1139 dəfə oxunub

Norveç - Oslo bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Bir müddətdir Norveçdən gəlmişəm əslində, ancaq təcrübəmi indi bölüşmək üçün vaxtım oldu. 4 müxtəlif şəhərdə oldum: Larvik, Drammen, Oslo, Bergen. Ən çox Oslo'da qaldığım üçün ordan məlumatlar paylaşmaq istərdim.

69875002_2422226824762155_6735008014371127296_n.jpg

69713468_2422226988095472_4501999374095613952_n

Oslo Pass alsanız transportation cəhətdən heç bir problem yaşamayacaqsınız. 2 günlük qiymət yetişkin biri üçün 655 NOK'dur (68 Euro). Tələbəsinizsə, tələbə kartınızı göstərib demək olar ki, hər yerdə 20-25% endirimdən istifadə edə bilərsiniz. Bundan başqa Oslo Pass ilə bir çox muzeylərə giriş pulsuz olacaq sizin üçün.

69643887_2422227164762121_6595496339746848768_n

69828716_2422227381428766_5697143916210421760_n

Norveç xüsusən Oslo çox bahalı şəhərdir bilindiyi kimi. Bunun üçün də qalmaq məsələsində Anker Apartment'i seçə bilərsiniz (günü 25 Euro). Ancaq çox az büdcəniz varsa Oslo'da Red Cross charity cəmiyyətinin təşkil etdiyi xüsüsi sığınacaqlar var. Günü 15 NOK'dur (1.50 Euro). Kişilər, qadınlar və cütlüklər üçün ayrıca sığınacaqlar var. Hər biri müxtəlif address'lərdədir. Axşam saat 22:00 açılıb, səhər 07:00 bağlanır. Bu sığınacaqlarda daha çox evsizlər gecələrini keçirir. Əşyalarınızı bura özünüzlə gətirməyiniz məsləhət deyil. Bagbnb istifadə edərək günü 5 Euro, əşyalarınızı store edə bilərsiniz. Red Cross cəmiyyətinin işçilərinə yaxınlaşıb onlardan City Survival Guide booklet götürün mütləq. Burda ucuz və ya pulsuz yemək və başqa şeylər üçün müəyyən ünvanlar əldə edəcəksiniz. Supermarket'lər içində isə ən ucuz və keyfiyyətlisi Coop'dur. Şəhərin bir çox yerlərində rast gələ bilərsiniz.

69820077_2422227758095395_7618019162618593280_n

Must see places' də isə Oslo'da bu yerləri deyərdim:
1) Viking Ship Museum
2) Frogner Park
3) Vigeland Museum
4) Fram Museum
5) Norwegian Folk Museum
6) Norwegian National Gallery (Edvard Munch məhşur Scream əsəri burda saxlanılır)
7) Oslo Opera House
8) Holmenkollen Ski Museum & Tower
9) Aker Brygge (Eternal Peace Flame burdadır)
10) Akershus Fortress
11) Royal Palace
12) Oslo City Hall
13) Norway’s Resistance Museum
14) Tjuvholmen Sculpture Park
15) University Botanical Garden
16) Vigeland Park
17) Huk Naturist Beach (Nudist Beach ????????)
18) Middelalderparken
19) Grorudparken
20) Vaterlandsparken
21) Bjerkedalen park

69934605_2422227724762065_2716079847033012224_n

69655324_2422227614762076_3516366858552868864_n.jpg

Ümumiyyətlə Norveç'də xüsusilə Oslo'da çox parklar var. Burda sadəcə bəzilərini qeyd etdim. Google Maps'də asanlıqla tapa bilərsiniz. Çalışdım ki, yazını bacardığım qədər qısa və ətraflı tutum. Getmək istəyən hər bir kəsə xoş səyahətlər və uğurlar ✌️✌️????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zahid Zahidli

