1704 dəfə oxunub

Estoniya bələdçisi

Estoniya ????????

Estoniyaya olan səfərim iki şəhərdən ibarət idi. Tartu və Tallinn.

İlk öncə Tartu haqqında yazmaq istəyirəm.

Demək, Tartu çox balaca və hər tərəfinə piyada gedə biləcəyiniz, şəhər mərkəzində hər şeylə təchiz olunmuş qədimi və bir o qədər də marağlı şəhərdi.

Şəhəri tələbə şəhərciyi də adlandırmaq olar. Çünki yaşayan əhalinin 70%-i gənclərdi. Post-sovet ölkəsi olmağına baxmayaraq, Estoniyada rus dilindən demək olar ki, istifadə olunmur.

54728699_2228900363862513_6567433371327135744_n

Tartunun qədimi küçələri, rəngarəngliyi çox maraqlı olduğu qədər, gecə həyatı da bir o qədər maraqlı və əyləncəlidi. Çünki bütün barlar və klublar, demək olar ki, yanbayan yerləşib. Klub və barlarda, əsasən, tələbələrin olması da, şəhərin gecə həyatını bir o qədər əyləncəli edir.

Tallinnə gəldikdə isə, sözlə ifadə edilməz dərəcədə gözəl, rəngarəng və qədimidir.
İkinci dünya müharibəsi zamanı Pri-baltika ölkələrinin içərisində ən az dağıntı olmuş ölkə olması, Estoniyanın qədimiliyini qoruyub-saxlamasına kömək olmuşdur.

Tallinn dənizə çox yaxın yerləşdiyinə görə, Bakı kimi küləkli şəhərdir.

Ümumiyyətlə, estonlar çox gülərüz və istiqanlı millətdi. Yəni səyahət etmədən öncə düşündüyüm, latışlar kimi soyuq olacaqları idi, amma estonlar xoşgörüşləri ilə bu fikrimi alt-üst etdilər.

56164131_2228900470529169_8210025510395183104_n

Tallinndə olarkən Provaslav kilsənin önündən keçirdim və gördüm ki, içəri çox insan girir, düşündüm ki, muzey kimi fəaliyyət göstərir.
Mən də axına qoşulub içəri daxil oldum. İçəridə hər kəs şam alıb, yandırırdı.
Bir az irəlilədikdən sonra, gördüm ki, qarşıda bir rahib oturub yanında da iki nəfər onun köməkçisi dayanıb və rahib nəsə dini bir mətni musiqili şəkildə şərh edirdi. İnsanlar da onların qabağında dayanıb, başlarını əyib-qaldırırdılar. Sanki ayin keçirilirdi.

Bir az daha irəli getdim və özümdən xəbərsiz şəkildə bir sırada dayanmışam. Sıra isə, başqa bir rahibin insanların başına örtük keçirib başlarını sığallaması və qulaqlarına nəsə pıçıldaması ilə sonlanır. Heç nədən xəbərim olmadığına görə, sırada dayanıb o biri rahibin nə oxuduğuna qulaq asıb, insanlara tamaşa edirdim.
Sən demə sıra mənə çatıb və başımı o biri Rahib tərəfə çevirdiyimdə gördüm ki, mənə baxır və gəlməyimi gözləyir. Mən də söhbətin fərqinə varıb, yavaş-yavaş heç nə olmamış kimi aradan çıxmağa başladım 

Başıma gələn daha bir maraqlı hadisə isə, Tartudakı hostelimdə oldu.
Hosteldə mənim yatağım 3-cü otaqda olan birinci yataq idi və açarımın üzərində belə də yazılmışdı. Səhər ayılmışam, saat təxminən 6dı. Durub getmişəm mətbəxə ki, kofe içim. 1 saat sonra Tallinnə yola düşəcəm. Otaqdan nəsə lazım oldu, otağa getdim. Bir də gördüm bir nəfər otaqda qırğın-qiyamət salıb. Mən yatan yer sən demə həm də bunun yeri imiş. Yaxınlaşıb dedim sakit ol, məsələni anlayaq. Açarları qarşılaşdırdıq ki, ikimizin də açarının üzərində eyni yataq, eyni otaq yazılıb. Qeydiyyat şöbəsində oturan işçini çağırdıq. Üzrxahlıq bildirdi, dedi mənim səhvimdi, elə-belə, çox yubanmayıb hosteli tərk etdim.

