1186 dəfə oxunub

Montserrat monastrı - Kataloniyanın simvolu

Barcelonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Barcelonanı nə qədər gözəl saysaq da, dahi Qaudinin tikintidə bucağın vacibsizliyi nəzəriyyəsinin canlı şahidi olsaq da, Montserratsız Kataloniya səfəri natamam olar.

Barcelonanın 45 kilometrliyində yerləşən benedikt monastırı Monasterio de Montserrat Kataloniyanın dini mərkəzi və dünya katoliklərinin əsas zəvvarlıq mərkəzlərindən sayılır. Dəniz səviyyəsindən 745 km hündürlükdə yerləşən monastır adını Montserrat (Kəsilmiş dağlar) dağlıq ərazisindən götürmüşdür. Kiçik bir ərazidə qeyri adi formalarda olan minlərlə əhəng sallarından ibarət dağ silsiləsidir. Monastırın yaranma tarixi IX-cu əsrin sonuna təsadüf edir. Əsrlər sonra Cristobal Colon bu monastırın adını ikinci səfəri zamanı Kiçik Antil Adaları ərazisində kəşf etdiyi adada yaşatdırdı. 1811-ci ildə Pireney müharibələri dövrü monastır Napoleon ordusu tərəfindən yandırılıb dağıdılır. Yalnız 1844-cü ildə monastırın Kataloniya əhalisi tərəfindən bərpası başlanır. Bərpa işləri 100 il davam edir. XX-ci əsrdə Montserrat Kataloniyanın simvoluna və ağır tarixi günlərinin dəstəyinə çevrilir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Franko diktaturası zamanı qadağan olunmuş katalan dilində nikah mərasimləri yalnız Montserratda keçirilirdi. Monastırda dünyada ən qədim sayılan uşaq xoru fəaliyyət göstərir – Escolania de Montserrat. Bu xor 9-dan 14 yaşa qədər olan 50 oğlandan ibarətdir. Bu uşaqların ifasında səslənən Qara Məryamın himni adama ləzzət verir. Uşaqların geyimi bizim dövrün insanlarının çox sevdiyi “Nu poqodi” cizgi filmindəki dovşanların xorunu xatırladır.

32806144_10216523678190553_3376700882933514240_o

Monastıra ad qazandıran və bütün dünyaya tanıdan Qara Məryam heykəli əfsanəyə əsasən 880-ci ildə bu dağlarda oynayan yerli uşaqlar tərəfindən tapılıb. Bu xəbəri eşidən Monresa şəhərinin yepiskopu heykəli bu şəhərə getirmək əmri verir. Lakin heykəlin çox ağır olması bu ideyanı mümkünsüz edir. Yepiskop anlayır ki, Qara Məryam heykəlin dağda qalmasını istəyir və burada monastır inşa etmək qərarına gəlir. Lakin bizim vaxtlara gəlib çatan ilkin abidə deyil. 95 sm hündürlüyündə olan Qara Məryam və qucağındakı İsa peyğəmbərin heykəli XII-ci əsrdə qovaq ağacından düzəldilib.

İnternetdə yayılmış Montserrata gedmək yolunun ən sərfəli və maraqlısını sizinlə bölüşürəm. Əvvəla onu qeyd edim ki, Montserrata maşınla gedmək ən böyük cinayət olardı. Bu halda özünüzü bir sıra maraqlı təəssüratlardan məhrum etmiş olarsınız. Yalnız qatar. Ilk növbədə səhər sübhdən oyanmaq lazımdır ki, İspaniya Meydanından saat 8:00 qatarı ilə yola düşəsiniz. Avtomatdan komplekt bilet alırsınız - Manresa istiqamətində gedən qatara və Cremalleraya. Cremallera dağa qalxan qatar növüdür, amma bizim funikulyorla heç bir qohumluğu yoxdur. Montserratda iki fərqli dayanacaq var – Aeri de Montserrat və Monistrol de Montserrat. Montserrat Aeridə əksər turistlər Montserrat sözünü eşidib enirlər. Bu stansiyadan Montserrata kəndir yolu qalxır, lakin onlar bilmirlər ki, bu kəndir yolu belə tez açıq olmur. Onlar gedib növbədə dayanan vaxtı siz artıq öz stansiyanızda enib qatarla dağa qalxa qalxa selfie çəkdirirsiniz.

Qatardan enən kimi ilk növbədə Kafedral kilsəyə gedirsiniz. Hələ ki, adam azdır kilsənin qarşısındakı meydanda biraz şəkil çəkdirib daxil olursunuz içəri. Kilsədən çıxıb tez sağdakı girişə daxil olursuz. Burada bu yerin yaranmasının səbəbkarı olan La Moreneta (Qara Məryam) yerləşir. Pilləkənlərlə qalxıb Moreneta xanımın əyləşdiyi yerə çatıb qara yumurtaya toxunub arzu və istəklirinizi bildirin. Çox axtarsam da divarlarda qəpik yapışdırmağa yer tapmadım. Yəqin ki, gələcək üçün bunu da düşünərlər və iki ədəd də çıxış və girişdə nəzir qutusu qoyarlar.

Morenitanı belə tez ziyarət etməyimiz çox vacıb idi, çünki birazdan giriş qapısı bir neçə saatlıq bağlanacaq, yenidən açılandan sonra isə əməlli başlı izdiham yaşanacaq. Beləliklə, Morenetadan ayrılıb qaçırıq yuxarı istiqamətdə gedən Sant Joan funikulyoruna. Yuxarıda qarşılaşdığımız gözəllik adamı valeh edir. Və bu anda kataloniyalıların nə qədər biznesdə, ticarətdə aciz olduqlarını dərk etmiş olursan. Burada o qədər kababxanalar tikmək olar ki, Ağsu aşırımı yalan olsun.

