1422 dəfə oxunub

Əbədi şəhər - Roma

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Uşaq yaşlarımdan tarix kitablarının xəstəsi olduğumdan Romanı görmək ən böyük arzularımdan biri olubdur. Nəhayət ki, 2017-ci ilin sonunda Avropa səyahətinə başlamağı elə heyran olduğum Romadan başlamaq qərarına gəldim. İtalyan səfirliyi sağolsun, heç bir çətinlik yaratmadan 3 iş gününə 1 aylıq viza verdi və bununla 20 gün davam edən unudulmaz səyahətim başladı. Romaya ilk dəfə gedənlər üçün məsləhətim oteli və ya hosteli şəhər mərkəzində yerləşən Termini stansiyasının ətrafında tutmalarıdır. Burada 3-4 ulduzlu otellərin qiymətləri kifayət qədər ucuzdur. Fiumicino aeroportundan Termini stansiyasına gəlməyin ən rahat yolu qatarladır. Aeroportda pasport yoxlamasından keçdikdən sonra sarı rəngli “Train” yazılarının arxasınca düşüb qatar stansiyasına gəlin. Gəlmədən mütləq telefonunuza “Goeuro” proqramını yükləyin. Beləliklə qatarların hərəkət saatları barədə istənilən vaxt məlumat ala bilərsiniz. (Proqramı yüklədim interneti haradan tapacam deyənlər üçün bildirim ki, Bakcellin avropa ölkələri üçün 1GB-10 manat olan çox gözəl tarifi vardır.) Aeroportdan şəhər mərkəzinə Trenİtalia qatarları ilə təxminən 50 dəqiqəyə 5-8 euroya (yolda 1 staniya dəyişəcəksiniz) və ya 30 dəqiqəyə “Leonardo exspress” vasitəsilə 12 euroya gedə bilərsiniz. Terminiyə çatdıqdan sonra “google map”la rahat şəkildə oteli tapa bilərsiniz.

28699067_179599756159837_222099443767456806_o
Romada mütləq ən az 3 tam gün keçirməyə çalışın. Beləcə şəhərin bütün gözəlliklərini demək olar ki, gəzib-görə bilərsiniz. Ən az 3 gün Romada olacaqsınızsa mütləq “Roma card” alın. Roma kart 2 günlük-28 euro, 3 günlük isə 38 euro qiymətə satılır. 2 günlük kartla 48 saat ərzində şəhər daxili qatar, avtobus və digər ictimai nəqliyyatlar pulsuz olacaqdır. Həmçinin sizin 1 muzeye pulsuz girmək haqqınız vardır. 3 günlük kartla isə 72 saat ictimai nəqliyyatı pulsuz istifadə edə, 2(+1) muzeyə pulsuz və növbəsiz daxil ola, bir çox mağaza və restoranlarda endirim əldə edə bilərsiniz. Mən 3 günlük kart alıb pulsuz girişlərimi Kolizey(normalda giriş qiyməti təx. 20euro) və galleria Borgheseye (giriş qiyməti-17 euro) istifadə etdim. Kolizeyə mütləq səhər saatlarından gedin. Çünki “Roma kart”ı istifadə edib Kolizeydən çıxdıqdan sonra onun qarşısında yerləşən “Roma Forum” və “Palatin təpələrinə” giriş Kolizeyə daxil olduğunuz gün ərzində pulsuz olacaq. (bu səbəbdən yuxarıda +1 yazmışam). Roma Forum və Palatin təpələri çox böyük ərazidə yerləşir və möhtəşəm gözəllikdədirlər. Buranı tam gəzmək üçün ən az 3-4 saatınız gedəcəkdir. Axşam saatların isə mütləq Romanın məhşur bölgəsi olan “Trastevere”yə gedin. Yaşıllıqlarla örtülmüş dar küçələri olan bu bölgədə saysız-hesabsız restoranlar yerləşir. Küçənin sağ və solunda güllər, divarları örtmüş yaşıllıqlar, köhnə velosipedlərin üzərini bəzəyən çiçəklər bu küçəyə çox fəqli abu-hava verir. Restoranlarda qiymətlər normaldır. Trastevere küçələrinə girdikdə “google map” işlətməyin, ümumiyyətlə telefonları söndürüb o küçərələrdə itin, oradan heç çıxmaq istəməyəcəksiniz. Növbəti günü Romanın məhşur yerlərini gəzməkə keçirin. Məsələn gəzə-gəzə 1-2 saata cavanların yığışdığı “İspan Nərdivanları”, turistlərin atdığı qəpiklərdən illik 2 milyon avroya yaxın pul toplanan eşq çeşməsi “Trevi”, məhşur “Panteon”, “Navona” meydanı, “Vittoriano” memorialını görmək mümkündür. Bu yerləri mütləq 1 dəfə gündüz saatlarında, bir dəfə isə gecə saatlarında gəzin. Hər ikisi bir ayrı gözəldir. 3-cü gününüzdə isə mütləq Romaya gələn turistlərin bəzilərinin görmədən qayıtdığı “Villa Borghese”yə gedin. Bu günədək böyük şəhərlərdə gördüyüm parklardan ən gözəli “Villa Borghesedir”. Bu parkda nə istəsəniz vardır. Sakit, rahatlatıcı, qayıtmaq istəməyəcəyiniz gözəllikdə bu parkda qu quşları, martılar, böyük meşəliklər, göllər, çeşmələr, heykəllər, fərqli heyvanlar bir sözlə insanı sakitləşdirlən nə istəsəniz vardır. Park yüksəkdə yerləşdiyi üçün yuxarıdan Roma və Vatikan mənzərəsini seyr etmək insana bir başqa zövq verir. Terminidən Barberini stansiyasına metro ilə gəlib daha sonra parka piyada qalxa bilərsiniz. Parkın sonunda isə Berninin möhtəşən əsərlərinin sərgiləndiyi “Galeria Borghese” yerləşir. Muzeyə girmək üçün full paket 17 eurodur, lakin Roma kartla 2-ci pulsuz muzey haqqınızı buraya istifadə edə bilərsiniz:)

