1152 dəfə oxunub

Fransa - Paris

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Fransa.. Paris.. Səbəbi nədir bilmirəm, amma ən çox gormək istədiyim, ən cox gəzmək istədiyim bu olkə idi - Fransa. Qismət oldu gördüm, qismət oldu gəzdim.
Var xəyallar, var həqiqət. Hansı ki, bəzi arzularımız reallaşmadığı müddətcə bizə çox gözəl, izaholunmaz dərəcədə valehedici görünür. Bəzən bu xəyallar həqiqətə çevrildiyi zaman əvvəlki cazibəsini itirir və qədrini bilmədiyimiz sıradan bir şeyə çevrilir. Nəyinsə xəyalını sevə bilirik, həmin xəyalimiz həyatımızda yaşandığı zaman isə bizə maraqlı görünmür. Hətta buna aid məsəl də var; "Kolumb Amerikanı tapdığında xoşbəxt olmadı, axtararkən xoşbəxt idi".

49530650_2026602984085651_2989628981289943040_n
Səyahət zamanı ilk qorxduğum bu idi. Şəhərin fikrimdə olandan çox aşağılarda olma ehtimalı. Sevinirəm ki, tam əksi oldu. Bunda səyahətimin yeni il ərəfəsinə düşməsinin də rolu var. Şəhər öz normal gözəlliyindən də bir üst səviyyədə idi.
Eyfel qülləsi - Paris deyildiyi zaman ilk ağıla gələn. Gözəl idi. Ama qüllədən daha çox şəkillərdən görməklə kifayətlənməli olduğum qülləyə toxunacaq qədər yaxınımda olması və qüllənin ən üst hissələrindən şəhəri izləmək daha gözəl idi.
Louvre muzeyi - Dünyanın ən böyük sənət müzeyi. Verilən məlumata görə 58000 dən çox ekspozisiyanın saxlandığı bir muzey. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə. Xəzinə dediyim böyük coğrafi və tarixi nümunələr kolleksiyası.
Bu muzeydə ən çox görmək istədiyim Leonardo Da Vinçinin "Mona Lisa" tablosu idi. Öncədən Da Vinçinin həyatı və tablo haqqında geniş məlumata sahib idim. Məsələn, mən tablonun 1500-cü illərdən bəri var olduğunu bilir və 500 ildən çox yaşı olan bu tablonu böyük şövq və diqqətlə izləyirdim.
Paris Notr-Dam kilsəsi - şəhərin mərkəzində yerləşir və paytaxt şəhərin simvollarından hesab olunur. Təqribən 70-80 m hündürlüyündə bir memarlıq abidəsi. Aldığımız məlumatlara görə Napoleonun tacqoyma mərasimi və Fransanın bir çox tarixi şəxsiyyətlərinin dəfn mərasimi bu kilsədə keçirilmişdir.
Kilsə mənə illər əvvəl oxuduğum dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı romanından tanış idi. Yazıçının bu romanı sayəsində kafedral dünyanın ən tanınmış abidələrindən birinə çevrilib.

49693360_2026604410752175_7916357314804711424_n
Əlavə olaraq Məşhur Sena çayı, Disneyland, Molmartre, çox sevdiyim sənətçi Ahmet Kayanın məzarını ziyarət və bunlar kimi bir çox gözəl yerlər, yaddaşa həkk olunan silinməz izlər.
Gəzməli-görməli yerlərindən ziyadə yerli əhalinin nəzakətli rəftarı, soruşulan ünvanı izahla kifayətlənməyib özlərinin də həmin ünvana qədər bizimlə bərabər gəlməsi, gülərüz,kübar, mehriban rəftar. Turistə daha nə lazımdır ki?!)
Bir həftəlik yeni il səyahəti və gecəli-gündüzlü gəzinti. Gecəsi ayri gözəl, gündüzü ayrı.
Paxıl bir insan deyiləm, gözəl hissləri hər zaman hər kəsin yaşayabilməsini istəmişəm. Məncə, bir dəfəlik də olsa avropa səyahətiniz olacaqsa bu Paris olsun.
Çünki, Paris sevgi şəhəridir. Sevginin özü, sevgilidir. Deyərdim, Paris evlənməli qıza oxşayır dünya şəhərləri içərisində.

