1245 dəfə oxunub

Bosniya bələdçisi - Sarayevo, Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Keçən ay Bosniyada oldum, istəyirəm bir az gördüklərimdən Sizə yazım. Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələrdən olduğu üçün baş çəkməyə dəyər.

  1. Bosniyanın paytaxtı Sarayevoya Budapeştdən WizzAir birbaşa təyyarə reysləri var, adətən 9 avroya bir tərəfə bilet tapmaq çətin məsələ deyil. Sarayevo aeroportu çox balacadır, pasport kontroldan keçmək asandır. Aeroportdan şəhərin mərkəzinə trolleybus gedir, amma dayanacağına təxminən 7-9 dəqiqə piyada getmək lazımdır, çünki aeroportun özündə saxlamır. Aeroportun özündən isə birbaşa xüsusi avtobuslar mərkəzə aparır, amma trolleybusdan bahadırlar. Prinsipcə trolleybus və avtobus mərkəzə təxminən oxşar vaxta çatdırırlar (10-15 dəqiqə fərq olar), ona görə də qənaət etmək istəyən trolleybusla mərkəzə gedə bilər. Mən mərkəzə gedəndə aeroport avtobusu ilə, geri qayıdanda isə trolleybusla gəldim, ciddi keyfiyyət fərqi hiss etmədim.
  2. Sarayevo şəhəri (https://wikitravel.org/en/Sarajevo) vaxtilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında bölündüyü üçün şəhərin mərkəzi ortadan 2 yerə bölünüb və cəmi 1 addım atmaqla sanki 2 müxtəlif sivilizasiyanın birindən digərinə keçəcəksiniz. Qərb tərəfdə iri dükanlar, ofislər, kilsələr, biznes mərkəzləri, iri parklar və geniş küçələr olduğu halda şərq tərəfdə kiçik tikililər, məscidlər, dar küçələr, bazar, dadlı restoranlar Sizi əhatə edəcək. Muzeyləri ziyarət etməyəcəksinizsə, 1 gün bəs edir. Bütün muzeyləri kiçikdir və onların da əsaslarını ziyarət etsəniz, o zaman 2 gün bəsdir.

    20916863_10212216775309397_1972855314_n-640x427

  3. Sarayevodan Mostar (https://wikitravel.org/en/Mostar) şəhərinə getmək məsləhətdir, 2.5-3 saata avtobus və ya qatarla gedə bilərsiniz. Mostar Sarayevodan da balacadır, amma gözəllikdə geri qalmır. Bir bütün günü Mostarda keçirmək bəs edir. Ətrafında da bir neçə kiçik və gözəl şəhərlərə (Blagaj, Pocitelj, Kravica və s.) getmək məsləhətdir.
  4. Mostarın mərkəzində xeyli avtobus turları şirkətləri var, həmin şəhərlərə aparırlar. Ən ucuzu və rahatı bu idi, ondan istifadə etdim və razı qaldım: http://www.openbus-mostar.com/ Balaca şəhərlərarası nəqliyyat elə də sıx işləmir və baş çıxarmaq xaricilər üçün nisbətən çətin olur deyə çox adam belə hazır turları götürür. Səhər Sizi Mostardan götürəcəklər, həmin gözəl yerlərə aparıb eyni gündə axşam 6-da geri qaytaracaqlar. İsti fəsildə getsəniz, soyuq Kraviça şəlaləsində üzmək üçün də vaxtınız olacaq.

    mostar-bosia-1920x1080.jpg

  5. Bosniyanın iqlimi, landşaftı, yeməkləri çox gözəldir, qiymətləri də ucuzluqdur. Gedin, gəzin, görün, əylənin və dincəlin

    Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

    Paylaşdı: Rəşad Mehbaliyev

DİGƏR BLOQLAR

Cənubi Amerika - Boliviya bələdçisi

Boliviyadakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təəssüf ki, səyahət edən insanların əksəriyyətində Latın və Cənubi Amerika haqqında çox pis stereotiplər formalaşıb. Bu stereotiplər əslində səyahət sferasına aid olmayan ölkələrə gedən insanlar sayəsində formalaşır. Əlbəttə bu ölkələrin kriminal keçmişi olub və hal-hazırda da var, amma əslində bu bizim eşitdiyimiz və oxuduğumuz qədər deyil. Kimsə razılaşmaya bilər amma Cənubi Amerikada olduğum müddətdə heç bir kriminal və qorxulu vəziyyətlə rastlaşmadım. Nəzərə alsaq ki, səyahətin əksər hissəsini gecələr avtobusla bir şəhərdən o biri şəhərə gedməklə keçirirdik. Hətta Boliviyaya şimalda Perudan avtobusla girib, ölkənin yarısını gəzib, Cənubdan Argentinaya girdik. Bu ölkə mənə görə C.Amerikanın ən kasıb ölkəsidi. Düzdü Venesuelada bizdəki peraşki(ət) puluna 2 gün 3 ulduzlu oteldə qalmaq olur, amma bunun səbəbi ölkədəki böhrandı.Boliviya vizasının sərhəddə 100 usd tərləyib almaq olur. Ölkədəki böyük şəhərlərdə gəziləsi və görüləsi elə də çox yer yoxdu. Amma bu ölkələrin ruhunu, mədəniyyətini, mətbəxini məhz böyük şəhərlərdə hiss eləmək, dadmaq olur. Boliviyada dünyanın ən hündür kanat yolu (cable car), dünyanın ən böyük duz gölü və dünyanın ən hündür gölü yeləşir. Ölkə çox ucuzluqdu. Səyahəti bütünlüklə avtobusla etdik. Kiməsə lazım olsa "RedBus" app yükləyə bilər avtobus bronu üçün. Küçə alveri və küçədə şou göstərənlərlə La Pazın küçələri dolu olur. Bir neçə dəfə göstərdikləri şoulara baxıb nəsə anlamağa çalışırdım və anladığım tək şey o oldu ki, millətin gülməyə ehtiyacı var.Ölkəyə girər girməz dünyanın ən hündür gölü olan Titikakanın (3812 m) buzlu sularında çimdik (must do siyahıda idi), La Paza gedib ən hündür cable cara mindik, əsrarəngiz, yerlə göyün birləşdiyi Uyunidə duz vannası qəbul elədik (rematizmam keçdi) və ən sonda Argentina ilə sərhəddə dünyanın ən ucuz otelində gecələdik.Villazonda cəmi 3 otel var, ən bahalısı səhər yeməyi daxil 7 usd idi. Səhər yeməyi barədə ayrica post yazacam????. Argentina, Peru, Boliviyanı gəzdikdən sonra o qədər çox bu ölkələrə vuruldum ki, bu stereotiplərin, forumlarda olan "gedmiyin" tipli rəylərin niyə dəyişmədiyini anlamağa çalışıram. İnkişaf etmiş ölkələrdə bəli sivilizasiya var, bəli mədəniyyət var, tarix yalnız bina fasadlarında qalıb, ölkələrin ruhunu hiss etdirən heçnə qalmayıb, amma bu ölkələrin ruhunu təyyarədən enəndə artıq hiss eləyirsən, tarixi tək bina fasadlarında yox, insanların üzlərində hiss eləyirsən. Bunu da göznən görmək və hiss etmək üçün forumları oxuyaraq getməkdən imtina etmək yox, əksinə pis stereotipləri qırıb bu ölkələrin içinə dalmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim 