28616796_179599419493204_6762683015963694112_o
Və sonda, təəsüf ki, Romada oteli tərk etdiyiniz gün sizdən hər gün üçün 6 avro vergi ödənişi etməyinizi istəyirlər. Yəni Romada 5 gün qalsaz çıxışda otelə 30 avro ödəməli olacaqsız, nəzərdə saxlayın. İndi isə daha çox yormamaq üçün yazını yekunlaşdırıb sizi şəkillərlə baş-başa qoyuram. Bir müddət sonra part2 paylaşaram. kiminsə əlavəsi varsa kommentdə yazsın 2-ci hissədə unutduqlarımı paylaşaram.

Paylaşdı: Gəzgin həyat

DİGƏR BLOQLAR

Nağıllar şəhəri - Venesiya

Venesiyadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu qrupda ilk paylaşımım kiçik bir sualla başlamışdı -Payız aylarında Avropanın hansı ölkəsini səyahət etməyi məsləhət görürsünüz ? Çox sağolsunlar bir çox təcrübəli gəzəyənlərin maraqlı məsləhətləri olmuşdu amma mən payız səyahətimə elə o sualı ünvanlarkən ağlımda olan ilk yer – ən sevdiyim ölkə İTALİYA ilə başladım ????Bu paylaşımım isə ilk sualım qədər qısa olmayacaq , çünki harda bir şəklini , videosunu görsəm heyranlığımı gizlədə bilmədiyim , taa uşaqlıqdan nağıllar şəhəri kimi yaddaşımda iz salan Venesiya haqqında yazıram.Bilmirəm burda Venesiya haqqında paylaşımlar olubmu ya yox , istərəm ki , mənim də yazım məlumatlandırıcı olaraq qrupa rəng qatsın ????Venesiya insanoğlunun bugünədək inşa etdiyi kanallar diyarından ibarət olan dünyanın ön gözəl şəhəri ünvanına sahibdir.Şəhərin adı çəkiləndə hamının ağlına ilk gələn hər tərəfdən su ilə əhatə olunmuş yaşayış məskənləri , kanallarda üzən qayıqlardır. Mən şəxsən elə zənn edirdim ki , Venesiya yalnız sudan və azacıq dar quru sahədən ibarətdir və şəhərin sərhəddidə sudan başlayır. Əslində isə Venesiya nece ki , Bakı içərişəhər kimi tarixi və bildiyimiz dəniz səviyyəsindən hündürdə qurulmuş yaşayış bölgəsindən ibarətdirsə eynilə Venesiya da quru sahəsindən , avtomaqistralların olduğu yollardan ibarət olan ərazidən və tamamilə bu ərazidən fərqlənən kanallarda salınmış ərazidən ibarətdir. Avtobus və ya maşınla Venesiyanın böyük tarixi mərzəkinə - yəni kanallar olan əraziyə gəlmək üçün maksimum Roma meydanı deyilən əraziyə qədər gəlmək mümkündür. Kanallar olan sahəyə qədər isə Roma meydanından ayaqla gəlmək lazımdır.Gəzə-gəzə gəlib böyük kanala çatırıq və burdan istəsək kondol qayıqları , istəsək kater vasitəsilə şəhərin köhnə mərkəzinə keçid edə bilərik. Böyük kanalda ən münasib gəzinti katerlədir. Qiyməti 20 avrodur. Kondollar isə daha çox dar kanallarda ekskursiya üçün uyğundur. Bir kondola maksimum 6 nəfər minə bilər və bir gəzinti standart olaraq 80 avrodur. Bu summa kondoldakı sərnişinlər arasında bölünür . Təbiiki kondolda sərnişin sayı doludursa qiymət adam başına təxmini 