1892 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 2)

Part 2. General Expenses & Interesting facts #Seychelles #Africa #Seyseladalari
 
Əzəmətli məxmər örtüyə büründüyü yam-yaşıl dağların firuzəyi-sapfir rəngli sulara qarışdığı eyni zamanda zümrüd rəngli meşələrin içinde yoxa çıxdığı, başı duman buludları ilə örtülmüş nəhəng qayalar və fotogenik qranit silsilələrin, nəhəng tısbağaların olduğu və özünəməxsus hind qozunun (kokos) bitdiyi yeganə coğrafiya -- Seyşellər şübhəsiz ki, Hind Okeanının yeganə və nadir ada ölkələrindən biridir. Bugün də Seyşellərdən danışacağıq.
 
 
70216699_2553171498080120_1845036431882321920_n
 
 
Bugün sizə Seyşel adalarının mətbəxi, supermarket və gündəlik xərcləriniz, ekzotik meyvələri və palması Coco De Mer haqqında danışmaq istəyirəm:
Seyşel adalarının ən yaşlı canlısı 'Esmeralda' adında nəhəng tısbağadır. Deyilənə görə 300 yaşı var. Onu görmək üçün xüsusi icazə alınmalıdır. Adalarda digər yaşlardakı tısbağaları hər yerdə görmək mümkündür, belə ki burda yaşayan canlılar ümumiyyətlə digər yerlərlə müqayisədə nəhəngdirlər. Ömrüm boyunca yarım metr uzunluqda soxulcan görməmişdim, Seyşellərdə gördüm.
 
Seyşellərdə nə yeyilir? Mətbəxi necədir, mütləq önərdiyiniz nələri yeməliyik?
 
Sizə tanış gəlməyən hər bir yeməyin/desertin/meyvənin dadına baxın.
Seyşelin yerli mətbəxi olduqca zəngin olan bir ölkədir. Belə ki, Fransız, Ərəb, Afrika, Hind və İngilis yemək mədəniyyətlərinin cəmi Seyşel mətbəxini yaratmışdır. Bir ada ölkəsi olduğundan təbii ki yerli yeməklərinin böyük bir hissəsini dəniz məhsulları təşkil edir. Kari ve plov da Seyşel yemək mədəniyyətinin bir hissəsidir. Restoranlarda dəniz məhsulları yemək sizə kifayət qədər xərc deməkdir. (380 rupi adambaşı təxminən, takeaway-lərdə daha ekonomik qiymətə 100-300 rupiye almaq olur)
 
 
71106378_2550272698370000_7884900824004952064_o
 
 
İstənilən dəniz məhsulunu ən yaxşı halda Viktoriya bazarından alıb evdə bişirib, laym və yerli Takamaka Romu və ya SeyBrew (yerli pivə) ilə çox normal qiymətə başa gətirib nuş edə bilərsiniz. Digər adalarda da kiçik bazarlardan alış-veriş etmək mümkündür. Əlavə olaraq onu deyim ki, balıq yeməyən adam kimi qaldığımız 14 gün müddətində hərgün dəniz məhsulları yedim, ömrüm boyu elə dadlı balıqları heçbir yerdə yeməmişdim. ????
 
Ağız dadları bizimkilərdən tamamilə fərqlidir. Məsələn, 3-cü böyük adada qalanda (La digue) bizi alman dostumuz qonaq çağırmışdı, bizə "apple pie və Bamkuxen" etmişlərdi, un əvəzinə kartof püresi vurulmuşdu, təsəvvür edin puredən hazırlanmış tort yeyirsiniz. Dadı heç də pis deyildi.
 
Axşama doğru, bütün evlərdən .am yeməyi saatlarında baharat və sarımsaq qoxuları küçələrə axır və sizi rəsmən acmağa məcbur edir. ????
Curry (kari) və hindistan qozu yeməklərdə çox istifadə edilir. Adaya xas ekzotik meyvələrdən almanın 5-6 ekzotik növü var, eləcə də bananın. Asiya ölkələrində rast gəlinən tropik meyvələr burda da bitir. Bir çox yerlərdə rast gəlinməyən "natural viaqra" adını almış, üfunət iyli noni adında bir meyvə də var. Bu meyvəni bazarda tapmayacaqsınız, ağaclardan özünüz dərə bilərsiniz.
 