Sonra isə heç gözlərinin yaşına baxmadan, bookingdə 1 ulduzla kifayətləndirdim onları!

Ümumən isə Estoniya səfəri çox maraqlı oldu 

55509708_2228900537195829_3407664221293379584_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Samir Aziz

DİGƏR BLOQLAR

Hind okeanının incisi - Şri-Lanka

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər vaxtınız xeyir, Gəzəyənlər!Srilanka, Kandy-dən yazim sizlərə. Biz Kandy-yə Negombodan ( airporta daha yaxındır) avtobus ilə gəldik. (Cəmi 1$, rahat gəldi 3 saat yarıma, çoxlu turistlər də var idi bizimlə bir yerdə).Negomboda yalnız bir gecə qaldıq, the worst experience in Sri Lanka deyə bilərəm Negombaya, amma gəlin gözəl xatirələrdən danışaq ona göre Kandy. Kandy-yə plansız, bələdçisiz, heç bir hazırlıq görmədən (yalnız bookingdə xoşumuza bir otel gəlmişdi, qərara gəldik ki, yerindəcə gedib yoxlayaq) gəldik. Elə avtobusdan düşər- düşməz artıq tuk-tuk sürücüləri turistləri çağırırlar, bizi bir tuk tuk sürücüsü otelə apardı elə yolda başa saldı ki, bizə city tour edə bilər cəmi 2500 lkr bu da eliyir hardasa 14$. Razılaşdıq sabah səhər gəlib oteldən bizi götürməyə. Elə həmin gün bir neçə yerə Kandy lake və ya City Point View- a otelimizə yaxın olduğu üçün baş çəkmək qərarına gəldik, mindiyimiz hər tuk-tuk sürücüsü city tour təklif edirdi. Demek olar hamisi eyni qiymət təklif edir (2500-3000 lkr) Əgər Kandy-də 2-3 gün qalmağı düşünürsünüzsə elə bir tuk-tuk sürücüsü ilə danışın hər dəfə onunla əlaqə saxlayın o eləcə sizi ucuz lazım olan yerlərə aparacaq hələ sizi də gözləyəcək.Kandy-də must see yerlər:-Kandy Royal Botanic Gardens Peradeniya ( yer üzündəki cənnət, çox fərqli bitkilər hər növ, əsrarəngiz təbiət və şirin meymunları görmək istəyirsinizsə mütləq mütləq mütləq baş çəkin) 2-3 saat gəzməyə bəs etmir, giriş xaricilərə 1500 lkr 8,5$-Pinnawala Elephant Orphanage - filləri görüb, onlarla oynayıb, onları yedizdirib, cimizdirmək istəyirsinizsə bura mütləq baş çəkin, Elephant riding də var ( mən onu dəstəkləmədiyim üçün bundan yan keçməyi məsləhət görürəm, yalnız şəkil çəkdirmək üçün olar) fərqli paketlər təklif edirlər, biz 4000 lkr götürdük adam başına 23$ hardasa 45 dəq, üstəlik 2 paket banan da verdilər.-Tea factory and tea Plantation (Kandy-dən uzaq olduğu üçün bunu ikinci günə saxlamağı məsləhət görürəm, məşhur branded Ceylon çaylarının necə əkilib becərildiyini və hazırladığını görmək mümkündür) Nuwareliya yolunda yerləşir, əgər Nuwaeliyaya da gedəcəksinizsə yolda elə baş çəkib baxmağı məsləhət görürəm.-Buddha temples (Big Buddha, Tooth Relic Temple) buddizm mədəniyyətini və monkları görmək istəyirsinizsə bura baş çəkin) big Buddha giriş 1,5$, Tooth Relic giriş 8,5$-Spice&Herbal garden Ayurveda Kandy- ayurvedic yağların və dərmanların satışı ilə məşğuldur, yerli camaatın dediyinə görə local marketdə olan qiymətdən 2-3 qat daha baha satılır. Giriş pulsuzdur, çoooox gözəl məhsullar satılır amma.-City Point View,Kandy lake bunlar isə Kandy-nin təbiətinə heyran olmaq üçün gedə biləcəyiniz yerlərdir. Giriş pulsuzdur.Qeyd: dolları yerli pula dəyişməyiniz mütləqdir ki, dollarla çox uduzarsınız. Hər deyilən qiymətə razı olmayın həmişə qiyməti aşağı salmağa çalışın, çünki turistləri görüb daha çox qiymət deyirlər. Milli mətbəxləri acılı olur, düzü mən acılı sevirəm yalnız, Srilanka mətbəxini heç sevmədim. İnsanları gülərüzdür, yalnızca turistlərə yem kimi baxırlar, bacardıqları qədəri ilə almağa çalışırlar, mən məsələn Hindistanda belə bir şey görmədim. Burda çox təəccübləndim, düzü heç xoş bir şey deyil. Hər xırda köməyə dilənçi kimi pul istəyirlər ( məsələn yolu göstərməyə, hər hansı bir sualı soruşanda və s)Overall, must see ölkələrdən biridir, qiymətlər daxildə çox ucuzdur, göz oxşayan təbiəti, fərqli fauna və florası var, fərqli dinlər (buddhist, müsəlman, xristian) və dinlərə uyğun fərqli mədəniyyətləri var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turana Aydin