15 avro düşür , ancaq sərnişin sayı tam bitməyəndə bu qiymət təbii adambaşına dəyişir. Kondollarla kanallarda ekskursiyanın müddəti yarım saatdır. Əslində 30 dəqiqə gəzdiriləcəyinizi sizə vəd etsələrdə bu emosional italyan kondolcular öz əhval-ruhiyyələrinə uyğun müddəti qısa da tuta bilərlər, yəni siz siz olun o gözəl kanallarla gəzərkən şəhərin möhtəşəmliyi sizi valeh etdiyi zaman saatınıza nəzarəti unutmayın , əgər kondolçu sizi başdan etməyə çalışırsa sadəcə “biz bu gözəl şəhərə doymuruq “ deməyiniz yetərlidir onları yenidən motivasiya etmək üçün . Komplimenti bu millət çox sevir )) Kondolların sayı maksimum 400 ədəddir və federasiya sayın artırılmasına icazə vermir. Rənglərinin əksəriyyəti qaradır – səbəb isə keçmiş zamanlarda ən dəbdəbəli kondollar tabut olaraq istifadə olunub, vəbadan ölənlərin daşınması üçün istifadə edilibmiş və buna görə qara rəngə üstünlük verilib. Ağ rəngli möhtəşəm dəbdəbəli kondollar da varki , nikah mərasimi zamanı istifadə olunur. Həmçinin təcilli yardım , polis , taksi kimi nəqliyyat növləridə qayıq kondollardan ibarətdir. Yəni tamamilə bambaşqa bir yaşam tərzi vardır. Burda insanlar öz kondollarını necə ki , biz velosipedlərimizi, maşınlarımızı binamızın , qapımızın önündə saxlayırıq , onlar da eyni qaydada park edirlər. Kondol sürücülüyü italyanlarda nəsildən nəsilə atadan-oğula keçir . Baxmayaraq ki , şəhərin digər sahələrində işçilərin əkssəriyyətini gəlmə əhali təşkil edir, ancaq kondol sürücüsünün yerli olması şərtdir. Kondollardan bu qədər))Şəhərin gəzilməli yerləri kimi sözdən söhbət gedə bilməz, çünki hansı rakurskdan baxsan tam fotoluq , mənzərəlik , görməlik bir fonla qarşılaşırsan. Hər küncü, hər daşı gəzməli... Təbii ki ,- San Marco meydanını mütləq gəzilməli, ordaki nəhəng göyərçinlər , qağayılar yemlənməli , meydanın pilləkənləri üzərində əyləşib , gün batımı seyr edilməli- Riato körpüsündə ayaq döyməli- burdakı qızıl dükanlarına baş çəkib Rasiyski qızılla italyanskinin fərqinə yerindəcə baxmalı-Qotik tərzli Düklər sarayının ətrafını dövrə vurub , Ahlar körpüsündə mütləq selfi etməli (keçmişdə Düklər sarayında həbsxanaya yollanan əsirlər bu körpüdən saraya aparılarmış və bu bağlı körpünün iki tərəfli kiçik pəncərəsindən boylanan əsirlər ah-vay edərək şəhərə boylanıb ordan həbxanaya yollanırmışlar və adı belə qalıb-Ahlar körpüsü)-Sapfir rəngli köpüklü suyu olan adriatik dənizi seyr edilməli-Dar kanallarla kondol turuna çıxılmalı-Dar küçələrin tarqovisında azmalı , brendləri bakı ilə müqayisə etməli , yerli əhaliyə qarışmalı ....Yaz yaz bitməz italyan torpaqları. Bir də bu italyanların özləri – Azərbaycanlılara , ən çoxda ana torpağım