840 dəfə oxunub

Pisaya getməlimi, getməməlimi?!

Demək hələ bilmirəm necə yazacam necə qruplaşdıracam sırf test kimi yazıram, əgər hansısa ideanız, əlavəniz, “bu artıqdı” dediyiniz bir şey varsa mənə mütləq yazın. Çox çox sevinərəm.  Ehmm.. ???? Başlayıram.

Professor imtahana kitab seçimini bizə buraxanda baxıram ən az səhifəli kitab hansıdırsa onu seçirəm. Bu şəhəri seçməyim də bir az ona oxşadı.
Pisa!
Bu əyri binanı məncə çox-çox adam tanısa da “mütləq getməlisiz!” dediyim bir şəhər deyil. Düzü heç şəhər deyil ora mənə görə. Mikrorayon kimi bir yerdi.
Və bu məşhur binadan başqa heeeeç nəyi yoxdu desəm inanarsız?
Bina haqqında sizin wikipediadan da tapa biləcəyiniz məlumatları yazmaq istəmirəm.
Bina tikiləndə sadəcə kilsə zəngi üçün nəzərdə tutulub, torpaq əyri olduğundan sürüşməyə başlayıb. Ən maraqlısı isə son 800 ildə bina hər il 2 millimetr sürüşməyə davam edir. 
Burdakı gəzintimizlə bağlı isə onu deyim ki, getməyimizə peşman deyiləm amma getməsək də olardı. Bir şeydə özümə molodec deyirəm ki, 1 gün heç ayırmamışdım bura 8-9 saat ayırmışdım amma siz getsəniz 3-4 saat edin bu vaxtı.
Qatarla Romadan çıxdıq üzü şimala doğru və ilk dayanacağımız bura oldu. Qatardan düşdüyümüz andan avtobusa mindiyimiz ana qədər yağış kəsmədi (arada 1-2 saat kəsdi). Biz də gəldik, qülləni gördük, bir-iki dənə əlimizi elə tutduq ki, guya biz əyirik, guya əyilməyini qoymuruq kimi şit-şit şəkillər çəkəndən sonra gördük ki, elənəcək başqa heçnə yoxdu, yağışın da heç azalma kimi bir niyyəti yoxdu, yaxınlıqdakı otellərə üz tutduq. Bir otağa 5-6 saatlığına 150 Euro deyəni kim, 100 Euro deyəni kim, axır 2 otağın hərəsini 40 Euroya danışdım (2 fərqli ailə idik) girdik otağımıza. Sumkalardakı bütün paltarlar yaş olmuşdu, onları sərdik qızdırıcıların üstünə. Mamam və qardaşım otağa girəndən çıxana qədər yatdılar. Mamamın rəfiqəsi ilə mən gördük yağış kəsib biraz dedik çıxaq gəzək bəlkə görüləsi başqa yerləri var.

Gəlməmişdən çox araşdırma eləmişdim hər şəhər haqqında, (həmişə araşdırma eləməyi xoşlayıram), hamı yazmışdı ki, orda Pisa qülləsini görməkdən daha vacibi Panini yeməkdi. Paninin də şəkillərinə baxıb “pff kolbasa çörəyi bizə başqa adnan sırıyırlar” dedim hələ. Nəysə, üz tutduq bekarçılıqdan həmin bu Paninisi məşhur yerə. Oh My God! O necə dad idi elə. Yəni mamam oxusa yüz faiz deyəcək artırıram, mənim amma yediyim ən dadlı kolbasa çörək idi (yenə də kolbasa çörək statusundan çıxmır o :D) . Qiyməti hardasa 5-6 euro idi səhf eləmirəmsə, içərisinə neçə cür pendir, neçə çür ət (mal əti, donuz əti və s.), göbələklər və başqa tərəvəz növləri + müxtəlif souslar əlavə edirlər. Çörəyi biraz bərk olur, amma dadını çox bəyənmişdim.
Lokal mağazaları elə çox yoxdu, elə daha çox suvenirlər restoranlar idi. Bir də yarmarka tipdə bazarı olurmuş amma biz gedən vaxt havaya görə qurulmamışdı o.
Axşam otelimizdən çıxdıq getdik avtobusumuza, Florensiyaya doğru.. .
.
Panini aldığımız məkanın adı L'Ostellino

