1104 dəfə oxunub

Gəzəyən məsləhəti - Aviafobiya haqqında

Son zamanlar burada aviafobiyası olan insanlara rast gəlirəm. Ona görə məncə bu post onlar üçün yararlı olar.
Bu sahə üzrə çalışdığım üçün düşündüm ki, aviasiya təhlükəsizliyi baxımından hava nəqliyyatının nə qədər təhlükəsiz bir nəqliyyat növü olduğuna sizi az da olsa inandırım...

Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın nahaq yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan qat-qat çoxdur. Sadəcə qəzalar kütləvi hal almadığı üçün ciddi bir rezonans doğurmur.
Bir təyyarə qəzası bütün dünya KİV-ində əsas xəbərə çevrilir ama qatar qəzaları biraz fərqlidi.

Təyyarəyə minən sərnişinin aviaqəzada dünyasını dəyişmə ehtimalı təxminən 1/8 000 000-dir. Bu o deməkdir ki, əgər sərnişin hər gün təsadüfi reyslərlə hərəkət etmək istəsə, ölmək üçün 21 il gözləməlidir.

Pilotlar təyyarəni tək idarə edən insanlar deyil. Onlar qədər işin içində daha vacib insanlar var.
Hava Nəqliyyatına Nəzarət edən dispetçerlər.
Məhz təyyarənin uçduğu marşurutları onlar təyin edir. Pilotu uçduğu müddət ərzində təyyarənin uçacağı xətt üzrə bütün məlumatlarla dispetçerlər təchiz edir. Hər bir xırda detala pilot qədər onlar da cavabdehdir.
Pilotlar və dispetçerlər İATA-nın xüsusi treyninqlərində daim iştirak edərək, özünü təkmilləşdirmə kurslarından keçməklə İOSA sertifikatlarına yiyələnirlər. Bunun üçün yüksək bilik və bacarıqlar tələb olunur.
1500 uçuş saatı olmayan pilot təyyarə kapitanı kimi çalışa bilməz.

Təyyarə havaya qalxmamışdan öncə yerüstü xidmət üzrə işçilər təyyarənin hər bir detalını incəliklə nəzərdən keçirir. Əgər təyyarədə adi bir cızıq varsa pilota bu barədə məlumat verilir və onun ixtiyarı var ki, uçuşdan imtina etsin.

Bu o deməkdir ki, bir təyyarənin havaya qalxması böyük bir komanda işidi. Əgər bir şey bir mütəxəssisin gözündən qaçırsa digəri mütləq o problemi görür və problem aradan qaldırılmamış təyyarə havaya qalxmır.

2013-ci ildə 215 nəfər, 2014-ci ildə 864, 2015-ci ildə 471 nəfər təyyarə qəzası nəticəsində həyatını itirib, halbuki bu 3 ildə avtoqəzalarda ölənlərin sayı 100000-dən çoxdu.

Təyyarənin havaya qalxması zamanı salondakı səs 105 desibelə çatır, amma təyyarə yüksəkliyə qalxandan sonra bu göstərici 85 desibelə düşür. Bəzən insanlar məhz bu səsdən vahiməyə düşürlər. Əgər sizi bu səs narahat edirsə hava yuxarı qalxana kimi sevdiyiniz musiqiyə qulaqcıqla qulaq asın. Təyyarə müəyyən hündürlüyə qalxandan sonra o səsi elə də ciddi hiss etməyəcəksiz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Zade