Şəkililərə hər zaman ən çox bənzədilən millətin italyanlar olduğunu eşitmişdim. Həqiqətən də italyanlar qonaqpərvərliyi , gülərüzlü , istiqanlı , əyləncəyə meylli , emosional olmaları , digər avropa bölgələrindən fərqli olaraq dəbdəbəyə , geyim keçimə , ağız dadlarına düşkünlükləri ,yardımsevərlikləri ilə millətimizə çox bənzərdirlər. Dar Venesiya küçələrində gəzişərkən hər tində yerli əhalinin öz aralarında olan dialoqlarının şahidi olursan. Öncə zənn edirsən ki , tində münaqişə gedir, o qədər hündürdən və sürətli , əl-qol hərəkətlərindən istifadə edərək jestlərlə danışırlar ki , sanki dava edirlər .Bir müddət müşahidə aparmaq anlamağa yetir ki , yox onlar mübahisə etmir – bizim kimi maraqla öz aralarında söhbət edirlər)))) İtalyan qadınlarından çox kişiləri avropa ölkələri arasında baxımlı olmaqları ilə seçilirlər. Sadəlikdən uzaqdırlar, diqqətçəkici tərzləri və xüsusi zövqlə seçilmiş yerli brend ayaqqabları vardır.Öz yerli qidaları olan pasta , lazanyalarını yeməyi və şərablarını çox sevirlər. Ən çox diqqətimi çəkən şeylərdən biri isə italyanların jestləridir. Məsələn ????-bu işarənin anlamı onlarda sənə sual ünvanlayır – nə istəyirsən? ✌️-bu işarə isə onlarda bizim bildiyimiz qələbə işarəsi deyil , mən tualetə getmək istəyirəm deməkdir , çənə altlarından əllərini sürtmələri isə mənə maraqlı deyil , diqqətimi çəkmir anlamı verir və bu jestə bir də büzülən dodaqlarını əlavə edirlər , restoranlarda sizə xidmət edənlərə yeməkdən və xidmətdən məmmun qaldığınızı bildirmək üçün işarə barmağınızı yanağınıza vura bilərsiniz.Shopping üçün hər çeşiddə mallar var. Xüsusilə Riato körpüsü dünyanın bazarı ilə məşhur körpüləri arasında ilk beşlikdədir. Ən çox diqqət çəkən suvenir əşyalardan biri karnaval maskalarıdır. Bu maskalar xırda açarlıq ölçüsündən tutmuş əsl maska ölçüsünə kimi dizayn edilmişdir. Əl əməyinin üstünlüyünə görə 10 avrodan 2000 avroyadək qiymətləri dəyişir. Hədiyyəlik əşyalardan ən yayılmışı burda müxtəlif materialların üzərinə çəkilmiş Venesiya mənzərələrinin rəsmləridir.Mənim Venesiyada olduğum gündən bir gün öncə şəhərdə olan karnaval festivalının son günü imiş. Çata bilmədiyimə görə üzülsəmdə şəhərin hər bucağı insanı özünə elə valeh edirki , nəyəsə təəssüflənmək heç insanın ağlına gəlmir.Venesiyaya gəlmişkən məşhur turist filmini xatırlamamaq və filmin hadisələrinin cərəyan etdiyi , Angelina Jolinin balkonundan Jhony Depə boylandığı evə nəzər salmamış qayıtmaq olmaz mütləq xatirinizdə olsun ))Venesiyada mütləq- Qarışıq pizza yeyilməli- Qırmızı şərab dadılmalı- Yerli (kərəyağı tərkibli ) Dondurma yeyilməli- Yerli Pasta yeyilməli- Cappucino içərək günə başlanılmalı- Tiramisu dadılmalıBüdcənizi