472 dəfə oxunub

Çilov adasına necə getmək olar?

Çilov adasına necə getmək olar?
Adaya spirtli içki gətirmək, almaq, satmaq, içmək qadağandır. Qadınların və kişilərin avtobusu ayrıdır. Söhbət Əfqanistan Əmirliyindən yox, Çilov adasından gedir
Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var.
Adaya səyahət etmək üçün orada qeydiyyatda olan sakin sizə icra nümayəndəsindən alınmış dəvət məktubu göndərməlidir. Məktubda sizin səyahət tarixləriniz, passport məlumatlarınız, qalacağınız yer göstərilməlidir. Təxminən şengen vizası kimi.
Yerli sakini necə tapaq?
Hər gün səhər tezdən saat 07.30-09.00 arasında Zığ limanına gələrək orada ada sakinlərindən biri ilə tanış olaraq dəvət məktubu göndərməsini xahiş etmək olar.
İcazəni həll etdikdən sonra gəmi, yoxsa helikopterlə gedəcəyinizə qərar verməlisiniz. Hər ikisi pulsuzdur.
Helikopterlə getmək üçün SOCAR-ın baş ofisindən tanış taparaq tapşırıqla məsələni həll etmək olar. Aznefti ağlınızdan keçirməyin, onların sözü keçmir.
Koroğlu metrostansiyası ətrafında Bakı kəndlərinə gedən taksi sürücülərindən Artyoma (Pirallahı) gedənləri tapın və “Vertolyotnu”-da düşəcəyinizi deyin. Qiymət adambaşı 3 manatdır, hər beş-on dəqiqədən bir taksilər hərəkət edir. Vertolyotla səyahət 8-12 dəqiqə çəkir.
Gəmi ilə getmək istəyirsinizsə Zığ limanına getməlisiniz. Buradan Zəfər və Üfüq gəmiləri 4-5 saata, digər sovet dövründən qalan gəmilər isə 6-7 saata gedir. Gəmi ilə səyahət heç də asan deyil. Fiziki olaraq hazır deyilsinizsə gəmini yaddan çıxarın. SOCAR-ın yeni saqqallı komandası gəmiləri yeniləsə yaxşı olardı.
Hər iki halda adada sizi ilk olaraq Socar Təhlükəsizlik idarəsi-nin əməkdaşları qarşılayacaq, sonra içəri keçəcəksiniz. Özünüzlə notebook və spirtli içki aparmayın, notebook-un oğurluq olmadığını sübut etmək məcburiyyətində qalacaqsınız. Spirtli içki isə olmaz
Əvvəllər rusların daha çox yaşadığı adada hazırda əksəriyyət Masallı, qismən Qazax və digər rayonlardan miqrasiya edib buraya yerləşənlərdir, ruslar isə yenə də var.
Xüsusilə şiələr üstünlük təşkil edir, az sayda sünnülər, gizli sələfilər, gizli nurçular, provoslav xristianlar, və ateistlər də var.
Adanın maraqlı yerləri:
1. Taxta evlər. Adanın özünəməxsus taxta evləri əslində buranı Santorini, Amalfi edəcək qədər gözəl ola bilərdi, ancaq baxımsızlıqdan çoxu dağılıb gedir.
2. Mayak. XIX əsrdə tikilib, adanın hər yerindən görünür.
3. Urnos. Burda insan yaşamır, qayalıqdır, ağac da yoxdur, gözəl çimərliyi var. Bəzən bura flaminqo sürüləri gəlir.
4. Köhnə qəsəbə. İlk sakinlər burada, yəni adanın şimal hissəsində məskunlaşıblar. Bura üç hissədən ibarətdir. Milyonerlər məhəlləsi, aşağı-sahil hissəsi və Akifə xalanın dükanı olan hissə.
5. Yeni qəsəbə. Neft tapıldıqdan sonra yeni yaradılan və müasir qəsəbə. Məktəb, bağça və xəstəxanalar, stadion, yeməkxana, Çay evi, yataqxanalar, FHN, İcra nümayəndəliyi, polis bölməsi, gəmi limanı buradadır.
6. Çimərliklər. Adanın neftdən sonra ən böyük sərvəti təmiz çimərlikləridir. Tər-təmizdir, mənim kimi üzməyi sevən adamlar üçün buranın qiyməti yoxdur.
7. Rus qəbiristanlığı. Maraqlı köhnə qəbir daşları və xaçlar var, əslində tarixdir, qorunmalıdır.
8. Park. Mövcud şəraiti nəzərə alsaq çox gözəl parkdır, ümumiyyətlə adanın yaşıllaşmasında əməyi keçənlərə zəhmətkeş MKT (JEK) əməkdaşlarına böyük təşəkkür düşür.
9. Stadion. SOCAR-ın ada əhalisinə etdiyi ən böyük yaxşılıqlardan biri bu stadiondur. Gənclər axşamlar burada futbol və voleybol oynayırlar, bəzən maraqlı yarışlar da keçirilir.
10. Göz yaşları restoranı. Adada bir turistin yemək yeyə biləcəyi yeganə yer “Göz yaşları” restoranıdır.
Burada toyuq ətindən hazırlanmış dolma, küftə, şordan hazırlanmış ayran, ətsiz kotlet, sümüklü piti və digər qeyri adi dadları test etmək olar. Spirtli içki isə qadağandır. Ad günü keçirənlər, dostlarla yeyib-içmək istəyənlər əziyyət çəkirlər, məclislərini gecə keçirirlər, spirtli içkini isə gizli satıldığına görə dükanlardan iki-üç qat baha qiymətə alırlar.

