859 dəfə oxunub

Gəzəyənlər üçün mobil tətbiqlər (Part 1)

1. Couchsurfing

Səyahət edənlərin bir nömrəli yardımçısı olan və xərcləri minimuma endirə biləcək ən önəmli tətbiqlərdən biridir. Proqram vasitəsilə gedəcəyiniz yerlərdə yerli insanların evində pulsuz qonaq ola bilər, onlarla birlikdə ərazini kəşf edə bilərsiniz. Təbii ki, bunları hər ev sahibinə aid etmək olmaz. Eyni zamanda həmin müddətdə orada qalan biriləri də sizi qonaq edə bilər və ya qonaq etməsə belə tətbiq daxilindəki "Hangout" bölməsi gəzəyənlərin bir-birini tapıb səmərəli vaxt keçirməsi üçün düşünülmüşdür. Məsələn siz "Eyfel qülləsi yaxınlığında qəhvə içmək istəyən?" kimi hangout postlar açıb insan toplaya bilərsiniz. Həmçinin başqaları tərəfindən yaradılmış bu görüşlərə qoşula bilərsiniz.

Couchsurfingin taktikasına görə qonaqlar ev sahibinin profilində öz təəsüratlarını (References) qeyd etməlidirlər. Belə ki, kimsə qonaq qəbul etdiyi zaman onun öz profilindəki məlumatlardan əlavə başqalarının fikirlərinə diqqət yetirir. Hər halda siz özünüz də bələd olmadığınız adamla eyni evdə qalmağın nə qədər təhlükəli ola biləcəyindən xəbərdarsınız  Bu məqamda tətbiqin tək "mənfi" tərəflərindən biri olaraq bunu qeyd edə bilərik ki, siz killer, oğru və s. olmasanız belə əgər özünüz kimisə qonaq edib müsbət rəylər toplamamısınızsa sizin host tapmağınız olduqca çətindir (Bəzi hallarda bəxtiniz gətirə bilər) . Həmçinin bəzi istifadəçilər bu platform vasitəsilə kiçik məbləğ müqabilində sizi qonaq edə bilərlər.

Sadəcə bir dəfəyə məxsus 60$ ödəməklə siz Verified account ala bilər və bütün imkanlardan yararlana bilərsiniz. Sadə accountlar isə həftədə cəmi 10 hosta ilk mesajı yaza bilərlər. App Store: https://apple.co/1P3uKdH Play Store: https://bit.ly/1z1AESz

2. Showaround

Bir növ sizi tur bələdçiliyi işi ilə təmin edən proqram həm yerli əhali həm də turistlərə fayda gətirə bilər. Konsepti əsasən insanların getdiyi yerlərdə vaxtını daha səmərəli keçirməsi və yüksək məbləğlər ödəmədən şəhəri kəşf etməsi yönündədir.
Proqram iki yönlüdür, siz həm turist kimi çıxış edə bilərsiniz həm də local people kimi.
Həvəskar tur rəhbərliyi edə biləcəyiniz bu tətbiqdə istər saatbaşı ödənişlə və istərsə də könüllü bir formada şəhərinizə gələnləri gəzdirib şəhərinizlə tanış edə bilərsiniz. Ödənişlərə limit tətbiq olunmayan bu platformada siz öz saatlıq qiymətinizin minimum və maximumunu seçə bilərsiniz. Beləliklə program sizin boş vaxtlarınızda qazanc əldə edə biləcəyiniz bir işə çevrilə bilər.

Qazancdan əlavə həmçinin tələbələr və s. öz xarici dil biliklərini inkişaf etdirə bilər və ya müxtəlif ölkələrdən dostluqlar yarada bilərlər. Əsasən tələbələr FREE bələdçiliyi seçərək öz dillərini inkişaf etdirirlər. Əlbəttə ki, tur rəhbəri olmaq üçün sadəcə xarici dil bilmək kifayət etmir. Gələn turist gedəcəyi yerlərin tarixi haqqında da məlumat tələb edə bilər. Yaxşısı budur ki, müştərinizlə hər şeyi öncədən danışıb razılığa gələsiniz 

P.S: Əgər istifadə etsəniz heç kimə görüşdən öncə online pul köçürməsi etməyin!

