1149 dəfə oxunub

Günəşi ilə ilham verən şəhər - Nice

Nitsadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Air France ???????? çox pis təcrübə oldu. Borispoldan (Kiyev) Parisə (Charles de Gaulle Airport-CDG) uçan təyyarənin heyəti rusca normal başa düşmür, Kamboca və Vyetnamlılar idi. Yəqin ki, MAU ( Flyuia) ilə uçanlar bərbad təyyarə necə olur yaxşı bilirlər, inanınAirfrance daha bərbaddır. Çox köhnə təyyarələrdir. Təyyarədə ümumiyyətlə monitor yoxdur. Oturacaqlar arasındakı məsafə o qədər qısadır ki, ayaqlarım ikisi də keyləşmişdi. Yeməkləri də biyabırçılıq. (Allaha ağır getməsin) Vallah bundan sonra Butaya lowcost deməyə utanıram. Sağolsunlar, 57 manatlıq biletlə Kiyevə uçursan , pulsuz yemək də yeyirsən, oturacaqlar arası məsafə isə yalan olmasın Business Class kimidir.
Bir də əsas vacib məqam : Pilotlarımızdan həqiqətən də yoxdur.

Aeroporta (Charles de Qaulle) girən kimi Afrikalılar və uzaq şərqlilər ( əsasən Vyetnam və Kamboca əsilli olanlar) passportları yoxlayır, gömrükdə də eyni vəziyyətdir. Bəlkə də mənim gədiyim reysə belə smen düşmüşdü amma bir nəfər belə avropalı işçi görmədim.
Charles de Gaulle’a gedən olsa Gate F46 dan aşağı yol düşür, elə birinci sırada bir ərəb qaqaş isti çörəyin arasında türklərin pastırmasına oxşayan ət satır, ( aeroportun az qala yarısı əlində o yeməkdən yeyə -yeyə gəzirdi) ondan mütləq amma mütləq yemək lazımdır, bu daddan heç yerdə yoxdur. Qiyməti biraz bahadır, (12 avro) amma dəyər. Bir də aeroportun ən sevdiyim tərəfi bütün oturacaqlarda həm adaptor, həm də usb yerlərinin olmasıdır. WI-FI kodsuzdur və qoşulmaq çox rahatdır.
Airfrance şirkətinin müsbət tərəfi mobil əlavəsidir (Application). Heç nə soruşmağa ehtiyac qalmır, addım-addım ismarıc göndərərək (notification) lazım olan tərəfə yönləndirir.

32646826_10213516379798722_4043322327448944640_o

Cote d'Azur (Fransanın cənubunda Cannes-Menton arasındakı ərazilər), yəni Nice, Cannes, Antibes, Monaco, Menton və s. Buralar demək olar ki, avropanın milyonerlər məhləsidi. Elə aeroportun adı da Cote d'Azur–dur. Aeropotun qapısından çölə çıxan kimi ən bahalı maşınların taxi kimi istifadə edildiyini görəndə təxminən necə bir yerə gədiyini başa düşürsən. Cote d’Azurre-dan Nice şəhərinin mərkəzinə 1.5 avroya avtobuslar işləyir. Məsafə isə cəmi bir 4,5 km-dir. Mərkəzdən 1-2 avroya İtaliya ilə qonşu olan Mentona qədər getmək olur. Buradakı şəhərlər və qəsəbələr o qədər gözəldir ki, deməyə söz tamaq olmur. Həm tər-təmiz aralıq dənizi, yam-yaşıl dağlıq, tarix, müasirlik və fransızların inanılmaz mədəni, gülərüz rəftarları. Bir anlıq elə bildim ki, Ruanda, Konqo, Əlcəzair və s. Yerlərdə milyonlarla insanları qətlə yetirən tamam başqa millətdir. Nice və ümumilikdə Cote d’Azurre ərazisinin müsbət tərəflərindən biri də fransızların sayları yetərincə çox olan ərəblərlər və afrikalılarla qaynayıb qarışması və irqçilikdən əsər-əlamət olmamasıdır. Burda doğulub böyüyən qaraların fransızlardan ancaq rəngləri fərqlənir. Onlar da fransızlar kimi mədəniyyətli olmağı öyrəniblər. Ancaq bir də son 20 ildən bu tərəfə miqrant kimi gələnlər var, özləri ilə pis olan nə varsa gətirirlər və uyğunlaşma sindromu yaşayırlar.