 
70783855_2553168984747038_8943063620506353664_o
 
 
Sizə yalnız Seyşellərdə bitən 2 qeyri-adi tropik ekzotik meyvələr haqqında danışmaq istəyirəm : Onlardan biri Coco De Mer'dir.(Butt nut)???? Şəkildən görəcəksiniz ki, bu meyvə qadın genital (woman's buttock) formasındadır, bunun erkək forması da kişi genital formasindadir (The world's longest male flower rəsmi adı belə gedir), onun da şəklini paylaşıram, uzunluğu 1 metrə qədər ola bilir. ???? Olduqca bahalıdır.???? Haqqında internetdə oxuya bilərsiniz. Qısa onu deyim ki dünyanın ən böyük kokosu/qozu sayılır. (World’s biggest nut), çəki 15 -30 kg-a qədər, hətta 42 kg rekord həddə çatmış olanı da olmuşdur. Almaq və dadına baxmaq istəsəniz Praslin (Pralin kimi oxunur) adasına getməlisiniz, qiymətlər 5000-7000 Seyşel rupisidir. (1 Usd - 14 rupidir, 1 Avro- 16 rupidir.)
 
 
70392644_2550274798369790_7528536473943932928_o
 
 
Digər bəhs etmək istədiyim meyvə "çörək meyvəsi" (bread fruit) onun haqqında mistik bir inanc var, ənənəvi bir şəkildə odda bişirilir. Bişirildikdən sonra duz və kərə yağı ilə turistlərə təqdim edilir. Labrin bazarında təşkil olunan food festivallarında kartof fri kimi və ya çips kimi də görə bilərsiniz, inanca görə əgər bu meyvəni yeyirsinizsə, şübhəsiz yenidən oraya qayıdacaqsınız. Şəklini paylaşıram.
 
 
71183378_2553185211412082_4407059001758449664_o
 
 
İndi isə xərclərə nəzər yetirin :
Daha öncələr dediyim kimi : Seyşel adaları olduqca bahalıdır. Bunu öncədən bilərək Seyşellər turu planlamanızı edin. Nə qədər bahalı desəniz :
 
  • Avtomobil kirayəsi : Günlük 40-50 Euro
  • Benzin : 26 Rupi
  • Ətin kilosu : 20-25 Euro
  • Su altı yürüyüşü vs aktivitələr : 60-80 Euro
  • Seyşeldə 1 litr su 15 Rupi (Mahe, digər adalarda 18 - 20 Rupi)
  • 4 ulduz otel : 2 nəfərlik 150-250 Euro. Guesthouse’lar və 1 ulduz otellər 75 Euro
  • Biznes lunch menyusu (içki daxil olmaqla) 280 Rupi
  • Fast food restoranında Big Mac Yemək və ya uyğun sendvic) 147-200 Rupi
  • 500 qr toyuq filesi 58 Rupi
  • 1 litr tam yağlı süd 40-50 Rupi
  • 12 yumurta 50 Rupi
  • 1 kq pomidor 77 Rupi
  • 500 qr pendir 136 Rupi
  • 1 kq alma 54 Rupi
  • 1 kq kartof 45 Rupi
  • Supermarketdə 0,5 l yerli pivə 54 Rupi
  • 1 şüşə qırmızı süfrə şərabı şərab maqazinlərində (Fransız) 170 Rupi
  • 2 litr Coca-Cola 56 Rupi
  • 2 nəfərlik çörək 29 Rupi
  • Kirayə mənzil 85 m2 TƏMİRLİ 27.813 Rupi
  • Kommunal xidmətlər, 1 aylıq (istilik, elektrik, qaz ...) 85m2 mənzildə 1,127 ₨ 2 nəfər üçün
  • 1.5 GGBYT İnternet : 299 Rupi. Ayrıca 100 Rupi de xətt haqqı. (Airtel firmasını tövsiyyə edirəm.)
Gördüyünüz kimi, Seyşellər heç də ucuz deyil. Günlük olaraq, adambaşı ən az 70-100 Euro xərclərin gündəlik gedəcəyini nəzərə alın.????
 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aksana Kaiser