DİGƏR BLOQLAR

Uçuşlarda yaranan problemlərin ODR platformasında həlli

Salamlar, istəyirəm Sizinlə təcrübəmi bölüşüm, bu günlərdə müxtəlif turizm vasitələri üçün bilet pullarını geri istəyənlər üçün faydalı ola bilər:2019-cu ilin mart ayında dekabr üçün Budapeşt-Lissabon və Porto-Budapeşt biletlərini almışdım, iki reysdən birinin vaxtında azca saat dəyişməsi olduğuna görə mənə bu saat dəyişməsi ilə razılaşmaq və ya ödənişi geri istəmək təklif olundu;Mən həmin saat dəyişməsinə görə olan bileti geri qaytarıb 120% Wizz Credit geri istədim, razılaşdılar. Amma digər biletə görə ödənişi də geri istədiyim halda onu geri ödəmək istəmədilər. Mənim məntiqim bu idi ki, WizzAir-in uçuş saatını dəyişməsi səbəbindən Portuqaliyaya gedə bilmirəmsə, qayıtmaq üçün artıq bilet nəyimə lazımdır?WizzAir şikayətimi təmin etmədi, açıq olaraq səbəbini də yazmadı, sadəcə şablon cümlələr idi və tam da başa düşmədilər (və ya başa düşmək istəmədilər) ki, mənim üçün bu 2 ayrılıqda alınmış bilet əslində Budapeştdən Portuqaliyaya gediş-gəliş biletidir, sadəcə orada istifadə edəcəyim şəhərlər və hava limanları fərqlidir. Belə başa düşdüm ki, hər 2 bilet ayrılıqda alındığı üçün onları sistem ayrı biletlər kimi görürdü və birinin ləğv olunmasını digərinin ləğv olunması kimi qəbul etmirdi;Aşağıdakı linkdə şəkildə işarələdiyim bölməyə keçib Avropa Birliyi qanunvericiliyinə əsasən şikayətimi göndərdim, ondan sonra WizzAir ikinci raund mənim şikayətimə baxdı və dünən email yazdı ki, geri ödəyə bilərlər, şikayətim geri təmin olundu. Bilet pulumu geri qaytaranda hələ əlavə olaraq bileti alarkən aldığım 1 illik WizzDiscount pulunu da geri ödədilər (ikisini birdən almışdım), baxmayaraq ki, 1 il ərzində bu WizzDiscount-dan bir neçə dəfə başqa uçuşlar üçün də istifadə etmişdim.Uzun sözün qısası, təkcə WizzAir deyil, Avropa Birliyinə bağlı istənilən uçuşlarınızı və problemlərinizi ODR platformasında online formada pulsuz həll edə bilərsiniz. Əgər tələsmirsinizsə, səbr etməklə pulunuzu geri alacaqsınız və pullu nömrələrə zəng edib biletin öz pulundan daha çox məbləği probleminizi həll etməyə xərcləməyin. Məndə bütün bu proses bir neçə ay çəkdi, amma nəticəsi uğurlu oldu!Mənbə: https://wizzair.com/en-gb/information-and-services/contact/contact-usƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1919 dəfə oxunub

