2788 dəfə oxunub

Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları

Hər kəsə salam. Qrupa yeni üzvlərdən biriyəm. Belə bir qrupun olduğunu son zamanlarda bilmişəm. Son 3 həftəni Boliviya və Ekvadorun müxtəlif yerlərinə (Qalapaqos adaları daxil) səyahət etmişəm. Çəkdiyim bəzi şəkil və videoları sizinlə paylaşmaq istəyirəm.
Aşağıda paylaşdığım şəkil və videoları Ekvadorun paytaxtı Kito (Quito) şəhərindən tıxminən 3 saatlıq bir məsafədə yerləşən Baños qəsəbəsinə yaxın Pailon Del Diablo deyilən şəlalələr şəbəkəsində çəkmişəm. Bu şəlalə amazon meşələri ilə sərhəddə yerləşir. Görünən dağların bəziləri amazon cangəllikləri ilə örtülüdür.
Şəlalənin yaxınlığına gedəndə suyun gücü bütün hisslərinizi təlatümə gətirir:)



Axşam olanda bu şəlaləni gözəl işıqlarla bəzəyirlər. Cəmi 1-2 nəfər turist olmağına baxmayaraq yenə də işıqları yandırıblar.
Pandemiya vaxtı səyahət etməyin özəlliklərindən biri odur ki çox turist yoxdur. Getdiyiniz hər yer sizə özəl kimidir. Otellərdə tez-tez daha üst səviyyə otaqlara əlavə ödənişsiz qonaq edirlər. Xüsusi ilə də ünsiyət qurmaq qabiliyyətiniz yaxşıdırsa:)


Son bir neçə həftədə səyahət etdiyim şəhərlərdən biri Ecuador (Ekvador) un Quito (Kito) şəhəri oldu. Quito paytaxt şəhəridir və And dağlarının ətəklərində, dəniz səviyyəsindən 2850 metr yüksəkdə yerləşir. Şəhər 16-17 ci əsrlərdə İspan müstəmləkəçiləri tərəfindən Qədim İnkalara aid şəhər qalıntıları üzərində qurulub. Köhnə şəhər mərkəzinin arxitekturası çox gözəldir və yaxşı qorunub. Ekvator xətti bu şəhərdən keçir. Kito’ya Avropanın bəzi şəhərlərindən və ya ABŞ-dan getmək mümkündür. Hal-hazırda Koronavirus vaksini olan turistlər ölkəyə sərbəst daxil ola bilər (Qalapaqos adaları xaric)


Sizinlə Qalapaqos adalarına 2 həftə öncə olan səyahətimdən çəkdiyim bəzi şəkil və videoları paylaşmaq istəyirəm.
????????
Galápagos ( Qalapaqos) adalarına səyahət illərdir ki planımda var idi. Nəhayət ki Darvin babamızı coşduran bu torpaqları ziyarət edə bildim
????
Galápagos adaları Ekvadora aiddir.
Buraya gediş-gəliş yalnız Ekvadorun Guayaquil şəhərindən təyyarə ilə mümkündür. Paytaxt Quito dan gedən təyyarələr də Guayaquil də dayanır. Guayaquildən təyyarə ilə təxminən 1.5 saatlıq məsafədədir. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb və flora və faunasına görə dünyanın ən unikal yerlərindən biridir.

Ekvador və Qalapaqos adaları okean sahilində yerləşdikləri üçün təbii olaraq dəniz məhsulları boldur. Mənim dəniz məhsulları daha çox xoşuma gəldiyi üçün hər getdiyim ölkədə əgər məşhur dəniz məhsulu varsa mütləq dadlarına baxıram. Ekvadorda hər növ yemək tapa bilərsiniz. Məsələn Qalapaqos adalarında yerli əhalinin günorta yeməyi üçün əsas yeməyi sadə kartof və balıq (və ya toyuq) dan hazırlanmış sup, düyü və kiçik balıq tikəsi (və ya ət, toyuq) və meyvə suyudur. Demək olar ki əksər günlərdə bənzər yeməkləri yeyirlər. Amma hər zövqə görə yemək tapmaq olar, hətta xaş belə:)