697 dəfə oxunub

Günahlar şəhəri - Las Vegas

Las Vegasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyən qrupunun üzvləri Sonuncu dəfə sizə Amerikanın ən gözəl və ailəvi yaşanılası yeri olan California ştatının San Diego şəhəri haqqında məlumat vermişdim, və çoxlarınızın mənim yazımı bəyəndiyiniz, yenidən təzə bir şəhər haqqında yazmağımı xahiş etdiyiniz üçün sizlərdən yenidən ekranlara yaxın və rahat əyləşmənizi xahiş edərdim Bu dəfə sizi Nevada əyalətinin və dünyanın ən məşhur əyləncə və kazinolar şəhəri sayılan Las Vegas haqqında məlumatlandırmaq istərdim...Gəzməyi sevdiyim üçün və Amerikanın 50 əyalətinin yarısına ayaq bastığım üçün, düşündüm ki San Diegodan sonra Las Vegas sizlər üçün maraqlı gələ bilər....Las Vegas mənim üçün ilk öncə nağıllar şəhəri, əyləncə tipli bir şəhər sayılır.. Buranı stresdən və depressiyadan uzaq olmaq üçün yollanmalı ən gözəl yer saymaq olar, əlbəttə ki qumar oynamayacaqsınızsa ????Las Vegasın 650 min sakini var, bu statistika mən oranı tərk edənə kimi olub :) Əsas iqtisadiyyatı kazinolardan gələn gəlirdən ibarətdi... Burada çoxlu sayda konsertlər, yay vaxtlarında açıq səmada binanın başında, baseynin içində olan bar/klub sizin əylənməyinizə və depressiyadan uzaqlaşmağınıza yardımçı olacaq ???? Ordan (açıq səmada klubdan) olan şəkilləri bura qoymayacam, people have mothers and sisters Las Vegasın əsas küçəsində bir dənə Azərbaycanlı soydaşımızı gördüm və çox sevindim, bir təsadüf idi, maşınının nömrəsindən bilinirdi ki bizimkidi... Las Vegasda qalandı....Las Vegasa yolunuz düşsə, maşına ehtiyac olmayacaq, çünki Las Vegasın bir əsas küçəsi var və bütün klublar, barlar, kazinolar, mağazalar o küçədə yerləşir.... Gəzib biraz kalori yandırmaq məncə heç də pis fikir deyil????Las Vegasın havası il boyu isti və yalnız Dekabr ayında havalar çox soyuyur, amma normalda hətta Dekabrda belə ora qar yağmır (qarın sağ əli Bakı Şəhər İcra Hakimiyyətinin başına).Şəxsən mən bələ düşünürəm ki, ümumiyyətlə Las Vegasa əylənməyə gedirsinizsə, maximum 3 gününüzü ora sərf edin, ondan sonra maraqsız olur :) Mən ordan maşın kiralayıb son günümdə, oradan Los Angeles-ə (City of angels) yola düşdüm Las Vegas-da mən və dostum Bellagio otelində 2 gecə, 3 gün complimentary stay (yəni hotel bizə pulsuz olaraq onların xidmətindən yararlanmaq və qiymətləndirməyi təklif edir) Və belə bir təklifi dala qaytarmaq, bağışlanmayan günahlar sinfinə aid olduğuna görə, dərhal biletlərimizi alib Vegasa yollanırıq... Və front desk-ə yaxınlaşaraq otaqlarımızın açarların əlimizə alıb qalxandan sonra, otağa daxil olan kimi pəncərədən olan görüntünü görüb ikimiz də orada da uşaq kimi sevinib və bayılırıqBelə bayılma hamıya qismət olsun, düşməndən başqa Qumara heçvaxt marağım olmadığı üçün, Las Vegas-ı piyada gəzməyə başladım dostumla... Las Vegas-da çoxlu sayda sizdə məni bağışlayın strip clublar olduğu üçün addımbaşı sizi ora gözəl xanımlar başınızı bişirib salmaq istəyəcəklər Gecə həyatı Las Vegas-da inanılmazdi... Bəli, Las Vegas gecə həyatına görə mənim fikrimcə bir nömrədi... What happens in Vegas stays in Vegas (Vegas-da nə baş verirsə, orada da qalır) deyimi ən məşhur deyimlərdəndi :) Mən dostumla qonşu olan Caesars Palace otelində yerləşən gecə klubuna getdim və klubun nə olduğunu orda hiss etdim... Əlbəttə ki gözəl və komplekssiz olan subay xanımlar sizinlə rəqs edəcəklər və bir yerdə içki içib söhbət edəcəklər (Vegas-da içilən içki günah sayılmır onu da biləsiniz )))))Las Vegas-da otellər 20$-dan başlayaraq 400$+ qalxa bilər... Yalnız 20-50$-lıq otelin