Dubaya səyahət: Dubay Bələdçisi

24-29 yanvarda Dubaya 5 gecə 6 günlük səyahət etdik. Gedənə kimi qrupdakı Dubayla bağlı bütün paylaşımlara baxmışdım amma çoxu köhnə idi və istədiyim cavabları tam ala bilməmişdim. Ona görə bəlkə faydalı olar deyə bir paylaşım etmək istədim.1. Biletləri Wizzairle Bakı-Abu dhabi - Bakı olaraq aldıq. 5 nəfər 1224 azn (yanvarın əvvəli daha da ucuz idi. Oğlumun sənədindəki problemə görə biraz gecikdik)2. Evi Airbnb-də hostel olaraq seçdik. (5 gecə, 5 nəfər üçün 626 dollar) Biraz tərəddüd etsək də bizim üçün çox maraqlı təcrübə oldu. Yataq otağımız, tualet hamam ayrı idi, amma mətbəxtlə oturma otağı ümumi. Onsuz da səhər çıxıb axşam qayıtdığımız üçün bizə kifayət elədi. Ayrıca fərqli millətdən olan insanlarla söhbət etmək həm uşaqlara, həm də mənə çox maraqlı oldu.3. Qidalanma. Bir rəfiqəmin məsləhəti ilə bəzi quru qidaları özümüzlə götürmüşdük və demək olar ki, qidalanmaya çox pulumuz çıxmadı. (Paket çay, kofe, makaron, şəkər, konfet, peçenye tərzi şeylər). Balaca oğlum kaşa istəyirəm deyə ağladığından süd, düyü, şəkəri ordan alqıq bir də çörək və yumurta.4. Gəzməli yerlər. Mən daha öncədən Dubayın öz səhifələrindən safari və cruise turu aldım (20 və 30 usd). Baxmayaraq ki, qrupda 50 dollardan aşağı safari yaxşı olmurdu deyirdilər, biz çox məmnun qaldıq. Evdən götürüb evə qaytardılar. Dəvələrlə gəzinti, ciplə safari, qumda sürüşmə, xına və axşam yeməyi mənim üçün Dubay səfərinin ən maraqlı xatirəsi oldu.Marinaya yaxın qaldığımızdan cruise-a ayaqla getdik. 1 saat 40 dəqiqə gəzinti, axşam yeməyi, şou, rəqs artıqlaması ilə qiymətin haqqını verdi.Miracle Garden, Butterfly Garden combo bilet aldıq. Miracle Gardenda azərbaycanlı dondurmaçı var. Bizi çox mehribanlıqla qarşıladı. Hətta məsləhət də verdi ki, burda dondurma çox bahadır, almayın. Bakıda alarsız yemək üçün əsasən fast foodlar idi. Ailə paketi aldıq. 4 burger+4 free+bir naget (5parça)+1.5 litr içkiyə təxminən 115 AED verdik. Məncə Dubay üçün, hətta Azərbaycan üçün çox normal qiymət idi. İki bağ arasındakı məsafə ayaqla iki dəqiqədi. Bütün hallarda yoxladım ki, online bilet daha ucuz gəlir. Yerində baha təklif edirlər.Motiongate atraksiyon sevərlər üçün inanılmaz seçimdir. Bir günümüzü tamamilə ora ayırdıq, amma gəzib qurtara bilmədik. Bu bileti də Legoland su parkı ilə birgə aldıq. Bu da paket şəklində və online alındıqda daha sərfəli olur. Bütün attraksionlar limitsizdir. İstədiyiniz qədər minə bilərsiz. Su parkı həm uşaqlar həm də böyüklər üçündür. Diqqətimi çəkən bir məqam oldu. Biz Bakıda su parkına gedəndə paltara heç nə demirdilər, amma orda oğlumun şortikini dəyişdirdilər ki, pampıq olmaz, neylon tərzi olmalıdır.Dubai Aquarium. Düzü gözləntimin biraz altında qaldı. Tuneli daha uzun təsəvvür edirdim çox qısa idi. Biz 4 nəfərə 800 AED nəqədərsə online ödədik, amma yerində 1100 neçəsə dedilər. Yəni, online alın Uşaqlar üçün balıqları görmək və toxunmaq çox maraqlı idi. Biletin içində 20 AED hədiyyə məbləği var. Çıxışdakı mağazada istifadə edirsiz. Bizdə 4 bilet idi. Dedilər hədiyyə balansında istifadə etmək üçün 100 aed-lik məhsul almalısız. Bilmədim bütün hallarda belə idi, yoxsa bilet sayına görə. Yenə də sərfəli alış veriş oldu.Aquarium Dubai Mall-Un içərisində olduğundan biraz gəzdikdən sonra Burj Xalifa bulvarında çıxdıq. Ənənəvi fantan şousu və şəkillər çəkdirdikdən sonra böyük səhv edərək metroyla getdik metroya çatana kimi binanın içərisində az qala bir kilometr yol getdik. 28 maydan Xətai xəttinə qədər gedən yolun neçə qatı 5. Xidmət, ünsiyyət. Xidmətin yaxşı olmadığını çox eşitmişdim amma mən tam əksini gördüm. Küçədə yol soruşduğumuz mühafizəçilərdən bütün getdiyimiz məkanlarda yüksək gülərüzlülük və xoş ünsiyyət gördük. Bizdə də müştəriyə yalandan gülürlər amma Dubayda işi bir neçə səviyyə yuxarı daşıyıblar. Salam necəsiz elə tonda deyirlər elə bilirsən nə qədər vaxtdır səni gözləyirdilər çıxışda necə idi? Zövq aldız? Xoş istirahətlər, yenə gözləyirik tərzində çox yüksək səviyyədə qarşılama və yola salma gördüm.6. Təhlükəsizlik. Üst səviyyədə. Həm qaldığımız məkanda, həm də getdiyimiz yerlərdə heç bir mənfi halla qarşılaşmadıq. Atraksiyonlara minərkən pul qabını və telefonu ümumi bir yerə qoyurduq. Çıxışda unutdum. Qayıtdım. Gördüm yerindədi. Çox təəccübləndim. Parkda anam oğlanlarımla birlikdə itdi. İki dəqiqədə elan verərək tapıb yanımıza gətirdilər.7. Transport. Biz 5 nəfər olduğumuzdan və uşaqlar balaca olduğundan əsasən taksidən istifadə etdik. Bir gün maraq üçün metroyla getdik. Baxdıq ki həmən xərc olur. Abu Dhabi dən Dubaya 200-213 dirhəm gəldik. Təxminən 95-100 manat. Şəhər daxili məkanlara da 30-40 manat arası.Əslində yazacaq çox şey var, amma daha da uzadıb sizləri sıxmaq istəmirəm. Qısacası Dubay məndə çox gözəl izlər qoydu. Əsasən də səhranın ortasında belə şəraitin qurulması. Düşündüm bu cür təbiəti olan ölkədə nələr etmək olar hamıya xoş istirahətlər. Yenə də kiminsə nəsə sualı olarsa cavablayaram Paylaşan: Türkan Əzimova