App Store: https://apple.co/2WoDGlw

Play store: https://bit.ly/2VTKOpx

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Reshad Farzali

DİGƏR BLOQLAR

Luvr muzeyi haqqında hər şey (I hissə)

Parisdəki otellərlə bu siyahıdan tanış ola bilərsiz.Təqribən 10 bəlkə də daha çox ziyarətdən sonra Luvr muzeyinin daimi kolleksiyasını gəzib bitirdim. Bu münasibətlə də Luvr haqqında biraz məlumat verib, necə getməli, necə gəzməli, vaxtdan necə istifadə etməli kimi suallara cavab verəcək bir yazı yazacam.Luvr Muzeyi Parisin 1-ci bölgəsində Sena çayının sahilində yerləşir. Muzeyə gəlməyin ən rahat və məsləhətli yolu metrodur. Metronun 1-ci və ya 7-ci xətti üzərindəki Palais Royal – Musée du Louvre stansiyasında düşüb 6. Carroussel du Louvre çıxışını izləyərək Muzeyin turistlər tərəfindən çox da bilinməyən, buna görə də, demək olar ki, növbə olmayan yeraltı girişinə gəlirsiniz. Yox əgər “Mən mütləq o şüşəli piramidadan girəcəm muzeyə” deyirsinizsə, 1 saata qədər növbə gözləməyə hazır olun. Ümumiyyətlə, muzeyin bir neçə girişi var, ən rahatı metrodan girişdir, mən 10+ dəfə getmişəm, növbədə gözləməmişəm.Muzeyin giriş saatları bazar ertəsi, cümə axşamı, şənbə və bazar günləri saat 9:00-18:00 arasıdır; çərşənbə və cümə Nocturne olur və muzey saat 21:45-ə qədər açıq olur. Zalların boşaldılması adi günlərdə 17:30-da, nocturne günlərində isə 21:30-da başlayır. Çərşənbə axşamı, 1 yanvar, 1 may, 8 may və 25 dekabrda bağlı olur.Ziyarət üçün ən ideal saatlar: səhər muzey açılanda və nocturne günləri 18:00dan sonra. Şənbə və Bazar günləri mümkün olduğu qədər gedilməməlidir (diqqət: həftəsonu gəzintisinə gələn turistlər!). Ziyarətin müddəti maraq dairəsindən və görüləcək zallardan asılı olaraq dəyişir, amma minimum 2 saat ayırmaq lazımdır.Standart biletin qiyməti kassada 15€, online satışda 17€-dur (Luvr üçün alınan biletlər həm də Eugène Delacroix muzeyində keçərlidir). Muzeyə giriş 18 yaşa qədər uşaqlar, 26 yaşa qədər Avropa rezidentləri, Nocturne günlərində saat 18:00dan sonra 26 yaşa qədər vətəndaşlığından asılı olmadan bütün gənclər, oktyabr-mart ayları arası hər ayın ilk bazar günü hamı üçün pulsuzdur. Endirimli tariflər və bir çox başqa alternativlər var (Paris Museum Pass və s.). Məsləhətlisi bileti əvvəlcədən almaqdır, yoxsa kassada uzun növbələr gözləməli olacaqsınız. Növbə gözləmədən bilet almağın bir digər üsulu isə Luvrdan çox da uzaq olmayan Eugène Delacroix muzeyindən bilet almaqdır ; beləliklə, həm kiçik və maraqlı Eugène Delacroix muzeyini də görmüş olacaqsınız. Pulsuz girişdən faydalanırsınızsa mütləq şəxsiyyətinizi təsdiq edən bir sənəd göstərməlisiniz, biletsiz kontroldan keçəcəksiniz.Bilet alındı (ehtiyac varsa), information-dan Luvr xəritəsi götürüldü, növbəti istiqamət yükləri yüngülləşdirmək üçün vestiairedir: istifadə pulsuzdur, özünüzlə pasportu götürün, qalan əşyalarınızı əmanət edin vestiaireə.Kiçik detallardan biri də ayaqyolu məsələsidir, giriş mərtəbəsi -2də 3 WC var, əgər növbə varsa və vaxt itirmək istəmirsinizsə sərgi zalları arasında WC var ;)Acmısınızsa -2də Paul-un bir şöbəsi (təbii ki, şəhərdəkilərdən bir az daha bahalı) və yuxarı mərtəbələrdə bir neçə (qlamur) café var.Bu qeyd sadəcə Luvr üçün yox, demək olar ki, bütün muzeylər üçün keçərlidir: özünüzlə parasetamol götürün, sərgi zallarına qalxmamış atın. Eksponatlara və tavana baxmaq üçün başınızı o qədər yuxarı qaldıracaqsınız ki, başağrısı qaçınılmaz olacaq.Muzeyin 3 qanadı var – Richelieu, Sully, Denon. Bu üç qanada uyğun da 3 bilet kontrol postu var, muzeyin içində o baş-bu baş gedərək vaxt itirmək istəmirsinizsə, görmək istədiyiniz kolleksiyaları yaxınlıq sıralamasına və