1206 dəfə oxunub

Fəthiyədə "öz əlin, öz başın"

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Hər vaxtınız xeyir.
12-19 iyul Fəthiyə səfəri haqqında faydalı hesab etdiyim məqamları bölüşmək istəyirəm. Getməmişdən əvvəl qrupdakı məlumatlar kömək oldu deyə bizdə paylaşmaq istədik. Ümid edirəm faydalı olacaq.
Yazı uzun olacaq biraz həvəsi olanlar oxuyar
Əvvəlcə qeyd edim ki, hər şeyi özümüz etdik biletlər, ev, şəhərlər arası , bir sözlə "öz əlimiz öz başımız" oldu.
Açığı İlk xarici səfərimiz olduğu üçün biraz qərarsız idim ama tur paketlərin qiymətini gördükdən sonra fikrim dəqiqləşdi. Biraz təcrübəniz varsa Özünüz planlaşdırıb çox rahat 40-50% daha ucuza gətirə bilərsiniz səyahətinizi.
Gedərkən 2000tl nağd pul götürdük. Kifayət elədi artığda qaldı. Qalan pulu kartda saxladıq, manat olaraq. Demək olar ki, bizim kartlar ( Unibank, Kapital Bank ) hər yerdə keçərlidi. Bütün Nəqliyyatlarda temassız ödəniş keçir bir izbandan (İzmir) başqa ona kart almaq lazımdı.
Bakı-İzmir-Bakı. İki nəfər + 40kg bagaj + bilet sığorta ümumi 934 manat. Hər ehtimala qarşı 14$ artıq ödəyib sığorta etdik. Biletləri aprel ayından almışdıq. Bir başa Bakı-Dalaman reysi ilə arasında 400+ manat qiymət fərqi var idi. Biz 2 gündə İzmirdə qalacağımız üçün bizim üçün Bakı İzmir daha sərfəli oldu.
İzmir havalimanından İzmir otogara 204 nömrəli marşrut + Bələdiyyənin Havaş avtobusları gedir.
Biz Havaşla getdik adam başı 57 tl idi.
İzmir dən Fəthiyəyə 5 saatlıq yoldu ortalama qiymət 450-500 TL'dir. Daha ucuz şirkətlər də vardı ama xidmət aşağı idi. Qiymət baha olsa da həm avtobus çox rahat idi həmdə xidmət çox yüksək idi - tv, wifi, filmlər, musiqi, 1 - 1.5 saatdan bir servis edilirdi. Çay, kofe sərin içkilər atıştırmalıklar, bir sözlə 5 saatlıq yolda yorulmursuz.
Biletləri oBilet dən aldıq.
Biz Airbnb dən ev kirayə tutduq. Ev bizim üçün oteldən daha rahat gəlirdi. Elədə oldu. Ev Həm mərkəzə həm sahilə yaxın adresdə yerləşirdi. Razı qaldıq. Maraqlanan olsa link ataram rəyə. Ümumi 5 gün üçün 490 manat ödədik.
Fəthiyəyə getmişkən aktivite turlarına qatılmadan dönmək? nəbilim vallah
Biz 3 tura qatıldıq:
Tekne turu - nahar daxil adam başına 750tl - 10'dan 6'ya kimi. Ölüdenizin əksər koylarını dolaşır. Üzmək və gəzmək üçün 30-60 dəqiqə vaxtınız olur.
Tüplü Dalış - nahar daxil adam başına 1100 + 400tlçəkiliş (istəyə görə). biz tekne turunu ölüdenizdə getdik deyə dalışı Fəthiyədə etdik. Tekne turunu ölüdenizdə etsəz daha məsləhətdi
Turlara özünüzlə su və atıştırmalık götürün. Adi suyu tekne də 8 dəfə bahasına verirlər, vijdansızlar
Yamaç paraşütü - adam başına 3000 tl, çəkiliş daxil. Babadağdan 2200 m-dən aşağı atılırsan amma külək səni 3000 m qədər qaldırır bütün ölüdeniz gözəlliyi ilə "ayaqlarının altında". Paraşüt mənim üçün "ölmədən etməli olduqlarım" siyahısında idi və buna deyərdi. Məsləhətdi
Yamaç Paraşütünü səhər saatlarına salın, həm hava sərin olur, Pilotlar yorğun olmur, sıxlığ az olur.
Turları 2 ay əvvəldən Deep Blue Travel TR dan almışdıq. Razı qaldıq. Erkən rezervasya ilə bir qədər də ucuz etmək olar.
Turların hər birinə bir gün ayıra bilərsiniz. Zatən o saatlarda istidən başqa bir şey etmək mümkün olmur .
Fəthiyənin şəhər daxili nəqliyyatı - çox yaxşıdı. Düzdü biraz qarışığdı amma baş açmaq olur. Əsas Lazım olan hər tərəfə çatdırır sizi
Bir nəfər 12tl
Ölüdenizə 5 dəqiqə aralıqla dolmuşlar qalxır. 1 adam 52 tl
Fəthiyə Otogardan Muğlanın bütün ilçelerinə dolmuşlar gedir.
İmkan daxilində gəzmək üçün maşın icarə götürmək daha məsləhətdi həm istiyə görə həmdə vaxt itirməmək üçün.
Taksidə seçim ola bilər ama çox baha başa gələcək. Taksilərdə "indi-bindi" 40 tl'di. Gediş Qiymətini siz düşünün
Gecə Fəthiyəni piyada mütləq gəzin çox gözəl, sakit, təmiz şəhərdi.
Üzmək üçün ən gözəl sahil Ölüdeniz Lagoon oldu bizə görə. Bir çətir 2 şezlong 400 tlsaat 6 dan sonra sahildə istənilən plaja pulsuz keçə bilərsiniz. + ücretsiz plajlarda var gəl ki istidən ilk gördüyün plaja qaçırsan
Fəthiyədə Hava çooox isti keçir, ən azından Tovuzdan gedən biriləri üçün Bakını deyə bilmərəm . Minimum 40+ isti olur. Ona görə başqa koylara getmədik, tarixi yerlər, digər plajlar var gəzmək üçün amma isti imkan vermir.
İki nəfər üçün Xalq sığortadan səyahət sığortası aldıq - 6.5 manat. 5000 manata qədər.
Burdan sonrası 2 günlük İzmir dönüşü.
Eyni marşrutla İzmirə qayıtdık. Burda da 2 günlük ev kirayələdik. 2 gecə üçün 120 manat
Razı qaldıq. Ev sahibi çox mehriban insan idi. Bildiyiniz İzmirdə bələdçi oldu bizə sağ olsun.
Açığı Fəthiyənin aktiviteleri olmasa tətili İzmirdə də keçirmək olar. Şəhəri çox bəyəndik. Gecələr bütün şəhər xalqı demək olar ki, sahildə olur, piknik, idman, əyləncə, kim nə istəyir. Çox gözəl görsənir.
İzmirin şəhər daxili nəqliyyat çox rəngarəngdi. Avtobus, Tramvay, vapur, metro, izban şəhərin hər tərəfinə marşurut işləyir. Getmişkən hamısına baş çəkin.
Ümid edirəm faydalı olacaq. Kimin əlavə nə sualı olsa yazsın
Gəzin dolaşın, bizə qalan yaşadıqlarımız olur. Çalışın yadda qalanlar xoş xatirələr olsun. Hər kəsə uğurlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