DİGƏR BLOQLAR

Mavi qübbəli kilsələr adası - Santorini

Santorinidəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Daha öncə Santorini barədə yazılan posta və postlara qüvvət olaraq, ora getmək istəyənlər üçün istərdim ada barədə daha geniş məlumatlar verim.Santoriniyə Naxos adasından gəldik, biraz yorğunçuluq olduğu üçün əvvəlcədən adanı gəzəcəyimiz marşrutu belə planlaşdırmamışdım. Yalnız adaya çatmağımıza yarım saat falan qalmış, fikirləşdim ki, girib internetdə baxım görüm nə məlumatlar tapıram.İlk qabağıma çıxan blogdan aşağıdakı xəritəni tapdım, hansında ki, əsas qaymaq yerləri göstərilib. Yerlərin şəkillərini və məlumatlarını tapıb baxdım və adanın bir ucundan digər ucuna qədər ardıcıl gedilə biləcək məkanları seçdim.Adada cəmi 10-11 saat vaxtımız olacağına görə, düşündüm ki, ən salamatı icarəyə maşın götürməkdir (sürə bilmək və vəsiqənin olmağı yaxşı şeydi ????). Başladım Santorinidə olan bütün kirayə maşın ofislərinə bir-bir zəng etməyə. “Late booking” olduğuna görə, üstəlik də 1 gecəlik heç kəs maşın vermək istəmirdi. Ən sonda ümidlərim ölənə yaxın, ofisin birindən “hə” cavabı aldım. Nissan Micro/avtomat qutu, 1 sutkalıq kirayə 70 avroya götürdüm.Adaya çatdıq və gecələyəndən sonra, səhər saat 7-dən etibarən düşdük adanın canına. Təyin etdiyim marşrut üzrə gəzməyə başladıq. Arada yeməyə yer lazım olduqca, Tripadvisor istifadə edirdim. Açığını desəm, məncə maşın götürməsəydim, adadan bu qədər həzz və xoş təəssürat almazdım bəlkə də. Yəni götürməyimə dəydi.Firada “Skaros Rock”a qalxdıq. Çox bomba məznərə açılır ordan və qayanın ən təpəsinə qalxmaq ayrı bir adrenalin verir. Videoda həmin mənzərəni görə bilərsiniz. (aşıq musiqisini sevməyənlər səssiz baxsınlar ???? - https://www.facebook.com/cuvarov/videos/pcb.832509447144273/2375217885870159/?type=3&theater&ifg=1) Skarosun özündə köhnə qala tikilisinin qalıqları hələ də qalmaqdadır.Daha sonra nahara Oiada yerləşən “Lioyerma pool adlanan” adlanan pulsuz hovuza getdik. 1 dənə dondurma alaraq saatlarla vaxt keçirə biləcəyiniz yerdir.Ordan Amoudi Bay restoranlarından birinə getdik. Həmin kiçik körfəzdə 4 dənə yanaşı restoran var, hansılar ki, dəniz məhsullu yeməkləri dəhşətli dərəcədə dadlıdır və adam əlindən tərpənmək olmur. Yeri çox gözəl, servisi də çox yaxşı idi. Lobsterin yanında verdikləri xüsusi sousda vermişel isə dəhşət... onu mütləq dadın ???? 76 avro xərcimiz çıxdı salat, yemək və içki qarışıq hamsına.Ammoudidən sonra isə adanın aşağı küncündəki maraqlı çimərliklərə getdik.Yeri gəlmişkən, adanın yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər təxmini 20-25 dəqiqəyə çatırdıq. Yollarda bir dənə də olsun işıqfor, polis və s. yox idi. Sürət nişanları olsa da, sürəti hamı özü seçirdi ???? Bir mənfi cəhət, yolların gecə ümumiyyətlə işıqlandırılmaması idi.Əlavə olaraq qeyd edim ki, nağd pul bizə demək olar ki, lazım olmadı. Hər yerdə pos terminal var. Sadəcə ictimai nəqliyyatda məncə nağd pula ehtiyac olur.Ümumilikdə ada çox xoşumuza gəldi. Santorinini tam yaşamaq üçün 2 gün bəs edər, amma məncə kirayə maşınla.#Santorini #GreeceDaha geniş məlumat, əlavə muzeylər və ideyalarla keçiddən tanış ola bilərsiniz: https://santorinidave.com/best-things-to-do-santoriniƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Cuvarov

1114 dəfə oxunub

Nepal bələdçisi - Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz. Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.Gəldik məbədlər hissəsinə...Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir...İbadət olunan reyhanKatmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.55 Pəncərəli SarayMəşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisizVəəə... sizə danışım məşhur Baktapur Yoqurtundan... Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu... Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə Uzun oldu deyə üzrlü sayın Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

