483 dəfə oxunub

Şəhər bələdçisi - Dubay şəhərində maraqlı nə var?

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Ən böyük. Ən yüksək. Ən bahalı, ən müasir və s.

Dubayda hər şey həddindən artıqdır.

Tarixinə və ənənəsinə son dərəcə diqqətli ərazi müasirlik ilə seçilir.

Səs-küylü həyatı, dəbdəbəli alış-veriş və son dərəcə məharətlə hazırlanan yeməklərlə müşayiət olunan möhtəşəm göydələnlər, palma ağacı şəkilli adalar və ağ-qızılı qumlu çimərliklər şəhəri gəzməli-görməli yerə çevirir.

1. Burj Khalifa

Dubayın ən möhtəşəm binası. Üst mərtəbəyə qalxıb səhra və göydələnləri seyr etmək fərqli bir təcrübə olacaq. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.

Əvvəlcədən rezervasiya etsəniz və hətta biletinizi onlayn alsanız, daha uyğun məbləğ ödəyəcəksiniz.

124-cü mərtəbəyə 1 dəqiqəyə necə çatmaq olar, o hündürlükdə mənzərə necədir?

Eyni anda bir çox duyğu yaşayacaqsınız.

Gedin, baxın, zövq alın.

Yaxınlıqdakı böyük hovuzda hər gün saat 18:00-da başlayan və yarım saatdan bir davam edən su, işıq və musiqidən ibarət şou həqiqətən gözəldir. Yaxınlığında olsanız, qaçırılmamalısınız.

2. The Dubai Mall
Mindən çox mağazaya ev sahibliyi edən bir yer. Dünyanın ən böyük ticarət mərkəzlərindən biri, ən tanınmış brendlər. Bütün ticarət mərkəzini ziyarət etmək üçün 3-4 gün lazımdır.

3. Dubai Miracle Garden
Çiçək bağçasıdır, 2013 -cü ildə “Sevgililər Günü”ndə istifadəyə verilib. Bura 72.000 kvadrat metrdən çox ərazini tutaraq 50 milyondan çox çiçəyi və 250 milyon bitkisi olan dünyanın ən böyük təbii çiçək bağıdır.

Səhranın ortasında nəhəng gül bağı salıb onu yaşatmaq heyranedicidir! Ətirli qoxuların müşayiəti ilə hər guşəni gəzməyə doymayacaqsınız. Əgər şəkil çəkdirməyi sevirsinizsə, səhər getməyiniz daha yaxşıdır, günortadan sonra sıxlıq olur.

Emirates Mall-dan bura birbaşa avtobus var.

4. Global Village

Dubayın Qlobal kəndi, Şeyx Məhəmməd Bin Zayed yolunda (E 311 yolu Dubay) yerləşir. Dünyanın 90 ölkəsinin mədəniyyətlərini bir yerdə birləşdirir. Dünyanın ən böyük turizm, istirahət, alış -veriş və əyləncə layihəsilərindən biridir. Bura fərqli ölkələrin yerli məhsullarını bazara çıxardığı və hər bir ölkənin axşam saatlarında müntəzəm olaraq canlı şouların və musiqinin sərgi.

Sərgi meydanı, hər ölkənin xarakterik simvolu nəzərə alınaraq hazırlanmışdır. Həmin ölkənin ərzaq və ya məhsulları satışa çıxarılır. Uşaqlarla gedəcəklər üçün içəridə Lunapark da var.

5. Dubai Frame

Dubayın Zabeel Parkında yerləşən memarlıq abidəsidir. Dünyadakı ən böyük çərçivə rekorduna sahibdir. İki paralel qülləni birləşdirən 93 metr uzunluğunda şəffaf şüşə körpü ilə şəkil çərçivəsi şəklini alan “Dubai Frame”. Lift asma mərtəbəyə qalxdıqda xüsusi səs və vizual effektlərlə dolur, 150 metr hündürlükdən şimala baxanda köhnə Dubay, cənuba baxanda yeni Dubay görünür. Şəhərin möhtəşəm mənzərələrini görmək üçün Dubai Frame-i nəzərdən keçirin. Gözəl bağlarla əhatə olunmuş gözəl binadır. Bu attraksionun xüsusiyyətlərindən biri də 150 metr aşağını görmək üçün piyada gedə biləcəyiniz şüşə döşəməsinin olmasıdır.

