734 dəfə oxunub

Fransa - İsveç səyahəti

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Biraz uzun olacağ amma mütləq oxuyun????
Fransa????????& Sweden????????????

İlk öncə ????Paris????

Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower"????idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şou da ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gedilesi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????.Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış Lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilersiz????.

40099472_2009363389083992_7929204597074165760_n

Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil????. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz(1saat 40 dəq)???? "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənə də olsun tualetin olmaması. Səbəb isə Kral ve ziyalı ailesi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər və bunu xadimələr təmizləmədilər. Buna görə də illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki.  Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir . Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu Bağ bir sözlə "Möhtəşəmdir"????. Gecə əyləncələri və diskoteka clublar da öz yerində. 

40065073_2009363299084001_7797718180511612928_n
Qeyd edim ki mən layihə ilə getmisdim amma reklam xarakterli olmasın deyə adını yazmıram.
Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ????

İngilis dilində anlayışım olsa da danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı hec bir zaman unutmayacağam????.

2) Keçək Sweden-Stockholm????

Bu ölkədə isə təmtək gəzmişəm ????Gəzintiyə baslamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm????????

İsveç ???? ümumilikdə məndə xoş təəssürat yaradan ölkə. Ölkənin 70%-i ağaclardan və 11 adanı birləşdirən ölkə. Milləti havası kimi soyuq olsa da, lazımı anda insana kömək eləməyi bacaran bir xalqdır . İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura Avropanın ən az siqaret çəkilən ölkəsidi.Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirler. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur.Qeyd edimki 1 həftəlik Sel Kart turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbəttə daha çoxdur amma rəng xətti olaraq 10 rəngdi. Hamısında information işləyən işçilər var turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu.Avtobusları gecə də işləyir.
Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olar ki.
Gəziləsi yerlərdən ən başda gələn Təbii ki Wasa Gəmi Museyidi????
1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 Ton ağırlıqında və 70 metr uzunluğunda Gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən daha da çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən Tarixi muzeyidir.????

the-vasa-museum_rectangle

Daha sonra Gamla Stan????
Gamla Stan . 13cü əsrdə qurulan bu yer ən köhnə şəhəri. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizimin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki millətə xeyri faydası toxunan hər bir icada görə həmən adama onun adına mükafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya, Fizika və s) verilir. Çox uzun uzadı danışmayım artıq????
Ölkədə Təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusən də Konya Kulu-ları.
Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ???? Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Isgenderli

 

