2854 dəfə oxunub

Şəhər bələdçisi - Mərakeş Krallığı

Kasablankadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İlk dəfədir bir şeylər yazmağa çalışacam. Sıxıcı və səhvlərlə dolu cümlələr üçün öncədən xəbərdarlıq etmiş olum ki, bilin sizi qarşıdakı cümlələrdə nələr gözləyir 

Şimali Afrika qitəsində Atlantik okean sahili boyu uzanan Mərakeşə çatan kimi elə airport-da reqistrasiyadakı qaqaş pasportuma baxdı və heyatında ilk dəfədir belə bir ölkə eşidən adam kimi "Aserbayjan Aserbayjan" deyib getdi otağa. Uzun sözü qısası məni 1 saat sual cavab edəndən sonra son dərəcə səmimi bir gülüşlə "welcome" deyib passportumu geri verdilər. Ölkəmizi çox da tanımırlar yəni :)

21766298_10211783909968215_1360915993415085736_n

Səfərim başladı Kasablankadan. Onu deyim ki, əgər Kasablankada həqiqətən önəmli bir işiniz yoxdursa orda günün sonuna qədər hər yeri görüb başqa şəhərə keçməyiniz məsləhətdir. Çox da maraqlı şəhər deyil.

Ordan qatarla El Jadida şəhərinə keçdim. Çimərlikləri ilə məşhur olan El Jadida balaca və özünə görə maraqlı bir yerdir. Şəkillərdə yerdə uzanan uşaqlar buz kimi okeandan çıxan kimi isti asfalta uzanıb qızınırlar, anaları isə onlara nəzarət etməklə məşğuldurlar. Bu uşaqların 10-15 metr hündürlükdən suya tullandıqlarını tez-tez görmək olar. Şəhər bir növü Mumya kinosundakı səhnələri xatırladır. Çox ucuzdur. Şəkillərdəki balıq izqara içki və salatla birlikdə 8 manata başa gəlir. Olduqca dadlıdır.

21766508_10211783911608256_4531350243226443810_n

Daha sonra Mərakeş şəhərinə gəldik. Onu deyim ki, heç bir halda şəhərlər arası ucuz yerli avtobuslardan istifadə etməyin əks halda mənim kimi avtobus fobianız yaranacaq. Həmin gün bədənimdə olan bütün su ehtiyatı o avtobusda tər olaraq tükəndi. Mən yandım siz yanmayın. Ama Köhnə avtobusların yanı sıra Supratour və CTM şirkətləri biraz əlavə ödənişlə sizi kondisionerli və lyuks avtobuslarla istədiyiniz şəhərə çatdıra biler. Mərakeş ölkənin ən maraqlı və ən çox turist qəbul edən şəhərlərindəndir. Hava 50+ olduğu üçün orda həyat gecə başlayır səhərə qədər davam edir. Olduqca aktiv şəhərdir. Old Madina-nın dar küçələrində motosikletlərlə gəzən nənə-baba görsə təəccüblənməyin. Hər saniyə yanınızdan bir motosiklet/mopet keçəcək. Amanın bir günüdü bu şəhərdə yerli camaat sizdən nəsə soruşsa cavab verəsiz. Əgər belə bir səhv etsəniz dalınızca düşüb sizə ev vermək və ya sizə haranısa göstərib əvəzində pul almaq istəyən biriləri ilə həyatınızın ən az yarim saatını bölüşməli olacaqsınız.

Ən gözəl pambıq, dəri və taxta istehsalı bu şəhərdədir. Hədiyyə almaq üçün ideal şəhərdir. Portağal suyu çox ucuzdur. Su əvəzinə təmiz sıxılmış və 1 manata başa gələn meyvə suyu üçün, vitaminlənin ???? Çox yazaram ama keçək o biri şəhərə. A unudurdum az qala, burda biraz pulun varsa bir dənə benzin kalonka alıb atırsan yemiş qarpızın yanına və köşeyi dönürsən????