 
 

DİGƏR BLOQLAR

İspaniyanın ruhu - Madrid bələdçisi

Dedim, karantindir, darıxıb edərsiz – oxuyun, vaxtınız getsin ????Madridin real üzüTurist olma, sakin ol, zövq al, əylənİspaniya deyəndə, çoxlarının ağlına Barselona gəlir. Bir ağızdan “mütləq Barselonanı gör”, – məsləhəti verirlər. Sözü Madridin üstünə gətirəndə, bu dəfə də “standart, darıxdırıcı şəhərdir”, – sözlərini çox eşitmişəm. Mən isə deyirəm ki, həm Madridi, həm də Barselonanı görmək lazımdır. Eləcə də imkan varsa, Girona, Qranada, Seqoviya, Toledo, Valensiya və s. şəhərlərini.Bu gün sizə Madriddən danışacağam ????Bəlkə də, sevimli futbol klubum “Real Madrid”ə görədir, bilmirəm, Madridə xüsusi simpatiyam var. Bu arada, Madridi gəzmək üçün 3 gün yetər və artar.Bakıdan Madridə – 93 avroya“Wizzair”lə Bakıdan Budapeştə 45, Budapeştdən Madridə 48 avroya uçdum. Evdən səhər saat 5-in yarısı çıxmışdım, Madridə gecə saat 11-də çatdım. Tutduğum otel şəhərin mərkəzi küçəsi “Gran Via”da (böyük yol deməkdir) idi. 3 gecəsinə 78 avro ödəmişdim. Tapmaq çətin olmadı. Küçənin adı ilə eyni olan “Gran Via” Metro Stansiyasında endim. Stansiya çıxışından 30-40 addım irəlidə idi.Ya bəyənməsəm?Yol boyu içimdə qəribə hiss vardı. Ya bəyənməsəm? Yuxu gözümdən tökülsə də yatmadım. Bir az dincimi alandan sonra düşdüm şəhərin “canına”. “Gran Via” küçəsinin gecələr çox gözəl işıqlandırıldığını səyyahların qeydlərindən oxumuşdum. Həqiqətən də möhtəşəm idi. Yaxın ətrafı gəzəndən sonra ispanların “Tapas bar” adlandırdığı kiçik kafelərdən birində oturdum. Unlanmış kalmar qızartması ilə ləzzətli sangriyanın (şərab növü) dadına baxdım.Turist kimi yox, şəhər sakini kimi davran, zövq alMadridin necə şəhər olmasına keçmədən öncə, burada özünüzü qonaq kimi yox, 2-3 günlük də olsa, şəhər sakini kimi aparsanız, daha çox ləzzət alacağınızı demək istəyirəm.Madrid İspaniyanın ən qaynar şəhərlərindən biridir, paytaxtıdır. Düz şəhərdir, velosiped üçün əlverişlidir. Düzdür, Amsterdam kimi velosiped mədəniyyəti yoxdur, amma orada pedallamaq Bakıdakı kimi çətin də deyil. Şəhərin ortasından Madridi 2 yerə ayıran Manzanares (ispanca Ribera del Manzanares) çayı keçir. Əvvəllər məskunlaşma daha çox çayın ətrafında olub. Ancaq getdikcə şəhərin mərkəzi yerini dəyişib. Bu gün çay şəhərin aşağı hissəsində itib-batıb.Haraları, necə gəzək?Madridin yaxşı cəhətlərindən biri də gəzilib-görülməli yerlərinin bir-birinə yaxın yerləşməsidir. Bir gün ərzində heç bir nəqliyyat vasitəsinə pul xərcləmədən şəhəri piyada gəzə bilərsiniz.Vaxt azdırsa, “Hop-on,Hop-off” turist avtobuslarından da istifadə etmək olar. Mən etmədim, həm baha, həm mənasız bildim. Əslində, bu turist gəzdirən avtobuslara özlüyümdə “peşmançılıq” adını vermişəm. Avtobusda gəzənlərin peşman olduqlarını düşünürəm. Onlar ya gözəl şəhərləri gənc vaxtı gəzməyib, 50-60 yaşından sonra gəlib, vaxtında gəlmədikləri üçün peşman olanlar, ya da bu