4361 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Next stop #Florence ❤️

Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.
Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.

ponte-vecchio-ora-blu

Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????
Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/tickets
Daha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.

florensiya

Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).

santa-croce

Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️

Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????

vecchio_uffizi_1170

Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Suriya Alizade

DİGƏR BLOQLAR

Almaniya - Obersee

Avstriya sərhədindəki mənzərəli yer haqda dünənki yazı ilə verilən bir çox sualları nəzərə alaraq, daha ətraflı bir məlumat təqdim etməyi gərara aldım.Videoda gördüyünüz mənzərəli yer Obersee adlanır. Alp dağlarında olan bir çox göllər kimi burada da su inanılmaz dərəcədə təmiz olduğuna görə gölün dibi görsənir. Üstəlik göl valehedici rənglərə bürünür sanki.Obersee gölü Almaniyada olsa da, Avstriyanın Zaltsburq şəhərindən təxminən 15, Münhendən isə 150 km aralı yerləşir. Məhz ona görə Avstriyada yaşayan və ya həmin ölkəyə turist kimi gələn insanlar üçün Obersee-yə səfər etmək qat qat rahat olar. Əgər siz ora Münhendən və ya mənim kimi Nürnberqdən getmək istəsəniz, o zaman gərək maşınla gedəsiz. Əks təqdirdə Münhendən ora çatmaq üçün 3, Nürnberqdən isə 6 saat qatarla yol getməli olacaqsız. Alternativ olaraq yaxınlıqda yerləşən hotel və ya pansionatda gecələmək olar.Bura gəlmək üçün ilk növbədə Königsee gölünə çatmalısız. Naviqator nədənsə tam başqa ərazidə yerləşən eyniadlı gölü göstərir. Ona görə diqqətli olun və Bavariyadakı Königsee-ni seçin.Königsee-yə çatandan sonra gərək mütləq “kater”-ə (yani tutumu təxminən 30-40 nəfər olan qayıq) minəsiz. Çünki Obersee gölünə başqa, yani necə deyərlər alternativ yol yoxdu. Gediş dönüş biletin qiyməti 18.50 eurodur. Gediş dönüş cəm şəkildə 1 saat 50 dəqiqə davam edir. Yani 55 dəqiqə gediş və 55 dəqiqə dönüş. Obersee istiqamətində 25 dəqiqə qayıqla hərəkət etdikdən sonra ilk dayanacaq Bartolomeu olacaq. Burada Almaniyanın 2-ci ən yüksək dağını rahat görmək olar (qeyd videoların birində əks olunur). Həmçinin buradakı restoranda yerli forel dadmaq olar. Qiymət təxminən 12 eurodan başlayır. Növbəti dayanacaq Salet - sonuncudur. Oberseeni görmək üçün gərək burada düşəsiz və təxminən 15 dəqiqə piyada gəzdikdən sonra nəhayət arzuolunan yerə çatacaqsınız.Öncədən deyim ki Königsee-yə nə gədər tez gəlsəniz o gədər yaxşıdır. Məsələn səhər saat 9-10-dan gec gəlsəniz, gəzintiyə elə də çox vaxtınız qalmayacaq. Belə ki, 2 saat ancaq qayıqla gəzintiyə sərf olunur, saat 18-00-dan sonra artıq qayıqlar işini bitirir və insanlar dağlışır.Burada həmçinin dağın başına qalxan kanat var. Gediş dönüş təxminən 14 eurodur. Ona da kifayət gədər vaxt lazımdı. Amma həm pul, həm də vaxt baxımından bunu etməyə dəyər, çünki ordan gölə möhtəşəm mənzərə açılır.Düzdü bundan da möhtəşəm mənzərələri görmək mümkündür, amma bunun üçün gərək 12 km məsafəni dağlı ərazidə piyada qət edəsiz. Buna adətən 5 saat vaxt tələb olunur. Nəticədə Archenkanzel adlı bir yerə çatırsız. Şəkillərin birində bu nöqtədən açılan mənzərə əks olunur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Guliyev