22007663_10211783915168345_2950025856811000639_n

Növbəti məkan Agadir şəhəri. Agadir biraz daha lyuks həyat sevənler üçündü. Hətta mən də özümü oranın lyuksuna uyğunlaşdırıb (biraz buraxıb) villa tutdum????‍♂️ 5 ulduzlu all inclusive otellər, gecə klubları, qumarxanalarla məşhur Agadir bir növü Türkiyənin Antalya şəhərinə bənzəyir. Alkoqollu içkilər axşam saat 8-ə qədər Carrefour maqazinlərindən tapa bilərsiz. Bu fransız maqazinidi, nəzərə alsaq ki Mərakeş Fransa müstəmləkəçisidir burda fransız məktəbləri, maşınları, maqazinləri tez-tez görəcəksiniz. Rahatlıq və lyuks sevənlər bu şəhərdə qalsılar, biz digər şəhərlə davam edək.

Sidi IfniTiznit şəhərləri arasında yerləşən Legzira çimərlikləri arklarla məşhurdur. Arklar zamanla dalğaların qayaların ortasını yuması nəticəsində yaranır (şəkillərdə var). Burda dağlardakı mağaralarda özlərinə ev düzəldən balıqçıları görmək olar. Onlardan biri ilə tanış olduq. Çox qonaqpərvər insanlar idilər və hətta bizi bir gecə mağarada qalmağa dəvət etdilər. Gecə birlikdə okeana balıq tutmağa getdik. Midye və hər cür su nemətləriylə dolu okeanda seafood-a doymaq olar. Balıqçı bizə gözəl balıq bişirdi. Atlantik okean sahilində mağara içərisində yatmağın ləzzətini özünüz təsəvvür edin məncə.

Paradise Valley - Cənnət Bağı adlanan yerə mütləq gedin. Dağların arasında palmalarla örtülü və dağ suyundan əmələ gələn göllərdə mütləq çimin. Gözəl xatirəsi var. Şəkillərdə var bu məkan.

8629504138_331d8cecd5_b

Daha sonra Taghazout- getdim. Şəhər balaca və olduqca şirin bir şəhərdir. Bu şəhər surf ???? ilə məşhurdur. Dünyanın hər yerindən bura surf öyrənməyə gələn gənc grupları görmək olar. Burda hosteller-də daha maraqlı aura olur. Canlı musiqisi olan balaca restoranlarda şam yeməyini yeyə və ya bir şeylər içə bilərsiniz. Musiqiləri çox gözəldir.

Mərakeşlilər şəkər və çörəyi çox sevirlər. Dövlət tərəfindən onlara pulsuz un və şəkər verildiyi üçün adamlar işin ustası olublar və çox dadlı və fərqli çörəkləri var. Burda çay sifariş edən isti su, qənd və nanəni gətirirlər ki , özün dəmlə iç!????

22050146_10211783913408301_6971832579207786010_n

Kim Mərakeşə getmək istəyirsə və ya sualı varsa buyursun, hər zaman yardım etməyə hazıram. Ümumiyyətlə ora gedəndə çalışın aktiv bir tətil seçin bir şəhərlə anlamaq olmur ölkəni.

Oxuduğunuz üçün təşəkkür edirəm ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mushfig Ismayilov

 