6. Aquaventure Waterpark

Palm Jumeirah-da yerləşən 17 hektarlıq nəhəng Aquaventure su parkını Dubayda ən yaxşı ailə əyləncəsi yeri kimi təsvir etmək olar.

Dubayda keçirmək üçün bir az vaxtınız varsa və hərəkəti sevirsinizsə, mütləq buranı ziyarət etməli və heyrətamiz adrenalinlə dolu su atraksionlarından istifadə etməlisiniz, inanın ki, peşman olmayacaqsınız, əksinə, yenidən bunu istəyəcəksiniz.

Burada delfinlərlə üzə biləcəksiniz. Şəkilinizi hər yerdə çəkirlər və günün sonunda əldə edə bilirsiniz.

7.  La Mer Dubai

Dubayın ən məşhur çimərlik ərazisidir. La Mer, palma ağacları ilə kölgələnmiş bulvarı, bir mərtəbəli binaları, yüksək səviyyəli ticarət imkanları, unikal butikləri ilə bəzədilmiş körfəz mənzərələrini təqdim edir.

Bura Dubayın Las-Veqası da deyirlər. Bir çimərlik ancaq bu qədər yaxşı dizayn edilmiş və əyləncəli ola bilər. Sahildə çimərkən bir az geridə ticarət mərkəzi və gözəl keyfiyyətli kafeləri ilə hər kəsi cəlb edən maraqlı küçə.

8. Burj Al Arab
1994-cü ildə inşasına başlanan otel 1999-cu il dekabrın 1-də qapılarını müştərilərinin üzünə açıb. Hotel əvvəllər iri qaya bloklarının dənizə endirilməsi ilə yaradılmış dəniz sahilindəki adada tikilib. Hotel dünyanın ilk 7 ulduzlu oteli olması ilə məşhurdur. Hotelə gündəlik ekskursiyalar da təşkil edilir. Burj Al Arab ərəb qalası mənasını versə də, memarlıq baxımından dənizdə üzən yelkənə bənzədiyi üçün Yelken oteli də adlandırılır.

Həm çəkisini azaltmaq, həm də isti havanın sirkulyasiyasını təmin etmək məqsədilə otelin xarici səthi iri parça parçalardan hazırlanır. Bu baxımdan gecə proyektorlar tərəfindən işıqlandırılan xarici səthdə müxtəlif rəngli fiqurlar əmələ gəlir.

Kateqoriya və qiymət baxımından rəqiblərindən xeyli yuxarı mövqeyə malikdir, standart otaqlarının da dupleks olması və otaqların şəraiti heyrətamizdir. Hotel Hermes brendi ilə əməkdaşlıq edir. Bütün otaqların möhtəşəm mənzərəsi var. Oteldəki satış məntəqələri, hovuzu və çimərliyi də çox uğurludur.

9. Ski Dubai
22.500 kvadrat metr sahəsi olan qapalı bir xizək kurortudur. Temperatur il boyu -4 dərəcə ilə 2 dərəcə arasında olur. Dünyanın ən böyük ticarət mərkəzlərindən biri olan Mall of the Emirates-in bir hissəsidir.

İçəridə bir neçə pinqvin var, siz onları da görə biləcəksiniz.

10. Dubai Creek Harbour
Şəhərin köhnə yaşayış massivində Yaxın Şərq memarlığını nümayiş etdirən tarixi yerlərdən biridir. Bərpa edilmiş köhnə binalarda restoranlar, açıq havada yemək

yemək üçün yerlər, köhnə bazar və ədviyyat bazarı da maraqlıdır. Sabha və Abra stansiyasından köhnə ərəb qayıqlarına minərək gün batımını seyr etmək, işıqların parıltısı arasında qayıqda nahar etmək olduqca maraqlıdır.

11. Dubai Dolphinarium
Dubayın ən sevimli turistik yerlərindən biridir. Burada Delfin və suiti şoularını izləyə biləcəksiniz. Ən maraqlısı isə delfinlərlə üzə biləcəksiniz. Uşaqlı ailələrin mütləq getməli olduğu yerlərdəndir.

12. The Lost Chambers Aquarium
Burada 65.000 dəniz canlısı yaşayır. Köpəkbalığı, ilanbalığı, dəniz atları və piranalarla qarşılaşacaq, Atlantis sivilizasiyasının sualtı labirintlərini və tunellərini görəcəksiniz. Uşaqlar üçün daha maraqlıdır.

