1314 dəfə oxunub

Hava limanlarında əl baqajının ölçülmə üsulları

İcazə verin bir namə də mən yazım Ukrayna Hava Yollarında başıma gəlmiş hadisədən. Öncədən bildirim ki, post əsasən Ukrayna Hava Yolları istifadəçiləri, əsasən də Kiyevdən transfer kimi istifadə edənlər üçündür.

Deməli Aprel ayıdır. Ən ucuzunu axtara-axtara Kiev (KBP) transferli Bakı-New York reysi almışam. İlk dəfə ölkədən çıxmaq üçün Tiflisə getməyəcəm filan çox həyəcanlıyam. Ukrayna Hava yolları GYD-NYC reysi üçün (digər transatlantic uçuşlar kimi) 2 ədəd 23 kq-lıq və bir ədəd 7 kq-lıq baqaj limiti qoyub. Bura qədər hər şey əla.

Əmması ondadır ki, mən zatən 2 ədəd təkərli 23 kq-lıq baqajla getdiyim üçün əl baqajım təkərli ola bilməz. New Yorkun şəhər strukturu və qollarımın sayı izin vermir. Ona görə çox sevimli, 50 litrlik bel çantamı götürdüm ki, kişinin başına iş gələr yolda dolduraram. Bu 50 litrlik çantanın da içində 25 litrlik bir kamera çantam var.

Heydər Əliyev limanında problem yaşanmadı. Çantaları verdik, oturduq Ukraynaya gedən həmvətənlərimizlə xoş sədalar və ətirlər müşayətində çatdıq nam-ı dəyər Borispol (Boryspil) aeroportuna. Transfer müddəti az olduğundan içində “svinya” olmayan “zavtrak” edib getdim öz reysimi gözləməyə. Normalda ən son dəqiqəyə qədər kontura yaxınlaşam deyiləm. Amma yaxınlaşdım ki, yaxşı ki yaxınlaşdım.

Yəgin bilərsiz normal hava yolları əl baqajı üçün səbət şəkilli sizerlərdən istifadə edir. Yəni bir metal səbət var onun içinə çantanız necə yerləşir yerləşsin heç kim sizə güldən ağır söz deyə bilməz.

73290352_1660612750741085_8349190078647500800_n.jpg

Mənim cahilliyimə bağışlayın mən ilk dəfə cageless sizer deyilən hər tərəfi açıq ölçmə üsulu gördüm. Normal sərt üzlüklü çantanız varsa bunun heç bir fərqi yoxdur. Çünki hard case çantalar istənilən halda ölçüsünü saxlayır. Amma gəlin bunu yumuşaq (soft case) çantalarda yoxlayın. Çanta boş belə olsa parça yumuşaq olduğundan tökülür və en olaraq o sizerə sığmır. Boş olsa belə.

74402291_1660612774074416_6287892809231892480_n.jpgMən də xanıma yaxınlaşdım. Çantamı qoydum və yarıboş çantam o sizerə sığmadı. Xanım mənə izah etməyə çalışdı ki, gərək 150 gələsiz bizə cərimə üçün. Xanıma izah edirəm ki xanım 400 dollara aldığım biletə balaca çanta üçün 150 dollar vermək mənim azərbaycanlılığıma sığmır. El arasına çıxa bilmərəm, məhlədə salamımızı almazlar. Biz camaata atırıq siz kimə atırsız? Xanım dedi ki, 150 dollar yox Euro. Və dediki sizdən başqa da bu pulu ödəyib gedənlər var. Burada bir məsələ də var ki, Kiyev mənim transferimdir. Mən artıq Bakıda ikən yoxlamadan keçib beynəlxalq zonaya daxil olmuşam. Transfer uçuşunun ortasında baqaj yoxlaması edib cərimə etmək məntiqə sığmır. Amma xanım anlamamaqda israr edincə anladım ki, FlyUIA qiymətdə etdiyi endirimin acığını baqajdan çıxır.

Etmədim tənbəllik geri qayıdıb 50 litrlik çantamı tamam boşaldıb balaca 25 litrlik çantama yerləşdirdim. O çantanıda yenidən qoydum böyük çantanın içinə və yenidən yaxınlaşdım ki, xanım baxın, bunun içindəkilər sizin standartlara uyğundur. Problem mənim çantamın soft case, sizin sizerin isə innovativ və “maşennik” olmasıdır. Xanım yenə etiraz edib mənə YÜZ ƏLLİ YEVRO deyəndə axrıncı şalteri endirdim. Yenidən qayıdıb kiçik çantanı çıxartdım. Böyük çantanı aeroportda oturacağın üstünə atıb gəldim ki, o çanta sizə hədiyyəm olsun, bu çantaya isə tam yerləşir. Mənə bir daha YÜZ ƏLLİ YEVRO de. Xanımlar Dəvədən böyük Fil olduğunu anlayıb dedilər get o çantanı da götür gəl keç fakir gədə.