DİGƏR BLOQLAR

Belçika - Niderland səyahəti

Salam əziz Gəzəyənlər,Sizə Belçika-Niderland səyahətimizdən qısa olaraq bəhs etmək istəyirəm.Deməli 24-29 Dekabr arası 5 günlük səyahət etmək qərarına gəldik. Gəzəcəyimiz şəhərlər isə aşağıdakılar idi:Brussel, Amsterdam, Rotterdam və Antwerpen.Ayın 24ü RyanAir ilə Romadan Brusselə yola düşdük. RyanAir ilə ilk dəfədir uçurdum və heç rahat olmadığını deyə bilərəm. Lakin yol təxmini 2 saat yarım olduğu üçün problem olmadı.Brusselə səhər çatdıq və 1 gün vaxtımız var idi. Christmas ərəfəsində getdiyimiz üçün şəhər çox gözəl bəzənmişdi. Christmas abu-havası hiss etmək cəhətdən 4 şəhər arasında ən çox bəyəndiyim Brussel oldu. Belə deyim, Brussel gözləntilərimdən bir qədər üstün oldu. Şəhərdə Grand-place’ə gedə bilərsiniz, demək olar hər şey onun ətrafındadır.Lakin insanlarını heç sevmədim. Şəhərdə həddindən artıq çox miqrant var idi və əksəriyyəti necə deyərlər özlərini apara bilmirdilər. Yerli əhali görəndə adam sevinirdi.Ertəsi gün flixbus ilə Amsterdama doğru yola düşdük. Flixbus gözlədiyimdən daha rahat idi.Niderlanda daxil olar-olmaz külək pərləri özünü göstərdi. Amstedamda 2 gecə 3 gün qaldıq və gözlədiyim kimi də oldu. Onu da elavə edim ki səyahətin əsas məqsədi elə Amsterdam’ı görmək idi. Amsterdam hər cəhətdən çox üst səviyyə şəhərdi. Şəhərin ən kənarında belə velosipedlər üçün infrastruktur ən üst səviyyədə qurulub və piyadalar velosipedlərə yol verməlidirlər. Bir sözlə hara baxsan velosiped görürsən. Şəhər çox gözəl şəhərdir, turistlərin sayı bir qədər çox olduğu üçün biraz qarışıq idi. Kanallar və körpülər adamı valeh edirdi. Jordaan, Dam square, Leidsplein, Rembrandtplein, Museumplein gəzməli-görməli yerləridir. Keçmiş vaxtlarda miqrant kimi şəhərə gələnlər isə özlərini çox mədəni aparırdılar.(Brusseldən fərqli olaraq)Ölkədə LGTB dəstəyinin olması, Rasizmin çox aşağı səviyyədə olmasına da müsbət cəhətdən təsir edib. Bir sözlə Amsterdam ideal şəhərdir.Daha sonra Amsterdamdan Rotterdama getdik. Rotterdam yeni və müasir şəhərdir. İnfrastruktur eynilə Amsterdamda olduğu kimi tam üst səviyyədə qurulub, texnologiyadan tam üst səviyyədə istifadə edirlər. Şəhər turist kimi gedənlər üçün darıxdırıcı gələ bilər, yəni getməsəniz də bir şey itirmiş olmursunuz. Getsəniz isə Lijnbaan və cubic houses’ə gedə bilərsiniz. Rotterdam oxumaq və işləmək üçün ideal şəhərdir.Daha sonra isə yenidən Belçikaya, Antwerpenə getdik. Christmas market Brusseldə olduğu kimi, Antwerpendə də Niderlanddan daha yaxşı təşkil edilmişdi.Əhali isə Brusselə nisbətən daha mədəni idi. Fikrimcə bu, fransızdan daha çox dutch dilli olmaları ilə əlaqədardır. O tərəflərə getsəniz 1 gününüzü ayırıb Antwerpenə getməyə dəyər. Mərkəz hissəni (Meir) gəzə bilərsiniz.Ayın 29’u isə Flixbus ilə Antwependən bir başa Brussel airportuna gedib Romaya qayıtdıq ????(Şəkillər hamsı özümə məxsusdur ????)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihad Suleymanov