Qalapaqos adalarına səyahət edərkən ən maraqlı işlərdən biri okeanda yaşayan canlıları- balıq, sürünən və dəniz məməlilərini görməkdir. Bunun üçün dalğıclıq sertifikatı tələb olunur. Bəzi yerlərdə isə sertifikatdan əlavə də müəyyən qədər təcrübənizin də olması lazımdır.
Çəkdiyim şəkil və videolardan bəzilərini paylaşıram. Sona qədər baxsanız yüzlərlə fərqli balıq növləri, köpək balıqları, tısbağa, dəniz aslanlarını görə bilərsiniz. Hətta bəzən insanlara da hücum etməsi ilə yadda qalan çəkiçbaş köpək balıqlarını da görəcəksiniz. Heyvan adlarının əksəriyətini ingiliscə yazmışam. Suallarınız olsa cavablandırmağa çalışaram.

Sierra Negra Vulkanına səhər yürüyüşü.
Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb. Ekvadorda ümumiyyətlə 47 vulkan var. Sierra Negra Qalapaqos adalarında krateri ən böyük vulkandır. Diametr 7.2 km x 9.3 km. Təqribi yaşı 535 min ildir. Şəkildə arxada görünən qara ərazi vulkanın krateridir. Heyrətamiz bir görüntüdür. Bu vulkan axırıncı dəfə 2018-ci ildə püskürüb. Yaxından görmədən belə bir təbiət hadisəsini təsəvvür etmək çox çətindir????


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Anar Gojayev

DİGƏR BLOQLAR

Çin Bələdçisi

Çin ilə bağlı əvvəlki postum çox diqqət çəkdi deyə qərara gəldim bu dəfə də Çində olduğum ən gözəl şəhərləri sıralayım: 1. Sanya( 三亚 ) - Boşuna bura Çinin Havaiisi demirlər. Tropik cənnət , fevral ayında 30+ dərəcədə dənizdən zövq alıb , tropik meyvələr yemək istəyirsinizsə əla seçimdir. Bu şəhərdə məni ən təəccübləndirən məsələ hamının rus dilində danışması idi. 2. Şanxay (上海)- Meqapolis , əzəmətli binalar - paralelində isə bol yaşıllıq. Bu şəhər Çinin inkişafının ən yüksək nöqtələrindən biridir. Disneylandə getməyi də unutmayın. 3. Hangzhou (杭州)- Şanxayın yaxınlığında yerləşən bu şəhərin təbiətini sevirəm. Safari parkı əladır. Gölündə böyük Çin gəmiləri ilə üzə bilərsiniz. 4. Nanjing (南京)- tarixi sevənlər üçün əla seçimdir. Dağın ətəyində qədim böyük heykəlləri ən çox bəyəndiyim hissəsi olmuşdu. Məbədlərinə isə mütləq gedib görmək lazımdır. Çox əzəmətlidir. 5. Chongqing - bir çox videosunu görmüsünüz və həqiqətən bu şəhərdə aşağı yuxarı anlayışı yoxdur. Yerin altı ilə metroda getdiyiniz yerdə bir də görəcəksiniz ki, 20 mərtəbəli binaya yuxarıdan baxırsız. Piyada gəzmək çox yorucudur bu şəhərdə ona görə ancaq 1 dəfə gedib görülməli şəhərdi. Qeyd edim ki, bu siyahı gəzdiyim şəhərlərin içindən seçdiklərimdir. Daha gözəl bir neçə şəhəri də var olmadığım, onları bura əlavə etməmişəm.Paylaşan: Neriman Aliyev

216 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1111 dəfə oxunub

Hüzurlu və xoşbəxt insanlar şəhəri - San Diego

San Diegodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri ????Bu gün sizin diqqətinizi Amerikanın???????? ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz ????Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim.....✈️✈️✈️Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil ????San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır.... Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur... Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika ???????? və Mexico ???????? mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır...San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi....Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq....????????????San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur.... Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz ;) Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə....Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu...Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz... Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar ???????????? Balinaların çox güclü quyruqları var imiş))))Gecə heyatından biraz məlumat verim ????Həftənin 5-ci və 6-cı günü San Diegonun ????downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik... Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi..... Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? LolQızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı...Və mən həqiqətən vuruldum San Diego gecə həyatına????????????San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz.... San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür....Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz - rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1807 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!