1590 dəfə oxunub

Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar

Avropa və 18 aylıq körpə

10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı ????

1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))
2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)
3. Kolyaska - yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 

24254990_159521087993904_7044085373030138576_o
4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.
5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.
6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.
7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)
8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)
9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)
10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.
11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)

Bəs Sizin səyahət çantanıza nələr daxildir?
Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq ????

Paylaşdı: Eva Safarova

 

DİGƏR BLOQLAR

Luvr muzeyi haqqında hər şey (II hissə)

 Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Deməli, yoldaşlar, vaxtdır. Muzeyin kolleksiya və strukturu haqqında danışmağa başlaya bilərəm.Muzey tematik kolleksiyalara bölünüb, çalışacam bu zallar haqqında məlumat verib mütləq görülməli əsərləri qeyd edim.Yazılar arasında itməmək üçün xəritə: fr / en / ruQeyd: Fransada mərtəbələr 0-dan başlayır, yəni fransuzski 1-ci mərtəbə = bizim 2-ci mərtəbə. 0-cı mərtəbəyə rez-de-chaussée (RDC) deyilir. Antiquités du Proche-Orient – Yaxın şərq əntiqləriRichelieu qanadı, mərtəbə 0Qədim Mesopotamiyadan başlayaraq İran, İraq, Suriya tarixinə aid arxeoloji tapıntılar, heykəllər, yazı texnikaları daha nələr nələr. Mənim, şəxsən, ən çox sevdiyim kolleksiyalardan biridir. Tarixin ən qədim yazı nümunələrindən olan Şumer yazılarını görə biləcəyiniz silindrlər həmin dövrün hadisələri haqqında müəyyən təsəvvür oyadır. Şumer-Akkad hökmdarlarının heykəllərinin bəzədiyi zallar, Laqaş şahzadəsi Gudeanın müxtəlif versiyalarda heykəlləri görülməyə dəyər.Kolleksiyanın digər bir özəlliyi də bəzi zalların tarixi məkanları təkrarlama inisiatividir. Belə zallardan biri Xorsabad zalıdır: mifik Lammasuların sərgiləndiyi və insanı bir anlıq qədim dünyaya aparan bu zalın xüsusi bir aurası var. Digər belə zal I Daranın Sarayıdır: divarlarda oxçular, Əhəmənilərin simvolu olan şirlər (A coat of gold, a coat of red / A lion still has claws...)Mütləq görülməsi lazım olan eksponat isə sözsüz ki, Hammurapi Qanunlarıdır. Qədim Dünya Tarixi kitablarından oxuduğum tarixin ilk yazılı qanun külliyatını yaxından görmək möhtəşəm bir hiss idi. Sütunun yanında qanunların tərcüməsi verilib, oxuyub bir az şoka düşə bilərsiniz ;)Kolleksiyanın sonuncu zalında isə Luvr Muzeyindəki ən qədim eksponat – 9 min il əvvələ aid olan, Ain Ghazalda tapılmış insan fiqurunu görmək olar.Antiquités égyptiennes – Misir əntiqləriSully qanadı, mərtəbə O və 1Kolleksiya iki mərtəbədə yerləşir : 0-cı mərtəbədə sivilizasiyanın təqdimatı (gündəlik