P.S Səyahət dostumun fikri idi və böyük arzularımdan birinin həyata keçməsində əvəzsiz rolu oldu. Bərabər gözəl, əyləncəli bir səyahət keçirdik və arzusunda olan hərkəsə gedib görməsini, gözəl anları doya-doya yaşamasıni arzulayırıq.

... Oxuyan gözləriniz var olsun!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hüseyn Hacıyev

DİGƏR BLOQLAR

Likya yolu - Türkiyənin uzun yürüş marşrutu

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24) Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim). Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə. Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik. Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın. Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir. Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər. Yol boyu mütləq etməli olduğlarınız.+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız. +Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin +Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.+ Minimum 30 gün lazım olduğunu unutmayın.+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:Kəpənəklər vadisi Gelidonya mayakıPatara dyunlarıKabak koyu yüksəkliyiAdrasan yüksəliyiƏn gözəl 5 kamp yeri:Kəpənəklər vadisi 2 ci nöqtəGelidonya kəndi yolu 1 ci kamp nöqtəsiYuxarı Bəycik 3 cü kamp nöqtəsiGöynük kəndi yolu 4 cü nöqtəPatara dyunlarıƏn gözəl 5 antik kent:PataraXanthosSdymaOlimpyosLetoonƏlavələrBüdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun. Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər. Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın. Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar  Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin. Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Shams

1431 dəfə oxunub

Çilov adasına necə getmək olar?