1387 dəfə oxunub

Ölü dəniz - Fəthiyə bələdçisi

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Bu gün sizə Fəthiyə / Ölüdəniz bölgəsi yönündə bir az məlumat verəcəm. Gələcəkdə getmək istəyən olsa, məlumatlardan faydalana bilər, deyə düşünürəm.İlk öncə deyim ki, Fəthiyə bölgəsində Antalya və ya Bodrumdan fərqli olaraq gecə həyatına üstünlük verilməyib. Yəni ki, səyahət məqsədim sırf gecə həyatidir, deyirsinizsə qeyd etdiyim bölgələrə getməyinizi məsləhət görərdim. Bura ailəvi və ya cütlük şəklində gəlmək üçün ideal məkandir. Turistlərin böyük bir qismi alman və ingilislərdir. Ərəb turist çox nadir hallarda önünüzə çixar. Bunu da bölgənin daha bir müsbət cəhəti kimi saymaq olar məncə). Qeyd edim ki, bizim vətəndaşlar da Fəthiyə bölgəsinə səyahət etməyə üstünlük vermir. Qiymətlərmi bahadır deyə, yoxsa tanış bir məkan deyil, onu deyə bilmərəm =). Məsləhətdir ki, pulunuzu dollara çevirib orada TL edəsiniz. Bu yol daha sərfəlidir. İlk öncə marşrut xəttindən başlayaq. Öncədən planlaşdırılmış səyahətdirsə, o zaman bir neçə ay qabaqdan Buta airways vasitəsilə büdcənizə uyğun Baki-Antalya biletini əldə edə bilərsiniz. Yox əgər səyahət zamanı yaxınlaşan vaxt hər hansı problemin yaranması nəticəsində biletin boşuna gedəcəyini düşünürsünüzsə, avtobus köməyinizə çatar.Mənim marşrutum Baki-Tiflis-Antalya-Fəthiyə kimi oldu. İstəyə əsasən Naxçıvan ərazisi tərəfdən də ölkəyə daxil ola bilərsiniz. Səhv etmirəmsə Bakı-Naxçıvan aviareysi 50 AZN civarındadır. Ordan sərhədi keçib Ege bölgəsinə gələn istənilən avtobusa minə bilərsiniz. Çoxlarının da bildiyi kimi Baki-Tiflis avtobusu Bakı avtovağzalından axşam saatlarında çıxıb, səhər Tiflis avtovağzalına çatır. Gediş saatı təxminən 9 saatdır. Qiymət isə 15 AZN-dir. Tiflisdə vaxt itirməmək üçün Tiflis-Antalya avtobus biletini öncədən proqram vasitəsilə almağınızı məsləhət görürəm.Bileti obilet.com saytından 300 TL qiymətinə əldə edə bilərsiniz. Öncədən deyim ki, avtobus ilə Türkiyə ərazisində səyahət etmək çox yorucudur. Bəlkə də aranızda bəziləri bundan həzz ala bilər, amma bu mənim şəxsi fikrimdir). Avtobus yolboyu bir neçə dəfə yemək fasiləsi verir. Gürcüstan ərazisindəki kafelərdə həm AZN, həm də TL kimi ödəniş etmək mümkündür. Eləcə də Türkiyə ərazisindəki kafe dayanacaqlarında gürcü larisi ilə rahat ödəniş edə bilərsiniz. Tiflisdən Antalya otogarına avtobus təxminən 30 saata çatır.Çatdıqdan sonra vəziyyətə uyğun olaraq Antalyada gecəliyə bilərsiniz. Bunun üçün şəhər mərkəzində uyğun qiymətə otel və hostellər var. Və ya Fəthiyə avtobusunun gediş saatına müəyyən bir zaman varsa şəhəri gəzmək imkanınız da var. Otogardan şəhər mərkəzinə həm tramvay, həm də avtobus gedir. Bir neçə saatlıq gəzinti üçün nəqliyyat kartı almağa dəyməz. Kiməsə nəğd şəkildə ödəniş edin sizi keçirəcək. 