aşağı səviyyəyə gəlməyinə işarə deyil... Mən qaldığım otaq 400-500$-lıq otaq idi (ümumi 3933 otaqdan ibarətdi) mənzərəsinə görə və sonuncu limited version olduğuna görə qiyməti o sırada idi, normalda 150$-a belə otaq tapmaq olar... Amerikanın ən ucuz otelləri Vegas-dadı.. Nəyə görə? Çünki Vegas-a gələn ,əlbət ki qumar oynamağa gəlir, yəni kazinoda pul xərcləməyə gəlirlər... Məsəl üçün siz Stratosfer və ya Circus otelində 20$ otaq tapdınız (xatırladım ki bu otellər 3 ulduzdu), siz 99% orda qumar oynayacaqsınız və 300-400$ pul uduzacaqsınız) Deməli artıq hotel sizdən 400$+20$ otaq pulu ve 60-80$ yemək yesəniz 500$ qoparda bildi bir günə  ???? Sonra deməyin ki xəbər etməmişdim Mən isə qumar oynamadığım üçün, hotel-ə ziyanverici simalardan sayılıram) Amma hotel buna da etiraz etmir, çünki yenə də mən onların restoranında yemək yeyəcəm və istəyərək pul xərcləyəcəm)))Bir də otellər o qədər böyükdülər ki ,içində az qala gps navigationdan istifadə edəsən exit-i tapmaq üçün :) Bəlkə yalan olmasın 8-9 dəfə içində azmışam, amma kazino personalı sizə həmişə yardımçı olacaq bu məsələlərdə....Las Vegas ən tez evlənmək məkanı sayılır... Hər gün 300+artıq gənc burda sözün əsl mənasında xoşbəxt olur.... Yəni bir günə siz həm qeydiyyatdan keçib həm də evlənə bilərsiniz, normalda qeydiyyatdan keçəndən sonra sizə 1-3 həftə sonraya vaxt təyin olunur və ondan sonra nigaha girə bilərsiniz Amerikada.... Xatırladım ki Las Vegas ən çox evlənmək üçün gəlinən məkan sayılır...Las Vegas ucuz yer sayılır deyə yaşamaq üçün və əlbəttə buna görə çoxlu insanlar Los Angeles-də bahalı həyata davam gətirə bilmədikləri üçün qonşu əyalət Las Vegas-a köçməyə məcbur qalırlar... Hoteldə işləyənlərin çoxsu ispan dillidi ona görə də ...Las Vegas-da əsas iş yeri hoteller sayılır Las Vegas-da küçədə içki içmək leqaldı, bütün Amerikada bu qadağa olunsa da (səhv etmirəmsə Floridada bir adasından başqa). Bir də Vegas-da içki çox bahadı, hətta bəzi aptek sayılan yerlərdə belə tekilla və müxtəlif içkilərin satışına rast gələ bilərsiniz... Los Angeles-də içki buradan ən azı 2 dəfə ucuzdu...(Los Angeles-də artıq günahdı içmək))))Dünyanın ən məşhur UFC döyüşləri də həmişə Las Vegas-da keçirilir, çünki burda otellərin təklif etdiklərini başqa şəhərlərdə olan otellər təşkil edə bilmir.Hamımızın tanıdığı Hangover (Мальчишник в Вегасе) filmi də bu şəhərdə çəkilib :) Baxmayanlara məsləhət görürəm baxmağı )Əgər bu yazımdan sonra hansısa bəy öz xanımı ilə Vegas-a getmək istəyirsə, mən deyərdim ki bu oğlanın son ilişkisi olacaq ) Vegas məncə subayların yeridi :) Sevginizi sınamaq istəyirsinizsə buyurun gedin :) Allah axırın yaxşı eləsin Vegasla və ya başqa əyalətdən suallarınız olsa buyura bilərsiz instagrama bostonian_love səhifəmə yaza bilərsiniz və ya follow edib orda da məni izləyə bilərsiniz... Xahiş edirəm Amerikaya necə gəlmək olar sualını mənə verməyin, özüm bilmirəm necə gəlmişəm:)))))) 8 il bundan əvvəl viza asan alınırdı, 30 saniyəyə :) Gələn qayıtmır deyə viza almaq hal-hazırda itin ağzından yağlı stake qopartmaq kimi bir şeydi :) Amma gəlmək istəyən yolun tapıb gələcək Hamıya həyatda olan bütün arzuların yerinə yetməsini ürəkdən diləyirəm, çalışın pul yığın və gəzin... Çünki gəzmək qalır insana..P.S Qrammatik səhvlərə görə müəllif məsuliyyət daşımır Gələn görüşlərə qədər sizdən ayrılıram Növbəti materialım çox güman ki Hawaii adasında yaşadığım və işlədiyim şirkət və ordakı həyat tərzi haqqında olacaq Diqqətinizə görə təşəkkürlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1920 dəfə oxunub