13. Dubai Safari Park
119 hektar ərazini əhatə edir. Burada dünyanın hər yerindən 2500-dən çox heyvan yaşayır.

Dubay Safari Parkı vəhşi təbiətin mühafizəsi ilə bağlı maarifləndirməyə böyük diqqət yetirən interaktiv heyvanlar qoruğudur. Bir sıra interaktiv təcrübələr vasitəsilə park uşaqları təbiətə yaxınlaşdırmağa və onlara vəhşi təbiət haqqında daha çox öyrətməyə çalışır. Hətta park yerli məktəblər üçün bir sıra proqramlar hazırlayıb.

Dubay Safari Parkı vəhşi təbiət parkı, heyvan qoruğu və təhsil mərkəzidir, hamısı bir yerdədir. Dünyanın flora və faunası haqqında daha çox öyrənmək istəyən hər kəs üçün mütləq ziyarət edilməli olan Dubay Safari Parkı həm də çoxlu sayda ekzotik heyvanlarla yaxından tanış olmağa imkan verən bir çox interaktiv proqramlara malikdir.

Park müxtəlif zonalara bölünür, hər zonada öz bölgələrində yaşayan heyvanlar var.

Burada Afrikanın savannalarında, Asiyanın tropik meşələrində yaşayan heyvanları görmək mümkündür. Marallar, şirlər, fillər

ayılar, pələnglər, çitalar, şimpanzelər, zürafələr, kaftarlar, qorillalar və bir çox başqa heyvanları görəcəksiniz, həm də onların yaşayış yerləri və ekosistemləri haqqında daha çox məlumat əldə edəcəksiniz.

14. Səhrada safari turları
Dubay səhrasında safaridən həzz alın,

4x4 Land Cruiser-də qumların arasında adrenalini hiss edin, Sandboarding edərək qum təpələrindən aşağı sürüşün, Əl Xayma səhra düşərgəsini ziyarət edin.

Dəvəyə minin və bədəvi mədəniyyətinin nə olduğunu öyrənin.

Otelinizden 4x4 Land Cruiser ilə alındıqdan sonra yerli bələdçinizlə Dubaydan cəmi 45 dəqiqəlik məsafədə səhraya yola düşəcəksiniz.

Ləhbab səhrasına çatdıqdan sonra dincəlmək üçün təxminən 20 dəqiqə vaxtınız olacaq.

Avtomobiliniz hazır olduqdan sonra siz səhrada təxminən 30-45 dəqiqə adrenalin yaşayacaqsınız.

Növbəti dayanacaq sizi ənənəvi ərəb qəhvəsi, şirniyyat və xurma ilə qarşılanacağınız Əl Xayma düşərgəsidir.

Sonra dəvə fermasına gedəcəksiniz. Qısa bir dəvə gəzintisindən zövq aldıqdan sonra sizi Dubaydakı otelinizə geri qaytaracaqlar.

Hamilə qadınlar, 3 yaşa qədər uşaqlar, ürək problemi olan insanlar, əlil arabası istifadəçiləri tura qoşula bilməz.

Özünüzlə rahat ayaqqabı,günəş eynəyi, günəş kremi və baş örtüsü aparmağı unutmayın.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

#uçmaqüçündoğulanlar #travelblogger #visitabudhabi #dubailife #dubaiexpo2020 #dubaimall #dubaibeauty #dubaishopping #burjkhalifa #burjalarab #jumeirah #deira #emirates

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

Berlin bələdçisi - fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir...Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.Nə var Berlində? Berlinə niyə gedək?Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən "sağ çıxmış" bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə "Muzeylər adası" adlanan zonada yerləşir.PerqamonBode muzeyiQədim muzeyQədim milli qalereyaYeni milli qalereyaBerlin rəsm qalereyasıDalem muzey mərkəziYəhudi muzeyiAlman tarix muzeyiRus-Alman muzeyiAlman texniki muzeyiTəbiətşünaslıq muzeyiKino muzeyiQənd muzeyiEtnoqrafiya muzeyiÇekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.İmperator Vilhelmin memorial kilsəsiPotsdam meydanıReyxstaqBrandeburq qapılarıUnter den LindenAleksandr meydanıBerlin divarıKansler idarəsiQırmısı sovetlər eviHolokost qurbanalarının xatirə abidəsiQələbə sütunuŞarllotenbuqr qəsriBerlin Dövlət konsert zalıQərbi Kaufhaus univermağıOlimpiya stadionuŞapandau qəsriBu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

