4489 dəfə oxunub

Luvr muzeyi haqqında hər şey (I hissə)

Parisdəki otellərlə bu siyahıdan tanış ola bilərsiz.
Təqribən 10 bəlkə də daha çox ziyarətdən sonra Luvr muzeyinin daimi kolleksiyasını gəzib bitirdim. Bu münasibətlə də Luvr haqqında biraz məlumat verib, necə getməli, necə gəzməli, vaxtdan necə istifadə etməli kimi suallara cavab verəcək bir yazı yazacam.

Luvr Muzeyi Parisin 1-ci bölgəsində Sena çayının sahilində yerləşir. Muzeyə gəlməyin ən rahat və məsləhətli yolu metrodur. Metronun 1-ci və ya 7-ci xətti üzərindəki Palais Royal – Musée du Louvre stansiyasında düşüb 6. Carroussel du Louvre çıxışını izləyərək Muzeyin turistlər tərəfindən çox da bilinməyən, buna görə də, demək olar ki, növbə olmayan yeraltı girişinə gəlirsiniz. Yox əgər “Mən mütləq o şüşəli piramidadan girəcəm muzeyə” deyirsinizsə, 1 saata qədər növbə gözləməyə hazır olun. Ümumiyyətlə, muzeyin bir neçə girişi var, ən rahatı metrodan girişdir, mən 10+ dəfə getmişəm, növbədə gözləməmişəm.
Muzeyin giriş saatları bazar ertəsi, cümə axşamı, şənbə və bazar günləri saat 9:00-18:00 arasıdır; çərşənbə və cümə Nocturne olur və muzey saat 21:45-ə qədər açıq olur. Zalların boşaldılması adi günlərdə 17:30-da, nocturne günlərində isə 21:30-da başlayır. Çərşənbə axşamı, 1 yanvar, 1 may, 8 may və 25 dekabrda bağlı olur.
Ziyarət üçün ən ideal saatlar: səhər muzey açılanda və nocturne günləri 18:00dan sonra. Şənbə və Bazar günləri mümkün olduğu qədər gedilməməlidir (diqqət: həftəsonu gəzintisinə gələn turistlər!). Ziyarətin müddəti maraq dairəsindən və görüləcək zallardan asılı olaraq dəyişir, amma minimum 2 saat ayırmaq lazımdır.
Standart biletin qiyməti kassada 15€, online satışda 17€-dur (Luvr üçün alınan biletlər həm də Eugène Delacroix muzeyində keçərlidir). Muzeyə giriş 18 yaşa qədər uşaqlar, 26 yaşa qədər Avropa rezidentləri, Nocturne günlərində saat 18:00dan sonra 26 yaşa qədər vətəndaşlığından asılı olmadan bütün gənclər, oktyabr-mart ayları arası hər ayın ilk bazar günü hamı üçün pulsuzdur. Endirimli tariflər və bir çox başqa alternativlər var (Paris Museum Pass və s.). Məsləhətlisi bileti əvvəlcədən almaqdır, yoxsa kassada uzun növbələr gözləməli olacaqsınız. Növbə gözləmədən bilet almağın bir digər üsulu isə Luvrdan çox da uzaq olmayan Eugène Delacroix muzeyindən bilet almaqdır ; beləliklə, həm kiçik və maraqlı Eugène Delacroix muzeyini də görmüş olacaqsınız. Pulsuz girişdən faydalanırsınızsa mütləq şəxsiyyətinizi təsdiq edən bir sənəd göstərməlisiniz, biletsiz kontroldan keçəcəksiniz.
Bilet alındı (ehtiyac varsa), information-dan Luvr xəritəsi götürüldü, növbəti istiqamət yükləri yüngülləşdirmək üçün vestiairedir: istifadə pulsuzdur, özünüzlə pasportu götürün, qalan əşyalarınızı əmanət edin vestiaireə.
Kiçik detallardan biri də ayaqyolu məsələsidir, giriş mərtəbəsi -2də 3 WC var, əgər növbə varsa və vaxt itirmək istəmirsinizsə sərgi zalları arasında WC var ;)
Acmısınızsa -2də Paul-un bir şöbəsi (təbii ki, şəhərdəkilərdən bir az daha bahalı) və yuxarı mərtəbələrdə bir neçə (qlamur) café var.
Bu qeyd sadəcə Luvr üçün yox, demək olar ki, bütün muzeylər üçün keçərlidir: özünüzlə parasetamol götürün, sərgi zallarına qalxmamış atın. Eksponatlara və tavana baxmaq üçün başınızı o qədər yuxarı qaldıracaqsınız ki, başağrısı qaçınılmaz olacaq.
Muzeyin 3 qanadı var – Richelieu, Sully, Denon. Bu üç qanada uyğun da 3 bilet kontrol postu var, muzeyin içində o baş-bu baş gedərək vaxt itirmək istəmirsinizsə, görmək istədiyiniz kolleksiyaları yaxınlıq sıralamasına və qanadlara görə bölün. Ümumiyyətlə, Luvr o qədər böyükdür ki, bir ziyarətə ancaq bir və ya iki kolleksiyanı tam gəzə bilərsiniz. Ona görə də mütləq görmək istədiyiniz yerləri əvvəlcədən qeyd etməkdə fayda var.
