1262 dəfə oxunub

Cənnətdən düşən damcı - Ohrid

Sizə bir çoxumuza tanış olmayan, mənim də yeni tanıdığım Ohrid şəhəri barədə yazmaq istəyirəm.

Ohrid Makedoniyanın qərbində Ohrid gölü ətrafında yerləşən çox şirin bir Balkan şəhəridir. Əhalisi azdır; çox mehriban və yardımsevərdir.

Çox bilinmədiyindən və bir aeroportu olsa da mütəmadi səfərlər olmadığından çox az turist olur. Hətta ən pik sezonda belə turistik şəhərlərdə gördüyümüz görməmiş rus turistlər və qəbilə halında gəzən şərqli turistləri burada görmək mümkün deyil.

3_3

Necə getmək olar? Ən yaxşısı Bakı-İstanbul-Skopje marşrutunu istifade etmekdir. Bakı-İstanbul Buta ile İstanbul-Skopje seferini ile Pegasus ile en ucuz reallaşdıra bilərsiz. Skopjedan Ohridə qədər 2 saatlıq bir avtobus seferi sizi gözləyir. Avtobuslar çox yaxşı deyil, köhnədir. Əlbəttə taksi ilə də gedə bilərsiz, amma bu daha tez çatmağa təminat vermir, çünki yollar çox da yaxşı vəziyyətdə deyil.

Makedoniya 2 il əvvələ qədər bizə viza tətbiq etmirdi. Azərbaycanda ümumiyyətlə səfirlik yoxdu. Ən yaxını Ankaradır. 2 il əvvəl maraqlanmışdım, hazırda viza olmadığını ama yaxın zamanda bu məsələyə təkrar baxılacağını bildirmişdilər. Əgər hal-hazırda viza tətbiq olunursa belə Şengen vizası olan şəxslər ölkəyə rahat girə bilər.

Əlbəttə getmişkən Skopjenı da görün deyərdim. Çox böyük şəhər deyil. Məsələn təyarədən səhər enib axşama kimi gəzib axşam avtobusa oturub Ohridə yollana bilərsiz.

Ohridə sırf yay aylarında 1 həftəlik tətil üçün, ilin yorğunluğunu atmaq məqsədi ilə gedə bilərsiz. İlıq iqlim, sakitlik və 0 stres şəraiti, eyni zamanda ucuz tətil axtarırsızsa bura tam sizə görədir.

Harada qalmaq olar? Şəhər mərkəzində qalmağı sizə məsləhət görmürəm. Mərkəzdən aralı, Ohrid gölünün ətrafında, şəxsi çimərliyi və hovuzu olan, çox gözəl otellər və villalar var. Çox dəbdəbəli deyil və qiymətləri çox ucuzdur. Onlardan birini kiralaya bilərsiz. Avtobus terminalı mərkəzdə yerləşir. Ordan həmin bu əraziyə taksilər fiks 5 euroya aparıb gətirir. Avtobuslar da işləyir, amma dəqiq qrafik yoxdur.

Nə etmək olar? Əvvəla onu deyim ki, Ohrid göl olsa da çox təmiz, büllur kimi suyu var və qətiyən durğun su iyi gəlmir. Bol bol çimərlikdə vaxt keçirə bilərsiz.

55686809_10219501775680992_3866433592557043712_n

Şəhər mərkəzində kiçik kafe və restoranlarda oturub balkan musiqisinin sədaları altında yemek yeyə və içki içə bilərsiz. Yeməkləri bizim ağız dadımıza uyğundur. Sosiskaları dadlıdır. Balıqları pis deyil. Bir de piveleri var, onu da məsləhət görürəm.

Ohriddə 3 əhəmiyyətli və tarixi kilsə var: Əziz Yuhanna, Əziz Kliment və Ayasofya. 3-ü də ortodoks kilsəsidir. Onlardan heç olmasa təpənin üstündə olan, göl mənzərəli, eyni zamanda ən qədim Əziz Yuhanna kilsəsini mütləq görün.

Göldə qayıqlarla tur atın, çox əyləncəlidir. Çar Samuel qalasına gedin, mənzərəsi əladır.

Vaxtınız qalsa Albaniyaya keçə bilərsiz. Paytaxt Tirana çox uzaq deyil. İndi bilmirəm o da 2 il əvvəl viza istəmirdi.