DİGƏR BLOQLAR

TARİXİ SARAYLARI VƏ SEHİRLİ MÜHİTİ İLƏ İRAN

 İran səfəri haqqında çox uzun bir yazı.Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” - Yox, “Məşədə gedirsən?” - Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi - uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi - əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi - bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim - elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi - şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab - kim birinci girdi :)Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).O biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər :(Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!Görməli yerlər:Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.Tehran-Gülüstan sarayı - İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10-Tehran Bazarı - çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10-Azadi Tower - şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10-Miladi Tower - dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10Təbriz-Təbriz Böyük Bazarı - dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10- Azərbaycan Muzeyi - sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10-Göy Məscid - çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10-Kəndovan - Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10-Eynəli - Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10-Saat Meydanı - tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş - 10/10Təbriz ya Tehran - şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında "xarakiri" edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi - “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.Türklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə" , "Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim - cənub ləhcəsində). Gedin, siz də söyün :)P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toghrul Alakbar 

1160 dəfə oxunub

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

2692 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

3687 dəfə oxunub

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courcheveldəki bütün otel, apartament və hostelləri  bu linkdən book (bron) edə bilərsiz.Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi ???? Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim ????İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl ???? Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! ????https://youtu.be/9akAWlQOd8k?t=4Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır ????Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.https://youtu.be/obL8XsGw4GA Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1175 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!