qanadlara görə bölün. Ümumiyyətlə, Luvr o qədər böyükdür ki, bir ziyarətə ancaq bir və ya iki kolleksiyanı tam gəzə bilərsiniz. Ona görə də mütləq görmək istədiyiniz yerləri əvvəlcədən qeyd etməkdə fayda var.Qeyd olunası bir vacib məqam da ziyarət istiqaməti ilə bağlıdır: çalışın kolleksiyanı tam gəzirsinizsə, zalları sıra ilə gəzin, divardakı “Sens de la visite” (ziyarət istiqaməti) oxları ilə hərəkət edin. Əvvəla, beləliklə muzeydə boşuna vaxt itirməmiş olacaqsınız, itməyəcəksiniz, ikincisi, kolleksiyalar xronoloji ardıcıllıq və ya tematik olaraq sərgiləndiyi üçün ortadan başlasanız kolleksiyanın məğzini anlamaq çətin olacaq.Kolleksiya və eksponatlar haqqında məlumatlanmağın bir neçə üsulu var:Zalların girişində məlumatlandırıcı lövhə olur – kolleksiyanın tarixi, məğzi, əsərlər haqqında fransız, ingilis və ispan dillərində informasiya verir. Oxumaq lazımdır ki, nə görəcəyiniz haqqında müəyyən bir fikriniz olsun.Hər bir zalda qapıya və ya oturacaqlara yaxın bir qutu var, bu qutunun içində ingilis, fransız, italyan, ispan, çin, yapon dillərində məlumat lövhələri olur. Oxumaq vaxt aparır, amma zal həqiqətən sizdə maraq oyadıbsa və daha ətraflı məlumat almaq istəyirsinizsə bu lövhələrə göz gəzdirməkdə fayda var.Eksponatların aşağısında, yuxarısında, yan yörəsində kiçik məlumat lövhəciyi olur: eksponatın aid olduğu dövr, müəllifi, ölkə, hazırlandığı material, nə zaman və necə Luvra gəlib çıxdığı haqqında qeydlər və əgər mühüm bir tarixçəsi varsa həmin məlumat yazılır. Bütün eksponatların etiketini oxumağa çalışsanız bir ömür Luvru bitirə bilməzsiniz, amma sizə maraqlı görünən nümunələr haqqında məlumatlanmaq üçün ideal vasitədir. Tək mənfi cəhəti var – bu etiketlərin 90%-i fransızcadır, ən yaxşı halda isə fransız-ingilis.Audioguide – mən heç istifadə etməmişəm, ümumiyyətlə audioguidelərlə aram yaxşı deyil, məlumatı yazılı oxuyarkən oxu sürətini özüm seçirəm, amma audioguidedə lüzumsuz xırdaçılıq edilərək vaxt itirildiyini düşünürəm. Siz audioguide istəsəniz kontrol postların yanında şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə bir nintendo götürə bilərsiniz.Şəxsi bələdçi – tariflər, rezervasiya haqqında tam məlumatım yoxdur, amma şəxsi bələdçi ilə də muzeyi gəzə bilərsiniz. Daha baha başa gələcək, amma daha çox şey öyrənəcəksiniz. Yox əgər “O qədər də aristokrat deyilik” deyirsinizsə növbəti maddəyə baxın ;)Turist qrupları – mənim istifadə etdiyim metodlardan biridir :p Çox məşhur əsərlərin yanında adətən bir neçə turist qrupu olur və bələdçiləri onlara eksponatın tarixçəsi haqqında kifayət qədər ətraflı məlumat verir. Əgər sizə maraqlı olan bir eksponat haqqında danışılırsa özünüzü verirsiniz həmin qrupun yanına ;)Muzey dostluqları – muzeylərdə selfie çubuqlarını gözünüzə soxaraq muzeyin hər daşının şəklini çəkən uzaq şərqli turistlərdən başqa incəsənət və tarix haqqında kifayət qədər məlumatlı olan ziyarətçilər də olur. Təsadüfən eyni tabloya baxırsınızsa və fikrinizi bölüşmək istəyirsinizsə çəkinməyin, müzakirə edin ;)Gözətçilər – muzey gözətçilərindən əksərən ayaqyolu və filan zala necə gedərəm tipli suallar soruşulur. Sizi maraqlandıran bir əsər haqqında beyninizdə fırlanan bir sual varsa, soruşmaqdan çəkinməyin, böyük bir ehtimalla cavab verməyə çalışacaqlar (amma gözətçini yarım saat saxlayıb bütün muzeyin tarixini danışacağını da gözləməyin, camaatın işi gücü var)İnternet – deyək ki, hansısa bir zalda gəzirsiniz və çox maqarlı bir eksponat gördünüz, adını yazırsınız google-a və istədiyiniz qədər məlumatı tapıb rahat bir vaxtınızda oxumaq üçün linki save edib ziyarətinizə davam edirsiniz.Davamı olacaq....  Paylaşdı: Zaur Valizada