əşyalar, adət-ənənə, tanrılar, heroqliflər, rituallar və s.), 1-ci mərtəbədə isə Misir tarixinin xronoloji təqdimatı yer alır. Bütün kolleksiyanı görmək istəyənlərə məsləhət : 0-cı mərtəbədən başlayıb, zalları sırasına görə gəzin.Girişdə sizi Tanisin Böyük Sfinksi qarşılayır. Davamında ikinci zala keçirsiniz və qədim dövrlərin Nil sahillərinə gedib çıxırsınız : qədim alətlər, gəmi fiqurları və s. Sonra keçirsiniz qədim Misir yazı texnikasına həsr olunmuş bölməyə. Misir heroqlif sistemi, dil strukturu, işarələr haqqında kifayət qədər ətraflı məlumat əldə edə biləcəyiniz bu zalda həmçinin heroqliflərin necə daş lövhələr və papiruslar üzərinə həkk olunduğunu da öyrənə bilərsiniz. Növbəti istiqamət olaraq “Chapelle du mastaba d'Akhethétep” görülməlidir; Axetetepin məzarının bir hissənin rekonstruksiyası olan bu piramidvari məkanda özünüzü həqiqətən Qədim Misirdə hiss edəcəksiniz. Növbəti zallarda ev əşyaları, saxsı qablar, dövrün mebelləri sərgilənib.Kolleksiyanın ən əzəmətli zallarından olan Məbədə gələrkən Sfinks Xiyabanında onlarla sfinks tərəfindən qarşılanırsınız. Məbəddən sonra sizi məzarlar, mumiyalar, sarkofaqlar gözləyir. Bu zallardan sonra isə Misir Allahlarının hüzuruna çıxırsınız.Birinci mərtəbəyə qalxarkən divarda Misir tarixinin önəmli hadisələrin xronoloji ardıcıllığı ilə qarşılaşırsınız. Sonra isə kolleksiyanın ikinci hissəsi olan Misir tarixi bölməsinə keçirsiniz və çənənizi yerində saxlamağa çalışırsınız, çünki bu zallar həqiqətən möhtəşəmdir.Burada mütləq görülməli eksponatlar sırasına “Le Scribe accroupi” də əlavə etmək lazımdır.Antiquités grecques, romaines, italiques et étrusques – Yunan, Roma, İtalik və Etrüsk əntiqləriDenon və Sully qanadları, mərtəbə -1, 0 və 1Denon qanadına -1-ci mərtəbədən daxil olanda sola dönərək tarixin ən qədim sivilizasiyalarından biri olan yunan mədəniyyətinin ən uzaq dövrlərinə gəlib çıxırsınız. Gündəlik əşyalar, xırdaca heykəllər, vazalar, divar yazıları b.e.ə. 6500-500-cü illərə aiddir.0-cı mərtəbədə sıra ilə Yunan, Roma, Etrüsk əntiqləri sizi gözləyir. Mona Lizadan sonra Luvrun bəlkə də ən məşhur eksponatı sayılan Venus de Milo da məhz bu kolleksiyalar silsiləsində yerini alır. Denon qanadından Sully qanadına keçiddə böyük turist qrupu görən kimi Veneranın yaxında olduğunu başa düşəcəksiniz. Həmin zalda yunan Allahlarının hər cür formada heykəllərini görmək olar.Bir mərtəbə də yuxarı qalxsanız 1-ci mərtəbədə üzərində qədim dövrün müxtəlif hadisələri əks olunan etrüsk vazaların sərgiləndiyi uzuuuuun bir zala çıxacaqsınız. Muzeyin bu hissəsi daha interaktivdir – bəzi eksponatlar xüsusi seçilib və elektron lövhələrdə həmin eksponatın üzərindəki detallar izah edilib. Bir belə eksponata baxmaqla bu sənət növü haqda kifayət qədər məlumat almaq olur.Arts du Proche-Orient et de l’Égypte – Yaxın Şərq və Misir incəsənətiDenon qanadı, mərtəbə -2 və -1Luvrdakı ən sevdiyim kolleksiya olan İslam incəsənəti (aşağıda) kolleksiyasının yanındadır. İslam incəsənəti kolleksiyasının -1-ci mərtəbəsindəki