qorumaq üçün çalışın içməli suyunuzu təmiz su hövzələrindən və ya otelinizdən təmin edin.Yarım litrlik su şüşələri 1.80 avrodan başlayır. Pizzanızı , cappucinonuzu , dondurmanızı wolkaway üsulu yeyin ki , restoranda kafedə əyləşsəz bəlkə də yeyib-içdiyinizə xərclədiyiniz puldan çox yer pulu , servis pulu verməli olacaqsız, avropada hər yanda olduğu kimi bu italiyada şərtdir. Servisi dəyərləndirməməyi onlar özlərinə təhqir kimi qəbul edir.Pastanızı isə büdcənizdən bir 10-17 avro gözdən çıxararaq normal restoranda oturub yeməyi məsləhət görərdim. Çünki ucuz yol kənarı bir turist kafesində sifariş edəcəyiniz pasta bildiyimiz adi verməşil makron olaraq tomata bulanmış halda süfrənizə gələcəkdir. Bir az viza məsələsinə də toxunmaq istərdim. Uçuşuma 40 gün qalmış səfirliyə sənəd təqdim etdim və uçuşa 3 gün qalmış vizamı aldım. Müraciət üçün seçdiyim sezon daha çox tələbə qəbulu dövrünə düşdüyü üçün konsulluqda sənədlərimə gec baxılıb. Artıq təmiz ümidimi itirdiyim bir an sms gəlmişdiki vizanız hazırdır.Götürə bilərsiniz ))Burnu həssas olanların təəssüratlarından fərqli olaraq Venesiyanın üfunət nəm , kif qoxusu filan yoxdur, ola bilsin yağıntısız sezonda gəzdiyim üçün fərqinə varmadım. Təbii ki şəhərin kanallar olan hissəsinə girərkən öz qoxusuyla səni salamlayır, sadəcə 2-3 dəqiqə yetərli olur ki mühitə uyğunlaşasan. Adriatik dənizinin əhatəsində , adaları , kanalları ilə göz oxşayan bu şəhərdə Günəş sanki daha bir qızılı parlayır. Desələr ki , burda yaşayarmısan ? Deyərəm yox. Çünki bu möhtəşəm nağıl şəhəri turistlər tərəfindən tamamilə zəbt olunub , o qədər çoxluqdur ki , o qədər səs var ki , özümü bir anlıq evdən işə getməkçün çıxarkən kondoluma mindiyimi , turist əlindən hansı yönə daha rahat üzüm , şəhərdə hansı küçəylə gedim ki , sakitlik olsun kimi fikirlər təsəvvür etdim və günün heç bir saatı dayanmayan səs – küy və əlbətdəki bahacıllıq bir müddət sonra buranı yaşanılmaz edir. Turist kimi gəzmək üçün 3 gün dolu-dolu səyahət etmək lazımdır. Balayı üçün də gələn turistlər çoxdur.Yerli əhalinin gənc təbəqəsi bahacıllıq və çoxluğa görə şəhərlərindən uzaqlaşıblar, buna görədə əhalinin əksəriyyətini gəlmə işçilər , turistlər təşkil edir , yerli əhalinin əksəriyyəti yaşlılardır . Bu qədər uzatmağımın anlamı budur ki – Venesiya GƏZƏYƏNLƏR-in məskənidir. Deyilənə görə yaxın 50 ildə şəhər itə bilər. Nə qədər ki , bu möhtəşəm şəhər xəritədən silinməyib, su basmayıb buraları gəlib gəzmək görmək lazım.Vaxt ayırıb nəzər salanlara təşəkkür edirəm , mənim barmaqlarım yoruldu yazmaqdan yoxsa yazacaq çox şey var Venesiyadan.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shahla Ismayilova