3231 dəfə oxunub

Hava limanlarında əl baqajının ölçülmə üsulları

İcazə verin bir namə də mən yazım Ukrayna Hava Yollarında başıma gəlmiş hadisədən. Öncədən bildirim ki, post əsasən Ukrayna Hava Yolları istifadəçiləri, əsasən də Kiyevdən transfer kimi istifadə edənlər üçündür.Deməli Aprel ayıdır. Ən ucuzunu axtara-axtara Kiev (KBP) transferli Bakı-New York reysi almışam. İlk dəfə ölkədən çıxmaq üçün Tiflisə getməyəcəm filan çox həyəcanlıyam. Ukrayna Hava yolları GYD-NYC reysi üçün (digər transatlantic uçuşlar kimi) 2 ədəd 23 kq-lıq və bir ədəd 7 kq-lıq baqaj limiti qoyub. Bura qədər hər şey əla.Əmması ondadır ki, mən zatən 2 ədəd təkərli 23 kq-lıq baqajla getdiyim üçün əl baqajım təkərli ola bilməz. New Yorkun şəhər strukturu və qollarımın sayı izin vermir. Ona görə çox sevimli, 50 litrlik bel çantamı götürdüm ki, kişinin başına iş gələr yolda dolduraram. Bu 50 litrlik çantanın da içində 25 litrlik bir kamera çantam var.Heydər Əliyev limanında problem yaşanmadı. Çantaları verdik, oturduq Ukraynaya gedən həmvətənlərimizlə xoş sədalar və ətirlər müşayətində çatdıq nam-ı dəyər Borispol (Boryspil) aeroportuna. Transfer müddəti az olduğundan içində “svinya” olmayan “zavtrak” edib getdim öz reysimi gözləməyə. Normalda ən son dəqiqəyə qədər kontura yaxınlaşam deyiləm. Amma yaxınlaşdım ki, yaxşı ki yaxınlaşdım.Yəgin bilərsiz normal hava yolları əl baqajı üçün səbət şəkilli sizerlərdən istifadə edir. Yəni bir metal səbət var onun içinə çantanız necə yerləşir yerləşsin heç kim sizə güldən ağır söz deyə bilməz.Mənim cahilliyimə bağışlayın mən ilk dəfə cageless sizer deyilən hər tərəfi açıq ölçmə üsulu gördüm. Normal sərt üzlüklü çantanız varsa bunun heç bir fərqi yoxdur. Çünki hard case çantalar istənilən halda ölçüsünü saxlayır. Amma gəlin bunu yumuşaq (soft case) çantalarda yoxlayın. Çanta boş belə olsa parça yumuşaq olduğundan tökülür və en olaraq o sizerə sığmır. Boş olsa belə.Mən də xanıma yaxınlaşdım. Çantamı qoydum və yarıboş çantam o sizerə sığmadı. Xanım mənə izah etməyə çalışdı ki, gərək 150 gələsiz bizə cərimə üçün. Xanıma izah edirəm ki xanım 400 dollara aldığım biletə balaca çanta üçün 150 dollar vermək mənim azərbaycanlılığıma sığmır. El arasına çıxa bilmərəm, məhlədə salamımızı almazlar. Biz camaata atırıq siz kimə atırsız? Xanım dedi ki, 150 dollar yox Euro. Və dediki sizdən başqa da bu pulu ödəyib gedənlər var. Burada bir məsələ də var ki, Kiyev mənim transferimdir. Mən artıq Bakıda ikən yoxlamadan keçib beynəlxalq zonaya daxil olmuşam. Transfer uçuşunun ortasında baqaj yoxlaması edib cərimə etmək məntiqə sığmır. Amma xanım anlamamaqda israr edincə anladım ki, FlyUIA qiymətdə etdiyi endirimin acığını baqajdan çıxır.Etmədim tənbəllik geri qayıdıb 50 litrlik çantamı tamam boşaldıb balaca 25 litrlik çantama yerləşdirdim. O çantanıda yenidən qoydum böyük çantanın içinə və yenidən yaxınlaşdım ki, xanım baxın, bunun içindəkilər sizin standartlara uyğundur. Problem mənim çantamın soft case, sizin sizerin isə innovativ və “maşennik” olmasıdır. Xanım yenə etiraz edib mənə YÜZ ƏLLİ YEVRO deyəndə axrıncı şalteri endirdim. Yenidən qayıdıb kiçik çantanı çıxartdım. Böyük çantanı aeroportda oturacağın üstünə atıb gəldim ki, o çanta sizə hədiyyəm olsun, bu çantaya isə tam yerləşir. Mənə bir daha YÜZ ƏLLİ YEVRO de. Xanımlar Dəvədən böyük Fil olduğunu anlayıb dedilər get o çantanı da götür gəl keç fakir gədə.Sözümün canı uçmazdan öncə kapeşnik şirkətlərin baqaj ölçülərinə diqqət yetirin. Mümkünsə hard case çantalardan istifadə edin ki, başınıza belə işlər gəlməsin. Sonuncu şəkil (4) isə bonusdur. AZAL ilə New Yorka 30.11 gediş və 07.12 gəliş cəmi 485 dollardır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mürsəl Səmədov

