1660 dəfə oxunub

Malaziya bələdçisi - Penang adası

Penang! Növbəti dayanacağımız Malaziyanın Penang adasıdır(Əyalət). Paytaxtı, Georgetown şəhəridir və şəhər UNESCO Dünya İrsi siyahısına daxildir. Əhalisinin 40% yerli Malay, 40% Çinlilər (yerli) qalanı isə Hind, Tayland və Avropalılardan ibarətdir. Yahoo Travelə görə ölmədən görüləsi yerlərdən biridir. Şəhər ingilis müstəmləkəsinin izlərini binalarında hələ də daşımaqdadır. CCN Penangın məşhur “Laksa” yeməyini (qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup) dünyanın ən yaxşı 7. yeməyi kimi təqdim edib. Penang küçə graffitiləri ilə dünyaya səs salmış və bu incəsənət nümunələri ilə hər il milyonlarla turist çəkən kiçik bir adadır.

61494525_2435919299785976_5094969254835388416_o

Şəhərdaxili gəzmək üçün velosiped ən uyğun seçimlərdən biridir, lakin isti havaları nəzərə alıb qərar vermək lazımdır. Ən rahat və ucuz vasitə Grab (Uber kimi mobileApp) vasitəsilə taksi sifariş etməkdir. Qiymətlə çox ucuzdur. Gecələmək üçün hər büdcəyə uyğun yer tapa bilərsiniz. Normal şəraitli, mərkəzdə olan otel (2 nəfər, 1 otaq) 15-18 Dollardan başlayır.

Penangda gəzməli-görməli, yeməli mövzulardan danışacıq.
1) Penangın ən məşhur muzeylərindən biri ‘Upside Down’ muzeyidir (şəkillərdən görə bilərsiniz). Muzey bu sahədə rəsmi olaraq dünaynın ən böyük muzeyi olduğunu düşündüyü üçün Guinnes rekordlar kitabına müraciət edib (bəlkə artıq seçilib də). Muzeyə giriş 27 MYR (1 USD = 4.2 MY)
5-12 yaş = 16 MYR
Tələbə kartı (beynəlxalq/İSİC) = 16 MYR

61194370_2435919573119282_1471266602300211200_o
Muzeydə köməkçilər sizə harada durmalı olduğunuzu əyani şəkildə göstərir və sizin telefonunuz/fotoaparatınızla şəkillər çəkir. Bir bələdçi sizə başdan sona kimi canı-könüldən kömək edir.
2) “Wonderfood Museum” bizim kimi yemək həvəskarı olanlar üçün ölmədən öncə görüləsi muzeylərdən biridir. Muzeydə yerli və dünya mətbəxindən olan məşhur yeməklər xüsusi materiallardan hazırlanmış nəhəng porsiyalar şəklində təqdim olunur. Əlavə olaraq bəzi “ən” lər (ən acı, ən şirin, ən məşhur və.s) haqqında maraqlı məlumatları da özündə əks ettirir.
Giriş 25 MYR
Uşaqlar 15 MYR

61558757_2435919546452618_6877460234059644928_o

3) Penang Oyuncaq muzeyi – Muzey qiyməti və mövzusu baxımından bəziləriniz üçün maraqlı olmaya bilər, amma uşaqlı gəzəyənlər üçün əvəzolunmaz təcrübə olacaq. Muzeydə 110 000 dən çox fərqli oyuncaq eksponat var.

Giriş = 39 MYR (bəli – bəli)
Uşaqlar = 24 MYR

Rəhmətlik Mirzə Babayevin yeri məlum. Dünyanın ən böyük Kəpənək fermalarından biri (Entopia) Penang adasındadır. Şəxsi fikrim əgər büdcəniz qısıtlıdırsa yuxarıda sadalanan muzeyləri boş verin amma mütləq kəpənək fermasına/bağçasına gedin. Sadəcə kəpənklər haqqında yox digər həşəratların, sürünənlərin (AzTVnin gözündən iraq) həyat tsiklı haqqında (mükəmməl vizuallarla) detallı məlumat almaq imkanınız olacaq. Ərazi olduqca böyükdür və özünüzü botanika bağında kimi hiss edəcəksiniz. Qiymətlər ucuz deyil lakın, mütləq şəkildə ödədiyiniz pula dəyər.

