1720 dəfə oxunub

Günahlar şəhəri - Las Vegas

Las Vegasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam, hörmətli Gəzəyən qrupunun üzvləri 

Sonuncu dəfə sizə Amerikanın ən gözəl və ailəvi yaşanılası yeri olan California ştatının San Diego şəhəri haqqında məlumat vermişdim, və çoxlarınızın mənim yazımı bəyəndiyiniz, yenidən təzə bir şəhər haqqında yazmağımı xahiş etdiyiniz üçün sizlərdən yenidən ekranlara yaxın və rahat əyləşmənizi xahiş edərdim 

Bu dəfə sizi Nevada əyalətinin və dünyanın ən məşhur əyləncə və kazinolar şəhəri sayılan Las Vegas haqqında məlumatlandırmaq istərdim...

Gəzməyi sevdiyim üçün və Amerikanın 50 əyalətinin yarısına ayaq bastığım üçün, düşündüm ki San Diegodan sonra Las Vegas sizlər üçün maraqlı gələ bilər....
Las Vegas mənim üçün ilk öncə nağıllar şəhəri, əyləncə tipli bir şəhər sayılır.. Buranı stresdən və depressiyadan uzaq olmaq üçün yollanmalı ən gözəl yer saymaq olar, əlbəttə ki qumar oynamayacaqsınızsa ????

46269487_10213260062476076_7435420779807768576_n

Las Vegasın 650 min sakini var, bu statistika mən oranı tərk edənə kimi olub :) Əsas iqtisadiyyatı kazinolardan gələn gəlirdən ibarətdi... Burada çoxlu sayda konsertlər, yay vaxtlarında açıq səmada binanın başında, baseynin içində olan bar/klub sizin əylənməyinizə və depressiyadan uzaqlaşmağınıza yardımçı olacaq ???? Ordan (açıq səmada klubdan) olan şəkilləri bura qoymayacam, people have mothers and sisters 

Las Vegasın əsas küçəsində bir dənə Azərbaycanlı soydaşımızı gördüm və çox sevindim, bir təsadüf idi, maşınının nömrəsindən bilinirdi ki bizimkidi... Las Vegasda qalandı....

Las Vegasa yolunuz düşsə, maşına ehtiyac olmayacaq, çünki Las Vegasın bir əsas küçəsi var və bütün klublar, barlar, kazinolar, mağazalar o küçədə yerləşir.... Gəzib biraz kalori yandırmaq məncə heç də pis fikir deyil????

Las Vegasın havası il boyu isti və yalnız Dekabr ayında havalar çox soyuyur, amma normalda hətta Dekabrda belə ora qar yağmır (qarın sağ əli Bakı Şəhər İcra Hakimiyyətinin başına).

Şəxsən mən bələ düşünürəm ki, ümumiyyətlə Las Vegasa əylənməyə gedirsinizsə, maximum 3 gününüzü ora sərf edin, ondan sonra maraqsız olur :) Mən ordan maşın kiralayıb son günümdə, oradan Los Angeles-ə (City of angels) yola düşdüm 

46136850_10213260064316122_8050656441024905216_o

Las Vegas-da mən və dostum Bellagio otelində 2 gecə, 3 gün complimentary stay (yəni hotel bizə pulsuz olaraq onların xidmətindən yararlanmaq və qiymətləndirməyi təklif edir) Və belə bir təklifi dala qaytarmaq, bağışlanmayan günahlar sinfinə aid olduğuna görə, dərhal biletlərimizi alib Vegasa yollanırıq... Və front desk-ə yaxınlaşaraq otaqlarımızın açarların əlimizə alıb qalxandan sonra, otağa daxil olan kimi pəncərədən olan görüntünü görüb ikimiz də orada da uşaq kimi sevinib və bayılırıq
Belə bayılma hamıya qismət olsun, düşməndən başqa 

46239670_10213260137317947_4768335475851132928_o

Qumara heçvaxt marağım olmadığı üçün, Las Vegas-ı piyada gəzməyə başladım dostumla... Las Vegas-da çoxlu sayda sizdə məni bağışlayın strip clublar olduğu üçün addımbaşı sizi ora gözəl xanımlar başınızı bişirib salmaq istəyəcəklər 

Gecə həyatı Las Vegas-da inanılmazdi... Bəli, Las Vegas gecə həyatına görə mənim fikrimcə bir nömrədi... What happens in Vegas stays in Vegas (Vegas-da nə baş verirsə, orada da qalır) deyimi ən məşhur deyimlərdəndi :) Mən dostumla qonşu olan Caesars Palace otelində yerləşən gecə klubuna getdim və klubun nə olduğunu orda hiss etdim... Əlbəttə ki gözəl və komplekssiz olan subay xanımlar sizinlə rəqs edəcəklər və bir yerdə içki içib söhbət edəcəklər (Vegas-da içilən içki günah sayılmır onu da biləsiniz )))))