2435 dəfə oxunub

Fransa - Paris

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Fransa.. Paris.. Səbəbi nədir bilmirəm, amma ən çox gormək istədiyim, ən cox gəzmək istədiyim bu olkə idi - Fransa. Qismət oldu gördüm, qismət oldu gəzdim.Var xəyallar, var həqiqət. Hansı ki, bəzi arzularımız reallaşmadığı müddətcə bizə çox gözəl, izaholunmaz dərəcədə valehedici görünür. Bəzən bu xəyallar həqiqətə çevrildiyi zaman əvvəlki cazibəsini itirir və qədrini bilmədiyimiz sıradan bir şeyə çevrilir. Nəyinsə xəyalını sevə bilirik, həmin xəyalimiz həyatımızda yaşandığı zaman isə bizə maraqlı görünmür. Hətta buna aid məsəl də var; "Kolumb Amerikanı tapdığında xoşbəxt olmadı, axtararkən xoşbəxt idi".Səyahət zamanı ilk qorxduğum bu idi. Şəhərin fikrimdə olandan çox aşağılarda olma ehtimalı. Sevinirəm ki, tam əksi oldu. Bunda səyahətimin yeni il ərəfəsinə düşməsinin də rolu var. Şəhər öz normal gözəlliyindən də bir üst səviyyədə idi.Eyfel qülləsi - Paris deyildiyi zaman ilk ağıla gələn. Gözəl idi. Ama qüllədən daha çox şəkillərdən görməklə kifayətlənməli olduğum qülləyə toxunacaq qədər yaxınımda olması və qüllənin ən üst hissələrindən şəhəri izləmək daha gözəl idi.Louvre muzeyi - Dünyanın ən böyük sənət müzeyi. Verilən məlumata görə 58000 dən çox ekspozisiyanın saxlandığı bir muzey. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə. Xəzinə dediyim böyük coğrafi və tarixi nümunələr kolleksiyası.Bu muzeydə ən çox görmək istədiyim Leonardo Da Vinçinin "Mona Lisa" tablosu idi. Öncədən Da Vinçinin həyatı və tablo haqqında geniş məlumata sahib idim. Məsələn, mən tablonun 1500-cü illərdən bəri var olduğunu bilir və 500 ildən çox yaşı olan bu tablonu böyük şövq və diqqətlə izləyirdim.Paris Notr-Dam kilsəsi - şəhərin mərkəzində yerləşir və paytaxt şəhərin simvollarından hesab olunur. Təqribən 70-80 m hündürlüyündə bir memarlıq abidəsi. Aldığımız məlumatlara görə Napoleonun tacqoyma mərasimi və Fransanın bir çox tarixi şəxsiyyətlərinin dəfn mərasimi bu kilsədə keçirilmişdir.Kilsə mənə illər əvvəl oxuduğum dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı romanından tanış idi. Yazıçının bu romanı sayəsində kafedral dünyanın ən tanınmış abidələrindən birinə çevrilib.Əlavə olaraq Məşhur Sena çayı, Disneyland, Molmartre, çox sevdiyim sənətçi Ahmet Kayanın məzarını ziyarət və bunlar kimi bir çox gözəl yerlər, yaddaşa həkk olunan silinməz izlər.Gəzməli-görməli yerlərindən ziyadə yerli əhalinin nəzakətli rəftarı, soruşulan ünvanı izahla kifayətlənməyib özlərinin də həmin ünvana qədər bizimlə bərabər gəlməsi, gülərüz,kübar, mehriban rəftar. Turistə daha nə lazımdır ki?!)Bir həftəlik yeni il səyahəti və gecəli-gündüzlü gəzinti. Gecəsi ayri gözəl, gündüzü ayrı.Paxıl bir insan deyiləm, gözəl hissləri hər zaman hər kəsin yaşayabilməsini istəmişəm. Məncə, bir dəfəlik də olsa avropa səyahətiniz olacaqsa bu Paris olsun.Çünki, Paris sevgi şəhəridir. Sevginin özü, sevgilidir. Deyərdim, Paris evlənməli qıza oxşayır dünya şəhərləri içərisində.P.S Səyahət dostumun fikri idi və böyük arzularımdan birinin həyata keçməsində əvəzsiz rolu oldu. Bərabər gözəl, əyləncəli bir səyahət keçirdik və arzusunda olan hərkəsə gedib görməsini, gözəl anları doya-doya yaşamasıni arzulayırıq.... Oxuyan gözləriniz var olsun!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hüseyn Hacıyev