2082 dəfə oxunub

Stokholm yeni il bələdçisi

Bilirəm indi deyəcəksiz axı Yeni ildə sənin orda nə işin var? Dostum Rufet Mirze ilə #NewYear2020 üçün üz tutduq vətənim Skandinaviyamın nəhəng coğrafiyası İsveçin paytaxtı Stokholm şəhərinə, amma ondan əvvəl Polşanın liman şəhəri Gdanskda 2 günlük "yolüstü" fasilə edək dedik #Gdansk həqiqətən möhtəşəm şəhərdir, deyərdim ki, Norveçin Oslosu ilə Belçikanın Gentinin sintezidir Şəhər çox zövqümü oxşadı, həddən ziyadə sevdim bu şəhəri. Təmiz, sakit, gpörkəmli, möhtəşəm arxitekturaya malik şirin bir şəhər. Yeni il Stokholmla müqayisədə daha canlı və şən idi orada.#Stokholm sindromu deyirdilər haaa bax onu yaşadım konkret Tipik bir Avropa şəhəri, qeyri adi heçnə olmasa da mənə doğmadır yenə də, çünki Skandinaviya torpağıdır Deməli şimal insanı Yeni ili əsasən evdə qeyd edir, ailəvi olaraq şam edərək. Biz də düşmüşük küçələrə əyləncə axtarırıq pahooo küçələr bomboş, bayquşvari bir abu-hava, harda bir musiqi səsi eşidirəm, bir fişəng partlayışı görürəm deyirəm pəh bayram belə olare, gör nə vəziyyətdi təsəvvür edin Deməli bu başına döndüklərim yeyif-işməhdən sonra 11-də yavaş-yavaş tərpənirlər atəşfəşanlıq izləməyə və 12-yə təxminən 2 saat qalmış Skansendə konsert başlayır. Biz də Skansendəki konsertə qatıldıq və bəyəndik, əlində şampan, çaxır və s. şərablar və badələrlə musiqi dinləyən kim, rəqs edən kim, bir sözlə endorfinin yüksək səviyyəsi nəticəsində xoşbəxtlik hökm sürürdü.Şəhərdə Yeni il bir o qədər canlı görünməsə də əslində çoxlu partilər falan olur - yaxtada və ya hər hansı restoran / kafedə2 şəhər / 2 ölkə / 5 gün 29-31.12.19 Gdansk, Polşa 31-02.01.20 Stockholm, İsveç WIZZAIR: Kutaisi - Gdansk ( 17 AZN ) WIZZAIR: Gdansk - Stockholm ( 17 AZN ) WIZZAIR: Stockholm - Katowice ( 17 AZN ) WIZZAIR: Krakow - Kutaisi ( 22 AZN )FLIXBUS: Katowice - Krakow ( 6 AZN )Aeroportlarda çatdırma: Gdansk hava limanı - şəhər mərkəzi: 210 nömrəli avtobus (ictimai nəqliyyat) 3.40 zloty = 1.50 AZN Stockholm Skavsta hava limanı - şəhər mərkəzi: Flygbussarna (1 saat 40 dəq yol) Heçnə cəmi-cümü 180 SEK = 32 AZN (yerində aldıqda) və 160 SEK = 28 AZN (online aldıqda) yəni bir sözlə 2 təyyarə bileti Katowice hava limanı - şəhər mərkəzi: AP1 və AP2 nömrəli avtobuslar 14 zloty = 6 AZN Şəhər mərkəzi - Krakow hava limanı (gecə) 902 nömrəli avtobus 3.40 zloty = 1.50 AZN Yerləşmə: Hostel: - Gdansk, Polşa Hostel4U, 38 AZN / 2 gecəŞəhər mərkəzində yerləşir, shuttle bus düz yanında saxlayır; kilsənin yanında və mətbəxini xüsusilə bəyəndim, geniş, rahat və mülayim atmosferi var)- Stokholm, İsveç Crafford Palace Hostel, 78 AZN / 2 gecəBu hostel shuttle busun saxladığı yerdən 1.3 km aralıda yerləşir piyada / skutur / velo ilə getmək mümkündür, hostelin yerləşdiyi zona çox səliqəli, sakitdir, ətrafında skuturlar çoxdur rahat istifadə edə bilərsiz, voi skuturu məsləhət görülmür)*Bu hostelin ən sevdiyim cəhəti isə hostelə girişdə ayaqqabılar çıxarılır və ayaqqabsız təmiz şəkildə daxil olunur hostelə, bir sözlə evinizdəki kimi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck 