1 həftədən çox qalmaq fikriniz varsa nömrə almağınızı məsləhət görürəm. Yeni alınan nömrədə sizə kifayət edəcək qədər internet trafiki hədiyyə olunur. Antalya-Fəthiyə biletini də online şəkildə almağınızı məsləhət görürəm. Biletin qiyməti 36 TL-dən başlıyır. Yol boyu sizi möhtəşəm mənzərələr gözləyir. Məsafə isə təxminən 3 saat civarındadır. Gəldik çatdıq Fəthiyə bölgəsinə =).Fəthiyə bölgəsində qiymətlər çox bahadır. Ona görə də önləminizi öncədən görün. Nəbadə bankomatdan pul çıxarasınız, adamı soyub talıyır)). İstəyə uyğun olaraq ya Fəthiyə mərkəzində, ya da Ölüdəniz bölgəsində otel bron edə bilərsiniz. Bunun üçün də booking.com applikasiyası sizə kömək edəcək. Otel qiymətləri Ölüdəniz bölgəsinə yaxınlaşdıqca artır. Məsləhət görərdim ki, Oteli Hisarönü deyilən ərazidə bron edəsiniz. Ərazi mərkəzlə dəniz arasının düz ortasında yerləşir. Ətrafda isə hər cür restoran və market var. Eləcə də, demək olar ki, bütün türk banklarının bankomatı var. Ehtiyacınız olduğu təqdirdə istifadə edə bilərsiniz, amma yenə də məsləhət görmürəm)).Fəthiyə mərkəzindən qeyd etdiyim əraziyə qisa zaman aralığıyla dolmuşlar gedir. Eləcə də, Hisarönü ərazisindən Ölüdənizə dolmuş vasitəsiylə rahatlıqla gedib qayıda bilərsiniz. Büdcə cəhətdən sıxıntı çəkənlər Ölüdəniz bölgəsində yerləşən yeganə hostel olan "Ölüdeniz hostel"də də gecəliyə bilərlər. Hostel personalının bir tərəfi Azərbaycanlı olduğu üçün xüsusilə bizim ölkədən gələn turistlərə mehriban şəkildə yanaşırlar. Eləcə də gecələr toplu şəkildə ayrı-ayrı ölkələrdən gəlmiş turistlər oturub söhbət edərək, bir sıra oyunlar oynayaraq, sizin tətilinizi daha da rəngarəng edə bilər. Ən azından onlarla ünsiyyət saxlayaraq ingiliscənizi müəyyən qədər inkişaf etdirə bilərsiniz =). İnstagram hesabınızda da həmin hostelin səhifəsinə nəzər yetirə bilərsiniz. Hosteldə yalnız səhər yeməyi verilir. O da əlavə ödənişlədir (15 TL). Qeyd edim ki, burada ərzaq mağazaları və restoranlardan fərqli olaraq geyim ucuzdur. Alış-veriş etmək istəsəniz həm hisarönü, həm də Ölüdəniz ilə üzbəüz alış-veriş mağazaları var. Hava qaralandan sonra həmin küçələrdə ingilis və almanlardan tərpənmək olmur)). İstəsəniz yaxınlarınız üçün cibinizə uyğun müxtəlif tipdə hədiyyələr də ala bilərsiniz.Həmin küçələrdəki restoranlarda oturmağı məsləhət görmürəm. Amma büdcənizə arxayınsınızsa buyura bilərsiniz). Düz Hisarönü dairəsində "Safran" adlı restoran var. Ev yeməkləri təqdim edir, eləcə də çox dadlıdır. Üstəlik cibinizə də uyğundur. Personal da bir ailənin üzvləridir.