Və Ohrid gölü çox təmiz mirvarisi ilə məşhurdur. Mərkəzdə bir çox mağazada Ohrid mirvarisi tapa bilərsiz. Sizə məsləhətim ilk girdiyiniz mağazadan almayın. Yaxşıca gəzib qiymətləri öyrənin. Mən oraya yaşayan bir türk abinin mağazasını çox bəyəndim. Mərkəzdə əsas küçənin ortalarında idi və ən böyük mirvari mağazası onun idi. Başqa bir şey almağı düşünməyin. Geyim mağazaları əsasən türk markalarıdır və çox bahadır.

Ohridə bir dəfə getsəz əminəm yenə getmək istəyəcəksiz.

54798855_10219501775600990_3521395870119493632_n

PS. Tapa bildiyim şəkillər bunlar idi üzrlü sayın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jamal Musayev

DİGƏR BLOQLAR

Yolumuz bu dəfə Zaqatalaya düşdü!

Yolumuz bu dəfə Zaqatalaya düşdü! Tətil günlərimi dəyərləndirib uzun zamandır getmək istədiyim rayonlarımızdan birinə Zaqatalaya səfər etdim. Bura həmişə mənim üçün maraqlı görünürdü. Dedim, gəlib bir də canlı görək! İndi isə bu səfərin təəssüratlarını və detalları sizinlə bölüşmək istəyirəm bəlkə sizin də işinizə yarayar. Gediş: Bakıdan Balakənə qədər qatarlaSəyahətə Azərbaycan Dəmir Yollarının istifadəyə verdiyi Bakı–Balakən yataq tipli qatarı ilə başladıq. Qatar saat 23:50-də Bakıdan yola düşdü və səhər 07:50-də Zaqatalada olduq. Biz standart biletlə getmişdik və ümumilikdə çox rahat və təmiz idi. Yol boyu digər sərnişinlərlə maraqlı söhbətlər etdik. Əgər 4 nəfərlik bir qrupsunuzsa, “standart plus” kupeləri tövsiyə edirəm onların qapısı bağlanır, daha komfortludur.Qatar stansiyası şəhərin bir qədər kənarında yerləşir, buna görə Bolt ilə şəhər mərkəzinə getdik həm rahat, həm də münasib qiymətlidir. İlk olaraq Dədə Qorqud parkına baş çəkdik. Parkda 270 yaşlı Şərq çinarı ilə tanış olduq. Daha sonra Heydər Əliyev parkını gəzdik və ardınca Diyarşünaslıq Muzeyinə getmək istədik, amma təəssüf ki, bağlı idi, səbəbini bilmədik.