2420 dəfə oxunub

Aztek mədəniyyətinin beşiyi - Meksika bələdçisi

Mexikodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Uzun və macəralı Meksika səyahətim bitdi. Və ölkə haqqında öyrəndiklərimi sizinlə də bölüşmək istəyirəm:Meksikanın rəngli küçələrini; hər küncündə yüksək səsdə musiqi sədaları altında rəqs edən insanlarını; milli mətbəxindən takos, quesadilla, guacamole-nin dadını; salsa, bachata rəqslərini; əfsanəvi (əslində bacarıqsız) siyasətçi  Antonio Lopezdən (Santa Anna) tutmuş son dərəcə istedadlı,lakin faciəvi rəssam Frida Kahloya qədər personajlarla dolu tarixini; bütün dünyadan səyahətçilərin görmək üçün gəldiyi Chichen İtzasını; Cancunun, Tulumun yosunlu, mavi sahillərini; axşam çağı gitar ilə ifa olunan ispan mahnılarını; polislər ilə dolu olan rayonlarını həmişəlik xatirəmə həkk etdim..Hə indi isə başdan başlayaq. Meksikaya səyahət etmək üçün ilk öncə təbii ki vizaya müraciət etməlisiniz. Sənədlər şengen vizası ilə bənzərdir, amma məlumat üçün qeyd edirəm:1. İş yerindən arayış2. 3 ay ərzində bank hesabından çıxarış3. Əgər varsa adınıza olan mülklərin sənədi4. Pasportun əsli və rəngli sürəti5. Bir ədəd foto şəkil (3,5x4,5 ağ fonda)6. Lazımı qaydada doldurulmuş blank7. Sərmayə və ya digər bank hesablarından çıxarış (dəstəkləyici sənəd olaraq)8. Viza rüsumu 51$9. Təyyarə və otel bronları.Görüş təyin etməli və sənədləri şəxsən təqdim etməlisiz.Lakin! Vətəndaşlığından asılı olmayaraq, qüvvədə olan çox girişli (mult) Şengen zonası, ABŞ, Kanada,  Yaponiya və ya Böyük Britaniya və ya Şimali İrlandiya Birləşmiş Krallığı vizası sahibləri Meksika vizası olmadan da ölkəyə səyahət edə bilər. Elə mənim kimi (mult şengen viza ilə səfər etdim).Daha geniş məlumat üçün embamex.sre.gov.mx saytına daxil ola və ya +994123103533 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Qeyd etmək istəyirəm ki, konsulluğun əməkdaşları çox mülayim, köməyə hazır və səbrlidirlər (3 dəfə zəng vurub müxtəlif suallarımın hamısına çox səbrlə cavab verdilər).Yol və ölkəyə giriş qaydaları❗️Səyahətimi Türkiyə üzərindən THY ilə etdim.  Gedişdə toplamda 20 saat, qayıdışda isə 25saatlıq bir yolculuq oldu. Yorucudur mu? Təbii ki! Amma buna dəyər!“Türkiyədə təyyarəyə mindirmirlər”- sözlərini siz də eşitmisiz yəgin ki. Amma bizim gözləmə zalında olan hamını buraxdılar.