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

711 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri - Herodotun izi ilə

"Heç bir şey səyahət kimi zehni inkişaf etdirmir" - Emil ZolaMövzuya başlamamışdan öncə onu qeyd etmək istərdim ki, səyahəti sevən birisiyəm və 11 ölkə, 24 şəhərdə olmuşam və şəkillərin də hamısını özüm çəkmişəm.Ölkə olaraq- Fransa, İtaliya, Rusiya, Gürcüstan, BƏƏ, Türkiyə, Portuqaliya, İngiltərə, Almaniya, Bolqariya və Misir.Şəhərlər olaraq isə- Nitsa, Monako, Paris, Marsel, Kann, Roma, Vatikan, Venesiya, Florensiya, Moskva, Tbilisi, Dmanisi, Dubay, İstanbul, Bodrum, Marmaris, İzmir, Lissabon, Almada, Sintra, London, Hamburq, Sofiya və Şarm El Şeyx.Bəli çox deyil, amma az da deyil məncə.Ən əsası da qeyd etdiyim yerlərdən qatar ilə keçməmişəm, hər birində ən azı 3 gündən artıq yaşayıb şəhərlərin abu-havasını öyrənmişəm )))TarixçəSəyahət - hər hansı bir ərazini və ya su sahəsini, onları öyrənmək üçün, eləcə də ümumi təhsil, bilişsel, idman və digər məqsədlər üçün hərəkət etmək deməkdir.Tarixdən ilk səyahət edən şəxs kimi Herodot tarixə düşmüşdür.Helicarnassusda 484-cü ildə anadan olan Herodot daha yaxşı bir tarixçi və hətta bir yazıçı kimi tanınır, ancaq onu dünyanı gəzən ilk məşhur səyyah adlandırmaq olar.Nömrə 1- FransaFransız mədəniyyəti yoxdur. Fransa bir mədəniyyətə sahibdir və rəngarəngdir.Fransa həqiqətən çox rəngarəng mədəniyyət sahibi, kübar insanların məskəni sayılacaq yerlərdəndir. 4 şəhəri xüsusi qeyd etmək istərdim:MonakoMonako əslində şəhər deyil də krallıq hesab olunur və əhalisi 40.000 yaxındır.Monako da gördüyünüz hər detal dəbdəbə göstəricisidir. Bahalı yaxtalar, ancaq oyunlarda və musiqi kliplərdə gördüyünüz maşınlar və kazino...Kazinoda əsasən yaşlı nəsil, pensiya yaşında son şanslarını oyun avtomatlarında cekpot udmaq ümudi ilə keçirdiyini görə bilərsiz. Monakoda olduğum dövrdə gülməli hadisə baş vermişdi. Yemək yediyim vaxt göydən bir göyərçin üstümə öz ehtiyacını etmişdi.  Bu milyonçu olmaq deməkdir, hələ də gözləyirəm..Nitsa/KannKann şəhəri ən populyar festival keçirilən şəhərdir və dəbdəbədə Monakodan heç də geri qalmır.Kann festivalı keçirilən ərazidə hər gün hər hansı bir tədbir və ya canfəşanlıq baş verir.Nitsa şəhəri isə öz Lazur sahili ilə çox populyardır. Nitsada olan hər adam Lazur sahilərində heç olmasa bir dəfə olsun belə çimib və günəş vannası alıb. Burada insanların çılpaq şəkildə günəş alması normaldır. Bu hal çox normal qarşılanır, amma bura nudist çimərliyi deyil bunu da nəzərə almaq lazımdır ))ParisParis şəhəri hamımıza Fransanın paytaxı və Eyfel qülləsi ilə tanışdır əlbəttdə ki. İlk öncə onu qeyd edim ki, dünyada ən çox turist qəbul edən şəhər Parisdir. Burada addımbaşı cütlükləri görə bilərsiz. Şəhərdə yağışlar tez-tez ola bilər və hətta yayın qızmar cağında belə yağış yağır. Senna çayı üzərində gəmi gəzintisi ilə siz Eyfel qülləsini bir başqa gözəl rakursdan görə bilərsiz. Bundan əlavə elə eyni gəzinti zamanı ABŞ-dan bizə tanınan Azadlıq heykəlini görə bilərsiz. Ümumiyyətlə, Azadlıq heykəlini ABŞ-a Fransa hədiyyə edib, ABŞ-da öz növbəsində Azadlıq heykəlini cavab hədiyyəsi kimi Fransaya təqdim edib, amma 4 dəfə daha kiçik nisbətindəNömrə 2- İtaliyaİtaliyada ilk qayda belədir- nə demək istədiyinizi bilmirsizsə, Pasta deyin.Əlbəttdə ki Italiya öz mətbəxi ilə dünyada ilk yerləri tutur, amma şəhərlərin gözəlliyində də ilk yerlərdədir.4 şəhəri xüsusi qeyd etmək istərdim:Roma İtaliyanın paytaxı, həm də Qədim Roma imperiyası olan Roma şəhərinin hər addımında bir qədimi və ya antikvar tikili ilə rastaşacaqsız. Ümumiyyətlə, İtaliyanın əksər əyalətlərində özünü Azərbaycandakı kimi bir az hiss edirsən, səbəb isə insanların bir az bizə oxşamasıdır. Küçədə hamı əl-qol ilə və yüksəkdən danışır. Trevi fəvvarəsi turist axını olan ən məşhur yerdir. İnanca görə Trevi fəvvarəsinə qəpik atmaqla arzularınız çin ola bilər və bu fontandan il ərzində Roma əyaləti atılan qəpiklərdən 1.5 million Avro məbləğində pul toplayırlar. Roma Kolizeyi haqqında da deməmək günahdır. Roma şəhərinin simvolu olan bu tikilidə olduğunuz zaman xüsusi hislər yaşayırsız, elə bil sizi indi qladiator meydanına döyüşə çağıracaqlar.VatikanMüqəddəs Papanın iqamətgahı olan bir şəhər-dövlətdir. Vatikanda təyyarə meydanı olmadığına görə Papa öz iqamətgahına ancaq vertolyotla enir. Vatikan həm də öz tarixi muzeyi ilə məşhurdur və siz burada məşhur Sikstin kapella məbədini görə bilərsiz. Ümumilikdə bu muzeye daxil olan zaman, hər otaqdan insanı valeh edəcək abu-hava hiss etmək olar.Venesiya/FlorensiyaVenesiyaya qayıq şəhəri desək yanılmarıq. Şəhərdə əsas nəqliyyat qayıqdır və şəhərdən bir az qoxu gəlir kanalların sayı çox olduğundan. Şəhərdə çoxlu körpü, qədim kilsələr var və bu şəhərə ayrıca gözəllik verir.Florensiya - Bu şəhər mənim ağlımda dəbdəbə ilə qədimliyin vəhdəti kimi qaldı. Arno çayı sahilində yerləşən şəhərin hər bir yeri gözəl və şəkil çəkməlidir, əsasən də axşam saatlarında.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asif ibrahimov 

1793 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!