1594 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

1112 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 2)

Tanzaniya II Bu statusda mart ayında Tanzaniyaya etdiyimiz yarım aylıq səyahətin bəzi detalları, xüsusilə xərclər haqqında informasiya olacaq. Aviabilet. Qatar Airways. Bakı-Doha, Doha-Zənzibar və Zənzibar-Doha, Doha-Bakı uçuşlarının ümumi qiyməti bir neçə ay əvvəl alındıqda 1300$ civarında olur. Biletləri Xalq Bank-ın "Gold kartı" ilə aldıqda 12% endirim təbiq olunur ki, biz də bu fürsətdən faydalandıq. Çox böyük və olduqca rahat olan "Dreamliner" təyyarələri ilə uçmaq insana xüsusi zövq verir. Tanzaniya daxili uçuşları isə Air Tanzania-nın pərli təyyarələri ilə həyata keçirdik. Zənzibar-Aruşa və Aruşa-Zənzibar uçuşlarının ümumi qiyməti 200$ oldu. AIR Tanzania-dan bileti onlayn qaydada alsanız da sizə pulun hesaba keçmədiyini və pulun keçməyini gözləməyinizi məsləhət görə bilərlər. Bu problemin yaşanmaması üçün ödənişin sonunda “Pay at office” hissəsini seçib, pulu ofisdə ödəmək lazımdır. Transfer xərcləri.Zənzibar havalimanından Stonetown-a taksilər 20000 şillinqə(8$), gözəl çimərliklərin yerləşdiyi Nungwi, Kendwa, Paje, Jambiani və Kizimkazi kurotlarına isə 7 nəfərlik taksi 30$-a gedir. Avtobus və “boda boda” ilə eyni istiqamətlərə 1$-a getmək mümkündür, ancaq bunu “adrenalin olsun” deyib yoxlamayın, nəzərə alın ki, Afrikadasınız. Ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir. Adınız yazılı lövhə ilə sizi gözləyəcəklər. Aruşa havalimanıdan hotelə taksilər əvvəlcədən danışmamısınızsa 20-30$ təklif edəcəklər. Yenə də ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir, bu halda qiymət 5-10$ olacaq. Hotellər. Tanzaniyada ev və hosteldə qalmaq müzakirə olunmayacaq mövzu olduğuna görə birbaşa keçək hotellərə. Həm də minimum 3* və reytinqi 8-dən yuxarı olan hotellər. Mütləq şəkildə Booking.com-dan rezerv edilməli və rəylər (review) səbrlə oxunmalıdır. Zənzibarda hotellərdə iki nəfərlik otaqda bir nəfər üçün bir gecəlik qiymət səhər yeməyi də daxil 30-100$ civarındadır. Qiymətlər yağışlı mövsümdə ucuz, turistlərin axın etdiyi vaxtda isə baha olur. Aruşa, Moşi, Mwanza, Kigoma və digər turistik mərkəzlərdə də eyni qiymətlərdir. Zənzibarda maraqlı turlar.Zənzibarda istəmədiyiniz qədər maraqlı turlar olacaq. Qiymətləri aşağıda qeyd edirəm.Delfin turu, Jozani meşəsi, Jambiani Kuza mağarası, Paje çimərliyi və The Rock restoranı 130$Mnemba adası rifində delfin turu və snorkeling 85$Zənzibardan Mikumiyə 2 günlük safari 600$Zənzibar və ya Dar əs-Səlamdan Selous Milli Parkına bir günlük səyahət 600$Zənzibardan Stone Town və Prison Island 42$Zənzibar Kulinariya və Ədviyyat Turu 55$Stone Town gəzinti turu 34$Zənzibar tısbağaları ilə üzmək 35$Nakupenda adası çimərlik günü turu 60$Jozani meşəsi turu 60$Tam gün Safari Blue Zanzibar 65$Hind oceanında balıq tutmaq turu 300$ Siyahını uzatmaq olar. Keçək ölkənin materik hissəsinə. Milli Parklar.Tanzaniyanı dünyada tanıdan ən vacib məsələ ölkənin Milli Parkları və qorunan əraziləridir (conservation areas).Milli parklara giriş yalnız Safari turları həyata keçirən şirkətlərlə mümkündür. Bu qiymətlər isə Milli Park-ın əhəmiyyətinə görə, mövsümə görə, Aruşaya və digər başlanğıc məntəqəsinə olan məsafəyə görə müxtəlif olur. Qiymətlər ən yaxşı halda 400$-dan başlayır, 2000-3000$ və daha da çox ola bilər.Qəbilələr, kəndlər, kofe və banan plantasiyalarına, Klimancaro və Meru dağlarının ətrafındakı şəlalələrə və təbii gözəllikləri ifadə edilməsi çox çətin olan yerlərə (məsələn: Materuni kəndi) olan turlar isə 250-300$-dan başlayır.Yemək-içmək. Çox ucuzdur. Gündəlik bir neçə dollarla ən gözəl yeməklərin dadına baxmaq mümkündür. Bunlar bizim etdiklərimiz idi. Ölkəni tam gəzmək üçün isə ən az iki ay lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