Əvvəllər “Muxtar kafe” var idi, həm yemək, həm də spirtli içki verilirdi, indi isə rəqabət yoxdur.
Restoranın adını burada yemək yeyən fəhlələr qoyub. Bura əslində Xəzər İaşə adlı aşağı səviyyəli (yeyinti, pul silmək üçün yaradılıb) bir qurumun nəzdindədir. Adamları olduğuna görə SOCAR onları qova bilmir. Yeni saqqallı komanda isə dəyişmək üçün hazırlaşır.
Adada sifarişlə çox dadlı kütüm, berj, vobla, kefal, sületka, zalom və imkanınız varsa nərə balığı da yeyə bilərsiniz.
11. Məscid. Keçən əsrdə tikilmiş Şiə məscidi. Hazırda da əzan oxunur, namaz qılınır, ehsan verilir.
12. Hərbi hissə. Burada qulluq edənlərin böyük əksəriyyəti tapşırıq, ya da müəyyən məbləğ pul ödəməklə vətənə olan borclarını ödəyirlər. Hərbi dildə desək kef edirlər.
Adanın hər tərəfində yaşıllıqlar salınır və yüksək səviyyədə qulluq olunur. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən, zeytun, əncir ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir.
Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilmişdir, bu da adanı gözəlləşdirir və daha maraqlı edir.
Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var, yol polisi, radar yoxdur.

Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.
Adada əsas maraqlı əyləncələr:
- Balıq tutmaq.
- Kiçik balıqçı gəmilərində adanın ətrafını dövr etmək.
- Qaşqaldaq və çöl ördəyi ovlamaq.
- Futbol, voleybol, stolüstü tennis oynamaq.
- Tər-təmiz çimərliklərdə istirahət etmək.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasul Musayev

1152 dəfə oxunub

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.Planımıza Rəvan 6, mən 7 ölkə saldım.Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)Səhəri üz tutduq Vyanaya.Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)Şəhərdə isə bomujlar yox səviyyəsindədir.Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :Dİki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov   