Las Vegas-da otellər 20$-dan başlayaraq 400$+ qalxa bilər... Yalnız 20-50$-lıq otelin aşağı səviyyəyə gəlməyinə işarə deyil... Mən qaldığım otaq 400-500$-lıq otaq idi (ümumi 3933 otaqdan ibarətdi) mənzərəsinə görə və sonuncu limited version olduğuna görə qiyməti o sırada idi, normalda 150$-a belə otaq tapmaq olar... Amerikanın ən ucuz otelləri Vegas-dadı.. Nəyə görə? Çünki Vegas-a gələn ,əlbət ki qumar oynamağa gəlir, yəni kazinoda pul xərcləməyə gəlirlər... Məsəl üçün siz Stratosfer və ya Circus otelində 20$ otaq tapdınız (xatırladım ki bu otellər 3 ulduzdu), siz 99% orda qumar oynayacaqsınız və 300-400$ pul uduzacaqsınız) Deməli artıq hotel sizdən 400$+20$ otaq pulu ve 60-80$ yemək yesəniz 500$ qoparda bildi bir günə  ???? Sonra deməyin ki xəbər etməmişdim 
Mən isə qumar oynamadığım üçün, hotel-ə ziyanverici simalardan sayılıram) Amma hotel buna da etiraz etmir, çünki yenə də mən onların restoranında yemək yeyəcəm və istəyərək pul xərcləyəcəm)))

Bir də otellər o qədər böyükdülər ki ,içində az qala gps navigationdan istifadə edəsən exit-i tapmaq üçün :) Bəlkə yalan olmasın 8-9 dəfə içində azmışam, amma kazino personalı sizə həmişə yardımçı olacaq bu məsələlərdə....

46389747_10213260123197594_6572523079371587584_o

Las Vegas ən tez evlənmək məkanı sayılır... Hər gün 300+artıq gənc burda sözün əsl mənasında xoşbəxt olur.... Yəni bir günə siz həm qeydiyyatdan keçib həm də evlənə bilərsiniz, normalda qeydiyyatdan keçəndən sonra sizə 1-3 həftə sonraya vaxt təyin olunur və ondan sonra nigaha girə bilərsiniz Amerikada.... Xatırladım ki Las Vegas ən çox evlənmək üçün gəlinən məkan sayılır...

Las Vegas ucuz yer sayılır deyə yaşamaq üçün və əlbəttə buna görə çoxlu insanlar Los Angeles-də bahalı həyata davam gətirə bilmədikləri üçün qonşu əyalət Las Vegas-a köçməyə məcbur qalırlar... Hoteldə işləyənlərin çoxsu ispan dillidi ona görə də ...Las Vegas-da əsas iş yeri hoteller sayılır 

Las Vegas-da küçədə içki içmək leqaldı, bütün Amerikada bu qadağa olunsa da (səhv etmirəmsə Floridada bir adasından başqa). Bir də Vegas-da içki çox bahadı, hətta bəzi aptek sayılan yerlərdə belə tekilla və müxtəlif içkilərin satışına rast gələ bilərsiniz... Los Angeles-də içki buradan ən azı 2 dəfə ucuzdu...(Los Angeles-də artıq günahdı içmək))))

Dünyanın ən məşhur UFC döyüşləri də həmişə Las Vegas-da keçirilir, çünki burda otellərin təklif etdiklərini başqa şəhərlərdə olan otellər təşkil edə bilmir.

Hamımızın tanıdığı Hangover (Мальчишник в Вегасе) filmi də bu şəhərdə çəkilib :) Baxmayanlara məsləhət görürəm baxmağı )

Əgər bu yazımdan sonra hansısa bəy öz xanımı ilə Vegas-a getmək istəyirsə, mən deyərdim ki bu oğlanın son ilişkisi olacaq ) Vegas məncə subayların yeridi :) Sevginizi sınamaq istəyirsinizsə buyurun gedin :) Allah axırın yaxşı eləsin 

Vegasla və ya başqa əyalətdən suallarınız olsa buyura bilərsiz instagrama bostonian_love səhifəmə yaza bilərsiniz və ya follow edib orda da məni izləyə bilərsiniz... Xahiş edirəm Amerikaya necə gəlmək olar sualını mənə verməyin, özüm bilmirəm necə gəlmişəm))))) 8 il bundan əvvəl viza asan alınırdı, 30 saniyəyə :) Gələn qayıtmır deyə viza almaq hal-hazırda itin ağzından yağlı stake qopartmaq kimi bir şeydi :) Amma gəlmək istəyən yolun tapıb gələcək

Hamıya həyatda olan bütün arzuların yerinə yetməsini ürəkdən diləyirəm, çalışın pul yığın və gəzin... Çünki gəzmək qalır insana..