Romadan Pisaya gedən qatara 17 Euro vermişdik adambaşı. 2 saat 20 deqlik məsafədə idi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nigar Sani

DİGƏR BLOQLAR

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

619 dəfə oxunub

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part II)

Salam hər kəsə.İki dəfə qrupda Liberya haqqında paylaşım etmişdim və onlarla oxuyucu daha da ətraflı yazı istəmişdilər.Bu dəfə ümumi deyil, iki yer haqqında məlumat paylaşmaq istəyirəm.Onlardan birincisi Ducor oteldir.1960-cı ildə Monroviyanın ( Liberyanın paytaxtı) ən yüksək mövqeyində tikilmiş Dukor otel dövrünün ən lüks oteli olub və şəhərin ən hündür tikilisi ünvanını alıb. İllərlə fəaliyyət göstərib. O dövr elə də bəsit olmayan bir qurğu- liftə malik möhtəşəm tikili əgər istifadəyə yararlı olsaydı hal-hazırda da analoqsuz bina olardı...Xalq arasında Qəddafinin oteli olaraq tanınır.90-cı illərdə ölkədə baş verən daxili müharibə binanı istifadəsiz hala gətirib. Yenə yerlilər arasında Qəddafinin restobrasiya edəcəyi danışılsa da, onun ölümü bu planı həyata keçirməyə imkan verməyib.Artıq dağılmaq üzrə olan bina məhdud turistlərin girişinə icazə verilən bir məkan olub.İnanın çox fərqli aurası var.Heç indi elə proyektlə bina inşa edə bilmirlər.Ki, o binanı da britaniyalı mütəxəssislər, Rumıniya və İsrail proyektinə əsasən tikiblər.Çəkiliş üçün icazə verilmirdi. Ona görə ancaq şəhərin görüntüsünü çəkdiyim foto, içəridən də bir foto paylaşdım. Bir də hal-hazırda belə ölkədə liftin barmaq sayı qədər olduğunu düşünsək tikilini Afrika üzərindən analiz edirəm... İkinci məkan şəhərin ən reytinqli səmti olan Sinkorun ara məhəllələrindən biridir.Mərkəzdə belə bir qəsəbənin varlığı bizə artıq təəcüblü gəlmir.Düşünə bilərsiniz ki, Azərbaycanda da bənzər yerlər var. ( inanın o qədər olanı yoxdur) Ancaq müqayisə üçün deyim ki, Monroviyanın ən azı 60-70 faiz yerləri belədir... ( "Teneke" evlərin sayı isə 70%-dən də çoxdur)Niyə məhz o qəsəbəni çəkmişəm? Körpü tikmək üçün bizdən maddi yardım istəmişdilər. Yox deməmişik. Körpü tikən məhəllə sakinlərinin yemək və tikinti vəsaitlərini qarşıladıq. Özləri təmənnasız işləyirlər. Əvvəlcə dövlətə müraciət ediblər, ancaq qarşılıq almayıblar...Biz də inşaatın başladığı gün izləmək üçün getdik.Bitdiyi halını da profilimdə paylaşaram yəqin.Baxıb, halımıza şükür etməyimiz üçün paylaşmadım, sizə də belə bir şey yazmayacam...Mənə maraqlı gələn onların yaşantılarına rəğmən əksər vaxt yüksək əhval-ruhiyyədə olmalarıdır.Musiqiləri pozitivdir.Geyimləri rəngarəngdir.Bu gün dekor üçün qara parça almağa bizim "Sədərək ticarət mərkəzi" kimi bir bazara getmişdik.(əslində Sədərəyə bir az haqsızlıq oldu, konalizasiya sularının küçədən axdığı bir səmt ilə müqayisə) O qədər parça mağazasının arasında bir ya iki mağazada qara parça vardı...Liberiya həyatının hər iki üzünü instagramda tez- tez paylaşıram.Profilimi hər kəsə açıq etmişəm. (Linki rəydə paylaşaram) Arzu edənlər izləyə bilər. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.PS: Fotoları yükləyəndə qarşıma musiqi alətləri "sasa"nın fotoları çıxdı. Videoları təəsüf ki, silmişdim paylaşa bilmədim. İçi oyulub, qurudulmuş boranıdan hazırlanır...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnare Memmedova