617 dəfə oxunub

Şəhər bələdçisi - Lissabon

Lissabondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Lissabon - Dünyanın ən qocaman 2-ci paytaxt şəhəri, Avropada açıq-ara fərqlə ən sevdiyim şəhər- rəngarəng küçələri, təmiz və çox rahat olan ictimai nəqliyyatı, gözyaşardan Fado musiqili restoranları))), böyük parkları, ucuz qiymətləri, dadlı yeməkləri, fərqli dəniz məhsulları, binaların divarlarındakı seramik üzlükləri, möhtəşəm Pastel de Nata keksləri, gilas likörləri, sudun ucuz şərabları, gülərüzlü və əyləncəsevər insanları ilə bir başqa dünyadır Lissabon. Bu şəhərdə yarı Avropa, yarı Cənubi Amerika ruhu vardır. Avropanın bir çox ölkəsindən “Ryanair” Lissabona ucuz qiymətlərə uçur. Əvvəlcədən alsaz Kutais-Barcelona-Lisbon-Barcelona-Kutais biletlərini 150-200 avro ödəyərək əldə edə bilərsiz.- Lisbon aeroportu demək olar şəhərin mərkəzindədir. Taksilər şəhərə 7-8 avroya aparır. Aeroportdan hər yerə metro ilə də çata bilərsiz. Demək olar bütün metro xətlərində liftlər var və baqajınızı metroya endirməyə və qaldırmağa heç bir problem yoxdur. Bir günlük limitsiz metro və avtobus kartının qiyməti 6 avrodur.- Nə yeməli və içməli - Balıq məhsuları sevirsizsə hesab edə bilərsiz ki, Lisbon bu yeməklərin cənnətidir. Yeməklər dadlı və kifayət qədər ucuzdur. Məsləhət gördüyüm balıq restoranı - Ramirodur. Hər yerdə satılan Pastel de Natadan və Ginjunha- gilas likörlərinin dadına baxmadan qayıtmayın. Şərabları sudan ucuz, endirləri ucuz və dadlıdır. Sonra içinə pendir və balıq qoyulan qaynamış kartoflardan mütləq alıb yeyin- səhv etmirəmsə Bakalao adlanır, çox dadlıdır. Cabacas ət restotanına gedin - Ət daş üzərində bişirilir və çox dadlı olur.- Harda qalmalı - Lizbona gedənlər üçün məsləhət gördüyüm çox gözəl bir otel var – VİP Executive Picoas Hotel 4*- Büdcəniz çatırsa otelin günü 2 nəfərlik otaq üçün ortalama 60 avrodur. Otel yeni istifadəyə verilib və çox super vəziyyətdədir. Açığı bookingdə bu oteli tapanda cəmi 3-4 rəy olduğunu görüb şübhəyə düşmüşdüm. Otel barədə heç yerdə heç bir məlumat və video olmadığından bookingdəki şəkillərin real olmadığını fikirləşdim. Amma gedib gördüm ki, şəkillərdə olandan da əla vəziyyətdədir. Hələ 750 mb/s interneti görəndə ağzım açıq qaldı. Bütün Avropada çəkdiyimiz 50 giqabayta yaxın şəkil və videonu clouda yükləmək 5-10 dəqiqə aparmışdı. Otel 7-ci Eduard parkıının 5 dəqiqəliyində və Parque (Park) metrosunun 200 metrliyində yerləşir.- Mütləq görülməli yerlər - Lisbon ticarət meydanı, Belem qalası, Kaşiflər heykəli (Explorers monument), Jeronimas monastrı, Lisbon qalası, Santa Justa lifti, LX Factory bölgəsi.- Lifehack - Santa Justa liftinə qalxmaq üçün xeyli növbə olur və qiyməti 6 avrodur. Amma bunu etməyin. Liftin hansı binanın üzərinə getdiyinə diqqət yetirin. Həmin binanın arxasına gedib pilləkanla yuxarı qalxın binqo- pulsuz və növbəsiz liftin qalxdığı yerin üzərindəsiz. ????- Alfama bölgəsini gəzməyə ən az 1 gün ayırın. Lisbonun bu tarixi hissəsində bir çox sürprizlərlə qarşılaşacaqsız. Konkret yol axtarmayın elə küçələrə girib itmək daha maraqlı olur.- 28 nömrəli tramvaya minib 1 tam tur atın. Lisbonun bütün turistik nöqlətininin yanından keçəcəksiz. 1 gününüzü Sintra-Roka burnu və -Cascais qəsəbələrinə getmək üçün, Lissabona isə ən az 3-4 gün ayırın.- Fado restoranlarına gedin. Əgər canlı Fado oxuyana qulaq asırsınızsa mahnı oxunan zaman yemək hörmətsizlik sayılır. Daha çox turistləri yolmaq üçün nəzərdə tutulan mərkəzdəki Fado restoranlarından uzaq durun.- Əyləncə sevənsizsə PUB Crawl Lisbona mütləq qoşulub Lisbon gecələrinə axın.- Lissabon haqqında saatlarla yaza bilərəm, amma postu daha da uzatmaq istəmirəm. Suallarınız olsa rəydə soruşa bilərsiz. Qısası - yol açıq-yola çıx - Lissabonu bir gün mütləq görün, peşman olmayacaqsız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