şəhərə 1 gün ayırıb, piyada gəzməyə vaxtı qalmayanlardır – deyə, düşünürəm ????Bu fikrin məntiqli olduğunu iddia etmirəm.Madridin və İspaniyanın ürəyiMadridi gəzməyə “Puerta del Sol” Meydanı ilə başladım. Bura həm Madridin, həm də İspaniyanın mərkəzidir. Giriş qapısı, İspaniyanın ürəyi də adlandırırlar. Nə vaxtsa AzTV-də “Madrid dağılır, camaat ayağa qalxıb” – xəbərinə rast gəlsəniz, bilin ki, insanların etiraz aksiyası keçirdikləri yer “Puerta del Sol”dur. Ta qədimdən etiraz aksiyaları bu meydanda keçirilir. Buradan yeriyərək “Plaza Mayor” (böyük meydan) deyilən yerə gedə bilərsiniz.Üzlərindən xoşbəxtlik, sevinc yağan turistlərQırmızılı, köhnə binalarla əhatələnmiş, böyük, dördbucaq meydan keçmişdə ölüm cəzası verilmiş insanların asıldığı, başlarının kəsildiyi yerdir. Hər cür toplantıların keçirildiyi bu yerə “edam meydanı”da deyirlər. Elə havasının ağırlığı da keçmişdən gəlir deyəsən. Burada siz ispanların milli geyimlərində fotolar çəkdirə, tarixi restoranların birində ətrafa qoxusu yayılan kofedən içə-içə meydanda şəkil çəkdirən, üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər və onları turları ilə tanış edən tur rəhbərlərini izləyə bilərsiniz. Meydanın ətrafındakı rəssam və heykəltaraşlar əsərlərini nümayiş etdirir. Bəyəndiyinizi alıb ölkənizə apara bilərsiniz.Kral sarayından başlayan böyük yol“Plaza Mayor”dan üzü aşağı düşəndə qarşınıza “Royal Palace” (kral sarayı) çıxacaq. İçərisinə giriş bileti təxminən 12-15 avroya idi (yadımda qaldığı qədərilə). Saraydan aşağıya doğru addımlayıb “Gran Via” küçəsinə çıxdıq. Madridin ən önəmli yoludur. Küçənin sağ-solunda bildiyimiz məşhur geyim mağazaları, şirniyyat, kofe məkanları, restoranlar var. Yerli insanlar bu yolda ehtiyatlı olmağı məsləhət görürlər. “Hər an çantanızı alıb qaça bilərlər”, – deyirlər. Bu küçədə həm də ən məşhur “Flamenco” (ispan rəqsi) klubları var.Velosipedlə yoxsa piyada?Madridə getmişkən mütləq “Buen Retiro Parkı”na da baş çəkin. Buradakı süni yaradılmış göldə katamaranla gəzə, kristal sarayı görə bilərsiniz. Bütünlükdə şüşədən tikilmiş sarayın ətrafında “flemenco” rəqqasələrinin saçlarına taxdıqları gül, ispan qızlarının simvoluna çevrilmiş yelpik, suvenir və s. maraqlı hədiyyələr almaq olar. Bu parka həm də Madridin ciyərləri deyilir, təpədən dırnağa yaşıl parkı həm piyada, həm də girişdə kirayələdiyiniz velosipedlə gəzə bilərsiniz.Vağzal içində meşə ????Vaxtınız qalsa, Madridin “Atocha” adlandırılan qatar vağzalını da görün. İçində ölkənin müxtəlif yerlərindən gətirilmiş yüzlərlə çiçək, ağac əkilib. Kiçik meşədir sanki. Meşənin sakinləri də var, balıqlar, tısbağalar, kirpilər ???? Görmədiyimiz, rastlaşmadığımız abu-havaya sahibdir.Madriddə gecə həyatıÖzü kimi hərəkətli, rəngarəng, maraqlı gecə həyatı var Madridin. Bir çox gecə klubuna, “Flamenco” və Tapas barlara ev sahibliyi edir. Həftə sonları əksər əyləncə məkanlarında