Qeyd olunası bir vacib məqam da ziyarət istiqaməti ilə bağlıdır: çalışın kolleksiyanı tam gəzirsinizsə, zalları sıra ilə gəzin, divardakı “Sens de la visite” (ziyarət istiqaməti) oxları ilə hərəkət edin. Əvvəla, beləliklə muzeydə boşuna vaxt itirməmiş olacaqsınız, itməyəcəksiniz, ikincisi, kolleksiyalar xronoloji ardıcıllıq və ya tematik olaraq sərgiləndiyi üçün ortadan başlasanız kolleksiyanın məğzini anlamaq çətin olacaq.
Kolleksiya və eksponatlar haqqında məlumatlanmağın bir neçə üsulu var:
  1. Zalların girişində məlumatlandırıcı lövhə olur – kolleksiyanın tarixi, məğzi, əsərlər haqqında fransız, ingilis və ispan dillərində informasiya verir. Oxumaq lazımdır ki, nə görəcəyiniz haqqında müəyyən bir fikriniz olsun.
  2. Hər bir zalda qapıya və ya oturacaqlara yaxın bir qutu var, bu qutunun içində ingilis, fransız, italyan, ispan, çin, yapon dillərində məlumat lövhələri olur. Oxumaq vaxt aparır, amma zal həqiqətən sizdə maraq oyadıbsa və daha ətraflı məlumat almaq istəyirsinizsə bu lövhələrə göz gəzdirməkdə fayda var.
  3. Eksponatların aşağısında, yuxarısında, yan yörəsində kiçik məlumat lövhəciyi olur: eksponatın aid olduğu dövr, müəllifi, ölkə, hazırlandığı material, nə zaman və necə Luvra gəlib çıxdığı haqqında qeydlər və əgər mühüm bir tarixçəsi varsa həmin məlumat yazılır. Bütün eksponatların etiketini oxumağa çalışsanız bir ömür Luvru bitirə bilməzsiniz, amma sizə maraqlı görünən nümunələr haqqında məlumatlanmaq üçün ideal vasitədir. Tək mənfi cəhəti var – bu etiketlərin 90%-i fransızcadır, ən yaxşı halda isə fransız-ingilis.
  4. Audioguide – mən heç istifadə etməmişəm, ümumiyyətlə audioguidelərlə aram yaxşı deyil, məlumatı yazılı oxuyarkən oxu sürətini özüm seçirəm, amma audioguidedə lüzumsuz xırdaçılıq edilərək vaxt itirildiyini düşünürəm. Siz audioguide istəsəniz kontrol postların yanında şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə bir nintendo götürə bilərsiniz.
  5. Şəxsi bələdçi – tariflər, rezervasiya haqqında tam məlumatım yoxdur, amma şəxsi bələdçi ilə də muzeyi gəzə bilərsiniz. Daha baha başa gələcək, amma daha çox şey öyrənəcəksiniz. Yox əgər “O qədər də aristokrat deyilik” deyirsinizsə növbəti maddəyə baxın ;)
  6. Turist qrupları – mənim istifadə etdiyim metodlardan biridir :p Çox məşhur əsərlərin yanında adətən bir neçə turist qrupu olur və bələdçiləri onlara eksponatın tarixçəsi haqqında kifayət qədər ətraflı məlumat verir. Əgər sizə maraqlı olan bir eksponat haqqında danışılırsa özünüzü verirsiniz həmin qrupun yanına ;)
  7. Muzey dostluqları – muzeylərdə selfie çubuqlarını gözünüzə soxaraq muzeyin hər daşının şəklini çəkən uzaq şərqli turistlərdən başqa incəsənət və tarix haqqında kifayət qədər məlumatlı olan ziyarətçilər də olur. Təsadüfən eyni tabloya baxırsınızsa və fikrinizi bölüşmək istəyirsinizsə çəkinməyin, müzakirə edin ;)
  8. Gözətçilər – muzey gözətçilərindən əksərən ayaqyolu və filan zala necə gedərəm tipli suallar soruşulur. Sizi maraqlandıran bir əsər haqqında beyninizdə fırlanan bir sual varsa, soruşmaqdan çəkinməyin, böyük bir ehtimalla cavab verməyə çalışacaqlar (amma gözətçini yarım saat saxlayıb bütün muzeyin tarixini danışacağını da gözləməyin, camaatın işi gücü var)
  9. İnternet – deyək ki, hansısa bir zalda gəzirsiniz və çox maqarlı bir eksponat gördünüz, adını yazırsınız google-a və istədiyiniz qədər məlumatı tapıb rahat bir vaxtınızda oxumaq üçün linki save edib ziyarətinizə davam edirsiniz.
Davamı olacaq....
 