Sözümün canı uçmazdan öncə kapeşnik şirkətlərin baqaj ölçülərinə diqqət yetirin. Mümkünsə hard case çantalardan istifadə edin ki, başınıza belə işlər gəlməsin. Sonuncu şəkil (4) isə bonusdur. AZAL ilə New Yorka 30.11 gediş və 07.12 gəliş cəmi 485 dollardır.

72909451_1660612737407753_2194298168756142080_n.jpg

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mürsəl Səmədov

DİGƏR BLOQLAR

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 2)

Səyahət zamanı “Resort”, “all inclusive”, “bungalov” kimi sözlərlə tez-tez rastlaşırıq. Bəs bunlar nə deməkdir? 1. Resort Otel Tətil Kəndi mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort otellər üçün də keçərlidir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur. 2. Hostel Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz gecələmək yerləri təklif edən, bir yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik oteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir. 3. BungalovMüəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur. 4. Single Room ya da Single Bed Tək otaq və ya tək yataq mənasını bildirən bir nəfərin qala biləcəyi otaqdır. 5. Double Room - Double BedOtel otağında iki nəfərlə qalmağın mümkünlüyünü, yaxud iki nəfərlik bir cüt çarpayının olmasını bildirir. 6. Twin Room - Twin Bed Otel otağında iki nəfərin qala biləcəyi iki ayrı çarpayının olması deməkdir. 7. Triple RoomOtel otağında üç nəfərin qala bilməsini göstərir. Bu otaqda bir cüt çarpayı və bir tək çarpayı ola bilər. Və ya hər kəs üçün 3 ayrı tək çarpayı ola bilər. Bəzi hallarda da bir cüt çarpayı və divan çarpayı təklif edilə bilər. 8. Sofa Bed Otel otağında açılan divan-çarpayının olmasını bildirir. 9. Quadruple Room – Quad Room 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room, 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room,dörd ayrı çarpayı varsa Quad Room otaq deyilir. Bundan başqa, otellərdə otaq qiymətləri təklif edərkən otaq növləri və otaq tipləri üçün fərqli qiymətlər ola bilər. Suite otağı, ailə otağı, kral dairəsi, president suite və s. Adətən belə hallarda qiymətlər bir nəfərin qiymətindən 2-3 dəfə baha olur. 10. BО, RO və BB ekonom-variantƏgər siz qənaət etmək istəyirsinizsə, bu zman sizə RO, BО və BB qidalanma növləri uyğun gələcək. 11. OB – “only bed” – yalnız gecələməyi nəzərdə tutur,RO – “room only” – yalnız yaşayışı nəzərdə tutur,BB – “bed and breakfast” – yaşayışın dəyərinə yalnız səhər yeməyi daxildir. 12. HB, HB+, FB+ pansionHB, HB+, FB+ tipli pansionlar əsasən istirahət zamanı spirtli içkilərdən az istifadə edən və isveç masasına üstünlük verənlər üçündür. Bu üç və dörd ulduzlu otellərdə ən çox yayılmış qidalanma tiplərindəndir. НВ – “half board” – səhər və şam yeməyi, həmçinin ödənişsiz çay, kofe və su təklif edən yarım pansion növüdür, HB+ – “half board+” – səhər və şam yeməyi, həmçinin bütün gün ərzində yerli istehsallı alkoqollu və alkoqolsuz içkilər təklif edən yarım pansion növüdür. FB – “full board” – səhər yeməyi, nahar və şam yeməyi təklif edən tam pansion növüdür. Burada içkiləri əlavə ödənişlə əldə etmək mümkündür. FB+ – “full board+” – səhər yeməyi, nahar, şam yeməyi və pulsuz içkilər təklif olunan tam pansion növüdür. 13. ALL, Al, UAL, UAI hər şey daxilİstirahət zamanı özlərinə heçnədə imtina etməyənlər üçün ideal variant – Al, UAL, UAI, ALL tipli qidalanma növləridir. ALL, Al – səhər, nahar və şam yeməyindən (isveç masası) başqa, gün ərzində sizə yerli istehsal olan spirtli və spirtsiz içkilər, əlavə qidalanma, yüngül qəlyanaltılar, barbekü və s. təklif edilir. UAL, UAI – “ultra all inclusive” – bu halda sizə restoranda 5 dəfəlik tam qidalanma, bundan əlavə gün ərzində yerli və xarici istehsallı içkilər, geniş çeşiddə qəlyanaltı və şirniyyat seçimi təklif edilir.#uçmaqüçündoğulanlar #travelblogger #bookings #bookinghotels #airbnb #hotelsandresorts #hostel #entryhouse #resort #Bungalow #allinclusive #ultraallinclusiveƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2472 dəfə oxunub