Ölüdəniz bölgəsinə gəlib adrenalin yaşamadan getmək düzgün olmaz =). Burada paragliding (paraşüt), suya dalma, gəmi turları kimi aktivitələri bəyənəcəyinizə əminəm. Paragliding turu kifayət qədər bahadir, təxminən 600-700 TL civarındadır. Paraşütlə Ölüdənizi havadan seyr etmək üçün bu pulu verməyə həqiqətən dəyər məncə =). Əgər belə bir fikriniz olsa orada tanış olduğum peşəkar pilot olan Sami qardaşa müraciət edə bilərsiniz. Əminəm ki, sizə lazımı köməkliyi göstərəcək (0537 3122506 - flysami@gmail.com).Gəmi turları isə müxtəlif istiqamətlərədir. Getdiyim 2 gəmi turu olduğu üçün yalnız bunlar barəsində məlumat verə bilərəm. 12 adalar adlanan tur zamanı gəmi sizi ölüdənizin görməli adalarını gəzdirir. Hər adada ortalama 1 saat dayanır. Bu bir saat ərzində gəmidən suya tullanıb üzə və ya ada sahilində günəşlənə bilərsiniz. Suyun şəffaflığı isə sözlə ifadə edilə bilməz =). Gəzinti ərzində 1 saat civarında gəmi daxilində yemək fasiləsi verilir. Nahar ödənişi biletə daxildir. Biletin qiyməti 100 TL-dir. İstəyiniz üzərinə naharda ya balıq, ya da toyuq əti seçimini öncədən edə bilərsiniz. Gəmidə turistlərin əhvalını yüksəltmək üçün bir sira əyləncələr düzənlənir. Tur saat 11-də başlayıb 6-da bitir. Digər qeyd etdiyim gəmi turuna isə yolcuların böyük bir hissəsi son məntəqə olan Kelebekler vadisini görmək üçün gedir.Ölüdəniz plajları haqqında da bir az məlumat verim sizə). Dolmuşların son dayanacağında ödənişsiz "Belcekiz plaji" yerləşir. Burda yalnız şezlonqla çətiri ödəniş edərək əldə edə bilərsiniz. Sahili daşlıdır. Səyahətim ərzində ən çox bəyəndiyim və sizə də məsləhət gördüyüm "Kumburnu plajı"dir. Hərtərəfli ideal plaj mənə görə ora oldu. Dalğa ümumiyyətlə yoxdur. Plaj "Blue lagoon" parkı daxilində yerləşir. Giriş adambaşı 7 TL-dir. Bundan əlavə məsləhətli plajlardan biri də "Kaputaj plajı"dir. Plaj Fəthiyədən 1 saat 40 dəqiqə məsafədə yerləşir. Fəthiyə otogarından Kalkan otogarına gedib ordan dolmuşlarla plaja çata bilərsiniz. Suyu mükəmməldir, lakin dalğalıdır. Sahili daşlıqdır.Ümumiyyətlə qumlu sahil arzusundasınızsa "Patara plaji"na getməyinizi məsləhət görürəm. Bura da Kalkan və Kaş otogarından avtobuslar gedir. Qeyd etdiyim plaj da ödənişsizdir. Lakin şezlonq və çətir pulludur. Bu qədər =).10 günlük səyahətim zamanı Ölüdəniz bölgəsində kifayət qədər istirahətdən həzz aldım =). Qayıdan zaman avtobus yorğunluğunu göz önünə gətirib Antalya-Trabzon təyyarə reysindən istifadə etdim. Çünki, Türkiyə ərazisi get-get bitmir =D. Pegasus reysi 100 AZN civarında başa gəldi. Səyahətimi bu şəkildə sizə yansıtmağa çalışdım. Ümid edirəm köməyi dəyər =). Qrammatik səhvlərə yol vermişəmsə üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Фуад Гусейнов    