DİGƏR BLOQLAR

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

707 dəfə oxunub

Dağ turizminin mərkəzi - Durmitor Milli Parkı

Montenegronun çimərliklərindən və sıx şəhər həyatından yorulanlar üçün Balkan səfərinin ən möhtəşəm hissəsini təqdim edirəm.Durmitor Milli Parkına Budva və Kotordan xüsusi turla gedə bilərsiniz amma bu turlar müəyyən marşurut və vaxt çərçivəsində olacaq. Daha rahat gəzmək üçün kirayə avtomobil götürmək şərtdir.Yol. Budvadan Durmitora iki cür getmək olar. Məsləhət gördüyüm yol nisbətdə biraz uzaq ancaq çox maraqlıdır. Budvadan başlayan yol Skadar gölünün üzərindən keçir. İki saat vaxt ayırıb göldə qayıqla gəzə bilərsiniz. Gəzinti müxtəlif qiymətə təklif olunur, bazarlıq edib qiyməti rahat endirmək mümkündür. Eləcə də yaxınlıqdakı şərab mağazasından müxtəlif növ şərablardan seçib ala bilərsiniz. Qiymət normaldır. Daha sonra paytaxt Podgorica şəhərindən keçib Moraca və Tara kanyonları ilə möhtəşəm mənzəni seyr edə edə Djurdjevica körpüsünə tərəf hərəkət edirsiniz.Zipline. Djurdjevica körpüsündə uzunluğundan asılı olaraq 3 növ zipline mövcuddur. Ən uzunu 1050 metrdir və qiymətlər 20-30 avro arası dəyişir.Rafting. Rafting üçün iki seçiminiz var, Djurdjevica körpüsünün yanında və Bosniya ilə sərhəddə Tara və Piva çaylarının birləşdiyi yerdə. Birinci seçim nisbətən asan və 55 avrodan təklif olunur. Qiymətə rafting və səhər yeməyi daxildir. Daha həyəcanlı rafting yaşamaq üçün ikincini məsləhət görərdim. 45 avroya gözəl mənzərəli yerdə raftinglə yanaşı dadlı səhər və günorta yeməyi təklif edirlər. Hətta sizi rakie adlanan yerli içkiyə qonaq edirlər. Sükan arxasında olanlara da bir rumka (və ya kiçik pivə bakalı) ilə birşey olmaz  Müəyyən promilə qədər icazə var. Ümumiyyətlə Montenegro yollarında polis görsəniz maşını saxlayıb şəkil çəkdirin. Bir də görüb görməyəcəyiniz məlum deyil)Gecələmək. Qalmaq üçün Zabljak qəsəbəsini məsləhət görürəm. Günlük 20-30 avroya kirayə evlər tapa bilərsiniz. Dadlı və normal qiymətə restoran kimi Podgora restoranını məsləhət görürəm.Crno Jezero. Zabljakda ev tutdunuzsa buradan 1-3 km məsafədə Durmitorun mirvarisi Crno Jezero'ya (Qara göl) gedə bilərsiniz. Göl ərazisinə giriş 3 avrodur. Ancaq gölə gedən yolda sola ayrılan nisbətən kiçik, bir maşınlıq digər yol görəssiniz. Həmən yol ilə axıra qədər gedib daha sonra çığırla meşəliyə daxil olub çay üzərindəki taxta köpüdən keçməklə göl ərazisinə havayı daxil ola bilərsiniz. Gölün kənarındakı restoran və canlı musiqi var.Əgər kirayə avtomobil götürmüsünüzsə və rafting üçün ikinci varinatı seçmisinizsə onda sizi möhtəşəm dağlıq yol gözləyir Ancaq nəzərə alın ki, əgər mühərrik ölçüsü kiçik olan avtomobil kirayə götürmək fikrindəsinizsə çalışın mexaniki sürətlər qutusu ilə olsun. Çünki yolda sizi çoxlu eniş və yoxuşlar, eləcə də sərt serpantinlər gözləyir. Zabljakdan Piva su anbarına iki yolla getmək olar. Yaxşı olar ki, videoda göstərdiyim yolu gedəsiniz və yolüstü Sedlo zirvəsini və Montenegronun ən hündür zirvəsi Bobotov Kuk'u görəsiniz. Qayıdarkən isə digər yolla qayıdıb Susicko gölünə də dəyə bilərsiniz. Bundan başqa sizi yol boyu üzü mənzərəyə oturub dərindən nəfəs alıb ruhunuzu dincəldəcəyiniz çoxlu sayda taxta oturacaqlar gözləyir. Bu yolların ensiz sərt döngələrdən və dolaylardan ibarət olduğunu unutmayın. Təcrübəniz azdırsa yaddan çıxarın. Çünki yolda birşey olsa köməyin nə vaxta gələcəyi məlum deyil.Meandri Cehotine Viewpoint. Əgər siz də "bura kimi gəlmişkən Çexotina çayına da dəyim" deyirsinizdə nəzərə alın ki, Tara körpüsündən 52 km enişli yoxuşlu yol gedir. Xəritə sizə qısa yol kimi aşağı yolu göstərə bilər ancaq o yol təmirdədir və belə görünür ki, hələ bir müddət bağlı olacaq. Əgər hər halda getmək fikrinə düşdünüzsə Otilovici su anbarına çatandan sonra 3-4 km də gedib meandrı göstərən "plakat"dan sağa dönub torpaq yolla 500-800 metr getmək lazımdır. Özünüzlə yemək və içməyə birşeylər götürsəniz əla olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azer Hasanov

904 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

3623 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

597 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!