3014 dəfə oxunub

Az büdcə ilə çox gəzmək - Qax bələdçisi (Part 1)

Az büdcə ilə çox gəzmək---Bu dəfə sizə Qax macəralarım, ilk dəfə tək çadırda qalmağım, Hamamdərə, şəlalələr və maraqlı yol yoldaşları ilə qarşılaşmağımdan yazacam.1-ci hissə.Ənənəyə sadiq qalaraq yenə yola avtostopla çıxdım və bəxtim yenə gətirmişdi, yol yoldaşlarım özləri də Qaxdan, Sarıbaşdan idilər. Qaxın demək olar ki, girişində Kürmük alban məbədi/kilsəsinə çatan kimi səyahətim başladı. Bir qədər yoxuşlu yol ilə qalxdıqdan sonra kilsəyə çatırsınız. Mənzərəsi də, kilsənin özü də çox qəşəngdir. Qaxdan keçirsinizsə yolüstü mütləq buraya qalxın, görün.Daha sonrakı planım İlisuya getmək idi. Yol uzun olduğu üçün yenə avtostop etdim. Yolüstü isə Müqəddəs Georgi kilsəsinə getməsəm olmazdı. Çox gözəl həyəti var idi, içi də çox yaxşı və baxımlıdır. Yeri gəlmişkən, Qaxın bu ərazisində çox sayda ingiloylar yaşadığından bu kilsənin yaxınlığında qəşəng dadlı gürcü təndir çörəyi və xaçapuri satılır. Dadmamış yola davam etməyin.Xaçapurimi yeyə-yeyə gəldim çatdım Sumuq qalaya. Səhv xatırlamıramsa giriş ödənişli idi. İçərisini mütləq ziyarət edin. Qalanın ən yuxarı hissəinə çatana qədər hər mərtəbədə maraqlı və tarixi eksponatlar, əşyalar sərgilənir. Taxtadan pilləkənlərlə qalxırsınız. Ən yüksəkdən, qalanın pəncərəsindən İlisuya doğru açılan mənzərəni görməyə dəyər.Yaxınlıqda Şamil qala yerləşir. Qalaya gedərkən isə yolüstü Ulu məscidi görə bilərsiniz. Mən gedəndə (keçən il) bağlı idi deyə içərisinə daxil ola bilməmişdim, bəlkə hələ də bağlıdır. Yenə də diqqət edin. Qalanın yolu da yenə yoxuşdur, amma heç çətin deyil. Cığır sizi birbaşa qalanın yanına aparır. Mən qalaya yollanmamış yaxınlıqdakı mağazanın yanında yerlilərlə söhbət edərkən mənə təklif etdilər ki, çantamı özümlə daşımayım ora qədər, mağazada qoyub qalxdım mən. O an verdiyim ən yaxşı qərar o oldu. Gün ən təpədə ikən və yorğun halda o yoxuş çıxılmazdı yoxsa. Qaladan Sarıbaşa doğru çox qəşəng bir mənzərə var.Qaladan qayıdarkən isə Ramramay və ya İlisu şəlaləsinə yollana bilərsiniz. Mən də elə etdim. Şəlalənin çox rahat yolu var. Amma yenə də "yox mən ayaqla getmək istəmirəm" deyirsinizsə, aşağıdan şəlalənin düz yanına qədər aparan 40-50 AZN arası UAZ-lar olur.Ən sonda isə yorğun və xoşbəxt Zəhra gecələmək və çadırını qurmaq üçün üz tutdu İlisu Pansionatına. Mənim tək çadırda qalmaq təcrübəm ilk olduğu üçün çox riskə getmədən pansionatın ərazisini seçdim. İlk dəfə üçün yaxşı seçim oldu. Hər nə qədər axşam itlər məni tək buraxmasa da, səhərə qədər sağolsunlar çadırımın başında keşik çəksələr də yaxşı təcrübə idi.Pansionatdakı gözətçi İlham dayı isə sağolsun su, çay, hətta yeməksiz də qoymadı məni. Səhər də biləndə ki, Qum kəndinə getmək istəyirəm, o tərəfə yollanan bir avtobus sürücüsü tanışı ilə yola saldı məni. Qum kəndi necə gözəl idi! Kənddə Qum məbədi/Qum bazilikasının qalıqları var. Çox təssüf baxımsız vəziyyətdə olsa da, tamamilə yox olmamış, gedib görün. Bu arada belə bir rəvayət də var ki, Nizami Gəncəvi də Qum kəndində doğulubmuş. Hətta bunula bağlı bəzi faktların olduğu da deyilir.Kəndin başında isə axular deyə bir yer var. Buranın mənzərəsi əsl çadır qurub qalmaqlıqdır. Mən tək olduğumdan yerli əhali mənə məsləhət bilmədi orada çadır qurmağı. Belə anlarda gərək yerliləri dinləyəsən. Onun əvəzinə mənzərədən zövq almaq üçün məni qəşəng isti çaya və mürəbbəyə qonaq etdilər.Ardı...Hələ çox danışılası hissələr olduğundan Qax səyahətinə 2-ci hissədə davam edəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahra Imanova