Əsas məsələ Mexiko şəhərinin polis yoxlamasında başlayır. Belə ki, gözlərinə ABŞ-a illeqal yolla keçmək istəyən miqrant kimi dəyən kimsənin gözünün yaşına baxmırlar. Yoxlamadan başqa bir otağa aparılır insanlar, day orada nə baş verir, mən də bilmirəm.Xoşbəxtlikdən bizim qrupda olan hamını buraxdılar, lakin kiçik problemlər elə biz də yaşadıq.Belə ki əsas fikir verdikləri məsələ:1. Səyahətinizin məqsədi;2. Meksikaya neçənci dəfədir daxil olursuz;3. Geri dönüş biletiniz;4. Qalacağınız otellərin rezervasiyası (3/4 bəndlərinin çox zaman full ödənilməsini tələb edirlər)5. Səyahət planınız.Əgər polisi turist olduğunuza inandıra bilsəz, rahatlıqla ölkəyə daxil olursuz!Lakin qeyd etməliyəm ki, geri qaytarılan insanların sayı çoxdur(bizim gözümüzün qarşısında elə 8-10 nəfər tutuldu). Diqqətli olmağınızı tövsiyyə edirəm.  Bir müddət burada qalan, və ölkədə 7 şəhər(Mexico,Cancun,Tulum,Coba, Valladolid,Chichen İtza və Playa del Carmen) görən adam kimi deyə bilərəm ki, medianın biraz şişirdilmiş "Meksika təhlükəsi" stereotipi var. Şəhərdə təmami ilə tək gəzdiyim günlər oldu, və turist olduğum çox aşikar idi, amma heç bir şiddətə məruz qalmadım, şükür. Düzdür, daha turistik şəhərlərdə və məkanlarda idim. Və biraz diqqət edirdim ətrafa və getdiyim yerlərə, saata, buqədər.İndi isə gələk əsas məsələyə, yəni xərclərə. Mənim xərclərim təxminən aşağıda kimi oldu: - Bilet. Bakı-Mexico-Bakı (THL ilə 4k AZN, biletimi bəzi səbəblərdən çox gec aldım, amma  biraz tez alsaz daha ucuza ala bilərsiz)- Otel. Ortalama 4-5 ulduz gecəsi 120$= 204 AZN- Taksi. İctimai nəqliyyatdan heç istifadə etmədim. Gününə 400peso= 40AZN ortalama taksi tuturdu.- Gündəlik yemək. Gündə 2dəfə əsas yemək yesəz- oteldə səhər yeməyi+ 1 dəfə restoran, 1 nəfər üçün ən top restoran belə max 50-60$ başa gələcək (85-100AZN)- Turlar. Turları da haradan sifariş verdiyiniz önəmlidir. Lakin şəhər mərkəzindəki turlar 210(city tour) -1000peso (21-100 AZN) arası dəyişir.- Alış veriş. Qiymətlər demək olar ki Bakı ilə eynidir, bəlkə biraz daha ucuz.- Mexico-Cancun-Mexico biletləri ortalama 200$ (340AZN)- Kiçik xərclər üçün də 500-600 AZN əlavə xərcləyə bilərsiz (market, kofe, dondurma və s.)- Muzeylərə giriş biletləri - 200-400 AZN (az və çox ola bilər, neçə muzeyə girəcəyinizdən asılıdır).Ümumiliklə ölkəni çox bəyəndimHamıya həyatında bir dəfə bu möhtəşəm ölkəni görməyi arzulayıram.Başqa sualınız varsa soruşun.Btw səyahət etdiyim ölkələr haqqı uls_valley instagram səhifəsində daha ətraflı yazıram maraqlıdırsa, izləyə bilərsiz.#mexico Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