982 dəfə oxunub

Hindistan - Ahmedabad

Əhmədabaddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Әziz vә hörmәtli gәzәyәnlәr!Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların "Увидеть Париж и умереть" cümlәsindәki Paris mәnim üçün Hindistan idi ????"Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!" düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. "Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!" , "hәr tәrәf zәhәrli ilanlardı", "birdәn üstünә fil hücum çәksә?!" ???????? ,"bәlkә yaxın yerә gedәsәn?" , "öz ailәn olar,gedәrsәn!" kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә "Hindistan kimi ölkәlәr" adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları :D vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm :D Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- "Bu gün ilә yaşa. Karmaya inan!" Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, "Namaste" deyib salamlayırlar insanı. Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! "Ailә qurarsan, gedәrsәn", "pulun çox olar gedәrsәn" kimi tövsiyyәlәrә aldanmayın,bәzәn "utopik" olmaq sizin xeyirinizәdir ????Sevgiylә qalın!❤Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayshan Gurbanali 

680 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 3)

Ngorongoro, Tanzaniya III Afrikada safari. Aruşada qaldığımız The Charity Hotel-dən səhər tezdən saat 05.00-da yola çıxdıq. Yol o qədər gözəl idi ki, Serengeti, Ngorongoro, gərgədan, fil, antilop, aslan yaddan çıxmışdı, ancaq təbiətin gözəlliyinə baxırdıq. Təxminən iki saat sonra Lake Manyara Milli Parkına açılan gözəl mənzərəsi ilə tanınan və Masai qəbilələrinin evləri şəklində tikilən Panorama Safari Camp-a gəldik. Kampın çox böyük ərazisi var və təbiətin tən ortasında yerləşir. Həm də əsas böyük Milli Parklara gedən qrupların başlanğıc yeridir. Sanki National Geographic TV-nin içində idik. Burada ayrı-ayrı qruplar birləşib səhər yeməyi yedikdən sonra Serengeti, Ngorongoro və Lake Manyara-ya döğru yola çıxırlar. Biz də sürücü-bələdçimiz, iki çex və iki fransızla birlikdə safari avtomobilimizlə Ngorongoro kalderasına doğru yola çıxdıq. Yola çıxmadan əvvəl kampın ərazisinə 30 nəfərlik babun ordusu hücum etdi, zibil qutularında və ətrafda yeməli olan hər şeyi apardılar. Artıq insanın heyvanlara hökm edə bilmədiyi yerdə olduğumuzu anladıq. Təxminən 1 saatlıq maraqlı yoldan sonra ərazisi bizim 10 rayonumuz qədər olan Milli Parka çatdıq. Ərazi sıx və nəhəng ağacları olan ekvatorial meşəliklərlə başlayır, təxminən 35 dəqiqə sonra kaldera görünür. Bu bəlkə də bir insanın həyatı boyunca görəbiləcəyi ən gözəl təbiət mənzərəsi idi. Əvvəlcədən bizə verilən durbinlərlə baxmağa başladıq. Aşağıda “Lake Magadi” gölü ətrafında otlayan minərlə antilop, zebra sürüləri, aslanlar, gərgədanlar, hippoptamlar və adlarını bilmədiyim digər heyvanlar görünürdü. Qısa fasilədən sonra bu dəfə üzüaşağı kraterə doğru 600 metr aşağı düşdük. Əvvəlcə