canlı musiqi olur. Turistlərin əsas maraqlandıqları isə “Flemenco”dur. “Gran Via” və ona yaxın mərkəz hissələrdə “Flemenco” barlara gedib, həm əylənə, həm də yemək yeyə bilərsiniz.Nə yeyib, nə içək?Acqarına gəzmək mümkün olmadığına görə Madriddə harada, nə yeyib-içəcəyimizi də bilməliyik. Başlayaq səhər yeməyindən. Madriddə xüsusi açıq bufetlər olur. Girişdə adambaşına 5 avro ödəməklə bufetdə istədiyinizi yeyib-içə bilərsiniz. Belə bufetlər səhər 11-dək açıq olur. İlk gün o qədər yemişdim ki, bir də axşam acdım ????Sangriya və tapanın dadına mütləq baxın. “Tapa” sözünün hərfi mənası qapaq deməkdir. Tapas isə müxtəlif çeşidli qəlyanaltılardır. Tapalar xüsusi Tapas Barlarda verilir. Bu, müxtəlif növ dəniz məhsullarından, pendir çeşidlərindən, kartof qızartmasından ibarət ola bilər. Qiyməli kartof, içinə sala və ya balıq hissəsi qoyulan zeytun da tapas sayılır. Növləri çoxdur, qızarmış kalmardan tutmuş, mürəkkəb balığı (octopus) parçalarına qədər. Həcmi kiçikdir. Məncə, azərbaycanlılar biri ilə doymaz. Odur ki, oturanda bir yox, 2-3 növdə tapas sifariş etməyi məsləhət görürəm. Sangriya isə adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz qoyulmuş formasıdır. Dadlı və şirin olduğundan içdikcə içirsən, bir də ayılırsan ki, ayağa dura bilmirsən, sərxoş olmusan ???? Bir də var - ispanların “paella” adlandırdıqları yemək. Bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plovdur. İçində istəyə uyğun krivetka, toyuq, ət, balıq, tərəvəz və s. ola bilir. Boşqabda yox, qulplu, dəmir tavada servis edilir.Madriddə yemək çox bahadır. Məsləhətim açıq bufetlərdir. Burada 12-15 avro ödəməklə istədiyinizi yeyib-içə bilərisiniz. Təbii qiymətə spirtli içki daxil deyil. Pizza, ət, salat, müxtəlif çeşidli tapaslar, içkilər, şirniyyat və s. hər şey olur.Əlavə 1 gününüz də varsa…Biz gedəndə Barselonada qadağan olunan öküz döyüşləri Madriddə hələ də keçirilirdi. Şounun keçirildiyi ən məşhur arena “Plaza de Toros de Las Ventas”dı. “Gran Via” metrosundan təxminən 3-4 stansiyalıq yoldur. Getmək istəsəniz, biletləri arenanın girişindən və ya online ala bilərsiniz. Şou gününə düşməsəniz də üzülməyin. Həftənin bir neçə günü turistlərə arenaya giriş icazəsi verilir. Gəzə, şəkil çəkdirə bilərsiniz.Və gəldik əsas məsələyə, Real Madridin möhtəşəm “Santiago Bernabéu Stadium”-na. Görmədən qayıtmayın deyərdim ???? Azərbaycanın milyardlar töküb tikdiyi Olimpiya Stadionundan möhtəşəm görünürdü.Madridə getməyə dəyərmi?Mən sizə Madridə gedin və ya getməyin məsləhəti verməyəcəyəm. Özümü orada necə hiss etdiyimi anladacağam:Madriddəykən qulağımda məni coşduran, səbəbsiz mutlu və həyacanlı saxlayan ritmik musiqi vardı. Uşaq vaxtı anam “hazırlaşın, sizi dənizə aparacam” – deyəndə, bu qədər xoşbəxt olurdum. Sizə adi gəlməsin, böyüdükcə xoşbəxt olmaq çətinləşir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1779 dəfə oxunub