 
Paylaşdı: Zaur Valizada

DİGƏR BLOQLAR

Yaponiya haqqında 29 fakt

Ən maraqlısı 29-uncudur.1. Yaponlar öz ölkələrinə Yaponiya demir. “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “günəşin yüksəldiyi yer” deməkdir.2. Yaponiya adalar ölkəsidir. 6852 adadan ibarət olsada, bunların sadəcə 430-unda toplam 127 milyon insan yaşayır. Əhali baxımından dünyanın 10-cu ölkəsidir.3. Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.4. Yaponiya, dünyanın ən böyük avtomobil istehsalçısıdır. İçindən şose keçən binaları belə vardır. Küçələrinin isə çoxunun adı yoxdur.5. Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Judo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır.6. 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.7. Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, yetkin bezlərinin sayı körpə bezindən daha çoxdur.8. Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000’dən çox insan yaşayır.9. Dünyanın ilk romanı 1007-ci ildə bir qadın yazar tərəfindən Yaponiyada yazılmışdır.10. Ölkənin 70% -i dağlarla örtülüdür. 200-ə yaxın vulkan vardır. Yaponiyanın ən yüksək dağı olan Fuji dağı da aktiv bir vulkandır.11. Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. 2011-ci ildə olan zəlzələnin dünyanın dönüş sürətini 1.8 mikrosansasıya qısaltdığı deyilir. Hətta bu zəlzələ nəticəsində ortaya çıxan bəzi antik daş lövhələrin üzərində “bu nöqtədən sonra ev tikməyin” yazıldığı aydın olmuşdur.12. Dünyanın ən köhnə şirkəti Konqo Gumi e.ə. 578-ci ildə qurulmuşdur.13. Maqnit üzərində hərəkət edən qatarların sürəri saatda 500km-ə çata bilir. Ümumi olaraq qatarlar dəqiqlikləri ilə tanınır. Orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər sıxlıq olur ki stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.14. Yaponiyadakı Maharo vulkanının kraterinin ətrafına səlahiyyətlilər bir hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihar etməyə çalışmışdır.15. 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.16. Statistikaya görə Yaponiyada 1 milyondan çox insan otağından heç çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və tez-tez həddindən artıq özlərini insanlardan təcrid etmələri deməkdir.17. Fermerlər daha asan paketlənə bilməsi üçün kub şəklində qarpız yetişdirir.18. Titanik faciəsindən xilas olan Yaponlar, digər sərnişinlərlə birlikdə ölmədikləri üçün “qorxaq” olaraq adlandırılır.19. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz vardır. Əvvəllər kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri imiş…20. Cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki xüsusilə gənclər duşda belə cib telefonlarından istifadə edirlər.21. İş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu çox işləməyin göstəricisi kimi qiymətləndirilir.22. Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyirlər.23. 1997-ci ildə yayımlanan Pokemon cizgi filminin bir seriyasını seyr edən 685 uşaq, baş gicəllənməsi və qusma kimi səbəblərlə xəstəxanaya aparılmışdı.24. Yeməklərdə istifadə etdikləri “Chopstick” yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.25. Qərb mədəniyyətinin tam tərsi olaraq qara pişiyin şans gətirdiyinə inanırlar.26. İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.27. Cizgiromanlar üçün istifadə olunan kağız miqdarı tualet kağızları üçün istifadə olunandan daha çoxdur.28. ABŞ, Çin və Yaponiya istisna olmaqla dünyada 103 ölkə ölüm cəzasını tətbiq etməkdən imtina etmişdir.29. Godzilla rəsmi olaraq bir Yapon vətəndaşı olaraq qəbul edilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