188 dəfə oxunub

Londonda alternativ nəqliyyat

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londona gələn səyahətçilərin əksəriyyəti qiymət bahalığından şikayət eləyirlər. Əsasən bu şikayətlər ictimai nəqliyyat qiymətləri ilə bağli olur (Mən də razıyam, ictimai nəqliyyat çox bahadır, hələ Bakıda 20 qəpiyə istənilən yerə getməyə öyrəşən adam üçün ümumiyyətlə çətindir qəbul eləmək)Ictimai nəqliyyat qiymətlərini aşağı sala bilməyəcəyimizə görə alternativ nəqliyyat fikirləşmək lazımdır. Nəzərə alanda ki Londonda demək olar ki bütün görməli yerlər bir-birinə yaxin yerləşir, ən ideal nəqliyyat növü velosipeddir.Londonda çox əla təşkil olunmuş ictimai velosiped sistemi var. Santander bankı tərəfindən həyata keçirilən bu layihə bir xeyli adamın həyatını yüngülləşdirir. Velosipedlər bütün lazımi təhlükəsizlik ləvazimatlari ilə təmin olunub (Qabaq ishıq, arxa ishıq, ishıqqaytarıcılar və s.)Velosipedlərin qiyməti isə 24 saat üçün cəmi 2 funtdur. Yarım saatlıq isə pulsuzdur. İcarəyə götürmək üçün bank kartı lazımdır, pulu ödəyəndən sonra aparat sizə kod yazilan çek verir, kodu qıfıla yazıb yaşıl ishıq yananda velosipedi götürürsünüz. Şəhərin hər yerində bu velosiped dayanacaqlarından olduğuna görə geri qaytaranda da problem yaşamırsınız.London velosipedçilərin təhlükəsiz formada hərəkəti üçün əlverişli olan tək-tük şəhərlərdəndir. Yol qaydalarına əməl etdiyiniz və dönmə siqnallarından istifadə etdiyiniz müddətcə heç kim gəlib belinizə dırmaşmayacaq. Avtobus və taxilər üçün olan xüsusi zolaqlar isə həm də velosipedlər üçündür. Hər zaman istifadə eləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ismayil Nur

879 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!