Şəhər bazarına da baş çəkdik çox canlı və müxtəlif məhsullarla dolu idi. Bir az alış-veriş etdik, Zaqatalanın məşhur “maxara”sının dadına baxdıq. Daha sonra Zərifə Əliyeva parkında dincəldik. Yaxınlıqda həm Bazarstore, həm də Al Market var.Daha sonra qalacağımız yerə Qəbizdərə kəndinə yollandıq. Bazardan kəndə işləyən avtobuslarla getmək mümkündür. Yolda kəndin yerli qadınları ilə maraqlı söhbətlər etdik. Kəndin insanları çox səmimi və maraqlıdır. Amma şəhər daxilində bir az qarışıqlıq var idi qaraçılar əlindən tərpənmək olmurdu.Qəbizdərədə Osmanlı Qonaq Evində qaldıq. Təmizlik və yeməklər yaxşı idi sac yeməyi sifariş etdik və gilas turşunun dadına baxdıq. Amma xidmətdən çox da razı qalmadıq nəsə fərqli bir ab-hava vardı, izah edə bilmərəm.Axşam isə “Kemping” adlı restorana getdik. Süni şəlaləsi, qutabları və axşamki işıldaböcəkləri ilə fərqli və maraqlı təcrübə yaşadıq. İlk dəfə idi işıldaböcəyi görürdüm. Osmanlı Qonaq Evinin dekorasiyası isə ayrıca alqışa layiq idi. Axşam səsləndirilən musiqilər də çox xoş idi.Səhəri gün sadə bir səhər yeməyi verdilər. Əməkdaşlardan biri bizi şəxsən şəhərə qədər apardı bu jest bizi çox sevindirdi. Sonra bir az daha alış-veriş edib, Car kəndinə keçdik və orada şəxsi ev kirayələdik.Məşhur Daşlıq restoranında dadlı kabab yedik xüsusilə “Daşlıq kababı”nı mütləq tövsiyə edirəm! Sonra isə Cingöz qalasına yollandıq. Qalanın maraqlı tarixi var və bizə 6-cı sinif şagirdi Anar Cingözovlar nəslindən bələdçilik etdi. Böyüklər üçün giriş 1 AZN idi, uşaqlar üçün isə pulsuz.Sonda Şeyx Şamilin türbəsinə baş çəkdik və onun fəaliyyəti haqqında maraqlı məlumatlar əldə etdik. Səfərin son günü isə avtobusla yenidən Bakıya qayıtdıq. Yol uzun olsa da, özünüzü məşğul edəcək bir şey tapsanız, rahat keçəcək.Qeyd edim ki, qiymətlər bizim fikrimizcə yüksək idi, kabablar 9 azn, saclar 30 azn-dən başlayır və s. Şofer dayı bizə dedi ki, ən bahalı şəhər elə Zaqataladır)Bu səfər mənim üçün həm dincəldiyim, həm də yeni mədəniyyətlərlə tanış olduğum bir təcrübə oldu. Əgər siz də Zaqatalaya getməyi planlaşdırırsınızsa, ümid edirəm bu qeydlər sizə faydalı olar! Paylaşan: Xanım Hacıyeva