985 dəfə oxunub

Bir qalanın sirri - Carcassonne

Fransanın Languedoc-Roussillon bölgəsinə Barcelonadan icarəyə götürdüyümüz maşınla getmişdik. Elə yenicə Fransa torpağına qədəm basmışdıq ki, əsl fransız qonaqpərvərliyini öz üzərimizdə hiss etdik. Düz xətti azca bastaladığımıza görə şanlı fransız polisi bizi saxladı, nə qədər yalvardıq, kimlərin adını verdik xeyri olmadı. Alın təri ilə qazandığımız 90 Avromuz cibimizə ağırlıq edirmiş. Nə qədər kruasan ala bilərdik bu pula...Pireney dağlarının ətəyində yerləşən Od çayı üzərində yüksələn Carcassonne qalasının gözəlliyi kütləvi kruasan itkisini tez unutdurdu. Axşam bura çatdıq və mehmanxanada çantalarımızı tullayıb yüyürdük qalaya. Qala divarları arxasında qədim şəhər yerləşir. Saysız hesabsız restoran və kafelərin qarşısında dayanan işçilər turistləri cəlb edirlər və hər biri də səni inandırmağa çalışır ki, əsil “cassoulet” məhz burada bişirilir. Ət və ağ lobyadan hazırlanan bu yerli təam gil qabda təqdim olunur və elə sobadan götürülüb qaynayan vəziyyətdə masanın üstünə qoyulur.Carcassone çox mürəkkəb tarixi olan qədimi bir qaladır. 725-ci ildə buranı müsəlmanlar ələ keçirir və şəhərin adının yaranmasının ən çox yayılmış əfsanəsi elə bu dövrlə bağlıdır. Qalanın Karl tərəfindən mühasirəsinin beşinci ili gedirdi. Demək olar ki, bütün qarnizon başda müsəlman hökmdarı Balaak olmaqla məhv edilmişdi. Elə bu vaxt Balaakın həyat yoldaşı Karkas xanım hiylə işlədir - şəhərdə yeganə sağ qalmış donuza taxıl yedizdirib onu qala divarından tullayır aşağı. Zərbədən partlayan donuzun qarnından yerə tökülən taxılı görən Karl fikirləşir ki, gör bunlarda nə qədər donuz var ki, onları diri diri tullayırlar və nə qədər yemək ehtiyyatları var ki, donuzlara taxıl yedizdirirlər. Bu vəziyyətdə o, mühasirənin mənasız olduğunu düşünərək ordusuna geri çəkilmək əmri verir. Qələbəni qeyd edən Karkas isə zəng çalmaq əmri verir. Səsi eşidən Karlın silahdaşıyanı hökmdarına müraciət edərək “Cənab, Karkas Sizi çağırır” deyir (Sir, Carcas te sonne). Bilmirəm Sizə nə qədər maraqlı gəldi, amma hər halda turistlər üçün hesablanan və şəhərin brendinə çevrilən bu əfsanənin baş qəhramanı Karkas xanımın heykəli elə girişdəcə Narbonn qapıları ilə üzbəüz dayanıb camaatı qarşılayır.XI-ci əsrdə Languedocda mənəvi dünyanın yaradıcısı olan Xeyirxahlıq Allahını və maddiyyatın yaradıcısı olan şeytanı qəbul edən Katar təriqəti yaranmağa başlayır. Carcassone katar mərkəzlərinin birinə çevrilir. Bunu eşidən Roma papası dönüklərə qarşı səlib yürüşü elan edir. Bölgəni od içində boğan və yerlə yeksan edən bu yürüş Carcassone qalasına demək olar ki, toxunmur. Buna səbəb isə qala müdafiəçilərinin iki həftədən sonra su çatışmazlığı səbəbindən təslim olmaları olur. Şəhər sakinlərinə buranı sağ salamat tərk etmək imkanı yaradılır, yalnız bir şərtlə - onlar hər bir şeylərini şəhərdə buraxıb, özləri ilə isə yalnız günahlarını apara bilərdilər, yəni ki, bir şalvar və bir köynəklə. Langedocun tarixində qaranlıq dövr başlayır – müharibələr, inkvizisiya, kütləvi qırğınlar. Bəzi məlumatlara görə inkvizisiya elə məhz bu dövr burada yaranıb. Və onun ilk qurbanları katarlar olub.Lakin, tam qələbəni qeyd etmək hələ tez idi. Qürurlu katarlar azadlıq mübarizələrini hələ çox davam etdirdilər. Onlar insanı insan tərəfindən istismar etmədən vicdanlı və sağlam həyatı təbliğ edirdilər. Döyüşlər uzun illər davam etdi, lakin güclər qeyri bərabər idi və yekunda katolik dininin tərəfdarları tam qalibiyyət qazandılar. İndiki Carcassonda o dövrdən qalan abidələrdən biri də qalib tərəfin qala içərisində tikdirdikləri Müqəddəs Nazari və Selsi katolik kilsəsidir.Qalanın ərazisi gəzməklə bitmir, hər addımda elə bil ki, o dövrlərə qayıdırsan. Hər il iki milyon turist qəbul edən Carcassone son dövrlər Holliwoodun da maraq dairəsinə daxil olub. Burada “Robin Hood”, “Jeanne dArc”, “Harri Potter” və bir neçə Disney cizgi filmləri çəkilib. Hətta Disney özü bir neçə il Carcassonedə yaşayıb.Carcassone qaladan başqa aşağı şəhərdən də ibarətdir. Şəhərin bu hissəsi bizdə o qədər maraq doğurmasa da, getməyə məcbur idik. Və səhər yeməyindən sonra şəhərə poçt axtarışına yollandıq. Avropada cərimə ödəmə təcrübəmin olmadığından proses mənə çox maraqlı gəldi. Demək poçtda cərimənin dəyəri qədər marka almalısan, onları zərfin üstünə yapışdırıb poçt qutusuna atmalısan. Poçt qutusunu tapmaqda isə bizə bir yerli qonaqpərvər fransız yardımçı oldu. Bizim ingiliscə, onun isə fransızca danışmasına baxmayaraq bir birimizi çox gözəl başa düşdük.Bir sözlə, yolunuz nəinki Fransaya və ya İspaniyaya düşəndə, umumiyyətlə Avropaya növbəti səfər xəritəsinə mütləq bu balaca lakin qədim və qürurlu bir tarixi olan Carcassone şəhərini salın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Matin Rahimli