Çilov adasına necə getmək olar? Adaya spirtli içki gətirmək, almaq, satmaq, içmək qadağandır. Qadınların və kişilərin avtobusu ayrıdır. Söhbət Əfqanistan Əmirliyindən yox, Çilov adasından gedir Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var. Adaya səyahət etmək üçün orada qeydiyyatda olan sakin sizə icra nümayəndəsindən alınmış dəvət məktubu göndərməlidir. Məktubda sizin səyahət tarixləriniz, passport məlumatlarınız, qalacağınız yer göstərilməlidir. Təxminən şengen vizası kimi. Yerli sakini necə tapaq? Hər gün səhər tezdən saat 07.30-09.00 arasında Zığ limanına gələrək orada ada sakinlərindən biri ilə tanış olaraq dəvət məktubu göndərməsini xahiş etmək olar. İcazəni həll etdikdən sonra gəmi, yoxsa helikopterlə gedəcəyinizə qərar verməlisiniz. Hər ikisi pulsuzdur. Helikopterlə getmək üçün SOCAR-ın baş ofisindən tanış taparaq tapşırıqla məsələni həll etmək olar. Aznefti ağlınızdan keçirməyin, onların sözü keçmir. Koroğlu metrostansiyası ətrafında Bakı kəndlərinə gedən taksi sürücülərindən Artyoma (Pirallahı) gedənləri tapın və “Vertolyotnu”-da düşəcəyinizi deyin. Qiymət adambaşı 3 manatdır, hər beş-on dəqiqədən bir taksilər hərəkət edir. Vertolyotla səyahət 8-12 dəqiqə çəkir. Gəmi ilə getmək istəyirsinizsə Zığ limanına getməlisiniz. Buradan Zəfər və Üfüq gəmiləri 4-5 saata, digər sovet dövründən qalan gəmilər isə 6-7 saata gedir. Gəmi ilə səyahət heç də asan deyil. Fiziki olaraq hazır deyilsinizsə gəmini yaddan çıxarın. SOCAR-ın yeni saqqallı komandası gəmiləri yeniləsə yaxşı olardı. Hər iki halda adada sizi ilk olaraq Socar Təhlükəsizlik idarəsi-nin əməkdaşları qarşılayacaq, sonra içəri keçəcəksiniz. Özünüzlə notebook və spirtli içki aparmayın, notebook-un oğurluq olmadığını sübut etmək məcburiyyətində qalacaqsınız. Spirtli içki isə olmaz Əvvəllər rusların daha çox yaşadığı adada hazırda əksəriyyət Masallı, qismən Qazax və digər rayonlardan miqrasiya edib buraya yerləşənlərdir, ruslar isə yenə də var. Xüsusilə şiələr üstünlük təşkil edir, az sayda sünnülər, gizli sələfilər, gizli nurçular, provoslav xristianlar, və ateistlər də var. Adanın maraqlı yerləri:1. Taxta evlər. Adanın özünəməxsus taxta evləri əslində buranı Santorini, Amalfi edəcək qədər gözəl ola bilərdi, ancaq baxımsızlıqdan çoxu dağılıb gedir.2. Mayak. XIX əsrdə tikilib, adanın hər yerindən görünür.3. Urnos. Burda insan yaşamır, qayalıqdır, ağac da yoxdur, gözəl çimərliyi var. Bəzən bura flaminqo sürüləri gəlir.4. Köhnə qəsəbə. İlk sakinlər burada, yəni adanın şimal hissəsində məskunlaşıblar. Bura üç hissədən ibarətdir. Milyonerlər məhəlləsi, aşağı-sahil hissəsi və Akifə xalanın dükanı olan hissə.5. Yeni qəsəbə. Neft tapıldıqdan sonra yeni yaradılan və müasir qəsəbə. Məktəb, bağça və xəstəxanalar, stadion, yeməkxana, Çay evi, yataqxanalar, FHN, İcra nümayəndəliyi, polis bölməsi, gəmi limanı buradadır.6. Çimərliklər. Adanın neftdən sonra ən böyük sərvəti təmiz çimərlikləridir. Tər-təmizdir, mənim kimi üzməyi sevən adamlar üçün buranın qiyməti yoxdur.7. Rus qəbiristanlığı. Maraqlı köhnə qəbir daşları və xaçlar var, əslində tarixdir, qorunmalıdır.8. Park. Mövcud şəraiti nəzərə alsaq çox gözəl parkdır, ümumiyyətlə adanın yaşıllaşmasında əməyi keçənlərə zəhmətkeş MKT (JEK) əməkdaşlarına böyük təşəkkür düşür.9. Stadion. SOCAR-ın ada əhalisinə etdiyi ən böyük yaxşılıqlardan biri bu stadiondur. Gənclər axşamlar burada futbol və voleybol oynayırlar, bəzən maraqlı yarışlar da keçirilir.10. Göz yaşları restoranı. Adada bir turistin yemək yeyə biləcəyi yeganə yer “Göz yaşları” restoranıdır.Burada toyuq ətindən hazırlanmış dolma, küftə, şordan hazırlanmış ayran, ətsiz kotlet, sümüklü piti və digər qeyri adi dadları test etmək olar. Spirtli içki isə qadağandır. Ad günü keçirənlər, dostlarla yeyib-içmək istəyənlər əziyyət çəkirlər, məclislərini gecə keçirirlər, spirtli içkini isə gizli satıldığına görə dükanlardan iki-üç qat baha qiymətə alırlar.Əvvəllər “Muxtar kafe” var idi, həm yemək, həm də spirtli içki verilirdi, indi isə rəqabət yoxdur. Restoranın adını burada yemək yeyən fəhlələr qoyub. Bura əslində Xəzər İaşə adlı aşağı səviyyəli (yeyinti, pul silmək üçün yaradılıb) bir qurumun nəzdindədir. Adamları olduğuna görə SOCAR onları qova bilmir. Yeni saqqallı komanda isə dəyişmək üçün hazırlaşır. Adada sifarişlə çox dadlı kütüm, berj, vobla, kefal, sületka, zalom və imkanınız varsa nərə balığı da yeyə bilərsiniz.11. Məscid. Keçən əsrdə tikilmiş Şiə məscidi. Hazırda da əzan oxunur, namaz qılınır, ehsan verilir.12. Hərbi hissə. Burada qulluq edənlərin böyük əksəriyyəti tapşırıq, ya da müəyyən məbləğ pul ödəməklə vətənə olan borclarını ödəyirlər. Hərbi dildə desək kef edirlər.Adanın hər tərəfində yaşıllıqlar salınır və yüksək səviyyədə qulluq olunur. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən, zeytun, əncir ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir. Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilmişdir, bu da adanı gözəlləşdirir və daha maraqlı edir. Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var, yol polisi, radar yoxdur.Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.Adada əsas maraqlı əyləncələr: - Balıq tutmaq. - Kiçik balıqçı gəmilərində adanın ətrafını dövr etmək. - Qaşqaldaq və çöl ördəyi ovlamaq. - Futbol, voleybol, stolüstü tennis oynamaq. - Tər-təmiz çimərliklərdə istirahət etmək. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1205 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

748 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:) - Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı. - Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var. - Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz. - Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı. - Lvivdə alınacaq şey - şokolad, kofe. - Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim. - “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi. Sualı olan gəlsin:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1564 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!