231 dəfə oxunub

Şimali Amerikanın cazibə mərkəzi - Toronto

Torontodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Amerika səfərinin ikinci bölməsi Kanada idi. Bəli, azərbaycanlıların hər cəhtlə köçmək istədikləri Kanada!Vaşinqtondan Torontoya AirCanadanın 50 nəfərlik Bombardier CRJ-100 təyyarəsi ilə uçduq. Bu balaca hava gəmisi iki saat gecikmə ilə havaya qalxdı. Hardasa bir saat yarım sonra artıq Toronto üzərində idik, CN qülləsi illuminatorda canlanırdı. Toronto səmadan çox boz və maraqsız görünürdü.Aprel ayı olmağına baxmayaraq hava günəşli və isti idi. Heç gözləmirdim!Enişdən sonra dostum Səməd qarşıladı və airbnb ilə bron etdiyim evə getdik.Ev çox möhtəşəm idi.Toronto Kanadanın Ontario əyalətinin paytaxtıdır, Ontario gölünün sahilində yerləşir. Şəhər nəhəng olsa da əhalisi cəmi 3 milyona yaxındır. Ona görə də genişlikdir ????İlk gün Torontonun Greek town adlanan ərazisini gəzdik. Bu Danforth və Main Street metrosunun arasındakı ərazidir. Həm də bu ərazi Torontonun ən qədim yerlərindən hesab olunur. Əsasən yunan restoranları ilə dolu bir ərazidir. Ümumiyyətlə yunanlar Kanadaya 19-cu əsrin əvvəlindən gəlməyə başlayıblar. Hazırda Kanadada 300 mindən çox yunanəsilli sakin var.Növbəti gün plana əsasən kadim (köhnə) dostum Nurlanla (он же музыкант, он же Канадский гражданин) Niaqara şəlaləsinə gedəcəkdik. Əvvəlcə zapravka, yəni “zavtrak” eldik ???? Qeyd edim ki, Torontoda restoranlarda səhər yeməyi yeyirsinizsə kofe limitsizdir. Qidanın ölçüsü isə bir nəfərə görə çox böyükdür. ABŞ-da da belə idi. Uzun sözün qısası 2 saat sonra artıq Niaqaraya çatmışdıq. 140 km-lik yol çox qısa gəldi. Niaqaraya Torontodan avtobusla da getmək olar. Yolüstü nəhəng outlet də var. Yaxınlaşdıqda bu möcüzəni görməyə təlaşlanırdım. Birinci fake (yalançı) Niaqara görünür, sonra isə əsl möcüzəni görürsən. Şəlalə  Kanada-ABŞ sərhədində yerləşdiyi üçün ABŞ tərəfdən də görünür, amma Kanada tərəfdən 1-3 metr yaxınlıöına kimi gedə bilirsən. Maydan etibarən gəmi ilə şəlalənin altına tərəf tur götürmək olur, olduqca həyəcanlı atraksiondur. Ümumiyyətlə Niagara şəlaləsi ətrafında çoxlu sayda maraqlı əyləncəli atraksionlar və kafelər var.Növbəti günlərdə Torontonun mərkəzində, şəhər aeroportu olan Billi Bişop aeroportunda oldum. Bu aeroport adada yerləşir və uçuşlar Kanada və ABŞ istiqamətindədir. Uçuş zolağı qısa olduğu üçün yalnız kiçik, 70 nəfərə qədər olan təyyarələri qəbul edir. Gölkənarı parkdan enən, qalxan təyyarələri izləmək çox maraqlıdır. Aeroporta getmək üçün gəmi və gölaltı keçiddən istifadə olunur.  Torontonun mərkəzi (downtown) olduqca səsküylü, canlı olsa da, bir az yuxarı doğru hissəsi çox sakitdir. İctimai nəqliyyatdan metro, tramvay və avtobus var. Bunlar hamısı TTC adı altında çalışır. Bir istiqamətə gediş kartla 3 dollar, kartsız 3.25 dollardır. Amma misal üçün, siz mərkəzdən Şimala doğru gedirsinizsə bir biletlə bir neçə nəqliyyat dəyişib öz lazım olan yerinizə qədər o biletdən istifadə edə bilərsiniz. Metro+avtobus+tramvay və ya Metro+avtobus+avtobus və s. Şəhərin ən qaynar hissəsi Yonge və King/Queen küçələrnin kəsişən hissəsidir, bura bir növ Times Square kimi yerdir. Yanında Eaton Centre AVM-də var. Çox nəhəngdir.Tim HortonsEl arasında belə bir söz gəzir ki, kim “Tim Hortons”da (Timmi) kofe içərsə o kanadalı sayılır. “Tim Hortons” Kanadaya məxsus kofe hausdur. 1964-cu ildə xokkeyçi Tim Horton tərəfindən təsis edilib. Torontoda ən uzaq məsafədə olan Timmi 10-15 dəq piyada yolu qədərdir. Kofe 1.5 dollardan başlayır, Kanada üçün bu su qiymətidir ???? Kofedən əlavə dəmlənmiş çay (Steeped tea) və çoxlu sayda şirniyyatlar və sendviçlər də olur. Ən məşhur kofesi “double double”dır. Bu adi kofedir, sadəcə içinə iki şəkər, iki krem əlavə olunur.Torontoda son günümüzdə Nurlan bizi beysbol oyununa apardı. İlk dəfə idi gedirdim. Ürəgim üzüldü ???? Amma oyunun qaydasını biləndən sonra maraqlı gəlir. Beysbol Kanadada hokkeydən sonra ikinci məşhur oyundur. Toronto haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl

2508 dəfə oxunub

Günəşin şəhəri - Madrid bələdçisi

Günəşin şəhəri - Madrid İspaniyaya gedən birinə "axı sənin orada nə işin var?" sualını verə bilərsiniz Ötən il pandemiyanın ciddi zərbə vurduğu, minlərlə insanın vəfat etdiyi İspaniyada sərt karantin rejimi tətbiq olunmur.Restoranlar, otellər və ticarət mərkəzləri açıqdır. Küçədə maska taxmaq şərtdir və gecə 11-də komendant saatı başlayır. Amma Madridin mərkəzində buna əməl edənlər o qədər də çox deyil.İndi isə səfər barəsində vacib məlumatlar.SƏFƏRDƏN ÖNCƏ VACİB MƏLUMAT:Avropa İttifaqı ölkələrindən İspaniyaya rahatlıqla getmək olur. Səfərdən öncə 72 saat qüvvədə olan COVID-19 PCR testini vermək lazımdır. Uçuşdan öncə İspaniya Səhiyyə Nazirliyinin saytında qeydiyyat keçmək lazımdır. Daha sonra nazirlik qeydiyyatdan keçən hər kəsə fərdi QR kod göndərir. Bu kodu yükləməlisiniz, çünki hava limanında yoxlayacaqlar.UÇUŞ:Varşavadan Madridə və əks istiqamətə WizzAir-lə uçdum. Gediş-dönüş biletinin qiyməti 80 avro oldu. Qeyd edim ki, biletə yalnız bir əl yükü daxil idi. Madridə endikdə prosedur çox sadə oldu. QR kod yoxlanıldı və ötəri test nəticəsinə baxdılar (öncədən Polşada diqqətlə yoxlanılmışdı).Hava limanından şəhərin mərkəzində avtobuslar gedir. Əgər mərkəzə gedirsinizsə, "Cibelles" meydanına gedən avtobusa minməlisiniz. Avtobusda gediş haqqı 5 avrodur və tez zamanda Madridn mərkəzinə çatır. HARADA QALMALI?İspaniyada "hostal" adlandırılan, amma tipik hostellərə bənzəməyən, fərdi vanna otağları olan, lazımi avadanlıqları olan qonaqlama yerləri var. Hostalda səhər yeməyi və otaqda soyuducu olmur. Amma qalan hər şey otel otağındakı kimidir. Mən şəhərin tam mərkəzində Gran Via küçəsində hostal tapmışdım. Şəhərin mərkəzi Plaza Mayor meydanına piyada 10 dəqiqəlik məsafədə yerləşirdi. GÖRMƏLİ YERLƏR:Madrid incəsənət və futbolun şəhəridir. Prado Muzeyi və Reina Sofiya Muzeyi şəhərdə turistlərin ən çox üz tutduğu yerlərin başında gəlir. Pradoda dünya incəsənətinin incilərini, daha dəqiq desək Qoyanın, Rembrandtın, Velaskesin, Karavacionun əsərlərini görmək mümkündür. Pikasso və Dali həvəskarısınızsa, Reina Sofiya muzeyinə getməlisiniz.Nəzərə alın ki, hər iki muzeydə şəkil çəkmək qadağandır və hər küncdə nəzarətçilər dayanır Futbolu sevib-sevməməyinizdən asılı olmayaraq, Santiaqu Bernabeu Stadionuna getməyinizi məsləhət görürəm. Stadionda təmir işləri getsə də, tribunanın bir hissəsi və muzey turistlər üçün açıqdır. Həftənin bütün günləri gəlmək mümkündür.YEMƏK:İspan mətbəxi zəngindir və bəzi yeməklərin dadı doğma gələ bilər)))Əsasən düyü, kartof, toyuq əti, zeytun yağı və balıqdam istifadə edirlər. Donuz ətindən olan yeməklər də kifayət qədərdir. Bu baxımdan, yemək sifariş edərkən, mütləq qaydada hansı ətlərdən istifadə olunduğunu dəqiqləşdirin.İSPANLAR VƏ ÜNSİYYƏT:İspanlar çox istiqanlı millətdirlər. Hər kəs çox rahatdır və öz işindədir. İspanlar yardımsevərdirlər. Sual verdikdə əllərindən gələni edib kömək edirlər. Hər il milyonlarla turistin gəlməsinə baxmayaraq, İspaniyada ingilis dilinin səviyyəsi o qədər də yüksək deyil. Bəzi hallarda şəhərin mərkəzindəki restoranlarda ofisiantlar ancaq ispan dilində danışırlar. Buna rəğmən İspaniyada ünsiyyətdə problem olmur. Çünki qarşılarında olan insanı stresə salmırlar, səbrlə izaj etməyini gözləyirlər. QEYD: Madridin gəzmək üçün ən yaxşı vaxt yaz erkən payızdır. Yayın çox isti keçdiyi deyilir.Bir sözlə, Madriddə pandemiya və onun gətirdiyi çətinlikləri unutmaq üçün hər şərait yaradılıb. Sağlam olun! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suliddin Baghirov

1936 dəfə oxunub

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.İzmir səyahəti…Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.Nömrə əldə etmək.Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.OtelOteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.MağazalarBöyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.Restoranlar və yeməklərRestoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.Alış-verişAlış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.İzmirİzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.AvtovağzalÇankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.Çeşme-Alaçatı-Ilıcaİzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.Efes – SelçukAvtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.Kuşadası – AydınKuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.Ümumiİzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asaf Salahow

2918 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!