2424 dəfə oxunub

İran səyahəti - Təbriz, Ərdəbil, Kəndovan, Astara

Mən sizə İran səyahətimlə bağlı təəssüratlarımı bölüşmək istəyirəm ????????

İlk öncə İrana Bakıdan iki-üç yol ilə getmək olar. Birinci yol Bakıdan maşınlar 10 manata Biləsuvar sərhədinə aparırlar, sərhədi keçdikdən sonra Ərdəbilə 20-25 min tümənə, Təbrizə 100 min tümənə gedə bilərsiniz. Digər yol Avtovağzaldandır avtobuslar Bakıdan Təbriz terminalına 30 manata aparırlar. Üçüncü yol isə qatarladır qatarlar axşam saat 23.15-də çıxır səhər saat 8-də Astaraya çatır. Astara stansiyasından gömrüyə 1-2 manata taksilər gedir. Astarada səyahət siğortası almalısınız Biləsuvardan fərqli olaraq qiyməti 3 manatdır. Astara sərhəddi çox pisdir təxminən 5 saata keçdik əgər Astara sərhədi ilə keçməyə hazırlaşırsınızsa bütün psixolojik travmalar keçirtməyə hazır olun ən az 2-3 ayaq altda əzilir, 5-6 adamın ürəyi gedir, arvadlar saçyolduya çıxır. Biləsuvar sərhədi isə çox rahatdır gələrkən cəmi 20 dəqiqəyə keçdim.

43167759_501398487043135_6087612686013562880_n

İran Astarası - İran Astarasında bizim Astaradan fərqli olaraq əsasən Azərbaycanlılar məskunlaşıb. İran'da səyahət etdiyim 3 şəhərdən (digərləri Ərdəbil və Təbriz) ən kiçik şəhər olsa da ən müasiri olaraq yadımda qaldı. Burada maşın sürənlərin yarısı qadın idi, motosiklet sürənlərin arasında qadınlar var idi. Mağazaların bir çoxunun sahibi qadın idi. Qadınlar iş həyatında hətta bizdən daha fəal idilər. Burada Təbrizdən və Ərdəbildən fərqli olaraq "Çadra" geyinən qadınlara rast gələ bilməzsiniz. Şəhərdə gəziləcək yer yoxdur. 10 km uzaqlıqda Luton gölünə gedə bilərsiniz və ya 30-35 km uzaqlıqda olan Heyran kəndinə burada kanat var mən getmədim gələn səyahətimdə planlayıram. Gömrüyü keçən kimi zatən qarşınıza pul dəyişmək istəyən "baba, baba" deyib üstünüzə hücum çəkəcək dayılar çıxacaq. Mən 9700-ə dəyişdirmişdim manatı indi təxminən 7000-7500-ə dəyişilir bildiyim qədəri ilə. Əgər bazarlıq etmək istəyirsinizsə Astara Rus bazarına gedin, xeyli ucuzluqdur. Burada çoxlu otellər görəcəksiniz gün 4-5 manata babat guesthouse tapıb gecələmək olar.

Ərdəbil - Astaradan təxminən 1 saat uzaqlıqdadır. Taksilər 15-20 min (indiki məzənnə ilə 2,5 - 3 manat ) tümənə aparırlar. Ərdəbildə qonaqlamaq üçün bir çox Misafirxana mövcuddur zatən hamısını bizim ölkədən alverə gələn adamlar doldurub. Ərdəbildə gəziləcək yerlər arasında Şeyx Səfi məqbərəsini və Şorabil gölü ətrafındakı parkı tövsiyə edirəm. Şəhərdən 10 km uzaqda Səreyn adlı yer var gedə bilərsiniz, istisu vannaları var. Bazarlıq üçüm qədim Qeysəriyyə bazarına gedin. Burada ən təəccübləndiyim dilənçilərin məndən tümən yox manat istəməsi idi ????. Zatən Azərbaycandan gəldiyinizi 100 metr kənardan bilirlər. Bütün ölkəmizin adı "Bakı" - dır orada. Fərqi yoxdur Lənkərandan, Gəncədən və ya başqa bölgədənsiz onlar üçün siz Bakılısız. Ərdəbili gəzib dolanmaq üçün 1 gün kifayətdir.

43225728_501398630376454_2640669824862126080_n

Təbriz - Ərdəbildən daha böyükdür, Bakıdan daha qədimdir. Burada məni evində qonaq etdiyi üçün Hamid Fakhr - ə təşəkkür edirəm. Özü və ailəsi möhtəşəm qonaqpərvər insandır. Təbrizdə nəyə ehtiyacınız olsa zəng edib soruşa bilərsiz, hər zaman sizə kömək edəcəkdir .