1319 dəfə oxunub

İordaniya bələdçisi

Ammandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çox saylı istəkləri nəzərə alıb İordaniya ilə bağlı təcrübəmi paylaşmağı qərara aldım...Əvvəla bu qrupun üzvlərinə lazımı məlumatları paylaşdıqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Səyahətimi başlamazdan əvvəl çox faydası olmuşdu.İordaniya Krallığı...Yaxın Şərq.. Asiya... Yerin Marsı...Tamamilə yadda qalan və fantastik bir təcrübə...Belə ki,əgər uçduğunuz ilk şəhər Aqaba olacaqsa viza Azərbaycan vətəndaşlarına hava limanında pulsuz verilir. Mənə hətta multiple (çoxtərəfli) verilmişdi.Jordan Pass almaqla ölkədə 40 atraksiona giriş əldə edirsiniz. (Bu haqda daha etrafli melumat internetde qeyd olunub). Amma, zənnimcə qeyd olunan atraksionların əksəriyyəti mənasızdı. Çünki, elə muzeylər var ki, Jordan Pass -a daxil deyil. Ona görə də Jordan Pass-a ən azı 70 dinar ödəməyin. İordaniya Krallığı sözün əsl mənasında daşdan belə pul çıxarır. (Petrada rəngli daşları süxürlardan kəsib satdıqları kimi...) Bəzi məscidlərə belə giriş pulludur. Məscidə girmək istəsəniz müsəlman olduğunuzu bildirin. (Dini inancınız olmasa belə )???? Petraya 1 gün üçün giriş 50 dinardır. İnternetdə yazılıb ki, 2-3 gün lazımdır. Mən səhər 7-də daxil oldum, axşam 6-ya qədər hər şeyi gördüm. Istəsəniz 17 dinar ödəməklə Petranı axşam saat 8-dən sonra da görməyə gedə bilərsiniz. Qarşısını şamlarla bəzəyirlər.Növbəti günü "Little Petra" üçün ayırın. Giriş pulsuzdur. Şəhərdən 10 km şimalda yerləşir. Taksi, turlara qoşulmaqla gedə bilərsiniz. Və ya mənim kimi xərciniz çıxmasını istəmirsinizsə avtostop edərək gedə bilərsiniz. İnandırım sizi ki, maraqlı təəssüratlarınız olacaq.???? 8000 il tarixə sahib paytaxt Amman şəhərində çox da görməli bir şey yoxdur. Cittadel, Roman teatrını gördükdən sonra King Abdullah I məscidinə ziyarət edib, göydələnlərlə dolu müasir Ammanda özünüzü fərqli yerdə hiss edəcəksiniz. Petra və Aqaba şəhərlərinə nisbətdə ucuzluqdur.???? Coğrafiya kitabında adı ilə rastlaşdığınız dünya okeanından duzluluq səviyyəsinə görə 9 dəfə artıq olan Ölü dənizə daxil olub batmamağa inanmaq deyil də, şahidi olmaq istəyirsinizsə, bir neçə yolunuz var: maşın icarəyə götürmək; və ya taksi tutmaqla gedə bilərsiniz; Ya da Ammanda yerləşən Mujahideen avtobus stansiyasından Al-Ram şəhərinə 1 dinar ödəməklə gəlib, oradan da Ölü dənizə taksi tutaraq az miqdarda pul xərcləyərək. Biz 3 nəfərə 5 dinar ödədik taksi üçün. Ödənişli və pulsuz çimərliklər var. 5 dəqiqəlik suya girmək üçün pul xərcləməyə dəymir, məncə. Ölü dəniz ətrafındakı palçıqdan bədəninizə çəkin, çox xeyirlidir. Dənizə girəndə gözünüzdən ehtiyatlı olun.Gedən zaman özünüzlə şirin su götürməyi unutmayın. Dəriniz quruyandan sonra bədəninizin bəzi hissələri acışacaq.???? Ammandan 1 saatlıq cənubda yerləşən Madaba şəhərindən Mount Nebo (Nəba dağı) adlanan əraziyə getməklə Musa peyğəmbərin vəfat etdiyi və Bibliyada adı çəkilən Allah tərəfindən yəhudilərə "vəd olunan" torpaqları ziyarət etmiş olacaqsınız. Giriş 2 dinardır.Madabadan oraya avtobus getmir. Taksi və ya hitchiking....???? Tarixə marağınız çoxdursa Ammandan şimalda yerləşən Jerash şəhərinə getməklə qədim Roman şəhərinin qalıqları ilə tanış ola bilərsiniz. Giriş haqqı 10 dinardır.???? Aqaba şəhəri yaxınlığında Wadi Ruma gedə bilərsiniz. Yerin Marsı adlandırırlar həmin ərazini. Giriş 5 dinar. Amma ayaqla gəzmək mümkün deyil. Azmaq riski (99%), səhrada əqrəb və ilan, bundan əlavə gecələr son dərəcə soyuq olur. Ona görə ciplərdən birini götürməli olacaqsınız.???? Azad iqtisadi şəhər hesab edilən Aqabada Hind okeanı, Qırmızı dəniz sahilindən 3-4 km məsafədə görünən İzrailin gecələr qızıla bürünən Eliat şəhərinə baxmaqdan zövq alacaqsınız.