İSPANİYA SƏYAHƏTİ

Salam əziz Gəzəyənlər! Bu dəfə sizə İSPANİYA (Barselona-Madrid) gəzintisindən bəhs etmək istəyirəm.İspaniya özünəməxsus mədəniyyəti, musiqisi, mətbəxi, rəqsləri, insanları və bir çox gəzib-görməli yerləri ilə tanınan və çox sevilən ölkədir.BARSELONA’dan başlayaq. Barselona Avropanın ən öndə gedən turistik mərkəzlərindən biridir. Şəhər İspaniyanın “Catalunya” ərazisində yerləşir. Yerli əhalisi Katalonlardır və dilləri İspan(Castellano) dilindən biraz fərqlənir, yazılışı daha çox fransız dilinə bənzəyir. Buna baxmayaraq yerli əhali, demək olar ki hamsı İspan dilində danışa bilir. Şəhərdəki tablolarda hər bir şey 3 dildə: katalan, ispan və ingilis dilində yazılıb.Əminliklə deyə bilərəm ki, şəhər indiyə kimi gəzdiyim digər bütün şəhərlərdən tamamilə fərqlənir. Bir sözlə şəhər qaynayır. Kənarda dağlar, digər tərəfdə isə palmaların dəniz ilə sintezi bir-birini tamamlayır. Küçədə çalınan mahnılar isə insanın zövqünü oxşayır. İnsanlar hərə öz keyfində: kimisi çimir, kimisi futbol oynayır, kimisi mahnı oxuyur, kimisi dostları ilə içib, deyib-gülüb əylənir.Havası isə may-iyun aylarında səyahət etmək üçün idealdır. Barselona həmçinin öz gecə həyatı; klubları və pub’ları ilə də çox məşhurdur.Şəhərin yol infrastrukturu çox gözəl qurulub. Metro və avtobus ilə istədiyiniz yerə çox rahatlıqla gedə bilərsiniz. Yox açıq hava istəyirsinizsə, onda asanlıqla velosiped də kiralaya bilərsiniz.Bir çox yazıda şəhərin təhlükəli olduğunu oxumuşduq. Zənnimcə heç də elə deyil. Ehtiyatlı olsanız rahatlıqla gəzə bilərsiniz. Yox olmasanız, onsuz da bütün şəhərlər təhlükəli sayılar. Bir sözlə, hər şey sizdən aslıdır.Tarixi abidələr o qədər çox olmasa da, gəzməyə bir çox yer var:La Sagrada Familia kilsəsi, Barsenola Katedralı, Bazar, Park Güell, Montjuïc dağı, Barceloneta çimərliyi, Port of Barcelona, La Rambla küçəsi, Nou Camp stadionu və s.Onsuz da bir tərəfdən başlasanız, şəhər özü sizi gəzdirəcək.Keçək MADRİD’ə.Şəhər İspaniyanın mərkəzində yerləşir. Fikrimcə Madrid “underrated” şəhərdir. Deyilənlərin əksinə Madrid darıxdırıcı deyil, əksinə, çox gözəl və eleqant, getməyə dəyər bir şəhərdir. Nə də olsa Krallığın paytaxtıdır.Madridi mən daha çox Vienna’ya bənzətdim. İri, əzəmətli saraylar və binalar. Yol infrastrukturu eynilə Barselonadakı kimi çox ideal qurulub. Bundan əlavə şəhərdə elektron samakatlardan da istifadə edə bilərsiniz.Madrid’in havası Barselona’ya nisbətən daha isti idi (söhbət May ayından gedir). Günorta vaxtı şəhərdə az adam olur - “siesta” vaxtıdır.6’dan sonra isə şəhər qaynamğa başlayır. Amma yenə də istənilən vaxt şəhərdə turist görmək mümkündür.Barselonaya nisbətən Madriddə yerli əhali ilə daha çox qaynayıb-qarışmaq olur. Madrid Barselonaya nisbətən daha təhlükəsizdir deyə bilərəm.Madriddə görüləsi bir çox yer var:Palacio Real de Madrid, Plaza de Cibeles, Puerta del Sol, Plaza Mayor, Parque de El Retiro, Museo Prado, Santiago Bernabeu stadionu və s.Ümumilikdə hər iki şəhər: həm BARSELONA, həm də MADRİD çox təmizdir. Təmizliyə xüsusilə diqqət yetirirlər. Yol infrastrukturu üst səviyyədədir.Gələk insanlarına. Hər iki şəhərdə yerli əhali çox mehriban və gülərüzdürlər. Eləbil hamının üzündən xoşbəxtlik yağır. Nə sual soruşsan kömək etməyə çalışırlar. Burada insan İspan istiliyini hiss edir. Və onu da qeyd edim ki, əksəriyyət, gözləntilərimizin əksinə ingilis dilində danışa bilirdi. Avtobus sürücüsündən tutmuş polisə kimi (Müqayisə edəsi olsaq, gördüklərimə görə deyə bilərəm ki, İspaniya bu cəhətdən İtaliya və Fransadan öndədir).Barselonada miqrantların sayı çoxdur. Əksəriyyəti eyni dili danışdıqları üçün(İspan dili) Latın Amerikasından gələnlərdir və demək olar ki hərəsi bir işlə məşğuldur - sevindirici haldır.İspan mətbəxinə gəldikdə isə - çox zəngin və ləzizdir. Yeməklərdən “Paella”nın, içkilərdən isə “Sangria”nın dadına mütləq baxın. Qalanları isə zövqünüzdən aslıdır.Bir sözlə hər iki şəhər gedib görməyə dəyər!Hərəsinə neçə gün bəs edər deyə soruşsanız, Madrid üçün rahatlıqla 3, Barselona üçün isə 4 deyərəm. Lakin, Barselonada 1 həftə qalsanız belə, darıxmazsınız (Qeyd: Şəkillər özümə məxsusdur: instagram.com/nihvds)