Təbrizə 3 gün bəs edər, Eynalı dağında funikulyora minin, Bağlar Bağı adlanan qəşəng park var amma bağlıdır hal hazırda. El gölünə gedin, Azərbaycan muzeyini, Göy məscidi, Xəqani parkını, Şairlə məqbərəsini, Üstü örtülü bazarı, Ərk qalasını, Təbiəti küçəsini, Saat qülləsini və.s gəzə bilərsiniz. Təbriz metrosuna minin yeni açılıb iki ildir, metro vaqonları çox təzədir. Təbrizi qısqandım bu mövzuda. Qalmaq yeri olaraq Firdovsi xiyabanını seçin. Burada çoxlu misafirxanalar var.

Kəndovan - İranın mini "Kapadokiya" sıdır. Üsküdədir. Təbrizdən 60 km uzaqdır. Buradan şallar, əldə toxuma çantalar ala bilərsiz. Kənddə kiçik kənd təsərrüfatı məhsullarını satan bazar var. Ziyarət edin.

43120769_501399170376400_8127601368543264768_n

İrana gedənlərə əsas məsləhətlər

1) Taksidən istifadə edin qorxmayın hamısı qazla işləyir deyə çox ucuzdur. Ən çox taksiyə pulu Təbrizdə verdim Təbrizin in girişindən 20 dəqiqəlik yolu məni cəmisi 2 manata apardı. Hələ bu qiymətlə Təbrizlilər mənə qiymət mövzusunda atdığını dedi ))))
2) Şəhərin lüks restoranlarına gedin, özünüzü əsl varlı kimi hiss edəcəksiniz. Bir masa yemək yesəniz belə maksimum ödəyəcəyiniz məbləğ 5 manat olacaq.
3) Xanımlar təkbaşına avtostop etməkdən çəkinin taksidən başqa kişilərin maşınına əyləşməyin. Ərdəbildə başımı sumkama soxub bir şeylər axtarırdım. Dostumun maşınında idim, "gəşt-i əxlaq" (əxlaq polisi) yanımızdan keçərək başını çıxar dedi oğlan olduğumu görüb getdi. Ərdəbilli dostum əgər qız olsa idin və evli olmasa idik indi bu polis bölməsinə aparacaq idi dedi. Nə qədər doğrudur bilmirəm amma öz təcrübəmi sizinlə bölüşmək istədim
4) Çadralı qadınları görməyə öyrəşin, mən şəxsən ilk öncə 2-3 saat saat qorxu hissi keçirdim sonra öyrəşdim. 30-35 dərəcə istinin altında çadra geyinmək böyük cəsarət tələb edir. Əsasən yaşlı nəslin nümayəndələri çadra geyinirlər. Gənc xanımlar isə sadəcə kəlağayı taxırlar.

Ümumilikdə özünüzü bu şəhərlərdə xarici hiss etməyəcəksiz. Əksəriyyəti Azərbaycanlıdır və bizim dildə danışır. "Qadan alım", "Başına dolanım" cümləyə başlayırlar. Çox qonaqpərvər insanlardırlar 

Ümid edirəm uzun olsa da, sıxıcı olmadı. Diqqətiniz üçün təşəkkür edirəm  ???????? ❤️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: İlkin Hüseyn-Zadə

DİGƏR BLOQLAR

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1182 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