2278 dəfə oxunub

Flamenkonun vətəni - Sevilya bələdçisi

Tekst uzun olacaq, sorry :)⌚Səfərin vaxtı - noyabr 2019???????? #visitseville Sevilla İspaniyanın ən ehtiraslı regionun - Andalusiyanın paytaxtıdır. Karmen, Don Juan, Fiqaro, flamenko və korrida məhz bu şəhərdən dünyaya göz açıblar. 500 il ərzində müslim mavr şəhəri olub, buna görə də həm arxitekturasında, həm incəsənətində (xüsusən keramikada) Şərqin və Qərbin üslublarının miks stili ilə tanınır (mudejar style = moorish (mavritan) + european art deco). Əfsanəyə görə, Sevilla Gerkules tərəfindən qurulmuşdur və Kolumb öz Amerikaya səyahəti üçün burada icazə alıb və ona ğörə də onun qızılla bəzədilmiş qəbri burada quraşdırılıb.️✈ Buraya çatmaq üçün ən asan, rahat və ucuz yolu Vueling low-cost aviaşirkətinin Barcelona-dan reysini istifadə etməkdir (gündə bir neçə dəfə uçur, qiyməti 10€ -dan başlanır), aeroportdan isə hər 15 dəqiqə mərkəzə ????avtobus çıxır və bütün əsas nöqtələrdə saxlayır, bir tərəfli qiyməti 4€, iki tərəfli isə 6€. Mərkəzi Cathedrala-a kimi yol təxminən 30 dəqiqədir.????Mənim şəxsi Sevilla-da #mustsee siyahım:1.???? Mavritan sarayı Real Alcazar de Sevilla (ispan kralının yay rezidensiyası), mütləq əvvəlcədən online bilet alın www.realalcazarsevilla.sacatuentrada.es/en saytında, yoxsa növbədə 2-3 saat da gözləyə bilərsiniz. Hər bazar ertəsi giriş cəmi 1 avrodur (başqa günlərdə 12€), amma bu ancaq online bileti ilə keçərlidir, ən azı 2 həftə qabaq alın, çünki kassada birinci günlərə biletlər satılmır. Saray özü çox fotoqenik və möhtəşəm bir yerdir, buranın şərq hamamları, tovuz quşlu bağları, terrasaları, tavanları, palmaları hələ ki yadımdadır... Game of Thrones həvəskarları üçün - burada Dorn-a aid epizodları çəkirdilər. Şəxsən, Granadaki Alhambradan qat qat çox xoşuma gəlib, çünki rəngarəng, canlı, gül-çiçəkli bir yerdir. Biz audioqid göturmüşük amma qulaq asmadıq, tez keçmək istəsək də, yenə də 2,5 saat gəzmişik.2.⛪Seville Cathedral (15-ci əsr) və La Giralda (12-ci əsr) (bell tower, Məscidin Minarəsi kimi tikilmişdir, Cathedraldan da məşhurdur) – yenə də birinci günlər pulsuzdur, biletləri online almaq məsləhətlidir, Cathedral çox genişdir, bonus kimi bağında portağal ağacları ilə şəkil çəkdirə bilərsiniz. Orqana, Kolumbun qəbrinə, Goya və Velaskesin rəsm əsərlərinə baxmaq yadınızdan çıxmasın. Həm də oranın xaçı həmin Kolumb Amerikadan gətirdiyi qızılından düzəldiblər.Bundan sonra dərhal Giralda qalasına qalxın! 35 mərtəbəlidir amma yaxşısı odur ki, heç bir pilləkanı yoxdur, çünki oraya həmişə atnan qalxırdılar, piyada yox. Pəncərələrdən və zirvədən mənzərələr superdir, qalxmağa dəyər.Bu qala şəhərin ən məşhur binasıdır, bütün şəkillərinizdə background-da o görsənməlidir, aşağıya düşəndə fayton götürə bilərsiniz özünüzü kral kimi hiss eləmək üçün.3.????Ispaniya meydanı Plaza de Espana – ənənəvi ispan üslubunda 1914 və 1928-ci illərin arasında Dünya yarmarka üçün tikilmiş gözəl və super böyük bir meydandır. Burada alfavit qaydasında bütün İspaniyanın regionların və böyük şəhərlərin adları var və hər bir yerə aid keramikadan düzəldilmiş simvolika və ya tanınmış hadisə göstərilir. Meydanda kanal və şirin körpülər var. Star Wars-un Amidalanın