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1075 dəfə oxunub

Balkanlarda maşınla səyahət edənlərə tövsiyyə

Balkanlarda maşınla səyahət edənlərə bir tövsiyyəm var. Əsla və əsla gecə yola çıxmayın. Bir neçə gün əvvəl Albaniyadan Monteneqroya maşınla gedərkən gecə saat 1-ə doğru SKM-ə gedən yola çıxdım. Yol meşəlik ərazidən keçirdi və məndən başqa demək olar heç kim yox idi yol boyu. Bu anda qarşıdan iki maşın arda arda çox sürətlə, bəlkə də 120-130 sürətlə yanımdan keçdilər, sadəcə yarışdıqlarını düşündüm. Biraz irəliləyəndə qarşıda polis formasında iki şəxs dayanmışdı yolun kənarında, ama polis maşını görünmürdü. Dayandıqları yer yol kənarındakı "P" yazılan qəza vəziyyətləri üçün ayrılmış yer idi, yaxınlaşanda əllərində fənərlə üzümə tutub saxlamaq əmri verdilər. Bu anda birinin saqqallı və şalvarının sadəcə qara cins şalvar olduğunu və ağaclığın içinə doğru bir yerdə gizlədilmiş maşın gördüm. Tam yanlarına çatanda özlərini maşının qarşısına atıb məcburi şəkildə saxlamağımı istədilər, sürəti azaldıb daha diqqətli baxmaq və həqiqətən polis olub olmadıqlarına baxmaq istədim. Qışqıra qışqıra dayanmağımı istədilər, biri maşının sol tərəfinə digəri isə sağ tərəfinə keçdi.Tam saxlayırdım ki, fikrimi dəyişib qaza basdım və sürətlə uzaqlaşdım. Dedim, əgər polisdilərsə arxamdan mütləq gələcəklər, amma gəlmədilər. Uzaqdan qarşıdan gələn bir maşın gördüm, işıq və əllərimlə hərəkət edərək saxlamağını istədim. Çatana yaxın sayrışan işıqları açıb polis olduqlarını bildirdilər. İki polis idi, biri ingiliscə danışa bilirdi. Onun da üzü saqqallı idi. Nəyə görə dayandığımı soruşanda ona təxminən 2 km geridə gördüklərimi, onlardan qaçdığımı və orda polis reydinin olub olmamasını soruşdum. Orda polis yoxlaması olmadığını və hazırda elə bir adamları tapmaq üçün yola çıxdıqlarını dedilər. Danışıqlarında çox şübhələr hiss etsəm də nəticədə polis idilər və heçnə deyə bilməzdim. Mən gözlədim ki, məndən həmin yeri soruşsunlar və göstərməyimi istəsinlər, amma bunun yerinə sadəcə başqa bir istəyimin olub olmadığını və gedə biləcəyimi dedilər. Üstündən biraz sonra yolun sağında bir benzindoldurmada dayandım. Kofe aldım və siqaret çəkmək üçün maşının yanına gələndə bir boz rəngli VW Golf gəldi, iki adam düşdü və adamın birinin dəqiqliklə həmin o feyk saqqallı polis olduğunu gördüm. Formasız idilər və saqqallı olan qara cins şalvarda idi. Diqqətlə mənə baxıb maşına minib tez qaçdılar ordan. Deyəsən o da məni xatırlamışdı. Heç bir yerə tərpənməyib səhərə qədər benzinlikdə maşının içində səhərin açılmasını gözlədim. Təxminən bir saat sonra həmin maşın yenə gəldi, tam saxlayanda yenə məni görüb çıxdı ordan. Səhər açıldı, yoluma sağ-salamat davam edib gəldim. Bolqarıstandan Bosniyaya onsuz da təhlükəsiz deyil, amma xüsusilə Albaniya, Makedoniya və Serbiya ərazilərində çalışın, gecə maşınla səyahət etməyin. Meşəlik ərazilərdən keçən yollardan çəkinin və ödənişli avtobanlarla getməyə çalışın. Bir də, bu "Google Map" illətinə çox güvənməyin.Paylaşan Ali OrujovTüm ifadeler:1 B1 B

123 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!