balkonvari məkandan durub -2-dəki mozaikalara baxmaq lazımdır, sonra da düşüb yaxından incələmək. Mozaikaların bəziləri Türkiyə ərazisində tapılıb.Kolleksiyanın davamında isə hansı zalda olduğunu dəqiq xatırlamadığım “məzarlıq” var. Burada sarkofaqlar, tabut incəsənəti ilə yaxından tanış olmaq olar :D Zallardan biri isə koptik Misirə aid kilsənin rekonstruksiyasıdır.Arts de l’Islam – İslam incəsənətiDenon qanadı, mərtəbə -2 və -1Şübhəsiz, Luvrda ən çox sevdiyim kolleksiyadır. Bilmirəm, bəlkə də, Azərbaycanlı olmağım və bu coğrafiyanın incəsənətinə olan marağımla bağlıdır. Kolleksiyaya giriş Yunan Əntiqləri kolleksiyasındandır. Kolleksiya iki mərtəbəyə bölünüb: yuxarı mərtəbədə qab-qaşıq, yazı nümunələri, müxtəlif əşyalar yerləşir. İslamın yaranmasından başlayaraq Ərəb Xilafətinin genişlənməsini əks etdirən interaktiv məlumat lövhəsi var.Əsas gözəlliklər aşağı mərtəbədədir. Burda virtual guide olaraq məsləhət görürəm ki, pilləkəndən düşəndə əvvəla arxaya gedib miniatürlər və kitablara baxın. Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə maraqlıdır. İnteraktiv lövhə var: ingilis, fransız, ispan dillərindən birini seçməklə kitabların hazırlanma tarixçəsinə, miniatürlərlə necə bəzədildiyinə baxa bilərsiniz. Sonra keçirsiniz üzəri müxtəlif naxışlarla bəzədilmiş mis, dəmir qablar, şamdanlar və s. olan zala. Bu zalda Yunus ibn əl-Hüseyn əl-Əstürlabi tərəfindən İslam Dünyasında hazırlanmış ilk selestial qlobusu (Globe Céleste) görəcəksiniz.Növbədə İslam aləminə xas müxtəlif dekorlarla bəzədilmiş qapılar, boşqablar, miniatür sənəti ilə bağlı hansı kitabı açsanız görəcəyiniz dekorativ kirəmitlər var.Bir divar boyu düzülmüş Türkiyədən gətirilmiş miniatür motivlər kolleksiyanın ən görülməli işlərindəndir. (maraqlı fakt: divardakı fayanslardan bəziləri ermənilər tərəfindən hazırlanıb)Səfəvi dövrünə aid güzgüdən tutmuş bıçağa, divar motivlərindən tutmuş dekorativ qapılara qədər bir çox eksponat görəcəyiniz bu hissədə xüsusi diqqət verilməli eksponat İsfahandan gətirilmiş Bağ Səhnəsidir.Kolleksiyanın kulminasiya nöqtəsi xalçalardır. Yavaş-yavaş xalçalara baxırsınız və burda sizi fərəhləndirəcək o eksponatı görürsünüz – Azərbaycan xalçası. Diqqət: son gedişimdə xalça eksponat mübadiləsinin qurbanı olmuşdu :/ Sculptures – HeykəllərRichelieu qanadı, mərtəbə -1 və 0Heykəltəraşlıq nümunələri bir neçə zalda tematik olaraq bölünüb. -1-də iki “həyət” var, bu həyətlərdə Avropa və Fransa heykəllərinə baxıb, onlarla eyni pozada durub şəkil çəkdirə bilərsiniz (bəzi heykəllərin həqiqətən gülməli pozaları var).Heykəllərin bir qismi “qəbristanlıq” mövzusu üzərində qurulub: qəbir daşları, qəbirlər, white walker.Bir digər bölmədə isə Akademiyaya təqdim edilmək üçün hazırlanan heykəllər sərgilənir. Mötərizə açıb Luvrun tarixi haqqında çox qısa bir məlumat verəcəm. Luvr Kral Sarayı olaraq istifadə olunarkən bütün otaqlar yalnız kralın yatması, yeyib-içməsi və hər küncdə bir məşuqəsini gizlətməsi üçün istifadə edilmirdi. Zalların bir qismi Charles X Muzeyinə çevrilmişdi – buraya Misir əntiqləri yığılmışdı. Sarayın digər bir hissəsi isə incəsənətə həsr edilmişdi. 