984 dəfə oxunub

Almaniya-Belçika-Hollandiya bələdçisi

Xanımlar və cənablar,
 
10 günlük Avropa səfərindən sonra, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Səfər ekonom olmadığı üçün, tips and tricks-lərə girmirəm. Marşrut; Bakı-İstanbul (Buta)-Frankfurt (PGS)-Loreley-Koblenz-Mainz-Gent-Roermond-Eindhoven-Rotterdam-Amsterdam-Lingen (Nordhorn)-Giethorn (Hollandiya)-Düsseldorf-Köln-İstanbul (PGS)-Bakı (Buta).

Deməli, Frankfurtdan Düsseldorfa qədər maşınla gəzmişik. Məqsəd ürəyimiz istəyən yerdə qala bilmək və istədiyimiz yerləri görmək idi.
Nəzərə çatdırılmalı olan məqamlar:
!!! Frankfurtda təyyaradən düşən kimi, elə ayaqüstü pasportu alırlar və sorğu sual eləyirlər. Hara gedirsən, niyə gedirsən, harda qalajsan, hanı otel bornların, hanı dönüş biletin və s. Nəbadə yalan deyəsiz. Qətiyyən. İnandırmaq çətin olur. İkinci mərhələdə, miqrasiya işçiləri yenə sorğu sual eliyir və geri dönüş biletini istəyir. Bizdə biletlər var idi, telefonda açdım göstərdim. Amma otellər yox idi, çünki maşınla gəzməyi planlayırdıq, harada ürəyimiz istədi orada da qalacaqdıq. Olduğu kimi dedim hər şeyi, problem olmadı.
 
1. PGS üçün bilet alanda yeməkləri də online almışdım. Təyyarədə əlavə şeylər almaq üçün kartla ödəmə etmək istədik, yalandan yoxsa həqiqətən, bilmirəm, amma 3 fərqli bankın kartını götürmədi terminalları. Gah dedilər göydə terminal işləmir, ya dedilər sizdə debetdi (halbuki, kartlardan biri Albalı, biri də Birkat idi). Maaş kartların da götürmədi. Biabırçılıq. Yəni, cibinizdə nağd olmasa, susuz qalsaz, çatana kimi suyunuz quruyar.
 
2. PGS oturacaqları balacadı. Hətta elə təyyarələri var ki, belini geri vermək olmur, elə dümdüz oturmalısan )) Çox narahatdı. Şəxsən PGS-la uçmağı nəzərdən keçirmərəm bundan sonra.
 
3. Nəzərə alın ki, Almaniyada restoranların mətbəxi axşam saat 9 və ya 10-dan bağlanır. Yəni, oturub pivə içə bilərsiniz, amma yemək vermək istəmirlər o saatlardan sonra. Ofisiantları bir çox yerlərdə "borzu"du, ürəyi istəmirsə, deyir "kuxna" bağlıdı ))
 
4. Almaniyada maşın sürəcəksinizsə, çox ehtiyatlı olmalısız. Yol nişanları bizə görə həddindən artıq çoxdu və zolaqlar da bir-birinə qeyri-adi keçir )
 
5. Həm Almaniya, həm Hollandiyada velosipedlər üstünlük təşkil edir. Siz maşınla olarkən, onlara arxadan 1-2 metrdən çox yaxınlaşmaq olmaz. Sürətlə ötüb keçməyə çalışmayın.
 
6. Kirayəyə maşın götürəcəksinizsə, ingilis dilində naviqatoru olsun. Çox köməyi dəyəcək.
 
7. Bir çox şəhərlərdə, hündür binaların son mərtəbəsində panoramlı restoranlar olur. Oradan bütün şəhəri görə bilərsiniz. Belə yerlərdə pivə 2-3 evro olur.
 
8. Frankfurtdan 90 km məsafədə, Reynin qırağında Lorelei deyilən yer var. Çox gözəl yerdi. Yolunuz düşərsə, yan keçməyin.
 
9. Lorelei-dən çox da uzaq olmayan Koblenz şəhərciyi var. Bura tarixi yerdir. Koblenz qalası Birinci Dünya Müharibəsinin şahididir. Çoxlu eksponatlar və oraya ilk dəfə gələn Amerikan qoşunlarının ordu komandanı haqqında məlumatlar var. Kanatla mərkəzə enib, Mozel ve Reynin birləşdiyi yeri gəzə bilərsiniz.
 