1820 dəfə oxunub

Nepal bələdçisi - Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz. Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.Gəldik məbədlər hissəsinə...Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir...İbadət olunan reyhanKatmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.55 Pəncərəli SarayMəşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisizVəəə... sizə danışım məşhur Baktapur Yoqurtundan... Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu... Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə Uzun oldu deyə üzrlü sayın Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

985 dəfə oxunub

İngiltərə bələdçisi - London, Kembric, Oksford, Nyukasl, Liverpul

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Nağıl kimi post yazmışam uçuşu gözlərkən. Bizim vaxtımızda belə postlar yox idi, oxuyun :) Sizə 6 günlük UK trip’dən danışmaq istəyirəm. London London yaşamaq üçün yox, səyahət üçün çox ideal yerdir. Qışda da, yazda da olmuşam amma ən çox yayda qəşəngdir məncə. Uşaqlığdan inglis dili kitabında gördüyümüz şəkilləri real görmək. Big Ben, Tower of London (giriş 35£), London Bridge, London Eye (giriş 33£) etc. Londonda inglis, yerli camaat görmək mümkünsüzdür turistik yerlərdə. Ancaq hindli, hindli, hindli sonra yene hindli. Yerli əhalinin çox olduğu yerlər mərkəzdən uzaqdır. Amma sakit və səliqəlidir. London görməli yerlərindəki insanlar, bizim Targovudakı Pizza İnn qabağı kimi vibe verir. Hər cür növ, tip insan var ))) Transport çox bahadır. 2.50£dan başlaır bus/metrolar və məsafəyə görə dəyişir. London metrosunu çözmək üçün xüsusi riyazi biliklərə sahib olmalısınız məncə )) 3-4 gün sonra biraz öyrəşir adam. Amma “Maps” appı ilə çooox rahatdır, nədən sonra nəyə min hamısını göstərir detallı. Restoranlar çox bahadır. Ümumiyyətlə “London’da nəfəs almaq da pulludur”sözü çox doğrudur. Normal Italian (UK mətbəxi zəif olduğu üçün ən çox Asia və İtalian restoranları var) restorana gedib, Pizza + su içmək 22£’dur. Mütləq ki daha ucuz option’lar var bu seçiminizə bağlıdır. Mağazalardan 6-7£ hazır nəsə 3-4£’a da içki ala bilərsiz. English breakfast’lar 12£’dan başlayır. 1 qədəh şərab isə 8-9£. Məhşur Prada cafe’yə getdik reserve istədilər. Tiffany cafe’yə getmək istədik, hər adama 68£ istədilər. Və orada ən çox ərəblər idi ilahi, bu milletin gözü niyə doymur görəsən. Bütün mağazalar ərəblərlə dolu idi. Çox qəribə, ağır havası var idi oraların, Lux geyimli insanlar və onların dünyası. Siz niye getmişdiniz desəniz, deməyin. Qalmağa gəldikdə, 5 gecə üçün 200£ ödədik 2 xanım Hostelle Female Hostel’ə. Xanımlara şiddətlə tövsiyyə edirəm. Maqnitlər 3-ü 12£ falan. Günlük xərci 50-60£ arası düşünün (minimum, hədiyyəsiz) Cambridge - omg omg omg Elə qəşəngdirkiiii, 1 günlük London’dan gedib gəldik. Return