1648-1793-cü illər arasında Luvrda Académie Royale de Peinture et de Sculpture (Rəssamlıq və Heykəltəraşlıq üzrə Kraliyyət Akademiyası) fəaliyyət göstərirdi. Akademiyaya daxil olmaq üçün gənc (bəzən də yaşlı) istedadlar iş hazırlayırdılar və həmin işlərin bir qismi ilə siz məhz Luvrda tanış ola bilərsiniz. Jean-Baptiste Pigalle-ın hazırladığı Volterin qalmaqallı çılpaq heykəli (Voltaire nu) də bu zalda yerləşir.İtalyan heykəlləri zalında isə Michelangelonun əsərlərini görə bilərsiniz.Gabrielle d’Estrées et une de ses sœursPeintures – RəsmlərRichelieu, Sully və Denon qanadları, mərtəbə 1 və 2Luvr deyəndə turistlərin 99%i Mona Liza deyə exo verir. O boyda muzeydə sanki Mona Lizadan başqa bir eksponat yoxmuş kimi. Xülasə, Luvrun Starı, xanım-xatın Jakonda sizləri Muzeyin Denon qanadının 1-ci mərtəbəsində xüsusi bir təbəssümlə gözləyir. Mona Lizadan əvvəl kolleksiyaya nələr daxildir ondan danışaq.Luvrun Rəsm kolleksiyası bir neçə hissədən ibarətdir ki, bu hissələr də coğrafi mənşəyə görə bölünüb.Fransa rəsmləriAvropa incəsənətinin beşiyidir Fransa (İtaliya ilə birlikdə :p). Delacroixnın nəhəng tablolarına baxıb personajlar arasında itmək istəyirsinizsə, və ya İngresin bizə arxasını çevirib çim-çim edən xanımlarına salam demək istəyirsinizsə, ya da Corot-nun peyzajlarına baxıb feyziyab olacam deyirsinizsə, mütləq bu kolleksiyanı görməlisiniz.Burda yenə bir mötərizə açıram. Luvrun Saray dönəmində Akademiyada hər il Salon təşkil edilirdi. Salonda həmin ilin seçilmiş tabloları nümayiş olunurdu. Salonda əsərinin nümayiş olunması rəssam üçün çox böyük prestij sayılırdı. Prestij dərəcəsinə görə tabloların kateqoriyaları var idi (ən prestijlilər daha çox təxəyyül tələb edən işlər, ən az prestijli isə nəyinsə tam kopyası):tarixi rəsmlərportretinsan rəsmləri (gündəlik həyatdan fraqmentlər və s.)peyzajnatürmortKolleksiyadakı əksər işlər Salona qəbul olunmuş tablolardır. Hər tablonun qarşısında 30 saniyə keçirsəniz, hər halda 1 həftəyə sırf Rəsm kolleksiyasını bitirə bilərsiniz. Amma mütləq görülməli əsərlər sırasında Delacroixnın “La Liberté guidant le peuple” və İngresin “La Beigneuse Valpançon” xüsusi qeydedilməlidir. “Gabrielle d’Estrées et une de ses sœurs” tablosu da burdadır ;)Şimali Avropa rəsmləriƏvvəlcə pis xəbəri vermək istəyirəm: kolleksiyanın böyük bir hissəsi bağlıdır. Yaxşı xəbər: görüləcək vacib əsərlər sərgilənməyə davam edir.Almaniya, Danimarka, Hollandiya rəssamlarının əsərlərini görəcəyiniz bu zalda bir çox üstadın izinə rastlayacaqsınız. Rembrandtın tünd palitrası, Rubensin qırmızısı, Antoine van Dyckein portretləri, Vermeerin Astronomu sizi alıb aparır başqa dünyalara. Kolleksiyadakı ən sevimli əsərlərim Rembrandtın avtoportretləridir.Portretlərlə zəngin kolleksiya gəzməyin bir digər maraqlı məqamı isə hərdən bir tanışınızın oxşarını görməkdir: mən bir dostumun əkizini tapdım Şimali Avropa rəsmləri arasında.