Giriş = 65 MYR
Uşaqlar = 45 MYR
Xüsusi ailə paketi = 202 MYR

Və gəlirik bizim üçün ən önəmli olan məqama. Mətbəx! Malaziya mətbəxi Çin, Hind və Malay mətbəxindən ibarətdir. Zövqlər müxtəlifdir əmma və lakin bu mövzuda təcrübəmizə dayanaraq bir neçə yemək seçmişik.

1) Laksa - qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup. Dadlı idi, amma qaynar Penang havasında çox da həzz almaq olmur. Qiymət 4-6 MYR

2) Penangın dünyaca məşhur Kapitan restoranı. Hind restoranıdır. Təndirdə bişən ədviyyatlı toyuqları və bərabırində təqdim olunan sosları ilə dillərə dastandır. Set qiyməti (nan (hind çörəyi), təndir toyuq, 3cür sos) 13 MYR. Yanında sadə Lasi (Ayran) içə bilərsiniz.

3) Çin mətbəxindən gələn Char Kuey Teow = qızarmış krevetka, çin sosiskası, əriştə soya sosu, soya filizi. Mükəmməl dad. Qiyməti 4-5 MYR

4) Penang küçələrinin ən məşhur içki/şirniyyatı “Chendul” adlanır. Tərkibi Süd, şəkər sirupu, düyü əriştəsi, xırdalanmış buz vəəəə möhkəm dayanın – qaynadılmış lobiya dənələri. 2+ ildir Asiyada yaşadığımız üçün bizə çox da qəribə gəlməsə də şirniyyatın içində lobiya dənəsinin olması ilk səslənişdə adamı diksindirə bilər lakin ortaya çıxan dad fərqli və ləzzətlidir.

61255231_2435919116452661_1609808481898987520_o

Qısaca desək Yahoo Travel haqlıdır, ölmədən öncə mütləq Penang adasına gedin. Səyahət üçün ən optimal vaxt (mülayim hava baxımından) dekabr və yanvar aylarıdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sakit Abdullayev

DİGƏR BLOQLAR

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz. Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq. Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız. Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))). Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram. Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