275 dəfə oxunub

Praqa bələdçisi

Praqadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.“Romantik şəhər”, “Avropanın ürəyi”, “Nağıllar şəhəri” - Praqa. Bu şəhər öz möhtəşəmliyi ilə ona verilmiş bütün adlara layiqdir. Əminəm ki, Praqaya səyahət etmiş bir çox insan üçün bu şəhər xüsusi yer tutur. Bütün bu gözəlliyin qarşısında təbii ki, Praqanın da mənfi yanları var və bunun ən başlıcası orada yaşayanların dələduzluq etmək üzrə master olmasıdır. Gələcəkdə buraya səyahət edəcəklərə köməklik olması üçün ətraflı Praqa postu yazmaq qərarına gəldim.Bu postda gəzməli yerlərdən daha çox şəhərdə qarşılaşa biləcəyiniz problemlər və ümumi xərclər barədə yazmaq istəyirəm. Əgər maraqlı olan varsa gəziləcək yerlər barədə də gələcəkdə ətraflı yazaram. Beləliklə başlayaq - WW2-zamanı çexlər müqavimət göstərmədən ölkəni almanlara təslim etdiklərindən Praqada olan tikililər müharibə dövründə dağıdılmamış, bu səbəbdən bütün tarixi yerlər öz gözəlliyini bu günədək qoruyub saxlamışdır. Çexiyanın rəsmi pul vahidi “kron”dur və bizim 100 manatın qarşılığı 1300 çex kronu, 100 avro isə 2600 krondur. Praqada yaşayacağınız ən böyük problemlərdən biri elə valyutanı çex kronuna dəyişməkdir. Çünki hər yerdə böyük hərflərlə “0 comission” və yüksək məzənnə ilə pulu dəyişmək təklif edilsə də realda bir çox valyuta dəyişmə yeri insanları aldadır. Məsələn siz yüksək kursla exchange görsəniz və yaxınlaşıb pulu dəyişsəniz onlar pulun 5-25 faizinə qədərini komissiya pulu adı ilə sizdən çıxa bilərlər. Və ya yüksək kursla və “0” comis.yazısını görüb pulu dəyişmək istədikdə aşağı kursla pulu verib Exchangedə yazanın satış kursu olduğunu, alışın isə nöqtədən balaca formada kənarda yazıldığını deyə bilərlər. Odur ki, pulu dəyişməzdəm əvvəl mütləq qaydada satıcıdan verdiyiniz pulun qarşılığında hansı pulu verəcəyini dəqiqləşdirib daha sonra pulu verin. Üzərində ərəbcə yazılar olan Exchangelərin bir çoxu və ya şəhər mərkəzində “PRAHA EXCHANGE, Jindřišká 12/908, Prague 1” ünvanında olan exchang ən sərfəli kursu təklif edirlər. Küçədə sizə yaxınlaşıb yüksək kursla pul dəyişməyi təklif edə bilərlər. Qəti onlara inanmayın çünki Bulgar Levası çex kronuna çox oxşadığından insanları yüksək kurs adı ilə aldadıb leva verirlər. ))Şəhərdə metro, tramvay və avtobus istifadəsi çox rahatdır. “Moovit” proqramı ilə avtobusların hansı saatda haradan keçəcəyini öyrənə bilərsiniz. Aldığınız biletlər bütün