687 dəfə oxunub

Pakistan bələdçisi

İyul ayının 15-dən 30-dək Pakistanda səfərdə oldum. Səfər özündə 3 gün İslamabadı, 9 gün Gilgit-Baltistan bölgəsini, 3 gün də Lahoru birləşdirdi. Kifayət etdimi? Qəti şəkildə yox) Üstəlik mən bu ölkəni sevirəm və daha geniş plana sahib biri idim, lakin ilk yaranmış fürsət baxımdan şansı qaçırmaq istəmədim.Pakistanı niyə ziyarət etməliyik?1. 1991-ci ildən müstəqilliyimizi ilk tanıyan dövlətlərdən 3-cüsü olmaqla gün bu gün daim bizimlədirlər, qardaş dedik, bildik və həqiqətən də insan orada özünü yad bir ölkədə yox, məhz evində hiss edir.2. Dinimizlə yanaşı dilimiz az qala birdir – urdu və Azərbaycan dillərində çox ümumi sözlər var ki, 2 gündən sonra rahat urducanı ən azı başa düşə biləcəksiniz.3. Səfəvi və Moğol dönəmlərindən başlamış sıx mədəni və siyasi bağımız var. Pakistan maddi-mədəni irslə zəngindir. Bu gün geniş sayda Qızılbaş icmasının yaşadığı ölkədir, ələlxüsus Lahor şəhəri - vaxt darlığı baxımdan icmanın rəhbəri ilə görüşə bilmədim təəssüf ki.4. Pakistan möhtəşəm təbiətə malik ölkədir – 5 8000-lik, bir neçə 7000-lik və saysız-hesabsız 6000-liklərə ev sahibliyi edir. Dağa çıxmasanız belə, base camp-lara kimi belə bu gün möhtəşəm trekking marşrutlar təqdim edən tur paketlər var.Lakin Pakistan nəinki Karakorum dağ silsiləsidir, bura həmçinin yaşıl vadilərin, səhraların, dənizin belə olduğu ölkədir. Dünyanın ən soyuq səhrası belə Pakistanda, Skardudadır.5. Etnoqrafik baxımdan fərqli xalqların yaşamlarına şahidlik etmək, onlarla tanış olmaq üçün bu ölkə açıq səma altında muzeydir.6. Bir tək Lahor qədimliyi, müasir hissəsi, çılğınlığı və mədəni yanları ilə azı 1 həftə kəşf edilməlidir.7. Fərqli mətbəxini dadmaq üçün Pakistan əvəzsiz bir ölkədir. Dağlıq hissələrdə bir qədər ehtiyatlı olmaq lazım olur, çünki coğrafiyamıza xas olmayan heyvani yağlardan istifadə edilir. Lakin şəhərlərdə yemək sarıdan hər şey okaydir. Dəhşət acı olsa da lakin çeşid baxımdan hind mətbəxindən daha zəngindir, çünki ağız tamımıza uyğun ət yeməkləri çoxluq təşkil edir. Sifariş edən zaman mint spicy və ya no spicy deməyi unutmayın. Yenə də ədviyyatlı olacaq, amma ən azı az olacaq.Pakistana necə gedək?Cari ilin mart ayında Pakistan beynəlxalq hava yolları – PİA Bakıya birbaşa uçuşlar açdı. Bu uçuşlar Bakı-Lahor-Bakı və Bakı-Karaçi-Bakı olmaqla həyata keçirilir. Mən İslamabada birbaşa uçdum, lakin bu, PİA xətti ilə İnterjet təyyarələri vasitəsilə həyata keçirildi. Hazırda saytda Bakı-İslamabad-Bakı yazsanız, Via Dubay olmaqla uçuş göstərəcək.