32710800_10213516386998902_499411989655715840_o.jpg

Buralarda o qədər gəzib görməli yerlər var ki, yazmaqla bitməz. Yemək və qalmaq baha olsa da nəqliyyat qiymətləri normaldır. Ən çox işlənən sözlər, Bonjur, merci bokou. İngilis dilini bilən azdır. Kimdən nə soruşurdumsa fransız dilində cavab verirdi və bir-birimizi başa düşürdük. Yaşlı fransızları gördükcə bizim təqaüdçülərin halına acıyırdım. Adamların paltarlarından üz ifadələrindən xoşbəxt olduqlarını sezmək çox asan idi. Uşaqlar üçün də o qədər gözəl şərait var ki.....
Nitsada çimərliklər daşlıdır, şəhərin mərkəzi Massena meydanıdır. Şəhəri bütünüylə görmək üçün Parc du Chateau təpəsinə çıxmaq lazımdır.

place-massena-nice

Deməli axşam saat 21.00-da Vueling-lə Nice-Barcelona uçmalı idim. Yarım saat qalmış lövhələrdə cancelled yazısını görəndə hirsləndim. Birdə gördüm ki, hamı sakitcə Avia Partner masasına yaxınlaşır, sakitcə çıxıb gedir. Mən də nə deyəcəyimi fikirləşə-fikirləşə gəldim. Sağolsunlar paxıllıq etmədən iki günlük Radisson Blu hotel (All inclusive) çeki verdilər və dedilər ki, indi taksi gəlib sizi aparacaq. Bir də gördüm sürücü çantamı aparır Maseratti taksiyə... Booking.com-da qaldığım otağın qiymətinə baxdım bir gecə qalmaq 583 azn. Otelin French Rivieraya panoraması və yeməklərinə söz ola bilməz, həm də ən gözəl küçədə - Promenade des angles. Bileti (Nice-Barcelona) 22 dollara almışdım, 250 avro da refund (kompensasiya ) qazandım. Üstəgəl iki gün sonra avtobus bileti.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elshan Ismayilov

DİGƏR BLOQLAR

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

2533 dəfə oxunub

Yaşamağa İsveçrə, gəzməyə Fransa

Bir az uzun olacaq amma mütləq oxuyun????France & Swedenİlk öncə ????Paris???? Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower" ???? idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şouda ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gediləsi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????. Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilərsiz????. Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki “Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz (1saat 40 dəq)  "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənədə olsun tualetin olmaması. Səbəb isə Kral və ziyalı ailəsi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər ve bunu xadimələr təmizləməli idilər .Buna görədə illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki. Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir. Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu bağ bir sözlə "Möhtəşəmdir" ????. Gecə əyləncələri və diskoteka clubları da öz yerində.  Qeyd edim ki, mən layihə ilə getmişdim amma reklam xarakterli olmasın deyə adını yazmıram. Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız, 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ???? İngilis dilində anlayışım olsa da, danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu :) və o dostlarımı heç bir zaman unutmayacağam.2)Keçək Sweden-Stockholm???? Bu ölkədə isə təmtək gəzmişəm ???? Gəzintiyə başlamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm. ????İsveç ???? ümumilikdə məndə xoş təsurat yaradan ölkə. Ölkənin 70%-i ağaclardandır və 11 adanı birləşdirir. Milləti havası kimi soyuq olsa da, lazımi anda insana kömək eləməyi bacaran bir xalqdır. İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura avropanın ən az siqaret çəkilən ölkəsidi. Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirlər. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur. Qeyd edim ki, 1 həftəlik “Sel Kart” turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbətdə daha çoxdur amma rəng xətdi olaraq 10 rəngdi. Hamısında “information” işləyən işçilər var, turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu. Avtobusları gecə də işləyir. Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olarki.Gəziləsi yerlərdən ən başda gələn, təbii ki, Wasa gəmi muzeyidir???? 1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 ton ağırlığında və 70 metr uzunluğunda gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən dahada çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən tarixi muzeyidir.????Daha sonra Gamla Stan. 13-cü əsrdə qurulan bu yer ən köhnə şəhəridir. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizmin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan ????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki, millətə xeyri toxunan hər bir icada görə həmən adama onun adına mukafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya,Fizika və s) verilir. Çox uzun-uzadı danışmayım artıq ????Ölkədə təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusəndə Konya Kulu-ları. Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ????. Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