meymunlar, meşənin ortasında tək otlayan böyük bir fil, sonra çöl donuzu ailəsi gördük. Gölə yaxınlaşdıqca minlərlə antilop, tompson, eland, zebra sürüləri ilə qarşılaşdıq. Sürülərin içindən keçirdik və heyvanlar qaçmırdı. İstədiyimiz qədər şəkillərini çəkdik. Bəziləri sığallaya biləcəyimiz qədər yaxınlaşırdı. Sonra qarşımıza ova hazırlaşan çita çıxdı. Əvvəlcə antiloplara, sora isə “tompson”lara yaxınlaşdı, lap yanımıza qədər gəldi, ancaq deyəsən tox idi, dramatik ov səhnəsini görə bilmədik. Aslanları isə yüksək yerdə ov yeməklərini yeyib dincələrkən gördük. Gölün ətrafında tək ov edən aslanı da müşahidə edə bildik. Kaftarlar, çaqqallar isə hər yerdə idi. Lake Magadi gölünün lap yanına çatanda birdən-birə hər yer ağ-qırmızı rəngə boyandı. On minlərlə flaminqo. Bu mənzərədən ayrılmaq çox çətin idi. Flaminqoların arasında isə böyük hippoptamlar (begemont) bataqlıqda dincəlirdilər. Daha sonra yaşlı fillərin bol olduğu əraziyə gəldik. Bələdçinin dediyinə görə fillər buraya son günlərini keçirmək üçün gəlirmiş. Bu haqda sənədli film də var. Həqiqətən də fillərdən biri lap yaxınımıza gəldi, çox qocalmışdı, dərisi, xortumu tamamilə qırışmışdı. Sonra iri Afrika kəllərinin (African buffalo) və gərgədanların otladığı ərzilərə gəldik. Bu heyvanların qorxusundan ətrafda aslan, çita görünmürdü. Xallı kaftarlar isə fürsət gözləyirdilər. Hər tərəf tanımadığımız tanımadığımız gözəl səslər çıxaran və rəngarəng quşlarla dolu idi. Katib quşu, boz taclı quş, ət yeyən müxtəlif böyük quşlar isə lap yanımıza qədər gəlirdilər. Günorta saatlarında bizim kimi digər qruplar da Ngoitokitok gölünün yanında piknik etmək üçün toplaşır. Biz yemək yeyərkən göldə begemontlar üzür, ətrafımızda antiloplar, zebralar otlayır, yuxarıda isə vəhşi quşlar yeməklərimizi əlimizdən almaq üçün uçuşurdular. Bir anlıq boşluqdan istifadə edən bir quzğun Parviz-in yeməyini əlindən alıb apardı. Böyük bir marabu quşu isə bizdən qorxmadan yanımıza gəlib yemək istəyirdi. Axşama doğru Milli Parkın çıxış qapısına yaxınlaşdıq. Bələdçi çıxış üçün aşağı düşməli idi və bizə bərk-bərk tapşırdı ki, pəncərələri açmayın, özü isə örtmədən aşağı düşmək istəyirdi ki, bir neçə saniyə ərzində ətrafımız onlarla babun mühasirəyə aldılar. Böyük bir babun içəri girdi, sürücünün çantasını əlindən aldı, yeməli şeyləri götürdü, çantanı da adamın təpəsinə çırparaq uzaqlaşdı. Biz isə əvvəl heç vaxt duymadığımız gözəl hisslərlə Afrikanın İsveçrəsi-Aruşa şəhərinə doğru yola çıxdıq. Məni Instagram-da və YouTube-da izləyə bilərsiniz: https://www.instagram.com/elshan_travelblogger/https://www.youtube.com/watch?v=t6Vm7GDdLzo&t=97s#uçmaqüçündoğulanlar #evisatanzania #safari #klimancaro #visittanzania #borntotravel #tanzania #arushatanzania #zanzibar #serengetinationalpark #ngorongoro #tarangire #lakemanyara #kilimanjaro #Africa #africasafari #rhinos #hippopotamus #Lions #elephant #cheetah #buffalo #antelope #hyena

588 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!