965 dəfə oxunub

Meksika - Kampekhe bələdçisi

Kampekhedəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.????????Meksikanı səyahətə başladım. Bir aylıq səyahət planım da Meksikanın möhtəşəm şəhərlərini səyahət etməkdi. Səyahətə başladığım ilk şəhər isə Campeche şəhəri oldu. Demək olar ki bu şəhər haqqında çox insanın məlumatı yoxdu. Elədisə sizlərə bu şəhər haqqında məlumatları verim.ℹ️Campeche haqqındaCampeche Meksikanın canub şərqində yerləşən bir statdır. Elə ştatın paytaxtıda San Fransisco de Campeche adlandırılır. Şəhər çox rəngarəngdir. Hər küçəsində fərqli rənglərdə evlər görə bilərsiz. Burda daim isti olur mən səyahət edən zaman yəni oktyabrın 8-i hardasa 36 dərəcə isti var idi lap dəniz havasıdı.✈️Campecheyə necə gəldim bunun haqqında deyim. Mən 75 manata tək gedişli bilet alıb, Vivaerobus təyyarəsi ilə Meksikanın Monterrey şəhərindən Meridaya uçdum. Meridada Renta cardan 140 manata maşın kiralayıb yollandım Campecheyə. Yol 2 saatdır və çox rahatdı. Əgər bura gəlmək istəsəz Meksika şəhərindən hər zaman uçuş olur bu şəhərə. Və ya İstanbul Cancun ordanda Campeche şəhərinə uça bilərsiz.????Pul vahidi Meksikan pesosudur 1 peso = 0.88 qəpik????????????Campeche əmin ola bilərsizki təhlükəsiz bir şəhərdi. Gecə saat 3də belə çıxıb şəhəri gəzsəz başınıza heç bir hadisə gəlməz Campechedə. (Dediyim Meksikanın digər şəhərlərinə aid deyil ha) ‼️????????Qalınacaq yer – Əgər səyahət zamanı qaldığınız evin luxs olmamağı sizi narahat etmirsə onda mən sizə qaldığım evi məsləhət görə bilərəm. Bir otaqlı kiçik həyət evidi. Mən səyahət edən zaman evin super olmağı barədə düşünmürəm çünki səhər çıxıb axşam gəlirəm oda yatmağa. Əsas bu evin Wifi və Kondisoneri var idi və hər ikisidə problemsiz işləyirdi. 3 günə görə 73 manat ödədim. Əgər iki nəfər getsəz sizə qiymət sərf edəcək. Bu məbləği iki nəfərə ödəyə bilərsiniz. https://www.airbnb.com/rooms/18314124?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445????????Şəhər çox rəngarəngdir aşiq olmamaq mümkün deyil. Mayalıların yaşadıqları bir şəhəri gəzib tarixi haqqında maraqlanmaq çox maraqlıdır həqiqətən də görə biləcəyiniz maraqlı yerləri var. Şəhəri gəzməyə 2 və ya 3 gün bəs edir. Bir gününüzüdə şəhər ətrafını gəzməyə ayıra bilərsiniz .Gəziləcək yerlər????Catedral de Campeche Şübhəsiz ki, Campeche’nin ən əhəmiyyətli kilsə Katedraldir. Tarixi 16-cı əsrə gedib çıxır, 1540-cı ildə Kilsənin inşasına başlanıldı və İnşanı bitirib qurtarmaqları çox uzun çəkdi və 19 cu əsrin əvvəllərində inşanı bitirdilər.????Puerta del mar divarlarla örtülü olan qalanın bir qapısı limana doğru olan Puerta de mar’dır. Bu qapıdan keçər keçməz dənizin qoxusunu hiss edir adam. Sahildə velosibed