planeti burada çəkilmişdir, səhər gedin ki, maksimum boş olsun, şəkillər gəşəng alınsın. Giriş pulsuzdur. Çox fotoqenik İnstagrammable yerdir. Arxasında gözəl Mariya Luiza parkı var, hava yaxşı olanda, orada dincəlmək olar.4.????Triana məhəlləsi, burada street flamenko əmələ gəlib və bugünə kimi flamenkonun səsi hər axşam oranın küçələrində səslənir. Oraya çatsaz, mütləq Keramika muzeyinə də dəyin (ya da heç olmasa onun yanındaki mağazasına). Üstəgəl Trianada şəxsən mənim çox xoşuma gələn İnkvizisiya Muzeyi - Castillo de San Jorge var, 300 il ərzində ən qorxulu yer olub şəhərdə, indi isə müxtəlif interaktiv installyasiyaları sınayıb özünüzü inkvizisiyanın qurbanı rolunda hiss eləyə bilərsiniz. Giriş pulsuzdur.5. Əlavə foto spotlar - Pilatın Evi Casa de Pilatos – 15-ci əsr, çox gözəl mavritan arxitektura və interyer, amma biz oraya getmədik, skip elədik. +????Torro del Oro (Qızıl Qala) düz Guadalquivir çayın sahilində. Və bunlardan əlavə bu çayın sahillərinin və körpülərinin mənzərələri.6. ????Modern arxitektura fanatlarına isə Metropol Parasol, ya da sadəcə Sevilla Göbələklərinə :) baxmaq lazımdır. Orada həm də Seville Past View 3D attraksion var, şəhərin keçmişinə qayıtmaq üçün ən ləzzətli interaktiv bir filmdir.7. ????Qışda getmirsizsə çalışın korridaya bilet alın (təxminən 1 bilet 100 avrodur amma) Plaza de Toros Arenasında, doğurdan da bir dəfə baxmağa dəyər, həmin arenadan üzbəüzdə Karmenın heykəli quraşdırılıb və...8. ???? ...Elə düz çayın sahilində təzəlikcə restavrasiyadan çıxmış glamur və zövqlü Mercado Lonja del Barranco adlı qastronomiya bazarı (gastromarket) Sizi gözləyir. Orada Sizin qabağınızda bişirilən müxtəlif ölkələrin və ənənəvi İspan yeməklərini alıb, elə orada da rahat oturub yeyə bilərsiniz. Bazar kimi heç görsənmir, elə bil ki, məşhur restorana gəlmişsiz. Mən vuruldum.9. ????Flamenko!!! İndi ona çatmışamsa o demək deyil ki, vacib deyil. Bəlkə də 1-ci yerdə olmalıdır. Sevillada mütləq Karmen mövzülu flamenkoya getmək lazım, onlar elə ehtirasla rəqs edirlər ki, elə bil doğurdan da sevişirlər. Triananın tarixi bazrında miniteatrını çox tərifləyirlər, www.groupon.es endirimli biletləri tapmaq üçün Sizə kömək edəcək.10. ????Yemək‼ Sevillada tapas - tək qəlyanaltı və kanape yox, həm də menyunun hər yeməyinin mini porsiya sayılır. Bir insan maksimum 3 ədədi yeyə bilər (biri 3-4 avro olur), mənim kimi hər yeməyin dadına baxmaq istəyən görməmişlər üçün nəzərdə tutulub. Cathedralın yanında Tripadvisor-a inanıb El Librero Tapas restoranına getdik və xoşbəxt çıxdıq (business lunch - Menu del Dia 13 avro, uşaqlar üçün ayrı menyu, dizayn, personal, abu-havası - hər şey super idi)! Məsləhətlidir.????Harada qalmaq – Booking və Agoda-ya tez-tez baxın, elə mini-hotel axtarın ki, Giraldadan maksimum 300 m. uzaq olsun, rooftop terrace olsun və foyenin dizaynı mavritaniya stilində olsun. Onlar çoxdur deyə, rahat 60-70 avroya belə bir yer tapa bilərsiniz. Mən nə qədər büdcəli səyahətçi olsam da, Sevillada tövsiyyə edirəm ki, location-da qənaət etməyəsiz. Büdcəniz bir az artıqdırsa, ən trendli otel indi Melia Sevilla sayılır (hovuzdan mənzərələr inanılmazdır).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