nəqliyyat vasitələrində keçərlidir. Avtobus, metro, tramvayı istfadə etdiyim 5 gün ərzində yoxlama ilə qarşılaşmadım. Oteldə də soruşduqda onlar da hökümətin vətəndaşların iradəsinə güvəndiklərini və bu səbəbdən yoxlamanın çox az hallarda olduğunu dedilər. Səhv etmirəmsə yoxlama zamanı biletsiz olduğunuz aşkarlansa təxminən 30 avro cərimə kəsilir. Bilet qiymətləri 30dəqiqəlik- 24 kron, 90 dq-32 kron, 1 gün 110 kron, 3 gün-310 kron. Ən məsləhətlisi təxminən 5 avroya günlük bilet alıb rahat şəkildə istifadə etməkdir. P.S-Əgər əlinizdə çemodan varsa mütləq 16 krona çemodan üçün əlavə bilet almalısınız))).Praqada olarkən gulaj, knedlky, kartof şorbası Bramboracka yeməklərinin dadına baxın. +Trdelnik şirniyyatlarını mütləq yeyin. Onsuz Trdelnik hər addımda qarşımıza çıxdığından inanmıram ki, oraya gedən kimsə onu yemədən qayıtsın. Restoranlarda normal 1 nəfər üçün yemək üçün təxminən 100-200 kron arasında xərciniz çıxacaqdır. Bu şəhərdə pivə həqiqətən də sudan ucuzdur. İnsanlar demək olar ki, su yerinə pivə içirlər. Urquell və Kozel ən məsləhətli pivələrindəndir. Bundan dünyada tərkibində ən çox alkaqol olan Absinth (80%) içkisi bu ölkədə istehal olunur. Mən noyabr ayında getdiyim üçün şəhərdə Avropanın bir çox şəhərinə xas olan hər hansı pis qoxu hiss etmədim. Deyilənə görə yay aylarında bəzi küçələrdən keçəndə pis qoxu hiss edilir. Ancaq nə qədər pis olsa da inanmıram ki, Parisdəki kimi iyrənc formada hiss edilsin. Praqada “Old town” və Karlova bölgəsində qalsanız demək olar ki, hər yerə piyada gedib gəzə bilərsiniz. Günlük 30-40 avro qiymətinə olan, mərkəzə yaxın məsləhət gördüyüm otel “Akcent” hoteldir. Tam qarşısında da metro yerləşir. Praqa gecə həyatı cəhətdən Avropanın ən hərəkətli şəhərlərindən biridir. Orta Avropanın ən böyük klubu “Karlovy Lazne” məhşur Charles körpüsünün tam yaxınlığında yerləşir. Beləliklə Praqa gəziləcək möhtəşəm tarixi yerləri, digər Avropa şəhərlərinə görə ucuzluğu, təbiəti, əyləncəsi ilə mənim fikrimcə hər növdən turist və gəzginlər üçün ideal şəhərlərdən biridir. Şəhərdən doymaq üçün buraya ən az 3 gün ayırın. Praqaya getmişkən Budapeşt və Vyanaya baş çəkməyi unutmayın. Bu günlük bu qədər, suallarınız varsa cavablandıra bilərəm. Həmişə gəzməkdə!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1649 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

2472 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!