sürənlər, gəzənlər, qaçanları və kitab oxuyan insanları görə bilərsiz.????Rəngarəng küçələr – Iglesia de San Juan və Parque Principal arasındakı ən rəngli pitoresk evlərin çoxluğunu tapdım, Evlər həqiqətən möhtəşəmdir foto aparatı əlimə alıb Campeche küçələrində qeyboldum lap.????Puerta de tierra, şəhərə quru yolu ilə hər hansı bir tərəfdən hücuma gələnlərdən qorunmaq üçün hazırlanmış bir hərbi quruluşdur. Darvazanın üstündən girə bilən hər hansı bir düşmənə hücum etmək üçün istifadə edilə bilən bir müdafiə sistemi qurulmuşdur. Puerta de tierra cümə axşamı, cümə, şənbə və bazar günləri axşam saat 8-də təqdim olunan “El lugar del sol” (Günəşin yeri) adlı işıqlı və səsli bir şou təqdim edir. və şou 60 dəqiqə davam edir. Qalaya giriş bileti 1.40 Azn????Campeche logosunun önündə də mütləq bir şəkliniz olsun. Əgər getmək imkanınız olsa Mirador Benito Juarezə qalxıb orda da şəkil çəkin.????Calle 59# da rəngarəng evlər arasında gəzib restoranlarda oturub dincəlib canlı musuiqi dinləyə bilərsiniz.????San Miguel qalası Dəniz quldurların hücumundan sonra ispanyalılar tərəfindən şəhərin müdafiəsi üçün 17-18-ci əsrlər arasında inşa edilmişdir????Şəhərin şimal hissəsinin ən yüksək hissəsində yerləşən San Jose el Alto qalası Campeche-də yerləşir, binası köhnə saat olaraq bilinən təpədə inşa edilmişdir, Daim dəyişdirilən bir müşahidə postu idi.????Edzna qurulan Chontal mənşəli bir nəslin adıdır. Uzatma ilə digər yaşayış məntəqələrinin sakinləri bu qədim Mayya şəhərinin sakinlərini “Itzaes” adlandırdılar; buradan onun adı gəlir: Ytzná / Edzná: “Itzáes Evi”. Campecheyə gəldinizsə mütləq gedib görməlisiz Mayalıların inşa etdikləri maraqlı piramidlər var. Bura getmək hardasa 1 saatınızı alacaq yol isə 55 km dir. Gedərkən özünüzlə ağcaqanad sprey götürməyi yaddan çıxarmayın ağcaqanda dəhşət çoxdu orda. Adamı lap didirlər. Giriş bileti 5 AznDaha ətraflı məlumat üçün http://evdenuzaqlarda.com/????????RestoranlarSəhər yeməyini mən adətən evdə hazırlayıb yeyirəm çünki ucuz başa gəlir. Günorta və axşam yeməklərini isə restoranlarda yeyirəm çünki buranın yeməkləri həqiqətən çox dadlıdır həmdə dadınana doymaq olmur.La pagoda restoranında 15 AznLa Panistera kafe 5.20 AznMarganzo restoranında 13 AznAbuelito Jose restoranında 7 AznCenaduría Portales de San Francisco restoranında 11 AznLa cocinita restoranında 9 Azn????????Campeche səyahətimi də belə bitirdim. Səyahətə davam edirəm yaxın zamanda yeni şəhələr haqqında məlumatları sizinlə bölüşəcəm. Oxuduğunuza görə təşəkkür edirəm..https://www.youtube.com/watch?v=wUx6KUIcFEE&t=15sƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

626 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!