İtaliya rəsmləriMaître de Dreux Budé, Le baiser de Judas et l'arrestation du Christİtaliya = incəsənət. Denon qanadının 1-ci mərtəbəsində İtaliyanın bir az qədim dövrlərinə gedib çıxırsınız, əsasən kilsə və din temalı tablolar və müxtəlif rəsmlər görürsünüz. Sonra tarixdə addımlayaraq Botticelli, Caravaggio, Raphael, Tizianoya yaxınlaşırsınız. Məşhur xanımın zalının qarşısındakı uzuuuun zalda sağlı sollu tarixin ən dəyərli italyan rəsmlərini görürsünüz. Əlbəttə, Liza xanımın yaratdığı qara dəliyə düşməsəniz. Turistlərin böyük əksəriyyəti Leonardo da Vincinin Luvrda bir yox, bir neçə əsəri olduğundan belə xəbərsizdirlər.Gələk Starımıza. Luvrdakı ən möhtəşəm əsər olduğunu deyə bilməyəcəm, amma ziyarətinizdən sonra “O qədər deyirlər ki, əslində bapbalaca bişeydi, özü də uzaq, heç görünmür” deməyiniz üçün mütləq görülməlidir. Cazibədar gülüşünü böyük bir ehtimalla sezə bilməyəcəksiniz, çünki Luvrdakı digər əsərlərdən fərqli olaraq Mona Liza ilə sizi təqribən 2 metr uzaqlaşdıran taxta hasar, xanımın sağ və solunda qorumalar, üzərində ikiqat şüşə var. Bütün bunlar azmış kimi telefon və kameraları ilə az qala gözünüzü deşən turistlər sizin o bir neçə dəqiqəlik həzzinizi burnunuzdan gətirirlər.İspaniya rəsmləriİki dəfə kolleksiyaya daxil olub ikisində də tam detallı gəzə bilməmişəm: ilk dəfə dəhşət yorğun olduğum üçün, ikinci dəfə isə Afrika incəsənəti kolleksiyasına tələsdiyim üçün. El Greco, Zurbaran, Ribera, Murillo, Goya kimi rəssamların əsərləri sərgilənir.Böyük Britaniya və ABŞ rəsmləriNot impressed. Gainsborough, Raeburn, Turner kimi rəssamların işləri var.Məsləhət: əgər bütün rəsm kolleksiyasını görmək istəyirsinizsə (və ancaq rəsm kolleksiyasını görmək üçün getmisinizsə), Richelieu qanadında 2-ci mərtəbədən Şimali Avropa rəsmlərindən başlayın, sonra Sully qanadında Fransa rəsmlərini görüb aşağı düşün. 1-ci mərtəbədə İtaliya rəsmləri ilə başlayıb daha sonra İspaniya, Böyük Britaniya və ABŞ rəsmlərini görüb kolleksiyanı bitirin. Beləliklə həm daha az vaxt itirmiş olacaqsınız, həm də muzeyi iki dəfə fırlanıb yorulmayacaqsınızArts décoratifs – Dekorativ incəsənətRichelieu, Sully və Denon qanadları, mərtəbə 1Luvr muzeydir, amma onun Saray keçmişi var. Bu o deməkdir ki, Luvrda saymaqla bitirə bilməyəcəyiniz qədər Saray əşyaları var. İncəsənət əşyaları adı altında toplanan saysız hesabsız eksponatlar kolleksiyanı o qədər rəngarəng edir ki, ən az bir zalı mütləq görülməlidir. Deməli, kolleksiyaya nə daxildir: taxt, xalçalar, mebellər, zinət əşyaları, saysız taclar, saatlar, boşqablar, daha çox xalça, portretlər, şamdanlar, qılınclar, silahlar... Kolleksiyada bir İmperatorun özü çatmır!