2688 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

748 dəfə oxunub

Sərfəli səyahət büdcəsi ilə 5 Avropa şəhəri

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.5 Avropa şəhəri 500 manat! Hər şey daxil! ????Növbəti ekanom səyahətim haqqında, daha detallı. ????Bu dəfə üz tutdum üzü Budapeştə, oradan da Almaniyaya. :)Bakı-Budapeşt Wizzair ilə 35 euro.Budapeştə ilk dəfə gedəndə cəmi bir neçə saat gəzə bilmişdim. Bu dəfə elə gəzdim ki, artıq Bakı kimi doğma şəhərə çevrilib mənim üçün. Hostel Essentialda gecəsi 12 euro breakfast də daxildir. Ekanom və doyumlu yemək məsələsində isə Türk restoranları hər zaman köməyə gəlir. Şəhəri iliyinə kimi gəzəndən və təsadüf Sam Smitin konsertinə gedəndən sonra Wizzair-in 10 euro olan bileti ilə Berlinə yola düşdüm.Berlin haqqında onu deyə bilərəm ki, o qədər nəhəng şəhər necə saat mexanizmi kimi işləyir heyranedicidir. Həm nəqliyyat baxımından rahatlığı, həm sakitliyi, həm də hər cür əyləncənin və emosiyaların bir qabda toplaşmağı fikrimcə Berlini hər kəsə sevdirər. Bəyənmədiyim o oldu ki, addım başı da, adam başı da Türklə qarşılaşırsan. Berlindən çox özümü İstanbulda hiss edirdim. Şəhər ətrafı qəsəbələr isə ifadə olunmayacaq qədər gözəl və təbiətlə harmoniyadadır. İlk gün çox vaxtım olmadı gəzməyə, BlaBlaBus ilə 3 euroya getdim Hamburga. Berlində olanlar bilirki 3 euro metro qiymətidir :)Hamburq gördüyüm ən elit şəhərlərin top listindədir. Şəhər memarlıq cəhətdən çox mükəmməl, səliqəli, estetik şəhərdir. Buna baxmayaraq soyuq, küləkli və ruhsuzdur. Berlindən fərqli olaraq burada Təbiət əlamətləri görmək qeyri-mümkün kimi birşeydir. Kanallar isə şəhərə əlavə özünəməxsus gözəllik qatır. Yağışı sevməyimə baxmayaraq Almaniyada olduğum hər gün leysan ilə keçdi və biraz yordu.1 gecə də Hamburgda qalıb yenə BlaBalaBus ilə 4 euroya üz tutdum Bremenə.Bremen uşaqlığımın arzusu idi. Oradakı məşhur Bremen musiqiçiləri - Eşşək, İt, Pişik və Xoruz heykəlini görməyi hər zaman arzulamışam. Görməyə dəyərdi :)Balaca və bir neçə saata gəziləcək şəhərdir. Çexiyanın Brnosu, Slovakiyanın Bratislavasına bənzətmək olar. Bir gün səhərdən axşama vaxtım olduğu üçün məhəllə-məhəllə gəzdim, hələ yarı günüm qaldı şəhər ətrafına da çıxdım.Axşamı FlixBus ilə yola düşdüm yenidən Hamburga oradan da Berlinə. Birbaşa Berlinə getməmək səbəbim isə Eyni avtobusla getməyimə baxmayaraq bileti birbaşa alsam 10 euro daha baha olması idi. Yəni əvvəlcə Hamburga daha sonra Berlinə almaqla 10 euro qənaət etdim. Əslində heç Hamburg-Berlin bileti almaya da bilərdim. Bremendə minəndə yatıb Berlində ayıldım, heç yoxlayan da olmadı.Qeyd edim ki, Almaniyada olduğum bütün şəhərlərdə ən ucuz və ən səviyyəli hostellər A&O hostel şəbəkəsidir. Təxminən 10 eurodan başlayır, amma 4* otel səviyyəsində yerdir.Bir gün yenidən Berlini tam gəzib qayıtdım ənənəvi 10 euro ilə Budapeştə. Amma bu qayıdış necə lazımdır macəra dolu oldu. Uçuşa bir saat qalmış mən hələ şəhərdə idim, Sürət qatarı ilə 20 dəq çatacağımı hesablamışdım. Nəticə elə oldu ki, birdə ayrıldım ki, səhv qatardayam və qapılar bağlanandan 5 dəq sonra çatır aeroporta. Hiss elədim tər basır. Alternativ uçuşlar da Allah kəssin, 10 euroya aldığım bilet indi 400 eurodan ucuza yoxdur. Nə isə elə oldu ki, həyəcandan bütün labirintləri uçura-uçura və bütün növbələri pozaraq qaçıb bütün kontrolu 2 dəq ərzində keçdim və son saniyələr ərzində təyyarəyə çatdım.Budapeştə gəlib bütün stressimi atandan sonra yollandım Szentendre qəsəbəsinə. Bura isə bizim Lahıc, Şəki zonasına bənzəyən balaca, turistik qəsəbədir. Budapeştdən təxminən 15-20 km məsafədə yerləşir. Gediş qiyməti isə təxminən 1 euro edir.Hər şəhərdə, hər hosteldə bir əşyamı unuda-unuda bir həftə tamamında enerji dolu qayıtdım gözəlim Bakıya :)Bu bilet azca baha idi, 50 euro. :)Növbəti səfərim isə Fevralda yenidən 10 günlük Macarıstan - Yunanıstan - Siciliya - Malta - Macarıstan olacaq və bu səfərimdən də ucuz olacaq. ????????Bu ilki gəzintimi, 10 ölkə 14 şəhərlə tamamladım. Gələn il üçün isə daha maraqlı planlar hesaba almışam. Bütün gəzintilərimdən maraqlı fotoları və məlumatları isə Instagram hesabımdan izləyə bilərsiniz. Həmçinin sərfəli səfər planlaması və ucuz biletlərlərlə bağlı sualınız da olsa verə bilərsiniz.Instagram.com/thmsb_mmdvƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov 

965 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!