824 dəfə oxunub

Sirenlər adası - Kapri

Kapridəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əziz dostlar, bu gün sizə Kapri adası haqqında danışmaq istəyirəm. Əvvəllər aranızda bu adada olanlar olub bilirəm. Mən olmayanlar üçün paylaşıram.????Budapeştdən WIZZAIR_lə İtaliyanın Neopol şəhərinə (34 avro), ordan da Molo Beverello limanından (26 avro) sürətli feribotla 40 dəqiqəyə Kapri adasına getdik. Qeyd edim ki, gün ərzində Kapriyə Neopoldan müxtəlif şirkətlərin müxtəlif qiymətə feribotları gedir. Bir saat limanda gözləsəydik 17 avroya da gedə bilərdik. Nisbətən ucuz səfərlər daha uzunmüddətli olur.Marina Grande limanına çatıb ordan da Funikulyorla 2,5 avroya Kaprinin mərkəzinə qalxdıq. Funikulyordan çıxanları dağlar arasından görünən Tirren dənizinin möhtəşəm mənzərəsi qarşılayır. Ən gözəl dondurmanı məhz burada yedik. ????Sonra 3 nömrəli avtobusla 2 avroya bilet alıb daha yuxarılara Anakapri istiqamətinə getdik. Avtobus sıldırım qayalığın kənarı ilə dar yollarla yuxarı qalxdıqca insanı vahimə bürüyür. Otellər, şəxsi evlər, kafelər yuxarı qalxdıqca daha da bahalaşır.Bütün bildiyimiz bahalı markalar Kapridə təxminən 3 dəfə daha baha idi. Məsələn İtaliyanın digər şəhərlərində 34 avroya gördüyüm ayaqqabı burda 99 avroya idi. Yəni alış-veriş üçün heç uyğun deyildi. ???? Yeməklər də həmçinin. Deməli digər yerlərdə 12-15 avroya yeyəcəyin pizza burada 18-20 avroya olur. O da əgər yer tapa bilsən oturursan. Bilməyənlər üçün deyim ki, İtaliyada oturduğun kafelərdə, restoranlarda servis haqqı (2-3 avro) ilə yanaşı kaporta haqqı (3-4 avro) da hesabın üzərinə əlavə edilir.İtaliyada otellərdə də qiymət çox bahadı. Booking.com-dan aldığın bütün otellərin əvvəlcədən ödədiyin qiymətindən başqa hər gecə üçün servis haqqı (4-5 avro) və şəhər vergisi (5-6 avro) də əlavə nəğd olaraq ödəməlisən.2 pulsuz xalq plyajı var. Ümumiyyətlə Tirrendə çimib sahildə günəşlənmək üçün pul tələb edən yoxdur. Kapri ümumilikdə çox səs_küylü adadı. Turist təsəvvür etdiyimdən də çox idi. İnsan çoxluğundan dar küçələri az qala addım addım gəzirsən. Avtobus, funikulyor, feribot növbələrində itirdiyim vaxtları görəndən sonra düşündüm ki, bura istirahət üçün gəlmək istəyənlər ya mayda, ya da sentyabrda gəlməlidirlər. Qayıqlarla və ya gəmilərlə ada ətrafı gəzintilər var. Yarım saatı təxminən 25-30 avroya başa gəlir. Qiymət Grotto Azzuraya (mavi mağaraya) gedib getməyəcəyinə bağlı olaraq dəyişir. Ümumilikdə Kapridə keçirdiyim gün mənə maraqlı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Aynur Abbaszade

824 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!