Əgər Luvra getmisinizsə, mütləq görməli olduğunuz zallardan biri, sözsüz ki, Denon qanadında yerləşən Apollon Qalereyasıdır (Galerie d’Apollon). Bu zalda taclar, zinət əşyaları, ananızın evdə servanta düzdüyü qab-qaşığın brilyant, qızıl işləməli nümunələri, hər şey var. Eksponatlardan əlavə zalın özünün divarları, tavanı, qapıları, pəncərələri hər bir yeri ayrıca görülməyə dəyər. Elə Jaconde-a aparan yolun üstündədir, xanıma salam verməmiş, buranı ziyarət edin ;)Luvru 2 iyul 2018-ə qədər ziyarət edirsinizsə, Dekorativ incəsənət kolleksiyasında sizi daha bir sürpriz gözləyir. Fransa Milli Kitabxanası ən dəyərli kitablarını bu kolleksiyada sərgiləyir. Dəyərli dedikdə kitabın içindəki məlumatlar yox, üz qabığındakı cəvahirat, qızıl, müxtəlif mini heykəllər nəzərdə tutulur. Bəlkə də həyatımda gördüyüm ən bahalı kitablar ola bilər.Game of Thrones fanatısınızsa, qulaqcıqlarınızı taxırsınız, soundtrack albomunu çalırsınız (xüsusən Bastard və Spoils of War part 1 & 2) və özünüzü atırsınız 24-cü zala. Luvrun silah salonuna xoş gəldiniz! Qılınclar, qalxanlar, zirehlər və... DRACARYS!Arts graphiques – Qrafik incəsənətSully qanadı, mərtəbə -1Luvrun ən göz qabağında olub da bilinməyən kolleksiyası. İçəridə Delacroix, Poussin, Rubens kimi məşhur rəssamların ağ-qara təsvirləri, etüdləri, şəxsi blaknotları, qravürlər, estamplar var. Eksponatlar işığa və rütubətə həssas olduqlarından davamlı olaraq sərgilənmir, kolleksiyanın sərgisi periodik olaraq dəyişilir.Arts d’Afrique, d’Asie, d’Océanie et des Amériques – Afrika, Asiya, Okeaniya və Amerika incəsənətiDenon qanadı, mərtəbə 0Bir muzeyə getməklə iki muzey görmək mümkündürmü? Bəli, Luvrda mümkündür! Muzeyin ən gizli, bəlkə də heç bir turistin xəbəri olmayan, ən uzaq bucağında yerləşən bu kolleksiyasında Quai Branly Muzeyinin seçmə eksponatları sərgilənir. Olduqca maraqlı əşyalar var. Pasxa Adalarından gətirilən moai və Trrou Körrou görülməyə dəyər eksponatlar arasındadır. Bir sözlə, vaxtınız boldursa, daha ekzotik bir şeylər görmək istəyirsinizsə, gəlirsiniz adı yarım metr olan bu kolleksiyaya. Kolleksiya dünyanın o biri başında yerləşir və birbaşa giriş ancaq qruplar üçün mümkündür; qrupsuz gedirsinizsə, gərək 2-ci mərtəbəyə çıxıb İtalyan, İspan, İngilis və Amerikan Rəsmləri kolleksiyalarını axıra qədər gedib pilləkənlə aşağı düşəsiniz. Uzaq və yorucudur, amma əsl ekzotikadır.Le Pavillon de l’Horloge (découvrir le Louvre) – Saat pavilyonu (Luvru kəşf)Sully qanadı, -1, 1 və 2Tarix qoxulu Luvr! Luvr ilk dəfə tikilərkən sadəcə Sully qanadının kiçik bir hissəsi boyda bir qala olub. Sonradan hər Kral qalaya dəyişikliklər edib və yüz illər ərzində bu kiçik qala böyük Saraya çevrilib. Lakin Saray bu gün tam deyil :) Belə ki, 1871-ci ilə qədər Luvrun sağ və sol qanadları arasında Tuileries Sarayı yerləşirdi. 23 may 1871-ci ildə Jules Bergeret-in əmri ilə 12 nəfər Tuileries Sarayını atəşə verib, üç gün davam edən böyük yanğında bürünclər əriyib, mərmərlər toza çevrilib. 27 mayda isə artıq Tuileries Sarayının ancaq sütunları və bəzi hissələri qalıb. 1883-cü ildə Sarayın bu hissəsi dağıdılır. 