10. Belçika. Brüssel haqqında xoşagələn şeylər eşitmədiyim üçün, oradan yan keçdik. Gent şəhərinə getdik. Maraqlı, tarixi yerləri bol olan yerdir. Məşhur belçika kartoşkasının dadına baxdıq. Pis deyil, bir dəfə yemək olar )
 
11. Hollandiyada Roermond deyilən bir outlet var. Yalnız brendlərdir. Ucuz sayılmaz amma, həvəskarları üçün əla yerdir.
 
12. Eindhoven şirin şəhərdi ) Almanlardan fərqli olaraq, çox gülərüz və mehribandı hollandlar. The Student Hotel Eindhovendə qaldıq. Çox maraqlı yerdi, yolunuz düşərsə mütləq qalın ) Düz mərkəzdədi. Philips muzeyini və Van Qoq yolunu gəzə bilərsiniz.
 
13. Rotterdam da Frankfurt kimi iri və qaynayan şəhərdir. Hava pis olduğu üçün, çox qalmadıq. Ən xoşuma gələn isə Seoul Sista restoranı oldu. Mütləq gedin yolunuz düşərsə ) Səhər yeməyi üçün isə, türklərin Köşk restoranı var. Çay qırağında, mənzərəli yerdə. 4 nəfərlik "sərpmə kahvaaltı" 38 EUR tutdu. Bundan başqa Markthal deyilən bir yer var, spesifik Holland məhsulları satılır. Çox maraqlı yerdir, mütləq gedib Holland pendiri, kolbasası və s. almaq lazımdır.
 
14. Amsterdam. Nə yalan deyim, heç xoşum gəlmədi. Şəhərə girən kimi "kəklikotu" iyi adamı birtəhər eliyir. Çox pis iyi var. Çox qarışıq, səsli küylü şəhərdi. Küçədə turist əlindən gəzmək olmur. Çox baha şəhərdi. Hardasa 3-4 saat parkovkaya 25 EUR verdik ) Qalan məsələlərə toxunmuram, çünki qrupda böyük şəhərlər haqqında ətraflı məlumat çoxdur.
 
15. Lingen, Hollandiya sərhəddində şirin bir Alman şəhəridir. Çox səliqəli, sakit və yaşıl bir yerdir. Lingendə, Almaniyanın damar cərrahiyyəsi üzrə sayılan klinikalarından biri, Bonifatius yerləşir. Orada bizim azərbaycanlı həkimlər də işləyir. Elə biri bizim xalaoglu Islam Guliyev
 
16. Giethorn. Hollandiyaya gedib Giethornu görmədinsə, mayan batdı deməkdir ) Bu barədə çox yazmaq istəmirəm, google da eliyib baxa bilərsiniz. Şəkillər də var aşağıda (çəkəni deyiləm, amma işə yarayar)
 
17. Köln də təxminən Amsterdam kimidir, səsli küylü, qarışıq, hər tip adam var. Türklər lap çoxdur. Özlərinin də ayrıca məhləsi var. Restoranları da eyni İstanbulda olduğu kimi keyfiyyətlidir. Kölndə ən maraqlı yerlərdən biri də, başqa bir oxşarı Milanda yerləşən Duomodur. Yanında muzeyi də var. Girişi də pulsuz olmalıdır.
 
18. Ümumiyyətlə Avropa marketlərində həddən çox çeşidli və maraqlı məhsullar var. Müqayisədə bizdən də ucuzdur. Hə, bir də ki, benzin 1.5-1.6 EUR ətrafında. Magistrallarda isə daha da baha olur. Ona görə də çalışın magistraldan kənarda "full bak" eliyin, sonra uzaq yola çıxın.
 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Valid Memmedli

DİGƏR BLOQLAR

Balissimo????