878 dəfə oxunub

Tarixi qalalar şəhəri - Sintra

Bu il Avropa turumun 2 həftəsini sərf etdiyim Portuqaliyanın hər qarış torpağında bizi həyəcanlandıracaq yeni yerlərlə qarşılaşdırdıq. Lisbonda keçirdiyimiz 3 gündən sonra yaxınlıqda yerləşən Sintraya getmək qərarına gəldik.Uzun illər əvvəl tarix kitablarında gördüyüm məşhur quyunun Sintrada olduğunu öyrəndikdə oraya getməyə daha da can atdıq. Lisbondan Sintraya hər yarım saatda bir qatar gedir, Gediş-dönüş səhv etmirəmsə 6 avro idi. 15 avro ödədikdə isə 1 günlük Lisbon-Sintra-Roca burnu-Cascais-Lisbon qatarlarını və həmin şəhərlərdə olan ictimai nəqliyyatı pulsuz istifadə edə bilərsiz. Sintraya çatıb qatardan düşdükdə möhtəşəm təbiət və tərtəmiz hava ilə qarşılaşdıq. Mən 1 gün Sintrada qalıb 3 əsas yerə: Pena Sarayı, Los Mouros qalası və Quntia da Regaleriaya getdim. Əgər Sintrada qalmayacaqsızsa orada olan avtobuslardan istifadə edib bütün bu ünvanlara tezliklə çata bilərsiz, avtobus xəritəsini şəkillərdə əlavə edəcəm.- Pena sarayı - Sintranın ən uca təpəsində qurulmuş rəngarəng və möhtəşəm bir qaladır. Qatar stansiyasından 434 nömrəli avtobusa minib buraya gələ bilərsiz. Bileti elə qatar stansiyasından alın çünki Sarayın qabağında növbə çox olur. Bilet qiyməti saray+park 14 avrodur. Tək park hissəsi 7 avrodur. Saraya çatanda insan özünü Disneylandda hiss edir. Sonuncu avtobusdan düşdükdən sonra meşənin içi ilə təxminən 15 dəqiqə yuxarı qalxmaq lazımdır. Qalanınn girişinnə çatdıqda uzun növbə görəcəksiz. Bu növbəni gözləməyə ehtiyac yoxdur, çünki növbə binanın içinə girənlər üçündür. İçəridə isə maraqlı heç nə yoxdur. Əsas maraqlı hissə elə qalanın içərisidir ki, oraya getmək üçün növbə gözləməyə ehtiyac yoxdur. Pena Sarayını gəzib qaladan çıxdıqdan sonra mütləq park ərazisini tam gəzin. Çünki burada möhtəşəm meşələr, göllər, şəlalələr vardır. İnsan saatlarla oturub gözləmək istəyir.- Moor qalası - Pena sarayı ilə üzbəüz təpədəki qədim qaladır. Ərəblərin qarşısını almaq üçün tikilib. Qalaya çıxdıqda möhtəşəm mənzərələrlə qarşılaşacaqsız. Əsl şəkil çəkiləsi yerlərdən biridir. Arxa fonda Pena sarayı çox gözəl görünür.- Quinta de Regaleria - Giriş qiyməti 5 avrodur, girişdə xəritə verirlər onu götürüb orada qeyd olunan bütün yerlərə mütləq gedin. Uzun illər əvvəl Yeni dünya tarixində gördüyüm və bir gün mütləq görmək istədiyim məhşur quyudan tutmuş, yeraltı mağaralar və labirintlər, hovuz və fontanlar və möhtəşəm təbiət. Ən az 3-4 saat buraya ayırmaq lazımdır. Gəzib qurtardıqdan sonra qatar stansiyasına mütləq piyada gedin və qəsəbənin gözəlliyindən zövq alın.Mənim üçün Sintra bu günədək gəzdiyim yerlər arasında rahat ilk 5-likdə özünə yer tapır.Sintra qatar stansiyasının yanında 403 nömrəli avtobusa minib qərbdə ən ucqar nöqtə olan Roka burnuna 40 dəqiqəyə çata bilərsiz.Rokadan sonra Cascais qəsəbəsinə də mütləq gedin. Çimərlikləri və qəsəbənin özü çox gözəldir. Cascaisdən birbaşa Lisbona qatar gedir. Ən sonda elə burdan qayıda bilərsiz.Yol açıq, yola çıx)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1644 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!