7239 dəfə oxunub

Coldplayın Vyana Konserti: Vyana Bələdçisi

Hərkəsə salam. Nəhayət məndə bir maraqlı post ilə qarşınıza çıxa bilərəm. Avgust Ayında Coldplayın Vyanadakı konsertine getdim və mənə Avstriya visa üçün bütün köməkliyi Elşən İsmayılov etdi İlk şengen visa təcrübəm idi ona görə çox narahat idim. Ama bütün sənədləri qaydasına qoyub apardım verdim səfirliye(o zaman hələ sefirlikdə idi visa müracieti) , Ordakı xanım dedi ki 14 günə gəlib passportuvuzu götürersiz) Çox rahat dedi elebil uje approve edibler , helede oldu 1 aylıq multivisa verdiler.Ən çox dəstəkləyici məqam xarici şirkətdə işləməyimdi və konsertin biletini əlavə etməyim oldu.Bakı-İstanbul-Vyana Bileti alaraq yollandım o gözəl şəhərə. Vyanaya 3 gün ayırmışdım , ona görə oranı doyunca gəzdim . Hava limanından şəhərə 17 avroya qatar var , bunan əlavə o qiymətə 2 avtobus gedişii hədiyyə edirlər. Ən möhtəşəm yerləri isə Prater parknan , Belvedere palace idi. Onu nəzərinizə çatdırım ki , mən bütün biletlərimi online alırdım . Daha sonra Zigmund Freydin və Mozartın ev muzeyine və St. Stephan cathedralına , İmperial Palace getdim. Mən özum Sankt Peterburgda doğulmuşam deye Vyanada sanki İkinci Piterdi çox doğma gəldi mənə, havasıda dağ havasıdı eləbil çox freshdi, avgust ayında yağışın olmasına baxmayaraq nəmişdik yox idi. Gəldik əsas səbabkara bu Coldplay konserti idi. Ümumiyyətlə mənim arzum idi onların o möhtəşəm konsertində olum . Dəyərmiydi ? Dəyərdi hər qəpiyinə qədər. Bileti Ticketmasterin Avstriya saytınan almışdım. Fevral ayında aldığım üçün 150 avroya başa gəldi ön sıra oturacaq yer ( halbuki konsert günü o yerlər 300 avro idi) Şəhər özü avropanın digər şəhərlərini müqayisə etsək bir tık bahadı. Onu deyim ki Romada ərzaqlar daha bahalıdı. Biletlərə ortalama 7-15 avro civarındadı muzeylərə. Avstriyada təəbiki maceralarım bitmədi, yollandım daha sonra Munxene oradanda Alp daglarına daha sonra İtaliya maceralarım başladı. Əgər maraqlı gəldisə 14 günlük tək avropa tripimi bölüşərəm. Onu deyim ki heçdə qorxulu deyil, əsas odu sənədlər pul telefom ustünezde güvencekli şəkildə olmalıdı yoxsa cibgirler ogurlaya biler. Axşam 11 geder gezirdim çünki artıq çox yorgun olurdum , hemdə təhlukesizlik baximindan. Şəkilləri sizinlə bölüşürəmP.S Snitzellerini yememiş şəhəri tərk etməyinPaylaşan: Lyaman Yakh

116 dəfə oxunub

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

1371 dəfə oxunub

Mozambik Səfərim

Hər kəsə salam,Cənubi Afrika Respublikası(CAR) və Mozambik arasında yerləşən, kiçik ölkələrdən biri olan Eswatini’yə (əvvəlki adı Swaziland) etdiyim qısa səfərdən şəkilləri paylaşıram. Təyyarə ilə CAR-nın Johannesburg şəhərindən King Mswati III International Airportuna 45 dəqiqəlik uçuşla və ya maşınla da gedə bilərsiniz. Təyyarə ilə gedirsinizsə maşın kirayələyib gəzmək daha yaxşı olar. 2-3 günə ölkənin əsas yerlərini görmək olar. Əsas görməli yerlər - Hlane Royal National Park, Mantenga Cultural Village, Mlilwane Game Sanctuary və s. Bundan başqa hiking və zip lining edə biləcəyiniz yerlər də var. Əhali mehribandır, çox təhlükəli yer deyil. Yollar, xüsusilə də magistral yolların vəziyyəti yaxşıdır. Başqa ölkələrdə safariləri gördüyüm üçün Eswatinidə təbiət parklarına getmədim. Şəkillərdən birində, arxa planda execution rock (Edam qayası) adlanan hündürlüyü 1110 metr olan bir dağ görünür. Yerli qəbilələrin dediklərinə görə cadugərlik və bu sənət vasitəsilə insanları öldürmək kimi müxtəlif cinayətlər törətməkdə günahlandırılan insanlar bu qayanın zirvəsinə aparılıb və daha sonra üzü üstə qayadan aşağı itələnirmişlər, amma bu şəkildə cəzalandırma artıq müasir həbsxanalarla əvəzlənib. Maraqlananlar üçün, bu ölkədə kişilər istədikləri sayda qadınla evlənə bilərlər, yetər ki hamısına eyni qaydada şəraiti olan ev ala bilsinlər( şəkillərdə gördüyünüz ot və ağac budaqlarından düzəlmiş evlərdən də olar) Hə bir də təxminən 10-15 inək, və ya onun pul qarşılığı məbləğini verməlisiniz. Hal-hazırdakı kralın 15 həyat yoldaşı və 45 uşağı var.Paylaşan: Anar Gojayev

89 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!