❗Temperatur ölkə daxili çox fərqlənir. Petrada gündüz hava isti, gecələr çox soyuq olur. İsti paltar (jaket, kurtka, vetrofka) götürün.Aqabada temperatur çox isti olur. Təmiz dəniz havası. Ammanda temperatur indi yaz havası kimidir. Bəzən isti, bəzən soyuq və yağıntılı.. Ölü dənizdə suyun da, havanın da temperaturu xeyli isti idi.❗ Qiymətlər çox bahadır. Ölkədə qıtlıq olduğundan yeyinti məhsulları və s. xarici ölkələrdən gətrilir. Bundan başqa da turist görəndə gözlərinə dinar kimi görünəcəksiniz.Necə deyəllər, İordaniyanın əsas nefti turizmdir.Sizdən son dərəcə istifadə etməyə çalışacaqlar.Ölkədə monopoliya çox güclüdür. Dövlət də, yerli xalq da insandan istifadə etməyə çalışır. Bəzən elə situasiya ilə rastlaşırsınız ki, onlar deyənlə razılaşıb, mövcud vəziyyətlə barışmalı olursunuz.Qiymətlər son dərəcə şişirdilmiş formadadır. Marketlərdə qiymətlər qeyd olunmadığından turistlərə fərqli qiymət oxuyurlar. Bəzən restoranda yemək daha sərfəli başa gəlir.Arada qarşınıza insaflı, (atış gəlməyə çalışmayan) ərəblər də çıxacaq. Sonda qeyd edim ki, İordaniya həqiqətən unikal ölkədir. Gəzməyə dəyər. Hətta ölməzdən əvvəl gəzilməli ölkələrdən biridir, deyərdim.Ümidvaram qeyd etdiyim məlumatlar kiməsə faydalı olacaq. Səyahət planlaşdırdığınız və ya səyahətdə olduğunuz zaman əlavə suallarınız yaranarsa istənilən vaxt əlaqə yarada bilərsiniz. 03.03.2019.Sevgilərlə....Rəcəb Səfərov.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Safarov

1917 dəfə oxunub

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN - (1)

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.Əlavə məlumat üçün yazıya daxil olunÜmumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:BelçikaAvstriyaÇexiyaDanimarkaEstoniyaFinlandiyaFransaAlmaniyaYunanıstanMacarıstanİslandiyaİtaliyaLatviyaLitvaLüksemburqMaltaHollandiyaNorveçPolşaPortuqaliyaSlovakiyaSloveniyaİspaniyaİsveçİsveçrəLixtenşteyn     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər:        1.  Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün link        2.  Çexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməklə       3. Latviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraq edə bilərsiniz.       4. İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək  linkə daxil ola bilərsiniz.      5. İsveçrə vizası üçün qeyd edilən linkə ə daxil olmaqla müraciət edə bilərsiniz.      6. Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilən linkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.      7. Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJAN viza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.      8. Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.      9. Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz     10.   Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.     11. Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsiniz     12. Daha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsinizViza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...ARDI VAR .....  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: tourexpert 

2605 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!