1962 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

5467 dəfə oxunub

Misir Turu Bələdçiniz

Misir, Hurghada(Safaga). Qrupda bu şəhərlə bağlı post çox az idi deyə, demək olar məlumatsız idim. Turu Polşadan tur agentliyindən aldıq, həddindən çox otel seçimi vardı, hamısının rəylərinə baxırdım, xalları aşağı idi, sonda 4 ulduzlu "Lotus bay beach resort" seçdik, 9 gün, 8 gecəyə təxmini 2100 zlot -900 manat (adambaşı) ödədik. Daha ucuz və daha bahalı yerlər də vardı. Katowiçadan Hurghadaya 4.30 saatlıq yol idi. Vizanı qapıda aldıq, qapıdan girən kimi elə biləcəksiz Koroğludasız, hər yerdən viza üçün çağırırlar, qapıdan girən kimi, Bank yazılan yerə yaxımlaşmalısız, 25 dollar (nağd) vizanı alırsız, biz isə ora deyil tur agentliyinə getdik çaşıb, və orada 27 dollar ödədik, biz səhv etdik, siz etməyin.Sonra kontrolu keçəndə rəfiqəm (polyak) keçdi, məni buraxmadılar ki, qeydiyyat kağızı lazımdır, yenidən arxaya qayıdıb qeydiyyatdan keçirdilər, 8 dollar da onun üçün aldılar, deyəsən 7 gündən artıq qalacağım üçün idi. Transferlə otelimizə getdik, Safaga Hurgadanın özündən 1 saata yaxın yoldur. Rəylərin əksinə oteli çox bəyəndik, Berlində görmədiyim qədər alman vardı. Otel seçərkən əsas məsələ dənizim yanında olsun, rahat gedib-gəlmək üçün. Oteldə yeməklər çox da dadlı olmur, amma mangalda bişirilən ət yeməkləri dadlı idi, seçim olduğuna görə ac qalmırsan. Yerlə alkoqollar ödənişə daxildir, sadəcə pivə xaric dadlı deyillər, amma yenə də içmək olar. Əlavə freş içkilər, import alkoqollar ödənişli idi.Gedə biləcəyiniz bir çox yer var və getdiyiniz tur agentliyi bu turları təklif edir, sadəcə, daha baha qiymətə, siz hər qiymətə təklif edilən turlar tapa bilərsiz, ən vacibi bazarlıq etməlisiz, çünki heç kim normal qiymət deməyəcək. Əsas məsələ, pul vahididir, baxmayaraq, rəsmi pul "Misir poundudur", hər kəs qiyməti dollar, avro olaraq deyir. Və sizə 20 avro desələr, deyin 20 dollar çünki olar üçün eynidir, biz dollarla danışıb ödənişi yerli pulla ödəyirdik, avro baha gəlir. Biz getdiyimiz turları siz 10 dollar ucuzuna tapa bilərsiz, çünki rəfiqəm qorxduğu üçün oteldəki ofisdən turlar aldıq baha qiymətə, yenə də tur agentliyindən ucuz. İlk turumuz, Quad(safari) - 30 dollar dedi amma 25-ə aldıq. Təxmini 3-4 saat çəkir, otelin önündən quada mindik, birinci sürməkdən qorxurdum, rolu döndərə bilmirdim amma sonra öyrəndim, çox rahatdır, amma barmaq qazı basmaqdan çox yorulur. 1 saata sürdükdən sonra "Bedouin village"-ə çatdıq, orada çay içdik, nargilə çəkdik, və 5 dəqiqəlik dəvəyə mindik. Bur tur günün istənilən saatlarında olur, axşam getsəz, oriental proqram olur ulduzların altında. Geyim olaraq, rahat ve uzun geyinin çünki səhrada bişəssiz bir yeriniz açıq qalsa dəvəyə minəndə diqqətli olun, çünki qalxanda çox hündürə qalxır. Bu tur çox əla idiTur 2. Hurghada shopping-city tour, bunu özünüz rahat uber və ya 123 taksi, şirkətilə istədiyiniz yerlərə rahat gedə bilərsiz, sadəcə yenə rəfiqəm qorxduğu üçün otel içindən taksi tutduq, adambaşı 20 dollar, amma sürücü bizi məkanlara aparıb gözləyirdi. İlk bizi Cleopatra mağazasına apardı, içəridə hər şey var idi və qiymətləri yerli vahidlə qeyd olunmuşdu deyə rahat bazarlıq etmək olar, biz çox şey almadıq ki, sonra bir dəfə də gələrik amma vaxtımız olmadı, əlavə 2 mağazaya da getdik, və sonra Hurghadanın bulvarı "Marina" ya gəldik, dəniz qırağında restoranlar, gəmilər, turlar, gözəl idi, biz məşhur dəvə steyki yemək istədik amma mən qarışıq dəniz məhsullarını görüb onu sifariş etdim. Restoranlarda qiymətlər yerli idi amma diqqəli olun, yenə atış gələ bilərlər, və menyuda qeyd olunmuşdu, 14 faiz vergi + 12 faiz xidmət haqqı əlavə olunacaq. Bilmədim bütün restoranlarda beləydi ya yox. Dəvə steyki çox dadlı idi, təxmini 700-800 egp pound, 14-16 dollar edir, mənim yeməyim kilosu 2500 pound idi, 500 qram götürdüm, krevetka yediyim ən dadlı krivetka idi, kalmar normal, midye və balıq da əla idi.Amma 1 saaat yeməyin gəlməyini gözlədik. Turun davamında balıq marketinə də gedəcəkdik, amma gec olduğu üçün rəfiqəm otelə qayıtmaq istədi. Orange Bay, Luksor və s yerləri ayrıca yazacam, çox uzun olduÇünki mənə sadəcə belə məlumat verici postlar maraqlıdır, və ətraflı yazıram ki, kiməsə kömək olarPaylaşan: Konul Huseyn

44 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!