2003-cü ildən bu yana isə Tuileries Sarayının yenidən tikilməsi təklif olunur: əvvəla, sarayın yenidən tikilməsi Luvrda yer azlığı ucbatından sərgilənə bilməyən eksponatların sərgilənməsinə səbəb olacaq; ikincisi, Tuileries Sarayından 1870-ci ildə daşınan əşyalar öz yerinə qaytarılıb sərgilənə biləcək; üçüncüsü isə Parisin məşhur Tarixi Oxu bərpa olacaq.Luvr haqqında digər bir maraqlı fakt isə Luvrdakı bəzi əsərlərin hələ də itkin düşməsidir. İkinci Dünya Müharibəsində Alman işğalı zamanı əsərlərin oğurlanmasından qorxan Muzey rəhbərliyi Muzeydəki eksponatları güvənli saxlanma yerlərinə (müxtəlif şato və muzeylər, İsveçrə bankları, bəzi şəxsi mülklər) evakuasiya ediblər. 1940-cı ildə Paris Nazi Almaniyası tərəfindən işğal olunur və Nazilər Luvr Muzeyinə gəlirlər, burda isə onları boş divarlar gözləyir. Müharibədən sonra əsərlərin bir hissəsi Luvra qaytarılıb, bir hissəsi digər muzeylərə paylanılıb (mələn İmpressionizm kolleksiyası sonradan Orsay Muzeyinə göndərilib), bir hissəsi isə tapılmayıb, itkin düşüb.Xülasə, möhtəşəm Luvr haqqında daha çox məlumat almaq üçün üz tutursunuz Pavillon de l’Horloge-a. Bu sayədə Sarayın necə Muzeyə çevrilməsi və bu kimi maraqlı məlumatları əldə etmiş olursunuz.La Petite Galerie – Kiçik QalereyaRichelieu qanadı, mərtəbə -1Hər il Luvrda daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər təşkil olunur. 2018 iyula qədər “Le Théâtre du Pouvoir” sərgisinə baxa bilərsiniz. Sərgiyə daxil olan eksponatların bəziləri elə öz kolleksiyalarındadır (yəni öz “otaqlarında”), altda xüsusi tabloda həmin sərgiyə aid olduğu qeyd edilir.Gəldik oxuması bir azca uzun olan qısa virtual Luvr ziyarətimizin sonuna. Kolleksiyalar haqqında məlumatlardan sonra bir neçə alternativ ziyarət üsulu təklif edirəm.Əgər hər şeydən əvvəl tarixlə maraqlanırsınızsa → Əntiqlər, İslam incəsənəti, Dekorativ incəsənət (silah zalı)Əgər rəsm sizin həyatınızdırsa → Rəsmlər, Qrafik incəsənət, İslam incəsənəti (miniatür)Əgər kətan/kağız üzərində incəsənətlə qane olmayıb 3D ART axtarırsınızsa → HeykəllərƏgər muzeyə yox, Saraya gəlmisinizsə → Dekorativ incəsənət (xüsusən Napoleonun otaqları)Əgər ekzotika axtarırsınızsa → Afrika, Asiya, Okeaniya və Amerika incəsənətiƏgər cer-cehiz yığmaq üçün ilhama ehtiyacınız varsa → Dekorativ incəsənətLuvr hədsiz böyük muzeydir və gəzib qurtarmaq, gəzməkdən doymaq mümkün deyil. Müvəqqəti kolleksiyanın daim yenilənməsi, yeni eksponatların alınması, eksponat mübadiləsi nəticəsində həmişə Luvrda görüləcək yeni nə isə olur. Tipik bir turistin təqribən 2 saatını Luvra ayırdığını düşünsək, kolleksiyaları tam gəzməyə vaxt çatdırmaz. Ona görə də görülməsi ən vacib, görmədən qayıtmağın günah olduğu bir neçə eksponatı qeyd edirəm:Bağ Səhnəsi (İslam incəsənəti)Azərbaycan xalçası (İslam incəsənəti)Hammurapi qanunları (Yaxın Şərq Əntiqləri)I Daranın Sarayı (Yaxın Şərq Əntiqləri)Venus de Milo (Yunan əntiqləri)“Mona Lisa” Leonardo da Vinci (İtalyan Rəsmləri)“La Liberté guidant le peuple” Eugène Delacroix (Fransa rəsmləri)“La Beigneuse Valpançon” Ingres (Fransa rəsmləri)“Gabrielle d’Estrées et une de ses sœurs” (Fransa rəsmləri)Rembrandt (Şimali Avropa rəsmləri)Galerie d’Apollon (Dekorativ incəsənət)Luvrda hansı eksponatı görməyinizdən, hansı zalda və kolleksiyada olmağınızdan asılı olmayaraq yeni bir şeylər öyrənəcəksiniz. A musée vous ;)