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Balissimo????Vacation, bal ayı və ya sadəcə eqzotik yer kəşfi üçün Bali ən rahat və ilkin seçimlərdən olmalıdır. Çox möhtəşəm gözləntilərlə getməyin ki, ya gözləntiləriniz artıqlaması ilə doğrulsun, ya da sadəcə məyus olmayasanız.Xüsusən Bakının qışa sərt keçidindən qaçmaq üçün ən yaxşı mövsüm noyabrdır, Visa tələb olunmur, turla getmək rahatdır, amma düşünürəm ki, əlinizdə nağd pulunuz varsa, biletləri, oteli və transportu (aeroport-otel&otel-aeroport) özünüz həll edə bilərsiniz.Balinin çimərliyi, cəngəlliyi, meşəliyi və ibadətgahları möhtəşəmdir, adanın qalan hissəsini instagrama çəkib yerləşdirmək istəməzsiz)Gedərkən sizə mütləq bu tipsdən yararlanmağı məsləhət görürəm:- özünüzlə böyük pul qabı götürün, çünki pulları çoxdur)- authorized yazılan yerlərdə qətiyyən pul dəyişməyin, sizi aldada bilərlər, necəsə olur ki, onların yanında pul sayanda düz olur, qıraqda yenidən sayanda az çıxır. Pul dəyişmə məntəqələrində ad&soyad, otel ünvanı kimi detallı informasiya istəyirlərsə, yaxşıdır.- mütləq qalacağınız gün sayına görə tur planları edin, turlar üçün isə tripadvisor turları məsləhət görürəm, biz Alex adlı bələdçi ilə günə 40$-lardan turlar planlayırdıq, adam həm rus, həm eng dilini bilir. Kimsə istəsə kontaktını verə bilərəm (təbii ki qrup qaydalarına zidd deyilsə)- kuta çimərliyi surfing və ya ümumiyyətlə çimmək üçün mükəmməldi, tərtəmizdir, amma orada hər şey pulludur, hətta dəsmalları da ayrıca satırlar ona görə özünüzlə dəsmal aparın)- Bakıdan gedəndə böcək dişləməsi əleyhinə sprey aparın, Bali böcəklərinin ayaq fetişi var elə bil ???? ayaq şişir və göyərir, gecələr isə qaşınmalar güclənir, ona görə tədbirli olun.- bike sürə bilirsinizsə, əlaçı. Balidə bike kirayəsi çox ucuzdur, tək və ya cütlük şəklində getmisinizsə, lap sərf edəcək. əks halda yalnız tur rəhbərinin avtomobili və ya tura getmədiyiniz günlər taksi işlədəsi olacaqsız. Taksi xidmətindən söz düşmüşkən beynəlxalq standartlı taksometr Bluebird taxi xidmətində var, xeyli komfortlu və kondisionerli maşınlardır, amma onların bəzi ərazilərə girişi qadağandır, şəhər mərkəzinə gedəcəksizsə, hər yerdə var və rahatlıqla işlədin. Nəzərə alın ki, yerli taksi xidməti Bali taxi loqolarını və maşın rənglərini Bluebirdə bənzədib, axşam səhv sala bilərsiniz, diqqətli olun)- meşələrdə, cəngəlliklərdə, çimərliklərdə istifadə edəcəyiniz adrenalin əyləncələr zamanı ucuz qiymətə qaçmayın. Mütləq sığorta olub-olmadığını yoxlayın, bəzi yerlərdə var, qoy olsun 2 dəfə baha amma ürəyiniz də rahat olsun)- İbadətgahlara gedərkən çiyin və dizlərinizi örtəcək geyimlər geyinməyə çalışın, necə deyərlər, yerli adətlərə hörmət etməyə çalışaq ????- Günə 100$ xərcinizin çıxması qarantidir, qiymətlərin qeyri-sabitliyinə hazır olun, xüsusən yerli mətbəxə mədəniz alışmasa, italyan restoranlarında servis və tax vergisi gəlir çıxır 21faizə, ona görə qalacağınız günə görə ortalama 100$ (gün üçün) məbləğ götürməyə çalışın.- Heyvanları çoox şirin görsənə bilər, onları qıcıqlandıracaq hərəkət və ya göz zilləmələrinə qədər belə görsənərlər. Xüsusən sacred monkey forest-də meymunlara gözünüzü zilləyib baxmayın, onlar yoxmuş kimi davranın, uzaqdan sevin :d- plastik istifadəsinə çox yol verməyin, şopinq üçün özünüzlə böyük kağız çanta və ya parça çantalar aparın.- əslində yerli əhali noyabr ayını low season olaraq dəyərləndirir, amma bizim bəxtimizdən 10 günlük səfərimizdə cəmi 2 gün yağış yağdı, o da Bali yağışını da görməyə dəyərdi.)Balidən həzz almaq insana görə dəyişir, meditasiya üçün möhtəşəm ab-havaya sahibdir, yaxşıca restart elətdirir düşüncələrinə, bir də çox romantik məkandır ????Baliyə səyahət arzulayırsınızsa, indidən pul yığmağa başlayın????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulsen Hesenzade

597 dəfə oxunub

Hindistan bələdçisi - Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hindistan ???????? 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015 Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada. Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim :)) Hindistana ilk səfərim Moskva - Doha (Qətər) Doha - Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. "Luis quest House" adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: "Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə." Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox. Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir. Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$. Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) "Old Mong". Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər. Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür. Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır. Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan "Ganeş" siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal "Bindi" 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri "sara" da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım... 26 fevral 2018. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Cavid Bayramov

1247 dəfə oxunub

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.Nələr etdim?Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdirParis - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdımMadrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi  İtalyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.[gallery ids="1311,1309" type="slideshow"]Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Nadir

1095 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Romantizmin məkanı Kapadokya

Kapadokiyadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Burada Kapadokya ilə bağlı postlar, suallar, hətta tur təəssüratları da gördüm, amma dərli-toplu, bir çox suala bir arada cavab verən post yazım yenə də dedim:)- Kapadokya Türkiyənin Nevşehir vilayətinə bağlı bir bölgənin adıdı. Kırşehir, Niğde, Kayseri ve Aksarayın bəzi bölgələri də Kapadokya sayılır. Ankaradan 3 saat, İstanbuldan 7-8 saat məsafədə yerləşir, Orta Anadolu bölgəsi sayılır. Ən çox turist çəkən bölgələrdən biridi.- Kapadokya yay xaric (çox isti olur) bütün mövsümlərdə gözəldi. Xüsusile yazın ortaları ve qışda qar yağarkən əfsanədi.- Kapadokya üçün 1-2 gün kifayətdi deyənləri dinləməyin, ən az 3-4 gününüzü ayırın, dadını çıxarın.- Kapadokyanın görülməli bölgələri - Göreme, Uçhisar, Ürgüp, Ortahisar, Çavuşin, Avanos, Mustafapaşa.- Kapadokyanın görülməli yerləri - Göreme Açıq Hava Muzeyi, Çavuşin Atçılıq fermaları (çiftlikler), Aşk Vadisi, Göyərçinlər Vadisi, Zelve Açıq Hava Muzeyi, Qızılçuxur vadisi, Güllüder Vadisi, Göreme Panorama, Cevizli, Tığrak qalası, Devrent vadisi, Paşabağlar, Üç Gözəllər, Çavuşin, Ortahisar qalası, Uçhisar qalası, Ürgüp Yunak mahallesi, Asmalı Konak, Temenni tepesi, Ihlara vadisi, Özkonak yeraltı şəhəri, Sarıhan vadisi, Gomeda vadisi, Derinkuyu, Kaymaklı yeraltı şəhərləri...- Görməli şeyləri - peri bacaları, atları, balonları ve şərabları.- Kapadokyada sakit ve ucuz yerdə qalmaq istəyirsizsə Çavuşində, hər cibə uyğun və hərəkətli yer istəyirsizsə, Göremede, sakit və daha lüks istəyirsizsə Uçhisarda, lüks, sakitlik və romantizm üçün Ürgüpde yer baxın. Hər qiymətə otel, hostel, pansiyon var - xüsusilə Göremede.- Göremeye hər kəslə, Uçhisara pullu dostlarla, Ürgüpə sevgiliylə gedilir:))- Kapadokyanın dadını çıxarmaq istəyirsizsə, cave (mağara) otellərdə qalın - ən azından 1 gecə.- Balonla uçmaqmı, balonları izləməkmi desəniz, məncə, ikinci. Həm ucuz, həm daha gözəl görüntü verir:)- Balonla uçmaq istəyənlər bölgədəki çox sayda şirkətlərlə danışa bilər. Bir çox otel də təşkil eleyir. Sizi oteldən alırlar, otele buraxırlar. Amma qiymətler bahadı - adambaşı təxminen 550-600 lire.- Balon izləmək üçün ən yaxşı nöqtə Göremenin üstündəki seyir terasıdı - kimdən soruşsanız deyəcək. Burada balonların yerdən qalxdığı andan etibarən görəcəksiz. İkinci nöqtə Uçhisardı - amma orada ancaq balonlar havaya qalxınca görə bilərsiz. Qaldığınız bir çox oteldən də izləyə bilərsiz. Bunun üçün səhər tezdən qalxmalısız - günəşin doğuşuyla birlikdə balonlar qalxır. Hava şəraiti uyğun olmayınca balonlar uçmur.- Günbatımı izləmək üçün ən gözəl nöqtə Uçhisardı.- Zelve Açıq Hava Muzeyi Göreme Açıq Hava Muzeyindən daha maraqlıdı - görmədən dönməyin.- Şərabı Ortahisarda deneyin. Qalanın içindəki şərabçıda həm dadına baxa, hem ala bilərsiz.- Avanosda çömləkçilərə gedib, o qabların necə düzeldildiyini izləyə, hətta özünüz düzəldə bilərsiz.- Yemək üçün ən lüks restoranlar Uçhisardadı. Seki restoran bahalıdı, ama mənzərəsi gözəldi. Yeməkləri də.Görəmədə hər cibə münasib yemək tapmaq mümkündü.Kapadokya mətbəxi gözəldi - amma ən gözəl nümunələrini Ürgüpdə Ziggy Cafedə və Avanosda “Bizim Ev”də yeyə bilərsiz. Testi kababını və Avanos kababını mütləq yeyin. Çay-kahve üçün Uçhisarda Peri Cafe Cave Man-a gedin - mağaranın içində çox maraqlı yerdi - daha çox sevgililər gedir:) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1825 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!