1376 dəfə oxunub

Əndəlüsün qədim şəhəri - Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.68438572_2659703074062794_6375959859505922048_o
Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.

67947374_2659702080729560_6425932834787033088_o

Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.

68494023_2659703334062768_5109732852728070144_o

Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi ????

Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər ????
*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.

68634550_2659718784061223_5798468207677276160_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Balash Mirzabey

DİGƏR BLOQLAR

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

3464 dəfə oxunub

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.Bakı-Tiflis(12 azn)Tiflis - Kutaisi(10lari-7 azn)Kutaisi-Wroclaw (Wizzair 9 eur)Wroclaw-Warsaw (Flixbus 3 eur)Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)Warsaw-Budapest (Wizzair 9 eur)Budapest-Bakı (Wizzair 29 eur)Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eurVarşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..Vroclav - Balaca heykəllər şəhəriQədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu‎ 

1371 dəfə oxunub

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

2324 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

2241 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!