2670 dəfə oxunub

Günahlar şəhəri - Las Vegas

Las Vegasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyən qrupunun üzvləri Sonuncu dəfə sizə Amerikanın ən gözəl və ailəvi yaşanılası yeri olan California ştatının San Diego şəhəri haqqında məlumat vermişdim, və çoxlarınızın mənim yazımı bəyəndiyiniz, yenidən təzə bir şəhər haqqında yazmağımı xahiş etdiyiniz üçün sizlərdən yenidən ekranlara yaxın və rahat əyləşmənizi xahiş edərdim Bu dəfə sizi Nevada əyalətinin və dünyanın ən məşhur əyləncə və kazinolar şəhəri sayılan Las Vegas haqqında məlumatlandırmaq istərdim...Gəzməyi sevdiyim üçün və Amerikanın 50 əyalətinin yarısına ayaq bastığım üçün, düşündüm ki San Diegodan sonra Las Vegas sizlər üçün maraqlı gələ bilər....Las Vegas mənim üçün ilk öncə nağıllar şəhəri, əyləncə tipli bir şəhər sayılır.. Buranı stresdən və depressiyadan uzaq olmaq üçün yollanmalı ən gözəl yer saymaq olar, əlbəttə ki qumar oynamayacaqsınızsa ????Las Vegasın 650 min sakini var, bu statistika mən oranı tərk edənə kimi olub :) Əsas iqtisadiyyatı kazinolardan gələn gəlirdən ibarətdi... Burada çoxlu sayda konsertlər, yay vaxtlarında açıq səmada binanın başında, baseynin içində olan bar/klub sizin əylənməyinizə və depressiyadan uzaqlaşmağınıza yardımçı olacaq ???? Ordan (açıq səmada klubdan) olan şəkilləri bura qoymayacam, people have mothers and sisters Las Vegasın əsas küçəsində bir dənə Azərbaycanlı soydaşımızı gördüm və çox sevindim, bir təsadüf idi, maşınının nömrəsindən bilinirdi ki bizimkidi... Las Vegasda qalandı....Las Vegasa yolunuz düşsə, maşına ehtiyac olmayacaq, çünki Las Vegasın bir əsas küçəsi var və bütün klublar, barlar, kazinolar, mağazalar o küçədə yerləşir.... Gəzib biraz kalori yandırmaq məncə heç də pis fikir deyil????Las Vegasın havası il boyu isti və yalnız Dekabr ayında havalar çox soyuyur, amma normalda hətta Dekabrda belə ora qar yağmır (qarın sağ əli Bakı Şəhər İcra Hakimiyyətinin başına).Şəxsən mən bələ düşünürəm ki, ümumiyyətlə Las Vegasa əylənməyə gedirsinizsə, maximum 3 gününüzü ora sərf edin, ondan sonra maraqsız olur :) Mən ordan maşın kiralayıb son günümdə, oradan Los Angeles-ə (City of angels) yola düşdüm Las Vegas-da mən və dostum Bellagio otelində 2 gecə, 3 gün complimentary stay (yəni hotel bizə pulsuz olaraq onların xidmətindən yararlanmaq və qiymətləndirməyi təklif edir) Və belə bir təklifi dala qaytarmaq, bağışlanmayan günahlar sinfinə aid olduğuna görə, dərhal biletlərimizi alib Vegasa yollanırıq... Və front desk-ə yaxınlaşaraq otaqlarımızın açarların əlimizə alıb qalxandan sonra, otağa daxil olan kimi pəncərədən olan görüntünü görüb ikimiz də orada da uşaq kimi sevinib və bayılırıqBelə bayılma hamıya qismət olsun, düşməndən başqa Qumara heçvaxt marağım olmadığı üçün, Las Vegas-ı piyada gəzməyə başladım dostumla... Las Vegas-da çoxlu sayda sizdə məni bağışlayın strip clublar olduğu üçün addımbaşı sizi ora gözəl xanımlar başınızı bişirib salmaq istəyəcəklər Gecə həyatı Las Vegas-da inanılmazdi... Bəli, Las Vegas gecə həyatına görə mənim fikrimcə bir nömrədi... What happens in Vegas stays in Vegas (Vegas-da nə baş verirsə, orada da qalır) deyimi ən məşhur deyimlərdəndi :) Mən dostumla qonşu olan Caesars Palace otelində yerləşən gecə klubuna getdim və klubun nə olduğunu orda hiss etdim... Əlbəttə ki gözəl və komplekssiz olan subay xanımlar sizinlə rəqs edəcəklər və bir yerdə içki içib söhbət edəcəklər (Vegas-da içilən içki günah sayılmır onu da biləsiniz )))))Las Vegas-da otellər 20$-dan başlayaraq 400$+ qalxa bilər... Yalnız 20-50$-lıq otelin aşağı səviyyəyə