ölkələri tərcih etdiyi halda mən qərara aldım ki Misirə gedim :)Qeyd edim ki, bu postda uzun olmasın deyə ancaq səyahət etdiyim yerlər haqqında yazacam. (dedi və uzun alındı????)Sonra isə yemək və digər məsələlərdən danışacam.Niyə bəs Misir desəniz cavabım bu olacaq ki, hər zaman sənədli flimlərdə gördüyüm o tarix mənə maraqlı gəlirdi. Gözlərimlə görmək istəyirdim ki, görəsən dedikləri kimi varmı?Demək Qahirəyə uçuşumu Tbilisidən etdim. Tbilisi - Afina - Qahirə 143 euro (Bileti tez alsaydım daha da ucuz bilet tapardım.)Qahirəyə səhər saatlarında çatdım yorğun olduğum üçün otelə çatıb birbaşa yatmaq qərarına gəldim.Otelim şəhər mərkəzində olduğu üçün axşama doğru şəhəri gəzməyə başladım. İlk qarşılaşma – küçədə rəsmən xaus var. Şəhər mərkəzində çox az sayda dediyimiz piyada keçidi var. Ona isə məhəl qoyan yoxdur. Qırmızı işıq, yaşıl işıq və yaxud digər işıqlar anlayışı nisbi xarakter daşıyır. İşıqdan fərqli olmayaraq maşınlar və piyadalar eyni vaxtda hərəkət edirlər.İkinci gün isə Gizaya və Sakaraya səyahəti planlamışdım. Bunun üçün taksi danışdım, iki nəfər 25 dollar səhər saat 8-dən saat 5-ə kimi bizimlə oldu. Gizaya ordan Sakaraya apardı gözlədi və geri gətirdi.İndi isə gəlim ilk və son “loxlanmağıma”Pramidalar olan əraziyə dəvə ilə səyahət etmək istədik. Allahın dəvəsi bizə 100 dollara başa gəldi )) hələ 150 deyirdi guya mən özlüyümdə endirim etdim. Amma siz aldanmayın. Çünki turist görən kimi, qiymətlət 10 dəfəyə qədər qalxa bilir. Ona görə maksimum endirim edin. 50 dollara qədər qiyməti endirməyə çalışın)Hardasa 2 saatdan bir az çox çəkdi pramidaları gəzmək, əlbəttə ki, şəkil çəkdirmək Böyül Sfinks heykəlini görməyimiz və geri qayıtmağımız. Onu da deyim ki, 100 dollara əraziyə giriş biletləri də daxil idi. Nəysə, Giza və Sakara bizə 175 dollara başa geldi ))Burdan sonra isə Saqaraya getdik. Burdakı muzeyə baş çəkdik. Yenə pul ödədik içəri girmək üçün. Amma məsləhət görərdim ki, Saqaraya getməsəz də olar. Çünki Qahirə muzeyində orda gördüklərinizdən ən azı 20 dəfə çox şey görə bilərsiniz.Amma Gizaya özünüz də gedə bilərsiniz. Qahirədən metro xətti gedir Gizaya adam başı heç bir dollarda etmir. Ordan isə ayaqla və taksi tutub 2-3 dollara Pramidalar olan əraziyə gedə bilərsiniz.Sonraki gündə isə planda Qahirədə yerləşən Qahirə Muzeyi idi. Mütləq bura baş çəkin. Möhtəşəm tarixlə üz-üzə olacaqsınız. Adambaşı isə giriş 120 Misir poundudur. Dollarla hesablamaq istəsəniz 16-ya bölün. Bu girişdə bir pulsuz mumiya görə bilərsiniz.Əgər daha çox mumya görmək eşqiniz varsa mumiyalar olan otağına girməlisiniz və buna görə 150 pound da ödəməlisiniz.Daha sonra isə səfərimiz Misirin ən böyük şəhərlərindən biri olan və Aralıq dənizinin masmavi dənizi kənarında yerləşən Alexandria şəhərinə idi.Travel ganetliyi bizə təklif elədi ki, 100 dollar verin sizi aparaq gözləyək sonra isə gətirək. Təbii ki, ikinci dəfə loğlanmaq istəməzdim)) Buna görə 2-ci klass qatarına bilet aldım. Qatar 2 saat yarıma gedir və 4 saat qayıdır. Adam başı isə gediş - dönüş cəmi 140 Misir poundu. (8 dollar 75 sent) Yəni isə 100-150 desələr də siz onun 17 dollara edə bilərsiniz :)Alexandriada mütləq getməli yerlərin siyahısını yazıram.- 1477 ildə tikilmiş Citadel of Qaitbay qalasına gedin. Giriş adam başı səhv etmirəmsə 70 pound idi.