2680 dəfə oxunub

Maraqlı, məzəli heykəllər şəhəri – Bratislava

Bratislavadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi ???? ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də ???? Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik ????Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın ????Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş ???? Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya ????Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət ????. Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1327 dəfə oxunub

8 Günlük Bali Səfərim

Salam əziz Gəzəyənlər. Qrupda Bali ilə bağlı postlar çox olduğu üçün daha öncə paylaşmaq istəməsəm də sonra düşündüm ki öz perspektivimdən fərqli nələrsə olar deyə sizə faydalı olar və paylaşmaq qərarına gəldim. 8 günlük solo Bali səfərinə Pekində olduğum üçün ordan gedib gəldim. Air Asia ilə Kuala Lumpur aktarmalı 300 dollar gediş dönüş. Vizanı kapıda pasport və 34 dollar ödəməklə aldım. Online internet paketləri ilə ulduzum barışmadığı üçün son bütün səfərlərimdə internet paketli nömrə almağı üstün tuturam. 20 GB üçün 16 dollar da təxminən ona ödədim. Grab taxi çağırıb Kutada qaldığım yerə gəldim çatdım ona da 140 dollar ödədim. Təmiz səliqəli idi otağım. 200 dollarım bitdi. Ölkəyə 400 dollarla giriş etmişdim növbəti günlərdə də 200 dollarla necə lazımdı yedim içdim gəzdim istirahət etdim. Ölkə çox ucuzdu. Masaj 5 dollara 10 dollara. Yemək oturduğum yerdən asılı olaraq 5 dollardan üzü yuxarı. Sonra alternativ taxi proqramı Gojek-i yüklədim. Tək olduğum üçün həm də maşınla saatlarla probkada qalmamaq üçün hər yerə motorkbike taxi ilə gedirdim. İlk günlər həyəcanlansam da sonra gördüm ki uçsalar da professional sürürlər rahat oldum. Həm də maşın taxidən 2 bəzən də 3 qat ucuzdu və tez çatırsan. Kuta, Seminyak, Canggu, Uluwatu, Ubud bölgəkərini gəzdim bu günlərdə. Ən məşhur gözəl dalğasız çimərlik Padang Padangın girişi 1 dollar idi. Çox gözəl idi. Nəsə sualınız olsa soruşa bilərsiniz.Paylaşan: Aydan Vusat Gizi

255 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!