P.S Qrammatik səhvlərə görə müəllif məsuliyyət daşımır 
Gələn görüşlərə qədər sizdən ayrılıram 

Növbəti materialım çox güman ki Hawaii adasında yaşadığım və işlədiyim şirkət və ordakı həyat tərzi haqqında olacaq 

Diqqətinizə görə təşəkkürlər

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elman Hajiyev

DİGƏR BLOQLAR

Maldiv bələdçisi

#Maldives #MaldivlərSalam əziz gəzəyənlər!Bu postda 10 ildən sonra birtəhər uşaqların əlindən qaçmış valideynlərin #Maldiv səyahətindən danışım.1. Yaşadığımız Özbəkistandan Maldivə normalda birbaşa reyslər olur, amma pandemiya səbəbilə yetəri adam yığılmadığı üçün Dubay tranziti ilə uçduq. Dubaydan ora demək olar ki, hər gün uçuş var. Adətən uçuşlar paytaxt Maleyə olur. Cənub tərəfdə başqa beynəlxalq aeroport da var. 2. Maldivlər 1200-ə yaxın adadan ibarətdir və bunun hardasa 100-dən bir az çoxu turistik istirahət mərkəzləridir. Adətən bir ada bir otel olur, amma bəzi böyük adalarda bir neçə otel ola bilər.3. Maleyə çatdıqdan sonra ya su təyyarəsi ilə (seaplane) ya da kiçik gəmilərlə (seaboat) öz adanıza gedə bilərsiniz. Seaplane daha tez və adaları yuxarıdan görə bildiyin üçün daha maraqlıdır. Amma bir az yorucudur, xüsusilə motorun səsi adamın başına düşür. Maleyə yaxın ada seçsəniz daha rahat olar. 4. Maldivlərdə hər qiymətə otellər var. Həftəsi 300$ 3 ulduzlu otellər olduğu kimi həftəsi 15000$ olanları da var. Bookingdə baxa bilərsiniz. Hətta airbnb-də də villalar tapmaq olur. Amma burda nüans çoxdur. Maleyə düşən kimi dərhal adaya sizin aparılmanızı əvvəlcədən düz qoş etməlisiniz və adətənbinlar ayrı hesablanır. Ən yaxşısı turizm şirkəti vasitəsilə getməkdir, biz elə etdik. Qiymətlər də bookinglə təxmini eyni çıxırdı, hətta bir az ucuz.5. Bizim qaldığımız resortda və əksər digər adalarda bir neçə növ villalar olur - A) Hovuzsuz/Hovuzsuz cəngəllikdə villalar Sahilin kənarında hovuzlu/hovuzsuz villalarC) Suyun üstündə hovuzlu/hovuzsuz villalarHovuzlular nisbətən baha olur. Suyun üstündəki villalardan adətən birbaşa okena pilləkanlar olur.6. Adaya düşdükdən sonra qalırsınız ancaq otelin ümidinə ona görə də əgər çox yeyənsinizsə elə başdan ya full board ya da all inclusive paket alıb gedin. Tək tək alsanız çox baha çıxır və alternativiniz olmur. Hər şey də satılmır. Özünüzlə şokoladdan zaddan da götürün, axşam çayla içməyə 7. Maldivlərdə əsas insanlardan uzaq qalma, təbiətlə iç-içə olma turistlərin əsas istəyi olsa da maraqlı aktivitələr var A) Kayaking, snorkeling, diving, jet ski, fly board və s. tipli su aktivitələri. Cütlüklər üçün diving fotosessiyaları da olur. Adanı seçəndə maraqlı diving yerinə yaxın olmasına da diqqət edin ki, fərqli su canlılarını görə biləsiniz köpək balığı yemləmə, gün batımı delfinlər üzən tərəfə kruiz turlar, balıq tutma və s.C) yerli adaya səyahət edərək əsl maldiv insanlarının həyatı ilə tanış olmaqD) axşamları karaoke, diskoteka və s. tipli ənənəvi otel əyləncələr. İyul - Noyabr arası musson yağışları aəbəbiylə sezon sayılmır və qiymətlər bir qədər aşağı olur. Maldivlər il boyu istidir, amma bu aylarda şiddətli yağış yağa bilər. Proqnoz etmək də olmur, bəxt məsələsidir. Misal üçün bizim 7 günün 2sində yağmışdı. 1 gün tam 1 gün yarım. Digər günlər isə çox isti idi. 9) Adada adətən kərtənkələ, yarasa, yengəç (krab) tipli canlılar çox olur. Kərtənkələlərin villalara girmə ehtimalı da çoxdur zərəri olmasa da, qorxursunuzsa ən yaxşısı su villalarıdır.10) Dubay üzərindən uçursunuzsa qayıdan zaman 2-3 gün qalıb gəzib qayıda bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ceyhun Cabbarov

1142 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə..Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)Şəhər Almaniya standartlarında ucuzdu..Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Khalafov

675 dəfə oxunub

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1477 dəfə oxunub

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-Keyptaun və Bakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim :)) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnu və İynə burnu da bu şəhərdə yerləşir.Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eldar Əzimov

1666 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!