- Bundan sonra isə Bibliotheca Alexandrina baş çəkin. Bu kitabxanada 8 milyon kitab saxlanılır. Adam başı giriş isə 70 Misir poundudur. Bir də dəniz kənarı bulvarında gəzə, qayıq turları edə bilərsiniz.İndi isə gələk böyük qardaş Tutankhamon, Ramzes ailəsinin və digərlərinin basdırıldığı Luxor səfərinə.Bu şəhər Qahirədən 680 km cənubda yerləşir. Tur götürsəniz sizə adam başı 450 dollar civarında başa gələ bilər. Biz yenə qatara bilet aldıq. 2-ci class.(1-ci klass qatar isə gediş gəliş 800 poundur) Əlavə edim ki, qatar 9 saat yarıma gedir bu yolu. Gediş dönüş bileti 460 pound etdi. 29 dollar. Axşam qatara mindik və səhər saat 8-ə işləmiş Luxorda idik. Çay içib getdik Valley of Kings-ə. Əraziyə giriş biletimizin pulu, çay, hədiyyə almaq, şəhərdə fayton gəzintisi yemək-içmək bizə başa gəldi 100 dollar.Maraqlı olsa yeməklər, insanlar və digər maraqlı şeylərdən gələn postda yazacam :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asim Celilov

2535 dəfə oxunub

Yaponiya bələdçisi

Hamıya Salam.YAPONİYA sevər gəzəyənlər :) Uzun vaxtdır yazmaq istəyirdim amma səyahətlər, dərs, iş- güc heç vaxt olmadı. Havalar isinir Yaponiyaya səfər planı hazırlayanlar bəlkə də çoxdur mənim kimi ???? Ona görə sizlərə gəlsin bu yazı☺️1) Vizanı necə aldım?Travel şirkəti vasitəsiylə 100 euro pul ödəyərək, 1 aylıq viza aldım və 28 gün qaldım.2) Bileti hardan ucuza necə ala bilərik?                                                                              Skyscanner saytından bilet qiymətlərinə baxa bilərsiniz. Mən Moskva-İrkuts-Tokio (Narita) olaraq aldım 350$ aldım tək gediş. Səyahətə 10-15 gün qalmiş aldım bileti ama bileti aldığım ay başqa günlərə 235$ biletlər var idi. Gediş dönüş alsanız 400 dollara yaxın tapa bilərsiz bilet.3) Ən ucuz variant necə qala bilərik otel, hostel qiymətləri necədir ucuz ve normal şəraitli yer hardan və necə tapıla bilər?Otel və hostellər küçə və adreslərinə, bron edəcəyiniz günlərə görə dəyişir qiymətləri. Bunu booking.com, airbnb saytlarından gedəcəyiniz tarixə və otel, hostel, evlər seçimi edərək qiymətlərə baxıb öyrənə bilərsiniz. Ən ucuz variant isə hostel olacaq ki çox təmiz, təhlükəsiz və həqiqətən də konfortludur Yaponiya hostelləri.4) Pulsuz qalma yolları varmı?Bəli var. Pulsuz qala bilər, yeməyiniz içməyiniz pulsuz ola bilər. Hətta pul da qazana bilərsiniz. Bilməyənler üçün sadəcə Google-da bu saytlar haqqında axtarış etməyiniz bəs edər .Bunlardan 1)Helpx.net 2)Couchsurfing.com 3)Workaway.info5) Təhlükəsiz yerdimi? İnsanları necedir? Təbiəti necədir?Yaponiya və yaponlar demək olar ki mənim gözümdə bütünlüklə olaraq deyil də 95% qarşıma çıxanlar, gördüklərim, və təcrübəmə dayanaraq deyə bilərəm ki (ən təmiz, təhlükəsiz ölkə və çox mədəni, tərbiyəli, işini düzgün görən, çalışqan, utanğac millətdir.) Addım başı gözəl mənzərələri, yaşıllıqları, meşələri, parkları, üzü güllü - çiçəkli sarmaşıqlara bürünmüş binaları, təbiəti necə sevdiklərini və qoruduqlarının şahidi oldum. Şəhərdə yol qıraqlarında insanlarin sıxlıq olduğu yerlərdə zibil qabı demək olar ki yoxdur. Sadecə marketlər görə bilərsiniz ki onların yanında balaca zibil qabları olur. Yerləri asfaltları tər-təmiz. Ve oturduqlari vezifeten gordukleri isden asli olmayaraq, stresli is rejimlerinden asli olmayaraq cox guleruzduler ve yardimseverdiler. Bir cox olke gezdim ama bele yuksek derecesindekini sadece Yaponyada gordum. 