gəlməyinə işarə deyil... Mən qaldığım otaq 400-500$-lıq otaq idi (ümumi 3933 otaqdan ibarətdi) mənzərəsinə görə və sonuncu limited version olduğuna görə qiyməti o sırada idi, normalda 150$-a belə otaq tapmaq olar... Amerikanın ən ucuz otelləri Vegas-dadı.. Nəyə görə? Çünki Vegas-a gələn ,əlbət ki qumar oynamağa gəlir, yəni kazinoda pul xərcləməyə gəlirlər... Məsəl üçün siz Stratosfer və ya Circus otelində 20$ otaq tapdınız (xatırladım ki bu otellər 3 ulduzdu), siz 99% orda qumar oynayacaqsınız və 300-400$ pul uduzacaqsınız) Deməli artıq hotel sizdən 400$+20$ otaq pulu ve 60-80$ yemək yesəniz 500$ qoparda bildi bir günə  ???? Sonra deməyin ki xəbər etməmişdim Mən isə qumar oynamadığım üçün, hotel-ə ziyanverici simalardan sayılıram) Amma hotel buna da etiraz etmir, çünki yenə də mən onların restoranında yemək yeyəcəm və istəyərək pul xərcləyəcəm)))Bir də otellər o qədər böyükdülər ki ,içində az qala gps navigationdan istifadə edəsən exit-i tapmaq üçün :) Bəlkə yalan olmasın 8-9 dəfə içində azmışam, amma kazino personalı sizə həmişə yardımçı olacaq bu məsələlərdə....Las Vegas ən tez evlənmək məkanı sayılır... Hər gün 300+artıq gənc burda sözün əsl mənasında xoşbəxt olur.... Yəni bir günə siz həm qeydiyyatdan keçib həm də evlənə bilərsiniz, normalda qeydiyyatdan keçəndən sonra sizə 1-3 həftə sonraya vaxt təyin olunur və ondan sonra nigaha girə bilərsiniz Amerikada.... Xatırladım ki Las Vegas ən çox evlənmək üçün gəlinən məkan sayılır...Las Vegas ucuz yer sayılır deyə yaşamaq üçün və əlbəttə buna görə çoxlu insanlar Los Angeles-də bahalı həyata davam gətirə bilmədikləri üçün qonşu əyalət Las Vegas-a köçməyə məcbur qalırlar... Hoteldə işləyənlərin çoxsu ispan dillidi ona görə də ...Las Vegas-da əsas iş yeri hoteller sayılır Las Vegas-da küçədə içki içmək leqaldı, bütün Amerikada bu qadağa olunsa da (səhv etmirəmsə Floridada bir adasından başqa). Bir də Vegas-da içki çox bahadı, hətta bəzi aptek sayılan yerlərdə belə tekilla və müxtəlif içkilərin satışına rast gələ bilərsiniz... Los Angeles-də içki buradan ən azı 2 dəfə ucuzdu...(Los Angeles-də artıq günahdı içmək))))Dünyanın ən məşhur UFC döyüşləri də həmişə Las Vegas-da keçirilir, çünki burda otellərin təklif etdiklərini başqa şəhərlərdə olan otellər təşkil edə bilmir.Hamımızın tanıdığı Hangover (Мальчишник в Вегасе) filmi də bu şəhərdə çəkilib :) Baxmayanlara məsləhət görürəm baxmağı )Əgər bu yazımdan sonra hansısa bəy öz xanımı ilə Vegas-a getmək istəyirsə, mən deyərdim ki bu oğlanın son ilişkisi olacaq ) Vegas məncə subayların yeridi :) Sevginizi sınamaq istəyirsinizsə buyurun gedin :) Allah axırın yaxşı eləsin Vegasla və ya başqa əyalətdən suallarınız olsa buyura bilərsiz instagrama bostonian_love səhifəmə yaza bilərsiniz və ya follow edib orda da məni izləyə bilərsiniz... Xahiş edirəm Amerikaya necə gəlmək olar sualını mənə verməyin, özüm bilmirəm necə gəlmişəm:)))))) 8 il bundan əvvəl viza asan alınırdı, 30 saniyəyə :) Gələn qayıtmır deyə viza almaq hal-hazırda itin ağzından yağlı stake qopartmaq kimi bir şeydi :) Amma gəlmək istəyən yolun tapıb gələcək Hamıya həyatda olan bütün arzuların yerinə yetməsini ürəkdən diləyirəm, çalışın pul yığın və gəzin... Çünki gəzmək qalır insana..P.S Qrammatik səhvlərə görə müəllif məsuliyyət daşımır Gələn görüşlərə qədər sizdən ayrılıram Növbəti materialım çox güman ki Hawaii adasında yaşadığım və işlədiyim şirkət və ordakı həyat tərzi haqqında olacaq Diqqətinizə görə təşəkkürlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

2840 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!