1703 dəfə oxunub

Almaniyanın ən böyük əyləncə parkı- Phantasie Land

Salam gəzəyənlər.Sizə Almaniyanın ən böyük əyləncə parkı olan Phantasie Land-dan danışım, təcrübəmi paylaşım, kiməsə lazım olar. Əvvəlcə onu deyim ki, gedəsi olsanız bileti online alın, kassadan satış mümkün deyil. Həm də 2-3 gün əvvəldən alın (həftə sonları daha erkəndən alın). Maşınla getsəniz ola bilsin ki, park yeri tapmadınız. Ona görə yaxınlıqda bir yerdə park edib, piyada da yola düşmək olar. Köln və Bonndan metro+avtobus da yola çıxır, çox da rahatdır, gözləmək lazım olmur. Keçək indi əsas məsələyə, parkın içərisinə. İçəri girən kimi artıq adamı aura götürür. İlk başdan azyaşlı uşaqlar üçün yüngül attraksionlar yerləşib, amma içərilərə getdikcə (maşallah, gəzməklə bitmirdi) qorxulu fiqurlar görünməyə başlayır. Mənim vestibular aparatım həssas olduğu üçün fırlanan şeylərə yaxın durmadım, uzaqdan belə görəndə ürəyim bulanırdı. Amma o biri adrenalinlilərin hamısının dadına baxdım, bir sözlə möhtəşəm :) Spoyler olmasın deyə nəyin? necə? olduğunu deyə bilməyəcəm amma məsləhətlərimi bir-bir sayıram. Demək belə: Özünüzlə yemək aparıb orda yeyə bilərsiniz. Bu əsas da balacalarla  gedənlərə sərf edir. Uşaqla gedənlər üçün bir üstünlükdə var - ordan kirayə araba götürmək olur. Bildiyimiz uşaq arabası yox, 4 təkərli araba, lapetə oxşayandan. Uşağı əşyalarla bir yerdə içinə yığıb gəzdirirsən. Restoran axtarsanız Mexico və China Town hissəsinə gedin, ordakı restoranlar yaxşı olur. Biz tələsik qarşımıza çıxana girdik və heç nə: kartof free, sosiska, nuggets, vəssalam.Sonra gəlir əsas məsələ - hansı attraksiondan başlamaq. İlk əvvəl adrenalini bol olanlara gedin. Məsələn 3-4 cür qorki var orda, səhər tez gedib növbə tutmaq lazımdır. Günortaya qalsaz adam çox olacaq və 1 saatdan da artıq gözləməli olacaqsınız. Ona görə səhər gedin və növbə tutun. Sadə attraksionlarda elə də çox adam olmur, orda tez bitir. Korona tədbirləri ilə əlaqədar, bir az hərəkət məhdudiyyəti var idi, giriş-çıxışı tapmaq çətin idi, ona görə nəyə minmək istəyirsinizsə bir də onun girişini axtarıb vaxt itirməyin. Parkın əməkdaşlarından soruşmaq daha ağıllı variantdır. Bundan savayı xəritə də almaq olur. Uzun sözün qısası, yolunuz düşərsə, mütləq gedin. Gedilməli yerdir. O qədər adrenalin ifraz olunmuşdu ki, qanda şəkər azalmışdı. Əlimə keçən şirniyyatı gözümə təpirdim :DŞəkil, video çox çəkmədim, çünki şərait yox idi. Bir əlimlə telefonu tutub çəkmək çətin idi, həm də o anın keyfini yaşamaq lazım idi.Qalan şeyləri də siz soruşun, mən deyim ;)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Kənan Ümummilli

2314 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1201 dəfə oxunub

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN 

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.Əlavə məlumat üçün yazıya daxil olunÜmumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:BelçikaAvstriyaÇexiyaDanimarkaEstoniyaFinlandiyaFransaAlmaniyaYunanıstanMacarıstanİslandiyaİtaliyaLatviyaLitvaLüksemburqMaltaHollandiyaNorveçPolşaPortuqaliyaSlovakiyaSloveniyaİspaniyaİsveçİsveçrəLixtenşteyn     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər: Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün linkÇexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməkləLatviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraqedə bilərsiniz.İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək linkə daxil ola bilərsiniz.İsveçrə vizası üçün qeyd edilən linkəə daxil olmaqla müraciət edə bilərsiniz.Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilənlinkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJANviza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsinizDaha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsinizViza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...ARDI VAR ...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  tourexpert

2487 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!