Ölkə daxilində İslamabad-Skardu və Skardu-Lahor uçuşlarından istifadə etdim ki, daxili uçuşları da PİA həyata keçirməklə 54 dollardan başlayan qiymətlərlə həyata keçirir.Qeyd: hava limanına gəldikdə və sizə birdən “flight cancelled” desələr qəti şəkildə geri çəkilməyin və özünüz araşdırıb tam təsdiq edin. Yaşanmış olay üzərinə yerindəcə dəqiqləşdirmə aparmasaydım, İslamabada geri dönüş etmiş olacaqdım)PİA üzərindən Bakı-Lahor-Bakı qiyməti 739 manatdan başlayır.Qeyd: təyyarələrin biletdə göstərilən vaxtdan gec havaya qalxmasına hazır olun))Viza:Müxtəlif məqsədlər və müddətə verilir. Hazırda turistik vizanı 90 gün müddətinə 107 manata online forma doldurmaqla əldə etmək olur.Qalmaq:Pakistanda qalmaq üçün hər rahatlıqda hotellər var. İslamabadda Ramada hoteldə, Skarduda Concordia motel, Lahorda isə Luxury Grand hoteldə qaldım. Ulduz və hər cür rahatlığa rağmən hotellər burada İranla müqayisədə ucuzdur.Concordia motel daha çox dağcı ekspedesiyaların yerləşdiyi bir yer idi. Bələdiyyə nümayəndisinin idi. Skarduda daha yuxarı hissələrdə fərqli hotellər də var. Turist qismində daha çox məhz dağcılar çıxış edir və mənzərə maraqlıdır.Qidalanma:Qidalanma nə tam ucuz, nə də tam bahadır. Bakıdakı qiymətlərlə müqayisədə bir qədər ucuzdur, lakin tam belə utopik ucuzlaşma deyil.Second cup və Baskin Robbins isə həqiqətən də ucuzdur.Ziyarət edilməli yerlər arasında hər şəhər üzrə çoxlu mədəni irs abidələri var. Maraqlı olsa, soruşun yazaram. Lakin getdinizsə, mütləq qaydada İslamabadda Lok Virsa, Lahorda National History museum, Lahore museum və National Army museum-u ziyarət edin. Pakistan muzeyləri sadəcə çox möhtəşəmdirlər.100 USD hazırda 22478 Pakistan rupisi təşkil edir, bu da bizim pulla elə 170 manat edir.Və sonda:Pakistanda Azərbaycanlıları çox sevirlər və Azərbaycandan olduğunuzu bilsələr, başları üstündə yeriniz var. Ümumiyyətlə, Pakistanda qonaq hər şeydir və məncə orada bütün turistləri çox sevirlər.Nə suallarınız olsa, buyurun.Daha çox paylaşımlar üçün səhifəmi, səyahətlərimi instagramdan izləyə bilərsiniz:https://instagram.com/irada_gadirova?igshid=YmMyMTA2M2Y=Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova 

768 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!