Bu təbii gözəlliyi qavrayandan sonra və bu əjdahadan niyə bizdə olmaması haqda özünə sual verdikdən sonra Santa Cova funikulyoru ilə enirik aşağı ki, 13:00-da kilsədə başlayan oğlan uşaqlarının xoruna özümüzü çatdıraq. Biraz tez gəlsəniz lap yaxşı olar, çünki başlamağa 15 dəqiqə qalmış zalda bir dənə də olsun boş yer tapmaq mümkün olmayacaq. Xoru dinlədikdən sonra kilsəni tərk edib üz tuturuq yaxınlıqda yerləşən bazara. Burada yerli fermerlər öz istehsalları olan məhsulları satırlar. Missiyamızı bitmiş hesab edəndən sonra qayıdırıq əvvəldə qeyd etdiyim kəndir yoluna, hansı ki, bizi gətirir Aeri de Montserrat stansiyasına. Buradan isə İspaniya Meydanına gəlib günümüzü bitmiş hesab edə bilərik. İnanın ki, Montserratın gözəlliyi və cazibədarlığı sizi hələ dəfələrlə bu yerlərə çağıracaq.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər...

 

Paylaşdı: Mətin Rəhimli

DİGƏR BLOQLAR

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasul Musayev

1854 dəfə oxunub

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

2690 dəfə oxunub

Laplandiya bələdçisi

Finlandiyanın şimalında yerləşən və ərazisi 100 min kvadrat kilometrə yaxın olan gözəl Laplandiya Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır paytaxt deyəndə ərazisi böyük olsa da cəmi 60 min ətrafı əhalisi var, ikinci dünya müharibəsində şəhərin 90%- dağıdılıb ona görə də nə qədim mərkəzi var, nə də tarixi binaları, əvəzində isə şəhərin mərkəzində skandinav stilində tikilmiş praktik evlər çoxluq təşkil edir. Bölgənin ən görməli yerlərindən biri isə sözsüzki “Santa Claus Village” və “Santa Park” tematik parklarıdır, rəvayətə görə Santanın əsas məskəni Korvatunturi dağlıq ərazisi olsa da real görüşə biləcəyiniz və şəkil çəkdirə biləcəyiniz Santa məhz “Santa Claus Village” tematik parkında yaşayır , Santanın rəsmi Poçt ofisi də bu parkda yerləşir bundan əlavə parkda şimal maralları ilə gəzinti, husky-lərlə tur, buz mağarası, restoranlar, mağazalar və s. kimi əyləncələr də tapmaq olar hətta otel və kotteclər də var. Qış mövsümündə , dekabr və yanvar aylarında cəmi 2-3 saat gün olur və günün qalan hissəsi qaranlıq olur. Restoranlarda şişirdilmiş qiymətlərdir. İndi isə qaldığımız yer və səyahət xərcləri barədə bəzi detallar:Bakı-İstanbul-Rovaniemi və geriyə Riga-İstanbul-Bakı / Turkish Airlines / adam başına 445 avro.Rovaniemidə 3 günlük ev cəmi 330 avro booking.com saytı vasitəsilə. Rovaniemi hava limanından mərkəzə 4 nəfərlik transfer (Mercedes Vito) 25 avro / gettransfer.com saytı vasitəsilə. Rovaniemi-Santa Village-Rovaniemi / 8 nömrəli avtobus / adam başı 7 avro (35 dəq.). Husky parka giriş – böyüklərə adama 10 avro uşağa 5 evro.husky ride – qiymətlər böyüklər üçün adama 30 avrodan başlayır uşaqlara isə 15 avrodan. Reindeer ride – adam başı 18 avrodan başlayır. Santa ilə şəkil / 1 şəkil 25 avro / download linki ilə birlikdə 40 avro.Santa Post Office-dən məktub göndərmək, postalcard və marka ilə birgə 3 avro. SantaPark tematik parkına giriş böyüklərə adama 35 avro uşağa 29 avro.Santa Village – SantaPark / taksi 15 avro (ayaqla 30 dəqiqə).Rovaniemi – Helsinki gecə qatarı / 2 yataqlı SV cəmi 278 avro. Qatar biletini vr.fi saytindan aldiq.Santa Village – da çantalar üçün saxlanc yerləri də var / bir çanta 5 avro axşam 6-ya kimi. P.S. Husky və maral gəzinti qiymətləri seçdiyiniz məsafədən asılı olaraq dəyişir. Uşaqsız gedən və daha aktiv istrahət edənlər üçün isə çoxlu sayta digər əyləncələr var avrora ovundan tutmuş buz qıran gəmi ilə səyahətə kimi, saytları aşağıda qeyd edirəm: Nordictravels.eu / santasadventures.fi / rovaniemisafaricenter.comP.p.s. minimum 15 dərəcə şaxta olmasa və hava tam açıq olmasa heç avrora görməyə cəhd də etməyin, yalandan pulunuz gedər.Alakbar Valiyev -in bu postunu da oxumaq məsləhətdir əlavə faydalı məlumtalar çoxdur Laplandiya haqqında. https://m.facebook.com/groups/238282336566990?view=permalink&id=933549367040280Həmişə gəzməkdə dostlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

4906 dəfə oxunub

"Bir üst dərəcə" - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya. 1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər. Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi. 2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi. 3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır. Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) : 1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim. 2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün. 3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir. 4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur. 5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız. 6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada. Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mammadalizada

2036 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!