2 qrup bir birine girdikde polis dubinkayla yox iceri aparmaqla yox qucaqlayib sakitlesdirib ayirmaqlarini gordum:) ve gece yarisi cox yuruyusler eledim yaxinli uzaqli mesafelere ve cox tehlukesiz olkedi(elbette dunyanin her yaninda qelbi emeli niyyeti pis insanlar var mekanlari yerleri var) ama gorduyum o olduki is geyiminde kolistuk cantali yol kenarinda gece yari icib keflenib yatan beyler ve isden cixib dostlariyla icib ama eve getmeye taqeti qalmayib divara yaslanib yatan bir cox xanimlar ve yerden ogurlanmayan telefon ve cantalari, ve onlara donub baxmadan yolarina geden yaponlar tebi halmis kimi:)Ingilizce cox az Yapon bilir ama Buna baxmayaraq yolda adres sorusduqda qabaqa dusub hecne demeden gule gule goz gozede geldikde hele usdelik sorry sorry deyen ve unvana chatana qeder menle gelen gozel millet dir Yaponlar☺️6) Yeyib icme, alisverisMene gore Yapon larin maasina nezer yetirersek qiymetler eladir. Isder pal paltar olsun Isder elektronikasi olsun Isder masin qiymetleri isdersede yeyib icmeleri Mene gore cox ucuzdu(yaponlarin maasina nezeren) elbet bahali mekanlarida varki bir cox Yaponlar bele bu mekanlara getmir. Orta tebeqe insan ucun cox gozel qiymetlere cox sey El catandir. 4-5mertebeli 100yen (1$)shoplarda bizde tapa bileceyiniz 15-20 manatliq seyler bele orda 1 dollara tapa bilersiniz. 99%mehsulari 100 yendir. (hediye almaq isteyenlere meslehet gorurem seherden basqa mekanlardan alacaqinz 5-15$suvinirleri, 10$satilan adaptirlari, 100 yen dukanlarindan 1 dollara Ala bilersiniz. Google de axdaris etseniz qabaqiniza bir cox shop adresi ve adlari cixacaq. 2 El magazalarinada baxa bilersiniz(book of) teze mallardan secilmirler cox temiz mallardi ne isdesez tapmaq olar ucuz ve uygun qiymete esasende telefon, fotoparatlar, musiqi ve oyun oynamaqi sevenler ucun ela mekandir oyun diskleri aparatlari ne axdarsaz var???? Eger gordunuz yoruldunuz gedirsiz addim basi qarsiniza cixacaq Marketlerine(Lawson, Family mart, 7Eleven) free wifi,yemek aldiqda isidib yemeyinizi ele markete ciyaz oturub rahat yeye bileceyiniz stol stulari, ve tualetleri vardir oturub yeyib icib dincelib tel zaryatkanizida fulladiqdan sonra Rahat gezinize qaldiqinz yerden baslaya bilersiz????.Men Yaponyani qaris qaris gezmek isdeyirem:) heleki Tokyo, Yokohama, Kyoto ve Osakada oldum. Ve gezginlere Tam meslehet gorurem bu mekanlari gezib gormeyi. Tokyo Yokohama bir birine Cox yaxindi. Kyotoylada Osaka bir birine yaxindir. Tokyodaki hostel qiymetine Osaka ve Kyotoda tek neferlik otel otaqinda qala bilersiniz yani En bahali seherleri Tokyo dur. Ama her tebeqe gezginlerin imkanina gore Tokyoda uygundur. Cox sey yadan cixib boyuk sefim o olduki getiyim gorduyum yerlerin qeydini tutmamaq uzerinden vaxt kecdiyi ucun bircox sey yadan cixib demek olar ama kimlerse nese elave etmek isdeyirse fikirlerini boluse bilerler????Kimlerin ne suali olsa buyurun yaza bilersiz. Herkeze bol sans ve ugurlar☺️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bayram Verdiyev

2725 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!