808 dəfə oxunub

Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar

Avropa və 18 aylıq körpə10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı ????1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)3. Kolyaska - yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)Bəs Sizin səyahət çantanıza nələr daxildir?Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq ????Paylaşdı: Eva Safarova 

1069 dəfə oxunub

Gəzəyən məsləhəti - Aviafobiya haqqında

Son zamanlar burada aviafobiyası olan insanlara rast gəlirəm. Ona görə məncə bu post onlar üçün yararlı olar.Bu sahə üzrə çalışdığım üçün düşündüm ki, aviasiya təhlükəsizliyi baxımından hava nəqliyyatının nə qədər təhlükəsiz bir nəqliyyat növü olduğuna sizi az da olsa inandırım...Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın nahaq yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan qat-qat çoxdur. Sadəcə qəzalar kütləvi hal almadığı üçün ciddi bir rezonans doğurmur.Bir təyyarə qəzası bütün dünya KİV-ində əsas xəbərə çevrilir ama qatar qəzaları biraz fərqlidi.Təyyarəyə minən sərnişinin aviaqəzada dünyasını dəyişmə ehtimalı təxminən 1/8 000 000-dir. Bu o deməkdir ki, əgər sərnişin hər gün təsadüfi reyslərlə hərəkət etmək istəsə, ölmək üçün 21 il gözləməlidir.Pilotlar təyyarəni tək idarə edən insanlar deyil. Onlar qədər işin içində daha vacib insanlar var.Hava Nəqliyyatına Nəzarət edən dispetçerlər.Məhz təyyarənin uçduğu marşurutları onlar təyin edir. Pilotu uçduğu müddət ərzində təyyarənin uçacağı xətt üzrə bütün məlumatlarla dispetçerlər təchiz edir. Hər bir xırda detala pilot qədər onlar da cavabdehdir.Pilotlar və dispetçerlər İATA-nın xüsusi treyninqlərində daim iştirak edərək, özünü təkmilləşdirmə kurslarından keçməklə İOSA sertifikatlarına yiyələnirlər. Bunun üçün yüksək bilik və bacarıqlar tələb olunur.1500 uçuş saatı olmayan pilot təyyarə kapitanı kimi çalışa bilməz.Təyyarə havaya qalxmamışdan öncə yerüstü xidmət üzrə işçilər təyyarənin hər bir detalını incəliklə nəzərdən keçirir. Əgər təyyarədə adi bir cızıq varsa pilota bu barədə məlumat verilir və onun ixtiyarı var ki, uçuşdan imtina etsin.Bu o deməkdir ki, bir təyyarənin havaya qalxması böyük bir komanda işidi. Əgər bir şey bir mütəxəssisin gözündən qaçırsa digəri mütləq o problemi görür və problem aradan qaldırılmamış təyyarə havaya qalxmır.2013-ci ildə 215 nəfər, 2014-ci ildə 864, 2015-ci ildə 471 nəfər təyyarə qəzası nəticəsində həyatını itirib, halbuki bu 3 ildə avtoqəzalarda ölənlərin sayı 100000-dən çoxdu.Təyyarənin havaya qalxması zamanı salondakı səs 105 desibelə çatır, amma təyyarə yüksəkliyə qalxandan sonra bu göstərici 85 desibelə düşür. Bəzən insanlar məhz bu səsdən vahiməyə düşürlər. Əgər sizi bu səs narahat edirsə hava yuxarı qalxana kimi sevdiyiniz musiqiyə qulaqcıqla qulaq asın. Təyyarə müəyyən hündürlüyə qalxandan sonra o səsi elə də ciddi hiss etməyəcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

723 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!