ticket 15£ idi. Detallara girmək istəmirəm amma çoooox çox qəşəng, mütləq görüməli yerdir. Oxford Return ticket 30£ Ən az Cambridge qədər möhtəşəm. Bu iki şəhər bütün kitab qoxurdu sanki. Ancaq tələbələr, əllərində kitablar, gözlərində gözlüklər. Çox qəribə enerjisi var idi bu şəhərlərin. Muzeylər falan qeyd etmirəm hərə öz zövgünə göre seçib gedə bilər. Harry qəhrəmanları üçün bu yerlər mütləq gedilməli yerlərdi. Çooxlu Harry shop’lar da var idi. Ümumilikdə Londondan azca ucuz şəhərlərdi. Çox yox. Newcastle Adi, sadə və sıradan UK şəhəri. Getməsəniz heçnə itirməzsiniz. Məndə bilet 12€ idi deyə getdim. İlk dəfə idi bu qədər yaşlı, içkili və evsiz görürdüm. Şəhərdə orta yaş və gənc yox səviyyəsində idi. Baxmayaraq ki, tələbə şəhəridir. Bir də biraz toy “sezon”u idi deyəsən Bütün küçələr bəy, gəlin idi. Dediyim kimi 12€’ya gedib, çay içib qayıtmaq olar. Liverpool Nə bilim. Tam 1 gün oldu gəzməyə amma şəhəri anlaya bilmədim. Yaxşıdır pisdir. Manchester’ olmuşam qışda və əmin şəkildə yaxşıdır deyə bilirəm amma Liverpool üçün yox. Bəlkə də 3-4 gün qalsaydım sevərdim. Təhlükəsizliyə gəldikdə isə London birazca təhlükəli ola bilər deyə düşünürəm normal olaraq. Amma mən UK’də 1 il ərzində saysız sayda gecələr gec saatlara kimi gəzmişəm, heç vaxt bir nəfər yaxınlaşıb nəsə etməyib. Hətta çox heyfislənirəmki bizim ölkəmizdə gecə 3’də şəhərdə xanım olsa mərkəzdə nələr olar. (Heç kim etiraz etməsin. 7 il saat 9dan sonra 20 Yanvardan Sumqayıta getmə macəralarımı danışaram) Hədsiz, çox hədsiz içirlər. Görürsən kostyumda bəylər, qəşəng geyimlərdə xanımlar içib, küçədə yatırlar (çox pis görüntü olur). Amma sizə dəyib dolaşmırlar. Çox qəribədirki bizdə toylarda çox içəndə dava salanlar olur, və elə bilirdim bura köçəndə də içib dalaşırlar burdakılar. Çox rahat, çox professional hamısı. İçirlər, küçələrdə yatırlar, lap gec saatlarına qalsaz arzuolunmaz mənzələr də görə bilərsiniz. Belə, düşünürəm hər şeyi detallı yazdım. Əlavə suallar olsa yazın. Xmas vaxtı da olmuşam Londonda və bütün bu yazdığım qiymətlər 2x. Əgər getmək fikriniz varsa, indidən evlərə baxın. Mən 2-3 gecə üçün ən bərbad hostelə 400£ ödədiyimi xatırlayıram. Və bir də yaxşı dostlar olsun əyləncəyə. Mən tək idim deyə çox enjoy etməmişdim. Elə buradan da yola çıxıb bir söz deyim. Hamımızın haralarısa gəzmək, yaşamaq xəyalı var. Bu çox yaxşıdır. Amma olduğumuz yerin yaxşılığı ən çox daxili xoşbəxtliyimizdən asılıdır UK’də unhappy Xmas keçirməkdənsə, sevdikləriniz ilə Azərbaycan daha yaxşıdır. PS. Bütün bu yazdıqlarım, MƏN’im düşüncələrimdir. Sizin təcrübə və düşüncələriniz fərqli ola bilər. İndidən yazımki, sonra “Yox Gülnar, 1 gon çox ozdo Lovorpolo” yazmasın bəzi dostlarım.) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Karimova

923 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!